Məhkəmə qərarları › İş №1(010)-253/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-253/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-253/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, onun etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, saat 11:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində biri azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, 24 nömrəli evin 9 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 12 sentyabr 2021-ci il tarixdə, saat 07 radələrində etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus “Toyota Prius” ** NV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ilə Nəqliyyatda Baş Polis İdarəsi istiqamətində hərəkət edərək “Dədə Qorqud” qəsəbəsinə dönən yoldan 200 metr məsafədə Nəqliyyatda Baş Polis İdarəsi istiqamətdə, yəni yaşayış məntəqəsindən kənarda 70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək 1.1 üfüqi nişanlanma xəttini (hərəkət istiqamətini ayıran ağ bütöv üfiqi nişanlama xətti) kəsib keçmək qadağandır nişanlama xəttinin olmasını nəzərə almamış, idarə etdiyi avtomobili düz istiqamətdə hərəkətini davam etdirməli olduğu halda üfiqi nişanlama xəttini kəsərək, əks hərəkət zolağına çıxıb qarşıdan, yəni Hövsan yolu ilə Nəqliyyatda Baş Polis İdarəsindən Hövsan qəsəbəsi istiqamətində öz hərəkət zolağında hərəkətdə olan X5 məxsus olan və sonuncunun atası Zərərçəkmiş şəxs1 idarə etdiyi “Daewoo Nexia” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə Zərərçəkmiş şəxs1 baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınığı, sağ baldır sümüklərinin qapalı sınıqları, solda İİİ, İV, V, Vİ qabırğaların yerinidəyişməyən sınıqları, bədənin çoxsaylı əzilmiş yaralan və sıyrıqları ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 hadisə yerində ölümünə səbəb olmuş, yol-nəqliyyat hadisəsi nəticəsində habelə X5 məxsus avtomobilə 6.010 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 31 iyul 2021-ci il tarixdə etibarnamə əsasında “Toyota Prius” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobili icrəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin avtomobil 24 iyul 2021-ci il tarixli, BB seriyalı, 110174 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X6 adına olmuş və həmin avtomobilə dair X12 tərəfindən ona 31 iyul 2021-ci il tarixdə 7T-9761 reyester nömrəli etibranmə verilmişdir. Avtomobili adına olan “BC” kateqoriyalı 09 iyul 2015-ci il tarixdə almış olduğu sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 12 sentyabr 2021-ci il tarixdə, təxminən saat 07 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobillə Hövsan qəsəbəsində yaşadığı evdən çıxıb Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ilə Nəqliyyatda Baş Polis İdarəsi istiqamətində hərəkətdə etmiş, “Dədə Qorqud” qəsəbəsinə dönən yoldan 200 metr məsafədə eyni istiqamətdə saatda 70 kilometr surətlə hərəkətini davam etdirmişdir. Bu zaman Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ilə Hövsan qəsəbəsi istiqamətində əks hərəkət zolağı ilə hərəkətdə olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi “Daewoo Nexia” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə onun üzərinə gəlmiş və onu vurmamaq üçün öz avtomobilinin sükanını hərəkətinin sağ tərəfinə çəkmiş, lakin buna baxmayaraq həmin avtomobil onun avtomobili ilə toqquşmuşdur. Hadisə yerinə gəlmiş tanımadığı bir nəfər cavan oğlanla bir nəfər yaşlı şəxs onu idarə etdiyi avtomobilin sükanı arxasından çıxarıb yerə uzatmışlar və xəsarət aldığına görə hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. Sonda Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri aradan qaldıraraq zərərçəkmiş şəxsin hüquqi varisi ilə barşıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, onun etibarnamə üzrə nümayəndəsi və vəkilini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiriaşağıda göstərilən sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəmədə bildirdi ki, mərhum atası Zərərçəkmiş şəxs1 həyatı boyunca Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 208 saylı tam orta məktəbdə əmək müəllimi işləmişdir. Təxminən 05 il müddət olar ki, atası yaşla əlaqədar olaraq təqaüdə çıxmış və həmin vaxtdan sonra onun uşaqlarını dərslərə aparılıb gətirmiş və s. digər ailə işləri ilə məşğul olmuşdur. Bundan başqa atası bəzi vaxtlarda yəni dərs günləri olmayan zaman, əksərən bazar günləri balıq tutmaq üçün səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə getmişdir. Özü isə təxminən 06 ildir Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində olan Əmi Məmmədov adına 101 saylı tam orta məktəbdə mühafizəçi işləyir, hər gün səhər saat 06 radələrində işə gedir və axaşaın saat 18 radələrinə kimi işdə olur. Atası və anası onlarla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X10 küçəsi, 7 nömrəli evin 7 nömrəli mənzilində yaşamışdır. 2008-ci il tarixdə o, atası Zərərçəkmiş şəxs1 işə gedibgələ bilməsi üçün “Daewoo Nexia” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. AC seriyalı, 681427 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən həmin avtomobil onun mülkiyyətində olmuşdur. Həmin avtomobili idarə etmək üçün atasına öz adından bir neçə dəfə etibarnamə vermiş və sonuncu dəfə isə atasına avtomobili idarə etmək üçün 29 iyun 2021-ci il tarixdə 02 il müddətinə etibarnamə vermişdir. 12 sentyabr 2021 -ci il tarixdə, saat 07 radələrində o, əsas işindən əlavə fəhlə kimi işlədiyi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində olan evə getmiş və bu zaman əmisi oğlu Şahid2 ona zəng edərək, Təqsirləndirilən şəxs idarə etdiyi “Tovota Prius” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ilə Nəqliyyatda Baş Polis İdarəsi istiqamətində hərəkət edib “Dədə Qorqud” qəsəbəsinə dönən yoldan 200 metr məsafədən eyni istiqamətdə hərəkətini davam etdirərəkən Hövsan yolu ilə Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olan atası Zərərçəkmiş şəxs1 idarə etdiyi “Daewoo Nexia” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu və nəticədə atasının almış olduğu xəsarətlərdən yol nəqliyyat hadisəsi yerində öldüyünü bildirmişdir. O, həmin yol-nəqliyyat hadisənin bilavasitə şahidi olmamışdır. Sonda V.Zərərçəkmiş şəxs1, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri ödədiyinə görə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, 29 iyul 2021-ci il tarixdə əlavə xərclərə məruz qalmamaq üçün alqı-satqı müqaviləsi bağlamadan X4 12.400 manata baş etibarnamə əsasında “Toyota Prius” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobili almış, lakin avtomobil rəsmi sənədlərə, yəni BB seriyalı, 110174 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Turaqay Əliyevin mülkiyyətində qalmışdır. Avtomobilin pulunu tam olaraq ödədiyinə görə ona baş etibarnamə verilmiş və faktiki olaraq həmin avtomobilin Turqay Əliyevə hər hansı aidiyyəti olmamışdır. Sonradan həmin avtomobili 31 iyul 2021-ci il tarixli, 7-H9761 nömrəli idarə etmək üçün olan etibarnamə əsasında Təqsirləndirilən şəxs vermiş və həmin şəxs taksi faəliyvəti ilə məşğul olmuşdur. 12 sentyabr 2021-ci il tarixdə bilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ilə Nəqliyyatda Baş Polis İdarəsi istiqamətində hərəkətdə olarkən Hövsan yolu ilə Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Daewoo Nexıa” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxmış və nəticədə avtomobillərin toqquşması ilə bağlı yol nəqliyyat hadisəsi baş vermiş və Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərdən yol nəqliyyat hadisəsi yerində ölmüşdür. O, hadisə yerində olmadığına görə hadisənin dəqiq olaraq necə baş verdiyini bilməmişdir. Hadisə nətiəcəsində ona 6.000 manat maddi ziyan dəyməmişdir. Avtomobil faktiki olaraq ona məxsus olmuş və avtomobilin Təqsirləndirilən şəxs və Turaq Əliyevə hər hanıs aidiyyəti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1, zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, 12 sentyabr 2021-ci il tarixdə, saat 07 radələrində yaşadığı Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində olan zaman mərhum Zərərçəkmiş şəxs1 ailə üzvlərindən biri ağlayaraq yanına gəlmiş və dayısı oğlunun idarə etdiyi avtomobillə Hövsan yolunda başqa bir avtomobilin toqquşması ilə əlaqədər yol nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. O, dərhal əmisi oğlu Şahid2 idarə etdivi avtomobillə Hövsan yoluna getmiş və orda sonradan adını bildiyi hər hansı bir ədavət düşmənçiliyi olmayan Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ilə Nəqliyyatda Baş Polis İdarəsi istiqamətində hərəkətdə olarkən Hövsan yolu ilə Hövsan qəsəbəsinə istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Daewoo Nexia” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxması nəticəsində yol nəqliyyat hadisəsinin baş verdiyini və Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərdən yol nəqliyyat hadisəsi yerində öldüyünü görmüşdür. Belə ki, hadisə yerində digər avtomobilin öz hərəkət istiqamətində deyil Zərərçəkmiş şəxs1 hərəkət istiqamətində, yəni Hövsan yolu ilə Hövsan qəsəbəsi istiqamətində yolun sağ tərəfində olan səki üzərinə arxa hissəsi ilə çıxıb yolun mərkəzinə doğru dayanmış halda olduğunu görmüşdür. Avtomobillərin detalları arasında olan toqquşma izlərindən məlum olmuşdur ki, digər avtomobil Zərərçəkmiş şəxs1 hərəkət hissəsinə çıxmış və bundan sonra belə yenə Zərərçəkmiş şəxs1 hərəkət istiqamətində dayanmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 öz hərəkət yolundan çıxıb digər avtomobili vurmuş olsa idi Zərərçəkmiş şəxs1 avtomobili digər avtomobilin hərəkət hissəsində olardı. “Daewoo Nexia” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə onun və Zərərçəkmiş şəxs1 hər hansı ədavəti, düşmənçiliyi olmamış və həmin hadisə ehtiyyatsızlıqdan baş vermişdir. Təqsirləndirilən şəxs isə onlar hadisə yerinə gələndə artıq təcili tibbi yardım avtomobili ilə ordan xəstəxanaya aparılmışdır. Zərərçəkmiş şəxs1 isə almış olduğu xəsarətlərdən yol nəqliyyat hadisəsi yerində öldüyü və hadisə yerində olan təcili tibbi yardım avtomobilində olduğu məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 12 sentyabr 2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi, Bakı şəhəri, Suraxanı rayonu, Zığ- Hövsan yolunda zolaqlarının sayı 02, hərəkət hissəsinin eni 06 metr, yol örtüyünün eni isə 12 metr olan yolda baş vermişdir. “Toyota Prius” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindən Zığ qəsəbəsinə gedərkən əks hərəkət zolağında “Daewoo Nexia” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan BB seriyalı, 110174 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8r. İş materiallarında olan 31 iyul 2021-ci il tarixli, ƏN-V seriyalı, 730573 nömrəli etibarnamədən görünür ki, X12 mülkiyyətində olan “Toyota Prius” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobili 30 may 2022-ci il tarixədək idarə etməyi Təqsirləndirilən şəxs etibar etmişdir. İş materiallarında olan AC seriyalı, 681427 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Daewoo Nexia” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7r. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli, ƏN-V seriyalı, 637438 nömrəli etibarnamədən görünür ki, X11 mülkiyyətində olan “Daewoo Nexia” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili 29 iyun 2023-cü il tarixədək idarə etməyi Zərərçəkmiş şəxs1 etibar etmişdir. İş materiallarında olan ifadənin hadisə yerində yoxlanılması haqqında 25 sentyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan- Zığ yolunun Nəqliyyatda Baş Polis İdarəsi istiqamətindən “Dədə Qorqud” qəsəbəsinə dönən yoldan 200 metr məsafəni göstərərək, 12 sentyabr 2021-ci il tarixdə, təxminən saat 07 radələrində “Toyota Prius” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd etdiyi yerdə saatda 70 kilometr surətlə hərəkətdə olarkən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ilə Hövsan qəsəbəsi istiqamətində əks hərəkət zolağı ilə hərəkətdə olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi “Daewoo Nexia” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə onun üzərinə gəldiyini, onu vurmamaq üçün öz avtomobilinin sükanını hərəkətinin sağ tərəfinə çəkdiyini, lakin buna baxmayaraq həmin avtomobilin onun idarə etdiyi avtomobillə toqquşduğunu bildirmişdir. İş materiallarında olan maddi sübutların ekspertizasının 30 sentyabr 2021-ci il tarixli, 2982K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab eilən) aşkar edilməmişdir. İş materiallarında olan meyitin ekspertizasının 12 sentyabr 2021-ci il tarixli, 103 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınığı, sağ baldır sümüklərinin qapalı sınıqları, solda İİİ, İV, V, Vİ qabırğaların yerinidəyişməyən sınıqları, bədənin çoxsaylı əzilmiş yaralan və sıyrıqları kimi xəsarətlər aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yolnəqliyyat hadisə nəticəsində əmələ gələ bilərlər, 12 sentyabr 2021-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs1 ölümünə ağır açıq kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs1 meytindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 fevral 2022-ci il tarixli, 8/426 nömrəli rəyindən görünür ki, “Toyota Prius” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbələrinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələbələrinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücüsü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsi olması şəraitində icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Daewoo Nexia” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarışısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində biri azyaşlı uşağının olmasını və yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri tam ödəyərək zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində polisin nəzarəti alına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cinayət işinə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməli nəticəsində “Toyota Prius” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X9 maddi ziyan vurulmuş və həmin maddi ziyan hal-hazıradək ödənilməmiş, habelə cinayət mühakimə icraatı zamanı X12 tərəfindən məhkəməyə mülki iddia verilməmişdir. X9 vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında, Təqsirləndirilən şəxs rəsmi qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququnun olduğu X9 izah edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında, Təqsirləndirilən şəxs rəsmi qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququnun olduğu X9 izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar