Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-266/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi, vəkil Müdafiəçi2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1, tərcüməçi X5 iştirakı ilə xx xxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 yaşayan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 04 iyul 2017-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrumetmə cəzası 05 ilə endirilmiş, Xəzər Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qərarına əsasən yuxarıda göstərilən hökm üzrə əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilməklə azadlıqdan məhrumetmə cəzası 03 ilə endirilmiş, Xəzər Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 08 ay 05 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 04 mart 2020-ci il tarixdə cəza müddəti başa çatdığına görə müvafiq probasiya qurumunda qeydiyyatdan çıxarılmış, Suraxanı Rayon Məhkəməsinin 1(010)-44/2022 nömrəli iş üzrə 30 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda həmin hökm üzrə cinayət cəzası çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs ünvan 6 fərdi yaşayış evinin alınması, təmiri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata salınması və reyestrindən çıxarış alınması adı ilə xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 7 saylı evin, 50 saylı mənzilində yalan vəd verib aldatmaqla 16.000 manat miqdarında pulunu, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində ünvan 6 fərdi yaşayış evində 6.000 manat miqdarında pulunu, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində həmin ünvanda eyni adla 500 manat miqdarında pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, həmin evin Zərərçəkmiş şəxs tərəfindən alınmasını bilə-bilə sonuncudan xəbərsiz olaraq xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanda olan 35 saylı notariat ofisində Şahid2 tərəfindən verilən səlahiyyətdən istifadə edərək həmin evə dair etibarnamədən istifadə etməklə Şahid1 notarial etibarnamə ilə «sataraq» Zərərçəkmiş şəxs vermiş olduğu vədə əməl etməyib, vəd etdiyi işin müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs ümumilikdə 22.500 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, 2019cu il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra qardaşı onu qarşılamış və birlikdə evə gəlmişlər. Qardaşının vasitəsi ilə o, Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Qardaşı Zərərçəkmiş şəxs ilə münasibəti olduğunu və birlikdə yaşadığını bildirmişdir. X8 borc məsələsi ilə əlaqədar 7 gün müddətinə həbs olunmuşdur. Qardası həbs olunduqdan sonra Zərərçəkmiş şəxs ilə yaxından tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. O, Zərərçəkmiş şəxs kirayə qaldığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 7 saylı evin, 50 saylı mənzilinə evə bir dost kimi tez-tez gedib-gəlmişdir. Bununla yanaşı Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhərində daşınmaz əmlakların alğı-satqı işi ilə məşğul olur. Nəticə etibarı ilə sonradan bildiyinə görə xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs bacıları X3 və X7 ilə birlikdə valideynlərindən qalan Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 7A saylı evin 35 saylı mənzilini 86.000 manat məbləğinə sataraq, həmin pul vəsaitini öz aralarında bölmüşlər. Həmçinin həmin məlumatı ilk öncə ona Zərərçəkmiş şəxs bildirmişdir. Zərərçəkmiş şəxs onunla birlikdə bacısı X3 ilə Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metro stansiyasının yaxınlığında görüşmüşdür. Onun idarə etdiyi nəqliyyat vasitəsində bacısı X3 valideynlərindən qalan mənzilin satışından Zərərçəkmiş şəxs düşən pul vəsaitini ona vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs həmin pulu bacısı X1 qəbul etmişdir. Zərərçəkmiş şəxs Rusiya Federasiyasında yaşayan qızına bank vasitəsilə pul göndərmək məqsədi ilə banka getmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs ilə birlikdə banka getmiş, lakin problem yarandığı üçün pulu göndərməmiş və orada bacısının təxminən 25.000-26.000 manat məbləğində pul vəsaiti verməsini bilmişdir. Zərərçəkmiş şəxs ilə birlikdə evə gəlmiş və pulu evə qoymuşdur. Həmin vaxt o, Hövsan qəsəbəsində ev alğı-satqısı ilə məşğul olurdu. Ona təcili olaraq ev satılması barədə məlumat vermişlər, onun isə təxminən 3.000 manat məbləğində pulu var idi. Evə gəldikdən sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, ona ev almağı üçün borc pul lazımdır. Həmin evi alıb təmir etdirəcəyini və daha sonra satacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs 6.000 manat məbləğində pul almış və daha sonra usta üçün 500 manat məbləğində pul almışdır. Ümumilikdə Zərərçəkmiş şəxs 6.500 manat məbləğində pul götürmüşdür. Onun Zərərçəkmiş şəxs aldatmaq niyyəti olmamış və onlar bir ailə kimi birlikdə yaşamışlar. Zərərçəkmiş şəxs Azərbaycanda ev almaq niyyəti olmamışdır. Zərərçəkmiş şəxs Rusiya Federasiyasında ev almaq və orada yaşamaq istəmişdir. O, isə Zərərçəkmiş şəxs ilə birlikdə Rusiya Federasiyasına köçməyi və onunla yaşamağı düşünürdü. Onun işləri qaydasında olmadığı üçün maddi vəziyyəti pisləşdi və Zərərçəkmiş şəxs aldığı borc pulu qaytarmağını istəmişdir. Onun isə maddi imkanı olmadığı üçün qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs başqa işlər olduğunu və həmin işləri həll etdikdən sonra aldığı borc pulu qaytaracağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 11 yanvar 2021-ci il tarixdə onun barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2019-cu il tarixdə o, Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Aralarında dostluq münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs onun kirayə qaldığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 7 saylı evin, 50 saylı mənzilinə, yəni yaşadığı evə bir dost kimi tez-tez gəlib gedirdi. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 16/117-də ailə üzvləri ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs ona verdiyi məlumata əsasən, o daşınmaz əmlakın alğı-satqı işi ilə məşğul olmuşdur. 18 avqust 2020-ci il tarixdə o, bacısı X3 və X7 ilə birlikdə valideynlərindən qalan Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 7A saylı evin 35 saylı mənzilini 86.000 manat məbləğinə sataraq, həmin pul vəsaitini öz aralarında bölmüşlər. Həmin zaman o, Təqsirləndirilən şəxs ilə birlikdə bacısı X3 ilə Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrosunun yaxınlığında görüşərək, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində bacısı X3 valideynlərindən qalan mənzilin satışından ona düşən 28.600 manat məbləğində pul vəsaitini ona vermişdir. Bundan sonra o, həmin pulu bacısı X1 qəbul etmişdir. Pulu götürən kimi Təqsirləndirilən şəxs həmin an ondan xahiş etmişdir ki, 16.000 manat məbləğində pul vəsaitini ona versin və bildirmişdir ki, bir aydan sonra geri qaytaracaq. Lakin o, Təqsirləndirilən şəxs 16.000 manat pulu verməkdən imtina etmiş və ona bildirmişdir ki, həmin pula o, özünə mənzil alacaq. Növbəti gün Təqsirləndirilən şəxs onunla yenidən görüşərək bildirmişdir ki, Cəfər adlı dostunun Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində evi var və həmin evin təmirinə ondan yenidən 16.000 manat məbləğində pul istəmişdir. Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, pulu ona versin ki, Zığ qəsəbəsində Cəfərə məxsus evi təmir etsin və təmirdən sonra həmin evi baha qiymətinə sataraq, ona artıqlaması ilə həmin pulu qaytarsın. O, Təqsirləndirilən şəxs etibar etdiyindən 20 avqust 2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 7 saylı evin 50 saylı mənzilində 16.000 manat pulu ona əlbəəl vermişdir. Həmin zaman o, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, özünə fərdi ev almaq istəyir və həmin evin alınmasında ona köməklik etsin. Beləliklə də xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 15A saylı fərdi yaşayış evinin olduğunu və həmin evin 10.500 manat məbləğinə satılmasını ona təklif etmişdir ki, həmin evi o, alsın. Lakin ilkin olaraq təcili 6.000 manat məbləğində pulu vermək lazımdır. Təqsirləndirilən şəxs inanaraq onunla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 15A saylı fərdi yaşayış evinə getmişdir. Həmin evin sahibi təxminən 60 yaşında olan Şahid4 Balaağa qızı olmuşdur. Həmçinin həmin zaman torpaq sahibi kimi özünü təqdim edən Şahid2 da həmin ünvanda olmuşdur. O, Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 15A saylı fərdi yaşayış evinə daxil olmuşdur. Həmin evdə o, masanın üzərində həmin evə məxsus sənədləri görmüşdür. Həmin sənədlər Təqsirləndirilən şəxs adına olmuşdur. O, Samirə sual vermişdir ki, bəs necə ola bilər ki, sənəd onun adınadır, halbu ki, evi alan şəxs odur. Təqsirləndirilən şəxs isə ona bildirmişdir ki, bu müvəqqəti bir sənəddir, onun ürəyi istədiyi vaxtı adına həmin evi rəsmi sənədlər əsasında keçirə bilər. Yenidən o, Təqsirləndirilən şəxs inanaraq evdə olan şəxslərin iştirakı ilə və Samirin telefon vasitəsi ilə video çəkilişi apararaq, yəni xx.xx.2020-ci il tarixdə saat 15 radələrində 6.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermiş və həmin zaman o, evin açarlarını özü ilə götürmüşdür. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək, hər dəfə ona söz vermişdir ki, bu gün və yaxud sabah Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 15A saylı fərdi yaşayış evinin sənədlərini onun adına keçirəcək, sadəcə hazırda vaxtı yoxdur. 2020-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs yenidən ona pul üçün müraciət etmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 500 manat məbləğində pul lazımdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 15A saylı fərdi yaşayış evinin daxilində müəyyən təmir işləri görsün. Beləliklə də, onun iştirakı ilə Təqsirləndirilən şəxs tanımadığı ustanı onun yaşadığı evə dəvət etmişdir. Həmin şəxs özünü ona usta kimi təqdim edərək bildirmişdir ki, ümumi təmirə 500 manat məbləğində pul lazımdır. O, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 15A saylı fərdi yaşayış evinin həyətində Təqsirləndirilən şəxs inanaraq 500 manat məbləğində pulu ona vermişdir. O, dəfələrlə Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlamışdır. Samir hər dəfə ona bildirmişdir ki, bir az səbirli olsun, hər iki ev satılan kimi, onun pulunu artıqlaması ilə qaytaracaqdır. Lakin sonradan ümumiyyətlə onun telefonuna cavab verməmişdir. 2020-ci ilin dekabr ayında o, Təqsirləndirilən şəxs ilə görüşüb ciddi söhbət etmişdir ki, ümumilikdə verdiyi 22.500 manat pulunu qaytarsın. Təqsirləndirilən şəxs isə ona xx.xx.2020-ci il tarixdə 35 saylı notariusda etibarnamə vermişdir ki, onun adından həmin ev üzrə hər hansı bir alğı-satqı əməliyyatları həyata keçirə bilsin. Təqsirləndirilən şəxs yenidən onun telefon zənglərinə cavab verməmişdir. Beləliklə səbri tükənmiş və o, ünvan 6 fərdi yaşayış evə gedərək aşkar etmişdir ki, həmin evdə başqa şəxslər yaşayır. Həmin şəxslər ona bildirmişlər ki, artıq həmin ev Təqsirləndirilən şəxs tərəfindən onlara satılmış və evin yeni sahibləri onlardır. Həmin ərəfədə evin ətrafında olan torpağın sahibi Şahid2 ona yaxınlaşmışdır. Şahid2 onun yanında Təqsirləndirilən şəxs yığaraq, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə 35 saylı notarius tərəfindən ona verilən etibarnamə barəsində Samirə sual verən zaman Təqsirləndirilən şəxs telefonda bildirmişdir ki, artıq ona verdiyi etibarnaməni ləğv etmişdir. Bu danışıq telefonda açıq mikrofon ilə olduğu üçün o, Təqsirləndirilən şəxs dediklərinin real olaraq eşidərək şahidi olmuşdur. Dərhal o, Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamış və ona bildirmişdir ki, təcili olaraq Bakı şəhəri, Xətai rayonu, Naxçivani dairəsinə gəlsin. Həmin yerə gələn zaman Təqsirləndirilən şəxs ona yeni tikilmiş fərdi yaşayış evi göstərərək bildirmişdir ki, evi sataraq ona 30.000 manat məbləğində pulu verəcəkdir. Sadəcə ondan 2021-ci ilin mart ayına qədər vaxt istəmişdir. O, əlacsız qalaraq və məcbur olduğundan Samirlə razılaşmışdır. Lakin növbəti dəfə Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək yenidən onu aldatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs ümumiyyətlə onun telefon zənglərinə cavab verməmişdir. xx.xx.2021-ci il tarixdə o, tanışı X4 xahiş etmişdir ki, Təqsirləndirilən şəxsa zəng edərək evi almaq istəyən şəxs kimi özünü təqdim etsin. Təqsirləndirilən şəxs telefona cavab verərək, daha sonra ilkin mərhələdə Taisiya ilə şəxsən özü görüşmüşdür. Sonradan dostu Cəfəri Taisiya ilə görüşə göndərmişdir. Görüş zamanı Cəfər bildirmişdir ki, ümumiyyətlə ünvan 6 fərdi yaşayış evinin nə Təqsirləndirilən şəxs nə Zərərçəkmiş şəxs aidiyyəti yoxdur. Cəfər əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxslə birlikdə alğı-satqı ofisində çalışıb. Bundan başqa Cəfər bildirmişdir ki, Samirə təklif etmiş, Samir müştərini həmin evin satılması üçün tapdığı halda, yəni Zığdakı evi Cəfər alğı-satqıdan Təqsirləndirilən şəxs pul mükafatının verəcəyini söz vermişdir. Həmin anda o, başa düşmüşdür ki, artıq aldanmış və xx.xx.2021ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı İlkin Mehdiyev tərəfindən həmin iş üzrə araşdırma aparılmışdır. Lakin təhqiqatçı həmin işə laqeyd yanaşaraq, heç bir obyektiv araşdırma aparmamış və həmin material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Buna baxmayaraq iş təhqiqatda olduğu zaman Təqsirləndirilən şəxs təhqiqat aparıldığı zaman izahat alınması üçün dəvət olunmamışdır. Bu halda sual yaranır ki, bəs həmin iş üzrə cinayət işinin açılıb-açılmaması barəsində necə qərar çıxartmaq olar ki, əgər Təqsirləndirilən şəxs olaraq dəvət olunmamış, o isə heç izahat verilməsi üçün ümumiyyətlə təhqiqatçı tərəfindən şöbəyə dəvət olunmamışdır. Bu hal bir daha onu göstərmişdir ki, təhqiqatçı iş üzrə heç bir araşdırma aparmamışdır. Beləliklə də, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı İlkin Mehdiyev tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2021-ci il tarixdə Suraxanı rayon prokurorluğu tərəfindən ləğv olunmuşdur. Daha sonra yenidən heç bir araşdırma aparılmamış, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin baş təhqiqatçısı Fərid İbrahimov tərəfindən xx.xx.2021-ci il tarixdə cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə Suraxanı rayon prokurorluğu tərəfindən həmin qərar ləğv olunaraq yenidən araşdırmaya verilmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəx tərəfindən ona vurulmuş zərərin heç bir hissəsinin qaytarılmadığını bildirərək, məhkəmədən ona qanunla nəzərdə tutulan cəza təyin olunmasını xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ailəsi 4 nəfərdən ibarətdir, təxminən 20 ildən artıqdır ki, Bakı şəhərinə gəlmiş və həmin vaxtdan usta işləyir. Hövsan qəsəbəsində hazırda yaşadığı evdən öncə Zığ qəsəbəsində qohumunun evində yaşamışdır. Təxminən 2021-ci ilin oktyabr ayında Beyləqan rayonunda olan ata evini satmaqla Bakı şəhərində ev almaq istəmiş, lakin onun pulu az olduğundan Bakı ətrafı kəndlərə getmək istəmişdir. Belə ki, 2021-ci ilin noyabr ayında «Tap.az» saytına baxan zaman ünvan 5 ünvanında yarım sot torpaq sahəsində 50 kv.m sahəsi olan evin 15.000 manata satılması barədə elan görmüş və elanda nömrə olaraq (050) ***-**-** nömrəsi olmuş, orada satıcı Samir adlı şəxsin adı qeyd edilmişdir. İstifadəsində olan (070) ***-**-** nömrə ilə həmin nömrə ilə əlaqə saxlamış və həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, ona evlə tanış olmaq istədiyini bildirmişdir. Samir ona Xətai rayonu, Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaxınlığında olan dairədə görüş təyin etmiş, orada alğısatqı ofisi olmasını bildirmişdir. O, Samiri ilk dəfə 2021-ci ilin noyabr ayında həmin ünvanda görmüşdür. O, Samir ilə birlikdə Məktəbli küçəsi 15 ünvana gəlmiş, evlə tanış olmuşdur. Həmin vaxt onlar evə daxil olmamış, Samir evin açarını sonradan həmin torpağın sahibi olaraq bilmiş olduğu Şahid2 almışdır. Samir ona torpağı həmin Sahib adlı şəxsdən almasını və həmin torpağın sahibinin Sahib olmasını, notarial etibarnamənin onun tərəfindən veriləcəyini bildirmişdir. Həmin şəxsin sənədlərin yalnız Sahibin adına olmasını və buna görə Sahibin ona notarial etibarnamə verəcəyini, lakin özünün həmin tikilini Rima adlı qadından almasını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, bəs Rimaya zəng etsin, həmin şəxsin adına kommunal ödənişlər olmasına görə onunla əlaqə saxlanmasını tələb etmişdir. O həmin ünvanda olan zaman Rima ilə danışmış, Samir tərəfindən ona verilmiş Rima adlı şəxsin istifadəsində olan (050) ***-**-** nömrəyə zəng etmiş, Rima adlı qadın bildirmişdir ki, evi Samirə satıb, həmin evlə bağlı hər hansı iddiası və tələbi yoxdur, evin Samirə məxsus olmasını bildirmişdir. Belə ki, torpaq Sahibin adına olmuş olsa belə faktiki olaraq ev və torpaq Samirə aid olmuşdur. Həmin ünvanda o, Sahibin iştirakı ilə Samirlə qeyd edilən evi 13.000 manata razılaşmış və ona bildirmişdir ki, Sahib tərəfindən ona etibarnamə verilən zaman o, pulun 10.000 manatını verəcəkdir. 25 noyabr 2021-ci il tarixdə Şahid2 və Təqsirləndirilən şəxs həmin ünvanda görüşmüş və həmin vaxtı onun yanında xalası oğlu olan İxtiyar da olmuşdur. Onlar birlikdə Hövsan qəsəbəsində yerləşən notarial kontoruna getmişlər, orda Sahib ona həmin evə dair etibarnamə vermişdir. O, da adını çəkmiş olduğu şəxslərin iştirakı ilə 10.000 manatı Təqsirləndirilən şəxs vermişdir. Belə ki, onlar həmin ünvana gedən kimi arasında artıq razılaşmışlar ki, 3.000 manatda torpağın sahibi olan Sahibə verməlidir. Onlar arasında nə kimi məsələ olmasını bilməmiş, lakin onu bilmişdir ki, o, həmin ünvanda olan evə görə həmin gün notarial kontorunun qarşısında 10.000 manat Samirə, 3.000 manat isə Sahibə vermiş, onun iştirakı ilə Samir tərəfindən 10.000 manat və 3.000 manat torpağa görə ondan alınmasının təsdiq olunmasına dair 25 noyabr 2021-ci il tarixdə əlyazma yazılmış və həmin əlyazmanın surətini o, təhqiqat araşdırması zamanı təqdim etmişdir. Bir müddət sonra onun evinə İnna Viktorovna adlı qadın gəlmiş və həmin evi Samirdən 15.000 manat müqabilində almasını bildirmişdir. O, isə evin artıq Samir tərəfindən satılmasını və evə dair etibarnaməni Sahib adlı şəxsdən aldığını bildirmişdir. Həmin qadın onun yanından Samirə zəng etmiş və Samir bildirmişdir ki, onun yanına gəlsin və ona başqa ev verəcəkdir. Sonra İnna həmin ünvandan getmiş və görüşdən təxminən 3 ay sonra həmin qadın təhqiqatçı ilə evinə gəlmiş və ona bildirmişdir ki, Samir ondan öncə evi 15.000 manat müqabilində ona satmışdır. O, həmin evi təmir etdirmiş və qarşısında hasarın üzərində tikinti etməklə 4.000 manat xərc çəkmişdir. Artıq sonradan İnna Təqsirləndirilən şəxs zəng edən zaman Samirə zəng çatmamışdır. Sahibin istifadəsində 070-395-2124 nömrəsi olmuş, yarım sotda o əlavə olaraq torpaq almış və o Şahid2 3000 manat pul vermişdir. Əlavə torpaq sahəsinə görə Sahibə 3000 manat, Təqsirləndirilən şəxs Suraxanı rayonu, Hövsan qəsəbəsində olan 35 saylı notarial kontorunda 10.000 manat pul vermişdir. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, atasından miras qalmış torpaq sahəsini maddi ehtiyaclarını ödəmək məqsədi ilə hər dəfə müəyyən hissələrdə bölüb satmışdır. Həmin torpaq sahələri onun atası Rafiq Məmmədovun olmuşdur. Maddi vəziyyəti yaxşı olmadığından ata yurdu Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 15 ünvanında olan yarım sot torpaq sahəsini Hikmət adlı maklerə 5000 manata satmış və həmin şəxs torpaq sahəsində 70 kv metr sahəsi olan 2 otaqlı fərdi yaşayış evi tikmiş, sonra həmin evi Şahid4 Bala-Ağa qızı «Rima» kimi tanıdığı şəxsə satmışdır. Həmin qadında evi Samir adlı şəxsə satmışdır. O, nə qadınları, nə də Samiri tanımamışdır. Onlarla alğı-satqısı olmamışdır. Şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o, 2019-cu il tarixdə Şahid2 dədəbaba yurdu hesab edilən ünvan 6 ünvanda 1 (bir) sot torpağın üzərində yarı tikili evi ümumi razılaşma ilə Sahibdən 3.000 manat pul məbləğində almış və evi təmir etmişdir. Beləliklə də həmin evdə bir müddət tək olaraq yaşamışdır. Pula ehtiyacı olduğundan aldığı evi satmaq fikrinə düşmüş və bu barədə sosial şəbəkələrdə ev alğı-satqısı ilə məşğul olan şəxslərə məlumat vermişdir. Nəhayət 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə onun yaşadığı ünvan 6 ünvanına gələrək satmaq istədiyi 1 mərtəbəli evə baxmışlar. Onun satmaq istədiyi Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 15A saylı ünvanında olan 1 mərtəbəli evi Zərərçəkmiş şəxs bəyəndiyindən bildirmişdir ki, Təqsirləndirilən şəxs vasitəsi ilə həmin evi almaq istəyir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin evdən dəqiq olaraq xoşuna gəlib gəlmədiyini bir daha soruşmuşdur. Nəticə etibari ilə Təqsirləndirilən şəxs ondan evi hansı qiymətə satıldığını soruşmuşdur. O, isə Təqsirləndirilən şəxs Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 15A saylı ünvanında olan 1 mərtəbəli evini 12.000 manat pula satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, 15A saylı ünvanında olan 1 mərtəbəli evlə bağlı ümumilikdə 11.000 manat pul vermişdir. Daha sonra o, eşitmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı evi bir neçə nəfərə satmaqla dələduzluq etmişdir. Zərərçəkmiş şəxsin vəsatəti ilə şahid qismində dindirilmiş X2 (zərərçəkmiş şəxsin bacısıdır) Zərərçəkmiş şəxs bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünü qismən təqsirli bildiyinə baxmayaraq, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş materialları ilə tam təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə peşman olduğunu, 1 nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 04 iyul 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrumetmə cəzası 05 ilə endirilmiş, Xəzər Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qərarına əsasən yuxarıda göstərilən hökm üzrə əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilməklə azadlıqdan məhrumetmə cəzası 03 ilə endirilmiş, Xəzər Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 08 ay 05 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş və 04 mart 2020-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini yuxarıda göstərilən məhkəmə aktları üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. Bu Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kompakt disk, 3927 nömrəli elektron notariat “avtomatlaşdırılmış informasiya sistemindən” çıxarış, AR-İİ seriyalı 189218 nömrəli etibarnamə, 25 noyabr 2020-ci il tarixli qəbz, Şahid2 və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqələrinin surətləri, AR-İİ seriyalı 204175 nömrəli etibarnamə, **********016 ərizə mətnləri iş materiallarında saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-44/2022 nömrəli iş üzrə 30 mart 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 sentyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs hazırda Suraxanı Rayon Məhkəməsinin 1(010)-44/2022 nömrəli iş üzrə 30 mart 2022-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkməsi səbəbində barəsində hazırkı iş üzrə qətimkan tədbiri seçilmədiyi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kompakt disk, 3927 nömrəli elektron notariat “avtomatlaşdırılmış informasiya sistemindən” çıxarış, AR-İİ seriyalı 189218 nömrəli etibarnamə, 25 noyabr 2020-ci il tarixli qəbz, Şahid2 və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqələrinin surətləri, AR-İİ seriyalı 204175 nömrəli etibarnamə, **********016 ərizə mətnləri iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-266/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-266/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver