Məhkəmə qərarları › İş №1(010)-267/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-267/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-267/2022 20.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respblikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və buna görə də, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sabunçu rayonu, Albalı qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz evdə yaşamış, 14 fevral 2022-ci il tarixdə barəsində əvvəli 12 fevral 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qismində qətimkan tədbiri seçilmiş, 06 may 2022-ci il tarixdə onun barəsində seçilmiş “həbs” qismində qətimkan tədbirinin müddəti 01 ay uzadılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 180.1, 228.2.2-ci və 228.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respblikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsdən azad olunduqdan sonra məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədilə 11 fevral 2022-ci il tarixdən 12 fevral 2022-ci il tarixə keçən gecə saat 02:15 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən tanışı Şahid1 kirayə yaşadığı evinə sonuncu ilə görüşmək üçün getdiyi zaman həmin evə yaxınlaşarkən evin yanında dayanmış Zərərçəkmiş şəxs Əlicabbar oğlunu görüb onu saxlayaraq divara söykəyib sonuncunun əlində olan 01 ədəd 180 manat dəyərində olan mavi rəngli, satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarları olmayan və istifadədə olan, üzərində 4 manat dəyərində ***-***-**-** GSM danışıq nömrə kartı olan “Xiaomi Redmi” markalı, M1908C3JG (Note 8) model mobil telefonu dartıb alaraq açıq yolla talamış və nəticədə Zərərçəkmiş şəxs Əlicabbar oğluna ümumilikdə 184 (yüz səksən dörd) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən bir ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və 12 fevral 2022-ci il tarixdə saat saat 20:00 dəqiqədə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz ünvanın qarşısında soyğunçuluq cinayət əməlini törətməkdə şübhəli olduğu üçün saxlanılıb, ünvan 6 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın arxa hissəsində kəmərdə olan bir ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Almaniya dövlətində, Waffenfabrik Walther zavodunda istehsal olunmuş, 7,65 mm kalibirli, Walther PPK modelli, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı yivli odlu döyüş silahı olan tapançanı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 04 ədəd döyüş sursatını və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, içərisinə 7,65x17 kabirli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan və təyinatı üzrə istifadəyə yararlı Walther PPK modelli tapançaların komplekt hissəsi olan darağı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və 12 fevral 2022-ci il tarixdə saat saat 20:00 dəqiqədə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz ünvanın qarşısında soyğunçuluq cinayət əməlini törətməkdə şübhəli olduğu üçün saxlanılıb, ünvan 6 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın arxa hissəsində kəmərdən bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Almaniya dövlətində, Waffenfabrik Walther zavodunda istehsal olunmuş, 7,65 mm kalibirli, Walther PPK modelli, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı yivli odlu döyüş silahı olan tapança üzərində zavod üsulu ilə istehsal olunmuş, içərisinə 7,65x17 kabirli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan və təyinatı üzrə istifadəyə yararlı Walther PPK modelli tapançaların komplekt hissəsi olan darağı ilə birlikdə, əynində olan gödəkçənin sağ yan cibindən ağ salfetkaya bükülmüş 04 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan döyüş sursatı və əynində olan şalvarın sol yan cibindən bir ədəd qızılı rəngli cib bıçağı aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1961-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 74950 №-li, 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli odlu yivsiz odlu silah sayılan, lakin lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfəngininin kəsiyini zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 16x70 kalibrli olmaqla, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 02 ədəd döyüş sursatını qanunsuz olaraq əldə edib daşımaqla yaşadığı evin həyətyanı sahəsində saxlamış və 21 may 2022-ci il tarixdə saat 15:00 dəqiqədə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə baxış aparılan zaman həmin evin həyətyanı sahəsindən zavod üsulu ilə keçmiş “SSRİ”dövlətində, 1961-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 74950 №-li, 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli odlu yivsiz odlu silah sayılan, lakin lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş, texnikicəhətdən saz və atəş üçün yararlı olan ov tüfəngininin kəsiyini zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 16x70 kalibrli olmaqla, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 02 ədəd döyüş sursatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1, 228.22. və 228.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, indiyə kimi bir neçə dəfə cinayət əməli törətdiyi üçün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə 2021-ci ilin dekabr ayının 6-da azadlığa buraxılmışdır. Pərvizi uşaqlıqdan tanımışdır, belə ki, onunla qonşuluqda yaşamış və aralarında həmişə yaxşı münasibət olmuşdur. Validi isə hadisədən bir neçə gün əvvəl Pərvizin vasitəsilə tanımışdır. Hadisədən bir neçə müddət əvvəl Ceyhunu Validin və Pərvizin vasitəsilə tanımış və aralarında münasibət yaranmışdır. 11 fevral 2022-ci il tarixdə axşam saatlarında spirtli içki qəbul etdiyinə görə sərxoş olmuş və buna görə də, Pərvizlə nə vaxt görüşdüyünü xatırlamır. Onlar bir yerdə olan zaman Validlə görüşmüş, belə ki, Valid “rent a car”-dan icarəyə götürdüyü “Kia Optima” markalı, dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobil ilə gəlib onlarla görüşmüşdür. O, Validlə Pərvizə təklif etmişdir ki, Ceyhunun yaşadığı evə getsinlər, çünki dəfələrlə Ceyhuna zəng etsə də, sonuncu telefona cavab verməmişdir. Həm də pula ehtiyacı olmuş və Ceyhunun ona borc verə biləcəyini düşünmüşdür. O, özü Ceyhunun yaşadığı evi tanımasa da, Validin və Pərvizin Ceyhunun yaşadığı evi tanıdıqlarını və bir neçə dəfə həmin evə getdiklərini bilmişdir. Onlar birlikdə Validin idarə etdiyi avtomobil ilə Ceyhunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən həyət evinə getmişlər. Həmin vaxt gecə olduğu üçün və həmin yolda işıq olmadığı üçün hər tərəf qaranlıq olmuşdur. O və Valid avtomobildən düşmüş, arxada əyləşmiş Pərviz isə avtomobildən düşməmiş və avtomobildə qalmışdır. Onlar Validin göstərdiyi kimi Ceyhungilin yaşadığı evə yaxınlaşmışlar və Valid evin qabaq tərəfinə keçərək Ceyhunu çağırmağa getmişdir. Bu zaman bir nəfər yaşlı kişinin həmin evə yan tərəfdən yaxınlaşdığını görmüşdür. Həmin kişiyə yaxınlaşmış və həmin kişidən kim olduğunu, burada nə etdiyini soruşmuşdur. Həmin kişi də qonşu olduğunu və onu Ceyhunun göndərdiyini bildirmişdir. Elə bu zaman Ceyhun həmin kişiyə zəng etmiş və telefonu həmin kişinin əlindən alıb zəngi açaraq Ceyhunla danışmağa başlamış və niyə zənglərinə cavab vermədiyini soruşmuşdur. Bu zaman Ceyhun başının qarışıq olduğunu, sonra onunla əlaqə saxlayacağını demişdir. Həmin vaxt Ceyhun həmin kişinin yanında nə etdiyini soruşmuş, o da Valid və Pərvizlə birlikdə onun evdə olduğunu düşünüb yaşadığı evə gətdiklərini, onunla işi olduğunu və imkanı varsa, biraz ona borca pul verməsini demişdir. Ceyhun isə yaşadığı evdə sobanın yanında bankanın içərisində qəpik pul olduğunu və Validin həmin evin açarının harada olmasını bildiyini, Validin evə girib həmin qəpik pulları götürməsini demişdir. Bu zaman o, Ceyhuna yanındakı həmin kişinin qaçıb oradan uzaqlaşdığını, telefonu nə etməyini, kimə verməyini soruşmuşdur. Ceyhun da telefonu yaxınlıqda bir yerə qoymağını və həmin yeri ona deməyini, özünün götürüb kişiyə qayataracığını bildirmişdir. Bu zaman Valid ona yaxınlaşmış və o, Validə Ceyhunla danışdığını, Ceyhun evdə sobanın yanında qəpik pul olmasını, evin açarının harada olduğunu bildiyini, gedib açarı götürərək evə girib qəpik pulu götürərək gəlməsini demişdir. Bundan sonra Valid evin ön tərəfinə doğru getmiş və o da orada gözləməyə başlamışdır. Biraz sonra Valid evdən çıxıb ona yaxınlaşmış və onlar birlikdə Validin idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Əlavə olaraq bildirmişdir ki, özünü müdafiə etmək üçün üzərində bir ədəd kiçik ölçülü açılıb-bağlanan bıçağı özünü müdafiə etmək üçün üzərində saxlamış, açılıb-bağlanan bıçağı isə suvenir kimi çox vaxt evdə saxlamışdır. Hadisədən təxminən bir ay bundan əvvəl dəniz kənarında gəzən zaman sahildən bir ədəd tapança üzərində darağı və 4 ədəd patronunu tapmışdır. Yəni 4 ədəd patron darağın üzərində olmuş və daraq da tapançanın üstündə olmuşdur. O, həmin silahı, darağı və patronları tapdıqda götürüb üzərində saxlamışdır. 12 fevral 2022-ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı Sabunçu rayonu, Albalı qəsəbəsi, Yeni yaşayış sahəsi, nömrəsiz ünvanın qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı kimi təqdim etmişlər və onun soyğunçuluq etməkdə şübhəli olduğunu bildirərək üzərində Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 30-cu Pş-nə gəlmişdir. Orada ona hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş və müdafiəçi ilə görüşdükdən sonra polis əməkdaşları videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli cins şalvarın arxa kəmər hissəsində olan bir ədəd tapança və bir ədəd bıçaq, gödəkçənin sağ yan cibindən ağ rəngli sellofana bükülmüş üstündən aşkar edilib götürülmüş silaha məxsus 04 ədəd patron və əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd açılıb-başlanan cib bıçağı aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən həmin silah, onun hissələri və bıçaqlar götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri o və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Soyğunçuluq hadisəsi 11 fevral 2022-ci il tarixdən 12 fevral 2022-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində Ceyhungilin yaşadığı evin həyətində baş vermişdir. Bundan əvvəl bir neçə dəfə Ceyhuna zəng etsə də telefonuna cavab verməmiş və buna görə narahat olmuş, həm də maddi sıxıntıları olduğu üçün Ceyhundan borca pul götürmək istəmişdir. Özü Ceyhunun yaşadığı evi tanımadığına görə tanışları Pərviz və Validlə birlikdə Ceyhunun kirayədə yaşadığı evə getmişlər. Həmin bıçaqdan istifadə etməmiş və həmin yaşlı kişiyə bıçaq çıxarıb nümayiş etdirməmişdir. Hadisə vaxtı həmin kişinin əlindən mobil telefonunu danışmaq üçün almış, lakin sonradan həmin kişi qaçıb getdiyinə görə telefon onda qalmışdır. Tanımadığı həmin kişinin telefonu ilə Ceyhunla danışan zaman sonuncudan borca pul istəmiş və Ceyhun da yaşadığı evdə sobanın yanında bankada qəpik pullar olduğunu, Validin həmin evin açarının harada olmasını bildiyini, Validin evə girib həmin qəpik pulu götürməsini demişdir. Buna görə də, o, Validə dedikdən sonra Ceyhungilin kirayədə yaşadığı evə haradansa götürdüyü açarla qapını açıb daxil olaraq sobanın yanından qəpik pulları götürmüşdür. Sonradan isə məlum olmuşdur ki, həmin qəpik pullar 37 ədəd 50 qəpiklik pul olmuş və cəmi 18 manat 50 qəpik etmişdir. Zərərçəkmiş şəxs ifadəsində yalan danışmışdır. Hadisə onun ifadəsində bildirdiyi kimi olmuşdur. Bundan başqa, 2021-ci ildə atası vəfat etmiş və atasından ona bir ədəd ov tüfəngi və iki ədəd patronu xatirə qalmışdır. O, atası rəhmətə getdikdən sonra həmin silahla iki patronu sellofana bükərək yaşadığı həyətdə hasarın dibinə torpağa basdırmış, lakin çox dərinə basdırmamış və sadəcə üstünü torpaqla örtmüşdür. Sonradan soyğunçuluq cinayəti törətdiyinə görə saxlanılmış və həbs olunmuşdur. Həbsdə olan zaman o, DİN-nin BMCMİ-nə etap olunmuşdur. Orada polis əməkdaşları onunla sorğu sual etmişlər və yaşadığı evdə qanunsuz olaraq əldə etdiyi silah və ya başqa hər hansı bir əşya və ya predmet olub-olmaması barədə soruşmuşlar. O da atasında ona qalan həmin bir ədəd ov tüfəngini və ona məxsus iki patronu yaşadığı həyət evində hasarın dibinə basdırdığını bildirmişdir. Bundan sonra əvvəlcə ondan yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, o da etirazının olmadığını bildirmiş və bununla bağlı ərizə yazmışdır. Daha sonra polis əməkdaşları ona dövlət hesabına təyin edilmiş vəkili ilə birlikdə yaşadığı evə getmişlər. Həyətə daxil olduqda polis əməkdaşları ondan silahı və patronları harada gizlətdiyini və onu könüllü ollaraq təqdim edə biləcəyi barədə soruşmuşlar. O da etiraz etməyərək yaşadığı evin həyətyanı sahəsində hasarın dibində yerə basdırdığını bildirmişdir. Bundan sonra onun göstərdiyi yer polis əməkdaşları tərəfindən biraz qazıldıqdan sonra sellofanın içərisində olan həmin ov tüfəngi və iki patron aşkar edilərək götürülmüşdür. Sorğu zamanı təkrar bildirmişdir ki, həmin silah 2021-ci ildə vəfat etmiş atasından ona xatirə qalmışdır. Lakin həmin silahı heç vaxt istifadə etməmiş və həmin silahla heç bir cinayət əməli törətməmişdir. Sonda isə həmin ov tüfəngi və iki patron götürülərək qablaşdırılıb üzəri möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, təqsirləndirilən şəxsin müdafiəçisini, zərərçəkmiş şəxsi və şahid ifadələrini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 fevral 2022-ci il tarixdən 12 fevral 2022-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində yaşadığı evdə yatan zaman Ceyhun onunla mobil telefonla əlaqə saxlayaraq tanışları ilə birlikdə evə gələcəyini demiş və onun ata-anası ilə birlikdə kirayədə yaşadığı evə gedib evin qabağında olan su çəninin altında olan evin çöl qapısının açarını götürərək evi açıb, içərini səliqə-səhmana salmasını xahiş etmişdir. Həmin vaxt o, yuxulu olsa da, razılaşmış və yaşadığı evdən çıxıb Ceyhungilin yaşadığı evə getmişdir. Təxminən 02:15 radələrində Ceyhungilin evinin həyətinə daxil olmuş və həmin evin sol yan tərəfi ilə evin qabağına tərəf gedən zaman arxadan kimsə onu tutub saxlamış və divara söykəyib burada nə etdiyini soruşmuşdur. O, gecə olduğu üçün və bu hal qəflətən baş verdiyinə görə qorxmuş və cavab verə bilməmişdir. O da Ceyhunun onu bura yaşadığı evi səliqəyə salmaq üçün göndərdiyini demişdir. Bu zaman Ceyhun ona zəng etmiş və sonradan Səlahəddin olduğunu bildiyi həmin hündür boylu, qarayanız arıq bədən quruluşlu oğlan onun əlində olan “Xiaomi redmi” markalı mobil telefonu alıb zəngə cavab verərək Ceyhunla danışmağa başlamışdır. O, Ceyhuna niyə telefonlarına cavab vermədiyini soruşmuş və maddi sıxıntısı olduğu üçün ona borca pul verə biləcəyini soruşmuşdur. Ceyhunun ona nə cavab verdiyini eşitməmişdir. Həmin oğlan telefonla Ceyhunla danışan zaman o, fürsət tapıb oğlanın yanından qaçmış və sürətlə evə doğru getmişdir. Bu zaman Ceyhungilin evinin yanında “Kia” markalı dövlət qeydiyyat nişanına fikir vermədiyi bir avtomobil olduğunu, həmin avtomobilin içərisində bir nəfər şəxsin olduğunu və avtomobilin qapılarının açıq vəziyyətdə olduğunu görmüşdür. O, sürətlə qışqıra-qışqıra qaçıb oradan uzaqlaşmış və yaşadığı evinə gəlmişdir. Hadisə 12 fevral 2022-ci il tarixdə gecə təxminn saat 02:15 radələrində yaşadığı evin təxminən 100 metrliyində yerləşən qohumu Ceyhunun ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətində baş vermişdir. Ceyhun ona zəng edib ata-anası ilə birlikdə kirayədə yaşadığı evə gedib evin qabağında olan su çəninin altında olan evin çöl qapısının açarını götürərək evi açmasını və evin içərisini səliqə-səhmana salmasını xahiş etdiyi üçün yaşadığı evdən çıxıb Ceyhungilin yaşadığı evə getmişdir. Hadisə zamanı həmin oğlan ona bıçaqla və ya başqa hər hansı bir alətlə xəsarət yetirməmişdir. Sadəcə qaranlıq olduğu üçün görmədiyi nəyisə onun qarnına dirəyib dayanmağın etmişdir. Lakin onun əli və ya hansısa bir əşyanın olubolmadığını bilməmişdir. Çünki həmin vaxt hava qaranlıq olmuş və o, qorxduğuna görə çox həyəcanlı olmuş, buna görə də, dəqiq olaraq nə olduğunu bilməmişdir. Həmin oğlan onun əlində olan “Xiaomi Redmi” markalı mobil telefonu zorla əlindən dartıb almış və sonra özündə saxlamışdır. O, ikinci oğlanı görməmiş və onun Ceyhungilin evinə daxil olmasını da görməmişdir. Hadisə günü çox həyəcanlı olmuş, başına ilk dəfə idi ki belə hadisə gəldiyi və qorxduğu üçün həmin vaxt səhvliklə ola bilsin ki, orada 3 nəfər gördüyünü demişdir. Lakin dəqiq olaraq hadisə zamanı bir nəfər qarayanız, hündür boylu, arıq bədən quruluşuna malik oğlan onu divara dirəyib saxlamış və əlindəki telefonu almışdır. Başqa heç kimi görməmişdir. Həmin bir nəfər oğlanı indi də görsə, tanıya biləcəyini qeyd etmişdir. Hadisə zamanı ona məxsus olan 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefonun dəyəri 500 manat olmuş və həmin telefonun üzərində 10 manat dəyərində olan 077- ***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Telefonun üzərində internet paketi və ya yaddaş kartı olmamışdır. Bundan əvvəl zərərçəkmiş şəxs qismində verdiyi ifadə verdiyi zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs onun əlindən tutub aldığı “Xiaomi” markalı mobil telefonun dəyərini aldığı qiymətlə 500 manat və ***-***-**-** saylı mobil nömrənin dəyərini isə 10 manat miqdarında qiymətələndirmişdir. Lakin hazırda həmin mobil telefonun işlənməsini nəzərə alaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3760 saylı 25 may 2022-ci il tarixli rəyində göstərilən qiymətlə razıdır, həmin ekspert rəyinə etirazı və ya vəsatəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tutulmamışdan əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsbəsi, sovxozu yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən həyət evində anası və atası ilə birlikdə kirayədə yaşamışdır. 01 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etdiyinə görə saxlanılmış və hazırda barəsində Cəlilabad RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, buna görə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Təxminən iki ildir ki, marixuana və şüşə kimi tanıdığı narkotik vasitələrdən istifadə edir. Narkotik maddələri Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alıb istifadə etmişdir X4, Təqsirləndirilən şəxs və X3 bir ilə yaxındır ki, tanımışdır. Belə ki, Pərviz bərbər işləmiş, Validi isə başqa bir tanışının vasitəsilə tanımışdır. Səlahəddini isə Pərvizin vasitəsilə tanımış və onların üçü ilə də aralarında normal münasibət olmuşdur. Pərviz və Valid bir neçə dəfə yaşadığı evə gəlib onunla qalmışlar. O, Validlə daha yaxın olduğuna görə evlərinin açarını yaşadığı evin çöl qapısının açarının evin girişi ilə üzbəüz yerdə olan su çəninin altında olduğunu və nə vaxt lazım olsa evə gedə biləcəyini demişdir. 11 fevral 2022-ci il tarixdə axşam təxminən saat 21 radələrində Gənclik metrostansiyasmın yaxınlığında olan zaman tanışları ilə onun yaşadığı evə gedib axşamı qalmaq barədə razılaşmışlar və bu məqsədlə də, onunla qonşuluqda yaşayan və uzaq qohumu olan Cabarxana zəng edərək birazdan evə tanışları ilə birlikdə gələcəyini deyib evlərinə gedib evi səliqə-səhmana salmasını xahiş etmişdir. Cabarxana indiyə kimi bir neçə dəfə maddi dəstək olduğuna görə Cabarxan da razılaşmışdır. Cabarxana telefonda yaşadığı evin çöl qapısının açarının evin girişi ilə üzbəüz yerdə olan su çəninin altında olduğunu və açarı oradan götürüb evin qapısını açaraq evə daxil olmasını bildirmişdir. Bir neçə dəqiqə sonra o, Cabarxana zəng etmiş, lakin cavab verən şəxsin səsindən Cabarxan olmadığını başa düşmüşdür. Həmin cavab verən oğlan özünü Səlahəddin kimi təqdim etmiş və onu tanımışdır. Səlahəddin ona niyə dəfələrlə zəng etməsinə baxmayaraq, cavab vermədiyini soruşmuş, o da başının qarışıq olduğu üçün cavab vermədiyini və Cabarxanın yanında nə etdiyini soruşmuşdur. Səlahəddin də Valid və Pərvizlə birlikdə onun yaşadığı evə gəldiyini, onun evdə olduğunu düşündüyü üçün ona zəng etməyərək evinə gəldiyini, onunla görüşmək istədiyini və onunla işi olduğunu, pulu varsa, ona borc verməyini demişdir. O da hazırda başının qarışıq olduğunu, Validin onun yaşadığı evin açarının harada olmasını bildiyini, evində qəpik pulların olduğunu və sobanın yanında olduğunu, buna görə də, Validin evin açarını götürüb evə girərək qəpik pulları götürməsini demişdir. Bu zaman Səlahəddin Cabarxan onun yanından sürətlə qaçıb uzaqlaşdığını və telefonunun onda qaldığını demişdir. O, nə baş verdiyini başa düşməmiş və telefonu söndürüb dərhal Cabarxanın oğluna yığmaq istəmişdir. Lakin bu anda Cabarxanın oğlu ona zəng edərək bunun nə hərəkət olduğunu, niyə tanışının onun atasını döydüyünü və telefonunu əlindən aldığını soruşmuşdur. O da belə bir hadisənin olmadığını, atasının özünün qaçıb oradan uzaqlaşdığı üçün telefonun tanışında qaldığını demişdir. Bundan sonra onun telefonunu söndürüb təkrar Cabarxanın nömrəsinə zəng etmiş və Səlahəddin telefonu açdıqda ona Cabarxanın telefonunu yaxınlıqda bir yerə qoymasını və özünün gəlib həmin telefonu götürərək Cabarxana verəcəyini demiş və ondan Cabarxanı vurub-vurmadığını soruşmuşdur. Səlahəddin isə Cabarxanı vurmadığını bildirmişdir. Bundan sonra nə baş verdiyini bilməmişdir. Valid bundan əvvəl bir neçə dəfə onlara gəlib onunla birlikdə qalmışdır və onunla aralarında yaxşı münasibət olduğu üçün ona əvvəlcədən evin çöl qapısının açarını girişlə üzbəüz su çəninin altında gizlətdiyini demişdir. Hadisə günü Səlahəddin ona pula ehtiyacı olduğunu və borca ona pul verməyini dediyi üçün ona Validin yaşadığı evə girməsini və evdə sobanın yanında olan bankadakı qəpik pulları götürməsini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru xüsusi rütbəsi daşıyır. 11 fevral 2022-ci il tarixdə Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozu, nömrəsiz ünvanda Zərərçəkmiş şəxs qarşı soyğunçuluq edilməsi barədə məlumat daxil olmuş və həmin fakt öz təsdiqini tapdıqdan sonra həmin cinayət əməlini törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi üçün ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin soyğunçuluq cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs şübhəli olması müəyyən edilmiş və daxil olmuş əməliyyat məlumatı əsasında 12 fevral 2022-ci il tarixdə saat 20:00 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz ünvanın yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona soyğunçuluq cinayət əməlinin törədilməsində şübhəli olduğunu bildirərək onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli cins şalvarının arxa hissəsində kəmərdə olan bir ədəd iri ölçülü bıçaq və bir ədəd tapança, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən ağ rəngli salfetkanm içərisində 04 ədəd patron və əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli cib bıçağını çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi tapançanı və bıçaqları haradan və hansı məqsədlə əldə etdiyini soruşduqda həmin tapançanı təxminən bir ay əvvəl dəniz kənarında tapdığını, həmin tapançanı və iki ədəd bıçağı düşmənləri olduğu üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bir ədəd tapança, onun darağı və 4 ədəd patron, eləcə də, bir ədəd iri ölçülü və bir ədəd cib bıçağı götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru xüsusi rütbəsi daşıyır. 21 may 2022-ci il tarixdə ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evində yaşamış və hazırda həbsdə olan Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl qanunsuz olaraq odlu silah əldə etməsi və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəhbərliyə məruzə olunduqdan sonra ondan, BMCMİ-nin baş əməliyyat müvəkkililəri, pollis mayoru Şahid6 və Şahid7 və BMCMİ-nin əmliyyat müvəkkili, polis kapitanı Şahid8 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs saxlanıldığı Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından etap olunaraq onun və dövlət hesabına hüquqlarını müdafiə edən vəkilinin iştirakı ilə onun yaşadığı ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə gedilərək baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş və o, etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs anası Zemfira Paşayevanın yaşadığı həmin evə sonuncundan icazə alındıqdan sonra videoçəkilişlə baxış keçirilməyə başlamışdır. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs Şalvələd oğluna yaşadığı evdə və onun həyətində əldə olunması, daşınması saxlanması qadağan olunan hər hansı bir əşya və ya predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində hasarın dibində 2021-ci il tarixdə rəhmətə getmiş atasından yadigar qalan bir silah və onun patronlarını basdırdığını bildirmiş və həmin yeri göstərmişdir. Daha sonra həmin yer biraz qazıldıqdan sonra torpağa basdırılmış halda olan sarı və ağ rəngli sellofana bükülmüş premdet aşkar edilmişdir. Həmin sellofan açıldıqda içərisində ov silahı və 2 ədəd patron olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahın onun 2021ci il tarixdə vəfat etmiş atasına məxsus olduğunu, atası rəhmətə getdikdən sonra xatirə kimi həmin silahı torpağa basdırıb saxladığını, heç vaxt həmin silahdan istifadə etmədiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bir ədəd ov silahı və iki ədəd patron götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə və həmin evin həyətyanı sahəsinə baxış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid7 Şahid5 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid8 Şahid5 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 2-ci cildinin 4-7-ci vərəqlərində olan ifadənin yerində yoxlanması haqqında 15 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 11 fevral 2022-ci il tarixdə axşam saatlarında spirtli içki qəbul etdiyinə görə sərxoş olmuş və buna görə də, Pərvizlə nə vaxt görüşdüyünü xatırlamır. Onlar bir yerdə olan zaman Validlə görüşmüş, belə ki, Valid “rent a car” dan icarəyə götürdüyü “Kia Optima” markalı, dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobil ilə gəlib onlarla görüşmüşdür. O, Validlə Pərvizə təklif etmişdir ki. Ceyhunun yaşadığı evə getsinlər, çünki dəfələrlə Ceyhuna zəng etsə də, sonuncu telefona cavab verməmişdir. Həm də pula ehtiyacı olmuş və Ceyhunun ona borc verə biləcəyini düşünmüşdür. O, özü Ceyhunun yaşadığı evi tanımasa da, Validin və Pərvizin Ceyhunun yaşadığı evi tanıdıqlarını və bir neçə dəfə həmin evə getdiklərini bilmişdir. Onlar birlikdə Validin idarə etdiyi avtomobil ilə Ceyhunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən həyət evinə getmişlər. Həmin vaxt gecə olduğu üçün və həmin yolda işıq olmadığı üçün hər tərəf qaranlıq olmuşdur. O və Valid avtomobildən düşmüş, arxada əyləşmiş Pərviz isə avtomobildən düşməmiş və avtomobildə qalmışdır. Onlar Validin göstərdiyi kimi Ceyhungilin yaşadığı evə yaxınlaşmışlar və Valid evin qabaq tərəfinə keçərək Ceyhunu çağırmağa getmişdir. Bu zaman bir nəfər yaşlı kişinin həmin evə yan tərəfdən yaxınlaşdığını görmüşdür. Həmin kişiyə yaxınlaşmış və həmin kişidən kim olduğunu, burada nə etdiyini soruşmuşdur. Həmin kişi də qonşu olduğunu və onu Ceyhunun göndərdiyini bildirmişdir. Elə bu zaman Ceyhun həmin kişiyə zəng etmiş və telefonu həmin kişinin əlindən alıb zəngi açaraq Ceyhunla danışmağa başlamış və niyə zənglərinə cavab vermədiyini soruşmuşdur. Bu zaman Ceyhun başının qarşıq olduğunu, sonra onunla əlaqə saxlayacağını demişdir. Həmin vaxt Ceyhun həmin kişinin yanında nə etdiyini soruşmuş, o da Valid və Pərvizlə birlikdə onun evdə olduğunu düşünüb yaşadığı evə gətdiklərini, onunla işi olduğunu və imkanı varsa biraz ona borca pul verməsini demişdir. Ceyhun isə yaşadığı evdə sobanın yanında bankanın içərisində qəpik pul olduğunu və Validin həmin evin açarının harada olmasını bildiyini, Validin evə girib həmin qəpik pulları götürməsini demişdir. Bu zaman o, Ceyhuna yanındakı həmin kişinin qaçıb oradan uzaqlaşdığını, telefonu nə etməyini, kimə verməyini soruşmuşdur. Ceyhun da telefonu yaxınlıqda bir yerə qoymağını və həmin yeri ona deməyini, özünün götürüb kişiyə qayataracağını bildirmişdir. Bu zaman Valid ona yaxınlaşmış və o, Validə Ceyhunla danışdığını, Ceyhun evdə sobanın yanında qəpik pul olmasını, evin açarının harada olduğunu bildiyini, gedib açarı götürərək evə girib qəpik pulu götürərək gəlməsini demişdir. Bundan sonra Valid evin ön tərəfinə doğru getmiş və o da orada gözləməyə başlamışdır. Biraz sonra Valid evdən çıxıb ona yaxınlaşmış və onlar birlikdə Validin idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar. İfadələrin yoxlanması gedişatında Təqsirləndirilən şəxs etdiyi soyğunçuluq əməlinin baş verdiyi yeri əyani şəkildə dəqiq olaraq göstərdi. Cinayət işinin 1-ci cildinin 69-70-ci vərəqlərində olan 12 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli cins şalvarının arxa hissəsində kəmərdə olan bir ədəd iri ölçülü bıçaq və bir ədəd tapança, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən ağ rəngli salfetkanın içərisində 04 ədəd patron və əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli cib bıçağı aşkar edilərək götürülmüş, bununla bağh protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 2-ci cildinin 134-136-cı vərəqlərində olan 21 may 2022-ci il tarixli evə baxış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs yaşadığı ünvan 12 ünvanda yerləşən evə baxış keçirilmiş, evə baxış zamanı həmin həyətdə hasarın dibindən torpağa basdırılmış halda olan sarı və ağ rəngli sellofana bükülmüş 01 ədəd ov tüfəngi və 02 ədəd patron aşkar edilərək götürülmüş, bununla bağh protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 2-ci cildinin 96-cı vərəqində olan diskə baxış keçirilməsi haqqında 05 may 2022-ci il tarixli protokola əsasən, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli“Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli cins şalvarının arxa hissəsində kəmərdə olan bir ədəd iri ölçülü bıçaq və bir ədəd tapança, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən ağ rəngli salfetkanın içərisində 04 ədəd patron və əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli cib bıçağını çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi tapançanı və bıçaqları haradan və hansı məqsədlə əldə etdiyini soruşduqda həmin tapançanı təxminən bir ay əvvəl dəniz kənarında tapdığını, həmin tapançanı və iki ədəd bıçağı düşmənləri olduğu üçün üzərində saxladığını bildirməsi, bundan sonra aşkar edilmiş həmin bir ədəd tapança, onun darağı və 4 ədəd patron, eləcə də, bir ədəd iri ölçülü və bir ədəd cib bıçağın götürülərək zərfə qoyulub qablaşdırılması, sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 2-ci cildinin 97-ci vərəqində olan diskə baxış keçirilməsi haqqında 05 may 2022-ci il tarixli protokola əsasən istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin fərdi yaşayış sahəsinə müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən baxış keçirilməsi, əvvəlcə ondan yaşadığı evdə və ya həmin evin həyətyanı sahəsində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində hasarın dibində 2021-ci il tarixdə rəhmətə getmiş atasından yadigar qalan bir silah və onun patronlarını basdırdığını bildirməsi və həmin yeri göstərməsi, daha sonra həmin yer biraz qazıldıqdan sonra torpağa basdırılmış halda olan sarı və ağ rəngli sellofana bükülmüş predmet aşkar edilməsi, həmin sellofan açıldıqda içərisində ov silahı və 2 ədə patron olması, sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahın onun 2021-ci il tarixdə vəfat etmiş atasına mxəsus olduğunu, atası rəhmətə getdikdən sonra xatirə kimi həmin silahı torpağa basdırıb saxladığını, heç vaxt həmin silahdan istifadə etmədiyini bildirməsi, bundan sonra aşkar edilmiş həmin bir ədəd ov sliahı və iki ədəd patron götürülərək zərfə qoyulub qablaşdırılması müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 2-ci cildinin 100-101-ci vərəqlərində olan 11 may 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokola əsasən, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir yazışma və ya məlumat aşkar edilməmiş, bu səbəbdən də, həmin mobil telefon Təqsirləndirilən şəxs ailə üzvünə geri qayartrılmış, bununla bağlı protokol və qəbz tərtib edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 163-167-ci vərəqlərində olan olan 14 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Əlicabbar oğlu ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs Əlicabbar oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demişdir. Cinayət işinin 2-ci cildinin 52-55-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin verdiyi 594 saylı 07 mart 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda öz hərəkətlərin dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 96-cı vərəqində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbayca Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 9/3760 saylı 25 may 202' ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd mavi rəngli, “Xiaomi Redmi” markalı, M1908C3JG (Note 8) model mobil telefonun satış üçün komplektləşdirilməsi məqsədlə əldə etdiyini soruşduqda həmin tapançanı təxminən bir ay əvvəl dəniz kənarında tapdığını, həmin tapançanı və iki ədəd bıçağı düşmənləri olduğu üçün üzərində saxladığını bildirməsi, bundan sonra aşkar edilmiş həmin bir ədəd tapança, onun darağı və 4 ədəd patron, eləcə də, bir ədəd iri ölçülü və bir ədəd cib bıçağın götürülərək zərfə qoyulub qablaşdırılması, sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 2-ci cildinin 110-112-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 9/3760 saylı 25 may 2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd mavi rəngli, “Xiaomi Redmi” markalı, M1908C3JG (Note 8) model mobil telefonun satış üçün komplekrləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 180,00 manat, ***-***-**-** GSM danışıq kartı təxminən 4,00 manat müəyyən olunur. Cinayət işinin 2-ci cildinin 91-94-cü vərəqlərində olan istintaq zamanı təyin edilmiş məhkəmə-ballistik ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3/217 saylı 03 mart 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və “1” rəqəmi ilə işarələnmiş predmet kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilən və “2” rəqəmi ilə işarələnmiş predmet zavod üsulu ilə istehsal edilmiş turist bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin 1-ci cildinin 80-86-cı vərəqlərində olan məhkəmə soyuq silah ekspertizası üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin verdiyi 22/133R saylı 13 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah zavod üsulu ilə Almaniya dövlətində, Waffenfabrik Walther zavodunda istehsal olunmuş 7,65 mm kalibrli, Walther PPK model tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim eidlmiş 04 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır (Bax: silahın tədqiqi hissəsinə). Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş Walther PPK modelli tapançaların komlpekt hissəsidir- darağıdır, içərisinə 7,65x17 mm kalibrli patronları yerləşdirməsi üçün nəzərdə tutulmuşdur, texniki cəhətdn sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Cinayət işinin 2-ci cildinin 143-149-cu vərəqlərində olan məhkəmə soyuq silah ekspertizası üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin verdiyi 22/383R saylı 23 may 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 74950 №-li silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1961-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu sivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulla kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş cəmi 02 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır və atəş üçün yararlıdırlar. DİN KTİ-nin “güllə-giliz” kartotekasında yalnız yivli odlu silahlardan atılmış güllə-gilizlərin qeydiyyatı aparıldığından qərarın 2-ci sualına cavab verilmədi. Qeyd: Təqdim edilmiş 02 ədəd 16x70 kalibrli ov patronlardan 01 ədədi eksperimental atəş zamanı istifadə olundu. Cinayət işinin 2-ci cildinin 179-198-ci vərəqlərində olan toplanmış sübutların qiymətləndirilməsi, cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və əməlin tövsif edilməsi barədə qərara əsasən, iş üzrə bir ədəd göy rəngli 01 ədəd mavi rəngli “Xiaomi Redmi” markalı, M1908C3JG (Note 8) model mobil telefon və üzərində olan ***-***-**-** GSM danışıq kartı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmış, iş üzrə bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Almaniya dövlətində, Waffenfabrik Walther zavodunda istehsal olunmuş, 7,65 mm kalibirli, Walther PPK modelli, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı yivli odlu döyüş silahı olan tapança, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 04 ədəd döyüş sursatı və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, içərisinə 7,65x17 kabirli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan və təyinatı üzrə istifadəyə yararlı Walther PPK modelli tapançaların komplekt hissəsi olan daraq, eləcə də, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1961-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 74950 №-li, 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli odlu yivsiz odlu silah sayılan, lakin lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfəngininin kəsiyini zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 16x70 kalibrli olmaqla, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 02 ədəd döyüş sursatı, həmçinin, 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı və 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən turist bıçağı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Almaniya dövlətində, Waffenfabrik Walther zavodunda istehsal olunmuş, 7,65 mm kalibirli, Walther PPK modelli, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı yivli odlu döyüş silahı olan tapança, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 04 ədəd döyüş sursatı və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, içərisinə 7,65x17 kabirli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan və təyinatı üzrə istifadəyə yararlı Walther PPK modelli tapançaların komplekt hissəsi olan daraq, eləcə də, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1961-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 74950 №-li, 16 kalibrli TOZ-B modelli, çaxmaq, hamar qoşa lüləli odlu yivsiz odlu silah sayılan, lakin lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfəngininin kəsiyini zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 16x70 kalibrli olmaqla, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 01 ədəd döyüş sursatı, həmçinin, 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı və 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab dilməyən turist bıçağı maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD diski isə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınaraq cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 64-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 12 fevral 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 248-252-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-81/2022 saylı 14 fevral 2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində əvvəli 12 fevrall 2022-ci il tarixdən hesablamaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 41-43-cü vərəqlərində olan istintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respblikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il, 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzanın çəkilməmiş müddəti 06 ay azaldılmış və həmin tarixdə həbsdən azad olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci, 228.4-cü və 228.2.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirləndirilən şəxs cinayəti açıq şəkildə, zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, məhkumluğunun olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal cinayətlərin təkrar törədilməsi və cinayətin residividir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmü və Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respblikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il, 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzanın çəkilməmiş müddəti 06 ay azaldılmış və həmin tarixdə həbsdən azad olunmuşdur. Cəzasının sonu xx.xx.2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2022-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid olsa da, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci və 228.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri az ağır cinayət kateqoriyasına aid olduğuna görə cinayətin residivi nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 180.1, 228.2.2-ci və 228.4-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1, 228.2.2-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 228.2.2-ci və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmalı, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 12 fevral 2022-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzasının əvvəli 19 oktyabr 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan, bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Almaniya dövlətində, Waffenfabrik Walther zavodunda istehsal olunmuş, 7,65 mm kalibrli, Walther PPK modelli, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı yivli odlu döyüş silahı olan tapança, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 04 ədəd döyüş sursatı və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, içərisinə 7,65x17 kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan və təyinatı üzrə istifadəyə yararlı Walther PPK modelli tapançaların komplekt hissəsi olan daraq, eləcə də, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1961-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 74950 №-li, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz odlu silah sayılan, lakin lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfəngininin kəsiyini zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 16x70 kalibrli olmaqla, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 02 ədəd döyüş sursatı, həmçinin, 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı və 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən turist bıçağı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Almaniya dövlətində, Waffenfabrik Walther zavodunda istehsal olunmuş, 7,65 mm kalibrli, Walther PPK modelli, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı yivli odlu döyüş silahı olan tapança, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 04 ədəd döyüş sursatı və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, içərisinə 7,65x17 kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan və təyinatı üzrə istifadəyə yararlı Walther PPK modelli tapançaların komplekt hissəsi olan daraq, eləcə də, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1961-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 74950 №li, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz odlu silah sayılan, lakin lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfəngininin kəsiyini zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 16x70 kalibrli olmaqla, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 01 ədəd döyüş sursatı, həmçinin, 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı və 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən turist bıçağı dövlət nəfinə müsadirə edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilməlidir. Həmçinin, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd göy rəngli 01 ədəd mavi rəngli “Xiaomi Redmi” markalı, M1908C3JG (Note 8) model mobil telefon və üzərində olan ***- ***-**-** GSM danışıq kartı Zərərçəkmiş şəxs Nizami oğluna qaytarılması nəzərə alınmalıdır. Həmçinin, iş üzrə 184 manat maddi ziyanın Zərərçəkmiş şəxs Nizami oğluna qaytarılması nəzərə alınmalıdır. Həmçinin, iş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1, 228.2.2-ci və 228.4-cü maddələri ilə, təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci, 228.2.2-ci və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 12 fevral 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan, bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Almaniya dövlətində, Waffenfabrik Walther zavodunda istehsal olunmuş, 7,65 mm kalibrli, Walther PPK modelli, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı yivli odlu döyüş silahı olan tapança, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 04 ədəd döyüş sursatı və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, içərisinə 7,65x17 kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan və təyinatı üzrə istifadəyə yararlı Walther PPK modelli tapançaların komplekt hissəsi olan daraq, eləcə də, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1961-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 74950 №-li, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz odlu silah sayılan, lakin lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfəngininin kəsiyini zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 16x70 kalibrli olmaqla, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 02 ədəd döyüş sursatı, həmçinin, 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı və 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən turist bıçağı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Almaniya dövlətində, Waffenfabrik Walther zavodunda istehsal olunmuş, 7,65 mm kalibrli, Walther PPK modelli, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı yivli odlu döyüş silahı olan tapança, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 04 ədəd döyüş sursatı və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, içərisinə 7,65x17 kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan və təyinatı üzrə istifadəyə yararlı Walther PPK modelli tapançaların komplekt hissəsi olan daraq, eləcə də, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1961-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 74950 №- li, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz odlu silah sayılan, lakin lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfəngininin kəsiyini zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 16x70 kalibrli olmaqla, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 01 ədəd döyüş sursatı, həmçinin, 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı və 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən turist bıçağı dövlət nəfinə müsadirə edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd göy rəngli 01 ədəd mavi rəngli “Xiaomi Redmi” markalı, M1908C3JG (Note 8) model mobil telefon və üzərində olan ***-***-**-** GSM danışıq kartı Zərərçəkmiş şəxs Nizami oğluna qaytarılması nəzərə alınsın. İş üzrə 184 manat maddi ziyanın Zərərçəkmiş şəxs Nizami oğluna qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-**********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar