Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-257/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 23 noyabr 2020-ci il tarixdən 25 noyabr 2020-ci il tarixə kimi, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq, üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkumluğu ödənilmədiyi və götürlmədiyi halda, qəsdən satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, 0,367 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, qara rəngli çantasının içərisində olan “Viktoriya” kibrit qutusunun içində bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə saxlayıb daşımış, 11 may 2021-ci il tarixdə, saat 16.30-da Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq, ünvan 3erləşən Bakı şəhəri Suraxanı RPİ-nin 32-cü Polis Bölməsinə gətirilmiş, videoçəklişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə həyata keçirən zaman, onun qara rəngli çantasının içərisində olan “Viktoriya” kibrit qutusunun içindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə 0,367 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokol əsasında qablaşdırılaraq götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xroninki hepatit xəstəliyindən əziyyət çəkdiyindən, bədənində olan ağrıları kəsmək məqsədi ilə narkotik vasitə olan heron qəbul etmişdir. 11.05.2021-ci il tarixdə o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində hərəkət edərkən, yerdən kibrit qutusu tapmış və həmin kibrit qutusunun içərisinə baxanda, içərisində olan kağıza bükülmüş vəziyyətdə bir büküm narkotik vasitə olan heroin olmasını görmüşdür. Həmin heroini şəxsi istifadəsi üçün üzərində olan çantanın içərisinə qoyub saxlamışdır. 11.05.2021 -ci il tartixdə, saat 16:30 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində olan, zaman polis əməkdaşları ona yaxınlaşaraq və özlərini təqdim edərək, üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını bildirmişdir. Polis əməkdaşları bundan sonra onu Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Orada videoçəklişlə dəvət edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. O, da özünə məxsus olan qara rəngli çantanın içərisində üzərinə “Viktoriya” sözü yazılmış kibrit qutusunun içərisində saxladığı 1 ədəd siqaretin gümüş kağızına bükülmüş bükümü və çantanın içərisində olan “Attenti” markalı Bakı şəhəri Nərimanov İcra və Probasiya şöbəsi tərəfindən qoyulan aparatı təqdim etmişdir. Bundan sonra narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokolun düzlüyünə imza etmişlər. Üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rutbəsindədir. 11 may 2021-ci il tarixdə etimad doğuran, qərəzsiz mənbədən xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1-da qeydiyyatda olan Təqsirləndirilən şəxs gündüz vaxtlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində olacağı və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, həmin şəxsin geyimi və xüsusi əlamətləri barədə məlumat daxil olmuşdur. Ona görə də daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə bağlı Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin rəisinin adına yazılı raporla müraciət etmişdir. Həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş və qərar Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin rəisi tərəfindən təsdiq edilmişdir. Bundan sonra 11 may 2021-ci il tarixli potokolla Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-də əməliyyat müvəkkili kimi özü və həmin polis bölməsinin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaratmışdır. 11 may 2021-ci il tarixdə, saat 16:30 dəqiqədə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı şübhəli bilinən Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında saxlanılmış və saat 16:45 dəqiqədə şübhəli şəxsin paltarında, əşyalarında, bədənində olması ehtimal olunan narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar edilərək götürülməsi üçün müfaviq tədbirlərin görülməsi üçün gətirilərək Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci X4 Hissəsinə təhvil vermişlər və müvafiq hərəkətlərin keçirilməsi Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 tapşırılmışdır. Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində inzibati otaqların birində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi haqqında Elnur İsgəndərov tərəfindən bu barədə qəbul etdiyi qərar elan edilmiş və videoçəkilişdən istifadə olunmaqla, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış həyata keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud əhəmiyyət kəsb edə biləcək digər əşya və sənədlərin olubolmaması soruşulmuş və əgər vardırsa könüllü təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs çiynində asdığı qara rəngli çantanın içərisində saxladığı, “Viktoriya” yazılı kibrit qutusunun içərisindən çıxardığı 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü və həmin çantanın içərisində olan “Attenti” markalı, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən qoyulmuş izləmə aparatını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin heroini Bakı şəhəri, Suraxanı rayonu, Etibar Bəkirli küçəsində yerdən tapdığını, gələcəkdə şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş, üzərində “Viktoriya” yazılı kibrit qutusunun içərisində olan bir ədəd gümüşü kağıza bükülmüş şəkildə olan narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üçün sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı Elnur İsgəndərov tərəfindən bir ədəd kağız zərfə qablaşdırılaraq və möhürlənərək götürülmüş, bu barədə müvafiq protokol tərtib edilmiş və iştirakçılarla bərabər o da həmin protokola imza etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qarşı hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlər göstərilməmiş, onun özü səmimi olaraq törətdiyi cinayət əməlini etiraf etmiş, üzərində olan narkotik maddə heroini təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32ci Polis Bölməsində kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarından aydın olur ki, 13.05.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə əvvəli 11.05.2021- ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2021-ci il tarixli 6/1903 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində AR DİN “zərflər üçün №196 möhür əksi, “...Şübhəli şəxs:...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,367 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X7in 10.06.2021-ci il tarixli, 1823 nömrəli rəydən görünür ki, "müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür". Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 1(007)-120/2021 saylı, 15.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi üzrə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 06 sentyabr 2021-ji il tarixli 21-1-101666-6 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 29.04.2021-ji il tarixdə qeydiyyata alınmışdır. Məhkum 11 may 2021-ji il tarixədək jəzasının 12 gününü çəkmiş, çəkilməmiş hissəsi 1 il 5 ay 14 gün təşkil edir. İş materiallarında olan İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi TƏBİB X7 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 03.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ildən 15 saylı BŞX-nın infeksion kabinetində xroniki hepatit B diaqnozu ilə qeydiyyatdadır və davamlı müalicələr alır. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşiman olmasını, xroniki hepatit xəstəliyindən əziyyət çəkməsini, gənj olmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİnin Növbətçi hissəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,317 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin 1(007)-120/2021 saylı, 15.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 5 ay 14 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə iki günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 08 ay 22 gün müddəti Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 11 may 2021-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,317 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-257/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-257/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver