Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-260/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Q.Əzizbəyov küçəsi, ev 32də yaşayan, Binəqədi Rayon Məhkəməsinin 08 iyul 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 180.2.3cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5ci maddəsi tətbiq edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Binəqədi Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli qərarına əsasən həmin məhkəmənin 08 iyul 2014-cü il tarixli hökmü üzrə məsuliyyətdən azad edilərək və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmündən xaric olunaraq azadlıqdan məhrum etmə cəzasının müddəti 06 ilə endirilmiş, 11 aprel 2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, Suraxanı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 27 aprel 2021-ci il tarixindən hesablanmaqla həbs növündə qətimkan tədbiri seçilmiş (sonradan təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti Suraxanı Rayon Məhkəməsinin müvafiq qərarlarına əsasən uzadılıb) və 27 aprel 2021-ci il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 mart 2021-ci ildə saat 09 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 5 nömrəli evin 69 nömrəli mənzilinə açar seçmə yolu ilə qanunsuz daxil olaraq yataq otağından 2.800 manat dəyərində bir ədəd «Manzari» firma etiketi olan xəz dəri kürkü, 02 ədəd ümumi dəyəri 30 manat olan ayrı-ayrılıqda 925 əyarlı hər biri 5 qram çəkidə gümüş üzükləri, 01 ədəd 1,0 manat dəyərində üzərində yaşıl rəngli böyük ölçülü, kənarlarında şəffaf rəngli 18 ədəd kiçik ölçülü qaşlar olan üzüyü, 01 ədəd 1,0 manat dəyərində açıq yaşıl rəngli böyük ölçülü qaş olan üzüyü və dəyəri 10 manat olan 01 cüt üzərində şəffaf rəngli, kənarında 5 ədəd kiçik ölçülü qaşlar olan sırğanı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2.842 manat miqdarında maddi ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, ona ittiham olunan cinayət əməlini törətməyib. Həmin cinayəti törədə də bilməzdi. Belə ki, cinayətin baş verdiyi tarixdə o, Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və polis bölməsində saxlanılmışdır. Təqsirləndirilən şəxs həmçinin, zərərçəkmiş şəxsin evində olmuş hər hansı bir əşyanın üzərində əl-barmaq izlərinin aşkar olunmadığını bildirir. O, qeyd edir ki, iş üzrə ibtidai araşdırma dövründəki etirafedici ifadələri polis əməkdaşlarının ona qarşı tətbiq etdiyi təzyiqlər və işgəncələr təsiri altında verib. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. X4 və anası Firiş Orucova ünvan 4 ünvanında yaşayırlar. Valideynlərinə, əsasən də xəstə anasına qulluq etmək üçün tez-tez valideynlərinin evinə gedir və orada qalır. Bu səbəbdən bəzi əşyaları valideynlərigildədir. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, 2021-ci il mart ayının əvvəllərində atası X3 rayonunda işləyən oğlu Ələddinin yanına getmiş, anası Firiş Orucova isə onun evində qalmışdır. Həmin ərəfədə 1 – 2 gündən bir ata evinə gedib ora baş çəkirdi. 04 mart 2021-ci ildə saat 10 radələrində növbəti dəfə ata evinə getmiş, bu zaman qapının açıq vəziyyətdə olduğunu aşkar etmişdir. İçəri daxil olduqda 5 otağın hamısında kənar şəxs tərəfindən axtarış aparıldığını, bununla əlaqədar şkaflardakı və tumboçkalardakı paltarların yerə dağıdıldığını görmüş, evdən kiminsə oğurluq edildiyini başa düşmüşdür. Müəyyən etmişdir ki, yataq otağındakı şkafdan üzərində “Manzari” firma etiketi olan xəz dəri kürk oğurlanıb. Həmin kürkü o, və anası geyinirdilər. Daha sonra evdən ittiham aktında göstərilən digər əşyaların da oğurlandığını aşkar edib. Hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmiş, bundan bir qədər sonra mənzilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları, müstəntiq və ekspert-kriminalist gəlmişlər. Onlara hadisə barədə məlumat verdikdən sonra sonuncular onun razılığı ilə evə baxış keçirilməsinə başlamış, bir-bir otaqlara daxil olub əşyaların üzərindən əl-barmaq izlərini götürməyə başlamışlar. Zərərçəkmiş şəxs bildirir ki, evə baxış keçirilən vaxt anasının yataq otağında yarımdolu vəziyyətdə plastik «Fanta» qabı olub. Anası həmin içkidən dərmanlarını qəbul etmək üçün istifadə edirdi. Ekspert-kriminalist «Fanta» qabının üzərində də əl-barmaq izləri aşkar etmiş və onları götürmüşdür. Daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Zərərçəkmiş şəxs bildirir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduqdan sonra hadisə yerinə gətirilmiş və oğurladığı əşyaları konkret olaraq haradan götürdüyünü bildirmişdir. Bu zaman polis əməkdaşları tərəfindən onun fotoşəkilləri çəkilib. Təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən hər-hansı təzyiq göstərildiyini görməyib. Əksinə təqsirləndirilən şəxs əşyaları haradan oğurladığını sərbəst şəkildə göstərmişdir. Bu əşyalar həqiqətən də təqsirləndirilən şəxsin müvafiq prosessual hərəkət zamanı göstərdiyi yerlərdən oğurlanıb. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, 04 mart 2021-ci ildə saat 11 radələrində Suraxanı Rayon Polis İdarəsində xidmətdə olduğu vaxt növbətçi hissəyə oğurluq hadisəsi barədə məlumat daxil olmuşdur. Həmin məlumata əsən o, müstəntiq və digər polis əməkdaşları hadisə yerinə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 5 nömrəli evin 69 nömrəli mənzilinə getmiş, onları qarşılamış Zərərçəkmiş şəxs hadisə ilə bağlı məlumat alıb, sonuncunun razılığı ilə mənzilə baxış keçirilməsinə başlamışlar. Həmin vaxt mümkün olan yerlərdən əl-barmaq izlərini götürməyə başlamış, o cümlədən yataq otağındakı tumboçkanın üzərində olan yarımdolu plastik «Fanta» qabının üzərindən əl-barmaq izlərini götürmüşdür. Müvafiq qaydada götürülmüş 5 əl-barmaq izi zərfə qablaşdırılmış, həmin zərfin üzəri imzalanmış, protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra həmin zərf əl-barmaq izlərinin zəruri tədqiqatı aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik tədqiqatlar idarəsinə göndərilib. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, hadisə yerində aşkar edilmiş yarımdolu plastik «Fanta» qabının üzərindən götürülmüş iki əl-barmaq izi xx xxxxxxxx 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sağ əlinin şəhadət və orta barmaqlarının izləri ilə eynilik təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, işin faktik hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun ittiham aktının nəticəvi hissəsində təsvir olunmuş cinayət əməlini törətməsi faktı sübuta yetirilmiş sayılmalıdır. Bu fakt zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış aşağıdakı sübutlarla təsdiq edilir. Məsələ ilə bağlı məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin gətirdiyi dəlillərə münasibət bildirməyi zəruri sayır. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Əhmədov X1 Rayon Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə təqsirli bilinərək ona 160 saat müddətində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuşdur. Bununla yanaşı, Əhmədov X1 Rayon Məhkəməsinin 13 mart 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək ona 160 saat müddətində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunub. Təqsirləndirilən şəxs həmin işlə əlaqədar 09 mart 2021-ci ildə saat 16.10-da inzibati qaydada tutulmuş və 10 mart 2021-ci ildə saat 15.30-da azad edilmişdir. Təqsirləndirilən şəxs 2021-ci ildə hər hansı başqa inzibati xəta haqqında işlə bağlı tutulmayıb. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən edilir ki, təqsirləndirilən şəxs cinayətin törədildiyi 04 mart 2021-ci il tarixində azadlıqda olub. Bununla yanaşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 11 mart 2021-ci il tarixli məktubundan, 24 iyul 2021-ci il tarixli 21/461R nömrəli ekspert rəyindən və bunlara əlavə edilmiş sənədlərdən (iş v. 28, 29; 149 – 159) görünür ki, hadisə yerində aşkar edilmiş plastik «Fanta» qabının üzərindəki 2 əlbarmaq izi xx xxxxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs aiddir. Təqsirləndirilən şəxsin işin məhkəmə baxışı dövründəki ifadəsi onun iş üzrə ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi yazılı ifadələrlə də təkzib olunur. Belə ki, təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində öz cinayətini nəyinki etiraf etmiş, hətta cinayət törətməzdən əvvəlki və sonrakı hərəkətlərini, həmçinin cinayəti hansı yolla törətdiyini ətraflı təsvir etmişdir. Təqsirləndirilən şəxsin cinayətə bilavasitə aidiyyəti olduğunu təsdiq edən sübutlardan biri də budur ki, zərərçəkmiş şəxsə məxsus əşyaların bir qismi 27 aprel 2021ci il tarixində, yəni tutulduğu vaxt təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuşdur (iş v. 51 – 54). Ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz təzyiqlər və işgəncələr tətbiq olunduğuna dair təqsirləndirilən şəxsin bildirdiklərini məhkəmə inandırıcı saymır. Belə ki, təqsirləndirilən şəxs yuxarıda qeyd olunduğu kimi etirafedici ifadələrini müdafiəçisinin bilavasitə iştirakı ilə vermiş, istər özü, istərsə də müdafiəçisi ona qarşı qanunsuz təzyiqlər və işgəncələr tətbiq olunduğuna dair məhkəməyədək icraat dövründə müraciətlər etməmişlər. Göstərilənlərlə yanaşı, 21 iyun 2021-ci il tarixli 9/3195 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2,0 (iki) manat müəyyən edilir. O, cümlədən: 1. 01 ədəd üzərində yaşıl rəngli böyük ölçülü, kənarlarında şəffaf rəngli 18 ədəd kiçik ölçülü qaşlar olan üzük – 1,0 manat; 2. 01 ədəd açıq yaşıl rəngli böyük ölçülü qaş olan üzük – 1,0 manat; 01 cüt üzərində şəffaf rəngli, kənarında 5 ədəd kiçik ölçülü qaşlar olan sırğa təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olduğundan qiymətləndirilmir». 26 may 2021-ci il tarixli 3/876 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilən qıfılın silindrik mexanizmi texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş silindrik mexanizmin səthində, açar yuvalarının kənarlarında və daxili detalları üzərində mexaniki təsir nəticəsində, o cümlədən, kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Həmin silindrik mexanizmin konstruksiyasını nəzərə almaqla onun ştat açarı, ona uyğunlaşdırılmış açarla və ya alət ilə, o cümlədən, kənar predmetlə iz qoymadan açılması mümkündür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillər isə iş üzrə toplanmış sübutların məcmusu ilə tam təkzib olunur, onun məhkəməyə bildirdikləri işin faktik hallarını təhrif etmək yolu ilə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Göstərilənlərə əsasən təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin iş üzrə ibtidai araşdırma dövründə bildirdiklərindən görünür ki, o, müvafiq cinayət əməlini maddi imkansızlığı üzündən özünə yemək ala bilməməsi səbəbindən törədib. Məhkəmə bunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Əhmədov X2 Rayon Məhkəməsinin 08 iyul 2014cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Binəqədi Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli qərarına əsasən həmin məhkəmənin 08 iyul 2014-cü il tarixli hökmü üzrə məsuliyyətdən azad edilərək və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmündən xaric olunaraq azadlıqdan məhrum etmə cəzasının müddəti 06 ilə endirilmiş, 11 aprel 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayətini yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədən və ya üzərindən götürülmədən törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan 01 ədəd üzərində yaşıl rəngli böyük ölçülü, kənarlarında şəffaf rəngli 18 ədəd kiçik ölçülü qaşlar olan üzük, 01 ədəd açıq yaşıl rəngli böyük ölçülü qaş olan üzük, 01 cüt üzərində şəffaf rəngli kənarında 5 ədəd kiçik ölçülü qaşlar olan sırğa Zərərçəkmiş şəxs qaytarılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 27 aprel 2021-ci ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan 01 ədəd üzərində yaşıl rəngli böyük ölçülü, kənarlarında şəffaf rəngli 18 ədəd kiçik ölçülü qaşlar olan üzük, 01 ədəd açıq yaşıl rəngli böyük ölçülü qaş olan üzük, 01 cüt üzərində şəffaf rəngli kənarında 5 ədəd kiçik ölçülü qaşlar olan sırğa Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-260/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-260/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver