Məhkəmə qərarları › İş №1(010)-254/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-254/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-254/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X14 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMCdə aparıcı mütəxəssis vəzifəsində işləyən, Naxçıvan MR, Şərur rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, H.Südçülük sovxozu, nömrəsiz evdə yaşayan, 24 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 oktyabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin MSY-dən azad edilmiş, 24 dekabr 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü il tarixdə saat 00:10 radələrində əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs ilə qardaşı Şahid2 qulağını dişləmiş Şahid1 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən “Təsbeh” kafesində gizlətməsini bəhanə edib ictimai yer olan həmin ünvanın qarşısında mübahisə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini onun və ətrafda olan şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə yüksək səslə nalayiq ifadələr işlətməklə zor tətbiq edərək ictimai qaydanın qorunmasının qarşısını alan Zərərçəkmiş şəxs bir dəfə sifət nahiyyəsindən yumruqla vuraraq Zərərçəkmiş şəxs sol gözaltı nahiyyənin şişkinlik və qançırı, həmin gözün ağlı qişasının qansızması, üst dodağın selikli qişasının qansızması və əzilməsi səthi yarılması ilə nəticələnən xəsarətlərlə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 221.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qeyd olunan maddə ilə ittiham olunsa da, o bu cinayəti törətməmişdir. İş materiallarında olan video görüntülərə baxıb görmək olar ki, o, Murada zərər yetirməmişdir. Bütün bunlar qurmadır. Yəni ittiham sübut olunmur. Buna dair video görüntü, ekspert rəyi var. O, qardaşının qulağı əlində qanın içində olduğunu görmüşdür. O, Muradı tanımır. Onun kimisə vurmaq, öldürmək niyyəti olmamışdır. O, kafenin qarşısına hər hansı deşici və kəsici alətlə getməmişdir, hadisəni aydınlaşdırmaq üçün getmişdir. Murad onun qarnına yumruq vurmuş, o da refleks olaraq Murada yumruq vurmaq istəmiş, amma yumruq Murada dəyməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, qardaşı ona oktyabrın 6-sı gecə saat 23:40 radələrində zəng etmiş, kimləsə mübahisə etdiyini, qulağının qopduğunu, qulağını tikdirməli olduğunu demişdir. O, həmin vaxt aeroport yolunda idi, toydan evə gəlirdi və avtomobildə başqa iki nəfər var idi. O, qardaşına avtomobillə yola çıxmasını, özünün də gəldiyini demişdir və onlar “Təsbeh” kafesinin qarşısında rastlaşmışlar. Qardaşı ona harada gözlədiyini deməmişdir. O, avtomobildən düşüb kafenin sahibi İbrahim adlı şəxsdən qardaşının qulağını dişləyən Cavadın yerini soruşmuş, İbrahimlə sözlü mübahisə etmişdir. Orada hər hansısa polisi təhqir etməmişdir. O, kafeyə girməmiş, çöldə dayanmışdır. O, İbrahimlə söhbət edən zaman Murad gəlib onları aralamış, onu itələmişdir. O, Murada yumruq vurmaq istəyəndə Muradla onun arasında metr yarım məsafə var idi. O, Muradla mübahisə edərkən Muradın üzündə qan izləri, şişkinlik görməmişdir. Həmin vaxt orada çox adam var idi, hətta orada özünü polis işçisi kimi təqdim edən bir nəfər şəxs də var idi. O, polis orqanlarına müraciət etmək istəmiş, amma polislər onu qəbul etməmişlər. Həmin gün o, “102” xidmətinə məlumat vermişdir. Müstəntiq onu hadisədən altı ay sonra ekspertizaya göndərmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 44 günlük X11 iştirtakçısıdır və veterandır. O, təxmini hadisədən iki gün qabaq Şahid4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Təsbeh” çay evində administrator vəzifəsində işləməyə başlamışdır. Şahid1 da həmin yerdə kababaçı işləyirdi. 07 oktyabr 2024-cü il tarixdə təxminən gecə saat 01 radələrində işlədiyi çay evində olduğu zaman küçədən söyüş səsləri eşitmişdir. Bir neçə dəfə söyüşlər təkrarlandığından o və kafenin sahibi olan İbrahim küçəyə çıxmışdır. Bu zaman üç nəfər şəxsin kafenin qarşısında avtomobillərin saxlanıldığı yerdə Cavad adlı şəxsin ünvanına nalayiq ifadələr işlətdiyini görmüşlər. Həmin şəxslər kafeyə girmək istədiklərindən o və İbrahim onların qarşısını kəsmiş və söyüş söyməmələrini bildirmişdilər. Bu zaman həmin şəxslər Cavad adlı şəxsi axtardıqlarını və onu taparaq cəzalandıracaqlarını bildirərək yenidən yüksək səslə Cavad adlı şəxsin ünvanına nalayiq ifadə işlətmişdilər. O, həmin şəxslərə Cavad adlı şəxsin kafedə olmadığını deyərək getmələrini istəmişdir. Lakin həmin şəxslər buna etiraz edərək onlarla kobud şəkildə danışmağa başlamışlar və buna görə də mübahisə yaranmışdır. Mübahisə zamanı həmin şəxslərdən biri sonradan adını bildiyi Əmrah adlı şəxs yumruqla onun üz nahiyəsindən vurmuşdur. Bu zaman ətrafda olan şəxslər araya girərək onları ayırmışdılar. Buna baxmayaraq Əmrah onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Bir neçə dəfə onun üstünə gəlmək istədikdə ətrafda olan şəxslər ona mane olmuşdular. Hadisə kafenin qarşısında küçədə baş vermişdir. Həmin vaxt orada bir çox insan var idi. Əmrahın qardaşı sonradan adını bildiyi Nihad da orada olmuşdur. O, sonradan eşitmişdir ki, Nihad Cavadı döyüb ona xəsarət yetirmişdir. O, heç kimə xəsarət yetirməmişdir. Əmrah adlı şəxs onu vuraraq xəsarət yetirmişdir. Əmrah adlı şəxsin əlində hər hansı kəsici və ya deşici alət olmamış və Əmrahı və Nihadı tanımamış və onlarla heç bir ədavəti olmamış və Əmrah həmin vaxt içkili olmuşdur. O, müharibədə iki dəfə kantuziya almış və heç bir yerdə qeydiyyatda deyil. Hadisə zamanı orada tanımadığı müştərilər və digər şəxslər olmuşdur. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun Hicran Şərifova məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi ərazisində yerləşən təsərrüfatı var, belə ki, orada göyərçin, toyuq və müxtəlif it cinsləri saxlayırmış. Həmin təsərrüfat sahəsinin qonşuluğunda yaşayan Şahid2 orada yaşadığı evin 1-ci mərtəbəsində “Həsənoğlu” marketinin sahibidir və o, oradan alış-veriş edirmiş. Lakin 4-5 ay olarmış ki, onun həmin marketə 18 manat borcu yaranmışdır və o, ustalarla təsərrüfatına gələn zaman Nihad uzaqdan onu çağıraraq marketə olan borcunu niyə vermədiyini soruşmuş və o, da ustaların yanında utanmışdır. O, Nihadın marketinə gedərək dərhal ona 18 manat borcunu vermiş və niyə ustaların yanında borcu dediyini və ondan bundan sonra alış-veriş etməyəcəyini demişdir. Həmin vaxtdan sonra aralarında soyuq münasibət yaranmış və o, başqa marketdən alış-veriş etmiş və bu da Nihadı qıcıqlandırmağa başlamışdır. Nihad və onun ailə üzvlərinin heç bir səbəb olmadan onunla və həmin təsərrüfatda işləyən digər şəxslərlə qərəzli münasibəti yaranmışdır. Nihadın Əmrah və Rəmzi adlı qardaşları var. Belə ki, həmin şəxslər təsərrüfat sahəsinin oradan köçürülməsindən dolayı dəfələrlə şər və böhtan xarakterli müraciətlər etmişlər. 06 oktyabr 2024-cü il tarixdə təxminən gecə saat 23 radələrində tanışı Sakit adlı şəxslə idarə etdiyi Vaz-2104 markalı avtomobil ilə təsərrüfat sahəsinə gəlmiş, avtomobili həmin sahənin giriş darvazasının qarşısında saxlamışdır. Yanında olan Sakit adlı şəxs darvazanı açmaq məqsədilə avtomobildən düşmüşdür. Bu zaman Şahid2 ona yaxınlaşaraq gecə saatlarında nə məqsədlə təsərrüfata gəldiyini kobud şəkildə ondan soruşmuşdur. O isə bildirmişdir ki, onun təsərrüfat sahəsində işləri var, heyvanlara dərman verməlidir. Onun bu sözlərindən sonra Nihad onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etməyə başlamış və avtomobili niyə bərk sürərsən deyərək bəhanələrlə onunla mübahisə etməyə başlamışdır. Bu zaman o, avtomobildən düşmüş və avtomobildən düşdükdən sonra Nihadın yaşadığı evdən onun marketində satıcısı işləyən əvvəlcədən tanımadığı şəxs onlara yaxınlaşmışdır. Həmin vaxt Nihad onu yumruqla başının sağ tərəfindən vurmuş və satıcı onun arxasından tutaraq onu yerə yıxmışdır. Bundan sonra o, özünü müdafiə etmək məqsədilə müqavimət göstərmişdir. Lakin o, yerdə olduğu zaman da Nihad və onun yanında olan digər şəxs də onu vurmuşdular və Nihad onu yerdə boğurmuş və o da onun əlinin altından çıxmaq üçün onun sol qulağını dişləmişdir. Həmin vaxt ətrafda olan tanımadığı şəxslər araya girərək onları çəkib aparmışdılar. Bundan sonra o qalxaraq təsərrüfat sahəsinə daxil olmuş və təxminən 5-10 dəqiqə müddətində o, təsərrüfat sahəsində olduqdan sonra evə getmək üçün küçəyə çıxmışdır. Avtomobilinə əyləşərək çıxıb getmək istədikdə Nihad adlı şəxs əlinə götürdüyü dəmir parçası ilə onun üstünə hücum çəkərək dəmir parçası ilə sürücü tərəfdə olan qapının şüşəsini vurub sındırmışdır. Dəmir parçası həmin zərbə zamanı onun sinəsinə də dəymiş və yerdən kubik daşı götürərək onun avtomobilinə atmışdır. Bu zaman o, dəmir parçasını əli ilə tutub saxlamış və avtomobildən çıxmışdır. Nihad isə bunu gördükdə qaçaraq oradan uzaqlaşmışdır. O isə həmin dəmir parçası əlində Nihadın arxasınca qaçmışdır. O, Nihada çatdıqda dəmir parçası ilə onun ayağından vurmuş və Nihad həmin zərbədən yerə yıxılmışdır. Bu zaman ətrafda olan şəxslər araya girərək onu tutub saxlamışdılar. Sakit də yaşlı adam olduğundan kənarda durmuş və onlar, işçiləri Rafiq onu onların əlindən almışdır. O, tək avtomobillə müdiri Şahid4 məxsus “Təsbeh” adlı kafeyə getmiş və avtomobili kafenin həyətində saxlamış və avtomobilin üzərində qırılmış şüşələri təmizliyib əl-üzünü yumuşdur. Təxmini 10 dəqiqə keçmişdir ki, müdiri İbrahim ona demişdir ki, “kafedən çölə çıxma, Nihad qardaşları və dostları ilə səni axtarırlar.” O da çıxmamış və Nihadın qardaşı Əmrah orada müxtəlif təhqiramiz söyüşlər söyməyə başlamış və Əmrahın kafenin işçisi Muradı yumruqla vurduğunu eşitmişdir. İbrahim polisə zəng edərək hadisə barədə məlumat vermiş və polislər gələrək Muradla onu 30-cu Polis Bölməsinə aparmışdılar, polislər gələndə Əmrahgil getmişdilər. Hadisə küçədə baş vermiş və həmin vaxt ətrafda tanımadığı şəxslər var idi. Hadisə zamanı başından və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Hadisə baş verən zaman Şahid2 və onların satıcısından başqa Sakit, Rafiq və başqa tanımadığı iki şəxs orada idi. Nihad və onun işçisi olan satıcı onu döymüşlər. Nihad və Əmrah toydan gəlmişdilər və içkili idilər. İki qardaş onu öldürməklə hədələyirdilər. Şahid2 və Əmrah Əmrahlının narkotik vasitə qəbul etməsi barədə məlumatı yoxdur. Nihadla Əmrah eyni yerdə yaşayırlar və o, onlardan iki küçə kənarda yaşayırmış. Hadisə zamanı Şahid2 əlində olan dəmir parçasını Nihad gətirmişdi və həmin dəmir parçası onlardadır. O, özünü qorumaqdan ötrü Nihadın üzərinə həmin dəmir parçası ilə qaçmışdır ki, Nihad ondan uzaqlaşsın. Onun Nihada xəsarət yetirmək fikri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şahid1 5-6 ay olar ki, tanıyırdı, Cavad fermada işləyirdi. Onun Cavadla heç bir ədavəti olmamışdır. Onun evinin 1-ci mərtəbəsində marketi var idi və 06 oktyabr 2024-cü il tarixdə saat təxmini 23:45 radələrində Cavad içkili halda yüksək sürətlə idarə etdiyi avtomobili ilə onun evinin qarşısında təhlükəli manevr edərək fermanın qapısının qarşısında saxlamış və təhqiramiz şəkildə fermada işçisini çağırmış və o da dərhal Cavada yaxınlaşıb məhlədə söyüş söymə deyə bildirmişdir. Cavad içkili olduğu üçün onunla əl-qol hərəkətləri etməklə mübahisə etməyə başlamış və onlar bir-biri ilə tutuşanda yerə yıxılmış və Cavad onun sol qulağını dişləyərək qopartmışdır. Qonşular onları ayırmışlar və Cavad fermanın həyətinə girmiş və o, marketə girib salfetka ilə qulağının qanını kəsmişdir. Lakin marketin çölündə olan dəmir parçasını avtomobilin qarşısını kəsməkdən ötrü avtomobilin sol yan qabaq şüşəsinə vurmuş və Cavad avtomobildən düşüb üzərinə həmin dəmir parçası ilə gələn zaman yerdən kubik daşını götürüb ona tərəf atmış, lakin Cavad ona tərəf qaçan zaman yerə yıxılmış və Cavad yerdə onun belinin sağ yan tərəfindən, müxtəlif yerlərindən dəmir parçası ilə vurmuşdur. Cavadın əlindən dəmir parçasını onun işçisi olan satıcı Əli alıb yerə tullamış və Cavad öz avtomobili ilə oradan uzaqlaşmışdır. O, ayağa qalxmış və qulağının yarısının olmadığını görmüş, xatırlamadığı şəxs yerdən qulağının yarısını gətirmiş və o da qulağını yuyaraq qardaşı Əmraha zəng edib hadisə barədə məlumat vermiş və həkimə gedərək qulağını tikdirmək istədiyini bildirmişdir. Əmrah toydan gəlirmiş və o, İbrahimgilin “Təsbeh” adlanan kafesinin qarşısında Əmrahla rastlaşmış və Əmrah kafeyə gedib Cavadın yerini soruşanda orada İbrahimlə mübahisəsi yaranmış və kənar şəxslər oraya gəlmişlər. Onlar oradan ayrılıb Əmrahla xəstəxanaya getmişlər. Hadisə zamanı o və Əmrah spirtli içki qəbul etməmişdir. Lakin Cavad spirtli içki qəbul etmişdir. Cavada heç kim xəsarət yetirməmişdir. Onun dəmir parçası ilə Cavadın avtomobilinə vurmağının səbəbi Cavadın qaçmağının qarşısını almaq istəməsi olmuşdur. Əmrahın Zərərçəkmiş şəxs xəsarət yetirdiyini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən "xxxx" MMC-də bölüm müdürü vəzifəsində işləmişdir və Təqsirləndirilən şəxs 2016-cı ildən onun işçisi olaraq bölgə müdürü vəzifəsində çalışmışdır. Şahid2 ilə Təqsirləndirilən şəxs qardaşdırlar və Nihad da əvəllər Veysəloğlu MMC-də təmsilçi işləyib. 06 oktyabr 2024-cü il tarixdə təxmini 23:00 radələrində o, Əmrah və işçisi Paşa ilə birlikdə onun avtomobili ilə Sumqayıt şəhərindən toydan gələn zaman Nihad Əmrahın mobil telefonuna zəng edərək, qulağının kiminsə tərəfindən dişləndiyini və qulağını tikdirməli olduğunu bildirmişdir. Əmrah həmin vaxt onun BMW 528 markalı, **-HX-*** dövlət qeydiyyat nömrəli avtomobilini idarə edirmiş və həmin vaxt Hava Limanı istiqamətində hərəkətdə olmuşlar. Əmrah Nihada “Nihad sən çıx Binə tərəfə, gəl gedək xəstəxanaya” demişdir və onlar gəlib “Təsbeh” kafesinin qarşısında Nihadla rastlaşmışlar. Nihad Mersedes markalı avtomobili ilə gəlmiş, əlini sol qulağına tutmuşdur və qulağı, paltarları qanın içində idi. Əmrah Nihada tərəf getmiş, sonra Əmrah “Təsbeh” kafesinin qarşısına getmiş və sonra kənara çəkilən zaman o, Əmraha “get qardaşının qulağını tikdir” demişdir. O, həmin vaxt Əmrahın kimisə yumruqla vurduğunu görməmiş, həmin yerə çoxlu adamlar gəlmiş və o, Əmrahgil oradan çıxıb gedəndən sonra öz avtomobilinə əyləşib oradan çıxıb getmişdir. O, Şahid1, Şahid4 və Zərərçəkmiş şəxs tanımırmış. Şahid2 ilə Şahid1 arasında baş vermiş hadisədən heç bir məlumatı yoxdur. O, Şahid2 və Təqsirləndirilən şəxs tanımadığı Zərərçəkmiş şəxs və ya başqa şəxsi vurduğunu görməmiş və Əmrah həmin vaxt içkili olmamış, Əmrahın əlində və ya üzərində hər hansı kəsici-deşici alət olmamışdır. Təqsirləndirilən şəxs Şahid1 ünvanına nalayiq ifadələr işlətdiyini eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin iyun ayından “Təsbeh” çay evini icarə əsasında işlətmişdir. Zərərçəkmiş şəxs 04 oktyabr 2024-cü il tarixdə adminstrator kimi işə qəbul etmiş və Murad 44 günlük X11 iştirtakçısı və veterandır. Şahid1 da 2024-cü ilin sentyabr ayından həmin yerdə kababçı işləmişdir. Onun Nihad və Əmrah qardaşları ilə arasında münasibətləri əvvəlcə yaxşı olmasa da, sonradan aralarında münasibətlər yaxşılaşmışdır. Nihad və Əmrahla münasibətlərinin korlanmağına səbəb qardaşların evinin və marketinin qarşısında onların təsərüfat sahəsi var idi və onlar avtomobillərini qardaşların evinin qapısının qarşısında saxlamaqla aralarında mübahisələr yaranmışdı. 07 oktyabr 2024-cü il tarixdə təxminən gecə saat 01 radələrində işlətdiyi çay evində olduğu zaman küçədən Cavad avtomobili ilə çay evinə gəlmişdir, Cavadın başından qan axırdı. O, Cavadı dərhal arxa qapıdan mətbəxə salmış və Cavad ona demişdir ki, Nihadla dalaşmışdır. Təxmini 1-2 dəqiqə keçdikdən sonra Əmrah və yanında tanımadığı şəxslər çay evinin qarşısına gəlmişdilər və o, Murad və müştərilər küçəyə çıxmışdılar. Bu zaman üç nəfər şəxsin kafenin qarşısında avtomobillərin saxlanıldığı yerdə dayandığını, Əmrahın Cavadın ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdülər. Əmrah kafeyə girmək istədikdə onun qarşısını kəsmiş və söyüş söyməməsini, Cavadın orada olmadığını, əgər problemi varsa polisə müraciət etməli olduğunu bildirmişdir. Bu zaman Əmrah Cavadın və ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. Əmrah polislərin ünvanına nalayiq sözlər işlətməyə başlamış və demişdir ki, onun heç kim vecinə deyil. Murad həmin vaxt Əmraha demişdir ki, “onun atası da polis işçisi olub, söyüş söymə”. Murad Əmrahı sakitləşdirən zaman Əmrah yumruqla Muradın üz nahiyəsindən vurmuşdur. Bu zaman ətarafda olan şəxslər araya girərək onları ayırmışlar. Buna baxmayaraq Əmrah nalayiq ifadələr işlədərək Muradı təhqir etmişdir. Bir neçə dəfə Muradın üstünə gəlmək istədikdə ətrafda olan şəxslər ona mane olmuşlar. Hadisə kafenin qarşısında küçədə baş vermişdir. Həmin vaxt orada bir çox insan var idi. Əmrahin qardaşı Nihad da orada idi. O, sonradan eşitmişdir ki, Nihadla Cavad dalaşıb və Nihad Cavadı boğan zaman Cavad Nihadın qulağın dişləyib. Hadisə zamanı o, Təqsirləndirilən şəxs və ya başqa şəxsə xəsarət yetirməmişdir. Əmrah Muradı vuraraq xəsarət yetirmişdir. Hadisə baş verən zaman Əmrahın əlində hər hansı kəsici və ya deşici alət olmamışdır. Murad Əmrah və Nihadı tanımır və onlarla heç bir ədavəti yoxdur. Əmrah həmin vaxt söyüş söydüyü üçün və Cavadı axtardığı üçün Murad onu sakitləşdirən zaman Əmrah Muradı yumruqla vurub xəsarət yetirmişdir. Onlar baş verə biləcək cinayətin qarşısını almaqdan ötrü Cavadı gizlətmiş və Əmrahı sakitləşdirmişlər, lakin Əmrah heç bir səbəb olmadan Muradı yumruqla vurmuşdur. Hadisə zamanı orada tanımadığı müştərilər və digər şəxslər olmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X4 X15 Suraxanı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 823 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol gözaltı nahiyənin şişkinlik və qançırı, həmin gözün ağlı qişasının qansızması, üst dodağın selikli qişasının qansızması və əzilmiş səthi yarası. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (i.v. 24-26); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 28); baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən “Təsbeh” kafesinə baxış keçirilmişdir. “Təsbeh” kafesi bir mərtəbəli, daşdan tikilmiş və 4 kabinet, 1 zal və bir mətbəxdən, ətrafı hasarlanmış həyətyanı sahədən ibarətdir. Cinayət işi üzrə əhəmiyyətli olan video kameraların olduğu aşkar edilmiş və götürülməli olduğu qeyd edilmişdir (i.v. 42-43); xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Təsbeh” kafesinə baxış keçirilən zaman “İphone 14” markalı mobil telefon ilə çəkilmiş fotoları texniki səbəblərdən cinayət işinin materiallarına əlavə etmək mümkün olmamışdır (i.v. 44); götürmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən “Təsbeh” kafesindən hadisənin video görüntüləri olan 01 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (i.v. 45); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 55); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində öz müdafiəsi üçün özünü təqsirli biləməyərək zərəçəkmiş şəxsin sifət nahiyyəsinə yumruq atsa da dəyməməsi barədə gətirmiş olduğu dəlil cinayət işi üzrə zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspert rəyi, maddi sübutlarla və cinayət işinin digər materialları ilə təkzib olunmuş və vəsasət kimi qəbul edilib rədd edilmişdir (i.v. 65); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı onlar bir daha istintaqa verdiyi ifadələrini bir-birlərinin üzünə demişlər (i.v. 68-70); şübhəli şəxsin azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Əmrahov X6 RPİ-nin MSY-dən azad edilmiş və şübhəli şəxs qismində statusuna xitam verilmişdir (i.v. 72); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 75); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 86); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X7 Şəxsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 88); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 95); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Şahid2 əməlində AR CM-nin 221.3-cü maddəsinin tərkib əlaməti olduğuna görə onun barəsində olan ********* nömrəli cinayət işi ayrılmışdır (i.v. 97-98); əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.2.2ci maddəsinə tövsif edilmişdir (i.v. 107-108); təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham edilmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 110-111); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 122-123); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və X5 rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1022 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir (i.v. 140-141); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə ilkin materiallar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 X15 07 oktyabr 2024-cü il tarixli 823 nömrəli rəyi, 07 oktyabr 2024-cü il tarixli hadisə görüntülərinin olduğu 01 ədəd CD disk, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X15 24 dekabr 2024cü il tarixli 1022 nömrəli rəyi, zərərçəkmiş şəxsin, şahid ifadələri və üzləşdirmə protokolu sübut növü kimi qiymətləndirilmişdir (i.v. 144-150); AZ-İİ seriyalı 142608 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X3 18 avqust 2016-cı il tarixdə nikaha daxil olmuşlar; doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 23 avqust 2017-ci il tarixdə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X2r; doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16 iyul 2021-ci il tarixdə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X2r. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, xüsusən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, iş materiallarında olan digər sübutlar, habelə zərərçəkmiş şəxs və şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən təqsirləndirildiyi cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X13 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs onun qarnına yumruq vurması səbəbindən refleks olaraq Muradın sifət nahiyyəsinə yumruq vurmaq istəsə də yumruğun Murada dəyməməsini bildirmişdir. Lakin, məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmişdir. Videogörüntüdən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:08-də Suraxanı rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində yerləşən “Təsbeh” çay evinə gəldiyi və orada müxtəlif şəxslərin kafenin qarşısında yığışdığı və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sakitləşdirən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyyəsindən bir dəfə yumruqla vurduğu müəyyən olunmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X4 X15 Suraxanı rayon şöbəsi tərəfindən verilən rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol gözaltı nahiyənin şişkinlik və qançırı, həmin gözün ağlı qişasının qansızması, üst dodağın selikli qişasının qansızması və əzilmiş səthi yarası. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və X5 rayon şöbəsi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Odur ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsindəki hallara istinad edilməklə qurulmuş müdafiəsi cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağı olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur; 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 132 (yüz otuz iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 oktybar 2024-cü il tarixdən 26 oktybar 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 132 (yüz otuz iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – bir ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, məhkəmə xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar