Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-261/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X3 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, satıcı işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına digər zərərçəkmiş şəxsin isə ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixdə saat 21:27 radələrində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nin QİŞ tərəfindən verilmiş “BC” kateqoriyalı BA № 048393 nömrəli sürücülük vəsiqəsi ilə özünə məxsus olan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Omeqa” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə 54 küçəsi ilə üzü Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi istiqamətində 40 km\saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozaraq daim hərəkətə nəzarət etməli, əks istiqamətdə mopedin yaxınlaşmasını nəzərə alaraq sola doğru dönmə əməliyyatına başlamaqla idarə etdiyi avtomobili əks hərəkət zolağına çıxartmamalı, hərəkət üçün təhlükəli şərait yaratmamalı, qarşıdan əks istiqamətdən hərəkətdə olan mopedə yol verməli və yol verdikdən sonra sola doğru dönmə əməliyyatı aparmalı olduğu halda, həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa imkanı olduğu halda, buna əməl etməyərək, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub əks istiqamətə çıxaraq, həmin istiqamətdə hərəkət zolağı ilə hərəkət edən X1 idarə etdiyi “Polo” mopedi ilə toqquşmuş, ehtiyatsızlıqdan sonuncunun idarə etdiyi “Polo” markalı mopedində olan sərnişin Zərərçəkmiş şəxs1 solbud çanaq oynağında hərəkət məhdudluğu ilə (sol bud-çanaq oynağında kontraktura 35%) müşayiət olunan sol sirkə kasası sümüyünün arxa divarının köndələn çox qəlpəli yerdəyişmiş qapalı sınığı və sol bud-çanaq oynağının çıxığı, baş beyin silkələnməsi, sol çənə nahiyyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla daim dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vuran və Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması baş beyinin və beyin kötüyünün əzilməsi, sağ alın-təpə paylarının beyindaxili hematoması, traxeoezofoqalfistula, başın sağ alın-təpə nahiyyəsinin çapığından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid bədən xəsarətləri alaraq 05 mart 2024-cü il tarixdə saat 06:20 dəqiqədə Neftçala RMX PHŞ reanimasiya şöbəsində ölməsinə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aygün Mall ticarət mərkəzində kassir işləyir. İş vaxtı 21:00 dəqiqədə başa çatır. Saat 21 radələrində işdən çıxmışdır. Adətən iş yoldaşı İslam Əliyev və Sədiyyə Mahmudovanın avtomobilləri olmadığından işdən sonra onları da yaşadığı ünvana aparır. 08 dekabr 2023-cü il tarixdə saat 21 radələrində qeyd etdiyi şəxslərlə birlikdə Aygün Malldan çıxmışdır. Etibarnamə əsasında idarə etdiyi “Opel” markalı “Omega” modelli **- NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Bülbülə qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. Bülbülə qəsəbəsinə daxil olduqdan sonra Əmircan istiqamətində hərəkət etməyə başlamışdır. Sürət həddi 50 kilometr/saat sürət həddi olmuşdur. O, da 40-50 km/saat sürətlə hərəkət edirmiş. İslam və Sədiyyəni yaşadıqları ünvana çatdırmaq üçün Bülbülə qəsəbəsində 31-ci polis bölməsinin yaxınlığında sola dönmə xəbərdaredici siqnalını işə salaraq sola dönməyə icazə verən nişanlanma xəttinin yanında saxlayaraq gözləməyə başlamışdır. Toyota markalı “Prius” modelli avtomobil qarşısında saxlayaraq işıqlar vasitəsi ilə işarə edərək ona yol vermişdir. Həmin yolda ara küçəyə daxil olmaq üçün hər-hansı nizamlayıcı yol nişanı olmadığından və başqa nəqliyyat vasitələrinin gəlmədiyini dəqiqləşdirdikdən sonra əks istiqamətlə hərəkət hissəsindən eninə doğru keçərək həmin küçəyə doğru hərəkət etməyə başlamış və işarə ilə yol verən avtomobilə təşəkkürünü bildirmişdir. O, avtomobili ilə həmin küçəyə döndükdə və avtomobilin bir hissəsi həmin küçəyə daxil olduqdan sonra o və iş yoldaşları avtomobilin arxa sağ hissəsinə nəyinsə çırpıldığını hiss etmiş və avtomobil təbii olaraq möhkəm silkələnmişdir. Toyota Prius markalı avtomobil dayanaraq xəbərdaredici nişanı yandırdığı halda moped həmin avtomobilin sağ hissəsindən qanunsuz olaraq ötmə əməliyyatı edərək onun avtomobilinin arxa sağ hissəsinə çırpılmışdır. Onlar mopeddə olan hər iki şəxsin də yerə yıxıldığını görmüşlər. Başında dəbilqə olan içkili şəxs toqquşma yerindən bir qədər təxminən 3-4 metr irəliyə səkinin insanların hərəkət etdiyi hissəsinə düşmüşdür. Başında dəbilqə olmayan şəxs təxminən 10 metr irəliyə oturaqlı vəziyyətdə düşmüşdür. Moped isə küçənin girişində orta hissədə olmuşdur. O və iş yoldaşı dərhal başında dəbilqə olan şəxsə yaxınlaşmışlar. O, həmin şəxsin dəbilqəsini çıxarmışdır. Dəbilqəni çıxardıqda həmin şəxsdən kəskin içki qoxusu gəldiyini hiss etmişdir. Həmin şəxs yanında olan şəxsə mopedin sürücüsü olduğunu bildirərək onu oradan uzaqlaşdırmasını xahiş etmişdir. Xahiş etdiyi şəxs də bu barədə kömək edə bilməyəcəyini bildirmişdir. Sonra digər şəxsə yaxınlaşmışdır. Təcili tibbi yardım maşını gəlmiş, əvvəlcə başında dəbilqə olmayan pis vəziyyətdə olan yaralı şəxsi aparmışdır. Sonra digər təcili yibbi yardım maşını gəlmiş və başında dəbilqə olan mopedin sürücüsünü xəstəxanaya aparmışdır. Polis şöbəsinin işçiləri də onu şöbəyə dəvət etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə 8 dekabr axşamı olub. O, Maştağada qalır və hər gün gedib-gəldiyi yoldur. Həmin vaxt maşında iş yoldaşı da olmuşdur. Yol işıqlı olmuş və o da yolu aydın görürmüş. O, yol ilə getdiyi vaxt qarşıdakı maşın ona yol vermiş, onun sürəti heç 10 km/saat olmazmış, halbuki, surəti 40 km/saat qeyd edilib. O, dayanaraq gözləmiş və məhləyə girmişdir. Bu zaman arxadan onu moped vurmuşdur, o, mopedi görməmişdir. Qəza olandan sonra iş yoldaşı ilə maşından düşmüşlər və 2 nəfərin yerdə uzandığını görmüşlər. Onlardan biri kask taxmış, maşının arxasında olmuş, hadisə vaxtı içkili olmuşdur, digəri isə kasksız vəziyyətdə olmuşdur. Onlar təcili yardıma zəng vurmuşlar, yerdə olanın bədənindən qan gəlirmiş. Zərərçəkmiş şəxslərdən biri vəfat edib, onun varisləri ilə barışmışdır. Zərərçəkmiş mopedlə onun maşınını vurmuşdur. Sonda o əməlndən peşman olduğunu, gənc olduğunu, zərəçəkmiş şəxslə barışıq əldə etdiyini, digər zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, sonuncuların ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alınmasını və məhkəmədən daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun əridir. Onların birgə nikahlarından övladları var. 08 dekabr 2023-cü il tarixdə saat təxminən 23:30 radələrində adını bilmədiyi şəxsdən ona zəng vuraraq bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə 54 ünvanın qarşısında yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə zamanı əri Zərərçəkmiş şəxs2 Sabunçu rayonu 3 saylı xəstəxanaya aparmışlar və orada əri Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Onlar mərhum əri Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Əmircan qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn elmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 göstərmişdir ki, hadisə olan vaxt onlar evdə olmuşlar, həyat yoldaşı qardaşı ilə birlikdə olmuş, qardaşına evə baxacağını getməsinin, özünün sonradan gələcəyini demişdir. Onlar evdə olduqları vaxt zəng gəlmiş və həyat yoldaşının qəza keçirdiyini, huşsuz vəziyyətdə olduğunu demişlər. Onlar 2 gün ağaca dəyərək qəza olduğunu düşünmüşlər. Sabunçuda xəstəxanada beyin ölümü olduğu bildirilmişdir, onlar da özəl xəstəxanaya getmişlər. Orada onlara qəza nəticəsində olduğu bildirilmiş, onlar da polisə müraciət etmişlər. Elçin onu bu vəziyyətə yoldaşının qoyduğunu demişdir, ancaq mağaza kamerasına baxdıqda günahkarın Elçin olduğunu görmüşdür. Onun həyat yoldaşı 9 gün Medical xəstəxanasında, 2 ay “Semaşko”da, 20 gün isə “Avrasiya” klinikasında qalmışdır. Sonradan isə sağalmayacağını demişlər. Hal-hazırda zərərçəkmiş şəxsin hüquqi varisi həm şifahi, həm də yazılı şəkildə təqsirləndirilən şəxslə barışmış, onun barəsində hərhansı şikayəti və iddiası yoxdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, motosiklet təmiri ilə məşğul olur. Pirşağı qəsəbəsində 10 saylı internat məktəbində Azərbaycan sektorunda təhsil almışdır. Zərərçəkmiş şəxs2 çoxdan tanıyır. Uşaqlıqdan onun şagirdi olmuşdur. 08 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Amerika Səfirliyinin arxasında yerləşən təmir sexindən çıxmışdır. 04 ədəd “Go” spirtli içki içmişdir. Zərərçəkmiş şəxs2lə avtomobillə Suraxanı qəsəbəsinə qaraja gəlmişlər. 08 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 ona Bülbülə qəsəbəsində qarajda motosiklet olduğunu, həmin motosikletə baxmalı olduğunu bildirmişdir. Onlar “polo” markalı mopedə minmişlər. Mopedi Zərərçəkmiş şəxs1 özü idarə edirdi. Zərərçəkmiş şəxs2 mopedin arxasına əyləmiş və başına dəbilqə qoymamışdır. Onlar yolun sağ hərəkət hissəsi ilə və hərəkət hissəsinin sağı ilə hərəkət edirmiş. Anidən yolun orta hissəsində metal rəngli “Opel” markalı avtomobilin dayandığını görmüşlər. Zərərçəkmiş şəxs1 əyləci sıxaraq mopedi sola doğru hərəkət etdirib Opel markalı avtomaşının arxa hissəsindən keçmək istəyərkən moped həmin avtomobilin sağ hissəsi ilə toqquşmuşdur. Məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə uşaqlıqdan işləyir, onun usta köməkçisi olmuşdur. Həmin gün işdən qaraja gəlirmişlər və evə baxıblar, oradan qayıdanda moped üstündə qarşıda o oturmuş, kask taxmış, arxada isə digər şəxs oturmuş, lakin həmin gün kask taxmamışdır. Halbuki, mopeddə 2 kask var. Onların qarşısına qəflətən maşın çıxmış və maşına girmişlər. O, özü ayılanda artıq xəstəxanada olmuşdur. Hadisədən 3-4 gün sonra özünə gəlmişdir. Hadisə olan vaxt içkili olmamışdır, axşam vaxtı idi və mopedin də işıqları yanırmış. O, oxuyubyaza bilmədiyini, istintaqda yalnız qol çəkdiyini bildirdi. Onlar hadisə olanda sohbətləşərək gedirmiş, sürətləri isə 30-40 km/saat, bəlkə də 30 km/saat olmuşdur. Qaraj 28 May ərazisində olmuş, qarajdan gəlirmişlər, sonra isə dərhal geri qayıtmışlar. Oradan gələndə kafe-restoranda oturmamışlar. Onun sürdüyü Moped POLO markadır, sürəti çox olan moped deyil, qarşısında maşın olmamış, yolda sağla gedirmiş. Maşının döndüyünü görmüşlər, o hissəyə yaxınlaşanda da sürətlərini azaltmışlar. Onlar söhbət etmişlər, başında kask olsa da qulağında uxalar olmamış, dediklərini eşidirmiş. Moped texnikadır, anidən saxlaya bilməzmiş. O, maşınla vuran şəxsi tanımır, həmin adamı heç görməyib. Atasgillə danışıblar, maddi dəstək etməyiblər. Qəzadan sonra da ayağı axsaq vəziyyətdə qalmışdır, olacağa çarə yoxdur. Bu səbəbdən Zərərçəkmiş şəxs1 ğlu məhkəmə prosesində həm şifahi, həmçinin də yazılı olaraq təqsirləndirilən şəxsdən şikayət və tələbi olmadığını, onunla barışdığını bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və zərərçəkmiş şəxsin hüquqi varisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işininin 4-15-ci vərəqlərində olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 08 dekabr 2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş yolnəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi istiqamətində baş vermişdir. Yolun hərəkət zolaqlarının sayı 02, yolun hərəkət hissəsi düz, yol örtüyünün növü asfalt, yol örtüyünün eni isə 8 metrdir. Yol nəqliyyat hadisəsi nəticəsində, Əmircan qəsəbəsindən hərəkət etmiş və döngədə toqquşma olmuşdur. Cinayət işinin 12-ci vərəqəsində olan 08 dekabr 2023-cü il tarixli, 1/7113 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuş, alkol qəbulu əlamətləri olmamışdır. Cinayət işinin 44-46-cı vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının 05 mart 2024-cü il tarixli 09 saylı rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyitin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: qapalı kəllə beyin travması baş beyinin və beyin kötüyünün əzilməsi, sağ alın-təpə paylarının beyindaxili hematoması. Traxeo-ezofoqalfistula. Başın sağ alın-təpə nahiyyəsinin çapığı. Bu xəsarətlərdən baş beyinin və beyin kötüyünün əzilməsi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, küt əşyaların təsiri nəticəsində ola bilsin ki, qərarın təsviri hissəsində göstərilən gündə və şarəitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb - baş beyinin və beyin kötüyünün əzilməsinin ağırlaşmasından baş vermiş baş beyinin ödemi olmuşdur. Cinayət işinin 89-92-ci vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının 24 oktyabr 2024-cü il tarixli 744 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol-bud çanaq oynağında hərəkət məhdudluğu ilə (sol bud-çanaq oynağında kontraktura 35%) müşayiət olunan sol sirkə kasası sümüyünün arxa divarının köndələn çox qəlpəli yerdəyişmiş qapalı sınığı və sol bud- çanaq oynağının çıxığı, baş beyin silkələnməsi, sol çənə nahiyyəsinin əzilmiş-cırılmış yarası müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində idarə etdiyi mopedlə avtomaşın toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Cinayət işinin 68-ci vərəqində olan “diskə baxış keçirilməsi haqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu. Səttar Bəhlulzadə ünvanında “Opel Omeqa” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobil sola dönmə əməliyyatı apararaq qarşı əks zolağına çıxmış və bu zaman qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi mopedlə toqquşmuşdur. Cinayət işinin 82-86-cı vərəqlərində olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 30 may 2024-cü il tarixli 8/1046 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Omeqa markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, yəni videoyazıların məhkəmə ekspertizası yolu ilə ekspert tədqiqatına təqdim olunmuş “TŞ10-009 2-2023-12- 08_21H25min00s000ms” və “VİD-20240326- VA0003” adlı videoyazıdakı görüntülərə görə Opel Omeqa markalı avtomobilin və mopedin hərəkət parametrlərini müəyyən etmək mümkün olmadı. Ona görə də mopedin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Cinayət işinin 106-107-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası inayət Məcəlləsinin 263.1-1 və 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməs qərara alınmışdır. Cinayət işinin materiallarının 126-cı vərəqində olan 03 fevral 2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 87-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə istintaqı gedişatında Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayəti yoxdur, gələcəkdə ondan heç bir şikayət və tələbi olmayacaq, ona qarşı iddiası yoxdur. Məhkəmə istintaqı gedişatında Zərərçəkmiş şəxs2 hüquqi varisi X2 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayəti yoxdur, gələcəkdə ondan heç bir şikayət və tələbi olmayacaq, ona qarşı iddiası yoxdur, onunla barışmışdır. Beləliklə, göstərilən sübutlarla oğlunun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğu olmayan şəxs olduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələblərinin və iddialarının olmadığını, digər zərərçəkmiş şəxslə də barışığın əldə edilməsi, ona qarşı şikayətin və iddianın olmadığını nəzərə alaraq, məhkəmə bütün qeyd edilənləri Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 150 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-261/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-261/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver