Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-262/2021 22.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 29 aprel – 01 may 2021-ci il tarixləri üzrə tutulmuş, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2,316 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, 29 aprel 2021-ci ildə saat 16-da Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Dəmiryol keçidinin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan mavi rəngli şalvarın sol yan cibindən içərisində 1 ədəd siqaretin qızılı rəngli kağızı bükümündə təmiz çəkisi 2,316 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 6-7 aydır psixotrop maddə istifadə edir. 29 aprel 2021-ci ildə psixotrop maddə “şüşəni” üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən Bülbülə qəsəbəsi ərazisində 10 manat müqabilində alıb şəxsi istifadəsi üçün üzərində saxlamış, həmin gün saat 16 radələrində, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Dəmiryol keçidinin yaxınlığında olan zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra narkotik vasitələrin gəzdirilməsində, istifadəsində şübhəli olduğu üçün onu Suraxanı RPİ-yə dəvət etmişlər. Onlarla razılaşmış və Suraxanı RPİ-yə getmişdir. Polis idarəsində otaqların birində ona təyin olunmuş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və əynində olan mavi rəngli şalvarın sol yan cibindən içərisində metamfetamin olan siqaretin qızılı rəngli kağızında olan bir ədəd bükümü könüllü təqdim etmişdir. Aşkar olunmuş həmin büküm polis əməkdaşları tərəfindən onun, həmçinin digər iştirakçıların iştirakları ilə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokol tərtib edildikdən sonra ucadan oxunmuş, digər iştirakçılarla birlikdə zərfin üzərinə və protokola imza etmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs eyni zamanda bildirir ki, ondan aşkar edilmiş psixotrop maddə metamfetamin ittiham aktında göstərilən miqdarda deyil, daha az miqdarda olub. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkilli vəzifəsində işləyir. ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib qanunsuz olaraq saxlaması, istifadə etməsi və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədilə raportla Suraxanı PRİ-nin rəhbərliyinə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparıldıqdan sonra əməliyyat tədbirləri keçirilərək 29 aprel 2021-ci ildə saat 16 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Dəmiryol keçidinin qarşısında saxlanılaraq Suraxanı RPİ-yə gətirilmişdir. İdarədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquqları və vəzifələri izah edildikdən sonra dövlət büdcəsinin vəsaiti hesabına dəvət edilmiş müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış və götürmə aparılmasına başlanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olduğu halda könüllü sürətdə təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan mavi rəngli şalvarının sol yan cibindən içərisində 1 ədəd siqaretin qızılı rəngli kağızından olan bükümdə psixotrop maddəyə bənzər maddəni masanın üzərinə qoymuş, həmin bükümün nə olduğunu soruşduqda o, təqdim etdiyi bir ədəd qızılı rəngli siqaret kağızı bükümdə “şüşə” deyilən maddə olduğunu, onu tanımadığı şəxsdən, öz istifadəsi üçün aldığını bildirmiş, bundan sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilərək imzalanmışdır. Şahid suallara cavab olaraq həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsin ondan daha az miqdarda psixotrop maddə aşkar olunmasına dair bildirdikləri həqiqətə uyğun deyil. Belə ki, həmin maddə təqsirləndirilən şəxsin özünün və müdafiəçisinin iştirakı ilə qablaşdırılıb. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 30 aprel 2021-cı il tarixli 6/1727 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində "vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,316 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir”. 09 iyul 2021-ci il tarixli 2244 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Aşkar olunmuş psixotrop maddənin miqdarının ittiham aktında göstəriləndən daha az olması ilə bağlı təqsirləndirilən şəxsin bildirdiklərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, həmin maddə təqsirləndirilən şəxsin və müdafiəçisinin bilavasitə iştirakı ilə zərfə qablaşdırılmış, həmin zərfin üzəri möhürlə təsdiqləndikdən və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertiza tədqiqatına göndərilmişdir. Psixotrop maddənin miqdarı isə ekspert tərəfindən zəruri texniki vasitələrdən istifadə olunmaqla müəyyən edilib. Göstərilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin qeyd olunan dəlilini inandırıcı saymır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini əsasən etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,216 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 aprel – 01 may 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,216 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-262/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-262/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver