Məhkəmə qərarları › İş №1(010)-257/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-257/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-257/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 və onun nümayəndəsi, “Kiçikbəyov və Partnyorları” Vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1988-ci ildə Biləsuvar rayonu, Bağbanlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmayan, işsiz, Kəlbəcər rayonu, Ağcakənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, 03 fevral 2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirmə ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 18 iyun 2024-cü il tarixdə, saat 20:45 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius (Hibrid)» markalı, **-EF-*** dövlət qeydiyyatı nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, Mərkəz küçəsində 38 saylı binanın qarşısında həmin binanın qarşısına keçmək üçün sola dönmə əməliyyatını icra etdiyi zaman sola dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə hərəkət edən nəqliyyat vasitəsinə yol verməli olduğu halda, yol verməmiş və saatda 5-10 km/saat sürəti ilə hərəkətdə olaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək, yol hərəkəti qaydalarını pozub Qaraçuxur qəsəbəsi tərəfdən Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi istiqamətində düzünə hərəkət edən yetkinlik yaşına çatmayan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Moon AF 50” markalı mopedlə toqquşması nəticəsində ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs sol bud sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı, sağ ayağın İİ barmağının əzilmiş yarası kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində bildirmişdir ki, «Toyota Prius» markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili 02 oktyabr 2023-cü il tarixdən etibarnamə əsasında idarə etmişdir. 18 iyun 2024-cü il tarixdə, saat 20:30 radələrində həmin texniki cəhətdən saz vəziyyətdə olan avtomobilə əyləşərək Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yaşadığı evin yaxınlığında yerləşən «Ballı» marketə getmiş, alış-veriş etdikdən təxminən 15-20 dəqiqə sonra, həmin avtomobilə əyləşərək geriyə yaşadığı evə gəlmək üçün Yeni Günəşli qəsəbəsi, Mərkəz küçəsi ilə «Ballı» market tərəfdən üzü Qaraçuxur qəsəbəsi istiqamətində hərəkət edərək yaşadığı binanın yaxınlığına gəlmişdir. Binanın qarşısına keçmək üçün sola dönmək məqsədilə avtomobili saxlayıb sola dönmə işıq siqnalını yandıraraq qarşı istiqamətdə hərəkətdə olan avtomobillər keçəndən sonra, avtomobili idarə edərək hərəkətə başlamışdır. Bu zaman qarşı istiqamətli nəqliyyat üçün zolağda düzünə hərəkət edən adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi mopedi avtomobilinin ön hissəsi ilə vurmuşdur. Zərbədən moped, mopeddə olan sürücü və sərnişin asfalt üzərinə yıxılmışlar. Avtomobili saxlayaraq həmin şəxslərə tərəf getmişdir ki, yardım etsin, lakin ətrafda olan tanımadığı şəxslər onu qabaqlayıb həmin şəxslərə kömək etmiş, təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım avtomobili gələrək sürücü Zərərçəkmiş şəxs və onun yanında adını sonra bildiyi sərnişin Şahid xəstəxanaya aparmışlar. Özü isə hadisə yerində qalmış, polis əməkdaşları hadisə yerinə gəlmişdir. İdarə etdiyi avtomobil digər avtomobillərin hərəkətinə maneə yaratdığı üçün, onu kənara çəkmişlər. Daha sonra təhqiqatçı gəlmiş, həmin gün polis bölməsinə gedərək izahat vermişdir. Hadisə günü təhqiqatçı ona zərərçəkmiş şəxsin yanına getməyə icazə verməmiş, bildirmişdir ki, bir neçə gün keçəndən sonra getsin. 2 dəfə zərərçəkmiş şəxsi görmək üçün getmiş, hətta evlərinə də getmişdir. Həmin vaxt münasibətləri normal olmuşdur. Hadisə vaxtı avtomobildə tək olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı özü heç bir bədən xəsarəti almamışdır. Bu hadisəni görən tanıdığı şəxs və ya şəxslər də olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, X15 kimin çağırması barədə məlumatı yoxdur. Özü də narahat olduğu üçün çağıra bilməmişdir. B kateqoriyalı sürücülük vəsiqəsi vardır. Zərərçəkmiş şəxslə barışığa cəhd etsə də, bu mümkün olmamışdır. Bir azyaşlı övladı var, əvvəllər məhkum olunmamışdır və hazırda işsizdir. Zərərçəkmiş şəxs ona dəymiş ziyan qarşılığında 6000-8000 manat pul istəyir. Maddi vəziyyəti həmin pulu ödəməyə imkan vermir. ***-**** manat verə biləcəyini zərərçəkmiş şəxsə bildirmişdir. Sonda isə əməlindən peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, valideynlərinin xəstə olmasını, zərərçəkmiş şəxsin barışıq üçün 6000 manat pul istəməsini, lakin maddi imkanının pis olduğu üçün həmin məbləği ödəyə bilmədiyini və sentyabr ayınadək vaxt verilsə, 3000 manatı tanışlarının köməyi ilə ödəyə biləcəyini nəzərə alaraq ona yüngül və ədalətli cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan, Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində bildirmişdir ki, «Moon AF50» markalı mopedi valideyni almışdır ki, idarə etsin. 18 iyun 2024-cü il tarixdə, saat 20:45 radələrində həmin mopedi saatda 40 km sürətlə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Qaraçuxur qəsəbəsi tərəfdən Köhnə Günəşli istiqamətində idarə edərək hərəkətdə olmuşdur. Arxasında dostu Şahid sərnişin qismində əyləşmişdir. Bu zaman qarşı istiqamətdə hərəkət edən «Toyota Prius» markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil qoşa xətti qırıq-qırıq xətt olan yerdən sola dönmək istəmiş, həmin avtomobilin sola dönmə işığının yanmasını görməmişdir. Avtomobil sola dönmə manevri etdikdə düzünə hərəkət edən idarə etdiyi mopedi vurmuş, zərbənin təsirindən özü və Şahid asfalt üzərinə yıxılmışlar. Durmaq istəyəndə ayağında sınıq olduğu üçün yenə yıxılmışdır. Biraz keçdikdən sonra, təcili tibbi yardım avtomobili gəlmişdir. Təcili tibbi yardım və DYP avtomobili gələndə onun idarə etdiyi mopedi vurmuş «Toyota Prius» markalı avtomobil orada olmuşdur. Sonradan ona məlum olmuşdur ki, avtomobili sürücü Təqsirləndirilən şəxs idarə edirmiş. Təcili tibbi yardım avtomobili onları xəstəxanaya aparmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, mopedi hadisədən 3-4 ay əvvəldən idarə etmişdir. Kaskaları oğurlandığı üçün hadisə zamanı olmamışdır. Oğurluqla bağlı polisə müraciət etməmişdir. Mopedi təxminən 43-44 km/sürətlə idarə etmiş və hadisə vaxtı avtomobilin sürücü olan tərəfinə dəymişdir. Onunla birlikdə olan Şahid xəsarət almamışdır. Hadisədən sonra təqsirləndirilən şəxs yox, başqa tanımadığı şəxs ona yaxınlaşmış, ona bildirmişlər ki, təqsirləndirilən şəxs getmişdir. TTY avtomobilində tək olmuş, daha sonra anasına məlumat vermişlər və TTY avtomobili anasını da götürmüşdür. Xəstəxanaya aparılan zaman mopedi cərimə meydançasına aparmışlar. Hadisədən sonra isə təqsirləndirilən şəxsin avtomobilini görməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadəsində bildirmişdir ki, 18 iyun 2024-cü il tarixdə, axşam saatlarında evdə olan zaman böyük oğlu Şamil zəng edərək demişdir ki, Ramili xəstəxanaya aparıblar, onu avtomobil vurubdur. Daha sonra TTY əməkdaşları onunla əlaqə saxlamışlar, TTY avtomobili yolüstü onu da gəlib götürmüşlər, birlikdə Sabunçu rayonunda yerləşən 3 nömrəli xəstəxanaya getmişlər. Xəstəxanaya çatandan sonra, 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təhqiqatçı isə gecə 03 radələrində gəlmişdir. Həmin vaxt Ramil çox narahat olmuş, özündə olmamış, hətta onu belə tanımamışdır. Ona görə də izahatı alına bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, TTY avtomobilində Ramil və TTY əməkdaşları olmuşdur. Təqsirləndirilən şəxslə barışmamışlar. Sonuncu məhkəmə iclasından sonra bir nəfər ona yaxınlaşmış və bildirmişdir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağı var, onu tək böyüdür. Ona görə də dəymiş ziyanla bağlı ödəniş edə bilmir. Hadisədən sonra təqsirləndirilən şəxs ona zəng də etməmişdir. Ramilin müalicəsi hazırda da davam edir, hazırki günədək isə təxminən 6000 manat maddi ziyan dəymişdir. Sonda isə təqsirləndirilən şəxslə barışmamasını, təqsirləndirilən şəxsin tanışının onunla əlaqə saxlayaraq, sentyabr ayınadək vaxt verilməsini xahiş edib 3000 manat ödəyə biləcəklərini bildirsə də, bununla razılaşmamasını bildirərək ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 18 iyun 2024-cü il tarixdə, saat 20:30-20:45 radələrində dostu Zərərçəkmiş şəxs idarə etdiyi «Moon AF50» markalı mopeddə sərnişin qismində sürücünün arxasında əyləşərək hərəkət edirdilər. Yeni Günəşli qəsəbəsində Qaraçuxur qəsəbəsindən Köhnə Günəşli qəsəbəsi istiqamətində hərəkətdə olduqları zamanı «Toyota Prius» markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil sola dönərək hərəkət edib əks istiqamətdə düzünə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi «Moon AF50» markalı mopedi vurmuş, nəticədə o özü və Ramil asfalt üzərinə yıxılmışlar. «Toyota Prius» markalı avtomobilin sürücüsü olan qadın avtomobildən enib başını tutmuşdur. Həmin sürücü adı sonra məlum olmuş Təqsirləndirilən şəxs təcili tibbi yardım və DYP əməkdaşları ora gələnə qədər hadisə yerində olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, kaskalarının olub-olmamasını xatırlamır. Hadisə zamanı ayağında və bel hissəsində yüngül xəsarətlər olmuşdur. TTY-yə hadisə yerinin yaxınlığındakı market sahibi məlumat vermişdir. Moped avtomobilin sol qabaq hissəsinə dəymişdir. Zərərçəkmiş şəxs ayağı qırılmış, onu hadisədən dərhal sonra görmüş, daha sonra isə görməmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra onlara yaxınlaşmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* saylı cinayət işi 17 dekabr 2024-cü il tarixdə, Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru Ayaz Meydanov tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) 18 iyun 2024-cü il tarixli, MK-2-5879 saylı raportdan görünür ki, 21 saylı TTYS həkim Salmanova həmin tarixdə, saat 22:50-də məlumat verərək, Y.Günəşli qəsəbəsi, Stop marketin yanında baş vermiş YNH zamanı 2007-ci il təvəllüdlü X8 (motosikletçi) sol bud sümüyünün sınığı, sağ pəncənin açıq yarası və 2007-ci il təvəllüdlü Şahid Sarvan oğlunun isə çanağının əzilməsi xəsarətləri almaları barədə bildirmişdir. (iş.v. 5) 18 iyun 2024-cü il tarixli, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, baxış qaranlıq havada küçədə keçirilmişdir. Hadisənin növü toqquşmadır. Yol-nəqliyyat hadisəsinin yeri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Mərkəzi küçədir. Yolun işlək hissəsi düz, örtüyün növü asfalt beton, vəziyyəti isə qurudur. Yol örtüyünün eni 20 metr, hərəkət zolağının sayı 4, işlək hissəsinin eni isə 4 metrdir. İşlək hissəyə sağdan və soldan səki birləşir. Sağda tikili, solda isə meşə salınmışdır. Hərəkət ümumi qaydada nizamlanır. (iş.v. 6-13) İş materiallarına əlavə edilmiş 30 mart 2024-cü il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, buraxılış ili 2008-ci il olan, **-EF-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” hibrid minik markalı avtomobil 01 il müddətə, yəni 01 oktyabr 2024-cü il tarixədək qüvvədə olmaqla, mülkiyyətçi X3 tərəfindən Təqsirləndirilən şəxs etibar edilmişdir. (iş.v. 16) İş materiallarına əlavə edilmiş “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, buraxılış ili 2008-ci il olan, **-EF-*** dövlət qeydiyyat nişanlı, 30 mart 2023-cü il tarixdə qeydiyyat edilmiş, “Toyota Prius” markalı, xetçbek tipli, boz metallik rəngli, avtomobil X2 məxsusdur. (iş.v. 17) Azərbaycan Respublikası sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B1, B kateqoriyalı sürücülük vəsiqəsi vardır və 05 avqust 2032-ci il tarixədək qüvvədədir. (iş.v. 18) Təqsirləndirilən şəxs tərəfindən yazılmış 18 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə, **-EF-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobili idarə etmək üçün ona verilən etibarnaməni və həmin avtomobilə məxsus qeydiyyat şəhadətnaməsini Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis leytenantı M.İsmayılovdan təhvil almışdır. (iş.v. 19) 18 iyun 2024-cü il tarixli, saat 23:50-də olan ******* nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri mövcud olmamış, yoxlama zamanı ayıq vəziyyətdə olmuşdur. (iş.v. 19-20) Məhkəmə iclasında hadisənin videogörüntüsünü əks edirən 01 ədəd diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, qeyd olunan hadisə 18 iyun 2024-cü il tarixdə, saat 20:45-də Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində baş vermiş, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı, **-EF- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yetkinlik yaşaına çatmayan Zərərçəkmiş şəxs idarə etdiyi “Moon AF 50” markalı mopedlə toqquşmasını əks etdirir. Görünür ki, üzərində iki nəfər olan moped sola dönmə əməliyyatı etməyə başlamış «Toyota Prius» markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. 16 avqust 2024-cü il tarixli, 81 saylı məhkəmə tibbi ekspertizasının canlı şəxsin ekspertizasının nəticəvi hissəsindən görünür ki, vət.Şahid bədəni üzərində ilkin olaraq müəyyən edilmiş xəsarətlər - sol bud-çanaq oynağının əziyi və qarının küt travması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş şəraitdə və müddətdə, yəni 18 iyun 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (iş.v. 42-43) 17 avqust 2024-cü il tarixli, 80 saylı məhkəmə tibbi ekspertizasının canlı şəxsin ekspertizasının nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində ilkin olaraq müəyyən edilmiş xəsarətlər - sol bud sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı, sağ ayğın İİ barmağının əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda və tibbi sənəddə göstərilmiş 18 iyun 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. (iş.v. 44-45) 15 oktyabr 2024-cü il tarixli 8/2297 nömrəli məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası rəyinin nəticəvi hissəsində qeyd olunur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77 maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (iş.v. 47-49) Qanuni nümayəndə1 tərəfindən Suraxanı RPİ-nin İŞ-nə ünvanlanan 17 dekabr 2024cü il tarixli ərizədən görünür ki, yetkinlik yaşına çatmayan oğlu X7 iştirakı ilə istintaq hərəkətlərinin keçirilməsi zərurəti yarandığından oğlunun qanuni nümayəndəsi qismində tanınmasını xahiş etmişdir. (iş.v. 52) 17 dekabr 2024-cü il tarixli, yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsi qismində tanımaq haqqında qərardan görünür ki, cinayət işi üzrə Qanuni nümayəndə1 yetkinlik yaşına çatmayan oğlu zərərçəkmiş şəxs X7 qanuni nümayəndəsi qismində tanınmışdır. (iş.v. 53) 17 dekabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, X10 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 56) 09 sentyabr 2022-ci il tarixli alqı-satqı aktından görünür ki, “Moon AF 49 CC” markalı moped “Sezam online” satış mərkəzindən Sahib Həsənov tərəfindən alınmışdır. (iş.v. 64) İş materiallarına əlavə edilmiş 04 ədəd fotoşəkildən yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X7 hadisə nəticəsində aldığı xəsarətlər vizual şəkildə görünmüşdür. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Suraxanı RPİ-nin 19 dekabr 2024-cü il tarixli 3-13-54/2-29316/24 nömrəli sorğusuna cavab olaraq göndərilmiş 06 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1988-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə (05 avqust 2032-ci il tarixədək etibarlı olan) BA 421278 nömrəli "B" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (iş.v. 88) Cinayət işi materiallarından görünür ki, Qanuni nümayəndə2 yetkinlik yaşına çatmayan Şahid qanuni nümayəndəsi qismində tanınmışdır. (iş.v. 102) İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2011-ci il təvəllüdlü Jalə Hüseynli olmaqla, 1 övladı vardır. (iş.v. 142-143) 01 fevral 2025-ci il tarixli, “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1, 264-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işi üzrə yetkinlik yaşına çatmayan Şahid yol-nəqliyyat hadisəsi nəticəsində bədən xəsarətlərinin yetirilməsinə dair fakta görə Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanması rədd edilmişdir. Cinayət işi üzrə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs barəsində cinayət təqibi başlanması rədd edilmişdir. 18 iyun 2024-cü il tarixdə baş vermiş «Toyota Prius» markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Moon AF 50” markalı mopedlə toqquşması yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (iş.v. 107-111) 03 fevral 2025-ci tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 135) Suraxanı Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X12 X13 və X6 X14 Şəxsi tərəfindən göndərilmiş 16 aprel 2025-ci il tarixli məktubdan görünür ki, 18 iyun 2024-cü il tarixdə, saat 20:58-də “Respublika Təcili və X6 Mərkəzi" publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə (103) Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB" yaşayış massivi, “Stop” marketin yaxınlığı, (küçədə) ünvanından, ***-***-**-** telefon nömrəsindən, Zərərçəkmiş şəxs adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Suraxanı TTTYS-nın 2 saylı bölməsinin həkimi Zinyət Salmanova icra edərək, xəstə Zərərçəkmiş şəxs (17 yaş) “Bud sümüyünün sınığı. Pəncənin açıq yarası” diaqnozu qoymuş, yaranı birincili işləmiş (Hidrogen peroksid məhlulu ilə yuyulmuş), antiseptik sarğı qoymuş, Sol.Analqini 50%-2,0, Sol.Dimedroli 1 %- 1,0, Sol.Novokaini 0,5%-2,0 dərman preparatlarını əzələ daxilinə inyeksiya etmiş və immobilizasiya edərək X11 hospitalizasiya etmişdir. Hadisə barədə Suraxanı RPİ-nə mayor Musayevə məlumat verilmişdir. Müdafiə tərəfinin vəsatəti təmin edilməklə Suraxanı Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN-nin X4 Xidməti tərəfindən göndərilmiş 27 iyun 2025ci il tarixli məktubdan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/m, Mərkəzi küçədə olan təhlükəsiz şəhər kamerasının (TŞ10-011) 18 iyun 2024-cü il tarix, saat 19:00-dan 22:00-dək olan videogörüntüsünün təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəylərini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçılarının vəzifələri sırasına həmçinin yol hərəkəti Qaydalarına riayət etmək, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilmək və yerinə yetirmək, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaq, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaq daxildir. Həmin Qanunun 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri. “C” - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün. A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq A1, B1, C1, D1, C1E və D1E alkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edir. Həmin Qanunun 77-ci maddəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin iki obyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Həmin cinayət əməli təqsirin ehtiyatsızlıq formasında törədilmişdir. CM-nin 26-cı maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsinin və şahidin ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri, canlı şəxsin məhkəmə tibbi ekspertizasının rəyləri, verilmiş sorğulara cavablar, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 263.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 41) Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, ailəni yeganə dolandıran şəxsin özü olmasını CM-nin 59.1.1, 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1— 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən bir neçə halın olması qarşılığında ağırlaşdıran heç bir halın olmaması vəziyyətində ona maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəzanın təyin edilməsi ədalətli və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmazdı. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamına əsasən ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, qanuni nümayəndəsini və şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən kifayət qədər halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etməklə, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, CM-nin 263.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqda seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, 04 ədəd fotoşəkilin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 14 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 14 iş saatı üçün 154 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqda seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. 04 ədəd fotoşəkilin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 14 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 154 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar