Məhkəmə qərarları › İş №1(010)-265/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-265/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-265/2023 01.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Hənifə-zadə X5, Suraxanı Rayon İcra Hakimiyyətinin yanında X3 işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Nümayəndə, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ibtidai təhsilli, subay, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 5-ci Mədən küçəsi nömrəsiz evdə qeydiyyatda olmaqla yaşayan hazırda barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağları yaşayış massivində nömrəsiz ünvanda yerləşən torpaq sahəsində tikilməkdə olan evində fəhlə işlərkən, 26 aprel 2022-ci il tarixdə, saat 14 radələrində həmin sahədə yerləşən iki otaqlı fərdi tikilmiş evin ev sahibinin istifadəsində olan otağının giriş-çıxış qapısının kilidli olmadığından istifadə edərək saxlanc yeri olan həmin otağa qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs1 anası Şahid3 həmin otaqda saxladığı əl çantasından Zərərçəkmiş şəxs1 məxsus 2850 manat nağd pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 2850 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə təkrarən 04 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs2 ünvan 2 ünvanda yerləşən Suraxanı rayon Mərkəzi poçtunun yaxınlığında saxladığı "KİA Cerato” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ ön qapısının şüşəsini əli ilə sındırmaqla avtomobilin salonundan içərisində olan 340 manat nağd pul olan 20 manat dəyərində portmanesini, qoltuq altında olan qutudan «Tissot» markalı 160 manat dəyərində saatını, 240 manat dəyərində «İphone 6» markalı bir ədəd mobil telefonunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 760 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, valideynləri yəni atası X9 və anası X6 boşanmışlar. Hazırda onların harda yaşamalarından məlumatı yoxdur. Beş yaşından nənəsi Hənifə-zadə X10 ilə birlikdə və onun himayəsində yaşayır. Bacısı və ya qardaşı yoxdur. Xəzər rayonu Buzovna qəsəbəsi 27 saylı tam orta məktəbdə 6-cı sinifə kimi latın qrafikasında təhsil almışdır, yazıb, oxumağı bacarır. Onunla qonşuluqda yaşayan ev təmiri üzrə usta olan Şahid2 onu məhəllədə görüb, ona Zığ bağlarında bir evin dam örtüyünü vurduqlarını, ona yüngül işləri görmək üçün köməkçi lazım olduğunu bildirərək, ona onun köməkçisi olmağı, bir qədər pul qazanmağı, eyni zamanda sənət öyrənməyi təklif etmişdir. O da razılaşmışdır. 23 aprel 2022-ci il tarixdə o, Rəşad əmi və onunla birlikdə usta işləyən Şahid1 adlı şəxslə birlikdə həmin evin dam örtüyünü vurmağa başlamışlar. Həmin evin hörgü işləri başa çatsa da üstünün dam örtüyü olmamışdır. Rəşad usta ilə Valeh usta əvvəlcə həmin evin dam örtüyünün karkaslarını qurmağa başlamışlar. O da ustalara kömək edirmiş, yəni lazım olan alətləri, materialları onlara verirmiş. Tikilən evdən kənarda divar-divara olan iki otaq varmış. Otaqların qapıları, dəmirdən olmaqla, həyətə açılırmış. Hər ikisi açarla bağlanırmış. Bir otağı istifadə etmək üçün onlara vermişdilər və açarı onlarda imiş. Digər otaqdan isə ev sahibəsi istifadə edirmiş. Evin sahibi Rahib adlı şəxs imiş. Rahib özü tikintiyə arada bir gəlirmiş. Ancaq anası Şahid3 onlara yemək gətirirmiş və tez-tez tikintidə olurmuş. Özünə lazım olan əşyaları, çantasını həmin otaqda orada saxlayırmış. Axşamçağı gedəndə qapını özündə olan açarla bağlayır, səhər gələndə açırmış. Ustaların eləcə də onun icazəsiz həmin otağa daxil olmağa ixtiyarı yox imiş. 26 aprel 2022-ci il tarixdə səhər Şahid3 tikintiyə gəlmiş, günorta onlara yemək vermişdir Yeməkdən sonra işlərinə davam etmişlər. Natella Ahşova da tikintidə imiş. O, tualetə getmək istədiyini ustaya deyib, həyətə enmişdir. Açarı Şahid3 olan otağın qapısını çəkdikdə qapının açarla bağlanmadığını görmüşdür. Oğurluq etmək məqsədi ilə otağa daxil olub, otağı axtardıqda Şahid3 əl çantasını görmüşdür. Çantanı açdıqda içərisində çoxlu pul olduğunu görmüşdür. Həmin pulları götürüb, cibinə qoyaraq otaqdan çıxıb, həyətdən uzaqlaşmışdır. Otaqdan çıxarkən və həyətdən uzaqlaşarkən onu heç kim görməmişdir. Rahat bir yerə çatdıqda oğurladığı pulları çıxarıb, saymış və 2850 manat olduğunu görmüşdür Həmin pulların çox hissəsini sonrakı günlərdə Bakı şəhəri Əhmədli və Bakıxanov qəsəbələrində internet salonlarında xərcləmişdir. Qalan hissəsinə özünə paltar almış və şəhərdə özü üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 avtomobilinin qabaq sağ qapı şüşəsini sındırmaq yolu ilə həmin avtomobilin salonundan oğurluq etmişdir. Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Suraxanı mərkəzi poçtun yaxınlığında olan tikilidə bərbər işləyirmiş. Hər gün səhər saat 10 radələrində işə gəlir və axşam saat 20 radələrində işdən gedirmiş. Royalın istifadəsində «KİA Cerato» markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil varmış. Həmin avtomobildən oğurluq etməmişdən təxminən 1 gün əvvəl Royalın bərbər işlədiyi yerə getmişdir. Röyal onun atası və anası olmadığını bildiyinə görə hər dəfə başını pulsuz qırxırmış və ac olduğunda ona dönər alır, paltarsız qalmaması üçün paltarından ona verirmiş. Röyal 03 sentyabr 2022-ci il tarixdə onun saçını pulsuz vurduqdan sonar, evinə gedərkən onu da yol üstü yaşadığı X.Ələkbərov küçəsində olan evə aparmışdır. Röyal yol üstu avtomobilinə benzin vuran zaman benzin pulunu qabaq şərnişin oturacağı tərəfdə olan oturacağın qarşısında olan günlükdən götürdüyünü, qalan pulu yenidən ora qoyduğunu görmüşdür. Royalın avtomobilini iş vaxtı işlədiyi yerin yaxınlığında saxladığını bildiyindən həmin pulu oğurlamaq qərarına gəlmişdir. 04 sentyabr saat 15 radələrində günorta həmin yerə gəlmiş və Royalın avtomobilini iş yerində təxminən 50 metr kənarda ağacın kölgəsində saxladığını görmüşdür. Kənarda dayanıb, aranın sakitləşməsini gözləmişdir. Saat təxminən 19 radələrində ətrafda kimsənin olmadığını görüb, avtomobilə yaxınlaşmış və əli ilə avtomobilin qabaq sağ qapısını şüşəsini sındırıb içəri daxil olmuşdur. Sağ günlüyə baxdıqda orada bir ədəd pul qabını görüb, götürmüşdür. Sonra isə qabaq oturacaqlar arasında olan qoltuqaltının içərisindən bir ədəd saatı, bir ədəd mobil telefonu görüb, götürərək oradan uzaqlaşmışdır. Sakit bir yerdə oğurladığı pul qabını açdıqda içərisində 340 manat nağd pulun, Ruslanın adına olan sürücülük vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin, avtomobilin sənədlərinin, bir ədəd “Kapital bank” bank kartının olduğunu, eləcə də oğurladığı saata və mobil telefon baxdıqda saatın «Tissot» markalı, mobil telefonun isə “İphone” markalı olduğunu görmüşdür. Mobil telefon və saat işləmədiyindən onları Qaraçuxur qəsəbəsində zibil qutusuna atmışdır. Onun məqsədi ancaq pul və qiymətli əşya oğurlamaq imiş. Oğurladığı pul qabının içərisində sürücülük və şəxsiyyət vəsiqələrinin, avtomobilin sənədlərinin və bank kartının olduğunu əvvəlcədən bilmirmiş və onları oğurlamaq məqsədi olmamışdır. Ona görə də onlarıda saat və mobil telefonla birlikdə zibil qutusuna atmışdır. Sonrakı günlərdə Royalın həmin oğurluğun onun tərəfindən edildiyini başa düşdüyünü bildiyindən Röyala görüşüb, ondan şikayət etməməsini, oğurladığı pulları geri qaytaracağını bildirmişdir. Ancaq Röyal ondan şikyət etmişdir. Oğurluq nəticəsində Röyala vurduğu maddi ziyan nənəsi tərəfindən Röyala tam olaraq ödənilmişdir və Royalın ondan şikayəti tələbi yoxdur. Hər iki oğurluğu tək olaraq törətmiş, oğurluq edəcəyi barədə əvvəlcədən hər hansı bir şəxsə bildirməmiş, oğurladığı puldan və ya əşyalardan kiməsə satmamış və verməmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 6 ildir ki, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Suraxanı mərkəzi poçtun yaxınlığında olan tikilidə bərbər fəaliyyəti ilə məşğul olur. İşə hər gün səhər saat 10 radələrində gəlir və axşam saat 20 radələrində işdən gedir. Təxminən bir olar ki, «KİA Cerato» markah 77- BO- 423 dövlət qeydiyyat nişanlı avtomobili almışdır və hər gün işə həmin avtomobili ilə gəlib, gedir. İşə gələndə avtomobili iş yerinin qarşısında saxlayır. Yay fəslində isə bir qədər iş yerindən kənarda təxminən 50 metr aralıda ağacın kölgəsində saxlayır. 03 sentyabr 2022-ci il tarixdə işləyiyi bərbərxanaya Təqsirləndirilən şəxs adlı azyaşlı oğlan gəlmişdir. Nihatı yetim oğlan kimi tanıdığından onun saçlarını həmişə pulsuz olaraq qırxırmış, ac olduğu bildikdə isə yeməsi üçün ona dönər alırmış. Bəzəndə özünün nimdaş paltarlarından geyməsi üçün ona verirmiş. 03 sentyabr 2022-ci il tarixdə Nihatın saçlarını pulsuz qırxdıqdan sonra iş vaxtı başa çatığından yol üstü onu da özünün avtomobilində yaşadığı X.Ələkbərov küçəsində olan evə aparmışdır. Yol üstü avtomobilinə yanacaq doldurmuş və yanacaq pulunu ödəmək üçün qabaq sərnişin oturacağının qarşısında olan günlükdə olan pul qabısından pul çıxarmışdır. Yanacaq pulunu ödədikdən sonra qalan 340 manat pulu yenidən pul qabında günlüyə qoymuşdur. Avtomobildə olan Nihat da bunu görmüşdür. 04 sentyabr 2022-ci il tarixdə evində nahar etdikdən sonra saat 15 radələrində yenidən iş yerinə qayıtmış və idarə etdiyi avtomobili iş yerindən təxminən 50 metr kənarda, görə ağacın altında saxlamışdır. Saat 20 radələrində işini başa vurub avtomobilə yaxınlaşan zaman avtomobilin qabaq sərnişin qapısının şüşəsinin sındırıldığını aşkar etmişdir. Avtomobilin salonuna baxdıqda içərisində 340 manat olan həmin pul qabısının, qabaq oturacaqlar arasında olan sandıqçadan bir ədəd 160 manat dəyərində «Tissot» markalı saatının, bir ədəd təxminən 240 manat dəyərində «İphone 6» markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Oğurlanmış pul qabısının dəyəri təxminən 20 manat olmuşdur. Həmin pul qabısında 340 manat nağd puldan başqa özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, avtomobilə aid sənədlər, “Kapital lbank” bankından onun adına verilmiş kredit kartı olmuşdur. Avtomobilindən oğurluq olduğunu başa düşdükdən sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Nihatın bir gün əvvəl onun günlükdəki pul qabından pul götürdüyünü, qalan pulu yenidən pul qabında günlüyə qoyduğunu gördüyünü xatırlayaraq, oğurluğun Nihatın etməsindən şübhələnmişdir. Bu barədə Nihatı tanıyanlara bildirdikdən sonra Nihat onun yanına gələrək həqiqətəndə avtomobildən 340 manat nağd pulu, bir ədəd mobil telefonu, bir ədəd saatın, pul qabını və sənədləri onun oğurladığını, etiraf edərək, qaytarması üçün ona vaxt verməsini xahiş etmişdir. Oğurluq nəticəsində ona təxminən 760 manat bəbləğində ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Təxminən 2 il bundan əvvəl Suraxanı rayonu Zığ bağları adlanan ərazidə yaşayış evi tikdirmək üçün 7 sot torpaq sahəsi almış, sonrakı müddətdə həmin torpaq sahəsində 12x14 metr ölçülərində ev tikdirməyə başlamışdır. 2022-ci ilin aprel ayında həmin tikilidə hörgü işləri başa çatmışdır. Ona görə də evin üstünə dam ötürdüyü vurdurmaq qərarına gəlmişdir. Yaşadığı ünvanın yaxınlığında yaşayan Valeh adlı usta ilə həmin evin damını yəni şiferini vurdurmaq üçün razılığa gəlmişdir. Usta evin damının vurulmasına 1100 manat usta pulu olmaqla, təxminən 6000 manat xərci çıxacağını bildirmiş, birlikdə nə qədər və hansı tikinti materialları lazım olduğunu hesablamışlar. Valeh usta özünün briqadası olduğunu bildirmişdir. Ustanın dediyi materialların bir hissəsini alıb gətirdikdən sonra ustalar işə başlamışlar. 23 aprel 2022-ci il tarixdə ustalar evin dam örtüyünü- şiferini vurmağa başlamışlar. Özünün ustalarla daimi təmasda olmağa vaxtı olmadığından, anası Şahid3 hər gün tikintiyə gedib, ustalarla görüşürmüş və yeməklərini verirmiş. Həmin torpaq sahəsində divar-divara iki otaq tikilisi, hər otağın ayrı-ayrılıqda həyətə açılan dəmir qapıları varmış. Ancaq orada yaşamırmışlar. Ustalar işə başladıqdan sonra həmin otaqlardan birini alətlərini, əşyalarını yığmaq üçün üstalara vermişdir. Digər otağın isə giriş-çıxış qapısının açarı özündə və anasında imiş. Başqa şəxslərin, eləcə də ustaların ora daxil olma icazəsi yox imiş. Anası hər gün həyətə gedib, ustaların işlərinə nəzarət edir və onların yeməklərini verirmiş. Anası ona ustalar işə başlayanda özləri ilə bir azyaşlı oğlan uşağı gətirdiklərini, uşağın tikintidə işləməsinin düzgün olmadığını dediyindən o, usta Valehlə görüşüb bu barədə ona demişdir. Usta Valeh də onaə uşağın onunla birlikdə işləyən Rəşad adlı ustanın qonşusu və yetim olduğunu. Rəşadın həmin Nihat adlı oğlanı sənət öyrənməsi üçün yanında gətirdiyini bildirmişdir. O da o, anasına bunu bildirərək, Nihatın tikintidən uzaqlaşdırılmasının yaxşı olmadığını demiş, anası da onunla razılaşmışdır. 26 aprel 2022ci il tarixdə günortadan sonra anası ona zəng edərək, səhər tikintiyə getdiyini, ustalara nahar yeməyi verdikdən sonra, işləyən ustaların yanında olarkən, tikintidə işləyən həmin Nihat adlı oğlanın tualetə getmək adı ilə ustaların yanından getdiyini, bir qədər sonra ustaların ona açarı özündə olan otağın qapısını bağlayıb, bağlamadığını soruşduqlarını, əgər bağlamayıbsa otaqda pul, qiymətli əşya varsa yerində olub, olmamasını yoxlamağı dediklərini, bundan sonra, açarı özündə olan, qapısını örtsə də açarla bağlamadığı otağa gedib, baxdıqda onun anasına verdiyi 6000 manatdan qalan 2850 manatın otaqda olan çantasından oğurlandığını bildirmişdir. Bundan sonra o, tikintiyə gedib, həqiqətəndə anasının otaqda olan çantasından 2850 manat pulun oğurlandığını aşkar etmişdir. Sonra ustalarla birlikdə həmin Nihat adlı oğlanın yaşadığı ünvana getmişlər. Birlikdə yaşadığı nənəsi Nihatın evə gəlmədiyini və harda olmasından xəbəri olmadığını bildirmişdir. O da bundan sonra gedib Suraxanı RPİ-nin 30-cu PŞ-nə gedib oğurluq barəsində şikayət ərizəsi vermişdir. Anasının çantasından oğurlanmış həmin 2850 manat onun anasına verdiyi 6000 manat puldan qalan məbləğ imiş. Yəni oğurlanmış həmin məbləğ onun özünə məxsusdur. Evinə dam örtüyü vuran ustalara oğurluğun onların ona demədən özləri ilə gətirdikləri şəxs tərəfindən edildiyini bildirdikdə, ustalar onun onlara etdiyi iradı ilə razılaşmışlar. Sonra isə ona evin dam örtüyünü vurulması üçün onlara ödəyəcəyi məbləği və görəcəkləri digər işlər üçün alacaqları pulun onlara ödənilməməsini və bununla da ona dəymiş maddi ziyanla əvəzlənməsini bildirmişlər. Sonrakı günlərdə ustalar işlərini yekunlaşdırsalar da ondan hər hansı bir məbləğdə pul almamışlar. Yəni Nihatdan şəxsin ona məxsus 2850 manat pulu oğurlamaqla vurduğu maddi ziyan onu tikintiyə gətirmiş Valeh və Rəşad adlı ustalar tərəfindən ona tam olaraq ödənilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 12 ilə yaxın müddət olar ki, evlərin dam örtüyünün vurulması ilə məşğul olur. Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nizami rayonu Keşlə qəsəbəsində yaşayan onun kimi usta işləyən dostu Valehin vasitəsi ilə tanınmış və onların qonşusu olmasını bilmişdir. Valeh ona Rahibin Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Zığ bağları adlanan yerdə 7 sot torpaq sahəsində ev tikdirdiyini, hörgü işlərinin başa çatdığını, evin damma dam örtüyü vurmaq lazım olduğunu bildirmiş, həmin işi birlikdə görməyi təklif etmiş, zəhmət haqqı olaraq ümumilikdə 1100 manat alacaqlarını bildirmişdir. 23 aprel 2022-ci il tarixdə həmin evin dam örtüyünü vurmağa başlamışlar. Orada işə başlayarkən özü ilə qonşuluqda yaşayan Nihat adlı oğlanı da özü ilə köməkçi olaraq aparmışdır. Çünki, Nihatın özü ona fəhlə işi olan zaman onu aparmasını xahiş etmişdir. 26 aprel 2022-ci il tarixədək evin dam örtüyünün karkasını vurmuşlar. Həmin günü günorta saatlarında evdə olan qadın tikinti yerinə gəldikdən sonra Nihat sanitar qovşağa getmək adı ilə damdan həyətə düşmüş, lakin bir müddət keçsə də geri qayıtmamışdır. Bundan şübhələndiyindən həmin qadına həyətdəki otağında qiymətli bir şey varsa gedib yoxlamasını istəmişdir. Qadın da əşyalarını saxladığı həyətdəki otağına gedib baxdıqdan sonra otağa qoyduğu əl çantasında olan 2850 manat pulun oğurlandığını bildirmişdir. Onlar da oğurluqda Nihatdan şübhələndiklərindən onun nənəsi ilə birlikdə yaşadığı Suraxanı rayonu, köhnə Suraxanı adlanan yerdə yerləşən qaçqınların binası deyilən evə getmişlər. Onları qarşılayan nənəsi Nihatın ata və anası olmadığını, onun himayəsində və onunla birlikdə yaşadığını, lakin evə gəlmədiyini bildirmişdir. Tikintiyə qayıtdıqdan sonra oraya gələn ev sahibi Zərərçəkmiş şəxs1 Nihatı tikintiyə onların (Rəşad və Valehin) gətirdiklərini, ona görə də Nihatın oğurluğuna görə onların məsuliyyət daşıdıqlarını bildirmişdir. Sonra Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Nihatın 2850 manat oğurlanması nəticəsində Rahibə dəymiş maddi ziyanı ödəmək məqsədi ilə Rahibin onlara ödəməli olduğu 1100 manatı ondan almamışlar və qalan 1700 manatı da ödəyəcəklərini bildirmişlər. Sonrakı günlərdə Rahibə ödəməli olduqları 1700 manatı da tam olaraq ödəmişlər. Nihatın həmin oğurluğu edəcəyindən nə onun, nə də Valehin əvvəlcədən məlumatları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin 7-12-ci vərəqlərində olan baxış keçirilməsi haqqında 08 sentyabr 2022ci il tarixli protokol və ona əlavə edilmiş foto-şəkillərə əsasən, Zərərçəkmiş şəxs2 məxsus 340 manat nağd pul olan 20 manat dəyərində portmanesini, qoltuq altında olan qutudan «Tissot» markalı 160 manat dəyərində saatını, 240 manat dəyərində «İphone 6» markalı bir ədəd mobil telefonunun oğurlandığı yer Suraxanı rayon Mərkəzi poçtunun yaxınlığında saxladığı "KİA Cerato” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Cinayət işinin 61-62-ci vərəqələrində olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş foto-şəkillərdən əsasən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 2850 manat nağd pulun oğurlandığı yer Suraxanı rayonu Zığ bağları adlanan yaşayış sahəsində yerləşən zərərçəkmiş şəxsə məxsus tikilidir. Cinayət işinin 60-cı vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə, saat 13:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 161-163-cü vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirlən şəxs qismində dindirilməsi 17 sentyabr 2022-ci il tarixdə, saat 15:58-də bitmişdir. Cinayət işinin materiallarının 164-165-ci vərəqlərində olan 17 sentyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 35-ci vərəqində olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs nənəsi İradə Hənifə-zadə tərəfindən zərərçəkmiş şəxsə tam olaraq ödənmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi şikayəti yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ərizəyə əsasən, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Ona dəyən ziyan qaytarılmışdır. Cinayət işinin 180-181-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmədiyi müəyyən edilmişdir. Cinayət işinin 187-190-cı vərəqələrində olan ifadənin yerində yoxlanılması haqqında 10 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini əyani şəkildə təsdiq etmişdir. Cinayət işinin 130-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli qanuni nümayəndə qismində təyin etmə haqqında qərara əsasən, Hənifə-zadə X2-zadə Nihat Qadir oğlunun qanuni nümayəndəsi qismində təyin edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsin olduğunu, mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, yetkinlik yaşına çatmayan şəxs olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, Zərərçəkmiş şəxs2 ziyanı ödənildiyindən təqsirləndirilən şəxslə barışdığını və ona qarşı hər hansı şikayətin və tələbin olmadığını, digər zərərçəkmiş şəxs X8 ziyan ödənilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə, saat 13:20-də şübhəli şəxs qismində tutulduğundan və təqsirləndirlən şəxs qismində dindirilməsi 17 sentyabr 2022-ci il tarixdə, saat 15:58-də bitdiyindən məhkəmə istintaq zamanı tutma altında saxlanıldığı (16 sentyabr-17 sentyabr 2022-ci il) 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan 2850 manatın və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan 760 manatın ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 il (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdən 17 sentyabr 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan 2850 manatın və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan 760 manatın ödənilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar