Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-26/2021 22.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11, prokuror-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs1, zərərçəkmiş və mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, zərərçəkmişlər Zərərçəkmiş şəxs7, X17, azyaşlı zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi, Suraxanı RİH yanında X6 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın hüquqşünası X15, zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs4 nümayəndəsi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X7, zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X1, müdafiəçi - Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxx 1989-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, müvəqqəti işləməyən, Cəlilabad şəhəri, S.Axundov küçəsi, ev 97-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi, dalan 5, nömrəsiz evdə yaşayan, haqqında 29.07.2020-ci ildə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, 12.02.2020-ci il tarixdə, saat 23:26-da radələrində texniki cəhətdən saz vəziyyətdə olan Tofash Doğan markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolu ilə Hövsan qəsəbəsi istiqamətində hərəkət edərkən, Suraxanı rayonu Bahar qəsəbəsinin yol ayrıcında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda, yaşayış məntəqəsində saatda 70 km sürətlə hərəkət etdirmiş, eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli olduğu halda, yol vermədən hərəkətini davam etdirib yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuş, Bahar qəsəbəsi istiqamətindən gələrək sola dönmək istəyən Zərərçəkmiş şəxs4 idarə etdiyi Opel Astra markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Tofash Doğan markalı avtomobildə olan sərnişinlərdən Zərərçəkmiş şəxs5 həyat üçün təhlükəli olan sağlamlığa ağır, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 sağlamlıqlarının uzun müddətə pozulmasına səbəb olan az ağır, X17 və Opel Astra markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almalarına, Opel Astra markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək zədələnməsi nəticəsində avtomobildən istifadə edən Zərərçəkmiş şəxs1 4000 manat maddi zərər dəyməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, onun törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, sürücülük vəsiqəsi olmaqla BC kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Tofash Doğan markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobil Rövşən Zeynalova məxsus olsa da, etibarnamə əsasında həmin maşını Hüseyn Tağıyev almış, sonuncu da dəyərini hissə-hissə ödəmək şərti ilə taksiçilik fəaliyyəti ilə məşğul olmaq üçün etibarnamə əsasında ona vermişdir. 12 fevral 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən 10-cu dairə adlanan sahədən tanımadığı 4 nəfəri Hövsan qəsəbəsinə aparmaq məqsədi ilə maşına mindirərək hərəkətə başlamışdır. Saat 23:25 radələrində Suraxanı-Hövsan yolu ilə maşını saatda 60-70 km sürətlə idarə edərkən Bahar qəsəbəsinin yol ayrımında 10-15 metrlik məsafədən sağdan Opel Astra markalı avtomobilin gəldiyini görmüş, maşına işıq siqnalı ilə yola çıxmaması üçün işarə vermiş, o əvvəl gözləyən kimi olmuş, lakin aralarında 10 metr məsafə olarkən dayanmadan yola çıxmışdır. Toqquşmamaq üçün maşının tormozunu işə salaraq maşını sola istiqamətləndirsə də, həmin maşında dayanmaq əvəzinə sürətini artıraraq üzərinə gəlmiş və nəqliyyat vasitələri toqquşmuşdur. Hadisə nəticəsində özü və avtomaşınında olan sərnişinlər xəsarət almışlar. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmiş, onu və digər yaralıları 3 saylı xəstəxanaya aparmışlar. Hadisə yerində yol nişanının olub-olmadığına fikir verməmiş, həmin yolla daim hərəkət etdiyindən, hərəkətdə olduğu yolun baş yol olmasını, Bahar qəsəbəsindən gələn yolun isə ikinci dərəcəli yol olmasını bilmiş, bu müddətdə Bahar qəsəbəsindən Suraxanı-Hövsan yoluna daxil olan nəqliyyat vasitələrinin gözləməli olmaların görmüş, buna görə də gələn maşının gözləyəcəyin düşünmüşdür. Həmin yolların eyni əhəmiyyətli yollar deyil, hərəkət etdiyi yolun Bahar qəsəbəsindən gələn yoldan üstün olmasını bilmişdir. Hadisədən əvvəl öz yolu ilə hərəkət edərkən qarşısında başqa maşın olmuş, aralarında təxminən 150-200 metr məsafə olmuş, həmin maşın keçib getmiş, o yol ayrıcına daxil olarkən sağdan gələn maşın yola çıxmışdır. Özünü təqsirli bilmədiyindən, həmçinin maddi imkanı olmadığından hadisə nəticəsində xəsarət almış şəxslərə maddi yardım edə bilməmiş, təqsirsiz olduğundan mülki iddiaların da heç birini qəbul etmir. Bundan başqa Tofas Doğan markalı maşına dəymiş ziyanla bağlı rəy verilsə də nədənsə ibtidai istintaq ziyanı 4 min manat göstərmiş, iddia ərizəsində isə daha da artırılmışdır. Həmçinin hadisə təkcə onun deyil, həmçinin digər sürücü Zərərçəkmiş şəxs4 təqsiri üzündən baş verdiyindən o da ziyana görə cavabdeh olmalıdır. Opel-Astra markalı avtomaşının gəldiyini 10-15 metrlik məsafədən gördüyü, aralarında 10 metr məsafə olarkən həmin maşının dayanmadan yola daxil olduğuna göstərsə də, hadisə yerində idarə etdiyi nəqliyyat vasitəsinə məxsus 14 metr tormoz izi qalmasını izah edə bilməmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2016-cı ildə Zərərçəkmiş şəxs1la qeyri rəsmi ailə quraraq bir yerdə yaşamağa başlamış, birinci nikahdan olan qızı Zəhra da yanlarında olmuşdur. Fərasət etibarnamə əsasında özünə Opel Astra markalı, ** BB *** dövlət nömrə nişanlı maşın almış, sürücülük hüququ, etibarnaməsi olmasa da maşını idarə etmiş, bəzi hallarda o da sürücülük vəsiqəsi olmasa da Fərasətin icazəsi ilə maşını idarə etmişdir. Belə ki, Fərasət birinci qrup əlil olub özünü narahat hiss etdiyindən onu həkimə aparmış, bəzi hallarda isə qızı Zəhranı məktəbə aparıb, məktəbdən gətirmişdir. 12 fevral 2020-ci il tarixdə evlərində olarkən saat 23 radələrində Fərasətin ağrıları başladığından Sabunçu xəstəxanasına aparılmasın demiş, maşını idarə edə bilməyəcəyini bildirib arxa oturacaqda uzanmış, qızı Zəhra arxa oturacaqda əyləşmiş və maşını idarə edərək xəstəxanaya yola düşmüşlər. Gecə vaxtı maşını yaxşı idarə edə bilməsə də, Fərasət bildirmişdir ki, polis əməkdaşları saxlasalar problemi özü həll edəcəkdir. Suraxanı qəsəbəsinə getməli olduğundan Bahar qəsəbəsindən gələrək Suraxanı-Hövsan yoluna çıxıb Suraxanı istiqamətində, yəni yol ayrıcından sola dönməli olmuşdur. Nəqliyyat vasitəsini təxminən saatda 20 km sürətlə idarə etmiş, yol ayrıcına çatarkən 100 metrlik məsafədən soldan sağa doğru bir-birinin ardınca iki avtomobil gəldiyini görmüş, yol ayrıcına tam çatarkən soldan gələn avtomobillərdən biri Mercedes markalı maşın yol ayrıcını keçib getmiş, onun arxasınca gələn avtomobilin uzaq məsafədə olmasını, gələnə kimi yola daxil olub sola dönə bilməsini düşünərək sürətini azaltmadan yol ayrıcına daxil olmuş, bu zaman həmin maşın sürətli gəldiyindən təhlükənin yaxınlaşdığını hiss etmiş, toqquşmamaq üçün maşının sürətini artırmış, lakin soldan gələn avtomobil də bunu görərək toqquşma baş verməsin deyə maşını sola istiqamətləndirmiş, nəticədə nəqliyyat vasitələri toqquşmuşdur. Hadisə nəticəsində o, qızı Zəhra, həmçinin Tofas markalı avtomaşında olan sərnişinlər xəsarət almış, hadisə yerinə gələn təcili yardım maşını xəsarət alanları xəstəxanaya aparmışdır. Bu iş üzrə zərərçəkmiş olsa da, onun barəsində də cinayət işi ayrılmışdır. Hadisə onun və digər sürücünün ehtiyatsızlığı üzündən baş verdiyindən şikayət və tələbi yoxdur. Əvvəllərdə də həmin yolla maşın idarə etmiş, yolda hər hansı bir nişanın olubolmamağına fikir verməmiş, yol ayrıcına çatarkən soldan gələn maşının keçib getməsini gözləyərək yola daxil olmuşdur. Hadisə olan vaxtı isə maşının ondan aralıda olmasını, o gələnə kimi yolu keçə biləcəyini düşünərək yola daxil olmuşdur. Həmin maşınların gəlməsini onlar körpünün altından çıxandan, təxminən 400 metrlik məsafədən görmüş, həmin müddətdə qarşı tərəf də onun gəldiyini görməli imiş. Məhkəmənin sonrakı iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs4 və qızı Zərərçəkmiş şəxs3 nümayəndəsi X15 adından iddia ərizəsi təqdim edərək, hadisə nəticəsində yaralandıqlarına görə ona 5.000 manat, qızına 3000 manat, mənəvi zərərə görə isə hər birinə 10.000 manatın təqsirləndiriləndən alınaraq onlara verilməsini xahiş etmişlər. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində anası Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiklərindən yol-nəqliyyat hadisəsi ilə bağlı olmayanları təsdiq etmiş, lakin hadisənin necə baş verdiyini bilmədiyini göstərmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yol nəqliyyat hadisəsi baş verənə kimi Zərərçəkmiş şəxs4 Əli qızı ilə qeyri rəsmi olaraq brlikdə yaşasalar da hazırda birlikdə yaşamır. Zərərçəkmiş şəxs4 idarə etdiyi Opel Astra markalı, ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi başqa şəxsin adına olsa da, həmin maşını o almışdır. Belə ki, nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmadığından, maşının sahibi X12 etibarnamə əsasında maşını qohumu X19 vermiş, sonuncu da öz növbəsində sənədsiz olaraq ona vermişdir. Yəni maşını pul verib alsa da, sənədləşdirməmiş, etibarnaməsi və sürücülük vəsiqəsi olmamışdır. 12 fevral 2020-ci il tarixdə saat 23 radələrində evdə olarkən, Zəminə ilə aralarında mübahisə baş vermiş, Zəminə maşının açarını götürərək qızı ilə birlikdə evdən çıxmışdır. Təxminən 10-15 dəqiqədən sonra telefonuna tanımadığı şəxsdən zəng gəlmiş və bildirilmişdir ki, ona məxsus avtomaşınla yol nəqliyyat hadisəsi törədilmişdir. Evdən çıxaraq piyada təxminən 300 metr getdikdən sonra yanında Yeep markalı maşın saxlamış, yoldaşı Zəminə və qızı Zəhranı maşında görmüş, həmin maşına minərək hadisə yerinə gəlmişdir. Hadisə yerində məlum olmuşdur ki, Zəminə idarə etdiyi ona məxsus avtomaşınla Suraxanı-Hövsan yoluna daxil olub sola dönmək istəyərkən soldan gələn Tofaş markalı maşınla toqquşmuş, nəticədə hər iki avtomaşında olanlar xəsarət almış, maşınlara isə maddi zərər dəymişdir. Həmin vaxt hadisə yerində təcili tibbi yardım həkimləri, polis əməkdaşları və Fövqəlada Hallar Nazirliyinin əməkdaşları olmuş, yaralılar xəstəxanaya aparılmış, polislər isə hadisə yerinə baxmışlar. Hadisə vaxtı onun da maşında olmasını Zəminə bildirsə, də faktiki olaraq o, maşında olmamışdır. Hadisə nəticəsində maşınına maddi zərər dəymiş, ona vurulmuş maddi və mənəvi zərərlə bağlı iddia ərizəsi vermişdir. İddia ərizəsində göstərildiyi kimi maşının əzilməsinə görə 4000 manat maddi zərər dəymiş, bundan başqa maşının rəngsaz işlərinə görə 1000 manat, maşının dayanacaqda saxlanmasına görə 193 manat, 4 ədəd təkərin alınması üçün 340 manat, akkumulyatorun alınması üçün 90 manat, bu müddətdə maşından istifadə edə bilmədiyinə görə 1200 manat, istintaq müddətində bir neçə dəfə Bakı şəhərinə gəlib qayıtdığına görə 495 manat olmaqla-cəmi 7318 manat maddi zərər dəymiş, hadisə ilə bağlı təxminən 5000 manat mənəvi zərər yetirilmiş, 30 manat isə dövlət rüsumu ödəmişdir ki, həmin məbləğlər-cəmi 12.348 manat cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməlidir. Məhkəmədə dindirilmiş zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 12.02.2020-ci il tarixdə saat 23 radələrində, Suraxanı rayonu 10-cu dairə adlanan yerdən yaşadığı Hövsan qəsəbəsinə getmək üçün sürücüsünü tanımadığı Tofash markalı taksi maşınına əyləşmişdir. Ondan başqa tanımadığı 3 nəfərdə taksiyə minmiş, o maşının qabaq sağ oturacağında əyləşmiş və yola düşmüşlər. Maşın hərəkətə başladıqdan sonra istifadəsində olan telefonla oynamağa başlamış, yola fikir verməmiş, təxminən 10-15 dəqiqə hərəkət etdikdən sonra toqquşma baş verdiyini bilmişdir. Hadisədən sonra özünü bilməmiş, bir müddət sonra oyandıqda avto-qəzanın baş verdiyini bilmiş, yenidən huşunu itirmiş, bir gündən sonra xəstəxanada özünə gəlmişdir. Hadisənin necə və hansı şəraitdə baş verdiyini görməmişdir. Lakin sonradan bilmişdir ki, olduğu maşın Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən Bahar qəsəbəsindən gələn maşın yola çıxmış və toqquşma baş vermişdir. Həmin yolla daim hərəkətdə olduğundan yol nişanı görməsə də, Bahar qəsəbəsindən gələn maşınların yol ayrıcına daxil olmadan əvvəl gözlədiklərin görmüşdür. Hadisə nəticəsində ağır xəsarət almış, uzun müddət xəstəxanada yatmış, evdə müalicə almış, hazırda da tam sağalmamışdır. Bu müddətdə 2750 manat xəstəxanaya, 1250 manat əlavə xərclər olmaqla cəmi 4000 manat xərc çəkmiş, işə çıxmadığına görə 4200 manat əmək haqqını ala bilməmiş, 30 manat isə dövlət rüsumu ödəmişdir ki, cəmi 8230 manat təqsirkardan alınaraq ona verilməsinə dair iddia ərizəsi vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Hadisədən sonra onunla maraqlanan olmamış, heç bir yardım edilməmiş, ona görə də qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə dindirilmiş zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 12.02.2020-ci il tarixdə işdən çıxaraq evlərinə getmək məqsədi ilə Suraxanı rayonu 10-cu dairə adlanan əraziyə gəlmiş, saat 23 radələrində başqa 3 şəxslə birlikdə sürücünü tanımadığı Tofash markalı maşına əyləşərək Hövsan qəsəbəsi istiqamətində yola düşmüşlər. Avtomaşında sürücünün arxa hissəsində əyləşmiş, hərəkət müddətində əlində telefon olsa da yola da baxmışdır. Sürücü nəqliyyat vasitəsini təxminən saatda 80-90 km sürətlə idarə etmiş, Bahar qəsəbəsinə yaxınlaşanda həmin yolla maşın gəlməsinə fikir verməmiş, bir də yola baxdıqda, qarşılarında, yolun ortasında maşının olmasını görmüş artıq həmin maşınla toqquşa bilmələrini hiss etmiş, aralarında neçə metr məsafə olmasını bilməsə də maşını gördükdən 5-6 saniyə sonra toqquşma baş vermişdir. Bahar qəsəbəsindən maşının gəlməsini görən sürücü maşını sola çəksə də toqquşmanın qarşısını ala bilməmişdir. Hadisə yerinə təcili yardım gələrək onları xəstəxanaya aparmışdır. Hadisə vaxtı digər maşını qadının idarə etdiyini və yanında da bir uşağın olmasını görmüş, başqa şəxsin olub-olmadığın bilməmişdir. İbtidai istintaq zamanı olduğu maşının hərəkət sürətini saatda 70-80 km göstərsə də, sürətin saatda neçə km olmasına baxmamış, fikrinə görə sürət saatda 80-90 olmuşdur. Hadisə nəticəsində xəsarət almış, Zəfəran hospitalda müalicə olunmuş, 1530 manat xəstəxanaya xərc çəkmiş, əlavə xərclərə 350 manat sərf etmiş, 900 manat isə işləyə bilmədiyindən əmək haqqı ala bilməmiş, ümumilikdə 2780 manat zərərə düşmüş və 30 manat dövlət rüsumu ödəmişdir ki, cəmi 2810 manat təqsirləndiriləndən tutularaq ona verilməlidir. Qaldırmış olduğu iddiaya əsasən ziyanı ödənərsə təqsirləndiriləndən şikayət və tələbi olmayacaqdır. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 12.02.2020-ci il tarixdə, saat 23 radələrində Suraxanı rayonu 10-cu dairə adlanan ərazidən Hövsan qəsəbəsinə getmək üçün tanımadığı 3 nəfər şəxslə Tofash markalı taksi maşınına əyləşib yola düşmüşlər. Avtomaşının arxa oturacağında ortada əyləşmişdir. Yorğun olduğundan avtomobil yola düşdükdən bir qədər sonra gözlərini yumaraq mürgüləmiş, təxminən 10-15 dəqiqədən sonra güclü zərbədən gözlərini açmış və avtoqəza hadisəsi baş verdiyini görmüş, hadisə nəticəsində başından xəsarət almışdır. Maşından düşdükdən sonra aydın olmuşdur ki, olduqları maşınla Opel markalı avtomaşın toqquşmuşdur. Bundan sonra hadisə yerinə gələn təcili yardım həkimləri onları xəstəxanaya aparmış və tibbi yardım göstərmişlər. Xəstəxanaya gedərkən maşında xəsarət almış qadın olmasını da görmüş və başa düşmüşdür ki, həmin qadın Opel markalı avtomaşının sürücüsüdür. Xəstəxanada ilkin tibbi yardın göstərildikdən sonra evə buraxılmışdır. Baş vermiş hadisə ilə bağlı olaraq heç kimdən şikayəti və tələbi yoxdur. Hadisənin necə baş verdiyini görməmiş, sonradan bilmişdir ki, Opel markalı maşın Bahar qəsəbəsindən gələrək yola, onların olduğu maşının qarşısına çıxmış və nəqliyyat vasitələri toqquşmuşlar. Maşında gözlərini yumaraq mürgüləsə də hiss etmişdir ki, maşın təxminən saatda 60-70 km sürətlə hərəkət edir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs7 da ifadəsində göstərmişdir ki, 12.02.2020-ci il tarixdə saat 23 radələrində digər tanımadığı vətəndaşlarla Tofas markalı taksi maşınına minərək Hövsan qəsəbəsi istiqamətində hərəkətə başlamışlar. Maşında arxa oturacaqda sağ qapı tərəfdə oturmuşdur. Bir qədər getdikdən sonra Bahar qəsəbəsinə ayrılan yola çatmağa təxminən 50-60 metr qalmış maşın gəldiyini görmüş, sürücü işarə verib-vermədiyini bilməmiş, lakin həmin maşın gözləmədən, təxminən saatda 20-30 km sürətlə yola daxil olmuş və təhlükəni gördükdən təxminən 5 saniyə sonra nəqliyyat vasitələri toqquşmuşlar. Opel maşının sürücüsü yola daxil olduqdan sonra onlar olduqları maşının gəldiyini görərək sürətini artırmış, Tofash markalı maşının sürücüsü də toqquşmamaq üçün maşını sola istiqamətləndirmiş, lakin toqquşma baş vermişdir. Məhkəmənin əvvəlki istintaqı dövründə əlavə şahid kimi dindirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı X21 ifadəsində göstərmişdir ki, Suraxanı Rayon Məhkəməsinin sorğusuna əsasən Suraxanı-Hövsan yolu ilə Suraxanı rayonunun Baharlı qəsəbəsindən gələrək həmin yola birləşən sahəyə baxış keçirilmişdir. Aydın olmuşdur ki, həmin sahədə Suraxanı-Hövsan yolu ana yol, Baharlı qəsəbəsinə ayrılan yol isə ikinci dərəcəli yoldur. Baharlı qəsəbəsinə gedən yol tikinti norma və qaydalarına uyğun olaraq yol birləşməsi kimi layihələndirilib, həmin layihə baş mühəndis tərəfindən təsdiq olunur. Nazirlər Kabinetinin qərarına əsasən həmin yollar 4-5-ci dərəcəli yollardır, sürət həddi və hərəkət intensivliyinə görə Suraxanı-Hövsan yolu üstündür. Hazırda həmin yolun hansı qurumun balansında olmasını bilməsə də X4, İcra Hakimiyyətinin balansında ola bilər. Rayonların kənd və qəsəbələrindən çıxan yollar əsasən rayon İcra Hakimiyyətlərinin balanslarında olur. Yolların baş və ya ikinci dərəcəli yol olma statusunu X34 təyin edir, nişanlanmanı isə Bakı Nəqliyyat Agentliyi həyata keçirir. Məhkəmənin əvvəlki istintaqı dövründə əlavə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin müstəntiqi X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirlənməsinə dair cinayət işinin istintaqını o aparmışdır. Lakin yol nəqliyyat hadisəsi 2020-ci ilin fevral-mart aylarında baş versə də cinayət işinin istintaqının aparılması iyun ayında ona həvalə olunmuşdur. Hadisə yeri onun tərəfindən müayinə olunmamış və ilkin istintaq hərəkətlərini o aparmamışdır. İstintaq materiallarından və hadisə yerində olarkən aydın olmuşdur ki, adi görünüşdə Ramil Nağıyevin hərəkət etdiyi yol baş yol, Zərərçəkmiş şəxs4 hərəkət etdiyi yol isə ikinci dərəcəli yol kimi görünsə də, həmçinin hərəkət iştirakçıları həmin sahələri bu qaydada qəbul etsələr də faktiki olaraq hadisə yerində heç bir yol nişanı olmamışdır. Ona görə də aidiyyəti qurumlara bu barədə sorğular verilmiş, onlar da yol nişanının olmadığını qeyd etmişlər. İş üzrə yol nəqliyyat hadisəsi ekspertizası keçirilmiş, ilkin rəydə sürücülərdən ancaq Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olması göstərilmiş, komission ekspertiza keçirildikdə isə alternativ rəy verilmişdir. Ona görə də sürücülərin hər ikisini ittiham elan edərək işləri məhkəməyə göndərmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşmə keçirilmiş, lakin Fərasət üzləşmə protokolunu imzalamaqdan imtina etmişdir. Fərasətin belə bir üzləşmənin keçirilmədiyinə dair bildirdikləri doğru deyildir. Məhkəmədə tədqiq olunan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 13.02.2020-ci il tarixli protokol, sxem və foto şəkillərdən aydın olur ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolu ilə Baharlı qəsəbəsinə ayrılan yol ayrıcında baş vermişdir. Aydın olmuşdur ki, həmin sahədə Suraxanı-Hövsan yolu düz, quru, asfalt örtüklü olmaqla 08 metr enindədir, yol iki tərəfli hərəkət üçün nəzərdə tutulubdur. Yol şəhər elektrik işığı ilə işıqlandırılır. Həmin sahədə Suraxanı-Hövsan yolu ilə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə Bahar qəsəbəsindən gələrək dayanmadan Suraxanı-Hövsan yoluna daxil olaraq sola dönmək istəyən Zərərçəkmiş şəxs4 idarə etdiyi Opel markalı nəqliyyat vasitəsi toqquşmuşdur. Hadisə yerində öz hərəkət hissəsindən başlamaqla əks hərəkət hissəsinə keçib torpaq sahədə qurtaran Tofaş markalı nəqliyyat vasitəsinə məxsus cütləşmiş 14 metr tormoz izinin olması müəyyən olunmuşdur. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən əşya aşkar olunmamışdır. Məhkəmədə tədqiq olunan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” 13.02.2020-ci il tarixli 1/412 saylı protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müayinədən keçirilmiş alkoqol sərxoşluq əlamətlərinin olmadığı müəyyən olunmuşdur. “Avtomobillərə baxış keçirilməsi haqqında” olan 14.04.2020-cu il tarixli protokollar və protokollara əlavə edilmiş foto şəkillər məhkəmədə tədqiq olunarkən aydın olur ki, yolnəqliyyat hadisəsindən sonra Tofaş Doğan markalı ** VO *** dövlət qeydiyyat nişanlı və Opel Astra markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillərə baxış keçirilmiş, Tofaş Doğan markalı avtomobilin qabaq hissəsinin əzilərək tamamilə yararsız hala düşməsi, qabaq və arxa sağ, sol qapıları, qabaq sağ və sol qanadları, qabaq buferi, qabaq işıqları, həmçinin kapotunun əzilməklə deformasiyaya uğraması, Opel Astra markalı nəqliyyat vasitəsinin qabaq hissəsinin əzilərək yararsız vəziyyətə düşməsi, qabaq sağ və sol qanadları, kapotun əzilərək deformasiyaya uğraması müəyyən olunmuşdur. Məhkəmədə tədqiq olunan “CD diskə baxış keçirilməsi haqqında” protokoldan aydın olur ki, Azərbaycan Respublikası DİN MHİX-dən götürülmüş CD diskə baxış keçirilmişdir. Aydın olmuşdur ki, 12.02.2020-ci il tarixdə saat 23:26-da gümüşü rəngli avtomobil Hövsan-Suraxanı yolunda Bahar qəsəbəsinin girişində olan yol ayrıcına dayanmadan hərəkət edib görüntüdən itir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs4 bildirmişdir ki, görüntüdə olan gümüşü rəngli avtomobil idarə etdiyi Opel Astra markalı ** BB *** dövlət qeydiyyat nişanlı maşındır, həmin vaxt avtomobili saatda 20 km sürətlə hərəkət etdirərək dayanmadan yol ayrıcına daxil olmuş, sol tərəfdən hərəkət edən avtomobillə toqquşmuşdur. Məhkəmədə tədqiq olunan “İfadənin hadisə yerində yoxlanmasına dair” 23.04.2020-ci il tarixli protokol və foto şəkillərdən aydın olur ki, Opel Astra markalı nəqliyyat vasitəsini idarə edən Zərərçəkmiş şəxs4 ifadəsi hadisə yerində yoxlanmışdır. Zərərçəkmiş şəxs4 bildirmiş və göstərmişdir ki, idarə etdiyi nəqliyyat vasitəsi ilə yol ayrıcına yaxınlaşarkən maşını saatda 20 km sürətlə idarə etmiş, soldan Suraxanı-Hövsan yolu ilə 100 metrlik məsafədən iki avtomobilin gəlməsini görmüş, birinci avtomobil keçdikdən sonra ikinci avtomobilin uzaqda olmasını, keçə bilməsini düşünərək yola daxil olmuş, toqquşma yerinə təxminən 50 metr qalmış sola baxdıqda soldan gələn nəqliyyat vasitəsinin yaxında olmasını, toqquşma olacağını hiss edib idarə etdiyi nəqliyyat vasitəsinin sürətini artıraraq öz hərəkət istiqamətinə keçmək istəmiş, soldan gələn avtomobil də həmin zolağa keçdiyindən toqquşma baş vermişdir. Məhkəmədə tədqiq olunan “İfadənin yerində yoxlanmasına dair” 28.04.2020-ci il tarixli protokol və foto şəkillərdən aydın olur ki, Tofaş Doğan markalı nəqliyyat vasitəsini idarə edən Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanmış, sürücü bildirmişdir ki, 4 nəfər sərnişinlə birlikdə nəqliyyat vasitəsini Suraxanı-Hövsan yolu ilə Hövsan istiqamətində saatda 70 km sürətlə idarə edərək Bahar qəsəbəsinin yol ayrıcına yaxınlaşdıqda sağ tərəfdən Opel Astra markalı nəqliyyat vasitəsi dayanmadan yola çıxmış, həmin avtomobili toqquşma yerinə 15 metr qalmış görmüş, hadisənin qarşısını almaq məqsədilə əyləci sıxıb sükanı sola istiqamətləndirsə də, digər sürücü də sola doğru istiqamətlənmiş, nəticədə nəqliyyat vasitələri toqquşmuşdur. Məhkəmədə tədqiq olunan “İfadənin yerində yoxlanması haqqında” 27.02.2021-ci il tarixli protokol və foto şəkillərdən aydın olur ki, məhkəmədə verilmiş vəsatətə əsasən hər iki sürücü-təqsirləndirilən Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs4 iştirakları ilə ifadələri hadisə yerində yoxlanmışdır. Aydın olmuşdur ki, Təqsirləndirilən şəxs hadisə yerində göstərərək bildirmişdir ki, Tofaş Doğan markalı ** VO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 4 nəfər sərnişinlə saatda 70 km sürətlə Suraxanı- Hövsan yolu ilə idarə edərkən həmin yola birləşən Bahar qəsəbəs istiqamətindən Opel Astra markalı maşının dayanmadan yola daxil olmasını 30-40 metrlik məsafədən görmüş, toqquşma baş verməməsi üçün idarə etdiyi nəqliyyat vasitəsini sola istiqamətləndirmiş, lakin nəqliyyat vasitələri toqquşmuşlar. Zərərçəkmiş şəxs4 da hadisə yerində göstərərək bildirmişdir ki, idarə etdiyi Opel Astra markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bahar qəsəbəsindən saatda 20 km sürətlə gələrək Suraxanı-Hövsan yoluna daxil olmaq istəyərkən soldan nəqliyyat vasitələrinin gəldiyini görərək sürəti saatda 5 km endirmiş, birinci avtomobili buraxmış, ardınca gələn avtomobilin uzaqda təxminən 100 metrlik məsafədə olmasını düşünərək yola daxil olub sola dönmüş, öz hərəkət zolağına daxil olduqdan sonra soldan gələn nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Məhkəmədə tədqiq olunan “Məhkəmə tibbi ekspertizasının” 13.03.2020-ci il tarixli, 137 saylı rəyi ilə Zərərçəkmiş şəxs2 bədənində-alının əzilmiş yarasının olması, həmin xəsarətlərin 12.02.2020-ci il tarixdə baş vermiş yol-nəqliyaat hadisəsi zamanı əmələ gəlməsi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilməsi, 11.04.2020-ci il tarixli 228 saylı rəylə Zərərçəkmiş şəxs3 Əli qızının bədən səthində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin və sağ diz oynağının əziyinin bərk küt əşyanın təsirindən törənməsi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilməsi, 11.04.2020-ci il tarixli 229 saylı rəylə Zərərçəkmiş şəxs4 bədənində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin əziyi, sağ diz oynağının əziyi, hemartozunun bərk küt əşyanın təsirindən törənməsi, 12.02.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilməsi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edildiyi, 18.04.2020-ci il tarixli 327 saylı rəylə Zərərçəkmiş şəxs6 oğlunun bədən səthində aşkar edilmiş xəsarətlər-sol bazu sümüyünün qapalı, qəlpəli, yerdəyişən sınığının küt əşyanın təsirindən, 12.02.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilməsi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edildiyi, 15.06.2020-ci il tarixli 498 saylı rəylə Zərərçəkmiş şəxs5 Aslan oğlunun bədən səthində baş beyin silkələnməsi, sol tərəfli pnevmotoraks ilə müşayiət olunan döş qəfəsinin küt travması, mədəaltı vəzin əzilməsi və petroperitonaql hematoma ilə müşayiət olunan qarının küt travması, sağ dirsək sümüyünün orta üçdə birinin qapalı, yerdəyişən sınığı, sağ bud sümüyünün orta üçdə birinin açıq yerdəyişən ikili sınığının bərk küt əşyanın təsirindən törədilməsi, qərarda göstərilən müddətdə və şəraitdə əmələ gəlmısi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edildiyi, 30.06.2020-ci il tarixli 558 saylı rəylə Zərərçəkmiş şəxs7 bədən səthində alının əzilmiş yaraları, sağ bazu sümüyünün böyük qabarının qopması ilə müşayiət olunan travmatik çıxığının bərk küt əşyanın təsirindən törənməsi, qərarda göstərilən müddət və şəraitdə əmələ gəlməsi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edildiyi, 24.02.2020-ci il tarixli, 162 saylı rəyi ilə sürücü Təqsirləndirilən şəxs bədənində təpə və alın nahiyələrinin sıyrıqları xəsarətlərinin olması, həmin xəsarətlərin 12.02.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsinin təyin olunmaması müəyyən olunmuşdur. Məhkəmədə tədqiq olunan “Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının” 29.03.2020-ci il tarixli 5355 saylı, “Təkrar komisyon məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının” 13.07.2020-ci il tarixli 8/886 saylı rəylərində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş materiallara əsasən Tofaş Doğan markalı , ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilin sütücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Yəni sürücü Təqsirləndirilən şəxs eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayrıcına yaxınlaşdıqda, həmin yolda heç bir üstünlük yol nişanının olmamasını nəzərə almalı və həmin yola sağ tərəfdən birləşən yolda hərəkət edən avtomobilin hərəkətinə üstünlük verərək onun təhlükəsiz keçib getməsini təmin etməli, hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olduqdan sonra hərəkətini davam etdirməli idi. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 70 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikaı Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə baxışı zamanı təyin olunmuş “Komisyon Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının” 05.05.2021-ci il tarixli 8/838 saylı rəyində göstərilmişdir ki, Suraxanı-Hövsan yolu ilə Bahar qəsəbəsindən gələn yolayrıcı eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcı deyil, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcıdır. Cinayət işində olan məktublardan aydın olur ki, Suraxanı-Hövsan avtomobil yolunun Bahar qəsəbəsi ilə kəsişdiyi yolayrıcı nizamlanmayandır və həmin yolayrıcıda hər hansı bir üstünlük nişanı yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 9-cu bəndinin tələblərinə əsasən baş yol-kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onun əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir). Ona görə də yolların kəsişdiyi yolayrıcında üstünlük yol nişanlarının olmaması və hər iki yolun asfalt örtüklü olması onu izah edir ki, həmin yolayrıcı baş yol ilə ikinci dərəcəli yolun kəsişdiyi, yəni eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcı deyil, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcıdır. Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında Opel-Astra markalı avtomobilin Tofaş Doğan markalı avtomobilə nəzərən sağ tərəfdən yol ayrıcına daxil olduğundan qeyd olunan vəziyyətdə Opel Astra markalı avtomobil Tofaş Doğan markalı avtomobilə nəzərən hərəkət üstünlüyünə malik olmuşdur. Göstərilən vəziyyətdə Tofaş Doğan markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi Opel Astra markalı avtomobilin ona nəzərən yolayrıcına sağ tərəfdən daxil olmasını nəzərə alaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Ona görə də mövcud vəziyyətdə sürücü Təqsirləndirilən şəxs eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcına yaxınlaşarkən sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi Opel Astra markalı avtomobilin sağ tərəfdən yolayrıcına yaxınlaşmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi Tofaş Doğan markalı avtomobilin sürətini azaltmalı, avtomobili yolayrıcına daxil etmədən dayandırılmasını təmin etməli və sağ tərəfdən yolayrıcına daxil olan sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi Opel Astra markalı avtomobilə yol verməli idi. Lakin sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Tofaş Doğan markalı avtomobili Hövsan-Suraxanı yolu ilə Hövsan istiqamətində hərəkət üstünlüyünü verən müvafiq yol nişanı olmadığına görə onun üçün eyni əhəmiyyətli yolayrıcında sağdan yol ayrıcına daxil olan sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi Opel Astra markalı avtomobilə yol vermədən daxil etməsi və yolayrıcında nəqliyyat vasitələri arasında toqquşmanın baş verməsi faktları onu izah edir ki, göstərilən vəziyyətdə Tofaş Doğan markalı avtomobilin sürücüsü Ramil Nağıyevin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinəı uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X28 avtomobili yaşayış məntəqəsində 70 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə tədqiq olunan “Məhkəmə əmtəəşünaslıq ekspertizasının” 20 sentyabr 2021-ci il tarixli 9/4310 saylı rəyindən aydın olur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Opel Astra markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2970 manat maddi zərər dəymişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhər Baş Polis İdarəsi X34 İdarəsinin 21.05.2020-ci il tarixli 046-21533-1220 saylı məktubunda göstərilmişdir ki, 14.05.2020-ci il tarixdə müayinə edilərkən Bahar qəsəbəsinin daxili yolu ilə Suraxanı-Hövsan yolunun kəsişməsində hər hansı bir üstünlük nişanının olmaması müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi 29.10.2020-ci il tarixli 3/01-7634 saylı məktubda göstərilmişdir ki, Suraxanı-Hövsan yolunda sözügedən yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə mütəxəssislər tərəfindən baxış keçirilmiş, Suraxanı-Hövsan yolu baş yol, Bahar qəsəbəsindən Suraxanı-Hövsan avtomobil yoluna çıxan yol ikinci dərəcəli yol hesab olunur. Suraxanı-Hövsan yolunda asfalt-beton örtüyünün eni 6 metr, Baharlı qəsəbəsindən çıxan yolun eni 5 metrdir. Məhkəmədə tədqiq olunan Bakı Nəqliyyat Agentliyinin 30.06.2021-ci il tarixli 08- 1104/00701 saylı məktubunda göstərilmişdir ki, Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunan əraziyə baxış keçirilmiş və ərazidə hər hansı bir üstünlük yol nişanı aşkar edilməmişdir. Sözügedən yol sahəsində hazırda aidiyyəti qurum tərəfindən təmir-tikinti işləri aparılır. Yol tikinti işləri yekunlaşdıqdan sonra həmin ərazidə mütəxəssislər tərəfindən hazırlanmış təklifə əsasən yol nişanlarının quraşdırılması nəzərdə tutulur. “Yol hərəkəti haqqında Qanunun” 77-ci maddəsinin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yol ayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yol ayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir. Azərbaycan Respublikası DİN Baş X34 İdarəsinin 20.11.2020-ci il tarixli 016- 107001-122-0 saylı və Bakı şəhər Baş Polis İdarəsi X35 İdarəsinin 27.11.2020-ci il tarixli 046-52849 saylı məktublarında göstərilir ki, Suraxanı-Hövsan yolunun Baharlı qəsəbəsinə ayrılan yol ayrıcında hər hansı üstünlük nişanı olmadığından nizamlanmayan yol ayrıcı hesab olunur, keçid növbəliliyi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Bakl şəhər Baş Polis İdarəsi X34 İdarəsinin 07.05.2021-ci il tarixli 046-22056 saylı məktubundan aydın olur ki, Suraxanı-Hövsan yolunu birləşdirən yol sahəsinin hər hansı bir hissəsində 21.1 “Baş yol” yol nişanı yoxdur. Yol nişanları ilə üstünlük müəyyən edilməyən yolayrıcında sürücülər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinə əsasən hərəkət etməlidirlər. Məhkəmədə tədqiq olunan “Qrand” Avtoservizin verdiyi 24.03.2020-ci il tarixli 284 saylı arayışı və arayışa əlavədən aydın olur ki, hadisə nəticəsində Opel-Astra markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cəmi 2890 manat zərər dəymişdir. Məhkəmədə tədqiq olunan cinayət işindəki nəqliyyat vasitəsinin AB N 914379 saylı qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətindən aydın olur ki, Tofaş Doğan markalı ** VO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X13 məxsusdur, 23.06.2020ci ilədək qüvvədə olan ƏN-Vİ 979330 saylı etibarnamə əsasında səlahiyyətlər Təqsirləndirilən şəxs verilmişdir. Məhkəmədə tədqiq olunan AE 421545 saylı sürücülük vəsiqəsinin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs, 08.09.2025-ci il tarixədək etibarlı olan “BC” kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 10.03.2020-ci il tarixli 016-23180-1220 saylı məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs 08.09.2015-ci il tarixdə 08.09.2025-ci il tarixədək etibarlı olan AE 421545 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, o sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Zərərçəkmiş şəxs4 sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işində olan AB N 116086 saylı qeydiyyat şəhadətnaməsinin və 25.10.2013-cü il tarixli ƏN İV 948793 saylı etibarnamənin surətindən aydın olur ki, Opel Astra markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X8 məxsusdur, 07.07.2020-ci ilədək qüvvədə olan etibarnamə əsasında nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı səlahiyyətlər X19 verilmişdir. Cinayət işində olan “Sübutların qiymətləndirilməsi haqqında” olan 29.07.2020-ci il tarixli qərarın 5-ci bəndi, “Cinayət işlinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” olan 29.07.2020-ci il tarixli qərardan aydın olur ki, Opel Astra markalı nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs4 barəsində Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Suraxanı Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli 1(010)-32/2021 saylı hökmünün surətindən aydın olur ki, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, CM-nin 79-cu maddəsi tətbiq edilərək, himayəsində olan xx.xx.2009-cu ildə anadan olmuş qızı Zərərçəkmiş şəxs3 on dörd yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1009/2021 saylı 15.07.2021-ci il tarixli hökmündən görünür ki, apelyasiya protesti təmin edilmiş, apelyasiya şikayəti qismən təmin edilmiş, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası 263-1.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli hökmü Zərərçəkmiş şəxs4 qarşı irəli sürülmüş ittihamdan onun hadisə vaxtı Opel Astra minik markalı 90BB721 dövlət qeydiyyat nişanlı avtomobili 70 km/s sürətlə idarə etməsinə, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yol-nəqliyyat qəzası nəticəsində sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilən xəsarətlər yetirilməsinə, həmçinin yol-nəqliyyat qəzası nəticəsində Opel Astra minik markalı 90BB721 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 4.000 manat miqdarında maddi ziyan vurulmasına dair bəndlərin xaric edilməsi hissəsi ləğv edilmiş, həmin müddəalar daxil edilməklə, Zərərçəkmiş şəxs4 ona elan edilmiş ittiham üzrə tam həcmdə təqsirli bilinmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İstər ibtidai istintaq və istərsə də məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ifadələrində özünü təqsirli bilməyərək, göstərmişdir ki, nəqliyyat vasitəsini baş yolla hərəkət etdirmiş, ikinci dərəcəli yoldan çıxaraq baş yola daxil olan Zəminə Quliyevə onun keçməsini gözləmədən baş yola daxil olduğundan nəqliyyat vasitələri toqquşmuş və sərnişinlər xəsarət almışdır. Onun baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Lakin məhkəmə baxışı zamanı tədqiq olunan “hadisə yerinə baxış protokolundan”, “Yol nəqliyyat hadisələri üzrə ekspertizaların” rəylərindən, DAM-dən alınmış arayışlardan aydın olmuşdur ki, yol nəqliyyat hadisəsi baş vermiş ərazidə, ümumiyyətlə Suraxanı-Hövsan yolunda Suraxanı-Hövsan yolunu birləşdirən yol sahəsinin hər hansı bir hissəsində 21.1 “Baş yol” yol nişanı yoxdur. Yol nişanları ilə üstünlük müəyyən edilməyən yolayrıcında sürücülər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinə əsasən hərəkət etməlidirlər. Məhkəmə hesab edir ki, sürücülər hərəkətdə olarkən öz hərəkətlərini yollarda quraşdırılmış “Yol hərəkəti haqqında Qanunda” nəzərdə tutulmuş yol nişanlarına uyğun qurmalıdırlar. Yollarda hərəkəti tənzimləyən yol nişanları quraşdırılmamışsa və ya hər hansı səbəbdən yol nişanı götürülmüşsə bu halda sürücülər “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq hərəkət etməlidirlər. Mövcud vəziyyətdə sürücü Təqsirləndirilən şəxs eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcına yaxınlaşarkən sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi Opel Astra markalı avtomobilin sağ tərəfdən yolayrıcına yaxınlaşmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi Tofaş Doğan markalı avtomobilin sürətini azaltmalı, avtomobili yolayrıcına daxil etmədən dayandırılmasını təmin etməli və sağ tərəfdən yolayrıcına daxil olan sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi Opel Astra markalı avtomobilə yol verməli idi. Lakin sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Tofaş Doğan markalı avtomobili Hövsan-Suraxanı yolu ilə Hövsan istiqamətində hərəkət üstünlüyünü verən müvafiq yol nişanı olmadığına görə onun üçün eyni əhəmiyyətli yolayrıcında sağdan yol ayrıcına daxil olan sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi Opel Astra markalı avtomobilə yol vermədən daxil etməsi və yolayrıcında nəqliyyat vasitələri arasında toqquşmanın baş verməsi faktları onu izah edir ki, göstərilən vəziyyətdə Tofaş Doğan markalı avtomobilin sürücüsü Ramil Nağıyevin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinəı uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə də məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyindən, o, həmin maddə ilə təqsirli bilinməlidir. Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməli 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının təsiri altına düşür. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs oğluna aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 44.2. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona cəza təyin edilməli, CPM-nin 44.2.2-ci maddəsinə əsasən o, təyin edilmiş cəzadan azad edilməlidir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən hadisələrin təsadüfü axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmişlərdən Serqey Ustimovla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin olunmalı, CPM-nin 44.2.2-ci maddəsinə əsasən təyin edilmiş cəzadan azad edilməlidir. Məhkəmə baxışında mülki iddialara da baxılmış və aydın olmuşdur ki, zərərçəkmiş ƏlZərərçəkmiş şəxs1 məhkəməyə iddia ərizəsi təqdim edərək, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Opel Astra markalı ** BB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 5000 manat, maşının dayanacaqda saxlanmasına görə 193 manat, təkərlərin yararsız hala düşməsinə görə 340 manat, akkumulyatorun sıradan çıxmasına görə 90 manat, ötən müddət maşından istifadə edə bilmədiyinə görə 1200 manat, Bakıya gəlib getdiyinə görə 495 manat, mənəvi zərərə görə 5000 manat və dövlət rüsumu olan 30 manatın- ümumilikdə 12.348 manatın təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, Zərərçəkmiş şəxs5 iddia ərizəsi ilə müraciət edərək, xəsarət aldığına görə 2750 manat xəstəxana xərcinin, 1250 manat əlavə xərcin, 4200 manat əldən çıxmış faydanın, 30 manat dövlət rüsumunun cəmi 8230 manatın Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, Məmmədov İntiqam İltifat oğlu iddia ərizəsi ilə müraciət edərək, xəsarət aldığına görə 1530 manat xəstəxana xərci, 350 manat əlavə xərcin, 900 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumununcəmi 2.810 manatın Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, Zərərçəkmiş şəxs4 və azyaşlı zərərçəkmiş Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi X20 iddia ərizəsi ilə müraciət edərək, Zərərçəkmiş şəxs4 vurulan maddi zərərə görə 5.000 manat, mənəvi zərərə görə 10.000 manat, Zərərçəkmiş şəxs3 vurulan maddi zərərə görə 3.000 manat, mənəvi zərərə görə 10.000 manat olmaqla-cəmi 28.000 manatın Təqsirləndirilən şəxs alınaraq onlara ödənilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə, jinayət işi üzrə verilmiş mülki iddiaları təhlil edərək hesab edir ki, iddia tələblərinin bir qismi qismən təmin olunmalı, digərləri isə baxılmamış saxlanılmalıdırlar. Məhkəmə bu nətijəyə gələrkən, ilk növbədə, jinayət mühakimə ijraatı zamanı verilən mülki iddianın ümumi şərtlərini və prinsiplərini təhlil etmişdir. Ədalət mühakiməsinin effektivliyi cinayət əməli ilə zərər vurulmuş şəxsin cinayət məhkəmə icraatında cinayət işlərinin araşdırılması zamanı ona vurulan zərərin ödənilməsi hüququnun prosessual mexanizminin effektivliyi ilə müəyyən olunur. Mülki iddianın və cinayət işinin birgə araşdırılması imkanı cinayət-prosessual qanunu ilə müəyyən olunub, həmçinin cinayətlə maddi və mənəvi zərər vurulduğu halda, şəxsin həm cinayət, həm də mülki-hüquqi məsuliyyətə cəlb olunmasının əsasını təşkil edən vahid hüquqi faktın mövcudluğu ilə əlaqədardır. Bir tərəfdən, cinayət prosesində mülki iddia – cinayət məhkəmə icraatı sahəsində cinayətin əmlak nəticələri ilə əlaqədar ictimai münasibətləri tənzimləyən normalar məcmusundan və cinayət və mülki proseslərdə maddi mülki-hüquqi münasibətlərin birliyi səbəbindən mülki-prosessual tənzimləmə metodlarının elementlərindən ibarət kompleks cinayət-prosessual hüquqi institutdur. Digər tərəfdən – bu cinayət işi üzrə icraat zamanı vətəndaşın və ya hüquqi şəxsin təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşıyan şəxslərə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair bəyan etdiyi tələbdir. Mülki iddia vətəndaşların subyektiv hüquqlarının müdafiəsinin ən mühüm üsullarından biri kimi, mülki və cinayət prosesləri üçün vahid hüquqi anlayışdır. Bu nəticə cinayət işində mülki iddiaya baxılmasının cinayət məhkəmə icraatının spesifikasından irəli gələn mövcud xüsusiyyətlərini sarsıtmır. Eyni zamanda, həm mülki, həm də cinayət mühakimə icraatında mülki iddia tərəflərin prosessual təminatlarının təmin olunması və mülki hüquqla bağlı mübahisənin baxılmasının xüsusi prosessual forması ilə xarakterizə olunur. Mülki prosesdə iddianın verilməsi hüququnun həyata keçirilməsini mümkün edən əsas şərtlər aşağıdakılar: işin məhkəməyə aidiyyəti; iddiaçın fəaliyyət qabiliyyətli olması; işin aparılması üçün nümayəndənin lazımi qaydada rəsmiləşdirilmiş səlahiyyətləri; ərizənin forma və məzmununun qanunu tələblərinə uyğun olması; ərizənin dövlət rüsumu ilə ödənilməsi. Jinayət prosesində mülki iddianın verilməsinin əsasları isə aşağıdakılardır: cinayətin törədilməsi; iddiaçının maddi və mənəvi zərərə məruz qalması; cinayət əməli ilə zərər arasında səbəb əlaqənin olması. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özünün sübuta yetirməli və məhkəməyə müvafiq sübutları təqdim etməli olduğu mülki prosesdən fərqli olaraq (AR MPM-in 77-ji maddəsi), cinayət prosesində mülki iddianın sübuta yetirilməsi cinayət prosesini həyata keçirən dövlət orqanlarının və vəzifəli şəxslərin vəzifəsidir. Mülki prosesdə iddiaçının iddiadan imtina etməsi və ya tərəflər arasında barışıq sazişinin bağlanması iş üzrə icraata xitam verilməsinə gətirib çıxarır. Cinayət prosesində iddiaçının iddiadan imtina etməsi və onun cavabdehlə barışıq sazişi bağlaması, bir qayda olaraq vəzifəli şəxsləri ödənilməli olan zərərin əsaslarını, xarakterini və məbləğini sübuta yetirməkdən azad etmir. Mülki iddianın mahiyyəti üzrə həll olunması və bu mənada qəti qərarın qəbul edilməsi hökmdə öz əksini tapmalıdır. Məhkəmə yalnız hökmdə iş üzrə verilmiş mülki iddianı tam və ya qismən təmin edə bilər, onu rədd edə bilər, yaxud da baxılmamış saxlaya bilər. İddia üzrə qərar hökmə üzvi surətdə daxil olur və hökmün müttəhimin təqsirliliyi məsələsi üzrə məhkəmənin qərarı ilə ayrılmaz surətdə bağlı zəruri elementinə çevrilir. İddianı, bəzən təcrübədə edildiyi kimi, məhkəmənin əlavə qərardadı ilə həll etmək yolverilməzdir. Məhkəmə iddianın əsasının olub-olmamasına dair müəyyən nəticə çıxarmalıdır. Bu, cinayət ittihamı üçün əsas olan hüquqi faktların köməyi ilə müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən əməlin həqiqətən törədildiyi və cinayət tərkibli olduğu, sonunjunun isə təqsirli olduğu qənaətinə gəldikdə o, iddianın əsasına və məbləğinə aid aşağıdakı məsələlərin həllinə keçə bilər:
1. zərərçəkmişə zərər vurulmuşdurmu və bu zərər cinayət işi üzrə araşdırmanın predmetini təşkil edirmi;
2. bu zərər nəticə etibarilə ödəniləndirmi;
3. vurulmuş zərərin məbləği nə qədərdir, hansı hədlərdə və hansı üsulla ödənilməlidir;
4. zərərin ödənilməsinə görə kim məsuliyyət daşımalıdır və hansı qaydada. Sadalanan sualları müzakirə etdikdən sonra məhkəmə aşağıdakı qərarlardan birini qəbul edir: a) mülki iddianı tam və ya qismən təmin edir; b) onu rədd edir; j) mülki iddiaçının iddianın təmin edilməsi hüququnu tanıyır və onun məbləğləri məsələsini mülki məhkəmə icraatı qaydasında baxılmağa verir; d) mülki iddianı baxılmadan saxlayır. İddianın təmin edilməsi haqqında qərar yalnız təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirli bilindikdə, yəni ittiham hökmü çıxarıldıqda qəbul edilə bilər. Bu zaman, hansı ittiham hökmünün çıxarılması mühüm deyil – cəza təyin edilməklə, cəza təyin edilməməklə və ya müttəhimi ona verilmiş cəzadan azad etməklə. Həmçinin, zərərçəkmişə (mülki iddiaçıya) zərərin vurulub-vurulmaması, zərərin maddi zərər olubolmaması və müttəhimin təqsirli bilindiyi cinayətlə səbəb əlaqəsində olub-olmadığı suallarına müsbət cavab verilməlidir. Zərər mövcuddursa və maddi zərərdirsə və müttəhimin hərəkətləri nəticəsində vurulubsa, lakin bu hərəkətlər qeyri-cinayət hərəkəti sayılırsa, iddianın təmin edilməsi üçün şərtlərdən biri mövcud olmur. Zərər mövcuddursa və maddi zərərdirsə, lakin müttəhimin törədilməsində təqsirli bilindiyi cinayətlə deyil, başqa cinayətlə vurulan zərərdirsə, yenə də cinayət prosesində iddianın təmini üçün əsas yoxdur, belə ki, zərərlə cinayət arasında qanun tələb etdiyi səbəbli əlaqə yoxdur. Jinayət prosessual qanunverijiliyin tələblərinə əsasən iddianın əsaslarının sübuta yetirilməsindən asılı olaraq, ittiham hökmü çıxarılarkən həm iddianın təmin edilməsi, həm də rədd edilməsi mümkündür. İddianın əsasını qeyd etməklə yanaşı prosessual qanunverijilik, həmçinin iddianın məbləğinin iddianın təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmə qərarına təsir edə biləcəyini xatırladır. İddianın əsası sübuta yetirilmədikdə, onun qismən də olsa təmin edilməsi mümkün deyil. Bu halda iddia tamamilə rədd edilməlidir. Lakin iddianın əsasını təşkil edən faktlar müəyyən edilərsə, iddianın məbləği artırılmış olduğu mülahizəsi ilə onu rədd etmək olmaz. Belə olan halda iddia ən azı qismən təmin edilməlidir. Bu halda iddianın tam təmin edilməsi üçün əsasın olmadığına görə deyil, onun məbləği təsdiq olunmadığına görə qismən təmin edilməlidir. Bəraət hökmü çıxararkən, məhkəmə: a) cinayət hadisəsi müəyyən edilmədikdə və ya müttəhimin cinayətin törədilməsində iştirakı sübuta yetirilmədikdə, mülki iddianı rədd edir; b) cinayət tərkibinin olmadığına görə müttəhimə bəraət verildikdə, iddianı baxılmadan saxlayır. Cinayət hadisəsinin müəyyən edilməməsi zərər vurmuş hərəkətlərin törədilməsi faktının təsdiq edilmədiyini göstərir. Təqsirləndirilən şəxsin cinayətin törədilməsində iştirakının sübuta yetirilməməsi iddia üçün əsasın olmadığını təsdiq etmir, yalnız həmin təqsirləndirilən şəxsin cinayət əməlinə aidiyyəti olmadığını müəyyən edir və iddianın lazımi cavabdehə qarşı irəli sürülmədiyini göstərir. Cinayət tərkibinin olmadığına görə bəraət o deməkdir ki, iddiaçının ona vurulmuş ziyanla əlaqələndirdiyi hərəkətlər həqiqətən törədilib və onun tərəfindən ya bilmədən, ya da əməlin ictimai təhlükəliliyini istisna edən hallarda törədilib. Qeyd edilən əsasla bəraət prinsip etibarilə bəraət verilən şəxsin zərərə görə mülki məhkəmə icraatı qaydasında məsuliyyətini istisna etmir, lakin iddianın cinayət prosesində təmin olunması ehtimalını istisna edir, belə ki, cinayət prosesində belə təmin etmənin vacib şərti zərərin cinayətlə vurulmasıdır. Belə hallarda iddia baxılmadan saxlanılır. İddianın baxılmadan saxlanılması iddiaçıya bəraət verilən şəxsə qarşı iddia verməyə (mülki məhkəmə icraatı qaydasında) və bu zaman ittihamın məzmununu təşkil edən faktlara istinad etməyə mane olmur. Cinayət prosesində mülki iddianın predmeti maddi, yəni pulla ifadə oluna bilən ziyanın ödənilməsi haqqında tələbdir. Cinayət nəticəsində vurulan maddi ziyanın ödənilməsi haqqında tələb iş üzrə icraat prosesində təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin və ya anlaqsız şəxsin hərəkətlərinə görə qanunla maddi məsuliyyət daşıyan digər şəxsə (fiziki, hüquqi) qarşı irəli sürülə bilər. Lakin cinayət işində mülki iddianın qaldırılması imkanı sonsuz deyil. Belə iddia təkcə bir şəxsin başqa şəxsə ziyan vurduğuna görə deyil, həm də bu şəxs tərəfindən (ziyan vuranın) bilavasitə ziyanın vurulmasına səbəb olan və istintaqın və (və ya) məhkəmə baxışının predmeti olan cinayətin törədilməsində təqsirləndirildiyinə görə irəli sürülə bilər. Əgər cinayətin törədilməsində təqsirləndirilən şəxs həqiqətən ziyan vurubsa, lakin həmin ziyan araşdırılan və məhkəmə tərəfindən baxılan cinayət işinin predmeti olan cinayətlə vurulmayıbsa, o zaman bu cinayət işi çərçivəsində ona qarşı iddia irəli sürülə bilməz. Cinayət-prosessual qanunu cinayət prosesində mülki iddianın qaldırılmasının mümkünlüyünü qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməsindən asılı olmayaraq, cinayətlə əlaqələndirir. Cinayət Məcəlləsi ilə qadağan olunmuş əməlin lazımi müdafiə və ya son zərurət vəziyyətində törədilməsi zamanı şəxs cinayət məsuliyyəti daşımır, belə ki, bu cür əməllər cinayət sayılmır. Lakin bu hallarda mülki-hüquqi məsuliyyət müxtəlif cür həll olunur. Zəruri müdafiə hədləri aşılmadığı hallarda vurulmuş ziyan ödənilmir. Bu, o deməkdir ki, zəruri müdafiə vəziyyətində hərəkət edən şəxs barəsində bəraət hökmü çıxarıldıqda, məhkəmə mülki iddianı təmin etməməlidir. Əgər ziyan son zərurət vəziyyətində vurulubsa, o zaman onu vuran şəxs tərəfindən vurulmuş ziyan ümumi qaydaya əsasən ödənilməlidir. Məhkəmə belə ziyanın vurulduğu halları nəzərə almaqla, onu ödənilməsi üzrə məsuliyyəti üçüncü şəxsin (ziyan vuran onun maraqları naminə hərəkət etdikdə) üzərinə qoya, yaxud həm bu üçüncü şəxsi, həm də ziyan vuranı bu ziyanın ödənilməsindən tam və ya qismən azad edə bilər. Deməli, Cinayət Məcəlləsi ilə qadağan edilən əməli son zərurət vəziyyətində törətmiş şəxs barəsində bəraət hökmü çıxararkən, mülki iddia baxılmadan saxlanılmalıdır. Məhkəmə iclasında cinayət işinə xitam verilməsi zamanı, məhkəmə iddianı baxılmadan saxlamalıdır, belə ki, o, yalnız hökmdə həll oluna bilər. Cinayət Məcəlləsinin qadağan etdiyi əməlin anlaqsız şəxs tərəfindən törədilməsi nəticəsində ziyan vurulduğu halda, iddia baxılmadan saxlanılmalıdır. Belə ki, qanun öz hərəkətlərinə görə cavab verə bilməyən və ya hərəkətlərini idarə edə bilməyən şəxsin üzərinə hüquqi məsuliyyətin qoyulmasına yol vermir. Lakin qanun bu ümumi qaydadan bəzi istisnalar da edir: 1) əgər ziyan vuran spirtli içkilər, narkotik vasitələr qəbul etməklə və ya digər üsulla özü-özünü hərəkətlərini dərk etməyəcək və ya onları idarə edə bilməyəcək hala gətirdiyi hallarda, o, məsuliyyətdən azad edilmir. Bu halda ziyan vuranın məsuliyyətindən danışmaq olar, belə ki, onun təqsiri özünü anlaqsız vəziyyətə gətirməsində görülür; 2) zərərçəkmişin həyat və sağlamlığına vurulmuş ziyanın ödənilməsi öhdəliyinin məhkəmə tərəfindən, zərərçəkmişin və ziyan vuranın maddi vəziyyəti, həmçinin digər hallar nəzərə alınmaqla, ziyan vuranın üzərinə qoyulması. Zərərçəkmişin bu sosial müdafiə tədbiri mahiyyətinə görə, azyaşlı və fəaliyyət qabiliyyəti olmayan şəxslər tərəfindən vurulduğu zaman ziyanın bilavasitə ziyan vuranların üzərinə qoyulmasının mümkünlüyü ilə eynidir; 3) ziyanın vurulması üzrə öhdəlik ziyan vuranın üzərinə deyil, onun həyat yoldaşının və yaxın qohumlarının – valideynlərinin və ya yetkinlik yaşına çatmış övladlarının üzərinə qoyula bilər. Bu, ziyan vuranın psixi pozğunluğu barədə əvvəlcədən məlum olduğu, lakin onun fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınması məsələsi vaxtında qaldırılmadığı hallarda mümkündür. Bu halın baş verməsi üçün yuxarıda qeyd edilən şəxslərin təqsirinin müəyyən edilməsi tələb olunan məsuliyyət kimi tövsif etmək olar. Bu zaman onlar yalnız fəaliyyət qabiliyyətli olmaları və ruhi xəstə ilə birlikdə yaşamaları şərtilə məsuliyyətə cəlb oluna bilərlər. Cinayət əməli törədildiyi anda, qanuna görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmamış şəxs tərəfindən törədildikdə, ziyanın ödənilməsi öhdəliyi valideynlərin, qəyyumların və himayəçilərin öz üzərinə qoyulur. Cinayət işində mülki iddianın irəli sürülməsi üçün ikinci əsas cinayət əməli nətijəsində ziyanın mövjud olmasıdır. Ziyan həm zərərçəkmişin əmlakına (məhvetmə, zədələmə, oğurlama və s.), həm də onun qeyri-maddi nemətlərinə (həyat, sağlamlıq, azadlıq və s.) təsirin nəticəsi ola bilər. Sonuncular həmişə pulla ifadə olunmur. Cinayətin nəticələrini ölçmək, müəyyən vahidlə qiymətləndirmək mümkün olduqda, onlar maddi ziyanı təşkil edir. Cinayətin nəticələrinin iqtisadi mahiyyəti və dəyər forması olmadıqda, onlar qeyri-maddi ziyan hesab olunur, bunlara mənəvi ziyan aiddir. Cinayət prosesində mülki iddiaya baxıldığı zaman vurulmuş ziyanın məbləği də əhəmiyyət kəsb edir. O, həm də törədilən əməlin ictimai təhlükəlilik dərəcəsinin qiymətləndirilməsinə təsir edir, bir sıra hallarda isə cinayətin tövsifini də müəyyən edir. Ziyanın məbləği nəzərə alınmaqla, iddiaçı iddianın qiymətini göstərir, məhkəmə isə ödənişin məbləğini müəyyən edir. Vətəndaşların və ya təşkilatların əmlakına jinayət əməli nətijəsində ziyan vurulduğu halda, bütün hallarda ziyanın məbləği məhkəmə qərarı çıxarıldığı an həmin ərazidə qüvvədə olan qiymətlərlə hesablanır. Cinayət prosesində mülki iddiaya baxılmasının zəruri əsaslarından biri cinayətlə vurulmuş ziyan arasında səbəbli əlaqənin olmasıdır. Ziyan vuranın davranışı ziyanlı nəticənin baş verməsi ehtimalını həqiqətə çevirdiyi, yaxud istənilən halda onun baş verməsinin konkret ehtimalını şərtləndirdiyi hallarda səbəb əlaqəsi hüquqi əhəmiyyətli hesab oluna bilər. Ziyan vuranın davranışı ziyanın vurulmasının yalnız mücərrəd ehtimalını şərtləndirdiyi hallarda, ziyan vuranın davranışı ilə ziyan arasında hüquqi əhəmiyyətli səbəb əlaqəsi olmur. Hüquqi əhəmiyyətli səbəb əlaqəsi adətən zəruri, hüquqi baxımdan isə təsadüfi adlanır. Cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən birinin hərəkəti (hərəkətsizliyi) digər şəxs tərəfindən cinayətin törədilməsini yüngülləşdirirsə (şərtləndirirsə), lakin bu cinayətin səbəbi deyil, onun törədilməsinə səbəb olan haldırsa, o zaman ziyanın birgə vurulması əlamətləri olmur. Belə hallarda ziyanın vurulmasına görə məsuliyyəti onu bilavasitə vuran şəxs daşıyır. X6 iddialarını məhkəmədə onların qanuni nümayəndələri irəli sürməli və dəstəkləməlidir. İddiaçı hüquqi şəxs olduqda, iddianın cinayət prosesində baxılması mülki cavabdehin kim olmasından asılıdır. Cavabdeh də hüquqi şəxs olduqda, o zaman cinayət prosesində iddiaya baxılmır. Ona inzibati-iqtisad məhkəməsində baxılmalıdır. Cinayət prosesində mülki iddia üzrə icraat prosessual fəaliyyətin bir-birinə qarşı duran subyektlərinin – iddiaçı və cavabdehin olmasını nəzərdə tutur. Onlardan birincisi mülki iddianın dəstəklənməsi funksiyasını, ikincisi isə əks funksiyanı həyata keçirir, onu mübahisələndirir, onun təmin olunmasına etiraz edir. Bu şəxslər mülki iddia üzrə icraat çərçivəsində mərkəzi yer tutur. Onların bu işdə bilavasitə iştirakı mülki iddiaya aid halların tam, obyektiv və hərtərəfli baxılmasının, onun mahiyyəti üzrə düzgün baxılmasının təminatıdır. Cinayət-prosessual qanunverijiliyinə əsasən cinayət prosesində mülki iddiaçı cinayət əməli nətijəsində maddi zərər çəkmiş fiziki və ya hüquqi şəxs ola bilər. “Mülki iddiaçı” və “zərərçəkmiş” anlayışları eyni mənalı anlayışlar deyildirlər. Cinayət-X5 Məcəlləsindən fərqli olaraq, zərərçəkmiş anlayışı dar mənada istifadə olunur. Cinayət hüququnda cinayətlə bu və ya digər ziyan vurulmuş hər hansı şəxs (o cümlədən də hüquqi şəxs) zərərçəkmiş hesab olunur. Bu mənada mülki iddiaçı hər zaman cinayət əməli nətijəsində zərərçəkmişdir. Cinayət prosesində zərərçəkmiş anlayışı prosesin iştirakçısı mənasında istifadə olunur. Burada zərərçəkmiş – cinayətlə mənəvi, fiziki və ya əmlak ziyanı vurulmuş vətəndaşdır. Ümumi qaydaya görə, vətəndaşın şəxsiyyətinə və ya əmlakına vurulmuş ziyan, həmçinin hüquqi şəxsə vurulmuş ziyan həmin ziyanı vurmuş şəxs tərəfindən ödənilməlidir. Şəxs tərəfindən cinayətin törədilməsi faktı bu şəxsin cinayət məsuliyyəti üçün, cinayətlə maddi ziyanın vurulması faktı isə – onun mülki məsuliyyəti üçün əsasdır. Beləliklə, bir şəxsdə həm iş üzrə təqsirləndirilən şəxs, həm də mülki iddia üzrə cavabdeh birləşir (təqsirləndirilən şəxs – cavabdeh). Lakin bir sıra hallarda qanun maddi məsuliyyəti təqsirləndirilən şəxsin üzərinə deyil, cinayət prosesində mülki cavabdeh mövqeyində olan üçüncü şəxslərin üzərinə qoyur. Təqsirləndirilən şəxs mülki fəaliyyət qabiliyyətinə malik olmadıqda, mülki cavabdeh qismində valideynlər, qəyyumlar, himayəçilər və digər şəxslər, həmçinin təqsirləndirilən şəxsin cinayətkar əməlləri ilə vurulmuş ziyana görə qanunla maddi məsuliyyət daşıyan idarə, müəssisə və təşkilatlar cəlb oluna bilər. Cinayət işində iddia üzrə mülki cavabdeh, həmçinin aşağıdakı üçünjü şəxslər ola bilərlər : 1) təşkilatlar – əmək (xidməti) vəzifələrinin icrası zamanı işçilərin təqsiri üzündən ziyan vurulduğu halda; 2) müvafiq dövlət orqanları təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin yanlış xidməti hərəkətləri nətijəsində ziyan vurulduğu halda; 3) dövlət idarələri – onların vəzifəli şəxslərinin inzibati idarəetmə sahəsində yanlış xidməti hərəkətləri ilə ziyan vurulduğu halda. Təşkilatın məsuliyyəti qanunla nəzərdə tutulan hər iki hal mövcud olduqda yaranır: ziyan təşkilatın işçisinin üzündən və onun tərəfindən xidmət vəzifələrin icrası zamanı vurulduqda. Bu zaman işçinin təqsiri həm qəsdən, həm də ehtiyatsızlıq üzündən ola bilər və ona həm vəzifə cinayəti, həm də vəzifə cinayətinə aid olmayan, lakin həmin şəxsin xidməti (əmək) sahəsində törədilən cinayət hesab oluna bilər. Beləliklə, jinayət əməli nətijəsində zərərçəkmiş şəxsə zərər vurulduqda, təqsirləndirilən şəxs və cinayət prosesində mülki cavabdeh mövqeyində olan yuxarıda qeyd edilən üçüncü şəxslər də mülki-hüquqi məsuliyyət daşıyırlar. Jinayət prosessual qanunverijiliyinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilərlər. B u k r i t e r i y a l a r a j a v a b v e r m ə y ə n hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. İttiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bundan başqa, məhkəmə nəzərə alır ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda, mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir (JPM-in 179-ju maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməsi hüquqi normalarına müvafiq olaraq qiymət verir. Həmin Məjəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunur. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmanı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, ilk olaraq, idda tələblərində qoyulmuş əldən çıxmış faydanın ödənilməsinə ilə bağlı aşağıdakıları qeyd edir. Zərərin bir forması olan əldən çıxmış fayda zərərçəkmişin hüquqları pozulmayacağı təqdirdə adi mülki dövriyyə şəraitində alacağı ehtimal olunan gəlirdir. Əldən çıxmış faydaya törədilmiş hüquq pozuntusu nəticəsində təqsirkar şəxsin götürdüyü gəlirlər də aid edilir. Əldən çıxmış faydanı tələb etmək hüququ zərər çəkmiş şəxsin əmlak vəziyyətinin bərpasına yönəldilmiş universal mülki-hüquqi məsuliyyət tədbiridir. Nə qanunvericilikdə, nə məhkəmə praktikasında, nə də nəzəriyyədə əldən çıxmış faydanın vahid anlamı mövcud deyildir. Buna əlavə olaraq həm qanunvericilikdə, həm də hüquq doktrinasında «əldən çıxmış fayda» termini bir qayda olaraq «əldə edilməmiş gəlir» termini ilə eyniləşdirilir. Lakin «əldən çıxmış fayda» anlayışı «əldə edilməmiş gəlir» anlayışından daha genişdir. Bu, həm zərərçəkmiş şəxsin planlaşdırılmış mənfəəti, həm də planlaşdırılmamış, lakin müəyyən bir vəziyyətdə əldə edilməsi zərərçəkmiş tərəfindən təmin edilmiş gəliri özündə birləşdirən şərti bir kateqoriyadır. Məhkəmə hesab edir ki, əldən çıxmış faydanın bir iqtisadi kateqoriya olmaqla mahiyyəti ondan ibarətdir ki, fiziki şəxs təsərrüfat fəaliyyətin optimal inkişafı, yəni sonuncuların kontragentəri tərəfindən öz öhdəliklərinin tam şəkildə yerinə yetirməsi şəraitində əldə etdiyi gəlirlərlə müqayisədə gəlir əldə etmir. Bu zaman, yalnız ağlabatan dərəcədə mötəbərliklə müəyyən edilmiş zərərin, o cümlədən gələcək zərərin əvəzi ödənilməlidir. Əlverişli imkanın itirilməsinin də əvəzi ödənilə bilər, ancaq bu, onun yaranma ehtimalına mütənasib olmalıdır. Əldən çıxmış faydanın iqtisadi mahiyyətinə və hüquqi formasına əlavə olaraq ümumilikdə zərərlərin və xüsusən də ələn çıxmış faydanın başqa bir tərəfi də qeyd olunur ki, bu da sübuta yetirmə zərurətidir. Sübuta yetirmə zərurətinə zərərçəkmiş şəxsin əldən çıxmış faydasının olması faktının sübutu, onun məbləği və əldən çıxmış faydanın əvəzinin ödənilməsi haqqında işlər üzrə sübuta yetirmə predmetinə daxil olan digər faktlar daxildir. Əldən çıxmış fayda şəxsin hüquqları pozulmayacağı təqdirdə adi mülki dövriyyə şəraitində alacağı gəlirdir. Əgər real ziyan şəklində zərər vurulduqda, əmlak kütləsinin azalması baş verirsə, əldən çıxmış fayda şəxsin əmlak kütləsində faktiki artım imkanı olduğu halda belə artımın olmamasıdır. İlk baxışdan əldən çıxmış faydanı sübut etməkdə heç bir çətinlik yoxdur və ola bilməz: qanunun düsturu kifayət qədər dəqiqdir. Bununla belə çox vaxt məhkəmə ələn çıxmış fayda növündə itkilərin əvəzinin ödənilməsinə dair tələbləri təmin etməkdən məhz ona görə imtina edir ki, zərərçəkmiş şəxs nəyi və necə sübut etməyi çox vaxt düzgün təsəvvür etmir. Əldən çıxmış fayda kimi zərərin spesifikası zərər vurma faktını sübuta yetirməyin və onun real zərərlə müqayisədə miqyasını hesablamağın xüsusiyyətlərini şərtləndirir. Gəlirlərin əldə edilməsi ehtimal xarakterli olduğuna görə, zərərçəkmiş şəxs gələcəkdə real olaraq gəlir əldə etmək imkanının olmasını sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia tələblərinin əldən çıxmış faydanın ödənilməsi hissələri ehtimallara əsaslanmışlar və onun mahiyyətinin nədən ibarət olunmasına, hansı meyarlarla hesablanmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əldən çıxmış faydanın ödənilməsi ilə bağlı məhkəmənin gəldiyi nətijə isə müjərrəd ehtimallara əsaslana bilməz, məhkəmə öh hökmündə gəldiyi nətijəni əsaslandırmalı və istinad etdiyi konkret mənbəni göstərməlidir. İttiham aktının nəticə hissəsində göstərilmişdir ki, zərərçəkmiş ƏlZərərçəkmiş şəxs1 4000 manat zərər vurulmuşdur. Fərasət Ələkbərov məhkəməyə təqdim etdiyi mülki iddiasında isə nəqliyyat vasitəsinin əzilməsinə görə 5000 manat, maşının dayanacaqda saxlanmasına görə 193 manat, təkərlərin yararsız hala düşməsinə görə 340 manat, akkumulyatorun sıradan çıxmasına görə 90 manat, ötən müddət maşından istifadə edə bilmədiyinə görə 1200 manat, Bakıya gəlib getdiyinə görə 495 manat, mənəvi zərərə görə 5000 manat və dövlət rüsumu olan 30 manat olmaqla ümumilikdə 12.348 manat zərər vurulduğunu göstərmişdir. Məhkəmə baxışı zamanı təyin olunmuş “Məhkəmə əmtəəşünaslıq ekspertizasının” rəyinə əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Opel Astra markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2970 manat maddi zərər dəyməsi müəyyən edilsə də, müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsinin faktiki mülkiyyətçisi X9r, nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə əsasında X19 verilmiş, həmin etibarnamənin isə müddəti bitmişdir. Faktiki olaraq zərərçəkmiş kimi tanınmış ƏlZərərçəkmiş şəxs1 maddi zərər vurulmuş Opel Astra markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sahibliyini təsdiq edən heç bir hüquqi sənəd yoxdur, nəqliyyat vasitəsinə qanuni əsaslarla sahiblik etmir. Məhkəmə hesab edir ki, jinayət mühakimə ijraatı gedişində yuxarıda göstərilənlərə əsaslanaraq mülki iddianın rədd edilməsi mahiyyət etibarı ilə zərərçəkmiş ƏlZərərçəkmiş şəxs1 mülki ijraat qaydasında bu tələblərin yenidən irəli sürməsinin, avtomaşının həqiqətən də qanuni əsaslarlarla onun istifadəsində olmasına, əldən çıxmış faydanın hesablanması meyarlarına dair yeni sübutların məhkəməyə təqdim edilməsinin və bu halların araşdırılması prosesinin qarşısını almış olardı. Müvafiq hallar mülki icraat qaydasında ayrıca araşdırılmalı olduğundan, Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən ƏlZərərçəkmiş şəxs1 iddiası baxılmamış saxlanmalı, mülki icraat qaydasında iddia qaldırmaq hüququna malik olduğu izah olunmalıdır. Zərərçəkmişlər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 iddia ərizələrinə ancaq 30 manat dövlət rüsumunun ödənilməsinə dair qəbzin surətlərini əlavə edib, hər hansı digər sübutları məhkəməyə təqdim etmədiklərindən, məhkəmə, yuxarıda göstərilənləri əsas tutaraq hesab edir ki, iddialar baxılmamış saxlanmalı, onlara mülki icraat qaydasında iddia qaldırmaq hüquqlarına malik olmaları izah olunmalıdır. Məhkəmə baxışı zamanı sənədlərin tədqiqindən aydın olur ki, iddia ərizələrinə iddiaçılardın ƏlZərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ancaq 30 manat dövlət rüsumunun ödənilməsinə dair qəbzin surətini, Zərərçəkmiş şəxs5 "xxxx" MMC-yə 27.02.2020-ci il tarixdə 453,81 və 555 manat olmaqla cəmi 1.008,81 manat, “Medikal hospitala” 14.05.2020-ci ildə 50 manat, 20.05.2020-ci ildə 50 manat, 18.08.2020-ci ildə 25 manat, "xxxx" MMC-yə 09.04.2020-ci il tarixdə 771,92 manat, “Sağlam Həyat” Diaqnostika və Müalicə Mərkəzinə 26.05.2020-ci il tarixdə 35 manat, 03 mart-14 aprel 2020-ci il tarixlərində aptekdən dərman alması ilə bağlı oxunuşu mümkün olan çeklər üzrə 100,38 manat, rüsuma görə 30 manat olmaqla ümumilikdə 2.071,11 manat ödəməsinə dair sənədlərin surətlərini, Zərərçəkmiş şəxs6 “Zəfəran” Hospitala 15 və 17 fevral 2020-ci il tarixlərdə 730,11 manat, “X30” 19.02.2020-ci il tarixdə 800 manat, rüsuma görə 30 manat olmaqla, ümumilikdə 1.560,11 manat ödəməsinə dair müvafiq çek və qəbzlərin surətlərini təqdim etmişlər. X18 İqoryeviç isə məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmişlər və mülki iddiaçılar Zərərçəkmiş şəxs5 iddia ərizəsində cavabdeh Təqsirləndirilən şəxs ümumilikdə 8.230 manat, Zərərçəkmiş şəxs6 ümumilikdə 2.810 manat tələb etsələr də, müalicəsi və dövlət rüsumu ilə bağlı Zərərçəkmiş şəxs5 2.071,11 manatın, Zərərçəkmiş şəxs6 isə 1.560,11 manatın ödənilməsinə dair çek və qəbzləri məhkəməyə təqdim etmiş, əlavə xərclərin və əldən çıxmış fayda ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən və cavabdeh Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət hadisəsi nəticəsində müalicələri üçün Zərərçəkmiş şəxs5 2.071,11 manat, Zərərçəkmiş şəxs6 isə 1.560,11 manat xərclədikləri sübuta yetirilmişdir. Göstərilən cinayət hadisəsinin törədilməsində digər sürücü X14 da təqsirli bilinib, Suraxanı Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli 1(010)-32/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli hesab edildiyindən, vurulmuş maddi zərərin yarı hissəsi, yəni Zərərçəkmiş şəxs5 xeyrinə 1.035,55 manat, Zərərçəkmiş şəxs6 xeyrinə 780,055 manat təqsirləndirilən və cavabdeh Təqsirləndirilən şəxs alınmalı, iddia digər hissələrdə baxılmamış saxlanmaqla, zərərçəkmiş şəxslərə mülki icraat qaydasında iddia qaldırmaq hüquqlarına malik olmaları izah olunmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 555 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 39, 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilsin və o 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə zərərçəkmiş şəxslər və mülki iddiaçılar ƏlZərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 iddiaları baxılmamış saxlanılsın, onlara mülki icraat qaydasında iddia qaldırmaq hüququna malik olduqları izah olunsun. İş üzrə zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 iddiaları qismən təmin edilsin. 1.035,55 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs5 verilsin. 780,055 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs6 verilsin. İddia tələbləri digər hissələrdə baxılmamış saxlanmaqla, zərərçəkmiş şəxslərə və mülki iddiaçılara cinayət hadisəsinin törədilməsində təqsirli bilinmiş digər sürücü X10 münasibətdə mülki icraat qaydasında iddia qaldırmaq hüquqlarına malik olmaları izah olunsun. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 555 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Anar İbrahimov