Məhkəmə qərarları › İş №1(010)-266/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-266/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-266/2021 12.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21.04.2021-ci il tarixdə, saat 19 radələrində 03.11.2020-ci il tarixdə atası X8 tərəfindən Bakı şəhəri, 18 saylı notariat kontoru tərəfindən reystrdə 7E- 6367 nömrəsi ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, ƏN-V 551224 nömrəli etibarnamə və 14.03.2018-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən verilmiş AD 087081 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi «AzSamand» markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ yolu ilə Bakı şəhəri, Suraxanı qəsəbəsi istiqamətinə 60 km/saat sürətlə hərəkətdə olan zaman, Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı olduğu halda bu tələbləri yerinə yetirməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da, həmin maddənin tələblərini pozaraq, yolun döngəli hissəsində əks hərəkət yoluna çıxaraq, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan X3 idarə etdiyi «Kia-Rio» markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «Kia-Rio» markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs daxili qanitirmə və hemorragik şok ilə müşayiət olunan qarının küt travması, dalağın partlaması, (splenektomiya), iki tərəfli hemopnevmotoraksı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran xəsarət almasına, habelə «Kia-Rio» markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 21.04.2021-ci il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ölümünə səbəb olmuş, hər iki ağ ciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin hər iki yarısında qabırğaların çox saylı sınıqları, bədənin çoxsaylı sıyrıqları və ağ ciyərin zədələnməsi nəticəsində baş vermiş çoxsaylı daxili qanitirmə kimi, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə, “Kia-Rio” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5.550 manat miqdarında maddi zərər vurmuşdur. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, 2 ildən çoxdur ki, atası X5 məxsus “AzSamand” markalı, **- LP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. 21 aprel 2021-ci il tarixdə, saat 19.15 radələrində o, işdən çıxıb, Suraxanı rayonunun Zığ qəsəbəsi istiqamətindən Suraxanı qəsəbəsi istiqamətinə 60 km/saat sürətlə hərəkətdə olarkən, qarşıdan sola tərəf döngənin olduğunu bildiyi üçün ayağını qaz pedalından çəkərək, hərəkət etdiyi zolağın ortası ilə hərəkətini davam etdirmiş, döngəni dönən kimi təxminən 20 metr məsafədə qarşıdan markasını və dövlət qeydiyyat nişanını görmədiyi avtomobilin sürətlə hərəkətdə olduğunu görmüş, həmin avtomobilin onun idarə etdiyi avtomobilə çox yaxın olduğunu hiss etmiş, toqquşa biləcəklərini nəzərə alıb, həmin avtomobilin sürücüsünün toqquşmadan yayınmaq üçün avtomobilini sağ tərəfə çəkəcəyini fikirləşmiş, lakin həmin vaxtı əks istiqamətdən hərəkətdə olan avtomobilin sol ön tərəfi anidən onun idarə etdiyi avtomobilin sol ön tərəfi ilə toqquşmuşdur. Toqquşmadan sonra avtomobili hərəkətdə olduğu zolaqda qalıb, toqquşma yerindən təxminən 15-20 metr qabağa hərəkət edərək dayanmışdır. O, avtomobilindən düşmək üçün qapını açmağa çalışsa da, qapı açılmadığı üçün pəncərədən çıxaraq digər avtomobilə tərəf qaçmış, həmin avtomobilin Zığ qəsəbəsi istiqamətində yolun köməkçi hissəsində ön tərəfi boşluq ərazi istiqamətinə dayandığını görmüşdür. O, avtomobildə olan sərnişinlə danışmış, sürücü avtomobildə sıxılıb qalmışdır. O, kömək edib sürücünü avtomobildən çıxarmış, hadisə yerinə gələn TTY briqadası sürücünü və sərnişini xəstəxanaya aparmışdır. Özü isə xəsarət aldığı üçün Respublika Xəstəxanasına getmişdir. Jinayət hadisəsindən sonra o, zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə jəhd etmiş, mərhum zərərçəkmiş şəxs X3 hüquqi varisi X4 mürajiət edərək, mərhumun övladlarının yetkinlik yaşına çatanadək hər ay 300 manat məbləğində ödəniş etməyə dair öhdəlik götürmüş, lakin zərərçəkmiş şəxsin hüquqi varisi onun bu təklifi ilə razılaşmamış, mərhumun uşaqları üçün yaşayış evi almağı ona təklif etmiş, lakin o, buna maddi imkanının olmadığını bildirmişdir. Hazırda da mərhumun övladlarının yetkinlik yaşına çatanadək hər ay 300 manat məbləğində ödəniş etməyə və buna dair notarial qaydada təsdiq olunmuş öhdəlik götürməyə hazırdır. Törətdiyi əməldən peşmandır. Məhkəmənin əvvəlki ijlasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 21 aprel 2021-ci il tarixdə, saat 19 radələrində yaşadığı ünvan 3 ünvanından Əhmədli qəsəbəsinə getmək üçün “Bolt” taksi şirkəti vasitəsi ilə taksi sifarişi vermiş, təxminən 2-3 dəqiqədən sonra taksi yaşadığı evin qarşısına gəlmiş, o, evdən çıxıb həmin taksiyə əyləşmiş, taksi hərəkətə başlayaraq Zığ qəsəbəsi istiqamətinə hərəkətə başlamışdır. Suraxanı-Zığ qəsəbəsi yolu ilə hərəkətdə olduqları zaman o, telefonla oynamış, gözünü telefondan ayırıb yola baxdıqda, qarşıda olan maili döngədən markasını və dövlət qeydiyyat nişanını görə bilmədiyi avtomobilin bir qədər onların hərəkət zolağına girdiyini görmüş, həmin vaxtı qəza baş vermişdir. O, və sərnişini olduğu avtomobilin sürücüsü X6 xəsarət aldıqları üçün 3 saylı ŞKX-nə aparılmışlar. O, xəsarət aldığı üçün əməliyyat olunmuşdur. Hazırda səhhəti normaldır. İş üzrə Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, mərhum qardaşı X3 «Kia-Rio» markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, sonunju taksi fəaliyyəti ilə məşğul olmuşdur. 21.04.2021-ci il tarixdə, saat 21 radələrində qardaşı Qabil Məmmədov idarə etdiyi «Kia- Rio» markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi istiqamətindən Zığ qəsəbəsi istiqamətinə hərəkətdə olan zaman, əks istiqamətdən, yəni Zığ qəsəbəsi istiqamətindən Suraxanı qəsəbəsi istiqamətinə hərəkət edən «AzSamand» markalı avtomobillə toquşmuş və xəsarət aldığına görə Respublika Kliniki Xəstəxanasına aparılmış və bu barədə onlara məlumat verildiyindən dərhal xəstəxanaya getmişlər. Lakin xəstəxanada qardaşı hadisə nətijəsində aldığı xəsarətlərdən vəfat etmişdir. Mərhumun vəfatından sonra azyaşlı övladları qalmışdır. İş üzrə Təqsirləndirilən şəxs ona mürajiət edərək, mərhumun övladlarının yetkinlik yaşına çatanadək hər ay 300 manat məbləğində ödəniş etməyə dair öhdəlik götürməyə razı olduğunu bildirmiş, lakin o, təqsirləndirilən şəxsin bu təklifi ilə razılaşmamışdır. Belə ki, bu ödənişlərin hüquqi əsası yoxdur, təqsirləndirilən şəxs bir müddət bu ödənişləri etdikdən sonra, daha sonra maddi imkanının qənaətbəxş olmadığı səbəbini bəhanə edərək, ödənişlərdən imtina edə bilər. Mərhum qardaşının ölümündən sonra sonunjunun övladları çətin maddi duruma düşmüşlər, uşaqların gələjəkdə maddi təminatının həyata keçirilməsi üçün onların mənzillə təmin olunması zərurəti vardır. O, təqsirləndirilən şəxsə mürajiət edərək, bu məqsədlə ipoteka vasitəsilə uşaqlara mənzilin alınmasını təklif etmiş, lakin təqsirləndirilən şəxs maddi imkanının olmadığı səbəbini gətirərək, bununla razılaşmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, sonunjuya ən sərt jəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmişin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” X11 Şəxsi 22 nömrəli şöbəsi tərəfindən verilmiş 11.05.2021-ci il tarixli, 44 nömrəli rəydən görünür ki, müayinə zamanı X3 meyiti üzərində hər iki ağ ciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin hər iki yarısında qabırğaların çoxsaylı sınıqları, bədənin çoxsaylı sırıqları həyati olub, bərk küt əşya (əşyalar) tərəfindən törənmişlər, 21.04.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, ölümlə birbaşa əlaqəlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” X11 Şəxsi 22 nömrəli şöbəsi tərəfindən verilmiş 03 iyul 2021-ci il tarixli, 671 nömrəli rəydən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində daxili qanitirmə və hemorragik şok ilə müşayiət olunan qarının küt travması, dalağın partlaması, (splenektomiya), iki tərəfli hemopnevmotoraks müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir 21.04.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, 8/1448 nömrəli rəydən görünür ki, istintaq tərfindən təqdim olunan məlumatlara əsasən, «AzSamand» markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısım almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 28 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona qeyd edilən maddə ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin DYPİ-nin Qeydiyyat- İmtahan İdarəsi tərəfindən verilmiş 28.05.2021-ci il tarixli 016-63625-1221 nömrəli məktubdan görünür ki, DİN-nin DYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompyüter uçot bazasının məlumatına əsasən 18.98.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 14.03.2018-ci il tarixdə (14.03.2028-cü il tarixədək müddətə etibarlı olan) AD 087081 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır. İş materiallarında olan Suraxanı rayon Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamış və məhrum edilməmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli qərarının 2-ci və 3-cü bəndlərinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olubolmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərdən birinin ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını, digər zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə jəhd etdiyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar