Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-252/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki ünvan 3-da qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində, Şor Gölün yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,690 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üstündə saxlayaraq daşımış, 12 sentyabr 2022-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu. Əmircan qəsəbəsi, A.Rzayev küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1.690 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhər saatlarında, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,126 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üstündə saxlayaraq daşımış, 13 oktyabr 2022-ci il tarixdə saat 14:00 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli idman gödəkçənin sağ yan cibində saxladığı 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1.126 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki olar ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi. Şor Göl yaxınlığında üzdən tanıdığı şəxsdən narkotik vasitə heroin alaraq istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində, Şor Göl yaxınlığında üzdən tanıdığı şəxsdən 10 manat müqabilində öz istifadəsi üçün bir ədəd bükümdə narkotik vasitə heroin alıb yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi 66 nömrəli evinə qarşısına gəlmişdir. Həmin günü saat 12:30 radələrində yaşadığı evin qarşısında dayandığı zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparlıması zərurəti ilə bağlı Suraxanı RPİ-nin 31-ci RB-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə getmiş, PŞ-nin inzibati binasında, xidməti oğaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət edilmişdir. Videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunaraq üzərində qeyri qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim eləməsi təklif olunmuşdur. Əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlayaraq daşıdığı bir büküm narkotik vasitə heroini cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində, Şor Göl yaxınlığında tanımadığı şəxsdən 10 manata öz istifadəm üçün aldığını bildirmişdir. Təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroin götürülmüş bir ədəd zərfə qablaşdırılaraq zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu izalamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 14:00 dəqiqədə yaşadığı evin yaxınlığında olan vaxtı mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti ilə bağlı Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələrim izah olunmuş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət edilmişdir. Videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi barədə qərar olunmuş, üzərində qeyri-qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibində saxlayaraq daşıdığı bir büküm narkotik vasitə heroini cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi bir ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini tanımadığı şəxsdən öz istifadəsi üçün on manata aldığını bildirmişdir. Üzərində şəxsi axtarış davam etdirilmiş, amma özünün təqdim etjdiyi bir büküm narkotik vasitə heroindən başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroin bir ədəd zərfə qablaşdırılaraq zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu izalamışdır. Sonda əməlindən səmimi peşmançılıq hissləri keçidiyini və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərimişdir ki, Suraxanı RPİ-nin 31-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır, xx.xx.2022-ci il tarixdə 31-ci PB-nə «Səxavət» adlı şəxsin Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Səxavət» adlı şəxsin ünvan 2 ünvanda qeydiyyatda olan, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən edib, PB-nin rəhbərliyinə məruzə etmiş, PB-nin rəisinin əmri ilə əməliyyat müvəkkili Şahid1 Teyyub oğlunun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun üzvü kimi o, təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 14:00 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində, yaşadığı evinin yaxınlığında olduğunu müəyyən edərək orada onu saxlayıb özlərini təqdim etdikdən sonra narkotik vasitə əldə edib saxlayıb daşımaqla şübhəli olduğunu bildirib Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. PB-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunmuş, üzərində əldə edilib gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş hər hansı bir vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümün arasında narkotik vasitə herolin olduğunu, heroini xx.xx.2022-ci il tarixdlə Suraxanı rayonu Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilmiş, amma Təqsirləndirilən şəxs üzərindən onun özünün təqdim etdiyi bir bükümdən əlavə heç bir əşya, vasitə və ya predmet aşkar elilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə götürülərək bir ədəd zərfə qablaşdırılaraq zərf möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. xx.xx.2022-ci il tarixdə “Səxavət” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr əldə edib daşıması və qəbul etməsi barədə 31ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat barədə Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid3 dərhal PB-nin rəhbərliyinə məruzə etmiş, «Səxavət» adlı şəxsin xx.xx.1983-cü ildə ünvan 4 ünvanda qeydiyyatda olan və ünvan 5n Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. PB-nin rəisinin əmri ilə Şahid3 rəhbərliyi ilə ondan ibarət əməliyyat qrupu təşkil olunmuş. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edərək əməliyyat- axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2022-ci il tarixdə saat 12:30-da Təqsirləndirilən şəxs Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində, yaşadığı evin yaxınlığında olduğunu müəyyən edib orada onu saxlayıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib X3 RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. PB-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifəlri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş ilə üzərində şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunduqdan sonra üzərində əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir vasitə, əşya və predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxarıb təqdim edərək təqdim eldiyi sellofan kəsiyi bükümünün arşında narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişlir. Təqsirləndirilən şəxsnin üzərində şəxsi axtarış davam etdirilsə də onun üzərindən özünün təqdim etdiyi bir ədəd sellofan kəsiyi bükümündən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən 01 ədəd şəffaf sellofan kəsiyi bükümünün arasında olan kütlə götürülərək bir ədəd zərfə qablaşdırılmış, zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra möhürlənmişh zərfin üzərini və protokolu imzalamışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 31-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır, xx.xx.2022-ci il tarixdə 31-ci PB-nə «Səxavət» adlı şəxsin Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Səxavət» adlı şəxsin ünvan 2 ünvanda qeydiyyatda olan, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən edib, PB-nin rəhbərliyinə məruzə etmiş, PB-nin rəisinin əmri ilə onun rəhbərliyi ilə PB-nin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, Şahid2 ilə birlikdə əməliyyat- axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2022-ci il tarixdə saat 14:00 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində, yaşadığı evinin yaxınlığında olduğunu müəyyən edərək orada onu saxlayıb özlərini təqdim etdikdən sonra narkotik vasitə əldə edib saxlayıb daşımaqla şübhəli olduğunu bildirib Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. PB-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunmuş, üzərində əldə edilib gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş hər hansı bir vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdlə Suraxanı rayonu Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilmiş, amma Təqsirləndirilən şəxs üzərindən onun özünün təqdim etdiyi bir bükümdən əlavə heç bir əşya, vasitə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə götürülərək bir ədəd zərfə qablaşdırılaraq zərf möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. xx.xx.2022-ci il tarixdə “Səxavət” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr əldə edib daşıması və qəbul etməsi barədə 31-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat barədə dərhal PB-nin rəhbərliyinə məruzə etmiş, «Səxavət» adlı şəxsin xx.xx.1983-cü ildə ünvan 4 ünvanda qeydiyyatda olan və ünvan 5n Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. PB-nin rəisinin əmri ilə onun rəhbərliyi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuş. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edərək əməliyyat- axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2022-ci il tarixdə saat 12:30-da Təqsirləndirilən şəxs Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində, yaşadığı evin yaxınlığında olduğunu müəyyən edib orada onu saxlayıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib X3 RPİ-nin 31-ci PBnə dəvət etmişlər. PB-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifəlri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş ilə üzərində şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunduqdan sonra üzərində əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir vasitə, əşya və predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxarıb təqdim edərək təqdim eldiyi sellofan kəsiyi bükümünün arşında narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişlir. Təqsirləndirilən şəxsnin üzərində şəxsi axtarış davam etdirilsə də onun üzərindən özünün təqdim etdiyi bir ədəd sellofan kəsiyi bükümündən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən 01 ədəd şəffaf sellofan kəsiyi bükümünün arasında olan kütlə götürülərək bir ədəd zərfə qablaşdırılmış, zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra möhürlənmişh zərfin üzərini və protokolu imzalamışlar. Cinayət işinin 94-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 12 sentyabr 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə, saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 147-148-ci vərəqlərində olan 14 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və o, müvəqqəti saxlama yerindən azad olunması, qərarın sürəti icra olunması üçün Bakı şəhəri Suraxanı RPİ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 150-151-ci vərəqlərində olan 14 sentyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 105-106-cı vərəqlərində olan 12 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Susa oğlunu üzərində şəxsi axtarış aparılır, o, əynidəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümü çıxarıb təqdim edir, təqdim etdiyi bir ədəd şəffaf sellofan kəsiyi bükümünün arasında narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə tanımadığı şəxsdən 10 manata alaraq öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Cinayət işinin 112-116-cı vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli. 6/5135 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində «...Şübhəli şəxs ...Təqsirləndirilən şəxs (imza).» sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1.690 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 170-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş disk «DVD» formatlıdır. Diskin üzərində yazılar yoxdur, ağ rənglidir. Disk xidməti iş otağımda olan kompyüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X2” proqramı vasitəsi ilə yazılmış MP4 formatında 01 ədəd fayl olması müşahidə olunur. Həmin videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərində şəxsi axtarış aparılan şəxs o özüdür. Baxış zamanı müəyyən olundu ki, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf selofan ksiyi bükümünü, çıxarıb təqdim edir, bildirir ki, təqdim etdiyi şəffaf sellofan kəsiyi bükümünün arasındakı narkotik vasitə heroindir, heroini xx.xx.2022-ci il tarixdə tanımadığı şəxsdən 10 manata özü isttifadə etməsi üçün alaraq üzərində saxlamışdır. Cinayət işinin 21-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 13 oktyabr 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə, saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 66-67-ci vərəqlərində olan 14 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və o, müvəqqəti saxlama yerindən azad olunması, qərarın sürəti icra olunması üçün Bakı şəhəri Suraxanı RPİ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 69-70-ci vərəqlərində olan 14 oktyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 32-33-cü vərəqlərində olan 13 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Susa oğlunu üzərində şəxsi axtarış aparılır, o, əynidəki tünd göy rəngli idman görəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim edir, təqdim eldiyi bir ədəd gümüşü rəngli bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 10 manata alaraq öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Cinayət işinin 40-44-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli. 6/5930 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN «Zərflər üçün № 195» möhür əksi, «Şübhəli şəxs ...Təqsirləndirilən şəxs...» və sair sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1.126 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 51-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında 14 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, həmin diskdə bir ədəd fayıl vardır, fayılda olan videogörüntü 13 sentyabr 2022-ci il tarixli və 04 dəqiqə 04 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları Suraxanı RPİnin 31-cü PB-nin inzibati binzasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilir, Sübhan Mustafayev əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd büküm kütləni təqdim edərək bildirir ki, təqdim etdiyi kütlə narkotik vasitə olan heroindir və özü istifadə etmək məqsədilə Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata almışıdır. Cinayət işinin 181-182-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X4- Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2022-ci il tarixli 5453 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 197-198-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələləbnamdən görünür ki, Təqsirləndirilən şəxs Bkı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3. 127.2.3, 66.3-cü maddələri ilə təqsirli bidinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkm olunmuş, xx.xx.2006-cı ildə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən 2 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, xx.xx.2007-ci ildə Abşeron rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 2 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1.690 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi və əynində olan tünd göy rəngli idman gödəkçənin sağ yan cibində saxladığı 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1.126 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,690 qram və 13 oktyabr 2022-ci il tarixində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,126 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində təkrarçılığın olmasını cəzasını ağırlaşdıran hal kimi hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 13 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün və 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 31 iyul 2023-cü ildən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclasında dərhal həbs edilməli, onun həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün və 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 31 iyul 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,026 qram narkotik vasitə olan heroin və 1,640 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 191 (bir yüz doxsan bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-252/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-252/2023
31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver