Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-261/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1991-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə, saat 13:45 radələrində Azərbaycan Respublikası DİN BDYPİ-nin Qİİ/2 saylı ASAN xidmət mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş “BC” kateqoriyalı AC 379185 nömrəli sürücülük vəsiqəsi ilə özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Kia Sorento” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 2 ünvanında yerləşən “Aqil” marketin qarşısında 60 km/saat sürətlə hərəkətdə olan zaman, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağının kifayət edən məsafədə boş olmasına və iki nəqliyyat vasitəsinin nisbi sürətinin ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə tam əmin olmalı olduğu halda və maksimum hərəkət sürəti 3.24 (maksimum sürətin məhdudlaşdırılması) qadağan nişanı ilə 40 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində hərəkət etməli olduğu halda və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bu tələblərə riayət etməyərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Aqil” marketin qarşısında üzü Hövsan qəsəbəsi istiqamətinə gedən yolda ondan öndə hərəkət edən nəqliyyat vasitəsini ötmə əməliyyatı edərək keçən zaman, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön sol künc hissəsi ilə ona əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan motosikletlə toqquşaraq, sonuncuya baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınığı, sol bud, sol baldır sümüklərinin çoxqəlpəli açıq sınıqları, alt çənədə dişlərin çoxsaylı sınıqları, bədənin çoxsaylı əzilmiş yaraları və sıyrıqları ilə nəticələnən sağlamlığa ağır zərər vurulmaqla, ölümünə səbəb olmuşdur. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı X8 və övladı - 2015-ci il təvəllüdlü X7 ilə birlikdə yaşayır. İdarə etdiyi **-PX-*** dövlət qeydiyyat nişanlı “Kia Sorento minik” markalı avtomobil "xxxx" Bank Olmayan kredit Təşkilatına MMC-yə məxsus olsa da, lizing yolu ilə əldə etmişdir və həmin avtomobil faktiki olaraq özünə məxsusdur. 28 fevral 2022-ci il tarixdə, saat 13.45 radələrində o, özünə məxsus, AC379185 seriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi **-PX-*** dövlət qeydiyyat nişanlı “Kia Sorento minik” markalı avtomobil ilə Suraxanı rayon, Hövsan qəsəbəsi, Məktəbli küçəsi ilə Dəniz yolu istiqamətində 40 km/saat surətdən artıq sürətdə hərəkətdə olan zaman, yolun “Aqil” marketinin qarşısına düşən hissəsində onun hərəkəti istiqamətində irəlidə hərəkətdə olan dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ötmək üçün bir qədər əks hərəkət istiqamətinə çıxmış və nəticədə əks istiqamətdə hərəkətdə olan motosiklet idarə etməni itirərək, qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Zərbədən motosikletin sürücüsünün başı ilk əvvəl onun avtomobilinin alın şüşəsinə dəyərək, yol kənarında asfalt döşəməyə yıxılmış və ağır bədən xəsarəti almışdır. O, dərhal avtomobili saxlayaraq, düşüb həmin şəxsə köməklik edib, təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım gəlib həmin sürücünü xəstəxanaya aparmaq istədikdə, həmin şəxsin artıq dünyasını dəyişməsi məlum olmuşdur. Həmin zaman hadisə yerinə polis əməkdaşları gəlmiş və o, öz anket məlumatlarını bildirərək, zəruri sənədləri onlara təqdim etmişdir. Hadisədən əvvəl spirtli içki və ya bihuşedici maddə qəbul etməmişdir. Hadisə zamanı özü bədən xəsarəti almamışdır. Hadisədən sonra o, mərhumun yas mərasimlərində iştirak etmiş, mərhumun yas mərasimlərinin və baş daşının qoyulması xərClərini çəkmiş, həmçinin, zərərçəkmiş şəxsin hüquqi varisi X3 maddi köməklik göstərmiş və sonunCu ilə barışıq əldə etmişdir. Törətdiyi əməldən peşmandır. İş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx xxxxx 1997-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 14:00 radələrində o, evdə olan zaman mobil telefonuna zəng gələrək, ona məlumat verilmişdir ki, həyat yoldaşı Eldar idarə etdiyi motosikletlə yaşadıqları ünvandan bir qədər aralıda, Məktəbli küçəsində “Kia Sportage” markalı avtomobillə toqquşmuş, aldığı xəsarətlərin ağırlığından hadisə yerində dünyasını dəyişmişdir. Təqsirləndirilən şəxs mərhum ərinin yas mərasimlərində iştirak etmiş, mərhumun yas mərasimlərinin və baş daşının qoyulması xərclərini çəkmiş, həmçinin, ona maddi köməklik göstərmiş və onunla barışıq əldə etmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək, bu məzmunda notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 1/891 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 19 mart 2022-ci il tarixli 31 saylı rəyindən görünür ki, 1997-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən, onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: baş beyinə, qişalarına və mədəcikərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınığı, sol bud, sol baldır sümüklərinin çoxqəlpəli açıq sınıqları, alt çənədə dişlərin çoxsaylı sınıqları, bədənin çoxsaylı əzilmiş yaraları və sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının qabarıq hissəsinin təsiri nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə açıq kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl baş verə bilərdi. Xəsaətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsaəsn demək olar ki, ilkin zərbə bədənin ön-sol səthinə yetirilə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fetotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 17 may 2022-ci il tarixli 8/1194 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara görə, “Kia Sorento” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 40 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Motosikletin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. İş materiallarında olan Suraxanı RPİ-nin DYPŞ-dən alınmış məktubdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus olan xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu ilədək qüvvədə olan AC 379185 saylı sürücülük vəsiqəsi mövcuddur. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası DGN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən olunur ki, Babayev X6 hərbi məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci il tarixdə cəriməni tam ödəmişdir. İş materiallarında olan AZ-İ seriyalı 984169 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Babayeva (Əliyeva) Xalidə Azər qızı xx.xx.2014-cü il tarixdə birgə nikaha daxil olmuşlar. İş materiallarında olan AZ-İİİ seriyalı 643989 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X7 anadan olmuşdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmadığını, ailəli olduğunu, himayəsində 1 azyaşlı uşağın olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmədə göstərmişdir ki, təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi, onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-261/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-261/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver