Məhkəmə qərarları › İş №1(010)-251/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-251/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-251/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Məmmədova Xatirə Xanbala qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisinin etibarnamə üzrə nümayəndəsi (yaxın qohumu) X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci ildə Laçın rayonu, Minkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 1(101)-1532/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 7(005)-56/2024 saylı qərarı ilə cəzasının çəkilməmiş 07 ay 27 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu olmayan, işləməyən, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 30 noyabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma və zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 17 iyul 2024-cü il tarixdə, saat 17:40 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində qanuni əsaslarla idarə etdiyi “Shacman SX 331” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq idarə etdiyi avtomobili hərəkətə gətirməzdən əvvəl təhlükəsizliyin təmin olunmasına əmin olmalı və hərəkətin təhlükəsizliyinə təmin olunmasına əmin olduqdan sonra hərəkətə başlamalı, yəni piyadalar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yolu artıq keçməkdə olmalarını nəzərə alaraq avtomobil ilə hərəkətə başlamamalı və piyadalar avtomobilin qarşısından uzaqlaşdıqdan sonra hərəkətin təhlükəsizliyinin təmin olunması şəraitində hərəkətə başlamalı olduğu halda, bunları etməyərək avtomobili dayandığı yerdən hərəkətə gətirib piyadalar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 avtomobilin qabaq tərəfi ilə ehtiyatsızlıqdan vurmuş, onun ehtiyatsızlığı sonuncunun burun sümüyünün yerini dəyişməyən sınığı, sağ topuğun hemartrozu, sağ topuq nahiyəsinin şişkinliyi ilə müşayiət olunan hər iki topuq nahiyəsinin əzilmiş yaraları, sağ ayağın əzilmiş yarası xəsarətinin əmələ gəlməsi ilə müşayiət olunan dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına və Zərərçəkmiş şəxs3 sağ tərəfli hemotoraksla müşayiət olunan qabırğaların sağda çoxsaylı yerini dəyişmiş ikili sınıqları, sağ ağciyərin zədələnməsi, sağ körpücük sümüyünün sınığı, hər iki ağciyərin əzilməsi, başın yumşaq örtük toxumasına və baş beyinin yumşaq qişasına qansızma, bədənin çoxsaylı sıyrıqları və qançırları əmələ gəlməsi ilə müşayiət olunan dərəcəsinə görə ümümilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alaraq skelet sümüklərinin çoxsaylı sınıqları, sağ ağciyərin zədələnməsi nəticəsində inkişaf etmiş travmatik şok, qan itirmə nəticəsində hadisə yerində ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində bildirmişdir ki, **-OD-*** dövlət qeydiyyat nişanlı, “Shacman SX 331” markalı yük avtomobili X7 məxsusdur, onu etibarnamə əsasında idarə etmişdir. Avtomobil ilə Laçın rayonunda tikintidə işləmiş və tikinti materialların daşınması ilə məşğul olmuşdur. Hadisə vaxtı, təxminən 10 gün olardı ki, Bakı şəhərində olmuşdur. 17 iyul 2024-cü il tarixdə, Türkan qəsəbəsi ərazisinə kubik daşları alıb maşına yükləmək üçün Türkan qəsəbəsinə getmişdir. Saat 17:40 dəqiqədə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində dörd yol adlanan yerdə işıqforun qırmızı işığı yandığına görə, avtomobili dayandırmışdır. İşıqforun qırmızı işığında dayanan zaman ondan qarşıda başqa bir minik avtomobili dayanmışdır. Yaşıl işıq yandıqdan sonra həmin avtomobil hərəkətə başlamış, onun arxasınca özü hərəkətə başlamaq istəmişdir. Yenicə hərəkətə başlayıb avtomobili təxminən bir metr hərəkət elətdirmişdir ki, ətrafda qışqırıq səsləri gələrək maşını dayandırmasını demişlər. Dərhal əyləci basıb maşını dayandırmışdır. Qışqıran adamlar ona baxıb adam-adam deyərək qışqırıb maşını arxaya verməyi bildirmişlər. Başa düşmüşdür ki, maşınla kimisə vurmuşdur. Ona görə də dərhal avtomobili geri hərəkət etdirmişdir. Dərhal 103 xidmətinə zəng edərək hadisə barədə məlumat verib təcili tibbi yardımın gəlməsini bildirmiş, bundan sonra, maşından düşmüşdür. Maşından düşən zaman bir nəfər cavan qızın yerdə uzanıqlı vəziyyətdə qan içində olmasını görmüşdür. Həmin qızın sifətində xəsarəti olmasa da, sağ çiyin nahiyəsində əzilmiş vəziyyətdə olmasını görmüşdür. Az sonra yol polisləri və post-patrul xidməti hadisə yerinə gəlmişdir. Özü polis əməkdaşlarına hadisənin onun tərəfindən törədilməsini və özünün də təcili yardıma zəng edərək məlumat verdiyini bildirmişdir. Az sonra təcili yardım avtomobili də oraya gəlmişdir. Yaralı qızı təcili yardım avtomobili ilə apardıqdan sonra polis əməkdaşları onu da Suraxanı rayon Polis İdarəsinə gətirmişlər. Avtomobili idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi, həmçinin avtomobili idarə etmək üçün etibarnaməsi də vardır. Hadisədən əvvəl işiqforun qırmızı işığında dayanıb gözləyən zaman üç nəfər qadının yolun sağ tərəfindən səki ilə gəldiklərini görmüşdür. Lakin hadisə zamanı həmin piyadaların avtomobilin qarşı tərəfinə keçib yolu keçmək istəmələrini görməmişdir. Belə ki, yük avtomobillərində qabaq sağ və sol tərəflərdə kor nöqtə deyilən hissə vardır. Həmin yerdə olan əşyaları və canlıları görmək olmur. Piyada da avtomobilin həmin tərəfindən hərəkətə başladığından həmin şəxsi görə bilməmişdir. Ona görə də təhlükə anını da hiss etməmişdir. Ətrafda olan adamlar ona baxıb qışqıra-qışqıra adam, adam deyib maşını saxlamasını dediklərinə görə, maşını dayandırmışdır. Spirtli içkilərdən, ümumiyyətlə istifadə etmir. Hadisə vaxtı tam ayıq vəziyyətdə olmuşdur. Hadisə zamanı avtomobildə yük olmamış və avtomobil boş vəziyyətdə olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təcili tibbi yardım hadisə yerinə təxminən 20 dəqiqə sonra gəlmişdir. 20 ildir ki, avtomobil idarə edir. Avtomobildə tək olmuş, həmin gün spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış və onlara dəymiş ziyanı ödəmişdir. İdarə etdiyi avtomobil ilə qarşısında olan minik avtomobili arasında təxminən 5- 6 metr məsafə olmuşdur. Sonda isə əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül və ədalətli cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 hüquqi varisi qismində dindirilmiş atası X8 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində bildirmişdir ki, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi Qədir Məmmədov küçəsi, bina 5, mənzil 53-də yaşayır. Zərərçəkmiş şəxs3 doğma qızıdır. Güləfərim 28 avqust 1998-ci il təvəllüdlü olmaqla, onunla birlikdə yaşamışdır. X12 qəsəbəsində yerləşən “Megastore” supermarketində kassir işləmişdir. 17 iyul 2024-cü il tarixdə, Güləfərimin istirahət günü olduğuna görə, öz rəfiqələri ilə istirahət etmək üçün Suraxanı rayonu ərazisinə getmişdir. 17 iyul 2024-cü il tarixdə, saat 18:30 radələrində oğlu Amin ona zəng edərək Sabunçu xəstəxanasına gəlməsini və Güləfərimin yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını bildirmişlər. Bundan sonra, dərhal Sabunçu xəstəxanasına getmişdir. Xəstəxanada olan zaman məlum olmuşdur ki, qızı Güləfərim yolnəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ölmüşdür. Orada olan zaman məlum olmuşdur ki, qızı Suraxanı rayonu ərazisində rəfiqələri ilə birlikdə, yolu keçmək istəyən zaman “Shacman” markalı yük avtomobili qızını vurmuşdur. Həmin vaxtı bilmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi “Shacman” markalı avtomobili ilə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən dörd yol deyilən yerdə işıqforda qızı Gülələrimi vurmuşdur. Bundan sonra, Güləfərimin meyitini müayinə olunması üçün Suraxanı rayon Məhkəmə Ekspertiza Mərkəzinə aparmışlar. Orada müayinə olunduqdan sonra, növbəti gün Güləfərimin meyitini onlara təhvil vermişlər. Bundan sonra, Güləfərimi Suraxanı rayonu, Dədə-Qorqud qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır. Hadisənin videogörüntüsünə özü yox, oğlu baxmışdır. Qızı ilə birlikdə olan rəfiqəsinin xəsarət alması ilə bağlı dəqiq məlumatı yoxdur. Bildiyi qədəri ilə qızının rəfiqəsi az ağır xəsarət almışdır. Sonda isə Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən ibtidai istintaq dövründə, Suraxanı RPİyə ünvanlanmış 01 avqust 2024-cü il tarixli ərizədən görünür ki, qızı Zərərçəkmiş şəxs3 17 iyul 2024-cü il tarixdə, Suraxanı rayonu ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi “Shacman SX331” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ölmüşdür. Hadisə ehtiyatsızlıqdan baş verdiyinə görə o, Təqsirləndirilən şəxs bağışlamış, onunla barışmış və ona qarşı heç bir şikayət, tələb və ya iddiası yoxdur. Odur ki, gələcəkdə də Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və iddiası olmayacaqdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 12 mart 2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışdığı üçün ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs X4 məhkəmə iclasında iştirak etməmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək məhkəmədə tədqiq edilmişdir. Zərərçəkmiş şəxs X4 ibtidai istintaq dövründə verdiyi ifadədə göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 49, mənzil 50-də yaşayır. Zərərçəkmiş şəxs1 qızıdır. Zəhra Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında yerləşən “Megastore” marketində baş kassir vəzifəsində işləyir. 17 iyul 2024cü il tarixdə, Zəhra ilə birlikdə, Bilgəh qəsəbəsində dəniz kənarına getməyi planlaşdırmışlar. Həmin tarixdə, Zəhranın iş yoldaşı sonradan adını bildiyi Güləfərim adlı qızla birlikdə evlərinə gəlmişdir. Evə gəldikdən sonra üçü də birlikdə hazırlaşıb evdən çıxmışlar. Evdən çıxdıqdan sonra, avtobus ilə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisinə getmişlər. Yeni Suraxanı qəsəbəsi ərazisində avtobusdan düşmüşlər. Yolu qarşı tərəfə keçib oradan taksiyə minməliymişlər. Avtobusdan düşdükdən sonra, saat 17:40-da işıqforda avtomobillərin dayanmasını gördüklərindən yolu sağdan sola doğru keçməyə başlamışlar. Həmin vaxt Zəhra qabaqda, o isə Güləfərim ilə birlikdə onun ardınca hərəkətə başlamışlar. Yolu avtomobillərin arası ilə keçən zaman iri qabaritli yük avtomobilinin qarşısında olduqları zaman həmin avtomobil qəfil hərəkətə başlamışdır. Avtomobil hərəkətə başladığından müvazinətini itirib yerə yıxılmış və avtomobilin qabaq tərəfinin altında qalmışdır. Avtomobilin qabaq tərəfi hündür olduğundan ağır xəsarət almamışdır. Lakin sağ ayağı əzilmişdir. Həmin vaxt sürücü maşını saxlayaraq geri vermişdir. Bundan sonra, orada olan adamlar onu avtomobilin altından dartıb çıxartmışlar. Avtomobilin altından çıxdıqdan sonra, avtomobilin sağ tərəfinə baxan zaman Güləfərimin qabaq sağ təkərin altında qalmasını, ağır vəziyyətdə olduğunu və qan içində olmasını görmüşdür. Təkər Güləfərimin üstündən keçdiyinə görə, ağır vəziyyətdə olmuşdur. Həmin vaxt orada olan şəxslər təcili tibbi yardım avtomobilinə zəng etdiklərindən az sonra təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmiş və Güləfərimi təcili yardım avtomobili ilə xəstəxanaya yola salmışlar. Həmin vaxt özünün də sağ ayağı əzildiyinə görə, başqa bir təcili tibbi yardım avtomobili onu da Sabunçu xəstəxanasına aparmışdır. Orada onu müayinə edərək ilkin tibbi yardım etmişlər, bundan sonra evə buraxılmışdır. Xəstəxanaya gəldikdən sonra məlum olmuşdur ki, qızı Zəhranın iş yoldaşı Güləfərim aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Sonradan məlum olmuşdur ki, hadisə törədən sürücü Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Hadisə zamanı sağ ayağının daban hissəsindən xəsarət almış, qızı heç bir xəsarət almamışdır. Yolu adi yerişlə keçmişdir. Hadisə nəticəsində aldığı xəsarətlərə görə, sürücüyə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 02 aprel 2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, 17 iyul 2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi **-OD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ona xəsarət yetirmişdir. Hazırda onunla barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək məhkəmədə tədqiq edilmişdir. Şahid Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadədə göstərmişdir ki, Xətai rayonu, General Şıxlinski küçəsi 49, mənzil 50-də yaşayır. Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında yerləşən “Megastore” marketində baş kassir vəzifəsində işləyir. Zərərçəkmiş şəxs3 da həmin marketdə kassir vəzifəsində işləmişdir. 17 iyul 2024-cü il tarixdə Güləfərimin istirahət günü olmuşdur. Güləfərim ilə danışıb razılaşmışlar ki, həmin günü birlikdə, dəniz kənarında gəzərlər. Həmin tarixdə, Güləfərim ilə günorta saatlarında işlədiyi marketin qarşısında görüşmüşlər. Bundan sonra, ikisi birlikdə yaşadığı evə getmişlər. Bir qədər evdə olduqdan sonra, anası Zərərçəkmiş şəxs2 da onlarla birlikdə evdən çıxmışdır. Evdən çıxdıqdan sonra birlikdə marşurut avtobusu ilə Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi ərazisində avtobusdan düşmüşlər. Avtobusdan düşdükdən işıqforda avtomobillərin dayanmasını gördüklərindən sağdan sola doğru yolu keçmək istəmişlər. Həmin vaxt özü qarşıda, anası Sima ilə Güləfərim isə onun ardınca gəlirdi. Hərəkətə başlayan zaman işiqforun yaşıl işığı yandığına görə avtomobillər hərəkətə başlamışdır. Avtomobillər hərəkətə başlayan zaman iri qabaritli yük avtomobili də qəfil hərəkət etdiyindən avtomobil ona dəymişdir. Avtomobil aşağı sürətlə hərəkət etdiyindən yıxılmamış və müvazinətini saxlayaraq maşının altına düşməmişdir. Həmin vaxt yük avtomobilinin sürücüsü maşını dayandırmışdır. Lakin anasının avtomobilin alt hissəsinə düşməsini görmüşdür. Anasına baxan zaman huşu özündə olmasını görmüş və anasını avtomobilin altından dartıb çıxartmışlar. Avtomobilin qarşı sağ tərəfinə baxan zaman isə Güləfərimin qabaq sağ təkərin altında qalmasını, ağır vəziyyətdə olduğunu və qan içində olmasını görmüşdür. Təkər Güləfərimin üstünə çıxmış və sürücü maşını geri verdikdən sonra Güləfərimi maşının altından çıxarmışlar. Həmin vaxt orada olan şəxslər təcili-tibbi yardım avtomobilinə zəng etdiklərindən az sonra təcili tibbi yardım avtomobili oraya gəlmiş və Güləfərimi təcili yardım avtomobili ilə xəstəxanaya yola salmışlar. Həmin vaxt anasının sağ ayağı maşının təkərinin altında əzildiyinə görə başqa bir təcili-tibbi yardım avtomobili də onları Sabunçu xəstəxanasına aparmışdır. Orada anasını müayinə edərək ilkin tibbi yardım etmişlər. Bundan sonra evə buraxılmışdır. Xəstəxanaya gəldikdən sonra məlum olmuşdur ki, Güləfərim aldığı xəsarətlərdən ölmüşdür. Sonradan məlum olmuşdur ki, hadisə törədən sürücü Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə zamanı yolu adi yerişlə keçirdilər. Hadisə zamanı anasının sağ ayağı əzilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* saylı cinayət işi 17 iyul 2024-cü il tarixdə, Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) 17 iyul 2024-cü il tarixli, HK-1-426 saylı raportdan görünür ki, həmin tarixdə, vət.X13 DİN-in 102 zəng xidmətinə məlumat verərək bacısı X2 yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi və hal-hazırda X10 morqda olmasını bildirdi. (iş.v. 3) 17 iyul 2024-cü il tarixli, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, baxış aydın havada, 14 iyul küçəsindən dəmir yolu istiqamətində keçirilmişdir. Hadisənin növü piyada vurmadır. Hadisə yerini sürücü Təqsirləndirilən şəxs göstərmişdir. Baxış ilə müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin yeri yaşayış məntəqəsidir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt beton, vəziyyəti isə qurudur. Yol örtüyünün eni 15,60 metr, hərəkət zolağının sayı 2, hərəkət hissəsinin eni isə 8,70 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti vardır. Hərəkət hissəyə sağdan səki, soldan isə torpaq sahə birləşir. Hərəkət işıqforla nizamlanır. İşıqforun yanında stop yol nişanı vardır. Piyadanın vurulduğu yerdən yolun sağ kənarına kimi 4 metr məsafə vardır. Şin və tormozlama izləri yoxdur. (iş.v. 4-12) İş materiallarına əlavə edilmiş “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, buraxılış ili 2011-ci il olan, **-OD-*** dövlət qeydiyyat nişanlı, “Shacman SX331” markalı, özüboşaldan tipli, albalı rəngli, yüksüz kütləsi 17700 kq, icazə verilmiş maksimal kütlə 59700 kq olan, yük avtomobili X7 məxsusdur. (iş.v. 13) Azərbaycan Respublikası sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır və 15 mart 2034-cü il tarixədək qüvvədədir. (iş.v. 15) İş materiallarına əlavə edilmiş 30 mart 2024-cü il tarixli nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamədən görünür ki, buraxılış ili 2011-ci il olan, “**-OD-*** dövlət qeydiyyat nişanlı, özüboşaldan, “Shacman SX331” markalı yük maşını 11 ay 16 gün müddətə, yəni 15 mart 2025-ci il tarixədək qüvvədə olmaqla, mülkiyyətçi X11 tərəfindən Təqsirləndirilən şəxs etibar edilmişdir. (iş.v. 16) 17 iyul 2024-cü il tarixli, 1/6436 nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri mövcud olmamış, yoxlama zamanı ayıq vəziyyətdə olmuşdur. (iş.v. 17) X8 tərəfindən Suraxanı RPİ-nin İŞ-ə ünvanlanan 23 iyul 2024-cü il tarixli ərizədən görünür ki, qızı Zərərçəkmiş şəxs3 17 iyul 2024-cü il tarixdə, Suraxanı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ölmüşdür. Odur ki, qızı Zərərçəkmiş şəxs3 öldüyü cinayət işi üzrə onun hüquqi varisi qismində tanınmasına göstəriş verilməsini xahiş etmişdir. (iş.v. 28) 23 iyul 2024-cü il tarixli, zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi qismində tanınması haqqında qərardan görünür ki, cinayət işi üzrə X8 hadisə nəticəsində mərhum Zərərçəkmiş şəxs3 hüquqi varisi qismində tanınmışdır. (iş.v. 29) X8 tərəfindən Suraxanı RPİ-yə ünvanlanmış 01 avqust 2024-cü il tarixli ərizədən görünür ki, qızı Zərərçəkmiş şəxs3 17 iyul 2024-cü il tarixdə, Suraxanı rayonu ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi “Shacman SX331” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ölmüşdür. Hadisə ehtiyatsızlıqdan baş verdiyinə görə o, Təqsirləndirilən şəxs bağışlamış, onunla barışmış və ona qarşı heç bir şikayət, tələb və ya iddiası yoxdur. Odur ki, gələcəkdə də Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və iddiası olmayacaqdır. (iş.v. 34) 07 avqust 2024-cü il tarixli, 81 saylı məhkəmə tibbi ekspertizasının meyitin ekspertizası rəyinin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs3 meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: sağ tərəfli hemotoraksla müşayiət olunan qabırğaların sağda çoxsaylı yerinidəyişmiş ikili sınıqları, sağ ağciyərin zədələnməsi, sağ körpücük sümüyünün sınığı, hər iki ağciyərin əzilməsi, başın yumşaq örtük toxumasına və baş beyinin yumşaq qişasına qansızma, bədənin çoxsaylı sıyrıqları və qançırları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs3 ölümünə skelet sümüklərinin çoxsaylı sınıqları, sağ ağciyərin zədələnməsi nəticəsində inkişaf etmiş travmatik şok, qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 12-14 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (iş.v. 35-38) 17 oktyabr 2024-cü il tarixli, 861 saylı məhkəmə tibbi ekspertizasının canlı şəxsin ekspertizasının nəticəvi hissəsindən görünür ki, 1991-ci il təvəllüdlü vət.Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasına əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq bu nəticəyə gəlinmişdir ki, onun müayinəsi zamanı hər hansı bir xəsarət aşkar edilməmişdir. (iş.v. 52-53) 25 oktyabr 2024-cü il tarixli, 860 saylı məhkəmə tibbi ekspertizasının canlı şəxsin ekspertizasının nəticəvi hissəsindən görünür ki, vət.Zərərçəkmiş şəxs2 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: burun sümüyünün yerini dəyişməyən sınığı, sağ topuğun hemartrozu, sağ topuq nahiyəsinin şişkinliyi ilə müşayiət olunan hər iki topuq nahiyəsinin əzilmiş yaraları, sağ ayağın əzilmiş yarası. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 17 iyul 2024-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. (iş.v. 54-56) 23 noyabr 2024-cü il tarixli 8/3002 nömrəli məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası rəyinin nəticəvi hissəsində qeyd olunur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Shacman SX331” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (iş.v. 86-88) 29 noyabr 2024-cü il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (iş.v. 98-103) 30 noyabr 2024-cü il tarixli qərarla, saat 13:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 105-106, 132-134) Zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən ibtidai istintaq dövründə, Suraxanı RPİ-yə ünvanlanmış 01 avqust 2024-cü il tarixli ərizədən görünür ki, qızı Zərərçəkmiş şəxs3 17 iyul 2024-cü il tarixdə, Suraxanı rayonu ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi “Shacman SX331” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə baş vermiş yolnəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ölmüşdür. Hadisə ehtiyatsızlıqdan baş verdiyinə görə o, Təqsirləndirilən şəxs bağışlamış, onunla barışmışdır və ona qarşı heç bir şikayət, tələb və ya iddiası yoxdur. Odur ki, gələcəkdə də Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və iddiası olmayacaqdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 12 mart 2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışdığı üçün ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 02 aprel 2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, 17 iyul 2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi **-OD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ona xəsarət yetirmişdir. Hazırda onunla barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2015-ci il təvəllüdlü Nuray Əsədullayeva və xx.xx.2024-cü il təvəllüdlü Ömər Əsədullayev olmaqla, 2 azyaşlı övladı vardır. Bu sistemlə əldə edilmiş Təqsirləndirilən şəxs digər məhkəmə işləri barədə çıxarışdan isə görünür ki, onun başqa məhkəmənin icraatında cinayət işi yoxdur. İş materiallarında olan 01 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmişdir. Həmin disk yol nəqliyyat hadisəsinin baş verməsinin bütün hallarını özündə əks etdirir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Odur ki, yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halları müəyyən etdiyinə görə maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəylərini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 fevral 2022-ci il tarixli 2 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında aşağıdakı dəyişikliklər edilsin: 17-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin: “Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.” Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçılarının vəzifələri sırasına həmçinin yol hərəkəti Qaydalarına riayət etmək, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilmək və yerinə yetirmək, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaq, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaq daxildir. Həmin Qanunun 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri. “C” - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün. A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq A1, B1, C1, D1, C1E və D1E alkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin iki obyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Həmin cinayət əməli təqsirin ehtiyatsızlıq formasında törədilmişdir. CM-nin 26-cı maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ibtidai istintaq və məhkəmə istintaqında verdiyi ifadələri, zərərçəkmiş şəxsin və şahidin ibtidai istintaqda verdiyi ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri, canlı şəxsin və meyitin məhkəmə tibbi ekspertizasının rəyləri, verilmiş sorğulara cavablar, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 09 fevral 2024-cü il tarixli Nərimanov rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 07 ay 27 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 06 oktyabr 2024-cü il tarixdə cəza müddəti bitmişdir. (iş.v.57-58 və 79-82) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzası 06 oktyabr 2024-cü il tarixdə bitsə də hazırki iş üzrə cinayət əməlini 6 il müddət keçmədiyindən törətdiyi üçün məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. Həmçinin qeyd olunmalıdır ki, CM-nin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixli Nərimanov rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 07 ay 27 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və hazırki iş üzrə 17 iyul 2024-cü il tarixdə ehtiyatsızlıqdan cinayət əməli törətdiyi zaman cəza müddəti bitməmişdir. CM-nin 76.6-cı maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum ehtiyatsızlıqdan cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur). Hazırki iş üzrə məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsinə zərurət görmür. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ehtiyatsızlıqdan törədilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmuş, dəymiş ziyan tam ödənilmiş, yol nəqliyyat hadisəsi sürət həddinin aşılması, avtoxuliqanlıq, spirtli içki qəbulu və digər mənfi xarakterizə olunan hallarla bağlı baş verməmiş, avtomobilin yolda işıqforun yaşıl işığı yandığı üçün hərəkətə başladığı anda sürücünün diqqətsizliyi səbəbindən baş vermişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin Təqsirləndirilən şəxs əməlində residiv yaranmır. Çünki onun hazırki iş üzrə törətdiyi cinayət əməli ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışmasını və onlara cinayət nəticəsində dəymiş ziyanın tam şəkildə ödənilməsini, şikayət və tələbin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, ailəni yeganə dolandıran şəxsin özü olmasını, ehtiyatsızlıqdan cinayət əməli törətməsini CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1— 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən bir neçə halın olması qarşılığında ağırlaşdıran heç bir halın olmaması vəziyyətində ona maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəzanın təyin edilməsi ədalətli və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmazdı. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Göründüyü kimi cəzaçəkmə müəssisələri sırasında həmçinin məntəqə tipli cəzaçəkmə müəssisəsi də yer alır. CM-nin 56.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçünməntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. CM-nin 56.3-cü maddəsinə əsasən cəzaçəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1—56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir. CM-nin 263.2-ci maddəsinin sanksiyasında müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası və nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 43-cü maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası əsas cəza kimi tətbiq edilsə də, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəza növü yalnız əlavə cəza kimi tətbiq edilir. CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Cəzaların İcrası Məcəlləsinin 118.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və bu Məcəllənin 70.2.3 və 70.2.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslər cəza çəkirlər. Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Hazırki iş üzrə də təqsirləndirilən şəxsin məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkməsinin müəyyən edilməsi ona müəyyən məhrumiyyətlərin yaradılmasına, hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olacaqdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən kifayət qədər halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etməklə, azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və alternativ cəza qeyd olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqda seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra, əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, hadisənin baş vermə anının videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut qismində tanınmalı və cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqda seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra, əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hadisənin baş vermə anının videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut qismində tanınsın və cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar