Məhkəmə qərarları › İş №1(010)-269/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-269/2025

04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-269/2025 04.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X5 İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşayan, barəsində 08 dekabr 2024-cü il tarixli qərarla "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmuyan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,633 qram olan psixotrop maddə metemfetamin əldə edib daşıyaraq saxlamış. Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin əməkdaşlarına daxil olan 102 məlumatı əsasında 06 dekabr 2024-cü il tarixdə saat 19:00 radələrində həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş tədbirləri nəticəsində ünvan 3 ünvanında saxlanılaraq 30-cu PŞ-nə gətirilib həmin tarixdə saat 14:00 dəqiqədən 14:10 dəqiqəyədək olan vaxt ərzində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq daşıyaraq saxladığı 01 (bir) ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı ilə küsdüyü, ayrıldığı üçün evdən çıxaraq Sadiq adlı dostu ilə birlikdə onun Hövsan Mida yaşayış kompleksində yerləşən evində qalırdı, övladı isə anasının yanında qalırmış. Hadisədən əvvəlki gecə Sadiq evdə mübahisə etmiş, bacısına əl qaldırmış, həmin gecə də anası 102 xidmətinə zəng edərək onlardan şikayət etmişdir. Növbəti gün, səhər saat 09:30 radələrində polis əməkdaşları evə girərək onları yatdıqları yerdən silkələyərək oyatmışlar, həmin vaxt isə Sadiq ilə o, əvvəlki gecədən narkotik vasitə qəbul etdikləri üçün təsiri altında olmuşlar, lakin üzərilərində narkotik vasitə olmamışdır. O, 15-16 yaşından evdən çıxmışdır, həmin vaxtlar salonda işləyirdi, iş yoldaşından patı, kokos növündə narkotik vasitə alırdı, hazırda isə Sadiqlə birlikdə narkotik vasitə istifadə edirdi, son 24-25 gün iynədən istifadə etməyə baəlamışdır. Polis əməkdaşları ona yaxınlaşanda o, heç bir müqavimət göstərməmişdir, polislər də ona heç bir fiziki güc tətbiq edilməmişdir, lakin Sadiq adlı şəxsi döymüşlər, Sadiq də ona hər şeyi boynuna almasını bildirdiyi üçün istintaq dövründə narkotik vasitənin ona aid olduğunu bildirmişdir, halbuki, o, yalnız əvvəlki gün istifadə etmiş, üzərində heç bir narkotik vasitə olmamışdır. O, yalnız narkotik vasitə istifadəçisidir, hazırda reabilitasiya mərkəzində müalicə alır, əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin əməliyyat müvəkkilidir. 102 xidmətindən şəxs barəsində münaqişə və narkotik vasitə istifadəçisi kimi məlumat daxil olmuş və növbətçi hissə tərəfindən hadisəyə baxmaları üçün göndərilmişlər. Onlar məlumat daxil olmuş evə girərək hər iki şəxsi yuxudan qaldıraraq polis bölməsinə aparmışlar. Həmin vaxt şəxslər narkotik vasitənin təsiri altında olublar. Orada şəxslərin üzərinə təhqiqatçının otağında baxış keçirilmiş, təqsirləndirilən şəxsin üzərindən telefonu və narkotik vasitə çıxmışdır, buna dair videogörüntülər də mövcuddur. Onlara qarşı heç bir fiziki güc tətbiq edilməmiş, onlar tərəfindən də müqavimət göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü ildə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onda narkotik vasitənin olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işi materiallarında olan Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Fərid İbrahimov tərəfindən tərtib olunmuş 06 dekabr 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə psixotrop maddə patını və əynində olan qara rəngli şalvarının sol yan cibindən öz istifadəsində olan “Samsung A10” markalı mobil telefonu çıxarıb təqdim edir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir Cinayət işində olan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən üzərinə baxış və götürmə aparılması videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd, DVDyə köçürülmüş bir ədəd səsli videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru Şahid1, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2, Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşı Şahid3 və Müdafiəçi iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə psixotrop maddə patı və əynində olan qara rəngli şalvarının sol yan cibindən öz istifadəsində olan “Samsung A10” markalı mobil telefon aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümün içərisindəki narkotik vasitədir və həmin narkotik vasitəni 1 gün əvvəl Suraxanı rayonu, Zığ qəsəbəsində tanımadığı şəxsdən 30 manata alaraq şəxsi istifadəsi üçün üzərində daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan 194 saylı möhürü ilə möhürlənərək götürülür. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6/5411 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi – 0,633 qram təşkil edən ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (İ siyahı) daxildir. Metamfetaminin təmiz çəkisi 0,633 qram, tədqiqata sərf edilmişdir - 0,05 qram, qalıq - 0,583 qram. (ekspertiza tədqiqatın dəyəri 80 manatdır.) Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7716 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və opioidlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəsinin istifadə etməsi əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması ilə əlaqədar cəzanın seçilməsini məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəyinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 80 (səksən) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,583 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış və götürmə aparılmasının videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 80 (səksən) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) günün hər günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla, həmin müddət, yəni 4 (dörd) gün təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 80 (səksən) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,583 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar