Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-253/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Xalıq oğlunun, Müdafiəçi - 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mehdi oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Cəlilabad rayonunun Moranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Cəlilabad rayonunun Moranlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istiladə elmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 həyat yoldaşı Şahid1 aylıq 130 manat müavinətini artırmaq istəyinin olmasını bildikdən sonra, Zərərçəkmiş şəxs3 həyat yoldaşının müavinətini artıracağına dair yalandan vəd verib aldadaraq, 30 aprel N19-eu il tarixdə ünvan 2 ünvanın yaxınlığında sonuncudan 800 manat (səkkiz yüz) manat pul alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs3 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 özünə pensiya düzəltmək istəyinin olmasını bildikdən sonra, ona pensiya düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq, 06 may N19-eu il tarixdə ünvan 3 ünvanının yaxınlığında sonuncudan 1.400 (min dörd yüz) manat pul alaraq ələ keçirməklə, Zərərçəkmiş şəxs1 ümumilikdə 1.400 (min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq elmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 həyat yoldaşı Şahid2 qızma pensiya düzəltmək istəyinin olmasını bildikdən sonra, Zərərçəkmiş şəxs2 həyat yoldaşına pensiya düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq, 15 may N19-ju il tarixdə ünvan 4 ünvanın yaxınlığında sonuncudan 3.000 (üç min) manat pul alaraq ələ keçirməklə, Zərərçəkmiş şəxs2 ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Şahid3 özünə təqaüd düzəltmək istəyinin olmasını bildikdən sonra, sonuncunun atası Zərərçəkmiş şəxs4 Şahid3 təqaüd düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq, NN-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi. 411 ünvanda yerləşən “Suraxanı maşınqayırma” zavodunun qarşısında sonuncudan 1.N0 (min iki yüz) manat pul alaraq ələ keçirməklə, zərərçəkmiş şəxs M.Şahid3 ümumilikdə 1.N0 (min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilərək qeyd etmişdir ki, o, N01-ci ildən N19-cu ilin yanvar ayınadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə fondunun Suraxanı rayon şöbəsində fərdi uçot sektorunun məsləhətçisi işləmişdir. Şahid1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, X3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Şahid3 tanıyır. Belə ki, həmin şəxslərlə N19-cu il tarixdə tanış olmuşdur. N19-cu ilin aprel ayında yaşadığı evin yaxınlığında yaşayan Zərərçəkmiş şəxs3 Eldar oğlu onun yanına gələrək bildirmişdir ki, həyat yoldaşı Şahid1 səhhətindəki xəstəliyə görə 130 manat müavinət alır. Ramiz Həyat yoldaşının aldığı müavinətin artırılması üçün kömək etməsini ondan xahiş etmişdir. O, Ramizə maraqlanıb xəbər edəcəyini bildirmişdir. Lakin heç kimlə maraqlanmamışdır. Pul lazım olduğu üçün bir neçə gün keçdikdən sonra Ramizə zəng edərək demişdir ki, sonunjunun həyat yoldaşının aldığı 130 manat müavinətin artırılması üçün kömək edə bilər. O, Ramiz ilə görüşüb, ona yalandan həyat yoldaşının müavinətinin artırılması məsələsini həll etməsini, lakin bunun üçün 1.000 manatdan yuxarı məbləğdə pul lazım olmasını bildirmişdir. Ramiz isə həmin məbləğdə pulunun olmadığını demiş və onlar 800 manata razılaşmışlar. Ramiz pulu götürüb, ona xəbər edəcəyini demişdir. 30 aprel N10-cu il tarixdə o, ünvan 3 ünvanın yaxınlığında Ramiz ilə görüşmüş və ondan 800 manat pul almışdır. Ramizə yalandan söz vermişdir ki, qısa vaxt ərzində işi həll edəcək. Bir neçə gün keçdikdən sonra Ramiz ona zəng edərək demişdir ki, tanışları var, onların da işini həll elmək lazımdır. O, Ramizin vasitəsilə həmin şəxslər ilə yaşadığı evin yaxınlığında görüşmüşdür. Görüşdüyü şəxs Zərərçəkmiş şəxs2 olmuşdur. O, Aydınla görüşən zaman Ramiz də onların yanında olmuş və söhbət zamanı Aydın həyat yoldaşı Şahid2 əmək pensiyası düzəltmək istədiyini demişdir. O, Aydına işin həll olunması üçün pul lazım olacağını və maraqlanıb xəbər edəcəyini bildirmişdir. Bir neçə gündən sonra Aydına zəng edərək, onunla Suraxanı rayonunun Bülbülə qəsəbəsində görüşmüşdür. Aydın görüşməyə Ramiz ilə gəlmiş, görüş zamanı o, Aydına yalandan bildirmişdir ki, sonunjunun həyat yoldaşının pensiya məsələsini həll etmiş, bunun üçün 5000 manat pul lazımdır. Aydın maddi imkanın olmadığını və məbləği aşağı endirməsini xahiş etmişdir. Aydınla 4.300 manata razılaşmışdır. 15 may N19-cu il larixdə ünvan 3 ünvanının yaxınlığında o, Aydın və Ramiz ilə görüşmüş, həmin vaxt o, idarə etdiyi avtomobildə Aydından həyat yoldaşına pensiya düzəltmək üçün 3000 manat pul almış, sonra isə oradan yaşadığı evə getmişdir. Bir neçə gündən sonra o, Zərərçəkmiş şəxs1 ilə görüşmüşdür. O, Sədyarı Ramizin vasitəsilə tanımış və sonuncu onları görüşdürmüşdür. Görüşməmişdən əvvəl Ramiz bildirmişdir ki, Sədyar özünə pensiya düzəltmək işləyir, bu zaman Ramizə onları görüşdürəjəyini demişdir. Görüşən zaman o, Sədyardan özü haqqında məlumat almış və ona yalandan pensiya düşdüyünü demişdir. O, Sədyar ilə pensiya məsələsini 1.400 manala razılaşmışlar. 06 may N19-cu il tarixdə o, Ramiz və Sədyar ilə ünvan 3 ünvanın yaxınlığında görüşmüş, həmin vaxt Sədyar pensiya düzəltməyi üçün ona 1.400 manat pul vermişdir. O, pulu götürüb, yalandan Sədyara pensiya düzəldəcəyini öz öhdəsinə götürmüşdür. 2-3 ay keçdikdən sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək demişdir ki, oğluna toy edir, buna görə pula ehtiyacı vardır. Aydın verdiyi 3.000 manat pulunu geri qaytarmağını tələb elmiş, o, sonunjuya pulunu qaytaracağını demiş, həmin ərəfələrdə Sədyar və Ramiz də ondan pulunu tələb elmişlər. O, ilkin olaraq Ramizdən aldığı 800 manat pulu qaytarmış, bir neçə gündən sonra isə Sədyarından aldığı 1.400 manat pulu da, qaytarmış, bir neçə aydan sonra isə Zərərçəkmiş şəxs2 aldığı 3.000 manat pulun 1.000 manatını qaytarmışdır. NN-ci ilin fevral ayında pul lazım olmuş, bunun üçün də o, Suraxanı rayonunun Əmircan qəsəbəsində əvvəldən tanıdığı Şahid3 1.N0 manat alaraq, ona pensiya düzəldəcəyini demişdir. Belə ki, Mustafa ilə söhbət edən zaman sonuncu demişdir ki, uzun müddət Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə işləmiş və özü könüllü olaraq xidmətdən xaric olunmuş, lakin təqaüd ala bilmir. Mustafa ona kömək etməsini xahiş elmiş, o, isə sonuncuya yalandan kömək edəcəyinə söz vermişdir. Həmin günü Mustafanın atası Tacir ona zəng etmiş və onunla danışıb, Mustafaya təqaüd düzəllməyi üçün 1.N0 manata razılaşmışlar. NN-ci ilin fevral ayının sonlarında o, ünvan 7 ünvanda yerləşən "Suraxanı maşınqayırma” zavodunun qarşısında Mustafanın iştirakı ilə atası Tacirdən Mustafaya təqaüd düzəltmək üçün 1.N0 manat almış və işi düzəldəcəyinə yalandan söz vermişdir. Lakin heç bir iş düzəltməmiş və adlarını qeyd etdiyi şəxslərdən aldığı pulları səhətində yaranmış problemlər ilə əlaqədar olaraq xərcləmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, qeyd edilən işləri düzəlmək fikri və niyyəti olmamışdır. Ümumiyyətlə bu barədə hər hansı bir formada imkanı və səlahiyyəti də olmamışdır. Pensiya artırmaq və düzəldəcəyini yalandan demişdir. Həmin şəxslərdən pulları pensiya artırmaq və pensiya düzəltmək adı ilə almışdır. Pensiya düzəltmək və artırmaq barədə heç bir dövlət orqanına müraciət etməmiş və heç kimə də pul verməmişdir. Qeyd eldiyi şəxslərdən başqa hər hansı bir şəxsi işə düzəltmək və yaxud başqa formada pul almamışdır. Həmin şəxslərlə arasında pulun alınıb-verilməsi ilə bağlı qəbz və yaxud müqavilə olmamışdır. Əməlindən peşmandır. Qeyd edir ki, zərərçəkmiş şəxslərə vurulmuş zərər onun tərəfindən tamamilə ödənilib və sonuncularla barışıbdır. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Göstərilənləri, həmçinin jinayət nəticəsində vurduğu zərərin 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasına və barəsində olan cinayət təqibinə xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Şahid1 onun həyat yoldaşıdır və onlar birlikdə yaşayırlar. Həyat yoldaşı Gülnar N19-cu ilin mart ayından onkoloji xəstədir və bununla bağlı İİ qrup əlil olmaqla pensiyaya çıxmışdır. Həyat yoldaşı Gülnar 130 manat pensiya alır. Həyat yoldaşı Gülnar pensiyaya çıxan zaman onun 14 illik iş stajı nəzərə alınmamış və bununla əlaqədar təqaüd almamışdır. Şahid2 onun həyat yoldaşı Gülnarın bacısıdır. Zərərçəkmiş şəxs2 da Gülxarın əridir. Zərərçəkmiş şəxs1 isə qonşusudur. Həyat yoldaşı Gülnar 14 illik iş stajının pensiyaya çıxan zaman nəzərə alınmaması ilə əlaqədar Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə gedib bu barədə maraqlandıqda, orada işləyən hazırki iş üzrə Təqsirləndirilən şəxs ona köməklik göstərəcəyini və telefon nömrəsini verib əlaqə saxlamasını bildirmiş və əlaqə nömrəsini vermişdir. O, Laçının Gülnara verdiyi ***-***-**-** nömrəsini almış və ona zəng edərək danışmışdır. Söhbət zamanı məlum olmuşdur ki, Laçın onun yaşadığı evdən bir qədər aralıda yaşamaqla qonşudurlar. N19-cu ilin aprel ayında o, həyat yoldaşı Gülnarla birlikdə Laçınla görüşmək üçün yaşadığı evin yaxınlığına gəlmişdir. Orada Laçın ilə görüşüb, Gülnarın pensiya məsələsi ilə əlaqədar danışmışlar. Söhbət zamanı Laçın onun həyat yoldaşı Gülnarın aldığı 130 manat pensiyasını artıra biləcəyini demiş, lakin işi düzəltməsi üçün 1.000 manatdan yuxarı məbləğdə pul istəmişdir. O, Laçına həmin məbləğdə pulunun olmadığını bildirib, bir qədər məbləği aşağı endirməsini xahiş etmişdir. Bundan sonra onlar 800 manata razılaşmışlar. 30 aprel N19-cu il tarixdə o, yaşadığı evin yaxınlığında Laçınla görüşmüş və ona 800 manat pul vermişdir. Həmin vaxt Laçın işi düzəltməyi öz öhdəsinə götürmüş və gözləməyini demişdir. Laçının deməsinə görə həmin ilin may ayında Gülnarın pensiyası artacaq. Həmin ərəfələrdə Gülnar bacısı Gülxara pensiyasının artırılması üçün Laçın adlı şəxsin kömək etməsini demişdir. Gülxar da bu barədə bildikdən sonra özünə pensiya düzəltmək üçün Laçınla danışmasını xahiş elmişdir. O, bu barədə Laçınla danışmış, sonuncu da sənədləri gətirməsini bildirmişdir. O, Gülxara lazım olan sənədləri gətirməsini və Laçına verəcəyini demişdir. Gülxar da Laçının dedikləri sənədləri vermiş, o, da bu sənədləri sonuncuya çatdırmışdır. Laçın sənədləri götürüb, müdirlə danışıb, ona xəbər edəcəyini demişdir. İki gün keçdikdən sonra Laçın ona zəng edərək bildirmişdir ki, müdiri ilə danışmış və iş alınır, lakin 3.000 manat pul lazımdır. O, bu barədə Gülxara demiş, o da demişdir ki, əri Aydınla danışacaq. 13 may N19-cu il tarixdə Laçın yaşadığı evin həyətinə gəlmiş, həmin günü Aydın da onlarda olmuşdur. Laçın onlarla görüşməyə idarə eldiyi avtomobillə gəlmişdir. Onlar hamısı birlikdə avtomobildə əyləşmiş, Aydın Laçına vermək üçün 3.000 manat pul gətirmişdir. Avtomobildə söhbət edən zaman onun telefonuna zəng gəlmiş və o, avtomobildən düşüb telefonla danışmışdır. Telefonla danışdıqdan sonra avtomobilə əyləşmiş və həmin vaxt Laçın demişdir ki. "söhbətimizi elədik, inşallah gələn aydan Gülxar pensiya alacaq”. Laçının deməsinə görə Gülxar aylıq 240-290 manat civaruıda pensiya alacaq. Həmin ərəfələrdə qonşusu Sədyar da özünə pensiya düzəltmək istəmiş, bu barədə onunla söhbət edən zaman Laçın barədə məlumat vermiş, o da xahiş etmişdir ki, Laçınla danışsın. Bundan sonra o, Laçınla danışıb bu barədə ona demiş, sonuncu da görüşməyi təklif etmiş və onlar görüşmüşlər. Həmin vaxt Laçın Sədyardan məlumatları aldıqdan sonra onun pensiya ala biləcəyinin mümkün olmasını bildirmişdir. 06 may N19-cu il tarixdə Laçın və Sədyar görüşmüş, həmin xaxı Sədyar Laçına 1.400 manat pul vermişdir. Bundan sonra onlar bir necə gün gözləmiş, lakin işin alınmadığım görüb Laçınla əlaqə saxlamağa başlamışdır. Ancaq Laçın hər dələ gözləməyi bildirib, vaxtı uzatmışdır. Sonunda aydın olmuşdur ki, Laçın onları aldatmış və müxtəlif bəhanələr gətirir. O, Laçından israrla pulunu tələb etdikdən sonra Laçın iki dəfəyə 800 manat pulu ona qaytarmışdır. Lakin Aydından aldığı 3.000 manat pulu qaytarmasını bilməmişdir. Sonradan öyrənmişdir ki, Sədyar da Laçından israrla pulunu tələb edərək almışdır. Təqsirləndirilən şəxs ona vurmuş zərəri tamamilə ödəmiş və onunla barışmışdır,, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, buna dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şahid2 onun həyat yoldaşıdır və onlar birlikdə yaşayırlar. Zərərçəkmiş şəxs3 Əlövsəl oğlu həyat yoldaşı Gülxarın bacısı Gülnarın əridir. Təqsirləndirilən şəxs tanıyır, sonuncunu həyat yoldaşının bacısının əri Ramizin vasitəsilə N19-cu ilin may ayından tanımışdır. Gülnar xəstəliyinə görə pensiya almışdır. N19-cu ilin may ayında Gülnar onlarda olarkən bildirişdir ki, pensiyasının artırılması üçün Laçın onlara kömək edir. O, həyat yoldaşı Gülxar pensiya almadığı üçün ona pensiya düzəltmək qərarına gəlmiş və Gülnar onlara gələrkən, Laçınla danışmasını xahiş etmişdir. Gülnar demişdir ki, həyat yoldaşı Ramiz Laçın adlı şəxsə onun pensiyasının artırılması üçün 800 manat pul vermişdir. 12.05.N19-cu il tarixdə Ramizlə birlikdə Təqsirləndirilən şəxs ilə sonuncunun yaşadığı evin yaxınlığında görüşüb söhbət elmişlər. Təqsirləndirilən şəxs ondan həyat yoldaşının sənədlərini istəmiş, o, Təqsirləndirilən şəxs həyat yoldaşının pensiya almasına kömək etməsini xahiş etmiş, sonuncu isə ondan həyat yoldaşının pensiya alması müqabilində 5000 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs həmin məbləğin çox olduğunu, maddi imkanının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məbləği 4.300 manata endirmiş, bu zaman Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Təqsirləndirilən şəxs deməsinə görə o, Əmək və Əhalinin Sosial Miidafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin fərdi uçot sektorunun məsləhətçisi işləmişdir. O, 15.05.N19-cu il tarixədək 3.000 manat düzəltmiş və Ramizin yaşadığı evə getmişdir. Ramizə 3.000 manat pul düzəltməyini demişdir. Həmin günü Ramizlə birlikdə Laçının və Ramizin yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mədən küçəsində görüşmüşlər. Laçın onlarla görüşə idarə eldiyi "Toyota" markalı, **-CP-*** dövləl qeydiyyat nişanlı avtomobillə gəlmişdir. O, Ramiz ilə avtomobilə əyləşmiş, belə ki, özü arxa oturacaqda, Ramiz isə qabaq oturacaqda əyləşmişdir. O, 3.000 manat pulu cibindən çıxarıb Laçına vermiş, Laçın da, pulu götürüb sayaraq cibinə qoymuşdur. O, Laçına qalan 1.300 manat pulu isə pensiya kartını aldıqda verəcəyini bildirmişdir. Həmin günü o, Laçına həyat yoldaşının şəxsiyyət vəsiqəsini və əmək kitabçasını vermişdir. Laçın N19-cu ilin avqust ayında həyat yoldaşının dəqiq olaraq pensiyaya çıxacağına və pensiya kartını alacağına dair söz vermişdir. Bununla yanaşı işi düzəltməyi öz öhdəsinə götürmüşdür. Onun Laçının pensiya işlərini düzəltmək səlahiyyətinin olub-olmamasını bilməmişdir. Belə ki, Laçın yalnız pensiya düzəldəcəyini demişdir. O, Laçına pulun verilməsi ilə bağlı qəbz verməmiş və yaxud sonunju ilə müqavilə bağlamamışdır. Təqsirləndirilən şəxs verdiyi 3.000 manat pul özünə məxsus olmuşdur. O, bir ay sonra Laçın yenidən zəng edərək, 1.300 manat pulu da tələb etmişdir. Lakin o, Laçının hərəkətlərindən şübhələnmişdir. Belə ki, baldızı Gülnar onlardan əvvəl pensiyasını artırmaq üçün Laçına pul vermiş, lakin Gülnarın pensiyası artmadığı üçün, həmçinin də Laçın telefonlar cavab verməməsi onlara şübhəli gəlmiş və buna görə qalan 1.300 manat pulu Laçına verməmişdir. O, Laçına iş alındıqdan sonra qalan 1.300 manat pulu verəcəyini bildirmişdir. Onlar yenə də Laçının işlərini düzəldəcəyinə inandıqları üçün dərhal şikayət etməyib gözləmişlər. Aldadıldıqlarını başa düşdükdən sonra Laçının barəsində polisə müraciət etmiş və polisə müraciət edən ərəfələrdə Laçının Ramizin qonşusu Sədyar adlı şəxsi də aldatmasını öyrənmişdir. Belə ki, Laçın Sədyara pensiya düzəltmək adı ilə 1.400 manat pulunu alaraq ələ keçirmişdir. Şikayət etdikdən sonra Laçın Ramizin 800 manatını, Sədyarın isə 1.400 manatını geri qaytarmışdır. Laçından verdiyi pulun 1000 manatını N19-cu ilin dekabr ayında iki dələyə almışdır. Sonradan isə qalan pulunu da almışdır. Təqsirləndirilən şəxs ona vurmuş zərəri tamamilə ödəmiş və onunla barışmışdır,, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, buna dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 tanıyır, belə ki, sonuncu ilə qonşudur. Təqsirləndirilən şəxs da tanıyır. Laçını N19-cu ilin may ayında tanımışdır. Belə ki, onunla Ramizin vasitəsilə tanış olmuşdur. N19-cu ilin may ayında Ramiz ilə söhbət edən zaman sonuncu bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin fərdi uçot sektorunun məsləhətçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə tanış olmuş və sonuncu onun arvadı Gülnarın pensiyasını artırmağa kömək edir. Ramizin deməsinə görə o, Laçına arvadının pensiyasını artırması üçün 800 manat pul vermişdir. Həmin vaxt o, Suraxanı rayonu maşınqayırma zavodunda işləmiş və işlədiyi iş sağlamlığı üçün ziyanlı olmuşdur. Ona görə də fikirləmişdir ki, Laçınla danışıb pensiyaya düzəlsin. O, Ramizdən xahiş etmişdir ki, onu Laçınla görüşdürsün və sonuncudan pensiya düzəlməsində kömək edə biləcək imkanının olub-olmamasını soruşsun. Ramiz də Laçınla danışıb xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra Ramiz ona bildirmişdir ki, Laçınla danışmış, sonuncu pensiya düzəldəcəyini öz öhdəsinə götürmüş və bunun üçün pul istəyir, sonunju ilə görüşmək lazımdır. Həmin günün səhəri gün Ramiz ilə Laçın görüşmüşlər. Təqsirləndirilən şəxs ona pensiya düşdüyünü bildirib, işi həll edəcəyini öz öhdəsinə götürmüş və 1.400 manat pul istəmişdir. O, kimlərə sə pul verəcəyini deməmiş, bu barədə maraqlı da olmamış, ona görə də Laçından bu barədə soruşmamışdır. Laçının işləri düzəltmək səlahiyyətinin olub-olmamasını bilməmişdir. Onunla Laçının arasında pulun verilməsi ilə bağlı qəbz və yaxud müqavilə olmamışdır. Onun Təqsirləndirilən şəxs verdiyi 1.400 manat pul özünə məxsus olmuşdur. Laçının deməsinə görə sonunju Əmək və Əhalinin Sosial Miidafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin fərdi uçot sektorunun məsləhətçisi vəzifəsində işləmişdir. O, Laçınla pensiya dtizəltməsi üçün 1.400 manata razılaşmışlar. O, 06 may N19-cıı il tarixdə 1.400 manat pulu götürüb Ramizə bildirmiş və Laçınla əlaqə saxlayaraq yaşadığı evin yaxınlığında görüşmüşlər. Həmin vaxt o, Laçına 1.400 manat pul vermişdir. Laçın pulu sayaraq götürmüş və gözləməyi tapşırmışdır. Lakin günlərin keçməsinə baxmayaraq, bir xəbər olmadığını görüb, Laçınla əlaqə saxlamağa başlamışdır. Ancaq Laçın hər dəfə gözləməyi bildirib müxtəlif bəhanələr gətirmişdir. Laçına pul verən zaman yanında qonşusu Zərərçəkmiş şəxs3 olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 pul alan zaman orada olmamış və görməmiş, lakin bu barədə eşidib öyrənmişdir. Laçının onu aldatmasını başa düşüb, ondan israrla pulunu tələb etdikdən sonra, sonuncu onun pulunu qaytarıb vermişdir. Təqsirləndirilən şəxs ona vurmuş zərəri tamamilə ödəmiş və onunla barışmışdır,, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, buna dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, oğlu Mustafa N00-ji il tarixdə C.Naxçıvanski adına hərbi litseyə daxil olmuş və N03-cü il tarixdə həmin litseyi bitirmiş, N03-cü il tarixdən N07-ci il tarixə kimi H.Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almış, N07-ci il tarixdən isə Müdafiə Nazirliyinin nəzdində müxtəlif hərbi hissələrdə xidmət etmişdir. NN-ci ilin yanvar ayında oğlu Şahid3 ailə vəziyyəti ilə əlaqədar Müdafiə Nazirinə ərizə yazaraq, öz istəyi ilə xidmətdən xaric olmuşdur. Mustafa xidmət illərinə görə təqaüd ala bilmədiyi üçün bildirmişdir ki, Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsində məsul vəzifədə işləyən Laçın adlı şəxs vardır və sonuncu ilə danışıb söhbət elmək lazımdır. Oğlu ilə razılaşmış və Laçının mobil telefon nömrəsini almışdır. Sonra Laçının istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng etmiş və telefonu götürən şəxsə nömrəsinin oğlu Mustafadan almasını bildirmişdir. Həmin şəxs özünü Laçın kimi təqdim etmiş və Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsində məsul məsul vəzifədə işləməsini bildirmişdir. Oğlu Mustafanın təqaüd məsələsi ilə bağlı Laçınla telefonda danışmış, sonuncu heç bir problem olmadığını və oğlunun təqaüd almasına köməklik göstərəcəyini bildirmişdir. Sonradan Laçın oğlunun təqaüd alması üçün 1N0 manat pul istəmiş və o, Laçın ilə razılaşmışdır. NN-ci ilin fevral ayının axırlarında oğlu Mustafa ilə Laçınla görüşmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsinə gəlmişlər. Orada Laçın ilə görüşmüşlər və sonuncunun markasını bilmədiyi avtomobilinə əyləşmişlər. Laçın avtomobili idarə edərək, Əmircan qəsəbəsində olan maşınqayırma zavodunun qarşısına çatdıqda, avtomobili saxlamışdır. Avtomobildə söhbət edən zaman, Laçın oğlu Mustafanın ləqaüd məsələsini tezliklə həll edəcəyini demişdir. Laçınla razılaşdığı 1.N0 maanat pulu özü ilə gətirmiş və cibindən çıxarıb sonuncuya vermişdir. Laçın da, pulu götürüb cibinə qoymuş və oğlu Mustafaya bildirmişdir ki, təqaüd almağı ilə əlaqədar mobil nömrəsinə bildiriş gələcək. Laçın avtomobili ilə onları Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsinə gətirmiş və orada avtomobildən düşmüşlər. Avtomobildən düşərkən, Laçından oğlu Mustafanın təqaüd almasının təxminən neçə gün çəkəcəyini soruşmuş, o, da 1-2 ay ərzində həll olunacağım demişdir. Bir ay müddət keçdikdən sonra Laçına zəng edərək maraqlanmış, sonuncu da tezliklə işin həll olııncağını və narahat olmamasını demişdir. Bir müddət sonra o, Laçına zəng etmiş, lakin sonuncunun telefonuna zəng çatmadığını görüb oğlu Mustafa ilə onun evinə getmişdir. Laçının ailə üzvləri ilə görüşmüş və sonuncunun harada olmasını soruşmuşdur. Laçının ailə üzvləri onun səhhətində olan problemlər ilə əlaqədar müalicədə olmasını və burada olmamasını demişlər. Bundan sonra Laçının onu aldatmasını və 1.N0 manat pulunu ələ keçirməsini başa düşmüşdür. Laçına verdiyi 1.N0 manat pul özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs ona vurmuş zərəri tamamilə ödəmiş və onunla barışmışdır,, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, buna dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun həyat yoldaşdır və onlar birlikdə yaşayırlar. O, N19-cu ilin mart ayından onkoloji xəstədir və bununla əlaqədar olaraq İİ qrup əlil olmaqla pensiyaya çıxmışdır. Aylıq 130 manat pensiya almışdır. 14 illik iş stajı olsa da, pensiyaya çıxan zaman bu nəzərə alınmamışdır. Şahid2 onun bacısıdır. Zərərçəkmiş şəxs2 da bacısının əridir. Zərərçəkmiş şəxs1 isə qonşularıdır. 14 illik iş stajının nəzərə alınmamasına görə Əmək və Əhalinin Sosial Müdafiə fondunun Suraxanı rayon şöbəsinə getmiş və orada bu barədə maraqlanmışdır. Orada işləyən Laçın adlı şəxs köməklik göstərəcəyini bildirib telefon nömrəsini vermişdir. Evə gəldikdə bu barədə əri Ramizə demiş və Laçının telefon nömrəsini ona vermişdir. Ramiz də həmin nömrəyə zəng edərək, Laçın ilə danışmışdır. N19-cu ilin aprel ayında əri Ramiz ilə Laçınla görüşmək üçün yaşadığı evin yaxınlığına gəlmişlər. Laçın onlarla görüşməyə avtomobili gəlmişdir. Söhbət zamanı Laçın aldığı 130 manat pensiyasını artıra biləcəyini demiş, lakin işi dıizəltməsi üçün 1.000 manatdan yuxarı məbləğdə pul istəmişdir. Lakin həyat yoldaşı Ramiz həmin məbləğdə pulu olmadığını bildirib, bir qədər məbləği aşağı endirməsini xahiş etmişdir. Bundan sonra onlar 800 manata razılaşmışlar. 30 aprel N19-cu il tarixdə həyat yoldaşı Ramiz, evdən 800 manat pulu götürüb Laçınla görüşməyə getmişdir. Bir neçə saat sonra Ramiz evə gəlmiş və Laçına 800 manat pul verməsini demişdir. Laçının deməsinə görə həmin ilin may ayında onun pensiyası artacaqdır. Həmin ərəfələrdə bacısı Gülxara pensiyasının artırılması ilə əlaqədar Laçın adlı şəxsin onlara kömək etməsini demişdir. Bacısı da bu barədə bildikdən sonra özünə pensiya düzəltmək üçün Laçınla danışmağını xahiş elmişdir. O, həyat yoldaşı Ramizə bacısına pensiya düzəltməsi üçün Laçınla danışmasını demişdir. Ramiz də Laçınla danışmış və sonuncu Gülxarın sənədlərini istəmişdir. Həyat yoldaşı Ramiz bacısının sənədlərini alıb Laçına vermişdir. Laçın bacısına pensiya düzəllməsi üçün 3.000 manat pul istəmişdir. 13 may N19-cu il tarixdə yaşadığı evin həyətində Laçın, əri Ramiz və bacısnın əri Aydın görüşmüşlər. Həmin günü Aydın Laçına 3.000 manat pul vermişdir. Orada iştirak etməsə də bunları həyat yoldaşı Ramiz danışmışdır. Həmin ərəfələrdə qonşusu Sədyarın da özünə pensiya düzəltmək məqsədilə Laçına 1.400 manat pul verməsini öyrənmişdir. Belə ki, həyat yoldaşı Ramiz demişdir ki, Laçın onun yanında Sədyardatı 1.400 manat pul almışdır. Pul verilən zaman orada olmasa da, pul verilməmişdən əvvəl Laçın ərindən 1.000 manal yuxarı məbləğdə pensiyasını artırması üçün pul istəyən və onlar 800 manata razılaşan zaman orada olmuşdur. Təqsirləndirilən şəxs pensiyasını hansı yolla artıracağını onlara deməmiş, bu onlara maraqlı da olmamışdır. Laçının pensiyasını artırmaq səlahiyyətinin olub-olmamasını bilməmişdir. Laçın işi düzəldəcəyini öz öhdəsinə götürmüşdür. Həmin pul əri Ramizə məxsus olmuş, həmin pulu Ramiz bir neçə ay ərzində əldə etmişdir. Əliyev X2 Aydın Nadir oğlu və Zərərçəkmiş şəxs1 pul alan zaman, o, orada olmamış, lakin bu barədə eşidib öyrənmişdir. Pensiyasın artırılması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmişlər. Onlar bir neçə ay gözləsələr də, pensiyasının artmadığını görüb həyat yoldaşı Aydın Laçından pulu tələb elmişdir. Lakin Laçın pulu qaytarmamış və müxtəlif bəhanələr gətirmişdir. Həyat yoldaşı Aydının Laçından israrla pulu tələb etməsindən sonra, sonunju Ramizdən aldığı 800 manat pulu qaytarmışdır. İşin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əridir və onlar birlikdə yaşayırlar. Şahid1 bacısıdır, Zərərçəkmiş şəxs3 da bacısı Gülnarın əridir. Bacısı Gülnar onkoloji xəstədir və bununla əlaqədar pensiya alır. Təqsirləndirilən şəxs tanıyır, belə ki, onu N19-ctı ilin may ayından bacısı Gülnar Xəlilovun vasitəsi ilə tanımışdır. N19-cu ilin may ayında bacısı ilə söhbət edən zaman, sonuncu bildirmişdir ki, pensiyasının artırılması ilə əlaqədar Laçın ona kömək edir. O. bacısına pensiya almaq istədiyini və Laçının ona da kömək edə biləcəyini soruşmuşdur. Gülnara təklif etmişdir ki, Laçınla danışıb, onun da pensiya almasını həll elsin. Onların danışıqlarında əri Aydın da iştirak etmişdir. 12.05.N19-cı il tarixdə Təqsirləndirilən şəxslə əri Aydın görüşmüş, həmin vaxt Laçın əri Aydına pensiya düzəltmək üçün 5.000 manat pul istəmişdir. Əri isə bu məbləğin çox olduğunu və aşağı məbləğə düzəlməsini xahiş etmiş, bundan sonra onlar 4.300 manata razılaşmışlar. O, həmin danışıqlarda iştirak etməmiş, bu barədə əri Aydın danışmışdır. 15.05.N19-cu il tarixdə əri Aydın Laçının yaşadığı Suraxanı rayonu, Əmirjan qəsəbəsi, Mədən küçəsində yerləşən evinin yaxınlığında bacısının əri Ramizin yanında Laçına 3.000 manat pul vermişdir. Həmin vaxtı Laçın ərinə N19-cu ilin avqust ayında pensiyaya çıxacağı və pensiya kartını alacağına dair söz vermişdir. Bu barədə Aydın demişdir. Bir ay sonra Laçın yenidən əri ilə əlaqə saxlayaraq 1.300 manal pulu da tələb etmiş, lakin Aydın Laçının hərəkətlərindən şübhələndiyi üçün, həmin pulu pensiya aldıqda verəcəyini demişdir. Belə ki, onlardan əvvəl bacısı pensiyasını artırmaq üçün Laçına pul vermiş, bacısının pensiyasının artmaması və Laçının telefonlara cavab verməməsi onlara şübhəli gəlmiş və buna görə qalan 1300 manat pulu Laçına verməmişlər. Pul verilən zaman orada olmamış, əri Aydın evdən 3.000 manat pulu götürüb getmiş və geri qayıtdıqda, pulu Laçına verdiyini bildirmişdir. Həmin pul əri Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Bir neçə ay gözlamələrinə baxmayaraq işin alınmadığını görüb Laçının onları aldatdığını başa düşərək, şikayət elmişlər. Şikayət edən ərəfələrdə Laçının bacısı Gülnarın qonşusu Sədyar adlı şəxsi də aldatmasını öyrənmişdir. İşin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, N00-ci il tarixdə C.Naxçıvanski adına hərbi litseyə daxil olmuş və N03cü ildə həmin litsevi bilirmiş, N03-cü il tarixdən N07-ci il tarixə kimi H.Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almış, N07-ci ildən isə Müdafiə Nazirliyinin nəzdində müxtəlif hərbi hissələrdə xidmət etmişdir. NN-ci ilin yanvar ayında ailə vəziyyəti ilə əlaqədar o, Müdafiə Nazirinə ərizə yazaraq, öz istəyi ilə xidmətdən xaric olmuşdur. Xidmət illərinə görə təqaüd ala bilmədiyi üçün, yaşadığı evin yaxınlığında yaşayan və Sosial Müdafiə fondunun Suraxanı rayon şöbəsində işləyən Laçın adlı şəxslə görüşüb söhbət edən zaman ona özü haqqında məlumat vermiş və xidmət illəri ilə əlaqədar təqaüd almaq istədiyini demişdir. Laçın da heç bir problem olmadığını və ona kömək edəjəyini demişdir. Bundan sonra atası Tacirə bu barədə demiş və Laçının istifadəsində olan ***-***-**-** nömrəli telefonunu atasına vermişdir. Atası da Laçına zəng etmiş və təqaüd məsələsi ilə bağlı danışmışlar. Laçın telefonda atasına da heç bir problem olmadığını və təqaüd almasına köməklik göstərəcəyini bildirmişdir. Sonradan Laçın təqaüd alması üçün 1.N0 manat pul istəmiş, onlar da razılaşmışlar. NN-ci ilin fevral avının sonlarında o, atası Tacirlə birlikdə Laçınla görüşmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Bülbiilə qəsəbəsi, 3-cü Mədən küçəsinə gəlmişlər. Orada Laçın ilə görüşmüşlər və sonuncunun markasını bilmədiyi avtomobilinə əyləşmişlər. Laçın avtomobili idarə edərək, Əmirjan qəsəbəsində olan maşınqayırma zavodunun qarşısına çatdıqda, avtomobili saxlamışdır. Avtomobildə söhbət edən zaman Laçın təqaüd məsələsini tezliklə həll edəcəyini demişdir. Atası özü ilə birlikdə 1.N0 manat pulu da gətirmiş və cibindən çıxarıb Laçına vermişdir. Laçın da pulu götürüb cibinə qoymuş və bildirmişdir ki, təqaüd almağı ilə əlaqədar mobil nömrəsinə bildiriş gələcəkdir. Laçın avtomobili ilə onları Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsinə gətirmiş və orada avtomobildən düşmüşlər. Avtomobildən düşərkən, atası Laçından təqaüd almasının təxminən neçə gün çəkəcəyini soruşmuş, sonunju da 1-2 ay ərzində həll olunacağını demişdir. Bir ay müddət keçdikdən sonra atası Laçının telefonuna zəng çalmadığını deyərək, onun evinə getmişlər. Laçının ailə üzvləri ilə görüşmüşlər və sonuncunun harada olmasını soruşmuşlar. Laçının ailə üzvləri onun səhhətində olan problemlər ilə əlaqədar müalicə olmasını və burada olmamasını demişlər. Bundan sonra Laçının onları aldatmasını və 1.N0 manat pulunu ələ keçirməsini başa düşmüşlər. Laçına verilmiş 1.N0 manal pul atası Tacirə məxsus olmuşdur. İş materiallarından müəyyən olunur ki, 01 iyun N21-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamə sənədinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Proses tərəflərini dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladıqları ərizələrindən görünür ki, təqsirləndirilən şəxs onlara vurmuş zərəri tamamilə ödəmiş və onlarla barışmışdır,, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi 01 sentyabr N21-ci il tarixli qəbzlə müəyyən olunur ki, o, dövlət büdcəsinə hazırkı cinayət işi üzrə vurduğu zərərin 25 faizi miqdarında, yəni 1600 (min altı yüz) manat məbləğində ödəniş edib. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuє əməli (əməlləri) törətmiє, zərərçəkmiє єəxslə barıєmıє və dəymiє ziyanı tamamilə ödəmiє єəxs, cinayət nəticəsində vurulmuє ziyanın iyirmi beє faizi miqdarında dövlət büdcəsinə ödəniє etdikdə cinayət məsuliyyətindən azad edilir. İşin faktik halları ilə müəyyən olunur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 Əlövsəd oğluna, Zərərçəkmiş şəxs1 cinayət nəticəsində vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs onlarla barışmış və cinayət əməli ilə vurduğu ziyanın 25 faizi miqdarında, yəni 1.600 (min altı yüz) manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6 – 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin Məcəllənin 73-1.2-ci maddəsində nəzərdə tutulan əsaslar olduğuna görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan N gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-253/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-253/2021
02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver