Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-269/2022 28.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1990-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli hökmü ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarları nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 1772.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 sentyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Massivi, Döngə 14, 50D nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 23 noyabr 2021-ci il tarixdə, təxminən saat 08:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 3 döngədə Şahid keçmiş əri Zərərçəkmiş şəxs tərəfindən döyüldüyünü görüb, Zərərçəkmiş şəxs alın nahiyyəsinə, sağ gözünə və burnuna başı ilə və yumruqla qəsdən vuraraq Zərərçəkmiş şəxs sağ gözaltı nahiyyənin şişkinli qançırı, burunun şişkinliyi, üst dodağın şişkinliyi və selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, göstərdi ki, Zərərçəkmiş şəxs 2019-cu il tarixdən tanıyır. Nicat əvvəllər Şahid ilə evli olmuş, lakin sonradan onlar boşanmışlar. Nicatdan ayrıldıqdan sonra Şahid onunla münasibəti yaranmış və Şəfa ilə o, gələcəkdə evlənmək qərarına gəlmişlər. 23 noyabr 2021-ci il tarixdə, saat 08 radələrində qardaşı uşağını Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 318 saylı məktəbə aparmış, geri qayıdan zaman Zərərçəkmiş şəxs Şəfa ilə sözlə mübahisə etdiyini görmüşdür. Əvvəlcə onlara yaxınlaşmaq istəməsə də, lakin sonradan Nicatın, Şəfanın sağ qolundan tutub onu zorla aparmaq istədiyini görmüşdür. Şəfa isə qolunu Nicatın əlindən çıxartmaq istəyərkən sonuncu Şəfanı itələyərək yerə yıxmış və bir dəfə təpiklə Şəfanın sağ ayağından vurmuşdur. Nicat bununla da sakitləşməyərək Şəfanı yerlə sürüməyə başlamışdır. Buna görə də o, yaxınlaşıb Nicatı Şəfadan aralamış, sonra isə bir dəfə başı ilə Nicatın alınına, bir dəfə yumruqla gözünə və bir dəfə də yumruqla burnuna vurmuşdur. Zərbələrin təsirindən Nicat yerə yıxılmış o isə, Şəfanı götürüb evinə aparmışdır. Hadisənin baş verdiyi zamanı orada o, Şəfa və Nicat olmuş və hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, Zərərçəkmiş şəxs sinəsinə təpiklə vurmamış, ona heç vaxt hədə-qorxu gəlməmişdir. Həmin vaxt Şəfa ümumiyyətlə Nicatı vurmamışdır. Nə özü, nə də ki, Şəfa heç vaxt narkotik vasitə istifadə etməmişlər. Sonda Təqsirləndirilən şəxs məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, Şahid ilə 2010-cu il tarixdə ailə qurmuş və həmin nikahdan iki övladı anadan olmuşdur. Əvvəllər Şəfa ilə münasibəti yaxşı olsa da, 2021-ci ilin aprel ayının əvvəllərində Şahid ondan xəbərsiz bir il müddətində münasibətdə olduğu qonşusu Tapdıq- X5 ilə birlikdə, o işdə olduğu zaman Bərdə rayonuna getmişdir. Həmin vaxt Şəfa azyaşlı oğlunu da özü ilə aparmışdır. Onlar dörd gün birlikdə qaldıqdan sonra Vüqar, Şəfanı qayınatasının evinə aparmışdır. Şəfa, Vüqarın təkidi ilə boşanmaq üçün məhkəməyə iddia ərizəsi və hazırda həmin iddiaya məhkəmdə baxılır. 23 noyabr 2021-ci il tarixdə, saat 08:20-də qızı Zəhranı görmək üçün onun təhsil aldığı Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən 318 nömrəli tam orta məktəbə getmişdir. Qeyd etdiyi yerə çatmağına bir qədər məsafə qalmış, Şəfa və Vüqarla rastlaşmışdır. Bu zaman Şəfaya “bundan sənə ər olmaz, narkoman şeydir, gəl çıxaq gedək evimizə” demişdir. Bu sözündən sonra Vüqar bir dəfə başı ilə onun alın nayihəsinə, bir dəfə yumruqla sağ gözünə, bir dəfə yumruq ilə burnuna vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Yerdə uzanıqlı vəziyyətdə olarkən Vüqar bir dəfə də təpiklə sinəsinə vurmuşdur. Sonra isə sifətinə zərbə dəyməsin deyə əlini sifətinə tutmuşdur. Həmin vaxt Vüqarla Şəfanın birlikdə onu təpiklə vurduqlarını hiss etmişdir. Belə ki, Vüqar və Şəfa yumruq və təpiklə bədəninin müxtəlif yerlərindən vuraraq onu döymüşlər. Həmin vaxt yoldan keçən tanımadığı şəxslərdən heç kim yaxınlaşıb onları ayırmamışdır. Vüqar və Şəfa özləri onu yerdə qoyub qaçıb hadisə yerindən uzaqlaşmışlar. Zəng edib hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermişdir. Sonra isə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək izahat vermiş və bundan sonra məhkəmə tibbi ekspertizasından keçirilmişdir. Səhhəti ilə bağlı həkimlərə və dərmana ümumilikdə 400 manat pul xərcləmişdir. Gələcəkdə isə burnundan və gözündən də əməliyyat olunması üçün 3.000 manat pul lazımdır. Lakin, maddi imkanı olmadığından əməliyyat oluna bilmir. Hadisə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 318 saylı tam orta məktəbin yaxınlığında baş vermişdir. Hadisə zamanı orada Şəfa, Vüqar, o və tanımadığı şəxslər olmuşdur. Belə ki, hadisə baş verdiyi zaman övladlarını məktəbə aparan valideynlər ətrafda toplaşmış, onlar yaxın gəlməsələr də, qışqıraraq “niyə onu döyürsünüz, adam deyil təpik altına salmısınız” demişlər. Həmin vaxt həyəcanlı olduğu üçün ətrafda toplanmış şəxslərin simalarını xatırlamır və onların adlarını bilmir. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, Vüqarla onunla qonşuluqda yaşamış, 2021-ci ilin iyul ayında Vüqar zəng edib ona hədə-qorxu gəlmiş və məhkəmədə “uşağın ananın himayəsində saxlanılması” ilə bağlı Şahid tərəfindən verilmiş iddianı qəbul etməyini və uşaqlarının Şəfada saxlanılmasına etiraz etməməsini ondan tələb etmişdir. Belə ki, uşaqları anasında qaldığı təqdirdə onların saxlanılması üçün ödəyəcəyi aliment hesabına Vüqar narkotik vasitəyə olan təlabatını ödəməyə çalışmışdır. Hadisə zamanı o, Şəfaya və Vüqara hər hansı bir xəsarət yetirməmişdir. Şəfa narkomaniya xəstəliyindən əziyyət çəkir, dəfələrlə evdə narkotik vasitələrdən istifadə etmiş, lakin Vüqar ona hədə-qorxu gəldiyi üçün Şəfanın bu əməlləri barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Sonda zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs etdiyi əməlinə görə bağışlamadığını, ondan şikayətçi olduğunu bildirdi və təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2010cu il tarixdə ailə qurmuş və həmin nikahdan iki övladı var. Əvvəllər Nicatla münasibəti yaxşı olsa da, lakin Nicatın xəyanət etməsi səbəbindən aralarında söz-söhbətləri olmuş və 2018-ci ildən münasibətləri pisləşmişdir. Nicat tərəfindən dəfələrlə döyülməsinə baxmayaraq, ailəsinin dağılmaması üçün döyülməsi barədə hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Nicatdan boşanmaq istəsə də, həm Nicat, həm də ki, valideynləri boşanmağına razı olmadığından məcbur qalıb fikrindən daşınmışdır. Nicat dəfələrlə yanında zəng edib başqa qadınlarla danışmış və o, sonradan həmin qadınların telefon nömrələrini tapıb onlarla danışıb Nicatdan uzaq durmalarını tələb etmişdir. Çünki, Nicat ailəsi ilə maraqlanmamış, qazandığı pulları da gedib həmin qadınlara xərcləmişdir. Nicatın artıq düzəlməyəcəyini görüb ondan ayrılmaq qərarına gəlmişdir. 2021-ci ilin aprel ayında boşanmaq üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Nicatdan ayrıldıqdan sonra qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə münasibəti yaranmış, sonuncu onu başa düşdüyündən və aralarında yaranmış münasibətdən belə qərara gəlmişlər ki, boşandıqdan sonra evlənsinlər. 23 noyabr 2021-ci il tarixdə qızı Zəhranı oxuduğu 318 saylı məktəbə aparmış, həmin günü saat 08:20 radələrində məktəndən geri qayıdan zaman Nicat ona yaxınlaşaraq barşıb birlikdə yaşamaqlarını təklif etmişdir. Nicata “mən daha səninlə birlikdə yaşamaram” desə də, sonuncu onunla barışmasını israr etmişdir. Nicatla razılaşmayıb çıxıb getmək istəyərkən Nicat onun sağ qolundan tutub saxlayaraq zorla barışacağını demişdir. Onunla heç vaxt barışmayacağını bildirdikdə Nicat onu yerə yıxmış və bir dəfə təpiklə sağ ayağından vurmuş, həmçinin qolundan tutub onu yerdə sürümüşdür. Həmin vaxt qardaşını uşağını məktəbə aparıb qayıdan Təqsirləndirilən şəxs, Nicatın onu döydüyünü görüb Nicatın paltarından tutub ondan aralamışdır. Bundan sonra Vüqarla birlikdə oradan getdiyi zaman Nicat arxasınca gələrək ona “bundan sənə ər olmaz, narkoman şeydir, gəl çıxaq gedək evimizə” demişdir. Nicata ondan uzaq durmasını bildirib yaşadığı evə getmişdir. Yolda olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Habelə sonradan ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Şahid həmçinin bildirdi ki, həmin vaxt o, Nicatı vurmamış, həmçinin Təqsirləndirilən şəxs Nicatı vurduğunu görməmişdir. Hadisə zamanı orada o, Vüqar və Nicat olmuş və hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. İş materiallarında olan baxış keçirilməsi barədə 23 noyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 3 ünvanının qarşısında baş vermişdir. Baxış zamanı Zərərçəkmiş şəxs hadisə yerini göstərərək, Təqsirləndirilən şəxs həmin yerdə ona xəsarət yetirdiyini bildirmişdir. Hadisə yeri yolun kənarıdır və ətrafda fərdi yaşayış evləri var. İş materiallarında olan canlı şəxsin ekspertizasının 23 noyabr 2021-ci il tarixli, 1266 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ gözaltı nahiyənin şişkinli qançırı, burunun şişkinliyi, üst dodağın şişkinliyi və selikli qişasının əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 23 noyabr 2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan 24 may 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs, Şahid, sonuncu isə Zərərçəkmiş şəxs üzünə yalan danışdıqlarını demişlər. İş materiallarında olan 24 may 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs yalan danışdığını Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu isə Zərərçəkmiş şəxs göstərdiklərini qismən təsdiq etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlaməti olmadığından bu xüsusat üzrə cinayət təqibi üzrə icraata xitam verilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 may 2022-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli hökmü ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarları nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 1772.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 sentyabr 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli hökmü üzrə məhkumluğu 09 sentyabr 2021-ci ildə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-269/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-269/2022
28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver