Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-252/2022 17.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1991-ci ildə Cəlilabad rayonu, Ocağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Ocağlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizamnövündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci il ilin sentyabr ayının əvvəllərində usta işləyib yaşadığı ünvan 1 ünvanından Zərərçəkmiş şəxs məxsus evdən qanunsuz olaraq 120.00 manat dəyərində 1 ədəd “JBL” markalı, “Flip 4” markalı səs gücləndiricini və 1.000 manat dəyərində rus istehsallı, 583 əyyarlı 14,4 qram çəkidə olan qızıl zinət əşyası, yəni bir dəst-bir ədəd üzük, iki ədəd sırğanı ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 1.120,00 manat miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, aqlay ustası olduğundan Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında işləmiş, sonradan Seymurla münasibəti yaranmış və ünvan 2 ünvanında həm yaşamış, həm də işləmişdir. Həmin ünvanda təxminən 3 il yaşamışdır. Sonra isə ara sıra gedib gəlmiş və həmin evdə bəzi işlər görmüşdür. Seymurla münasibəti çox yaxın olub. 2021-ci ilin sentyabr ayının əvvəllərində Seymurla telefon vasitəsilə əlaqə saxlamış, şəxsiyyət vəsiqəsi Seymurgildə qaldığını bildirmiş və Seymur ona rayonda olduğunu demişdir. Zərərçəkmiş şəxs evində uzun müddət yaşadığından evin açarının biri onda olmuşdur. Zərərçəkmiş şəxs yaşadığı evə gedərək orada qalan şəxsiyyət vəsiqəsini götürmək istəmişdir. Evə gəlmiş, mənzilin qapısını döymüş, lakin evdə heç kim yox idi. O, üzərində olan açarla evin qapısını açaraq evə daxil olmuş, oradan özünə məxsus şəxsiyyət vəsiqəsini və ona məxsus olduğunu düşündüyü kalonkanı götürüb evdən çıxmışdır. Daha sonra rayona qayıtmış və səhhəti ilə bağlı problem yarandığı üçün mobil telefonu işlətməmişdir. Təxminən 4-5 ay Zərərçəkmiş şəxsla əlaqə saxlaya bilməmişdir. Bakı şəhərində olduğu zaman atası ona bildirdi ki, rayondakı evlərinə polis əməkdaşları gələrək onu axtarmışlar. O, Suraxanı Rayon Polis İdarəsinə gələrək orada öyrənmişdir ki, Zərərçəkmiş şəxs ondan evdən kalonka və bacısına məxsus təxminən 1.000 manat dəyərində olan qızılları oğurlamağı ilə bağlı şikayət veriblər. Polis bölməsində olan zaman bildirmişdir ki, kalonka ona məxsus olduğunu düşünərək götürmüş, lakin Zərərçəkmiş şəxs bacısına aid olan qızılları o, oğurlamamışdır. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında anası və bacısı ilə birlikdə yaşayır. Hal-hazırda bacısı şəxsi işləri ilə əlaqədar Türkiyə Cümhuriyyətində olduğundan evdə anası ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onların evində usta kimi işləmiş, münasibətləri yaxşı olduğundan Təqsirləndirilən şəxs onların evində həm yaşayıb, həmçinin işləməyə başlamışdır. Təqsirləndirilən şəxs onların evində təqribən 2 ildən çox müddət həm yaşamış həm də usta kimi işləmişdir. Bu müddət ərzində aralarında heç bir problem yaranmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs onların evlərinə giriş çıxışı sərbəst hala çevrilmişdir. 2021ci ilin əvəllərində Təqsirləndirilən şəxs artıq onların evində yaşamamış və çıxıb getmişdir. 2021-ci ilin təqribən sentyabr ayında Təqsirləndirilən şəxs ona tanımadığı nömrədən zəng edərək şəxsiyyət vəsiqəsinin onların evində qalmasını və gəlib onu götürəcəyini bildirmişdir. 13 sentyabr 2021-ci il tarixdə bacısı evə gəldikdə, bacısına məxsus olan qızıl zinyət əşyalarının olmadığını görüb DİN-in 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Bundan xəbər tutaraq evə gəlmiş və evdə bacısına məxsus olan 1.000 manat dəyərində qızıl komplektin və 400 manat dəyərində səs güləndiricisinin olmadığını aşkar etmişdir. Ərizə ilə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət edərək onlara məxsus olan əşyaların oğurlanması nəticəsində ona 1.400 manat dəyərində maddi ziyan dəyməsini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. 23 may 2022-cı il tarixli 9/3205 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “JBL” markalı, “Flip 4” modelli səsgücləndiricisinin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 120,00 manat müəyyən edilir». Məhkəmə iş üzrə toplanmış sübutların cəminə qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ifadəsi reallıqda baş vermiş hadisəni təhrif etməklə və baş verənlərin müəyyən hissəsini gizlətməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd JBL markalı, “Flip 4” modelli səs gücləndirici Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd JBL markalı, “Flip 4” modelli səs gücləndirici Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-252/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-252/2022
17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver