Məhkəmə qərarları › İş №1(010)-266/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-266/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-266/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X39 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Saatlı rayonu, Xanlarkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ev və torpaq sahələrinin alqı-satqısı ilə məşğul olan, məhkum olunmamış, Saatlı rayonu, Xanlarkənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim etməklə istifadə etmək məqsədi ilə tanışı Şahid11 müraciət etmiş ayrı-ayrı şəxslərə pul müqabilində hüquq verən rəsmi sənədləri qanunsuz hazırlaması ilə bağlı razılıq əldə edib ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində 2021-ci ilin fevral ayının əvvəllərində özünə məxsus kompüter, rəngli printer və digər texniki vasitələr, habelə cinayətkar niyyətinin həyata keçirməkdən ötrü əvvəlcədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi saxta möhür və ştamplardan istifadə etməklə guya Şahid6 1988-1989-cu illərdə X30nda fəhlə işləməsi, sonuncuya həmin sovxozun ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,10 hektar torpaq sahəsinin ayrılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların əks olunduğu hüquq verən rəsmi sənəd hesab edilən keçmiş Abşeron rayon X27 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 204.9 nömrəli qərarından çıxarışı, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli F-635 nömrəli arxiv çıxarışını və qeyd edilən torpaq sahəsinin cizgi-sxemini istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış və həmin saxta rəsmi sənədləri 2021-ci ilin fevral ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında pul müqabilində Şahid11 satmışdır Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim etməklə istifadə etmək məqsədi ilə tanışı Şahid11 müraciət etmiş ayrı-ayrı şəxslərə pul müqabilində hüquq verən rəsmi sənədləri qanunsuz hazırlaması ilə bağlı razılıq əldə edib ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində 2021-ci ilin fevral ayının əvvəllərində özünə məxsus kompüter, rəngli printer və digər texniki vasitələr, habelə cinayətkar niyyətinin həyata keçirməkdən ötrü əvvəlcədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi saxta möhür və ştamplardan istifadə etməklə guya X7 1988- 1989-cu illərdə X30nda fəhlə işləməsi, sonuncuya həmin sovxozun ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,10 hektar torpaq sahəsinin ayrılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların əks olunduğu hüquq verən rəsmi sənəd hesab edilən keçmiş Abşeron rayon X27 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 204.9 nömrəli qərarından çıxarışı, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli F-875 nömrəli arxiv çıxarışını və qeyd edilən torpaq sahəsinin cizgi-sxemini istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış və həmin saxta rəsmi sənədləri 2021-ci ilin fevral ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında pul müqabilində Şahid11 satmışdır Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim etməklə istifadə etmək məqsədi ilə tanışı Şahid11 müraciət etmiş ayrı-ayrı şəxslərə pul müqabilində hüquq verən rəsmi sənədləri qanunsuz hazırlaması ilə bağlı razılıq əldə edib ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində 2021-ci ilin fevral ayının əvvəllərində özünə məxsus kompüter, rəngli printer və digər texniki vasitələr, habelə cinayətkar niyyətinin həyata keçirməkdən ötrü əvvəlcədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi saxta möhür və ştamplardan istifadə etməklə guya X4 1988-1989-cu illərdə X30nda fəhlə işləməsi, sonuncuya həmin sovxozun ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,10 hektar torpaq sahəsinin ayrılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların əks olunduğu hüquq verən rəsmi sənəd hesab edilən keçmiş Abşeron rayon X27 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 204.9 nömrəli qərarından çıxarışı, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli F-978 nömrəli arxiv çıxarışını və qeyd edilən torpaq sahəsinin cizgi-sxemini istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış və həmin saxta rəsmi sənədləri 2021-ci ilin fevral ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında pul müqabilində Şahid11 satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim etməklə istifadə etmək məqsədi ilə tanışı Şahid11 müraciət etmiş ayrı-ayrı şəxslərə pul müqabilində hüquq verən rəsmi sənədləri qanunsuz hazırlaması ilə bağlı razılıq əldə edib ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində 2021-ci ilin oktyabr ayının ortalarında özünə məxsus kompüter, rəngli printer və digər texniki vasitələr, habelə cinayətkar niyyətinin həyata keçirməkdən ötrü əvvəlcədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi saxta möhür və ştamplardan istifadə etməklə guya X15 Maştağa tərəvəzçilik-südçülük sovxozunda fəhlə işləməsi, sonuncuya həmin sovxozun ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 hektar torpaq sahəsinin ayrılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların əks olunduğu hüquq verən rəsmi sənəd hesab edilən keçmiş Abşeron rayon X27 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 195 nömrəli qərarından çıxarışı, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021 -ci il tarixli F- 951 nömrəli arxiv çıxarışını və qeyd edilən torpaq sahəsinin cizgi-sxemini istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış və həmin saxta rəsmi sənədləri 2021-ci ilin oktyabr ayının ortalarında ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında pul müqabilində Şahid11 satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim etməklə istifadə etmək məqsədi ilə tanışı Şahid11 müraciət etmiş ayrı-ayrı şəxslərə pul müqabilində hüquq verən rəsmi sənədləri qanunsuz hazırlaması ilə bağlı razılıq əldə edib ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində 2021-ci ilin oktyabr ayının ortalarında özünə məxsus kompüter, rəngli printer və digər texniki vasitələr, habelə cinayətkar niyyətinin həyata keçirməkdən ötrü əvvəlcədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi saxta möhür və ştamplardan istifadə etməklə guya X12 Maştağa tərəvəzçilik-südçülük sovxozunda fəhlə işləməsi, sonuncuya həmin sovxozun ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 hektar torpaq sahəsinin ayrılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların əks olunduğu hüquq verən rəsmi sənəd hesab edilən keçmiş Abşeron rayon X27 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 195 nömrəli qərarından çıxarışı, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli F- 865 nömrəli arxiv çıxarışını və qeyd edilən torpaq sahəsinin cizgi-sxemini istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış və həmin saxta rəsmi sənədləri 2021-ci ilin oktyabr ayının ortalarında ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında pul müqabilində Şahid11 satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim etməklə istifadə etmək məqsədi ilə tanışı Şahid11 müraciət etmiş ayrı-ayrı şəxslərə pul müqabilində hüquq verən rəsmi sənədləri qanunsuz hazırlaması ilə bağlı razılıq əldə edib ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində 2021-ci ilin oktyabr ayının ortalarında özünə məxsus kompüter, rəngli printer və digər texniki vasitələr, habelə cinayətkar niyyətinin həyata keçirməkdən ötrü əvvəlcədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi saxta möhür və ştamplardan istifadə etməklə guya X8 Maştağa tərəvəzçilik-südçülük sovxozunda fəhlə işləməsi, sonuncuya həmin sovxozun ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 hektar torpaq sahəsinin ayrılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların əks olunduğu hüquq verən rəsmi sənəd hesab edilən keçmiş Abşeron rayon X27 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 195 nömrəli qərarından çıxarışı, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli F-796 nömrəli arxiv çıxarışını və qeyd edilən torpaq sahəsinin cizgi-sxemini istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış və həmin saxta rəsmi sənədləri 2021-ci ilin oktyabr ayının ortalarında ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında pul müqabilində Şahid11 satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim etməklə istifadə etmək məqsədi ilə tanışı Şahid11 müraciət etmiş ayrı-ayrı şəxslərə pul müqabilində hüquq verən rəsmi sənədləri qanunsuz hazırlaması ilə bağlı razılıq əldə edib ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində 2022-ci ilin yanvar ayının sonlarında özünə məxsus kompüter, rəngli printer və digər texniki vasitələr, habelə cinayətkar niyyətinin həyata keçirməkdən ötrü əvvəlcədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi saxta möhür və ştamplardan istifadə etməklə guya X5 Maştağa tərəvəzçilik- südçülük sovxozunda fəhlə işləməsi, sonuncuya həmin sovxozun ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 hektar torpaq sahəsinin ayrılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların əks olunduğu hüquq verən rəsmi sənəd hesab edilən keçmiş Abşeron rayon X27 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 195 nömrəli qərarından çıxarışı, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli F-689 nömrəli arxiv çıxarışını və qeyd edilən torpaq sahəsinin cizgi-sxemini istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış və həmin saxta rəsmi sənədləri 2022-ci ilin yanvar ayının sonlarında ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında pul müqabilində Şahid11 satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim etməklə istifadə etmək məqsədi ilə tanışı Şahid11 müraciət etmiş ayrı-ayrı şəxslərə pul müqabilində hüquq verən rəsmi sənədləri qanunsuz hazırlaması ilə bağlı razılıq əldə edib ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində 2022-ci ilin fevral ayının ortalarında özünə məxsus kompüter, rəngli printer və digər texniki vasitələr, habelə cinayətkar niyyətinin həyata keçirməkdən ötrü əvvəlcədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi saxta möhür və ştamplardan istifadə etməklə guya X26 Maştağa tərəvəzçilik-südçülük sovxozunda fəhlə işləməsi, sonuncuya həmin sovxozun ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 hektar torpaq sahəsinin ayrılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların əks olunduğu hüquq verən rəsmi sənəd hesab edilən keçmiş Abşeron rayon X27 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 195 nömrəli qərarından çıxarışı, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli F- 816 nömrəli arxiv çıxarışını və qeyd edilən torpaq sahəsinin cizgi-sxemini istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış və həmin saxta rəsmi sənədləri 2022-ci ilin fevral ayının ortalarında ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında pul müqabilində Şahid11 satmışdır Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim etməklə istifadə etmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan ayrı-ayrı şəxslərə pul müqabilində hüquq verən rəsmi sənədləri qanunsuz hazırlaması ilə bağlı razılıq əldə edib ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində 2021-ci ilin dekabr ayının əvvəllərində özünə məxsus kompüter, rəngli printer və digər texniki vasitələr, habelə cinayətkar niyyətinin həyata keçirməkdən ötrü əvvəlcədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi saxta möhür və ştamplardan istifadə etməklə guya X17 Buzovna tərəvəzçilik-südçülük sovxozunda fəhlə işləməsi, sonuncuya həmin sovxozun ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,10 hektar torpaq sahəsinin ayrılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların əks olunduğu hüquq verən rəsmi sənəd hesab edilən Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamından çıxarışı, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X10 21 may 2003-cü il tarixli 31 nömrəli əmrdən çıxarışı, xx.xx.2021-ci il tarixli 286 nömrəli arayışı və torpaq sahəsinin cizgi-sxemini istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış və həmin saxta rəsmi sənədləri 2021-ci ilin dekabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən yerdə pul müqabilində satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim etməklə istifadə etmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan ayrıayrı şəxslərə pul müqabilində hüquq verən rəsmi sənədləri qanunsuz hazırlaması ilə bağlı razılıq əldə edib ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində 2021-ci ilin dekabr ayının əvvəllərində özünə məxsus kompüter, rəngli printer və digər texniki vasitələr, habelə cinayətkar niyyətinin həyata keçirməkdən ötrü əvvəlcədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi saxta möhür və ştamplardan istifadə etməklə guya X18 Buzovna tərəvəzçilik-südçülük sovxozunda fəhlə işləməsi, sonuncuya həmin sovxozun ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,10 hektar torpaq sahəsinin ayrılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların əks olunduğu hüquq verən rəsmi sənəd hesab edilən Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamından çıxarışı, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X10 21 may 2003-cü il tarixli 30 nömrəli əmrdən çıxarışı, xx.xx.2021-ci il tarixli 287 nömrəli arayışı və torpaq sahəsinin cizgi-sxemini istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış və həmin saxta rəsmi sənədləri 2021-ci ilin dekabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən yerdə pul müqabilində satmışdır Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim etməklə istifadə etmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan ayrıayrı şəxslərə pul müqabilində hüquq verən rəsmi sənədləri qanunsuz hazırlaması ilə bağlı razılıq əldə edib ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində 2021-ci ilin dekabr ayının əvvəllərində özünə məxsus kompüter, rəngli printer və digər texniki vasitələr, habelə cinayətkar niyyətinin həyata keçirməkdən ötrü əvvəlcədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi saxta möhür və ştamplardan istifadə etməklə guya X16 Buzovna tərəvəzçilik-südçülük sovxozunda fəhlə işləməsi, sonuncuya həmin sovxozun ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,10 hektar torpaq sahəsinin ayrılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların əks olunduğu hüquq verən rəsmi sənəd hesab edilən Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamından çıxarışı, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X10 21 may 2003-cü il tarixli 32 nömrəli əmrdən çıxarışı, xx.xx.2021-ci il tarixli 288 nömrəli arayışı və torpaq sahəsinin cizgi-sxemini istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış və həmin saxta rəsmi sənədləri 2021-ci ilin dekabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən yerdə pul müqabilində satmışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən vəkil Müdafiəçi vəsatətlə məhkəməyə müraciət edərək, hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbinə əsasən xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı bildirdi ki, məhkəmə, hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edə bilər. Buna görə də vəsatətə etiraz etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 299.3.4-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini və dövlət ittihamçısını dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi ilə əlaqədar xitam verilməsi barədə vəsatətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 320.1ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət keçdiyindən və buna dair müdafiə tərəfin razılığı olduğundan o, həmin maddə ilə cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxsnın hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutların, xx.xx.2024-cü il tarixli qərarla cinayətin digər iştirakçıları tam müəyyən edilmədiyindən, həmçinin digər təqsirləndirilən şəxslərin əməllərinə ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymət verilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 305, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs Əisahib oğlu cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Əisahib oğlunun barəsində cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Əisahib oğlu barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan X2 adına olan sənədlər - Abşeron rayon XDC İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 195 nömrəli qərarından çıxarış, torpaq sahəsinin cizgisi, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli F-689 nömrəli arxiv çıxarışı, X12 adına olan sənədlər - Abşeron rayon XDC İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 195 nömrəli qərarından çıxarış, torpaq sahəsinin cizgisi, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli F-865 nömrəli arxiv çıxarışı, X13 adına olan sənədlər - Abşeron rayon XDC İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 195 nömrəli qərarından çıxarış, torpaq sahəsinin cizgisi, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli F-796 nömrəli arxiv çıxarışı, X15 adına olan sənədlər - Abşeron rayon XDC İcraiyyə Komitəsinin 20 sentyabr 1991 -ci il tarixli 195 nömrəli qərarından çıxarış, torpaq sahəsinin cizgisi, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli F-951 nömrəli arxiv çıxarışı, X26 adına olan sənədlər - Abşeron rayon XDC İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 195 nömrəli qərarından çıxarış, torpaq sahəsinin cizgisi, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli F-816 nömrəli arxiv çıxarışı, X14 adına olan sənədlər- Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından 20 avqust 1999- cu il tarixli 096 nömrəli çıxarışı, Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin X10 21 may 2003-cü il tarixli 32 nömrəli əmrdən çıxarış, xx.xx.2021-ci il tarixli 288 nömrəli arayış, torpaq sahəsinin sxemi, X18 adına olan sənədlər - Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından 20 avqust 1999-cu il tarixli 096 nömrəli çıxarışı, Azərbaycan Respublikası Prezidenti işlər İdarəsinin X10 21 may 2009-cu il tarixli 30 nömrəli əmrdən çıxarış, xx.xx.2021-ci il tarixli 287 nömrəli arayış, torpaq sahəsinin sxemi, X17 adına olan sənədlər - Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından 20 avqust 1999-cu il tarixli 096 nömrəli çıxarışı, Azərbaycan Respublikası Prezidenti işlər İdarəsinin X10 21 may, xx.xx.2021-ci il tarixli 286 nömrəli arayış, torpaq sahəsinin sxemi, X4 adına Abşeron rayon dövlət arxivinin xx.xx.2021-ci il tarixli F-978 nömrəli arayış, Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarından 26 noyabr 1988-ci il tarixli 204.9 nömrəli çıxarış, torpaq sahəsinin cizgisi, X7 adına Abşeron rayon dövlət arxivinin xx.xx.2021-ci il tarixli F-875 nömrəli arayış, Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarından 26 noyabr 1988-ci il tarixli 204.9 nömrəli çıxarış, torpaq sahəsinin cizgisi, Şahid6 Abşeron rayon dövlət arxivinin xx.xx.2021-ci il tarixli F-635 nömrəli arayış, Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarından 26 noyabr 1988-ci il tarixli 204.9 nömrəli çıxarış və torpaq sahəsinin cizgisi, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan “HP” markalı kompüter, həmçinin 01 ədəd üzərində “Transcend” yazısı olan 2 GB yaddaş tutumlu, 01 ədəd üzərində “Slikonpover” yazısı olan 4 GB yaddaş tutumlu, 01 ədəd üzərində “Transcend” yazısı olan 4 GB yaddaş tutumlu, 01 ədəd üzərində heç bir yazı olmayan 4 GB yaddaş tutumlu qara rəngli elektron məlumat daşıyıcılar (flaşkartlar), Baki Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə məsul saxlanışa verilmiş 1) 41x39x28x25 mm ölçülü 4 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca və orta dairədə azərbaycan (kiril əlifbası ilə) və rus dilərdə “Azərbaycan Respublikası Abşeron rayonu İcra Hakimiyyəti Başçısı Sənədlər üçün” yazıları olan, 2) 37x35x24x22 mm ölçülü 4 ədəd konsentrik dairədən ibarət oub, dairələr boyunca “Azərbaycan Respublikası Abşeron rayonu Saray bələdiyyəsi” yazıları, orta dairədə gerb təsviri olan, 3) 49x46x30 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca və orta dairədə azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “X43 Sənaye kompleksi işçilərinin həmkarlar ittifaqı komitəsi Abşeron 2 №-li zeytun sovxozunun hərkar ittifaqı komitəsi” yazıları olan, 4) 47x45x30 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca və orta dairədə azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “X43 Sənaye kompleksi işçilərinin həmkarlar ittifaqı komitəsi Abşeron Məmmədli sovxozu hərkarlar ittifaqı komitəsi” yazıları olan, 5) 47x45x32 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca və orta dairədə azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “X44 Təsərrüfatı və Ərzaq Nazirliyi Abşeron r-n X1 sovxozu” yazıları olan, 6) 44x42x31x29 mm ölçülü 4 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca və orta dairədə azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “X44 Təsərrüfatı və Ərzaq Nazirliyi Abşeron r-n X35 Hövsan südçülük sovxozu” yazıları olan, 7) 21 sətirdən ibarət olub, üzərində azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “Azərbaycan SSR Dövlər Aqrar-sənaye komitəsi Abşeron rayon aqrar-sənaye birliyi X30” yazıları olan, 8) 47x45x30 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca və orta dairədə azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “Kənd təsərrüfatı işçiləri həmkərlar ittifaqının Azərbaycan Respublika Komitəsi Abşeron Donuzkökəltmə sovxozu Həmkar İttifaqı Komitəsi” yazıları olan, 9) 47x45x29 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca və orta dairədə azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “X43 Sənaye kompleksi işçilərinin həmkarlar ittifaqı komitəsi Abşeron Hövsan südçülük sovxozu Həmkar İttifaqı Komitəsi” yazıları olan, 10) 43x41x30 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca və orta dairədə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi RİE “Azərdamazlırbirliyi” Abşeron rayonu S.Əliyev adına südlük maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” yazıları olan, 11) 48x45x31 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca və orta dairədə azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “Kənd təsərrüfatı işçilərinin həmkərlar ittifaqının Azərbaycan Respublika Komitəsi Abşeron rayonu X30nun Həmkar İttifaqı Komitəsi” yazıları olan, 12) 40x38x30 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarıt olub, dairələr boyunca və orta dairədə “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Kənd Təsərrüfatı Müəssisəsi” yazıları olan, 13) 50x48x33 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca və orta dairədə azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “X45 Təsərrüfatı və Ərzaq Nazirliyi Abşeron r-n X35 2 №-li Zeytun sovxozu” yazıları olan, 14) 40x38x25 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “Azərbaycan SSR Abşeron rayon X27nin İxrakomu” yazıları, orta dairədə gerb təsviri olan, 15) 38x35x26 mm ölçülü 3ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “Azətrbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti” sözləri olan, 16) 49x47x33 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca və orta dairədə azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “X45 Təsərrüfatı və Ərzaq Nazirliyi Abşeron r-n X35 1 №-li Zeytun sovxozu” yazıları olan, 17) 42x40x22 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca və orta dairədə azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “Azərb SSR Dövlər aqrar sənaye komitəsi Abşeron rayon - Aqrar sənaye birliyi X30” yazıları olan, 18) 48x45x28 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca və orta dairədə azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “X43 sənaye kompleksi işçilərinin həmkarlar ittifaqı komitəsi Abşeron 1 №-li zeytun sovxozunun Həmkar İttifaqı Komitəsi” yazıları olan, 19) 45x43x31x29mm ölçülü 4 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca və orta dairədə azərbaycan (kiril əlifbası ilə) və rus dillərdə “X45 Təsərrüfatı və Ərzaq Nazirliyi Abşeron r-n X35 Məmmədli sütçülük sovxozu” yazıları olan, 20) 39x37x24 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca azərbaycan və ingilis dillərdə “Azərbaycan Respubliksı Abşeron rayonu Masazır Bələdiyyəsi” yazıları, orta dairədə səkkiş gürşəli ulduzun içərisində “MB” hərfləri olan, 21) 39x37x21 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinin Başçısı”, ortada “Sənədlər üçün” yazıları olan, 22) 33x31x22 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov r-nu”, ortada “Qala Bələdiyyəsi” yazıları olan, 23) 39x37x22 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Şağan Qəsəbəsi üzrə Nümayəndəliyi” yazıları, ortada gerb təsviri olan, 24) 38x36x25 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu”, ortada “Türkan Bələdiyyəsi” yazıları olan, 25) 38x36x28 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu” yazıları, ortada “SB” hərfləri və budaqların təsviri olan, 26) 40x38x25 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “Azərbaycan Respublikasının Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi” yazıları, orta dairədə gerb təsviri olan, 27) 38x36x23 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “Azərbaycan Respublikasının Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin Müdiri-Baş Memar” yazıları, orta dairədə gerb təsviri olan, 28) 40x38x28 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayonu” yazıları, orta dairədə “ Bilgəh Bələdiyyəsi” yazıları və ulduz təsviri olan, 29) 38x36x26 mm 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu r. Maştağa Bələdiyyəsi” yazıları, orta dairədə gerb təsviri olan, 30) 40x38x30x28 mm 4 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin Başçısı” yazıları, orta dairədə gerb təsviri olan, 31) 39x37x21 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca azərbaycan və rus dillərdə “Azərb. Respub. Bakı ş. Sabunçu r. İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəsi” yazıları, orta dairədə gerb təsviri olan, 32) 36x31x23 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “Azərbaycan Respublikası Abşeron rayonu”, ortada “Hökməli Bələdiyyəsi” yazıları vardır, 33) 47x28 mm ölçülü düzbucaq formada olub, içərisində “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi” yazıları olan möhür və ştamplar, Baki Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə məsul saxlanışa verilmiş “Markof sözü yazılmış qara sellefon torbada ümumilikdə 34 ədəd göy, qara, qırmızı, yəni müxtəlif rəngli qələm, sadə karandaş və digər yazı ləvazimatları, beş ədəd pozan, bir ədəd sancaq qoparan, bir ədəd kley, bir qutu istifadədə olmuş stepler, üzərində rus dilində “çernilka yarko-siniye” sözləri yazılmış bir ədəd qabda mürəkkəb, üzərində “Ştamp Pad ink 801” sözləri yazılmış iki ədəd qabda mürəkkəb, üzərində “trodat” sözləri yazılmış bir ədəd qabda mürəkkəb, köhnə çap makinalarında istifadə üçün nəzərdə tutulmuş 13 mm-lik qara rəngli iki ədəd lenta, bir ədəd xətkeş, “Action” sözü yazılmış altı ədəd qutunun içərisində ümumilikdə on iki ədəd çap makinası üçün nəzərdə tutulan qara lenta, bir ədəd “Epson L805” markalı printer qurğusu, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan üzərində-“X9 Hövsan südçülük sovxozu 25 dekabr 1998-ci il tarixli” və digər söz, rəqəmlər yazılmış əmrdən çıxarış, üzərində-“X19 Abşeron rayon Hövsan südçülük sovxozunun” və digər söz, rəqəmlər yazılmış əmrdən çıxarış, üzərində- “Qasimova Hicran Qası qızına Abşeron rayonu Donuz kökəltmə sovxozuna» və digər söz, rəqəmlər yazılmış çıxarış”, habelə üzərlərində - «X23»a, həmçinin üzərində - «X6 Abşeron Donuz kökəltmə sovxozundan» və digər söz, rəqəmlər yazılmış çıxarış, üzərində iki ədəd Abşeron Quşçuluq sovxozunun dairəvi möhürləri həkk olunmuş, həmçinin printerə keçirilmiş vəziyyətdə səkkiz ədəd köhnə A4 formatında olan A4 formatlı kağızların ********* nömrəli cinayət işi üzrə hüquqi qiymət verilməsi üçün saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 1062 (min altmış iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxsnın hüquqlarının müdafiəsinə sərf etdiyi 06 (altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 36 (otuz altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar