Məhkəmə qərarları › İş №1(010)-269/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-269/2023

03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-269/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 12 – 13 yanvar 2023-cü il tarixləri üzrə tutulmuş, 13 yanvar 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 18 iyul 2018-ci il tarixdən başlayaraq 12 fevral 2016-cı il tarixdə anadan olmuş X2 və 17 noyabr 2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 154,00 manat, ümumilikdə cəmi 308,00 manat məbləğində alimentin tutularaq Qəniyeva (Məmmədova) Cəmilə Firqət qızına ödənilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(010)-5080/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 3(010)-740/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək inzibati qaydada 20 (iyirmi) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 03 yanvar 2022-ci il, 10 fevral 2022-ci il, 03 mart 2022-ci il və 01 aprel 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 25 aprel 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərərçəkmiş şəxs Qəniyeva (Məmmədova) Cəmilə Firqət qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 12.910,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 17 may 2015-ci ildə Məmmədova (Qəniyeva) Cəmilə Firqət qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 2 saylı ASAN Xidməti tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 12 fevral 2016-cı il təvəllüdlü Məhəmməd adlı bir oğlan və 17 noyabr 2017ci il təvəllüdlü Xədicə adlı bir qız övladları dünyaya gəlmişdir. Məmmədova (Qəniyeva) Cəmilə Firqət qızı ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində, sonuncu 2018-ci ilin mart ayında iki azyaşlı uşaqlarını götürərək valideynlərinin yaşadığı ünvana gedərək, valideynlərinin himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra Məmmədova (Qəniyeva) Cəmilə Firqət qızı 2018-ci ilin axırlarında ondan boşanmağa görə və uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 18 iyul 2018-ci il tarixdən başlayaraq 12 fevral 2016-cı il tarixdə anadan olmuş oğlu Məhəmməd Məmmədzadənin və 17 noyabr 2017-ci il tarixdə anadan olmuş qızı Xədicə Məmmədzadənin yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 154,00 manat, ümumillikdə cəmi 308,00 manat məbləğində pulun ondan alınaraq Məmmədova (Qəniyeva) Cəmilə Firqət qızına ödənilməsinə dair 21 dekabr 2018-ci il tarixli, 2(010)- 5080/2018 nömrəli saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği tam olaraq Məmmədova (Qəniyeva) Cəmilə Firqət qızına ödəmədiyi üçün barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Suraxanı Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 3(010)-740/2021 nömrəli qərarına əsasən, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 20 (iyirmi) gün müddətinə həbs edilmişdir. Bundan əlavə icra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Məhkəmə qətnaməsindən sonra, o, Məmmədova (Qəniyeva) Cəmilə Firqət qızına alimentə görə 950,00 manat məbləğində ödəniş etmişdir. 25 aprel 2022-ci il tarixədək 12.910,00 manat qalıq borcu qaldığını və aliment borcunu tam olaraq ödəməməsinə səbəb keçmiş həyat yoldaşı Məmmədova (Qəniyeva) Cəmilə Firqət qızının iki az yaşlı uşaqları, 12 fevral 2016-cı il təvəllüdlü X5 və 17 noyabr 2017-ci il təvəllüdlü X7 ilə ona görüşə icazə vermədiyi üçün qərəzli olaraq ödəniş etmədiyini bildirmişdir. Törətdiyi əməl cinayət olmasını başa düşür və özünü təqsirli hesab edir. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 17 may 2015-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 2 saylı ASAN Xidmətində rəsmiləşdirilmişdir. Birgə nikahlarından 12 fevral 2016-cı il tarixdə Məhəmməd adlı bir oğlan və 17 noyabr 2017-ci il tarixdə Xədicə adlı bir qız övladları dünyaya gəlmişdir. 2018-ci ilin mart aylarında aralarında ailə münasibətlərinin pozulması nəticəsində iki azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi ünvandan çıxaraq valideynlərinin yaşadığı ünvana gələrək, valideynlərinin himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra uşaqların böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə Təqsirləndirilən şəxs boşanmağa görə və uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün 2018-ci ilin axırlarında Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 18 iyul 2018-ci il tarixdən başlayaraq 12 fevral 2016-cı il tarixdə anadan olmuş X2 və 17 noyabr 2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 154,00 manat, ümumillikdə cəmi 308,00 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 21 dekabr 2018-ci il tarixli, 2(010)-5080/2018 nömrəli qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği tam olaraq ödəmədiyi üçün Təqsirləndirilən şəxs barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Suraxanı Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 3(010)-740/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 20 (iyirmi) gün müddətinə həbs edilmişdir. Bütün bunlara baxmayaraq keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği ona qəsdən qərəzli olaraq ödəməkdən yayınmağa başlamışdır. Məhkəmə qətnaməsindən sonra Təqsirləndirilən şəxs 950,00 manat məbləğində ödəniş etmiş, lakin 25 aprel 2022-ci il tarixədək 12.910,00 manat borcu qalmışdır. Əlavə olaraq qeyd edir ki, əgər Təqsirləndirilən şəxs 12 fevral 2016-cı il təvəllüdlü X2 və 17 noyabr 2017-ci il təvəllüdlü X1 üçün yığılan 12.910 manat aliment borcunu tam ödəsə, o, uşaqlarla bağlı görüşə icazə verəcəkdir. Odur ki, qətnamə üzrə yaranmış aliment borcunu keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini ona qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı Şəhəri Suraxanı Rayon İcra İdarəsinin icra məmuru vəzifəsində işləyir. Suraxanı Rayon İcra Şöbəsinə daxil olmuş Suraxanı Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(010)- 5080/2018 nömrəli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs iki uşağa görə hər ay cəmi 308,00 manat sabit pul məbləğində alimentin tutularaq iş üzrə tələbkar X6 ödənilməlidir. İcra sənədi üzrə 11 yanvar 2019-cu il tarixdə müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. İcra sənədi üzrə tələb tam şəkildə könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq sorğular verilmiş, lakin borclunun adında tələbin yönələ biləcəyi əmlak aşkar edilməmişdir. Borclunun icra sənədində göstərilən faktiki yaşayış ünvanında yaşamadığı səbəbindən 07 mart 2019-cu il tarixdə barəsində axtarış qərarı qəbul edilmiş və icra olunması üçün Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. Suraxanı Rayon Polis İdarəsindən şöbəyə daxil olmuş 27 mart 2019-cu il tarixli, N-096-7125-1215 saylı məktuba əsasən məlum olmuşdur ki, borclu Təqsirləndirilən şəxs barəsində 19 mart 2019-cu il tarixdə axtarış işi açılmışdır. Keçirilən icra hərəkətləri nəticəsində borclu Təqsirləndirilən şəxs 23 sentyabr 2019-cu il tarixdə şöbəyə gətirilmiş və eyni zamanda tələbkar C.Məmmədova şöbəyə dəvət edilərək onun və borclunun iştirakı ilə yaranmış aliment borcu hesablanmışdır. Borclu Təqsirləndirilən şəxs ümumillikdə tələbkarın hesabına 850,00 manat ödəniş olunması və 23 sentyabr 2019-cu il tarixədək aliment borcunun 3.462,00 manat olması müəyyən edilmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq 23 sentyabr 2019-cu il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə təqdim edilmişdir. 23 sentyabr 2019-cu il tarixdə tələbkarın və borclunun iştirakı ilə keçirilən məhkəmə prosessi zamanı borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə ödəniş etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs olunmuşdur. Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 21 dekabr 2018-ci il tarixli, 2(010)- 5080/2018 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs oğlunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması üçün 20 sentyabr 2019-cu il tarixdə təqdimatla Suraxanı Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 04 oktyabr 2019-cu il tarixli, 8(010)-788/2019 nömrəli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Qeyd olunan qərardad icra olunması üçün 21 oktyabr 2019-ci il tarixdə şöbəyə daxil olmuş və həmin tarixdə icra olunması üçün Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. Borclu ilə əlaqə yaradıla bilinmədiyi və borclunun icra sənədində göstərilən faktiki yaşayış ünvanında yaşamadığı səbəbindən təkrar olaraq 04 mart 2020-ci il tarixdə barəsində axtarış qərarı qəbul edilmiş və icra olunması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs 24 may 2021-ci il tarixdə şöbəyə gətirilmiş və həmin gün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq Suraxanı Rayon Məhkəməsinə təqdim edilmişdir. 24 may 2021-ci il tarixdə keçirilən məhkəmə prosesi zamanı borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs olunmuşdur. Borclu Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə şöbəyə dəvət edilmiş və ona aliment borcunu ödəmədiyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs işlə təmin olunması üçün Bakı Şəhəri Suraxanı Rayon Məşğulluq Mərkəzinə göndəriş təqdim edilsə də, o, xəbərdarlığı və göndərişi qəbul etməkdən imtina etmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş, lakin tələbin yönələ biləcəyi hər hansı əmlak aşkar edilməmiş və bu barədə akt tərtib olunmuşdur. Eyni zamanda Əmircan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədə borclu Təqsirləndirilən şəxs barəsində heç bir şikayətin daxil olmadığı qeyd edilmişdir. İcraat dövründə borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Cəmilə Məmmədovaya cəmi 950,00 manat ödəniş olunmuş və 25 aprel 2022-ci il tarixədək 12.910,00 manat aliment borcu yaranmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində bir neçə dəfə inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 25 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ittiham elan olunması üçün təqsirləndirilən şəxsin axtarışa verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı Metropolitenin Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 31-ci polis bölməsinə gətirilmişdir. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi tərəfindən verilmiş 13 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-5080/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X8 arasında bağlanmış və 2 saylı Bakı “Asan Xidmət” X9 1383 sayla qeydə alınmış 17 may 2015-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra 12 fevral 2016-cı ildə anadan olmuş X5 və 17 noyabr 2017-ci ildə anadan olmuş X7 iddiaçı X4 yanında qalmaları, cavabdeh Təqsirləndirilən şəxs 12 fevral 2016-cı ildə anadan olmuş X2 və 17 noyabr 2017-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 18 iyul 2018-ci il tarixdən başlayaraq iddiaçı X4 xeyrinə hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tututlması qət edilmişdir. İş materiallarında olan 21 yanvar 2019-cu il tarixli qərarın surətindən görünür ki, aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından icra məmuru tərəfindən axtarış haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 3(010)-970/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 8(010)-788/2019 saylı, 04 oktyabr 2019-cu il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan 04 mart 2020-ci il tarixli qərarın surətindən görünür ki, aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından icra məmuru tərəfindən axtarış haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 3(010)-740/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan icra məmurları və hal-şahidləri tərəfindən 14 yanvar 2022-ci ildə tərtib edilmiş aktdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixində şöbəyə dəvət edilmiş, ona məhkəmə qərarını icra etməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq və işlə təmin olunmaq barədə müvafiq məşğulluq mərkəzinə təqdim etmək üçün göndəriş məktubu verilsədə o, xəbərdarlığı və göndərişi qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan icra məmurları və hal-şahidləri tərəfindən 25 fevral 2022-ci ildə tərtib edilmiş aktdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixində şöbəyə dəvət edilmiş, ona məhkəmə qərarını icra etməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq və işlə təmin olunmaq barədə müvafiq məşğulluq mərkəzinə təqdim etmək üçün göndəriş məktubu verilsədə o, xəbərdarlığı və göndərişi qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan icra məmurları və hal-şahidləri tərəfindən 11 mart 2022-ci ildə tərtib edilmiş aktdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixində şöbəyə dəvət edilmiş, ona məhkəmə qərarını icra etməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq və işlə təmin olunmaq barədə müvafiq məşğulluq mərkəzinə təqdim etmək üçün göndəriş məktubu verilsədə o, xəbərdarlığı və göndərişi qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan icra məmurları və hal-şahidi tərəfindən tərtib edilmiş 01 aprel 2022-ci il tarixli aktdan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-5080/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün Əmircan qəsəbəsi, M.Seyidzadə küçəsi, döngə 2, ev 21D ünvanında olmuşlar, lakin Təqsirləndirilən şəxs məxsus tələbin yönələ biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğuluq Agentliyinin 1 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin” “Məşğulluq” altsistemində işaxtaran şəxs kimi qeydiyyatdan keçməmiş və heç bir müavinət ödənişi almamışdır. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Suraxanı Rayon Məhkəməsinin qərarlarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Suraxanı Rayon Məhkəməsinin 2(010)-5080/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvana qeydiyyata alındığı tarixdən (29 yanvar 2019-cu il) onun haqqında Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 12 – 13 yanvar 2023-cü il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 03 aprel 2023-cü ildən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 – 13 yanvar 2023-cü il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 03 aprel 2023-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məblərin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar