Məhkəmə qərarları › İş №1(010)-258/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-258/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-258/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1967-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Qurban Abbasov adına Mədəniyyət Sarayında təşkilatçı işləyən, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, (istifadəsində ***-***- **-** saylı nömrə olan), 21 mart 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə və yaxud da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit olaraq işə düzəltməkdə köməklik göstərməsi adı ilə Zərərçəkmiş şəxs yalandan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs 2019-cu ilin oktyabr ayının ortalarında Bakı şəhəri, ünvan 1 ünvanında 2000 (iki min) manat pul vəsaitini və bundan başqa, Zərərçəkmiş şəxs Şahid3 sonuncunun oğlu Tacir Qurbanovun vasitəsi ilə göndərmiş olduğu 13000 (on üç min) manat pul vəsaitini 2022-ci ilin oktyabr ayının sonlarında qeyd edilən ünvanda alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs, ümumilikdə 15000 (on beş min) manat olmaqla, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Həmin əməlin törədilməsinə görə Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Cavid İskəndərov tərəfindən 21 mart 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, baş müstəntiq tərəfindən xx.xx.2024-cü il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Suraxanı Rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş və Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı bildirdi ki, işin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin olunması üçün kifayət qədər əsas vardır, aparılan ibtidai araşdırma zamanı CPM-in tələbləri pozulmamışdır. İşin məhkəmə baxışına təyin edilməsini mümkün hesab edərək təklif etmişdir ki, işin məhkəmə baxışına təyin edilməsi barədə müvafiq qərar qəbul edilsin. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs, işin məhkəməyə verilərək məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclası zamanı yazılı vəsatət verərək bildirmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Suraxanı RPİ-nin İŞ-də aparılan cinayət işinin istintaqı ilə əlaqədar olaraq RPİ-yə ilk dəfə şahid kimi dəvət edilmiş və ifadə vermişdir. 21 mart 2024-cü il tarixdə, yenidən RPİ-nin İŞ-ə dəvət edilmiş, həmin gün saat 17-18 radələrində müstəntiq Cavid İskəndərovun yanında olmuş, müstəntiq onun təcrübəsizliyindən istifadə edərək qanunsuz olaraq tərtib etdiyi sənədlərə imza etdirmişdir. Onun hüquqi müdafiəsi isə ümumiyyətlə təmin edilməmişdir. Belə ki, müstəntiqin özünün təyin etdiyi dövlət hesabına vəkil ona təqdim edilməmiş, sonradan işə qoşulmuş vəkil tərəfindən ona hüquq və vəzifələri izah olunmamış, hüquqları pozulmuş, nəticədə qanunsuz və əsassız olaraq tərtib edilmiş qeyri-obyektiv ittiham aktı materiallarına imza etməyə məcbur edilmişdir. O, cinayət işinin istintaqının yekunlaşması və iş materialları ilə tanış olma prosesində müdafiəçisinin yardımından istifadə edə bilməmişdir. Odur ki, müstəntiqin ona təyin etdiyi dövlət hesabına olan Nurəddin adlı vəkil 21 mart 2024-cü il tarixdə istintaqa gec, yəni o, artıq müstəntiq tərəfindən sənədlərə imza etdirilməyə məcbur edildikdən sonra gəlmiş, 21 mart 2024-cü il tarixdən sonra isə ümumiyyətlə, Bakı şəhərində olmamış, telefon danışığı zamanı müdafiəçisi X10 rayonunda istirahətdə olduğunu ona bildirmişdir. Müdafiəçi ittiham aktı yekunlaşdırılarkən heç bir materiallarla tanış olmamış, ona hüquqlarını izah etməmiş, qeyri-müəyyən vaxtda istintaq materiallarına imza etmişdir. Qanunazidd şəkildə tərtib edilmiş ittiham aktı Suraxanı Rayon Prokurorluğu tərəfindən təsdiq edilərək məhkəməyə göndərilmişdir. Bu barədə məhkəməyə ərizələr də təqdim etmişdir. O, həmçinin Cavid İskəndərovun onun işinə baxan ikinci müstəntiq olmasını, əvvəlki müstəntiqin qanunsuz hərəkətlərindən şikayət etdiyi üçün onun başqa müstəntiqlə əvəz olunmasını bildirdi. Belə ki, onun müdafiə hüququnun kobud şəkildə pozulmasını nəzərə alaraq barəsində olan cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçisi Müdafiəçi Arid oğlu hazırlıq iclası zamanı bildirdi ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs özünü ittiham üzrə təqsirli bilmir. İstintaq zamanı dövlət hesabına təyin edilmiş müdafiəçinin hüquqi yardımı ilə təmin edilməmişdirsə, bu kobud prosessual pozuntudur. Həmçinin qeyd etdi ki, təqsirləndirilən şəxsin müdafiəçisi onunla birlikdə istintaq hərəkətində iştirak etmədiyi üçün cinayət işinin istintaqının qurtarması və cinayət işi materialları ilə tanış etmə protokollarında sənədlərə imza etməmişdir. Sonda isə müdafiə hüququnun kobud şəkildə pozulmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında ilkin dinləmələr aparılmaqla baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edildi. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 21 mart 2024-cü il tarixli qərarla, saat 09:40-da Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək müstəntiq tərəfindən həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilərkən, o cümlədən 21 mart 2024-cü il tarixdə saat 10:10-dan saat 10:50-dək təqsirləndirilən şəxs qismində Suraxanı RPİ-nin İŞ-də dindirilərkən Təqsirləndirilən şəxs ümumiyyətlə Bakı şəhərində olmamış, həmin vaxt Bərdə rayonunda olmuş, ona ibtidai istintaq dövründə hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına təyin edilmiş müdafiəçi X4 təqsirləndirilən şəxs qismində cəlb olunan zaman onun yanında olmamış, ona hüquq və vəzifələrini izah etməmiş, bundan əlavə, ibtidai istintaqın qurtarması və cinayət işinin materialları ilə tanış etmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxsin müdafiəçisi N.Məmmədov ümumiyyətlə Bakı şəhərində olmamışdır. Odur ki, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X4 öz vəzifə səlahiyyətlərini düzgün yerinə yetirməmiş, Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru Cavid İskəndərov isə vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəsini düzgün icra etməmiş, nəticədə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ittiham elan edilən Təqsirləndirilən şəxs ilə zəruri istintaq hərəkətləri keçirilərkən müdafiə hüququ təmin edilməyərək Azərbaycan Respublikası CMin 303.3.1 və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud prosessual pozuntulara yol verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş həmin pozuntular aşağıdakılarla təsdiq edilir: Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq istintaq dövründə müdafiə hüquqlarının müstəntiq və dövlət hesabına təyin edilmiş müdafiəçi tərəfindən kobud şəkildə pozulması ilə bağlı məhkəməyə yazılı və şifahi şəkildə ərizə ilə müraciət etmişdir. Bununla bağlı, məhkəmə, Azərbaycan Respublikası CPM-nin 143.2-ci maddəsinə əsasən öz təşəbbüsü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin və onun iş üzrə ibtidai istintaq zamanı dövlət hesabına müdafiəçisi olmuş X1 ibtidai istintaq dövründə harada olmasını müəyyənləşdirmək məqsədilə onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 20 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixədək (zəruri istintaq hərəkətlərinin keçirildiyi dövr) anten əhatə dairələri ilə əlaqədar məlumatların "xxxx" MMC-dən ələ keçirilməsi ilə bağlı 22 aprel 2024cü il tarixdə qərar qəbul etmişdir. Qərarın icrası müvafiq olaraq "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 01 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş 8165 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış zamanı müəyyən olunur ki, 9 saylı vəkil bürosunun vəkili X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi 21 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxsin cəlb olunması və dindirilməsi saatlarında yəni 09 radələrindən 10:50-dək Suraxanı rayonu Qaraçuxur qəsəbəsini göstərmiş, 25 mart 2024-cü il tarixdə yəni istintaqın qurtarmasının təqsirləndirilən şəxsə elan olunması zamanı və 26 mart 2024-cü il tarixdə cinayət işi materialları ilə təqsirləndirilən şəxsi və müdafiəçisini tanış etmə zamanı X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi Gədəbəy rayonunun ərazisində aktiv olmuşdur. Qeyd olunan tarixlərdə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairələri isə 21 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxsin cəlb olunması və dindirilməsi saatlarında yəni 09 radələrindən 10:50-dək, o cümlədən 25 mart 2024-cü il tarixdə yəni istintaqın qurtarmasının təqsirləndirilən şəxsə elan olunması zamanı və 26 mart 2024-cü il tarixdə cinayət işi materialları ilə təqsirləndirilən şəxsi və müdafiəçisini tanış etmə zamanı Bərdə rayonunun inzibati ərazisində aktiv olmuşdur. Telefon danışıqlarına baxış zamanı həmçinin müəyyən edilir ki, istintaqı aparan baş müstəntiq Cavid İskəndərov da özünün istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş yalnız ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Məhkəmənin 22 may 2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında dövlət ittihamçısı şifahi vəsatət verərək bildirmişdir ki, hazırlıq iclasında məhkəmə öz təşəbbüsü ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin və onun iş üzrə ibtidai istintaq zamanı dövlət hesabına müdafiəçisi olmuş X1 ibtidai istintaq dövründə harada olmasını müəyyənləşdirmək məqsədilə istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrənin 20 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixədək anten əhatə dairələri ilə əlaqədar məlumatların "xxxx" MMC-dən ələ keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs yox, onun həyat yoldaşının adınadır. Ehtimal vardır ki, 21 mart 2024-cü il tarixdə həmin nömrə onun həyat yoldaşının istifadəsində olmuş və həyat yoldaşı Bərdə rayonunda olduğu üçün anten əhatə dairəsi 21 mart 2024-cü il tarixdə Bərdə rayonunu göstərmişdir. Süsən isə həmin vaxt, Bakı şəhərində olmuşdur. Bundan başqa, dövlət ittihamçısı bildirdi ki, Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı dövlət hesabına müdafiəçisi olmuş X4 həm təqsirləndirilən şəxs qismində cəlb etmə zamanı, həm də cinayət işi materialları ilə tanış etmə zamanı təqsirləndirilən şəxsin yanında olmuşdur, ***-***-**-** saylı mobil nömrə isə ehtimal olunur ki, həmin vaxt Nurəddin Məmmədovun oğlunun istifadəsində olmuşdur. O, həmçinin Süsənin yoldaşına aid ***-***-**-**, Süsənə aid ***-***-**-**, Zərərçəkmiş şəxs aid ***-***-**-** saylı mobil nömrələrin də əlavə olaraq anten məlumatlarının 20 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixədək götürülməsini və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin və iş üzrə ibtidai istintaq zamanı müdafiəçisi olmuş X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin kimlərə məxsus olması (anket məlumatları) barədə məlumatların müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən ələ keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə 20 may 2024-cü il tarixli, 1(010)-258/2024 saylı qərarla dövlət ittihamçısının vəsatətini təmin etmiş, həmin qərarla ***-***-**-** saylı, ***-***-**-** saylı, ***-***-**-** saylı mobil nömrələrin kimlərə məxsus olması (ad, soyad, ata adı və s.) və 20 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixədək olan anten məlumatları, o cümlədən ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin kimlərə məxsus olması (ad, soyad, ata adı və s.) barədə məlumatların müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən ələ keçirilməsini qərara almış, qərarın icrası mobil nömrələrin bir şəbəkədən digər şəbəkəyə keçirilməsi-daşınması ehtimalının olması ilə əlaqədar müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 01 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş AZF/LGL-4681/24 nömrəli məktubda daşıma xidməti qeydə alınmadığı bildirilmişdir. Həmin məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış zamanı müəyyən olumuşdur ki, ***-***-**-** saylı mobil nömrə Şahid1 məxsusdur. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, həmin şəxs onun həyat yoldaşıdır, həmin nömrə həyat yoldaşının adına və istifadəsindədir. Özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrə də həyat yoldaşının adına olsa da uzun illərdir ki, özü istifadə edir. Qeyd olunan tarixlərdə Təqsirləndirilən şəxs əri Şahid1 məxsus olan və istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairələri 21 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxsin cəlb olunması və dindirilməsi saatlarında yəni 09 radələrindən 10:50-dək, o cümlədən 25 mart 2024-cü il tarixdə yəni istintaqın qurtarmasının təqsirləndirilən şəxsə elan olunması zamanı və 26 mart 2024-cü il tarixdə cinayət işi materialları ilə təqsirləndirilən şəxsi və müdafiəçisini tanış etmə zamanı Bərdə rayonunun inzibati ərazisində aktiv olmuşdur. "xxxx" MMC-dən qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 14 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olmuş BKC/LGL- 9901/24 nömrəli məktubda daşıma xidməti qeydə alınmadığı bildirilmişdir. Həmin məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış zamanı müəyyən olumuşdur ki, ***- ***-**-** saylı mobil nömrə Şahid1 adındadır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, həmin şəxs onun həyat yoldaşıdır, həmin nömrə həyat yoldaşının adına və istifadəsindədir. Qeyd olunan tarixlərdə Təqsirləndirilən şəxs əri Şahid1 məxsus olan və istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairələri 21 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxsin cəlb olunması və dindirilməsi saatlarında yəni 09 radələrindən 10:50-dək, o cümlədən 25 mart 2024-cü il tarixdə yəni istintaqın qurtarmasının təqsirləndirilən şəxsə elan olunması zamanı və 26 mart 2024-cü il tarixdə cinayət işi materialları ilə təqsirləndirilən şəxsi və müdafiəçisini tanış etmə zamanı Bərdə rayonunun inzibati ərazisində aktiv olmuşdur. "xxxx" MMC-dən qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 10 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olmuş 12307 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, ***- ***-**-** saylı mobil nömrə iş üzrə Zərərçəkmiş şəxs adına və istifadəsindədir. Qeyd olunan tarixlərdə iş üzrə Zərərçəkmiş şəxs məxsus olan və istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairələri 21 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxsin cəlb olunması və dindirilməsi saatlarında yəni 09 radələrindən 10:50-dək Bərdə rayonunun inzibati ərazisində aktiv olmuş, o cümlədən 25 mart 2024-cü il tarixdə yəni istintaqın qurtarmasının təqsirləndirilən şəxsə elan olunması zamanı və 26 mart 2024-cü il tarixdə cinayət işi materialları ilə təqsirləndirilən şəxsi və müdafiəçisini tanış etmə zamanı Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisində aktiv olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Cavid İskəndərov tərəfindən 25 mart 2024-cü il tarixdə yəni istintaqın qurtarmasının təqsirləndirilən şəxsə elan olunması zamanı və 26 mart 2024-cü il tarixdə cinayət işi materialları ilə təqsirləndirilən şəxsi və müdafiəçisini tanış etmə istintaq hərəkətlərinin aparıldığı saatlar qeyd olunmamışdır. Əksinə zərərçəkmiş şəxslə bağlı cinayət işinin materialları ilə tanış etmə protokolunda saatlar qeyd olunmuşdur. CPM-nin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. CPM-nin 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Bundan əlavə, iş materiallarında olan 25 mart 2024-cü il tarixli, “ibtidai istintaqın qurtarmasının təqsirləndirilən şəxsə elan olunması haqqında” və 26 mart 2024-cü il tarixli “istintaq materialları ilə təqsirləndirilən şəxsi tanış etmək haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs onları imza etməməmiş, imza yerinə “imtina edirəm” ifadəsini yazmışdır. Məhkəmə iclasında bununla bağlı verilən suallara cavab olaraq bildirmişdir ki, həmin protokollar iş materiallarında qeyd edilən tarixdə tərtib edilməmiş, həmin protokollar ona başqa bir vaxtda, müdafiəçi X2 iştirakı olmadan formal olaraq imza edilməsi üçün təqdim edilmiş, bu səbəbdən də onları imza etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Konstitusiyanın 12-ci maddəsinin İ bəndinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. 19.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: 19.4.1. tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; 19.4.2. hüquqlarını izah etmək; 85-ci maddəsinə əsasən müstəntiqin vəzifələridir: 85.2.3. maddəsinə əsasən şəxsin tutulduğu, ittiham elan olunduğu və ya həbsə alındığı andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etmək (bu Məcəllənin 153.2.5—153.2.8-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq); 85.2.12. Bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək; 85.3-cü maddəsinə əsasən cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamm məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifı)” təqsirləndirilən şəxsin hüququdur. CPM-nin 299.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında baxılan məsələlər sırasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmamasına da baxılır. CPM-nin 300.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də 300.1.5-ci maddədə qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardır. CPM-nin 301.1-ci maddəsinə əsasən Məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə aşağıdakı hallarda təyin edilir: 301.1.1. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda; 301.1.2. ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə; 301.1.3. məhkəməyədək icraat bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda. Belə olan halda, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materialına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Hazırkı cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular vardır və bu səbəbdən, məhkəmə baxışını təyin etmək mümkün deyildir. “Vəkillik və vəkillər fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Həmin Qanunun 16-cı maddəsinə əsasən peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir. Həmin Qanunun 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. “Vəkillərin davranış Qaydaları haqqında” Əsasnamənin 2.2-ci maddəsində göstərilir ki, vicdanlı davranış - Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. 3.4-cü maddəyə əsasən vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütəmadi olaraq məlumatlandırmalıdır. 6.4-cü maddəyə əsasən bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar digər pozuntularla yanaşı aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. İbtidai istintaq dövrdündə Təqsirləndirilən şəxs barəsində 21 mart 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və dəlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303-cü maddəsinə əsasən xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına müdafiəçisi təyin edilmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 barəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına təqdimat verilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş və məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru X9 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göründüyü kimi CPM-nin 300.1.5-ci maddəsində qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardan şikayət və ya protest verilməsi qanunda nəzərdə tutulmamışdır. CPM-nin 303.5-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 (on iki) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 299-300, 303, 306-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına müdafiəçi təyin edilmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 barəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına təqdimat göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru X9 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar