Məhkəmə qərarları › İş №1(010)-259/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-259/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-259/2021 05.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 mart 2019-cu il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin plastik pəncərəsini əlləri ilə açmaqla içəri qanunsuz daxil olaraq, oradan 1 ədəd 370 manat dəyərində qaz sobası, ümumi dəyəri 300 manat olan içərisi süfrə və parçalarla dolu olan 1 ədəd çemodan, 1 ədəd 120 manat dəyərində odun samovarı, hər birinin dəyəri 33 manat olmaqla, cəmi dəyəri 99 manat olan 3 ədəd səs güclədirici, 1 ədəd 160 manat dəyərində qaynaq aparatı, hər birinin dəyəri 25 manat olmaqla, cəmi dəyəri 100 manat olan 4 ədəd qazan dəstləri, 1 ədəd 80 manat dəyərində preforator və 1 ədəd 60 manat dəyərində plastik boru ütüsünü gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1289 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2019-cu ilin iyun ayının axırlarında, saat 23 radələrində X2 yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsindəki plastik pəncərəni əlləri ilə açmaqla qanunsuz daxil olaraq, oradan 1 ədəd 300 manat dəyərində “Samsung S4” markalı mobil telefon, cəmi dəyəri 400 manat olan gümüş əşyalar, 1 ədəd 550 manat dəyərində “Samsung” markalı, UE43RU7200U model televizor, cəmi dəyəri 300 manat olan 9 yataq dəsti və 4270 manat pulu gizli yolla talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 5820 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 iyul 2019-cu il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus olan usta Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin açıq vəziyyətdə olan pəncərəsindən qanunsuz daxil olaraq, oradan 1 ədəd 50 manat dəyərində preforator, 1 ədəd 20 manat dəyərində boru ütüsü, 1 ədəd 35 manat dəyərində vint açan, 1 ədəd 50 manat dəyərində drel, 1 ədəd 70 manat dəyərində elektrik mişarı, dəyəri 60 manat olan 1 ədəd “Kzubr” markalı, böyük ölçülü laqunda aparatı və dəyəri 40 manat olan 1 ədəd markası bilinməyən laqunda aparatını gizli yolla talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 325 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 iyul 2019-cu il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs4 qızının yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə daş hasardan qanunsuz aşmaqla daxil olaraq, həyətdən dəyəri 100 manat olan 1 ədəd üzəri naxışlı, üzərində krantı olmayan odun samovarı, həyətdə olan kiçik tikilidən 1 ədəd mis ləyən və 2 ədəd kəfkiri gizli yolla talayıb, Zərərçəkmiş şəxs4 qızına ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 dekabr 2019-cu il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan tikilinin qapısını sındırıb qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 60 manat olmaqla cəmi dəyəri 120 manat olan 2 ədəd eni 1 metr 20 sm, uzunluğu 1 metr 40 sm plastik pəncərə, hər birinin dəyəri 80 manat olmaqla cəmi dəyəri 320 manat olan 4 ədəd eni 1 metr, uzunluğu 1 metr 90 sm plastik qapı, hər birinin dəyəri 50 manat olmaqla cəmi dəyəri 200 manat olan 4 ədəd alüminum qazan, cəmi dəyəri 60 manat olan hamam aksesuarları, 80 manat dəyərində 10 kv.metr ölçüdə kafel-metlax, 100 manat dəyərində elektrik yuvaları və elektrik naqili, 1 ədəd 100 manat dəyərində qaz sobası və evin həyətindən 1 ədəd 120 manat dəyərində plastik su çənini gizli yolla talayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 fevral 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs6 icarə əsasında işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 4-cü döngədə yerləşən mebel sexinin pəncərəsini sındırıb qanunsuz daxil olaraq, oradan 1 ədəd 350 manat dəyərində hava kompressorunu gizli yolla talayıb, Zərərçəkmiş şəxs6 350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin fevral ayının əvvəllərində, saat 23 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini özündə olan dəmir parçası ilə sındırıb qanunsuz daxil olaraq, oradan 160 manat olan bir ədəd “LG” markalı 82 diaqonallı televizoru, ümumi dəyəri, 100 manat olan 01 ədəd xalça, ümumi dəyəri 90 manat olan 01 ədəd daroşka, 150 manat olan şəkil portreti, ümumi dəyəri 100 manat olan 01 ədəd ətçəkən aparat, ümumi dəyəri 80 manat olan 01 ədəd tozsovuran aparat, ümumi dəyəri 80 manat olan 01 ədəd prefarator aparatı, ümumi dəyəri 20 manat olan 01 ədəd drel aparatı, ümumi dəyəri 100 manat olan su qızdırıcı aparat və ümumi dəyəri 50 manat olan 01 ədəd samavarın gizli yolla talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 930 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 fevral 2020-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs8 yaşadığı ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini sındırmaqla qanunsuz daxil olaraq, oradan 1 ədəd 140 manat dəyərində “Shivaki” markalı 32/9000 model televizor, yataq otağında olan şkafın içərisindən 200 manat qəpik pulları gizli yolla talayıb, Zərərçəkmiş şəxs8 ümumilikdə 340 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 mart 2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs9 məxsus, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həyətdə olan saxlanc yerindən ümumi dəyəri 500 manat olan bir ədəd “Bosch” və bir ədəd “Makita” markalı iki freys aparatları, ümumi dəyəri 40 manat olan bir ədəd böyük ölçülü laqunda, ümumi dəyəri 15 manat olan bir ədəd kiçik ölçülü drel, ümumi dəyəri 75 manat olan bir ədəd “Bosch” markalı preforator, ümumi dəyəri 150 manat olan bir ədəd “Bosch” markalı naxış aparatı, ümumi dəyəri 10 manat olan bir ədəd orta ölçülü ag rəngli masac aparatı, evin həyətindən isə ümumi dəyəri 90 manat olan üç ədəd VAZ 2107 markalı avtomobilin ön faraları və ümumi dəyəri 30 manat, hər biri 15 manat olan iki ədəd avtomobil səsgücləndiricisini gizli yolla talayıb, Zərərçəkmiş şəxs9 ümumilikdə 910 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 aprel 2020-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs10 icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.İsmayılov küçəsində dəmir yol keçidinin yanında yerləşən mağazanın plastik pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri təxminən 135 manat olan 30 ədəd müxtəlif çeşidli bütov toyuqlar, ümumi dəyəri təxminən 56 manat 40 qəpik olan 12 kiloqram müxtəlif çeşidli toyuq budları, ümumi dəyəri təxminən 56 manat 40 qəpik olan 12 kiloqram müxtəlif çeşidli toyuq qanadları, ümumi dəyəri təxminən 56 manat 40 qəpik olan 12 kiloqram müxtəlif çeşidli toyuq bud dibləri, ümumi dəyəri təxminən 18 manat olan 5 kiloqram müxtəlif çeşidli toyuq içalatları, ümumi dəyəri təxminən 84 manat olan 12 kiloqram müxtəlif çeşidli toyuq döş ətləri, ümumi dəyəri təxminən 26 manat 40 qəpik olan 12 kiloqram müxtəlif çeşidli toyuğun digər hissələri, ümumi dəyəri təxminən 65 manat 50 qəpik olan 10 kiloqram müxtəlif çeşidli balıq məhsulları, ümumi dəyəri 25 manat 50 qəpik olan 10 banka müxtəlif çeşidli turşu məhsulları, ümumi dəyəri 32 manat olan 4 kiloqram ağ və qara şişmiş, ümumi dəyəri 32 manat olan 2 kiloqram qoz ləpəsi, ümumi dəyəri 24 manat olan 2 kiloqram fındıq ləpəsi, ümumi dəyəri 32 manat olan 2 kiloqram fısdıq ləpəsi, ümumi dəyəri 22 manat 50 qəpik olan 5 kiloqram lobya toxuması və ümumi dəyəri 22 manat 50 qəpik olan 150 ədəd toyuq yumurtası çeşidə toyuq məhsullarını gizli yolla talayıb, Zərərçəkmiş şəxs10 ümumilikdə 688 manat 60 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 aprel 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs11 yaşadığı ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin pəncərəsini sındırıb qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 600 manat olan bir ədəd «ACER» markalı notebook kompüter aparatı, həmin evin yerləşdiyi həyətdən isə ümumi dəyəri 250 manat olan 01 ədəd somavar, ümumi dəyəri 50 manat olan ətçəkən aparat, dəyəri 15 manat olan bir ədəd kiçik ölçülü drel, dəyəri 85 manat olan bir ədəd drel, ümumi dəyəri 100 manat olan iki ədəd prefarator və ümumi dəyəri 320 manat olan bir ədəd frez (oyma) aparatını gizli yolla talayıb, Zərərçəkmiş şəxs11 ümumilikdə 1420 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmədiyinə görə maddi vəziyyəti aşağı səviyyədə olduğundan pul yaxud qiymətli əşyalar əldə etmək məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən yaşayış evlərindən və mağazalardan oğurluq hadisələri törətmişdir. Belə ki, o, 2019-cu ilin mart ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı günlərin birində gecə saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisinə getmiş və gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan mənzil yaxud mağaza axtarmağa başlamışdır. Həmin vaxt S.Əliyev küçəsində 2 mərtəbəli fərdi yaşayış evinin işığının yanmadığını görüb oradan oğurluq etmək qərarına gəlmiş, yaxınlıqda heç kimin olmadığına əmin olduqdan sonra evə yaxınlaşıb, darvazanın üzərində olan qıfılı özündə olan dəmir parçası ilə sındıraraq həyətə daxil olmuş və evin birinci mərtəbəsinin plastik pəncərəsini sıxıb açmışdır. Həmin pəncərədən evin içərisinə daxil olub oğurlamaq üçün əşyalar axtarmağa başlamışdır. Evin mətbəx otağından 4 ədəd qazan dəstini və sobanı götürmüşdür. Bundan sonra digər otaqlardan içərisində süfrələr və parçalar olan çemodan, 1 ədəd od samovarı, 3 ədəd səsgücləndirici, 1 ədəd qaynaq aparatı, 1 ədəd preforator, 1 ədəd plastik borular üçün olan ütünü götürüb evə daxil olduğu pəncərənin yanına aparmış və oradan həyətə çıxarmışdır. Sonra oğurladığı həmin əşyaları darvazadan çölə yığmış, həmin yerdən uzaqlaşaraq sürücüsünü tanımadığı taksi saxlatmış və özünə məxsus olan əşyaları yeni kirayəyə köçdüyü evə aparacağını dedikdə həmin sürücü onunla razılaşmışdır. Oğurluq yolu ilə əldə etdiyi əşyaları həmin taksi ilə yaşadığı ünvana aparmışdır. Səhərisi gün oğurladığı əşyaları Suraxanı bazarında tanımadığı şəxslərə cəmi 150 manata satmış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 2019-cu ilin iyun ayının axırlarında, dəqiq tarixini xatırlamadığı günlərin birində, gecə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə getmiş və gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan mənzil yaxud mağaza axtarmağa başlamışdır. Həmin vaxtı 2 mərtəbəli həyət evinin işıqlarının yanmadığını görüb hasardan aşaraq həyətə daxil olmuşdur. Həyətdə olan nərdivanla evin ikinci mərtəbəsinin plastikdən olan pəncərəsini əlində olan vintaçanla sıxıb açaraq mətbəxə daxil olmuş və oğurlamaq üçün pul yaxud da qiymətli əşyalar axtarmağa başlamışdır. Evin yataq otağından Samsung markalı mobil telefon, 70 manat pul, otaqda olan şkafın gözündən gümüş əşyalar, digər otaqdan Samsung markalı televizor, bir başqa otaqda olan sandıqdan isə yataq dəstləri və 4270 manat pulu götürmüş, sonra həmin əşyaları pəncərədən həyətə düşürdərək hasardan küçəyə yığmışdır. Daha sonra həmin yerdən uzaqlaşaraq sürücüsünü tanımadığı taksi saxlatmış və özünə məxsus olan əşyaları yeni kirayəyə köçdüyü evə aparacağını dedikdə həmin sürücü onunla razılaşmışdır. Oğurluq yolu ilə əldə etdiyi əşyaları həmin taksi ilə yaşadığı ünvana aparmışdır. Səhərisi gün oğurladığı əşyaları Suraxanı bazarının qarşısında ehtiyacı olduğunu deyib tanımadığı şəxslərə cəmi 250 manata satmış və əldə etdiyi həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 2019-cu ilin iyul ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı günlərin birində, gecə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi ərazisinə getmiş və qəsəbə ərazisində gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan ev yaxud mağaza axtarmağa başlamışdır. Həmin vaxtı qəsəbədə yerləşən həyət evlərindən birinin işıqlarının yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yaxınlıqda heç kimin olmadığına əmin olduqdan sonra yaxınlaşıb hasardan aşaraq evin həyətinə daxil olub həyətdəki evin açıq vəziyyətdə olan plastikdən hazırlanmış pəncərəsindən içəri daxil olmuşdur. Evdən oğurlamaq üçün pul yaxud da qiymətli əşyalar axtarmağa başlamışdır. Həmin vaxtı evdən pul tapa bilməsə də, evdə olan 1 ədəd preforator, 1 ədəd plastik borular üçün ütü, 1 ədəd vintaçan, 1 ədəd drel, 1 ədəd elektrik mişarı və 2 ədəd laqundanı götürüb pəncərədən həyətə çıxartmışdır, bundan sonra həmin alətləri hasardan küçəyə atmış və özü də hasardan küçəyə tullanmışdır. Daha sonra həmin yerdən uzaqlaşaraq, sürücüsünü tanımadığı taksi saxlatmış və özünə məxsus olan əşyaları yeni kirayəyə köçdüyü evə aparacağını dedikdə həmin sürücü onunla razılaşmışdır. Oğurluq yolu ilə əldə etdiyi alətləri həmin taksi ilə yaşadığı ünvana aparmış, səhərisi günü həmin alətləri Bakı şəhərində yerləşən 8-ci kilometr bazarına aparıb tanımadığı şəxsə 100 manata satmış və əldə etdiyi həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 2019-cu ilin iyul ayının ortalarında, dəqiq tarixini xatırlamadığı günlərin birində günorta saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, 3-cü Mədən küçəsinə getmiş və gəzişərək tünd qəhvəyi rəngli darvazası olan həyət evinin darvazasının üzərində kilid olduğunu gördükdə evdə heç kimin olmadığını bilmiş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yaxınlıqda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşıb həyətə düşmüş və həyətdə olan stolun üzərində mis samovar olduğunu görmüşdür. Həyəti gəzib, orada olan kiçik tikiliyə baxdıqda tikilidən 2 ədəd mis kəfkir, 1 ədəd mis ləyən tapmışdır. Qeyd etdiyi həmin əşyaları həyətdə olan stolun üzərindəki mis samovarın yanına gətirmiş və həmin əşyaların hamısını hasarın üstündən küçəyə atmışdır. Daha sonra həmin yerdən uzaqlaşaraq sürücüsünü tanımadığı taksi saxlatmış və özünə məxsus olan əşyaları yeni kirayəyə köçdüyü evə aparacağını dedikdə həmin sürücü onunla razılaşmışdır. Oğurluq yolu ilə əldə etdiyi əşyaları həmin taksi ilə Suraxanı bazarında tanımadığı şəxsə cəmi 50 manata satmış, əldə etdiyi həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 2019-cu ilin dekabr ayının axırlarında, dəqiq tarixini xatırlamadığı günlərin birində gecə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisinə getmiş və gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan mənzil yaxud mağaza axtarmağa başlamışdır. Həmin vaxt yolun kənarında köhnə, yaşayış olmayan ev görüb həmin yerdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yaxınlıqda heç kimin olmadığına əmin olduqdan sonra taxta hasardan aşaraq həyətə daxil olmuşdur. Həyətdə olan tikililərə baxdıqda, birinin qapısının taxta olduğunu görmüş, həmin tikilinin taxta qapısını sökərək içəri daxil olmuş və oradan 2 ədəd plastik pəncərə, 4 ədəd plastik qapı, 4 ədəd qazan, hamam ləvazimatları, kafel, metlax, elektrik yuvaları, elektrik naqili, qaz sobasını bayıra çıxarmışdır. Həyətdən isə plastik su çənini götürüb küçəyə çıxarmışdır. Daha sonra həmin yerdən uzaqlaşaraq sürücüsünü tanımadığı yük avtomobilini saxlatmış və özünə məxsus olan əşyaları yaşadığı evə aparacağını dedikdə həmin sürücü onunla razılaşmışdır. Oğurluq yolu ilə əldə etdiyi əşyaları həmin yük maşını ilə yaşadığı ünvanın yaxınlığına aparıb qaracların arasına heç kimin görməyəcəyi yerə yığmışdır. Səhərisi gün oğurladığı 2 ədəd plastik pəncərə və iki ədəd plastik qapını Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində köhnə əşyaların alqı-satqısı ilə məşğul olan Rauf şəxsə yadında qalmayan məbləğə satmışdır. Qalan əşyaları isə Suraxanı rayonunda yerləşən bazarda tanımadığı şəxslərə 150 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 2020-ci ilin fevral ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı günlərin birində gecə saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisinə getmiş və gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan mənzil yaxud mağaza axtarmağa başlamışdır. Həmin vaxtı döngələrdən birində mebel sexinin olduğunu görmüş və həmin sexdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yaxınlıqda heç kimin olmadığına əmin olduqdan sonra mebel sexinin pəncərəsini daşla vurub sındırmış, sonra həmin pəncərədən içəri daxil olmuş və oğurlamaq üçün pul yaxud da qiymətli əşyalar axtarmağa başlamışdır. Həmin vaxt sexdə olan 1 ədəd hava kompressorunu götürüb pəncərədən küçəyə çıxarmış, sonra özü də küçəyə çıxıb oğurladığı kompressoru götürüb oradan uzaqlaşmışdır. Daha sonra həmin yerdən uzaqlaşaraq sürücüsünü tanımadığı taksi saxlatmış və özünə məxsus olan hava kompressorunu səhərisi gün ustaya göstərnək üçün aparacağını dedikdə həmin sürücü onunla razılaşmışdır. Oğurluq yolu ilə əldə etdiyi hava kompressorunu həmin taksi ilə yaşadığı ünvana aparmışdır. Səhərisi gün oğurladığı hava kompressorunu Suraxanı bazarının qarşısında tanımadığı şəxsə 150 manata satmış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 2020-ci ilin fevral ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı günlərin birində gecə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisinə getmiş və gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan mənzil yaxud mağaza axtarmağa başlamışdır. Həmin vaxt həyət evlərindən birinin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını dəqiqləşdirəndən sonra oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yaxınlıqda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşmaqla həyətə daxil olmuş və həyətdəki evin plastikdən olan pəncərəsini özündə olan dəmir parçası ilə sındırmışdır. Bundan sonra həmin pəncərədən içəri daxil olmuş və oğurlamaq üçün pul yaxud da qiymətli əşyalar axtarmağa başlamışdır. Həmin vaxt evdən plazma televizor, 1 ədəd xalça, 1 ədəd kilim, 1 ədəd ətçəkən maşın, 1 ədəd tozsoran, 1 ədəd preferator, 1 ədəd drel, 1 ədəd samovar, 1 ədəd su qızdırıcı aparat və 1 ədəd divardan asılmış tablonu gütürüb pəncərədən həyətə çıxarmışdır. Sonra həmin əşyaları hasardan aşmaqla küçəyə daşımışdır. Daha sonra həmin yerdən uzaqlaşaraq sürücüsünü tanımadığı taksi saxlatmış və özünə məxsus olan əşyaları yeni tutduğu kirayə evə aparacağını dedikdə həmin sürücü onunla razılaşmışdır. Oğurluq yolu ilə əldə etdiyi əşyaları həmin taksi ilə yaşadığı ünvana aparmışdır. Səhərisi gün oğurladığı əşyalardan bir qismini Suraxanı bazarının qarşısında tanımadığı şəxslərə 200 manata satmış, tablonu isə yararsız hesab edib yadında qalmayan yerdə tullamışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 2020-ci ilin fevral ayının ortalarında, dəqiq tarixini xatırlamadığı günlərin birində gecə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisinə getmiş və gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan mənzil yaxud mağaza axtarmağa başlamışdır. Həmin vaxt döngələrdən birində olan həyət evlərinə baxdıqda evlərdən birinin işıqlarının yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yaxınlıqda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq həyətə daxil olmuşdur. Həyətdəki evin pəncərəsini sındırıb içəri daxil olmuş və oğurlamaq üçün pul yaxud da qiymətli əşyalar axtarmağa başlamışdır. Evin yataq otağında olan şkafın içərisindən çoxlu sayda qəpik pullarını görüb onları götürmüş, qonaq otağından isə 1 ədəd plazma televizoru götürüb evə daxil olduğu pəncərədən həyətə çıxmışdır. Sonra gəldiyi kimi hasardan aşmaqla televizoru küçəyə çıxarmışdır. Bir az getdikdən sonra sürücüsünü tanımadığı taksi ilə yaşadığı ünvana getmişdir. Səhərisi gün televizoru Suraxanı rayonunda yerləşən mağazalardan birinin qarşısında tanımadığı şəxsə 100 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 2020-ci ilin mart ayının axırlarında, dəqiq tarixini xatırlamadığı günlərin birində gecə saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisinə getmiş və gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan mənzil yaxud mağaza axtarmağa başlamışdır. Həmin vaxt fərdi yaşayış evlərindən birinin işıqlarının yanmadığını görmüşdür. Evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan aşmaqla həyətə daxil olmuşdur. Həyətdə olan saxlanc yerindən 2 ədd ferz aparatı, 1 ədəd laqunda, 1 ədəd drel, 1 ədəd preforator, 1 ədəd naxış aparatı, 1 ədəd masac aparatı, həyətdən 3 ədəd maşın faraları, 2 ədəd səs kalonkalarını götürüb hasardan küçəyə atmış, daha sonra həmin yerdən uzaqlaşaraq sürücüsünü tanımadığı taksi saxlatmış və usta kimi işlədiyi evdən özünə məxsus olan əşyaları yaşadığı evə aparacağını dedikdə həmin sürücü onunla razılaşmışdır. Oğurluq yolu ilə əldə etdiyi əşyaları həmin taksi ilə yaşadığı ünvanın yaxınlığına aparıb qaracların arasında gizlətmişdir. Səhərisi gün oğurladığı əşyaları Suraxanı bazarının qarşısında tanımadığı şəxslərə 200 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 2020-ci ilin aprel ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı günlərin birində gecə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisinə getmiş və gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan mənzil yaxud mağaza axtarmağa başlamışdır. Həmin vaxtı dəmir yolu keçidinin yanında yerləşən toyuq məhsulları satılan mağazanı görüb həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yaxınlıqda heç kimin olmadığına əmin olduqdan sonra mağazaya yaxınlaşmış və özündə olan dəmir parçası ilə mağazanın plastik pəncərəsini açmaqla içəri daxil olmuşdur və oradan çoxlu sayda bütov toyuqlar, toyuq budları, içalatları, qanadları, toyuğun digər hissələri, müxtəlif turşular, bir neçə kiliqram kişmiş, qoz ləpəsi, fındıq ləpəsi, fıstıq ləpəsi, lobya məhsullarını pəncərədən küçəyə daşımışdır. Sonra həmin vaxt yoldan keçən sürücüsünü tanımadığı taksini saxladıb ərzaq məhsullarını Suraxanı rayonunda yerləşən bazarın qarşısına aparmışdır. Səhərisi gün həmin məhsulları bazarın qarşısında tanımadığı şəxslərə 250 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 2020-ci ilin aprel ayının ortalarında, dəqiq tarixini xatırlamadığı günlərin birində, saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 3-cü mədən küçəsinə getmiş və həmin küçədə gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan ev axtarmağa başlamışdır. Həmin vaxtı həyət evlərindən birinin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını fikirləşdim və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yaxınlıqda heç kimin olmadığına əmin olduqdan sonra yaxınlaşıb evin darvazasının üzərində olan kilidi özündə olan dəmir parçası ilə sındırmış və həyətə daxil olmuşdur. Bundan sonra həyətdə olan evə yaxınlaşaraq evin pəncərəsini sındırmış və pəncərədən evə daxil olub oğurlamaq üçün pul yaxud da qiymətli əşyalar axtarmağa başlamışdır. Həmin vaxtı evdən pul tapa bilməsə də evdə olan 1 ədəd noutbuku götürüb pəncərədən həyətə çıxmış və evin həyətində olan 1 ədəd direl, 1 ədəd prefarator, 1 ədəd kondisioner və 1 ədəd oyma aparatını görüb həmin əşyaları darvazadan küçəyə çıxartmışdır. Daha sonra həmin yerdən bir qədər aralaşıb sürücüsünü tanımadığı taksi saxlatmış və həmin taksi sürücüsünə özünə məxsus əşyaları kirayədə yaşadığı evə aparacağını bildirdikdə həmin şəxs onunla razılaşmışdır. Beləliklə, oğurluq yolu ilə əldə etdiyi əşyaları həmin taksi ilə yaşadığı evə aparmışdır. Səhərisi günü həmin əşyaları Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisinə aparıb orada tanımadığı şəxsə cəmi 200 manata satmış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməllərdən peşmandır. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən yaşadığı evin torpaq sahəsini almışdır. Həmin torpaqda özü üçün yaşamağa ev tikmiş və hadisə baş verən tarixdə həmin evin təmir işləri tam bitmədiyindən, orada yaşayış olmamışdır. 03 mart 2019-cu il tarixdə həmin evdə təmir işləri apardıqdan sonra saat təxminən 20 radələrində evin qapı və pəncərəsini bağlayıb, yaşadığı Sabunçu qəsəbəsində yerləşən evə getmişdir. 04 mart 2019-cu il tarixdə işdən sonra təxminən saat 19 radələrində yenidən təmir işlərini davam etdirmək üçün evə gəldikdə, evin həyətinin darvazasının açıq olduğunu görmüşdür. Evin giriş qapısını açıb içəri daxil olmaq istədikdə, qapının arxadan kilidli olmasını müəyyən etmiş və bundan sonra evin qonaq otağının plastik pəncərəsinin açıq olduğunu aşkar etmiş və evdən oğurluq olduğunu başa düşmüşdür. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Polis əməkdaşları ünvana gəldikdən sonra evin açıq olan pəncərəsindən içəri daxil olub qapını açmışdır. Evə baxdıqda, mətbəxdə stolun üzərində olan qaz sobası, işərisi parça və süfrələrlə dolu olan çemodan, 1 ədəd od samovarı, 3 ədəd səs gücləndirici kalonkalar, 1 ədəd qaynaq aparatı, 4 ədəd qazan dəsti, 1 ədəd preforator, dəyəri 60 manat olan 1 ədəd plastik boru ütüsününü oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1289 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 14 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Anasının vəfat etməsi ilə əlaqədar olaraq o, 10 iyun 2019-cu il tarixdə ailəsilə birlikdə yaşadığı evdən çıxıb Gürcüstanın Bolinisi rayonunun Qoçulu kəndinə getmişdir. Evinin birinci mərtəbəsi avtomobil təmiri emalatxanası, iki mərtəbəsi isə dörd otaqdan ibarət yaşayış evidir. Yas məraisimində iştirak etdikdən sonra xeyli müddət evdən çıxdıqları üçün ev sahibsiz qaldığından, X4nı Bakı şəhərinə göndərmişdir ki, onlar Bakı şəhərinə qayıdana kimi evə nəzarət etsin. X4 04 iyul 2019-cu il tarixdə, təxminən 23 radələrində ona zəng edərək bildirmişdir ki, evdən oğurluq hadisəsi baş verib və ondan nə etmək lazım olduğunu soruşmuşdur. Qaynanasına baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat verməsini bildirmişdir. Bundan sonra 06 iyul 2019-cu il tarixdə o, yaşadığı evə gələn zaman müəyyən etmişdir ki, 10 iyun 2019-cu il tarixdən 04 iyul 2019-cu il tarixə kimi olan müddət ərzində evdə olmadıqları vaxtda naməlum şəxs və ya şəxslər evin ikinci mərtəbəsindəki plastik pəncərəni açmaq yolu ilə daxil olaraq, evdəki yataq otağından bir ədəd «Samsung S4» markalı mobil telefon, gümüş əşyalar, qonaq otağından bir ədəd «Samsung» markalı televizor, digər yataq otağındakı sandıqdan isə doqquz komplekt təzə yataq dəsti və 4270 manat məbləğində nəğd pul oğurlamışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 5820 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs şikayətinin və tələbinin olduğunı bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır, usta kimi işləyir. 03 iyul 2019-cu il tarixdə usta işlədiyi, ancaq yaşayış olmayan ünvan 15 ünvanda yerləşən fərdi yaşayış evinə naməlum şəxs açıq olan plastik pəncərədən qanunsuz daxil olaraq oradan ona məxsus olan bir ədəd preforatoru, bir ədəd boru ütüsü, bir ədəd vint açanı, bir ədəd drel aparatı, bir ədəd elektrik mişarı və iki ədəd laqunda aparatını oğurlamışlar. Hadisə nəticəsində ona 325 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs4 qızı məhkəməyə teleqramla müraciət edərək,ağır xəstəliyi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak etməyinin qeyri-mümkün olduğunu,istintaqa verdiyi ifadəni təsdiq etdiyini və heç bir şikayətinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirlmiş Zərərçəkmiş şəxs4 qızı ifadəsində göstərmişdir ki, o, ünvan 16 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin ev birmərtəbəlidir və evin həyətində kiçik tikili vardır. Həyətdə olan stolun üzərində 1 ədəd samovar, tikilidə isə mis kəfkir, teşt(ləyən) və başqa kəfkir vardır. 17 iyul 2019-cu il tarixdə saat 08 radələrində işlərini həll etmək üçün yaşadığı evin qapısını bağlayıb getmişdir. Həmin gün saat 18 radələrində evə qayıtdıqda həyətdə olan stolun üzərində samovarın olmadığını görmüş və evdə olmadığı müddətdə naməlum şəxsin evə daxil olmasından şübhələnmişdir. Həyətdə olan tikiliyə baxdıqda 2 ədəd mis kəfkir və mis ləyənin yerində olmadığını aşkar etmişdir. Əşyaları axtarıb tapa bilmədikdə oğurluq hadisəsi baş verdiyini başa düşmüş və DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib yaşadığı ünvana baxış keçirdikdən sonra polis bölməsinə ərizə ilə müraciət etmişdir. İş üzrə Zərərçəkmiş şəxs5 məhkəməyə teleqramla müraciət edərək, səhhətində yaranmış nasazlıqla əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini,iclasların onun iştirakı olmadan keçirilməsini,istintqda verdiyi ifadəni və yazdığı ərizəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirlmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 29 dekabr 2019-cu il tarixdə naməlum şəxs və ya şəxslər ona məxsus olan, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin taxta qapısını çıxarıb evə qanunsuz daxil olaraq, oradan hər biri 60 manat olan 2 ədəd plastik pəncərə, hər biri 80 manat olan 4 ədəd plastik qapı, hər biri 50 manat olan 4 ədəd alüminium qazanları, 60 manat dəyərində hamam aksessuarları, 80 manat dəyərində 10 kv.metr ölçüsündə kafel-metlax, 100 manat dəyərinə elektrik yuvaları və elektrik naqili, 100 manat dəyərində qaz sobası, həmin evin həyətindən isə 120 manat dəyərində su çənini oğurlamışdır. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 02 fevral 2020-ci il tarixdə saat 01 radələrində naməlum şəxs onun icarə əsasında işlətdiyi ünvan 17 ünvanda yerləşən mebel sexinə pəncərəni sındırmaq yolu ilə qanunsuz daxil olaraq, sexdə olan bir ədəd hava kompressorunu oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 350 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. 10 fevral 2020-ci il tarixdən 11 fevral 2020-ci il tarixədək olan müddət ərzində naməlum şəxs onun yaşadığı ünvan 15 ünvanda yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq, evdən ümumi bir ədəd “LG” markalı plazma televizoru, 01 ədəd xalçanı, 01 ədəd dorockanı, 1 ədəd şəkil portretini, 01 ədəd ətçəkən aparatını, 01 ədəd tozsovuran aparatını, 01 ədəd preforator aparatını, 01 ədəd drel aparatını, su qızdırıcı aparatını və 01 ədəd samovarı oğurlamışlar. Hadisə nəticəsində ona 930 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, ünvan 18 ünvanında yerləşən fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. 16 fevral 2020-ci il tarixdə naməlum şəxs onun yaşadığı ünvan 18 ünvanında yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq, evin qonaq otağından bir ədəd “Shivaki” markalı plazma televizoru, yataq otağındakı şkafın içindən isə kauçuk şəffaf qabdan təxminən 200 manat dəyərində qəpik pullarını oğurlanmışdır. Hadisə nəticəsində ona 340 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 25 mart 2020-ci il tarixdən 26 mart 2020-ci il tarixə keçən gecə naməlum şəxs tərəfindən ona məxsus olan, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yerinə qanunsuz daxil olaraq, oradan bir ədəd “Bosch” və bir ədəd “Makita” markalı iki freys aparatları, bir ədəd “Sokol” markalı laqunda, bir ədəd “Bosch” markalı drel, bir ədəd “Bosch” markalı preforator, bir ədəd “Bosch” markalı naxış aparatı, bir ədəd delfin masac aparatı, evin həyətindən isə üç ədəd VAZ 2107 markalı avtomobilin ön faraları və iki ədəd avtomobilin səs kalonkaların oğurlamışdır. Hadisə nəticəsində ona 910 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 08 aprel 2020-ci il tarixdə naməlum şəxs onun icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.İsmayılov küçəsi yerləşən dəmiryol keçidinin yanındakı toyuq məhsulları satılan mağazanın plastik pəncərəsini açmaq yolu ilə mağazaya daxil olaraq, 30 ədəd müxtəlif çeşidli bütov toyuqları, 12 kiloqram çəkidə müxtəlif çeşidli toyuq budları, 12 kiloqram çəkidə müxtəlif çeşidli toyuq qanadları, 12 kiloqram çəkidə müxtəlif çeşidli toyuq bud dibləri, 5 kiloqram müxtəlif çeşidli toyuq içalatları, 12 kiloqram müxtəlif çeşidli toyuq döş ətləri, 12 kiloqram müxtəlif çeşidli toyuğun digər hissələri, 10 kiloqram müxtəlif çeşidli balıq məhsulları, 10 banka müxtəlif çeşidli turşu məhsulları, 4 kiloqram ağ və qara kişmiş, 2 kiloqram qoz ləpəsi, 2 kiloqram fındıq ləpəsi, 2 kiloqram fısdıq ləpəsi, 5 kiloqram lobya toxuması və 150 ədəd toyuq yumurtasını oğurlamışdır. Hadisə nəticəsində ona 688 manat 60 qəpik maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. 14 aprel 2020-ci il tarixdə naməlum şəxs onun ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan bir ədəd «ACER» markalı notebook kompüter aparatı, həmin evin yerləşdiyi həyətdən isə 01 ədəd somavarı, ətçəkən aparatını, bir ədəd kiçik ölçülü dreli, bir ədəd dreli, iki ədəd preforatoru və bir ədəd frez (oyma) aparatını oğurlamışdır. Hadisə nəticəsində ona 1420 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 ildir ki, yaşadığı evdə işlənmiş ev əşyaları və təmir alətləri alıb üzərinə pul qoyub başqalarına satır və qazandığı pullarla ailəsini dolandırır. Qaraçuxurda çox adam onun bu işlə məşğul olduğunu bilir. Soyadını və ata adını bilməsə də, hazırki iş üzrə təqsirləndirilən şəxs olan Elmanı tanıyır. Elman keçən il 1-2 dəfə ona bir neçə əşya satmışdır. Ola bilsin ki, Elman maraqlandıqda, Elmana onun evini göstərib evinə göndərmişlər. Elman adı ilə tanıdığı hazırki iş üzrə təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayında markasının təxmini olaraq xatırladığı LG markalı televizoru ona gətirib satmaq istədiyini bildirmişdir. Televizorun işlək olmasına baxıb ondan oğurluq olub-olmamasını soruşduqda, Elman həmin televizorun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, həmin televizoru Elmandan 120 manata almışdır. Bir müddət sonra da Elman təxminən 2019-cu ilin dekabr ayında ona iki ədəd plastik pəncərə və iki ədəd plastik qapısının evi təmir etdiyi üçün lazım olmadığını deyib satmaq istədiyini demişdir. Bu səbəbdən o, Elmandan heç bir sənəd istməmişdir. Əvvəl ondan bir dəfə mal aldığı üçün və heç bir problem olmadığına görə həmin qapı pəncərələri ümumilikdə 1560 manata ondan almışdır. Həmin əşyaları sata bilmədiyi üçün evdə saxlamışdır. Sonradan polislər onun yaşadığı evə gəldikdən sonra həmin əşyaların oğurluq olduğunu və Elman adlı şəxsin oğurlayaraq ona satdığını öyrənmiş və əşyaları könüllü olaraq polislərə təhvil vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 20 ildir ki, əlvan metal qəbulu ilə məşğul olaraq dolanır. Təxminən 7 ildir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində köhnə akkumulyator sexində işləyir. Ümumilikdə isə dəmir (metal) əşyaları alıb, bir az üzərinə pul qoymaqla zavodlara satır və əldə etdiyi pulla ailəsini dolandırır. Təqsirləndirilən şəxs şəxsən tanımamışdır. Ancaq sonradan Elmanı 31-ci PB-də oğurluq üstündə tutulduğuna görə və oğurladığı əşyaları ona satdığından, onu 31-ci PB-nə dəvət etmişlər. Orada Elmanı gördükdən sonra tanımışdır. Həmin şəxs bir neçə dəfə onun işlədiyi yerə gələrək, müxtəlif əşyalar satmış və hər dəfə əşyaların özünə məxsus olduğunu və istifadə etmədiyi üçün satdığını demişdir. O, həmin əşyaları oğurluq yolu ilə əldə etməsi barədə soruşduqda isə, Elman bir daha bu əmlakların özünə məxsus olduğunu qeyd etmişdir. Yalnız bundan sonra əşyalara baxıb hərəsini müxtəlif qiymətlərə almışdır. Elman 2019-cu ilin yay və qış aylarında tam olaraq xatırlamadığı əşyaları gətirib ona satmışdır. Elmanın ona satdığı əşyaların çoxunu satmış, qalan əşyaları isə 31ci PB-nə təhvil vermişdir. O, Elmanın satdığı əşyaların oğurluq yolu ilə əldə edilməsini bilməmiş, biləcəyi halda həmin əşyaları almayacağını qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəməəmtəəşünaslıq ekspertizasının 10 fevral 2021-ci il tarixli 9/659 №-li rəyində göstərilmişdir ki, 1 kiçik öçülü drelin 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 15,00 manat, 1 boru ütüsü, 1 Kzubr markalı böyük ölçülü laqondanın 2019-cu ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 80,00 manat, 1 ədəd plastik qapı, 1 ədəd plastik pəncərənin 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 140,00 manat, 1 ədəd üzəri naxışlı, üzərində krantı olmayan odun samovarın 2019-cu ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 100,00 manat, 1 ədəd odun samovarın 2019-cu ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 120,00 manat, 1 ədəd orta ölçülü ağ rəngli masac aparatı, 1 ədəd kiçik ölçülü drel, 1 ədəd böyük ölçülü laqonda, 2 ədəd avtomobil səs gücləndiricisinin 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 95,00 manat, 1 ədəd ANDER markalı hava kompressorunun 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 350,00 manat, 1 ədəd SHİVAKİ markalı, 32/9000 model televizorun 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 140,00 manat, 1 ədəd LG markalı 82 diaqonallı televizor, 1 ədəd rəsm tablosunun 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 310,00 manat 1 ədəd SAMSUNG markalı, UE43RU7200U model televizorun 2019-cu ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 550,00 manat müəyyən olunur. İş materiallarında olan, iş üzrə zərərçəkmiş şəxslərin böyük əksəriyyətinin məhkəməyə ünvanladıqları ərizələrdən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)- 148/2020 saylı, 22.10.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.2.2, 180.2.4, 66.2, 69.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 05 il 09 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İstintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-148/2020 saylı, 22.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.2.2, 180.2.4, 66.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 05 il 09 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin başlancıgının 04 may 2020-ci il tarixdən hesablanması qərara alınmış, cəzası çəkilib qutarmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, iş üzrə zərərçəkmiş şəxslərin böyük əksəriyyətinin ondan heç bir tələblərinin və şikayətlərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi recimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 may 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Həmçinin, iş üzrə maddi sübut qismində tanınmış 1 kiçik öçülü drel, 1 boru ütüsü, 1 Kzubr markalı böyük ölçülü laqunda, 1 ədəd plastik qapı, 1 ədəd plastik pəncərə, 1 ədəd üzəri naxışlı, üzərində krantı olmayan odun samovar, 1 ədəd odun samovar, 1 ədəd orta ölçülü ağ rəngli masac aparatı, 1 ədəd kiçik ölçülü drel, 1 ədəd böyük ölçülü laqunda, 2 ədəd avtomobil səs gücləndiricisi, 1 ədəd ANDER markalı hava kompressor, 1 ədəd SHİVAKİ markalı, 32/9000 model televizor, 1 ədəd LG markalı 82 diaqonallı televizor, 1 ədəd rəsm tablosu, 1 ədəd SAMSUNG markalı, UE43RU7200U model televizor zərərçəkmiş şəxslərə qaytarıldığından, zərərçəkmişlərə qaytarılmış hesab edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbayan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 1(010)-148/2020 saylı, 22.10.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 il 09 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplansın və ona 06 (altı) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 04 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti hökm qanuni qüvvəyə minənədək müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış 1 kiçik öçülü drel, 1 boru ütüsü, 1 Kzubr markalı böyük ölçülü laqunda, 1 ədəd plastik qapı, 1 ədəd plastik pəncərə, 1 ədəd üzəri naxışlı, üzərində krantı olmayan odun samovar, 1 ədəd odun samovar, 1 ədəd orta ölçülü ağ rəngli masac aparatı, 1 ədəd kiçik ölçülü drel, 1 ədəd böyük ölçülü laqonda, 2 ədəd avtomobil səs gücləndiricisi, 1 ədəd ANDER markalı hava kompressor, 1 ədəd SHİVAKİ markalı, 32/9000 model televizor, 1 ədəd LG markalı 82 diaqonallı televizor, 1 ədəd rəsm tablosu, 1 ədəd SAMSUNG markalı, UE43RU7200U model televizor zərərçəkmiş şəxslərə qaytarıldığından, zərərçəkmişlərə qaytarılmış hesab edilsin. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar