Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-264/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, vəkil X9 iştirakları ilə X1 X10 və X11 barəsində xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək, barələrində müvafiq cəza növündə hökm çıxarılmasını xahiş etmişdir. X2 məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılır ki, o, qonşuluqda yaşayan və ona qarşı cinayət törədən X5 və onun əri X4, sonunjularla əlaqədə olan (dırnaqarası dostluq edən) ayrı şəxslərin törətdikləri cinayətlərə görə, onların barəsində jinayət təqibinə başlanmasını və həbs edilmələrini məhkəmədən xahiş edir. Qonşuluqda yaşayan bu sakinlər qonşuluq əlaqələrindən sui-istifadə edərək, 2002- 2003-jü illərdə onlara əmanət olaraq verilən mənzillərinin açarından cinayət törətmək üçün istifadə ediblər. Bu şəxslər onların rayonda olduqlarından istifadə edib, mənzildə saysız cinayətlər törətmişlər. Belə ki, bu şəxslər AR CM-nın 144-1-ci maddəsi ilə insan alveri, 147-ci maddəsi ilə böhtan, 149-ju maddəsi ilə zorlama, 153-cü maddəsi ilə əxlaqsız hərəkətlər, 156-cı maddəsi ilə şəxsi həyatın toxunulmazlığının pozulması, 157-ci maddəsi ilə mənzil toxunulmazlığının pozulması və s. cinayətlərini törətmişlər. Onlar biribiri arasında onun barəsində böhtan atmışlar. Ərizə məhkəməyə cinayətkarlar barəsində AR Konstitusiyasının və Allah Təalanın qanunlarına əsasən jinayət işinin başlanması və onların həbs edilməsi üçün ünvanlanmışdır. Ümidvardır ki, araşdırılan və sübut edilən dəlillərə əsasən cinayətkarlar həbs ediləcək və yuxarıda adları çəkilən cinayətkarların vurduqları maddi ziyan ödəniləcək. Məskunlaşdıqları mənzil dövlətin daşınmaz əmlakı olduğundan, mənzildə cinayət törətmək dövlətə, ölkəyə, milli mental dəyərlərinə, xalqın adətlərinə, ümumi olaraq vətənə xəyanətdir. Xüsusi ittiham qaydasında barələrində şikayət verilmiş şəxslər X10 və X11 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməklərinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq hesab edir ki, X1 X7 və X8 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmalıdır.. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. CM-nin 147-ci maddəsinə əsasən böhtan cinayəti - obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Şəxs kütləvi informasiya vasitəsinin redaksiyasından həmin kütləvi informasiya vasitəsində yayımlanmış həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətinə ləkə vuran məlumatların təkzib olunmasını tələb etmək hüququna malikdir. Bu halda yayımlanmış məlumatlar ümumilikdə aşağıdakı iki əlamətə malik olmalıdır: - həqiqətə uyğun olmayan məlumatlar kütləvi informasiya vasitələrində yayımlanmışdır; -kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlar ləkələyici xarakterə malikdir. X2 göstərmişdir ki, barəsində şikayət etdiyi şəxslər biri-biri arasında onun barəsində böhtan atmışlar. Belə olan halda, ərizəçinin istinad etdiyi bu ifadələr kütləvi informasiya vasitələrində yayımlanmadığından, JM-nin 147-ji maddəsində nəzərdə tutulmuş jinayət əməlinin törətdilməsi istisna olunur. Konkret hazırki halda ərizəçinin müdafiə hüququ cinayət-hüquqi müstəvidə deyil, mülki –hüquqi məsuliyyətin yaranması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəməyə hesab edir ki, ərizəçiyə sübütları toplamaqla şərəf və ləyaqətin müdafiəsi ilə bağlı mülki ijraat qaydasında məhkəməyə mürajiət etmək hüququ izah edilməlidir. Ərizəçinin öz ərizəsində istintad etdiyi jinayət qanunverijiliyinin digər maddəlləri üzrə (CM-nın 144-1-ji, 149-ju, 153-cü, 156-cı, 157-ci və s.) jinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirililmir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ji bəndində məhkəmələrə izah olunmuşdur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə, məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ji maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məjəllənin 302-ji maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Odur ki, məhkəmə şikayət ərizəsində göstərilən məlumatlara və şikayətə əlavə edilmiş sənədlərə əsasən hesab edir ki, ərizəçinin göstərdiyi xüsusatlar xüsusi ittiham qaydasında məhkəmədə baxılmasına əsas vermir və hazırki şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə əsas verir. Göstərilənlərə əsasən X1 X7 və X8 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 13-jü bəndində məhkəmələrə izah olunmuşdur ki, xüsusi ittiham qaydasında məhkəməyə verilmiş şikayətdə xüsusi ittiham qaydasında cinayət təqibi ilə yanaşı, həmçinin ictimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb ola bilən cinayətlər haqqında da məlumatlar olduqda, məhkəmə hazırlıq iclasının qərarı ilə CPM-nin 207.6-cı maddəsinə əsasən onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 ərizəsində göstərilən xüsusatların araşdırılması məqsədilə ərizə dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 X7 və X8 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. X1 ərizəsində göstərilən xüsusatların araşdırılması məqsədilə ərizə dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Suraxanı rayon prokuroruna göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-264/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-264/2021
06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver