Məhkəmə qərarları › İş №1(010)-255/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-255/2025

26.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-255/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə xx xxx 1983-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonu, Şərəfxanlı kəndində qeydiyyatda olan, faktiki ünvan 1də yaşamış, Nərimanov Rayon Məhkəməsinin 1(005)-180/2025 nömrəli iş üzrə 22 aprel 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-26/2025 nömrəli iş üzrə 31 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində əvvəli 30 yanvar 2025ci ildən hesablanmaqla 01 mart 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti məhkəmənin hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmış) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə məhkəməyə verilmişdir. İş üzrə ittiham aktının nəticəvi hissəsində qeyd olunur ki, «… Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında yaşadığı ünvan 1də arvadı Zərərçəkmiş şəxs onun münasibətdə olduğu qadına zəng etməsi səbəbindən Zərərçəkmiş şəxs yerə yıxmış, əl və yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs üz və baş nahiyəsinə, ayaqları ilə də bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmiş, həmçinin əli ilə onun başının arxa nahiyəsindən tutmuş və baş barmaqları ilə Zərərçəkmiş şəxs gözünü sıxaraq ona fiziki ağrı yetirmiş, sonradan 2023-cü ilin yanvar ayında yenidən Zərərçəkmiş şəxs ilə səbəbsiz yerə mübahisə yaradaraq Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə, qollarına, sinəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirməklə fiziki ağrı yetirmiş, 20 sentyabr 2023-cü il tarixdə yaşadıqları ünvanda arvadı Zərərçəkmiş şəxs ilə səbəbsiz yerə mübahisə yaratmış və əlləri ilə Zərərçəkmiş şəxs üz və baş nahiyəsinə xəsarətlər yetirmiş, həmçinin başı ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə vurub üst dodağın selikli qişasının qansızması ilə nəticələnən sağlamlığa zərər vurmayan, 17 yanvar 2023-cü il tarixdə saat 10:00 radələrində yaşadıqları ünvanda Zərərçəkmiş şəxs boşanma ərizəsi ilə məhkəməyə müraciət etməsi səbəbindən mübahisə yaratmış və əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə vuraraq Zərərçəkmiş şəxs yerə yıxmış, daha sonra əlləri və ayaqları ilə bədənin müxtəlif nahiyələrinə xəsarət yetirmiş, həmçinin mətbəx fırçasının arxa hissəsi ilə Zərərçəkmiş şəxs başına və bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmiş, sonuncu evdən çıxmaq istədiyi zaman Zərərçəkmiş şəxs yerə yıxaraq xəsarət yetirmiş və alın nahiyəsini dişləyərək A.Xanəliyavaya baş beyin silkələnməsi, başın alın nahiyəsinin sol yan səthində sol qaş qövsü nahiyəsinədək davam edən və sol əlin İİ barmağının əzilmişcırılmış yaraları, sağ yanağın, üst dodağın selikli qişasının, boyunun sağ yan səthinin, hər iki bazunun, sol kürəküstü nahiyənin, sağ dirsək oynağı nahiyəsinin, qarının sol yan səthinin, sol budun, sağ baldırın çoxsaylı qançırları, sol baldırın sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuran, 16 fevral 2024-cü il tarixdə yaşadıqları ünvanda Zərərçəkmiş şəxs yaşadıqları evdən qovmuş, lakin sonuncunun çıxmaması səbəbindən yenə Zərərçəkmiş şəxs üz nahiyəsinə xəsarət yetirərək Zərərçəkmiş şəxs fiziki ağrı yetirmiş, 08 aprel 2024-cü il tarixdə yaşadıqları ünvanda səbəbsiz yerə arvadı Zərərçəkmiş şəxs ilə mübahisə yaratmış və Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq paltarından tutub onu geriyə doğru çəkmiş və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs üz və baş nahiyəsinə bir neçə xəsarət yetirərək sağ almacıq nahiyəsinin sıyrığı, üst dodağın selikli qişasının qansızması ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı, psixi iztirablar və işgəncə vermişdir». İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, bu hadisə 2023-cü ilin aprel-may aylarından başlamışdır. Zərərçəkmiş şəxs tez-tez yersiz söhbətlər yaratmışdır. Şübhələnmişdir ki, evdə sözsöhbət yaradan qıraq şəxslər var və Ayşəni kimsə öyrətmişdir. Ona görə də evə səsyazma cihazı yerləşdirmişdir. Səslərdən müəyyən etmişdir ki, Ayşənin bacısı Aynur və onun yoldaşı Vüqar Ayşənə demişlər ki, Ayşən onu qızışdırsın, o, Ayşəni vursun, həmçinin səslərdə Ayşənə bildirmişlər ki, o, heç kimdir, ev Ayşənindir. Atası Ayşənə bildirmişdir ki, ya ev keçməlidir Ayşənin adına, ya da boşanmalıdır. Bunların planı onu ailəsindən etmək və onu həbs etdirməkdir. O, ailəsi üçün çörək qazanmaqla məşğul olmuş, bunlar isə onun barəsində planlar qurmuşlar. Göstərilənləri nəzərə alaraq barəsində bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hər ailədə olduğu kimi aralarında dəfələrlə mübahisələr olmuşdur. Mübahisələr uşaq olandən bəri həmişə olmuş, elə olmuşdur ki, acıq edib atası evinə getmiş Ayşən, aylarla orada qaldığı günlər olmuşdur. 2023-cü ildə hadisə olana qədər o, Ayşənə əl qaldırmamışdır. 2023-cü ilin aprel-may ayından başlayaraq yersiz söhbətlər yaranmış, dözülməz vəsiyyətə çatmış, sentyabr ayında Ayşənin qolundan sillə vurmuş, bundan ay yarım sonra elə olmuşdur ki, Ayşənlə söhbət etmək istəmiş, amma ona saymazyana yanaşdığı üçün özünü ələ ala bilməmiş, Ayşən evin qapısını açıb qışqıra-qışqıra bayıra çıxmış, yola qaçmaq istəmiş, o, arxasınca gedib Ayşəni tutmuş, həyətdə yeri yıxılmış, Ayşənin qolu altında qalmış üz-üzə bir birlərinə dəymişlər, elə olmuşdur ki, o, Ayşənin baş nahiyyəsindən dişdiyəsi olmuş, yəni dişi Ayşənin baş hissəsinə dəymişdir. Zərərçəkmişin verdiyi ifadənin 95 faizi yalandır. Əlində heç nə ilə Ayşənə müdaxilə etməmişdir. Mübahisələr övladlarının gözü qarşısında olmuşdur. Namaz qılmağına baxmayaraq hadisə günü onu o həddə çatdırmışdır ki, bir dəfə içki içmişdir. Onun Ayşəndən onu Suriyaya aparmaq barədə tələbi və təklifi olmamış, aralarında belə bir söhbət olmamışdır. Mübahisələr 2023-cü ilin aprel-may aylarından başlamışdır. Ayşən davamlı və məqsədli olaraq söz-söhbət salmışdır. Ayşən və qohumlarının qurduğu plan odur ki, onu həbs etdirib evi Ayşənin adına keçirsinlər. İlkin təhqiqat və ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmiş: “ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Onun ailəsi 3 övladı və keçmiş arvadı Ayşəndən ibarətdir. Onlar 2019-cu ildən həmin ünvanda yaşayırlar. 2024-cü ilin fevral ayında onlar məhkəmə qaydasında boşanmışdırlar. Lakin onun başqa evə köçmək üçün şəraiti olmadığından o, Ayşənlə eyni evdə yaşamağa davam etmişdir. Bundan əlavə o övladlarından ayrılmaq istəmədiyi üçün yaşadığı evdən köçmək istəməmişdir. Onlar Ayşənlə 2009-cu ildən evlidirlər. O, 2010-cu ildən namaz qılmağa və əhli-sünnə təriqəti vasitəsilə ibadət etməyə başlamışdır. 2010-cu ildə onların övladı dünyaya gəldikdən sonra Ayşən ilə onun arasında arabir söz-söhbətlər yaranmağa başlamışdı. Sonra zaman keçdikcə bu söz söhbətlər daha kəskin hal almağa başlamışdır. Bu ərəfələrdə onların arasında mübahisələr tez tez olur, o, Ayşənə əsəbləşir, əli ilə onu itələyir, stula otuzdurur, sakitləşməsini istəyirdi. 2023-cü ildə Ayşən ilə mübahisələri pik həddə çatmışdır. Onlar tez-tez mübahisə etmiş və onun mübahisə zamanı Ayşəni vurduğu hallar olmuşdur. 2023-cü ilin iyul ayında Ayşən səbəbsiz yerə onunla mübahisə yaratmış, Təqsirləndirilən şəxs onu vurmağa məcbur etmişdir. Buna görə 2023- cü ilin iyul ayında o, əli ilə Ayşənin qol nahiyəsinə vurmuşdur. Lakin mübahisənin hansı səbəbdən yaranmasını xatırlamamışdır. Daha sonra avqust ayında Ayşən bu məsələyə görə onun barəsində polisə şikayət etmişdir. Bundan sonra 2023-cü ilin sentyabr ayında o, spirtli içki qəbul etmiş və evə gəldikdə yenidən Ayşən ilə aralarında mübahisə yaranmışdır. O, özündə olmadığına görə baş nahiyəsi ilə Ayşənin dodaq nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra bu barədə polisə şikayət olmuş və o, İXM-nin 157-ci maddəsinə əsasən cərimə olunmuşdur. 2023-cü ilin noyabr ayında o, Ayşən ilə barışmaq üçün söhbət etmək istəmişdir. Bu zaman Ayşən onun dediklərinə əhəmiyyət verməmişdir. Bu zaman o, əsəbləşmiş və Ayşəni vurmaq istəmişdir. Ayşən ona müqavimət göstərmiş və onlar tutaşmışdırlar. Sonra Ayşən onun əlindən qaçar çölə çıxmış və o da Ayşənin arxasıyca qaçmışdır. O, həyətdə Ayşəni tutmuş və hər ikisi yerə yıxılmışdır. O, Ayşəni tutmuş və onun alın nahiyəsini dişləmişdir. Sonradan Ayşəni buraxmış və o qonşunun yanına getmişdir. Beləliklə onların evində tez-tez mübahisələr olmuş və Ayşən ondan boşanmaq istəmişdir. 2024-cü ilin fevral ayında yenə onların arasında mübahisə yaranmış və Ayşən evdən həyətə çıxmaq istəyən zaman o, Ayşənin qolundan tutmuş və evə salmışdır. 5 dəqiqə sonra Ayşənin üz nahiyəsindən xəsarət aldığını görmüşdür. Ayşən özü özünə xəsarət yetirmiş, üzünü cızmışdır. Bununla bağlı Suraxanı RPl-nin 30-cu PŞ-də araşdırma aparılmışdır. Bundan başqa Ayşən ilə onun arasında mübahisə olmamış, Ayşənə xəsarət yetirməmişdir”. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Zabir qızı ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Sonda təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs Zabir qızı bildirmişdir ki, Şükür onu ilk dəfə 2011-ci ilin yanvar ayında döymüş, böyük oğlu 3-4 aylıq olardı, mütəmadi olaraq döymüş, sonuncu hadisə həbs edilməmişdən 10 gün qabaq olmuşdur. Hər gün döymüş, ən azı hər gün bir sillə vurmuşdur. Həmişə döyüləndə ataanasına demişdir. Onu sakitləşdirmişlər. Polisə qadın məsələsindən sonra şikayətlər etmiş, inzibati cərimələr etmişlər. 3 övladı var, 2010, 2012 və 2016-cı il təvvəlüdlü. Uşaqların gözü qarşısında onu döymüşdür. Böyük oğlu onların arasına girəndə oğlunu da vurmuşdur. İki əli ilə ağzını aralayanda baş barmağı gözünün birinin üstünə dəymiş və gözünü sıxmışdır. Hadisələrin birində evə içkili gəlib başı ilə onun üz nahiyəsinə vurmuş, onu boğmağa başlamış, qışqırmışdır. Qonşular Nicat və Cavanşir səsə gəlib Şükürü səsləmişlər, Şükürdə onu buraxmışdır. 17 noyabrda başını dişləyib parçalamış, o, da qonşu Təranənin evinə qaçmış, qızı qapı pəncərəni bağlamış, təcili yardıma zəng vurmuş, onu gəlib aparmışlar. 2009-cu ildə ailə qurmuşdur. Əvvəllər döyülməklə bağlı polisə müraciət etməmişdir. 2017, 2018, 2019-cu illərdə Suriyaya getməyə görə evlərində sözsöhbətlər olmuşdur. Evin onun adına keçiriləcəyi təqdirdə barışıq əldə edilməsinə dair qarşı tərəflə aralarında heç bir danışıq olmamışdır. İlkin təhqiqat və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Zabir qızı ifadəsində bildirmiş: “ünvan 2 ünvanında yaşayır. 2009-cu ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən 3 övladları vardır. Evlilik əsnasında onların arasında tez-tez söz söhbətlər olmuşdur. Lakin 3 övladı olduğu üçün o, boşanmaq istəməmişdir. O bildirmişdir, Şükür evləndikləri gündən yerli yersiz səbəblərdən onu döymüş, ona xəsarət yetirmişdir. Məsələn övladları nadinclik etdikdə Şükür problem yaratmış və buna görə onu günahlandıraraq onu döymüşdür. Həmçinin qeyd etmişdir ki, onun oğlu Yusif bronxit xəstəliyindən əziyyət çəkir və müəyyən qidalara allergik reaksiyası var. Dəfələrlə Yusif xəstələnib və allergik reaksiya vermişdir. Belə olan hallarda o, Yusifi həkimə aparmaq istəmişdir. Lakin Şükür həkimlərin boş şey olduğunu ona bildirib, onun həkimə getməsinə mane olurdu. Bundan əlavə uşaq xəstələnən zaman onu səbəbsiz yerə döyüb, uşağa yaxşı baxmadığını bildirmişdir. Yusif xəstə olan zaman Şükür evin qapısını onların üzərinə kilidləmiş, həkimə getməklərinə mane olmuş, özü isə işə getmişdir. Həmçinin işə gedən zaman televizorun antennasını ayırıb ona “sən televizora baxmağa layiq deyilsən” kimi ifadələr işlətmişdir. Yəni onların evliliyi dövründə belə hadisələr tez-tez baş vermişdir. Şükür ona daima işgəncə vermiş, onu döymüşdür. Şükürün dindardır və özünü vəhabi adlandıraraq sünni təriqətinə ibadət edir. Lakin Şükürün özünü dindar vəhabi kimi təqdim etməsinə baxmayraq o spirtli içkidə qəbul etmişdir. 2019-cu ildən başlayaraq Şükür ona Suriyaya köçmək barədə təkliflər etməyə başlamışdır. Buna səbəb isə o, Suriyada siyasi vəziyyətin gərginləşməsini, orada müharibənin getməsini və orada olanların din uğrunda şəhid olmasını bildirmişdir. Şükür ona Suriyaya ailə ilə köçməyin tək köçməkdən daha rahat olmasını, sərhəd keçən zaman ailələrə problem yaradılmamasını bildirmişdir. O, Şükürə Suriyaya getməyəcəyini, Bakıda yaşamaq istədiyini bildirdikdə o, mübahisəyə başlamış və "Əsl şəhidlər Suriyada din uğrunda şəhid olan şəxslərdir. Qarabağda ölənlər şəhid deyil, onlar kafirdirlər. Azərbaycan kafir ölkəsidir, Azərbaycan bayrağı isə kafir bayrağıdır. İslam ölkəsini Suriyada yaradırlar, ona görə də əsl ölkə oradır” demişdir. Həmçinin Şükür övladlarına himn oxumağı qadağan etmişdir. O, “kafir ölkəsinin himnini oxumaq olmaz. Yalnız İslam ölkəsinin himni oxunmalıdır” deyə bildirmişdir. Bu barədə məlumatları böyük oğlu Məhəmməd də təsdiqləyə bilər. Onların ailəsində Suriya məsələsi ilə bağlı söz-söhbət yarandıqdan sonra Şükür onun Suriyaya getməyəcəyini görmüş və ondan boşanacağını, başqa qadınla evlənəcəyini, sərhədi onunla keçəcəyini bildirmişdir. Bir müddət sonra Şükür evdə olan zaman gecə saat 02 radələrində onun telefonuna “Vüsal” adlı şəxsdən ismarıc gəldiyini görmüşdür. Onların mesajlarına baxdıqda orada intim söhbətlər etdiklərini görmüş və bu ona şübhəli gəlmişdir. O da Şükürün telefonundan həmin nömrəni yığmışdır. Telefonu bir qadın açmış və onun səsini eşitdikdə telefonu söndürmüşdür. O, həmin qadının nömrəsini öz telefonunda qeyd etmişdir və növbəti gün öz nömrəsi ilə həmin qadına zəng etmişdir. Həmin qadınla danışdıqda o, Şükürün onunla qeyri-rəsmi münasibətdə olduğunu öyrənmişdir. Bundan sonra Şükürün bəzən evə gəlməməsinin səbəbi ona məlum olmuşdur. O, Şükürlə bu barədə danışdıqda onların dini kəbininin olmadığını öyrənmişdir. Belə olduqda, Şükür yenə onunla mübahisə yaratmağa başlamış və həmin qadını Suriyaya aparmağa hazırladığını, onunla sərhədi rahat keçəcəyini bildirmişdir. Bundan əlavə həmin qadına zəng etdiyinə görə əsəbləşmiş və onu şiddətli şəkildə döymüşdür. Şükür onu yerə yıxmış, əli ilə və yumruq zərbələri ilə onun üz və baş nahiyəsinə zərbələr endirmişdir. Həmçinin ayaqları ilə də bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir. Sonra əli ilə onun başının arxa nahiyəsindən tutmuş və baş barmaqları ilə onun gözünü sıxmağa başlamışdır. O, bu barədə polisə məlumat verməmiş, çünki ailəsinin dağılmasını istəməmişdir. Bu hadisələrdən sonra Şükür yeni bir neçə dəfə onu döymüşdür. 2023-cü ilin iyul ayında Şükür onu şiddətli şəkildə döymüşdür. Onun bədəninin müxtəlif nahiyələrinə, qollarına, sinəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirmişdir. Belə olduqda o, düşünmüş və bu barədə polisə məlumat verməyə qərar vermişdir. Ona görə də avqust ayında DİN-in 102 Xidmətinə zəng vurmuş və ərinin onu iyul ayında döyməsini bildirmişdir. O, polisə məlumat verən zaman artıq xəsarətlərin izi üzərində qalmadığına görə gözlə görünən hər hansı bir xəsarəti olmamışdır. 2023-cü ilin sentyabr ayında gecə saatlarında Şükür içkili şəkildə evə gəlmiş və heç bir səbəb olmadan mübahisə yaratmağa başlamış və səbəbsiz yerə onu döymüşdür. O əlləri ilə onun üz və baş nahiyəsinə xəsarətlər yetirmiş və sonradan başı ilə onun üz nahiyəsinə vurub dodaq nahiyəsinə xəsarət yetirmişdir. O, bu barədə də dərhal DİN-in 102 Xidmətinə məlumat vermişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində Şükür gecə saatlarında evə gəlmiş və səbəbsiz yerə mübahisə yaratmağa başlamışdır. O özündən əsəbləşmiş və onun üzərinə hücum çəkmişdir. Şükür əli ilə onun üz nahiyəsinə 2 dəfə şillə vurmuş və o, qaçmaq istəyən zaman oğlu Məhəmmədə məxsus “Redmi 8” markalı mobil telefonu götürüb onun baş nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Bu dəfə o, polisə məlumat verməmişdir. Çünki hər dəfə belə olan zaman o, polisə məlumat verməyə utanır, qonşulardan və tanışlardan çəkinmişdir. 17 noyabr 2023-cü il tarixdə təxminən saat 10 radələrində yoldaşı ilə yenə də münaqişələri olmuşdur. Münaqişəyə səbəb də onun Şükürdən ayrılmağı olmuşdur. O, boşanma ərizəsi vermiş və Şükürün də bu barədə məlumatı olmuşdur. Lakin səbəbsiz yerə bu mövzu barəsində yenidən mübahisə yaratmışdır. O da Şükürə ayrılmaq istədiyini bildirmişdir. Bundan sonra Şükür şillə ilə onun üzünə vurmuş və o, yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra onu yumruqlamağa, yerdə təpikləməyə başlamışdır. Şükür mətbəx fırçasını götürmüş və onun üzərini yorğanla örtmüşdür. Ona əlindəkinin bıçaq olduğunu, onun dediklərini etməyini, etməyəcəyim təqdirdə onu bıçaqlayacağını bildirmişdir. Ondan boşanma ərizəsini geri çəkməsini və evi tərk etməsini tələb etmişdir. O da həmin vaxt onunla razılaşmış və dediklərini edəcəyini bildirmişdir. Şükür mətbəx fırçasının arxa tərəfi ilə onun başına və bədəninə xəsarətlər yetirmişdir. Bundan sonra O, Şükürün əlindən çıxmış və qonşusugilə kömək istəməyə qaçmışdır. Bu zaman Şükür onu həyətdə tutmuş və yerə yıxaraq yumruqlamağa, sonra isə alın hissəsini dişləməyə başlamışdır. Sonra onlar evə keçmiş və Şükür ona evə həkim gətirəcəyini, onun alın nahiyəsinə tikiş atdıracağını bildirmişdir. O, xəsatəxanaya getmək istədiyini bildirdikdə, Şükür əsəbləşmiş və ona “qanın axa axa öləsən evdə. Sənə heç həkimdə gətirmirəm” kimi ifadələr işlətmişdir. O halsız olmuş, Şükür isə yan otaqda olmuşdur. Həmin vaxtı o, özündə güc tapıb ayağa qalxıb qonşusu Təranəgilə qaçmışdır. Bundan sonra Şükür Təranəgilə gəlib onu soruşduqda Təranə onlarda heçkimin olmadığını bildirmişdir. Hadisə vaxtı evdə heç kəs olmamışdır. O, dərhal 102 mərkəzi zəng xidmətinə bu barədə məlumat vermişdir. Daha sonra o, Təranəgildə təcili tibbi yardıma zəng vurmuş və başının qanadığını bildirərək təcili tibbi yardım gəlməsini xahiş etmişdir. Bir müddətdən sonra təcili tibbi yardım gələrək onu Sabunçu qəsəbəsində yerləşən 3 saylı Kliniki xəstəxanaya aparmışdır. Xəstəxanada onun başına 5 tikiş vurmuşdurlar. Oğlu Məhəmməd həmin gün evə gələn zaman Şükürün tozsoranın naqilini boyun nahiyəsinə sürtdüyünü görmüşdür. Daha sonra o, uşaqlarını götürüb Bakı şəhəri, Nərimanov rayonunda yaşayan bacısıgilə getmiş və 3-4 gün onlarda qalmışdır. 16 fevral 2024-cü il tarixdə Şükür yenə onunla səbəbsiz yerə mübahisə yaratmış, onu evdən getməyə məcbur etmişdir. Şükür ona başqası ilə evlənəcəyini, evə başqasını gətirəcəyini demişdir. Buna görə də, onu evdən çıxmağa məcbur etmiş, onu ölümlə hədələmişdir. Belə olduqda, Şükür yenə onu döymüş və üz nahiyəsinə 2 şillə vurmuşdur. O, bu barədə DİN-in 102 Xidmətinə məlumat vermiş və ərizə ilə 30-cu PŞ-nə müraciət etmişdir. Bundan əlavə 08 aprel 2024- cü il tarixdə Şükür səbəbsiz yerə mübahisə yaratmış və o Şükürə cavab verən zaman arxadan ona yaxınlaşaraq paltarından tutub onu geriyə doğru çəkmiş və yumruq zərbələri ilə onun üz və baş nahiyəsinə bir neçə xəsarət yetirmişdir. Bu zaman oğlu Məhəmməd bunu görmüş və onların arasına girərək Şükürü aralamağa çalışmışdır. Bundan sonra o, dərhal DİN-in 102 Xidmətinə məlumat vermişdir. O bildirmişdir ki, evli olduqları müddət ərzində Şükür dəfələrlə onu döymüş, ona əzab və işgəncə vermişdir. Lakin o, tanışlardan və qonşulardan utandığı üçün bu halların bir çoxu barədə polisə məlumat verməmişdir. Sonuncu dəfə Şükür barəsində barışıq ərizəsi vermişdir. Barışıq ərizəsi verməsinə səbəb isə onun verdiyi vədlər olmuşdur. Şükür ona uşaqlara aliment verəcəyini, onları bir daha narahat etməyəcəyi barədə vədlər vermişdir. Lakin o, vədinə əməl etməmiş, onu yenə döyərək xəsarət yetirmiş və uşaqlara heç bir məbləğdə aliment verməmişdir”. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, özünü tanıyandan atası anasına zülm vermiş, anasını çölə çıxmağa qoymamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, atası anasını döymüş, onu vurmamışdır. Anasını döymüşdür. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmiş: “Zərərçəkmiş şəxs onun anasıdır. Anasının istintaqa verdiyi ifadə ilə tanış olmuş və o da həmin ifadəni təsdiq etmişdir. O, uşaq vaxtından atası Şükürün anasını döydüyünü, ona işgəncə etdiyini görmüşdür. Atası hər dəfə yerli yersiz mübahisələr yaratmış, anasını döymək üçün bəhanə gətirmişdir. Atası barədə isə onlara həmişə pis rəftar etməsini demişdir. Belə ki, atası onlara televizora, telefona baxmağa icazə verməmiş, bunların hamısını dindən yayınmaq kimi qəbul etmişdir. Onun düşüncəsinə görə əgər onlar televizora və ya telefona baxsa dindən yayınmış olacağdırlar. Həmçinin atası onlara rəsm dərsində belə bayraq çəkməyə icazə verməmiş, dövlət himnini oxumağı qadağan etmişdir. O dövləti kafir dövləti, bayrağı isə kafir bayrağı adlandırmışdır. Buna görə də dərsdə belə bayrağın rəsmini çəkməyə onlara icazə verməmişdir. Həmçinin musiqi dərsində müəllimə onlara ev tapşırığı verərək evdə musiqi öyrənməyi tapşırmışdır. Atası isə evdə musiqi öyrənməklərinə icazə verməmiş, musiqi dərsi olan günlərdə məktəbə getməmələrini demişdir. Həmçinin atası onu və qardaşını hərbi xidmətə göndərməyəcəyini, onları hərbi xidmətdən saxlatdıracağını bildirirmişdir”. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs onun qızıdır. 2009-cu ildə təqsirləndirilən şəxslə qohum olmuşlar. Qızı Şükürlə 2 il yaxşı olmuşlar. Sonra Şükür vəhabi təriqətinə qoşulmuş və qızına əziyyət verməyə başlamışdır. Dəfələrlə qızını döymüş, təriqətə qoşulandan sonra qızının telefonunu öz telefonuna yönəldərək qızının səslərini yazmışdır. Sonra qızı onlara zəng vurduğu üçün Şükür qızını döymüşdür. Şükür 2023-cü ildə məhkəmə olanda da qızını döyüb evə göndərmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, işgəncə deyəndə döyüb otağa həbs etmiş, qapını bağlamış, çölə çıxmağa qoymamış, oğlu 102-yə zəng vurandan sonra qapını açıb buraxmışdır. Qızının üzərində dəfələrlə xəsarət görmüş, anasına göstərmiş, necə vurmuşdusa döşü şişmişdir. 2012-2013-cü ildən mütəmadi olaraq qızını döymüşdür.-Dəfələrlə Şükürün özü ilə danışmış, əməl etməmişdir. Şükürlə söhbət zamanı qızını döydüyünü hərdən etiraf etmiş, hərdən də etiraf etməmişdir. İşgəncə odur ki, qızını döyüb evə salmış, onlarla əlaqəni kəsmişdir. Əl-qol bağladığını görməmişdir. Qızının başını dişləmiş, aparıb quduzluq iynəsi vurdurmuşdur. Səs yazısının olması barədə ara qarışanda məlumatı olmuş, orada nə danışıldığından xəbəri yoxdur. Qızı Şükürü tutdurub evi ələ keçirmə məqsədi olmamış, amma o evdə qızının payı var, evin tikilişinə maddi yardım etmiş, dəmir darvaza almışdır. Qızının evə hüququ var, uşaq burada oxuyur deyə qızını yanına apara bilməmişdir. Onun da bu işdə günahı var, 2012-2013-cü illərdə qızının bir uşağı olanda gərək ayırıb yanına aparardı. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmiş: “qızı Ayşən 2009-cu ildən Təqsirləndirilən şəxs ilə rəsmi nikahdadır. Evləndikdən sonra Şükür daim ona işgəncə etmişdir. Belə ki, Şükür evləndikdən təxminən 3 il sonra vahabi təriqətinə xidmət etməyə başlamışdır. Bundan sonra o, Ayşəni çadra bağlamağa məcbur etmişdir. Həmçinin onu evdən çıxmağa, valideynlərinin yanına gətməyə belə icazə verməmişdir. Nəinki valideynlər bacısıgilə və digər qohumların yanına da getməyə, onlar ilə görüşməyə icazə verməmişdir. 2010-cu ildən başlayaraq Şükür onu döymüş, Ayşənə daim işgəncə vermişdir. Ayşən də çox vaxt ailəsinin dağılmasını istəmədiyi üçün bu barədə heçkimə heçnə deməmişdir. Təxminən 8-9 il bundan əvvəl Ayşən ilə Şükür yenə mübahisə etmiş, Şükür onu döymüş və Ayşən həmin zaman ilk dəfə Binəqədi RPl-nə bu barədə məlumat vermişdir. Daha sonra Ayşən onunla barışdığı üçün şikayətini geri götürmüşdür. Şükürün son 3-4 ildə Ayşəni döyməsi, ona işgəncə verməsi daha da şiddətli hal almışdır. Belə ki, Şükür Ayşəni onunla Suriyaya getməyə məcbur etmiş, Ayşən isə getmək istəməmişdir. Belə olduqda onların arasında bu səbəbdən dəfələrlə mübahisə yaranmış, Şükür Ayşəni şiddətli şəkildə uşaqlarının yanında döymüşdür. Hətta 2023-cü ilin iyul ayında Şükür onu şiddətli şəkildə döydükdən sonra Ayşən DİN-in 102 Xidmətinə məlumat vermiş, lakin Şükür ona şikayətini götürməsi barədə yalvardıqdan sonra Ayşən şikayətini geri götürmüş və onun yanına, yəni Ağdam rayonuna gəlmişdir. O, Ayşəni gördükdə onun bədəni üzərində xəsarətlər olmuşdur. Onun qol və ayaq nahiyələrində qançırlar olmuşdur. Bundan sonra bir neçə dəfə də belə hallar baş vermiş və Ayşən bu halların hamısı barədə ona məlumat vermişdir. Bundan əlavə məhkəməyə boşanma ərizəsi ilə müraciət etmişdir”. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, əvvəllər Şükürlə münasibəti yaxşı olmuş, Şükür 1-2 dəfə onlara gəlib getmişdir. Sonradan Şükür vəhabi təriqətinə qoşulduğundan get-gəl kəsilmişdir. Ayşənin hamı ilə münasibətini kəsmişdir. Eşitdiyinə görə Şükür yoldaşına qadağalar qoymuş, çarşab geydirmiş, evdə yoldaşını nəzarətdə saxlamışdır. Bunun üçün Ayşənin səsini yazmışdır. Dəfələrlə Ayşəni döymüşdür. 2015-2016-cı illərdə Şükür yoldaşını Suriyaya aparmaq istəmiş, yoldaşı getmək istəmədiyi üçün münaqişə daha da böymüşdür. X7 rahat keçid etmək üçün bir xanımla tanış olmuşdur. Evdə bildirmişdir ki, həmin xanım Şükürlə birlikdə qalacaq, buna görə də münaqişə daha da dərinləşmişdir. 2023-cü ildə tərəflər boşanmışdır. Şükür içki içərək evə gələrək yoldaşına başı ilə xəsarət yetirmişdir. Onlar gedib görmüşlər ki, Ayşənin ağzı burnu pis gündədir. Şükür Ayşəni yerlə sürümüşdür. Polis əməkdaşı gəlib rəy verilmişdir ki, Şükür içkili olmuş, noyabr ayında da Şükür Ayşəni yoldaşını döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Ayşənə 637 manat sosial yardım kəsilmiş, sonra Şükür həmin sosialı bağlatdırmış, yoldaşını maddi asılı saxlamış, qaz, işıq pulu ödəməmişdir ki, evi tərk etsinlər. Ayşənin bədənində dəfələrlə xəsarətlər görmüşdür. İşgəncə deyəndə yoldaşını döyməsi, evə qapatması, maddi asılı saxlaması, hamı ilə əlaqəsini kəsməsi başa düşür. Səs yazıından xəbəri yoxdur. O, Ayşənlə danışanda demişdir ki, Şükür Ayşəni vurarsa polisə zəng vursun tədbir görsünlər. Onu şantaj elədiyi üçün Şükürə dəfələrlə pul göndərmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmiş: “Ayşən onun baldızıdır. Ayşən Şükür ilə rəsmi nikahda olmuşdur. Şükür ilə onun dostyana münasibəti olmuşdur. Belə ki, Şükür tez-tez onların evlərinə gəlmiş, spirtli içki qəbul etmiş, onunla söhbət etmişdir. Lakin bir müddət sonra Şükür vəhabi olduğunu ona demişdir. O, neçə müddətdir ki, vəhabi olduğunu soruşduqda Şükür təzəlikcə vəhabiliyi qəbul etdiyini demişdir. Şükür vəhabi olduqdan sonra ailəsi ilə onlara gediş gəlişi dayandırmışdır. Belə ki, o, Ayşəni çadra bağlamağa məcbur etmiş, onu evdən çıxmağa qoymamışdır. Bu onların ailə məsələsi olduğuna görə o və yoldaşı Aynur buna qarışmamışdır. Təxminən 2016-ci ildən onların arasında mübahisə olduğunu, Şükürün Ayşənə xəsarət yetirdiyini, bununla bağlı Binəqədi RPİ-də araşdırma apardığından xəbəri olmuşdur. Bundan sonra onların arasında dəfələrlə münaqişə olduğunu, Ayşənin döyüldüyünü eşitmişdir. 2023-cü ilin iyul ayında Ayşən növbəti dəfə döyülməsinə görə DİN-in 102 Xidmətinə məlumat vermişdir. Şükürün ona yalvarmasından sonra şikayətini geri götürərək atasının yaşadığı Ağdam rayonu, Rzalar kəndinə getmiş, həmin ərəfələrdə də boşanma ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə X9 aparmağa məcbur etmiş, lakin Ayşən onunla razılaşmadığı üçün aralarında dəfələrlə mübahisə yaranmış və Şükür Ayşəni döymüşdür. Bundan sonra Şükürün başqa qadınla qeyri-rəsmi münasibətdə olduğunu Ayşən bildikdən sonra Şükür həmin qadınla Suriyaya gedəcəyini Ayşənə bildirmişdir. Ayşən bunu bildikdən sonra həmin qadının nömrəsini Şükürün telefonundan gizli şəkildə götürmüş, həmin qadınla danışmış və aralarında münaqişə yarandığına görə həmin qadın Ayşən barəsində Binəqədi RPİ-nə şikayət etmişdir. Bildirmək istəyir ki, təxminən 2023-cü ilin sentyabr və noyabr aylarında Ayşən evdə Şükür tərəfindən döyüldüyü üçün bu barədə DlN-in 102 Xidmətinə məlumat vermişdir. Hətta noyabr ayında olan mübahisə zamanı Şükür namaz qılmasına baxmayaraq içkili halda evə gələrək Ayşəni döymüş, Ayşən baş nahiyəsindən xəsarət aldığı üçün o, xəstəxanada onun alın nahiyəsinə tikiş qoydurmuş və sonra onu uşaqları ilə birlikdə xəstəxanadan yaşadığı Nərimanov rayonunda yerləşən evinə gətirmişdir. Ayşən bir neçə gün müalicə alıb özünə gəldikdən sonra yenidən öz yaşadığı evə qayıtmışdır. Həmçinin Şükür son 2 ildə ailəsinin maddi asılılığından istifadə edərək onlara heç bir köməklik göstərməmiş, pul verməmiş, hətta həyat üçün vacib olan qida məhsullarını, çörəyi belə almamışdır. O və yoldaşı bunu görüb Ayşənin kommunal və digər xərclərini qarşılamışdırlar. Bunu öyrənən Şükür onların bu hərəkətlərini onun ailəsinə müdaxilə kimi qiymətləndirib dəfələrlə onun iş yerində mübahisə edib, onu hədələmişdir. Həmçinin söhbət zamanı ona Suriyaya gedəcəyini, orada şəhid olacağını, Qarabağda ölənlərin şəhid olmadığını bildirərək, din uğrunda ölənlərin şəhid hesab olunması barədə bildirmiş və o da bu səbəbdən dəfələrlə Şükürlə mübahisə etmişdir. Son 2 il ərzində Şükür Ayşənin ona olan maddi asılılığından istifadə etməklə həm fiziki, həm psixi iztirablar vermişdir. Ayşən dəfələrlə Şükür onu döydükdən sonra onunla və yoldaşı ilə əlaqə saxlamış və hər dəfə onlar Ayşənin bədən səthində olan xəsarətləri görmüşdürlər”. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Şükür öz yoldaşını şantaj edərək cinsi əlaqədə olan adamdır. Ayşən atası evinə gələndə bədənində qaralmaları görmüşdür. Birbaşa fiziki təzyiq olanda görməmişdir. Ayşən atası evinə gələndə döyülmə izlərini görmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Ayşəndən soruşanda demişdir ki, atası ilə telefonla danışmış, Şükür evə səsyazma qoymuş, Ayşən deyəndə ki, heç kimlə danışmamış, Şükür səsyazmanı göstərmiş və onu döymüş, Ayşəndə qaçıb atası evinə gəlmişdir. Ayşən xanıma maddi dəstəyi olmuşdur. Şükür Ayşənin başını gəmirmişdir. Döyülən anda Ayşənin yanında olmamışdır. Yoldaşı danışmışdır ki, Şükür Ayşənə göz verib işıq vermir, atası ilə danışmağa icazə vermir, danışanda da şiddətli döymüşdür. Qohumlar arasında səs yazmadan xəbəri yoxdur. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmiş: “Ayşən onun baldızıdır. Onlar eyni kənddə yaşadıqlarından o, Ayşəni uşaqlıqdan tanımışdır. Ayşən evləndikdən sonra Şükür onu evdən çıxmağa qoymamış, nə bacısıgilə nə də başqa qohumunun yanına getməsinə icazə verməmişdir. Bunlardan əlavə Ayşəni çadra taxmağa məcbur etmişdir. Ayşən evləndikdən sonra o, tez-tez Ayşənin evində söz söhbət olduğunu, mübahisə olduğunu, Ayşənin döyüldüyünü eşitmişdir. Ayşən bu barədə tez-tez ona və yoldaşı Könülə məlumat vermişdir. Hətta bir neçə dəfə Ayşən onların yanına rayona gələn zaman onun bədəni üzərində qançırlar olmuşdur. Hətta bu halların birində yoldaşı Könül Ayşənin bədən səthində olan xəsarətləri görüb dəhşətə gəlmiş və ağlamışdır. Son 3-4 ildə Ayşən ilə Şükür arasında olan mübahisə daha da kəskin hal almağa başlamışdır. Belə ki, Şükür Ayşəni tez-tez döymüşdür. Ayşən bu barədə dəfələrlə DlN-in 102 Xidmətnə məlumat vermişdir. X8 və uşaqlarının ondan olan maddi asılılığından istifadə etmiş, ailəsinə pul verməmiş, maddi xərcləri qarşılamamış, hətta çörək belə almamışdır. Buna görə də onların ailəsi və Bakıda yaşayan qohumları Ayşənə və onun uşaqlarına daim maddi köməklik etmişdir. 2024-cü ilin fevral ayında isə Ayşən Şükür ilə boşanmış, lakin yaşamağa başqa ev olmadığına görə bu günki günə qədər eyni evdə yaşamışdırlar. Bundan əlavə Şükür özünü dindar şəxs kimi, vahabi kimi təqdim etsə də o, spirtli içki qəbul etmiş, qadınla qeyri-rəsmi münasibət saxlamışdır. Bununla belə Ayşəni Suriyaya getməyə məcbur etmişdir. Buna görə də o, Ayşənin ondan maddi asılılğından istifadə etmiş və Ayşənə fiziki və psixi iztirablar vermişdir”. İbtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materiallar: Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin “canlı şəxsin ekspertizası” barədə 1034 nömrəli 17 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs boyunun yumşaq toxumasının qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti şəxsin dediyi xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs boyun nahiyəsində müəyyən edilən qançır şəxsin öz əli çatan nahiyəsində yerləşdiyindən həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi inkah olunmur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin “canlı şəxsin ekspertizası” barədə 1035 nömrəli 17 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, başın alın nahiyəsinin sol yan səthində sol qaş qövsü nahiyəsinədək davam edən və sol əlin İİ barmağının əzilmiş-cırılmış yaraları, sağ yanağın, üst dodağın selikli qişasının, boyunun sağ yan səthinin, hər iki bazunun, sol kürəküstü nahiyənin, sağ dirsək oynağı nahiyəsinin, qarının sol yan səthinin, sol budun, sağ baldırın çoxsaylı qançırları, sol baldırın sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti şəxsin dediyi kimi xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin “canlı şəxsin ekspertizası” barədə 745 nömrəli 18 avqust 2023-cü il tarixli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq bildirilir ki, onun bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin “canlı şəxsin ekspertizası” barədə 867 nömrəli 21 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində xəsarət aşkar edilmişdir: üst dodağın selikli qişasının qansızması. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni 21 sentyabr 2023-cü il tarixdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətin digər şəxs tərəfindən vurulma nəticəsində alınması inkar olunmur, lakin xəsarətin şəxsin yıxılması nəticəsində alınması inandırıcı deyildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin “canlı şəxsin ekspertizası” barədə 246 nömrəli 08 aprel 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində xəsarət aşkar edilmişdir: sağ almacıq nahiyəsinin sıyrığı, üst dodağın selikli qişasının qansızması. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 08 aprel 2024-cü il tarixdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınmaları inkar olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 06 yanvar 2024-cü il tarixli 19/51-41 nömrəli məktubdan görünür ki, xx xxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömeəli X3 tərəfindən verilmiş 08 yanvar 2024-cü il tarixli 1/29 nömrəli məktubdan görünür ki, xx xxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməyib. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli 353 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 1(005)-180/2025 nömrəli iş üzrə 22 aprel 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan “cinayət təqibinə xitam verilməsi” haqqında 01 fevral 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Mobil Şəfiyevin 28 avqust 2024-cü il tarixli qərarından görünür ki, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Vasif Zeynallının ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında 01 fevral 2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 02 sentyabr 2024-cü il tarixli “əməlin tövsif edilməsi” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 133.2.6-cı maddəsinə tövsif edilmiş və həmin maddə ilə ibtidai istintaq davam etdirilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-26/2025 nömrəli iş üzrə 31 yanvar 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 yanvar 2025-ci il tarixdən hesablanmaqla 01 mart 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində birbiri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşgəncələrə və qeyri-insani rəftar işləri üzrə məhkəmə təcrübəsi haqqında” 20 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əzab vermə və işgəncə-şəxsin fiziki və ya mənəvi cəhətdən uzunmüddətli və sistemli olaraq ağrılı vəziyyətə salınması, bu hərəkətlərin qəsdli və qeyriinsani şəkildə törədilməsi ilə səciyyələnir”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində əsasən bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə işgəncə verməklə törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsə CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirərək, işgəncə verməklə əzab vermişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi mütəmadi olaraq döyməsi və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verərək əzab verməsi iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər istintaq hərəkətləri protokolları ilə sübut olunsa da, həmin hərəkətlərin işgəncə verməklə törədilməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, CM-nin 293-cü maddəsinin qeydində göstərilir ki, bu maddədə, habelə bu Məcəllənin digər maddələrində “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür. Cinayət hüququnda işgəncənin mövcud olması üçün göstərilən hərəkət və hərəkətsizliyin aşağıdakı məqsəd və ya səbəbdən törədilməsi zəruridir: -zərərçəkmiş şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq məqsədilə; -zərərçəkmiş şəxsi və ya digər şəxsi qorxutmaq məqsədilə; -zərərçəkmiş şəxsi və ya digər şəxsi törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq məqsədilə; -zərərçəkmiş şəxsi və ya digər şəxsi öz iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə; -ayrı-seçkiliyə əsaslanan hər hansı başqa səbəbdən. Bundan başqa İşgəncələrə qarşı 1984-cü il tarixli BMT Konvensiyasında işgəncə anlayışı aşağıdakı kimi müəyyən olunur: “Bu Konvensiyanın məqsədləri üçün “işgəncə” istənilən elə hərəkəti bildirir ki, həmin hərəkətlə hər hansı şəxsdən və ya üçüncü şəxsdən məlumatlar və ya etiraflar almaq, onun və ya üçüncü şəxsin etdiyi və ya etməkdə şübhəli bilindiyi hərəkətə görə onu cəzalandırmaq, habelə onu və ya üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud istənilən xarakterli ayrı-seçkiliyə əsaslanan hər hansı başqa səbəbə görə belə ağrı və ya əzab dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs qismində çıxış edən digər şəxs tərəfindən və ya onların təhriki ilə, yaxud xəbərdar olmaları və ya susmaqla razılaşmaları ilə verilməklə, hər hansı şəxsə qəsdən fiziki və ya mənəvi cəhətdən güclü ağrı və ya əzab verilir. Yalnız qanuni sanksiyalar nəticəsində baş verən, həmin sanksiyalardan ayrılmaz olan və ya təsadüfən onlardan törəyən ağrı və əzablar bu anlayışa daxil deyil.” Bu anlayışdan biz üç mühüm elementi ayıra bilərik: • Güclü mənəvi və ya fiziki ağrı və əzab verilməsi • Qəsdən və ya məqsədli şəkildə ağrı yetirilməsi • Məlumat əldə edilməsi, cəzalandırma və ya qorxutma kimi spesifik məqsədin güdülməsi. Cinayət hüququnda məlumat almaq məqsədi ilə işgəncə vermə dedikdə, zərərçəkmiş şəxsin özünün və ya digər şəxsin malik olduğu və ya malik olması ehtimal edilən hər hansı bir məlumatı (cinayət işi ilə əlaqədar, kommersiya və ya şəxsi xarakterli və s.) əldə etməsi başa düşülməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə baş vermiş hadisələrlə bağlı verilmiş ittihamda göstərilən hərəkətlər, ailə məişət zəminində törədilmiş hadisələrdir, bu hərəkətlər yuxarıda göstərilən məlumatları əldə etmək məqsədi kimi qiymətləndirilə bilməz. Eyni zamanda Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən hərəkətlərin heç biri işgəncənin mövcud olması üçün göstərilən məqsəd və səbəblərdən törədilməmiş, həmin hərəkətlər əzab vermənin ayrılmaz və zəruri əlamətləridir. Yəni Təqsirləndirilən şəxs əməlində CM-nin 133.2.6-cı maddəsinin tövsif əlaməti olan işgəncə vermə faktı mövcud deyil. Lakin zərərçəkəni CM-nin 133.2.6-cı maddəsində nəzərdə tutulmayan məqsədlərlə əlaqədar, mütəmadi olaraq, yəni hazırkı halda bir neçə dəfə döyülməsi, bu döyülmənin və sair zorakı hərəkətlərin mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermənin ailə məişət zəminində baş verməsi nəzərə alınaraq, onun əməli CM-nin 133.1-ci maddəsi ilə əhatə olunur. Belə ki, Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə” cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 133.2.6-cı maddəsinə əsasən eyni əməllər işgəncə verməklə törədildikdə əməl həmin maddə ilə tövsif edilir. Göründüyü kimi maddənin dispozisiyasına əsasən əzəb vermənin obyektiv cəhəti mütamadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermədə ifadə olunur. Burada mütəmadi döymək, eyni əməllərin bir neçə dəfə törədilməsini, sair zorakı əməllər isə şəxsə dəfələrlə və ya uzun müddət ərzində ağrılar yetirmədə (çimdikləmə, kəsib-doğrama, küt və ya iti batıcı alətlə çoxlu xəsarətlər yetirmə, termiki faktorlarla təsir etmə və sair) və buna oxşar digər hərəkətlərdə ifadə oluna bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsindən həmin Məcəllənin 133.1ci maddəsinə tövsif edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələırə tövsiyələrdə məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailənin həyat şəraitinə təsirini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsindən həmin Məcəllənin 133.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Nərimanov Rayon Məhkəməsinin 1(005)-180/2025 nömrəli iş üzrə 22 aprel 2025ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 30 yanvar 2025-ci ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsindən həmin Məcəllənin 133.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Nərimanov Rayon Məhkəməsinin 1(005)-180/2025 nömrəli iş üzrə 22 aprel 2025ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 30 yanvar 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar