Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-269/2021 19.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, 22 avqust 1990-cı ildə Ucar rayonunun Lək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Ayşən LTD” şirkətinə məxsus olan 214 saylı sərnişin avtobusunda dispetçer işləyən, əvvəllər məhkum olunmamış, Ucar rayonunun Lək kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 17 may 2021-ci il tarixdə, saat 14 radələrində texniki cəhətdən saz vəziyyətdə olan anası Şahid1 məxsus “Mercedes Benz E270” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili, sonuncu yanında olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi istiqamətində 60 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən “Nərmin” marketin yaxınlığında üzü Ramana qəsəbəsi istiqamətinə gedən yolda ondan öndə hərəkət edən nəqliyyat vasitəsini ötüb keçən zaman yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön sağ künc hissəsi ilə yolu hərəkət istiqamətinin sağ tərəfindən sola doğru keçən piyada Zərərçəkmiş şəxs vuraraq, ona baş beyinə, qişalarına və mədəcikərinə qansızma, sol baldır sümüklərinin açıq sınıqları, ağciyərlərin kontuziyası, peritonarxası hematomalar, iki tərəfli hemopnevmotoraks, dalağın zədələnməsi (əməliyyatdan sonrakı vəziyyət), başın və diafraqmanın cırılmış yaraları və bədənin çoxsaylı sıyrıqları ilə nəticələnən dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs baş beyinə, qişalarına və mədəcikərinə qansızmadan 17 may 2021-ci il tarixdə, saat 16:10-da 3 saylı Şəhər Klinik Xəstəxanasında ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, hadisənin baş verdiyi zaman idarə etdiyi “Mercedes Benz E270” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibliyində və istifadəsində olsa da, mülkiyyət hüquqi ilə anası Arzuya məxsusdur, həmin avtomobili idarə edə bilməsi üçün sonuncu tərəfindən ona verilmiş etibarnamənin müddəti 05 may 2021-ci il tarixdə bitmişdir. 17 may 2021-ci il tarixdə, saat 14 radələrində anası Arzu və dayısı oğlu Ruslan yanında olmaqla “Mercedes Benz E270” markalı, AZ**-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən üzü 10-cu dairə istiqamətində hərəkətdə olmuş, yol ayrıcına daxil olub sağa, Ramana qəsəbəsi istiqamətində dönərək hərəkətini davam etdirmişdir. Həmin vaxt dayısı oğlu avtomobilin ön sərnişin oturacağında, anası isə avtomobilin arxa sərnişin oturacağında onun arxasında əyləşmişdir. “Socar” yanacaq doldurma məntəqəsinə çatmamış sağa dönmüş və hərəkətini davam etdirərək Ramana qəsəbəsinə daxil olmuşdur. “Nərmin” marketin qarşısından keçdikdən sonra markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı bir yük avtomobili qəza işıqlarını yandıraraq çox asta sürətlə qarşısında hərəkət etdiyindən həmin yük avtomobilini ötmək qərarına gəlmişdir. Bu məqsədlə təxminən 60 km/saat sürətlə hərəkət edərək yolun sol zolağına, qarşı hərəkət yoluna keçmiş, ötmə anında yük avtomobilinin qarşısından bir nəfər yaşlı kişi iti yerişlə onun hərəkət yoluna daxil olmuşdur. O, qəzadan yayınıb, həmin piyadanı vurmamaq üçün idarə etdiyi avtomobilin əyləcini sıxaraq sükanı sola tərəf çevirsə də, piyada ilə arasında məsafə çox az olduğundan hadisənin qarşısını ala bilməmişdir. Nəticədə idarə etdiyi avtomobilin ön sağ künc hissəsi ilə həmin piyadanı vurmuşdur. Toqquşma zamanı piyada onun idarə etdiyi avtomobilin ön alın şüşəsinə dəyib zərbənin təsirindən irəli itələnərək yerə düşmüşdür. Dərhal idarə etdiyi avtomobili saxlayıb həmin piyadaya yaxınlaşmış, eyni zamanda zəng edib hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Biraz keçmiş hadisə yerinə təcili tibbi yardım gəlib piyadanı müayinə etmiş, daha sonra sonuncunu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Bundan sonra zəng edib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gəlmiş polis əməkdaşları hadisə yerinə baxış keçirib müvafiq sənədləşdirmə apardıqdan sonra onlarla birlikdə polis idarəsinə getmişdir. Sonradan Zərərçəkmiş şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasında öldüyü ona məlum olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə iki nəfər sərnişin olsa da, nə o, nə də sərnişinlər heç bir xəsarət almamışlar. Hadisədən əvvəl o, spirtli içki və hər hansı bir güclü təsiredici maddələr qəbul etməmiş, hadisə zamanı tam ayıq olmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri aradan qaldıraraq zərərçəkmiş şəxsin hüquqi varisi ilə barşıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, onun vəkilini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 27 sentyabr 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisi X3 göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma qardaşı idi və hadis baş verən günədək onunla birlikdə yaşamışdır. Belə ki, Zabit yalnız 20 il bundan əvvəl ailə həyatı qurmuş, lakin uşağı olmadığına görə iki il ailəli olduqdan sonra təxminən 18 il bundan əvvəl boşanmışdır. Onun keçmiş arvadı ilə heç bir əlaqəsi olmamışdır. Zabit onun yanında həyətdə açdığı meyvə-tərəvəz mağazasında satıcı işləmişdir. Hər gün səhər tezdən Zabit ona kömək etmiş və axşama kimi yanında olmuşdur. 17 may 2021-ci il tarixdə günorta saatlarında Zabiti bazarlıq etməsi üçün Ramana qəsəbəsində yerləşən “Nərmin” marketə göndərmişdir. Təxminən iyirmi dəqiqə sonra qardaşı Zərərçəkmiş şəxs “Nərmin” marketin yaxınlığında yolu keçmək istəyərkən avtomobillə vurulduğu barədə ona məlumat verilmişdir. Dərhal hadisə yerinə getmiş, lakin hadisə yerində heç kimin olmadığını görmüşdür. Oradan ona qardaşının təcili tibbi yardımla 3 saylı Şəhər Klinik Xəstəxanasına aparıldığını bildirmişlər. Dərhal həmin xəstəxanaya getmiş, orada qardaşının baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən öldüyü məlum olmuşdur. Bundan sonra qardaşının nəşini götürüb dəfn etmişlər. Sonradan isə Təqsirləndirilən şəxs qohumları gəlib onlara başsağlığı vermişlər. Sonda A.S.Sultanov, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2, Təqsirləndirilən şəxs izahatı ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 17 may 2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsindən Sabunçu dairəsi istiqamətində gedən yolda “Nərmin” marketin yaxınlığında, örtüyünün və hərəkət hissəsinin eni 08 metr olan yolda baş vermişdir. Piyada yolun sağ kənardan 05 metr məsafədə vurulmuşdur. İş materiallarında olan 17 may 2021-ci il tarixli, 2/13722 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan ifadənin hadisə yerində yoxlanılması haqqında 18 may 2021ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən “Nərmin” marketin qarşısından keçən avtomobil yolunu göstərərək, 17 may 2021-ci il tarixdə, saat 14 radələrində idarə etdiyi “Mercedes Benz E270” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ künc hissəsi ilə yolu hərəkət istiqamətinin sağ tərəfindən sola doğru keçən piyada Zərərçəkmiş şəxs həmin yerdə ehtiyyatsızlıqdan vurduğunu bildirmişdir. İş materiallarında olan meyitin ekspertizasının 17 may 2021-ci il tarixli, 53 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində baş beyinə, qişalarına və mədəcikərinə qansızma, sol baldır sümüklərinin açıq sınıqları, ağciyərin kontuziyası, peritonarxası, hematomalar, iki tərəfli hemopnevmotoraks, dalağın zədələnməsi (əməliyyatdan sonrakı vəziyyət), başın və diafraqmanın cırılmış yaraları kimi xəsarətlər aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, alınma müddətləri 17 may 2021-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm 3 saylı Şəhər Klinik Xəstəxanasında 17 may 2021-ci il tarixdə, saat 16:10-da baş vermişdir, hansı ki meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 iyul 2021-ci il tarixli, 8/1346 nömrəli rəyindən görünür ki, “Mercedes Benz E270” markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi məqsədilə hadisə yerinə təcili tibbi yardım çağırmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-269/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-269/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver