Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-252/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi- Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1981-ci il ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 yetkinlik yaşına çatmamış uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, H.Hacıyev küçəsi, ev 12-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsi, ev 621-də yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : Təqsirləndirilən şəxs 21 yanvar 2025-ci il tarixdə, saat 21:00 radələrində yaşadıqları evdə telefonuna bir başqa qadın tərəfindən edilmiş zənglər səbəbindən, həyat yoldaşı Zərərçəkmiş şəxs ona irad bildirməsi nəticəsində qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı əsəbləşib əli ilə qəsdən sonuncunun çənə və sol qol nahiyyələrinə zərbə vurmaqla sol bazunun hematoması və sol çənə bucağı nahiyyəsinin qançırı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirliən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 2002-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan 3 övladları vardır. xx.xx.2025-ci il tarixdə saat 08:00-da işə getmək üçün yaşadıqları evdə hazırlaşan zaman Fatma onun istifadə etdiyi telefona baxdıqda telefonunda bir nəfər qadının ona etdiyi zəngləri aşkar etmiş, bu səbəbdən aralarında həmin vaxtı sözlə mübahisə yaranmışdır. Daha sonra Fatma işə gecikdiyi üçün onu iş yerinə aparıb qoyub daha sonra idarə etdiyi avtomaşınla taksilik fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Həmin gün yəni xx.xx.2025-ci il tarixdə saat 21:00-da yaşadıqları evdə olan zaman Fatma ondan münasibətdə olduğu qadının kim olduğunu, hansı səbəbdən ona xəyanət etdiyini soruşduqda ona həmin qadının adını belə bilmədiyini, həmin şəxsi müştəri qismində idarə etdiyi avtomaşına əyləşən zaman tanıdığını, həmin şəxsin ona bir müştəri kimi zəng vurduğunu desə də Fatma ona inanmamış və qısqanclıq etdiyi üçün mübahisə daha da böyüməyə başlamışdır. Mübahisənin təsirindən əsəbləşdiyi üçün Fatmanı söyüb əli ilə onun çənə nahiyəsinə və sol qoluna qəsdən zərbə vuraraq onu döymüşdür. Sonda, Təqsirləndirilən şəxs ifadəsində əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2002-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan 3 övladları vardır. xx.xx.2025-ci il tarixdə saat 08:00-da işə getmək üçün yaşadıqları evdə hazırlaşan zaman öz telefonunu götürmək əvəzinə səhvən Ramilin telefonunu götürmüş və telefona baxdıqda adını bilmədiyi bir nəfər qadının ona zənglər etdiyini aşkar etmişdir. Bu barədə Ramilə bildirdikdə onunla mübahisə etmiş və o iş yerinə tələsdiyi üçün mübahisəni uzatmamışdır. Həmin gün yəni xx.xx.2025-ci il tarixdə saat 21:00-da yaşadıqları evdə olan zaman Ramildən münasibətdə olduğu qadının kim olduğunu, hansı səbəbdən ona xəyanət etdiyini soruşduqda Ramil həmin şəxsin adım belə bilmədiyini, zəng vuran şəxsin müştəri qismində idarə etdiyi avtomaşına əyləşən şəxs olduğunu desə də ona inanmadığı üçün mübahisə daha da böyümüş, mübahisə zamanı Ramil daha da əsəbləşərək onu söyüb təhqir edib əli ilə çənə nahiyəsinə və sol qoluna qəsdən zərbə vuraraq onu döymüşdür. Sonda o, təqsirləndirilən şəxslə barışmış olduğunu, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını göstərmiş bununla əlaqədar icraata xitam verilməsini xahiş etmişdir . İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələb olmadığını qeyd edərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını qeyd edərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən, zərərçəkmiş şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-252/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-252/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver