Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-263/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X9 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi - Qanuni nümayəndə2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2008-ci il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, yetkinlik yaşına çatmayan, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında kirayədə yaşayan, 02 yanvar 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdə saat 01:00 radələrində ünvan 2 ünvanında yerləşən “Amexline” avtoservisin həyətində dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs məxsus “Hyundai Elantra” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırtmışdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, 01 yanvar 2024-cü il tarixdə saat 01 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsində gəzişərkən orada yerləşən “Amexline” adlı avtoservisin olduğunu və həmin servisin həyətində bir neçə avtomaşın olduğunu görmüşdür. Bundan sonra o qərara gəlmişdir ki, oradan bir avtomobil qaçırdıb və səhərə qədər sürdükdən sonra yenə də qaytarıb servisin həyətinə qoysun. Buna görə də o həmin avtoservisin dəmir darvazası bağlı olduğu üçün həmin darvazaya dırmaşıb avtoservisin həyətinə keçmişdir. Orada olan tanımadığı şəxslərə məxsus bir neçə avtomaşını, yəni iki ədəd “Toyota Prius” markalı, “Mercedes” markalı və “Hyundai Elantra” markalı avtomaşınların içərisinə daxil olmaq üçün ön şüşələrini yerdə olan daş parçası ilə bir-bir qırmış, lakin onlardan heç birini işə sala bilməmişdir. Bundan sonra həmin avtoservisin həyətində olan tanımadığı şəxsə məxsus tünd göy rəngli, “Hyundai Elantra” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. O həmin avtomobilin sağ qabaq qapısını açmaq istəyəndə görmüşdür ki, qapısı artıq açıqdır. Buna görə də o, həmin avtomaşına əyləşmiş və avtomaşının açarı salonda olduğu üçün o, avtomaşının mühərrikini işə salmışdır. Bundan sonra o, avtomaşından düşüb yerdə olan daş parçası ilə avtoservisin darvazasının qıfılını qırmışdır ki, qapıları açıb avtomaşın ilə oradan çıxsın. Bundan sonra o, avtomaşına əyləşmiş və təxminən 1 saat avtomaşında oturmuşdur ki, avtomaşın qızsın. Bundan sonra o, X7 markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb servisin həyətindən qaçırtmışdır. O, həmin avtomaşını təxminən 2 saat sürdükdən sonra Bakı şəhəri, Nizami rayonu Xalqlar metrostansiyasının yaxınlığında avtomaşının təkəri partladığı üçün avtomaşını saxlamışdır. Təxminən 10 dəqiqə sonra Toyota Prius markalı dövlət qeydiyyat nişanı yadında qalmayan avtomaşın ona yaxınlaşmış və sürücüsü düşüb kömək etmək məqsədilə evakuator çağırmışdır ki, o, avtomaşını aparıb avtoservislərin birində təkərini təmir etdirsin. Bundan sonra həmin şəxs özü çıxıb getmiş və təxminən 20 dəqiqə sonra evakuator gəlib onun qaçırtdığı Hyundai Elantra markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomaşını avtoservisə aparması üçün evakuatora yükləmişdir, lakin o, evakuatorun sürücüsünə pulu olmadığını dediyindən, həmin şəxs ona avtomaşını Sabunçu rayonu, Korğolu metrostansiyasının yaxınlığında yerləşən cərimə meydançasına aparacağını bildirmişdir. Bundan sonra həmin gün saat təxminən 05 radələrində cərimə meydançasından çıxıb yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində o, həyətdə olduğu zaman dostu Mircəfərə əmisinə məxsus avtomaşın olduğunu və həmin avtomaşın cərimə meydançasında olduğu üçün onu gedib çıxartmaq lazım olduğunu bildirmiş, ona görə də tək getmək istəmədiyi üçün Mircəfərdən onunla birlikdə getməsini xahiş etmişdir. Mircəfər də onunla razılaşmışdır. Onlar birlikdə Bakı şəhəri, Sabunçu rayonu Koroğlu metrostansiyasının yaxınlığında yerləşən cərimə meydançasına getmişlər. Orada olan polis əməkdaşları həmin Hyundai markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili sənədləri olmadığı üçün onlara verməkdən imtina etmişlər və bu baradə Sabunçu RPİ-nin 12-ci PB-nə məlumat vermişlər. Təxminən 10 dəqiqə sonra 12-ci PB-nin əməkdaşları gəlib onları bölməyə aparmışlar. Orada onun Hyundai markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili avtoservisdən qaçırtdığı məlum olmuşdur. Buna görədə onları aidiyyəti üzrə Suraxanı RPİ-nin 32-ci PB-nə təhvil vermişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə baş verən vaxt spirtli içki qəbul etməmişdir. “Hyundai Elantra” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarı üstündə olmuşdur. Avtomobil işə düşmədiyindən o, tanımadığı şəxsdən avtomobili yanacaqdoldurma stansiyasına aparmaq üçün kömək istəmiş, həmin şəxs də ona kömək etmiş, o həmin şəxsdən həmin avtomobilə hansı növ benzin istifadə olunduğunu soruşmuş, həmin şəxs ona dizel isitadə olunduğunu demişdir. O, ümumilikdə, avtomobilə iki dəfə dizel tökmüş, birinci dəfə üç manat, ikinci dəfə iki manat pul vermişdir. Avtomobilə benzin tökməmişdir. Avtomobilin üstündə nömrə olmadığından avtoservisdə olan başqa nömrə taxmışdır. Belə ki, nömrə yerində kağız olmuş və nömrəni kağızın üstünə taxmışdır. Zərərçəkmiş şəxslə barışıq əldə olunmamışdır, belə ki, zərərçəkmiş şəxs ondan 2500 manat məbləğində pul istəyir, halbuki o, avtomobili idarə edərkən təkcə avtomobilin təkəri partlamışdır, başqa ziyan dəyməmişdir, çünki avtomobil cərimə meydançasında da işləyirdi. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 dekabr 2023-cü il tarixdə o, özünə şəxsi istifadəsi üçün X3 “Amexline” adlı karqo vasitəsi ilə Bakı şəhərinə 2015-ci ilin buraxılışı olan Hyundai Elantra markalı avtomobil gətizdirmişdir. Həmin avtomobili Bakı şəhərində gömrük qeydiyyatından keçirdikdən sonra üzərinə **-MU-*** dövlət qeydiyyat nişanı almışdır. X7 markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısı, arxa sağ nahiyyəsi və arxa sağ təkərində nasazlıqlar olduğu üçün həmin avtomaşını təmir etdirmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mehmandarov küçəsi 49-da yerləşən “Amexline” adlı avtoservisə aparmışdır. Orada olan Oktay adlı usta həmin avtomaşını tam təmir etdirmək üçün 1800 manat pul lazım olduğunu və o da Oktay ilə razılaşıb həmin avtomaşını avtoservisin həyətində saxlamışdır, ona avtomaşını tam təmir edib 2024-cü ilin yanvar ayının 10-da təhvil verəcəyini bildirmişdir. 01 yanvar 2024-cü il tarixdə o, “Amexline” avtoservisə təmirə qoyduğu Hyundai Elantra markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomaşının vəziyyəti ilə maraqlanmaq üçün Oktayın istifadə etdiyi mobil telefonuna zəng vurmuşdur. Həmin vaxt Oktay ona Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mehmandarov küçəsi 49-da yerləşən “Amexline” adlı avtoservisin həyətinə təmir üçün qoyduğu Hyundai Elantra markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomaşının naməlum şəxs tərəfindən qaçırıldığını bildirmişdir. Bundan sonra 01 yanvar 2024-cü il tarixdə saat təxminən 18 radələrində o həmin avtoservisə getmiş və oarda ona Təqsirləndirilən şəxs onun Hyundai Elantra markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomaşınını avtoservisin həyətindən qaçırdığı və onun avtomaşının hal-hazırda cərimə meydançasında olduğu məlum olmuşdur. 04 yanvar 2023-cü il tarixdə saat 09 radələrində o, Hyundai Elantra markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomaşınına baxış keçirmək üçün “Hyundai servisin” ustası ilə getmiş və ona Təqsirləndirilən şəxs onun həmin avtomaşınını avtoservisin həyətindən qaçırdığı zaman və onun avtomaşınının zədələnməsi nəticəsində maddi ziyan dəyməsi məlum olmuşdur. Belə ki, həmin avtomaşının sol qabaq diski, sol qabaq təkəri, avtomaşının alt hissəsinin sağ sol tərəfi, sol qabaq amartizatoru, qabaq sol təkəri saxlayan ehtiyyat hissəsi, sol qabaq sırğaları, sol qabaq qranatları, sol qabaq travesi, sol qabaq təkərin fırladıcı reysi, qabaq sağ farası, radiatoru, kondisionerin radiatoru, qabaq sağ nahiyyəsi, avtomaşının damı və qabaq sol qapısı zədələnmişdir. Həmin avtomaşının zədələnməsi nəticəsində ona 2690 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, ona dəymiş zərərin ödənilməsini tələb edir. Şahid məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, qanuni nümayəndəsi olan anası X2 iştirakı ilə məhkəməyə notarial qaydada təsdiq olunan ərizə ünvanlayaraq, ərizədə Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar istintaqda vediyi ifadəsini təsdiq etdiyini, həmçinin səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək keçiriləcək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu 278 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. Təqsirləndirilən şəxs onun məhlə dostudur. İmaməli ilə aralarında dostluq münasibətləri olmuşdur. 01 yanvar 2024-cü il tarixdə saat 16:30 radələrində o yaşadığı evinin həyətində olduğu zaman Təqsirləndirilən şəxs ona əmisinin “Hyundai Elantra” markalı avtomaşını olduğunu və həmin avtomaşının hal-hazırda Sabunçu rayonu, Koroğlu metrostansiyasının yaxınlığında yerləşən cərimə meydançasında olduğunu və həmin avtomaşını gedib oradan götürmək lazım olduğunu bildirmişdir. Buna görə də İmaməli ondan onunla bir yerdə həmin cərimə meydançasına getməsini xahiş etmişdir. O da İmaməli onun dostu olduğu üçün razılaşmışdır. Bundan sonra onlar Sabunçu rayonu, Korğolu metrostansiyasının yaxınlığında yerləşən cərimə meydançasına getmişlər. Orada İmaməli avtomaşını cərimə meydançasından çıxartmaq istəyəndə, oraya Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları gəlmişlər. Polis əməkdaşları onlara polis bölməsinə getməklərini bildirmişlər. Onlar da razılaşmışlar. Suraxanı RPİ-nin 32-ci PB-də Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X8 küçəsində yerləşən “Amexline” adlı avtoservisin həyətindən tanımadığı şəxsə məxsus “Hyundai Elantra” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırtdığı və orada olan bir neçə avtomaşının daş parçası ilə vurub ön şüşələrini qırdığı məlum olmuşdur. Təqsirləndirilən şəxs bu hadisəni törətməyindən onun xəbəri olmamış, İmaməli ona əmisinə məxsus avtomaşının cərimə meydançasında olduğunu demiş, buna görə də o, İmaməli ilə birlikdə Sabunçu rayonu, Korğolu metrostansiyasının yaxınlığında yerləşən cərimə meydançasına getmişdir. Təqsirləndirilən şəxs “Hyundai Elantra” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, X8 küçəsində yerləşən “Amexline” adlı avtoservisin həyətindən qaçırtdığı zaman o, İmaməlinin yanında olmamış və bu barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 17); şəxsin qanuni nümayəndəsi təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə2 iş üzrə qanuni nümayəndə kimi tanınmışdır (i.v. 32); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 48-49); qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 61); ifadənin hadisə yerində yoxlanılması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs hadisə yerini əyani olaraq göstərməklə ifadəsində göstərilənləri bir daha təsdiq etmiş, protokola fotoşəkillər əlavə edilmişdir (i.v. 64-66); "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus “Hyundai Elentra” minik markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobilə texniki baxış keçirilərək avtomobilə dəymiş zərərin və görüləcək işlərin dəyəri 2690 manat müəyyən edilmişdir (i.v. 67); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 98); şəxsin könüllü gəlməsi haqqında xx.xx.2024-cü il tarixli protokol və cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 100-101); ifadənin hadisə yerində yoxlanılması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs hadisə yerini əyani olaraq göstərməklə cinayətin təfərrüatlarını ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, protokola fotoşəkillər əlavə edilmişdir (i.v. 103-104); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 108); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması; Təqsirləndirilən şəxs özünü müdafiə etməsi üçün dəlil gətirməməsi iş üzrə nəzərə alınması; iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadəsi, Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid, X5 və X4 ifadələri, ifadənin yerində yoxlanması haqqında protokol, maddi sübut və digər istintaq materialları sübut növü kimi qiymətləndirilməsi; Zərərçəkmiş şəxs dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməməsi nəzərə alınması; Şahid əməlində heç bir cinayətin tərkib əlamətləri olmadığından onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi və material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilməsi; Zərərçəkmiş şəxs məxsus “Hyundai Elantra” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və saxlanması üçün sahibinə qaytarılmasının nəzərə alınması; Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi üzrə cinayət tərkibi müəyyən edilmədiyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi və Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri mövcudluğu sübuta yetirilsə də, onun barəsində cinayət təqibinin aparılması və cinayət əməlinin inzibati xətadən daha ağır ictimai təhlükəli əməl olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməməsinin nəzərə alınması qərara alınmışdır (i.v. 109-115). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin verdiyi və iş materiallarında olan ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) — min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur; 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır; 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. 435.4.1-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini həll edərkən hesab edir ki, ilk növbədə uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericiliklə yanaşı, həm də Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq hüquq normaları nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisinin 29 noyabr 1985-ci il tarixdə qəbul etdiyi “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar minimum standart qaydalar”a görə yetkinlik yaşına çatmayanın təqsirləndirildiyi cinayət işləri üzrə məhkəmə qərar qəbul edərkən və zəruri təsir tədbirləri seçərkən həmin tədbirlərin təkcə işin hallarına və hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipini deyil, həm də belə tədbirin yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğunluğu prinsipini rəhbər tutmalıdır. Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisi tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 37-ci bəndinə əsasən heç bir uşaq qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilməsin. Uşağın həbsə alınması, tutulması və ya həbsxanaya salınması qanuna uyğun həyata keçirilir və yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq edilir. Həmin Konvensiyanın 40.3-cü bəndinə əsasən iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara bilavasitə aidiyyəti olan qanunlar, proseduralar, orqanlar və müəssisələr yaratmalı, o cümlədən zəruri və arzu olunan hallarda, belə uşaqlara insan hüquqlarını və hüquqi təminatları tam gözləmək şərti ilə, məhkəmə tədqiqatından istifadə etmədən rəftar edilməsi üçün tədbirlər görülməsini təmin etməlidirlər. Konvensiyanın müddəlarından göründüyü kimi cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara cəzanın son tədbir kimi tətbiq edilməsi, zəruri və arzu olunan hallarda məhkəmə araşdırmasından kənar təsir tədbirlərinin tətbiqi iştirakçı dövlətlərdən tələb edilmişdir. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik normaları da öz növbəsində yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə xüsusi həssaslıqla yanaşılmasını tələb edir, Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qanunla qorunan hüquqlarına dövlət tərəfindən tam təminat verilir və bu sahədə dövlət nəzarəti mexanizmi mövcuddur. O cümlədən qüvvədə olan cinayət qanunvericiliyinə görə ümumi normalarla yanaşı yetkinlik yaşına çatmayanlara münasibətdə cəza təyin edilərkən həmin şəxslərin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yetkinlik yaşına çatmadığını, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal (hallar) müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxsin işləmədiyini və islah işləri cəzasının icrasının mümkün olmadığını, həmçinin, zərərin ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut - “Hyundai Elantra” minik markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobilin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan “Hyundai Elantra” minik markalı, **-MU-*** dövlət nömrə nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 90 (doxsan) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə mülki iddianın, məhkəmə xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-263/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-263/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver