Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-27/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə, saat 12:05-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1984-cü il tarixdə Ağdam rayonu, Abdal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində ikisi azyaşlı, ikisi isə yetkinlik yaşına çatmayan olmaqla dörd uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Abdal kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 19 nömrəli evin 128 nömrəli mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxx 2020ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 17 nömrəli evin 65 nömrəli mənzilində heç kimin olmamasından istifadə edərək, evin pəncərəsini üzərində olan dəmir parçası ilə vurub sındıraraq, yaşayış sahəsinə qanunsuz daxil olub oradan sonuncuya məxsus bir ədəd sarı rəngli metaldan, tünd qəhvəyi rəngli dəriyə bənzər kəməri olan, içərisində “GUCCİ” yazısı olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 39.51 qram olan 08 manat dəyərində qol saatını, bir ədəd sarı rəngli metaldan ortasında bir ədəd göy rəngli, kənarlarında ağ şəffaf qaşları olan, üzərində 583 əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 9.40 qram, qaşları qiymətli qaşlara aid olmayan 611 manat dəyərində üzüyü, bir ədəd sarı rəngli metaldan, üzərində qara rəngli hissələri olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 16.91 qram 10 manat dəyərində sırğa cütü və üzük dəstini, bir ədəd sarı rəngli metaldan, üzəri yaşıl rəngli, üzərində 02 ədəd qaş olan, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 7.62 qram, qaşları qiymətli qaşlara aid olmayan 04 manat dəyərində kəpənək formalı yaxa sancağını, bir ədəd sarı rəngli metaldan, metalı əlvan metal ərintisindən hazırlanmış, ümumi çəkisi 27.64 qram, 10 manat dəyərində medal, bir ədəd 500 manat dəyərində “Toshiba” markalı noutbuku, ümumi dəyəri 857 manat təşkil edən üç ədəd qızıl üzüyü və bir ədəd qızıl klonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2.000 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq adı istintaqa “Emin” kimi məlum olan şəxsdən, cinayət yolu ilə ələ keçirdiyi üç ədəd qızıl qadın üzüyü, bir ədəd qızıl klon və bir ədəd “Toshiba” markalı noutbuk müqabilində xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində olan 8-ci km bazarının yaxınlığında şəxsi istellak miqdarından artıq miqdarda, 2.107 qram çəkidə narkotik vasitə heroini alaraq əldə edib, əynindəki şalvarının sağ yan cibində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xx xxxxx 2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 19 nömrəli evin 128 nömrəli mənzilində saxlanılıb Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gətirilərək, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilən zaman ağ salfel kağızında şəffaf selefonda bir ədəd bükümdə olan təmiz çəkisi 2.107 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibində aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 5-6 aydır narkotik vasitə istehlak edir, narkotik vasitəni adətən tanımadığı şəxslərdən alır. Son zamanlar maddi cəhətdən dolanışığında çətinliklər yarandığı və pula ehtiyacı olduğu üçün oğurluq etməyi qərarlaşdırmışdır. xx xxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 17 nömrəli binanın qarşısından keçərkən həmin binanın birinci mərtəbəsində yaşayan, üzdən tanıdığı Aydın adlı şəxsin mənzilindən oğurluq etmək qərarına gəlmişdir. Aydının yaşadığı mənzilin pəncərəsindən bir neçə dəqiqə içəri baxmış, hərəkət olmadığını görüb mənildə heç kimin olmadığını başa düşmüşdür. Bundan sonra saat 22 radələrində qeyd etdiyi binanın arxasına getmiş, orada Aydının mənzilinin pəncərəsinin üzərində olan dəmir barmaqlığı özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb pəncərəni açaraq, oradan içəri daxil olmuşdur. İşıqları yandırmadan mənzili axtarmağa başlamış, oradan dörd ədəd qızıl üzük, müxtəlif növ bujiteriya, bir ədəd medal və bir ədəd qızıl klon tapıb onları cibinə qoymuşdur. Habelə mənzildən tapdığı bir ədəd noutbuku da götürüb oranı tərk etmilşdir. Oğurladığı əşyaların hamısını həmin günü Bakı şəhəri, Nizami rayonu ərazisində olan 8-ci km bazarına aparmışdır. Orada olarkən əvvəllər tanımadığı, üzdən narkomana oxşar bir nəfər şəxsə yaxınlaşıb ondan narkotik vasitə istəmişdir. Bir qədər söhbət etdikdən sonra özünü ona “Emin” kimi təqdim etmiş həmin şəxsə cinayət yolu ilə əldə etdiyi üç ədəd qızıl üzüyü, bir ədəd qızıl klonu və bir ədəd noutbuku vermiş, bunun əvəzində isə sonuncu bir ədəd salfet kağzına bükülmüş bükülünü əynində olan qara rəngli gödəkçənin iç yan cibindən çıxardıb ona vermiş və bildirmişdir ki, həmin salfetin içərisində olan bir ədəd bükümdəki maddə “kakos” adlandırılan narkotik vasitə heroindir. Oğurladığı bir ədəd qızıl üzüyü və bjuteriyaları isə özündə saxlamışdır. Həmin narkotik vasitəni “Emin” adlı şəxsdən götürüb əynində olan şalvarın sağ yan cibinə qoymuş və oradan taksi avtomobili ilə yaşadığı evə gəlmişdir. Yaşadığı binaya daxil olmamış, özündə saxladığı qızıl üzüyü və bujiteriyaları, binanın birinci mərtəbəsində olan, avtomobil ehtiyyat hisəlləri saxladığı saxlanc yeri kimi istifadə etdiyi yerdə gizlədib yaşadığı evə getmişdir. Evdə cinayət hadisəsi törətdiyi, üzərində narkotik vasitə olması barədə heç kimə məlumat verməmişdir. xx xxxxx 2020-ci il tarixdə yaşadığı evdə olan zaman qapı döyülmüş, qapını açdıqda bir neçə nəfər polis əməkdaşlarının olduğunu görmüş, sonuncular onu polis bölməsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə getmiş, orada xidməti otaqların birində, müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, oğurluqda şübhəli bilindiyinə görə üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar polis əməkdaşları ona üzərində olan qanunsuz əşyaları təqdim etməyi təklif etmişlər. Buna görə də o, şalvarının sağ yan cibində saxladığı “kakos” kimi bildiyi narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitəni şəxsi istifadəsi məqsədilə xx xxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarında olarkən, üzdən tanıdığı “Emin” adlı şəxsdən, cinayət yolu ilə əldə etdiyi qızıl zinyət əşyalarının və bir ədəd notbukun müqabilində almışdır. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, polis bölməsində ilkin ifadəsi alınarkən həyəcanlı olduğuna görə “Emin” adlı şəxsdən narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu ərazisində aldığını bildirmişdir. Əslində isə “Emin” adlı şəxsdən narkotik vasitəni Bakı şəhəri, Nizami rayonu 8-ci km bazarında almışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Şahid1 onun həyat yoldaşıdır və onlar birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs onun qonşudur, sonuncu və onun ailə üzvüləri ilə heç bir ədavəti, narazılığı və düşmənçiliyi olmamışdır. xx xxxxx 2020-ci il tarixdə, axşam saat 20 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 17 nömrəli evin 65 nömrəli mənzilindən bir neçə günlük bağa getmişdir. İki gündən sonra, yəni xx xxxxx 2020-ci il tarixdə nəzarət etmək üçün mənzilinə gəlmiş, mənzilə daxil olduqda evdə olan əşyaların axtarıldığını görmüşdür. Sonradan mənzilin pəncərəsinin sındırıldığını gördükdə evdən oğurluq edildiyi ona məlum olmuşdur. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gedərək ərizə ilə müraciət etmiş, daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə qayıtmış, sonuncular tərəfindən mənzilinə baxış keçiirlmişdir. İlkin olaraq mənzilində olan əşyalarını yoxladıqda 100 manat dəyərində bir ədəd qızıl üzüyün yerində olmadığını aşkar etmişdir. Polis əməkdaşları getdikdən sonra o, bağa qayıdıb həyat yoldaşı Nodiraya hadisə barədə danışmışdır. xx xxxxx 2020-ci il tarixdə həyat yoldaşı ilə birlikdə yaşadığı mənzilə qayıdıb əşyalarını bir daha yoxladıqda məlum olmuşdur ki, mənzildən ümumilikdə dörd ədəd qızıl qadın üzükləri, bir ədəd qızıl klon, bir ədəd sadə qol saatı, bir cüt bjuteriya sırğa, bir ədəd bijuteriya üzük, bir ədəd kəpənək formasında bijuteriya, bir ədəd medal və bir ədəd ‘Toshiba" markalı noutbuku oğurlanmışdır. Bundan sonra arvadı ilə birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə getmiş, orada sonuncu ərizə ilə müraciət etmiş və onun izahatı alınmışdır. Zərərçəkmiş şəxs həmçinin göstərmişdir ki, mənzilindən oğurlanmış dörd ədəd qızıl qadın üzükləri, bir ədəd qızıl klon, bir ədəd sadə qol saatı, bir cüt bijuteriya sırğa, bir ədəd bijuteriya üzük, bir ədəd kəpənək formasında bijuteriya, bir ədəd medal və bir ədəd “Toshiba” markalı noutbuk onun özünə məxsus olmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 2.000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/746-9/1275 saylı rəyi ilə tam razıdır. Sonda Zərərçəkmiş şəxs cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1, Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, bir neçə gündür oğlu Yunisin narkotik vasitə qəbul etməsində şübhələnmiş, lakin onun narkotik vasitəni haradan aldığını və istifadə etməsini görməmişdir. Yunisin narkotik vasitədən istifadə etməsindən şübhələnsə də, onda narkotik vasitə olduğunu da görməmişdir. Oğlu Yunis evlidir 04 uşaq atasıdır, sonuncu ailəsi ilə birlikdə onunla bir ünvanda yaşayır. Yaşadığı binanın giriş hissəsində olan kiçik yeri saxlanc yeri kimi istifadə edir və orada özlərinə məxsus əşyalar saxlayırlar. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır, sonuncunu qonşu kimi tanıyır. xx xxxxx 2020-ci il tarixdə qonşuları Aydının evindən oğurluq edildiyini eşitmiş, lakin oradan hansı əşyaların oğurlandığını və cinayət hadisəsini kimin törətdini bilməmişdir. xx xxxxx 2020-ci il tarixdə yaşadığı evdə olan zaman evin qapısı döyülmüş, qapını açıdqıda bir neçə nəfər polis əməkdaşı görmüş, sonuncular oğlu Yunisi axtardıqlarını bildirmişlər. Polis əməkdaşları gəlməmişdən bir neçə dəqiqə əvvəl oğlu evdən çıxarkən yaşadıqları binanın həyətində olacağını demişdir. Həmin günü axşam saatlarında ev telefonlarına zəng gəlmiş və oğlu Yunisin şübhəli şəxs qismində saxlanıldığı bildirilmişdir. Səhəri günü, yəni xx xxxxx 2020-ci il tarixdə yaşadığı evdə olan zaman yenidən yaşadığı mənzilin qarşısına Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları gəlib evə baxış keçirəcəklərini bildirmişlər. Evinə baxış keçirilməsinə etiraz etməməsinə dair yazılı razılıq vermiş və həmin vaxt ona məlum olmuşdur ki, qonşuları Aydının evindən oğurluğu oğlu Yunis etmiş, həmçinin sonuncunun üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları evə və mənzilin binasının giriş hissəsində olan onlara məxsus saxlanc yeri kimi istifadə etdiyi yerə baxış keçirmişlər. Baxış zamanı saxlanc yerindən tapılmış qızıl-zinyət əşyaları polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokol onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Oğlunun qonşusu Zərərçəkmiş şəxs evindən oğurluq etməsindən yalnız xx xxxxx 2020-ci il tarixdə məlumatı olmuşdur. Yunisin, cinayət yolu ilə ələ keçirdiyi qızılzinyət əşyalarını yaşadıqları binanın giriş hissəsində olan saxlanc yerində gizlətməsindən məlumatı olmamışdır. Belə ki, Yunis bu barədə ona heç nə deməmiş, həmçinin özü Yunisin qızılları gizlətməsini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili X2 bildirdi ki, xx xxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 17 nömrəli binanın 65 nömrəli mənzilində oğurluq olması barədə polis bölməsinə məlumat daxil olmuşdur. Həmin cinayət hadisəsinin kim tərəfindən törədilməsi istiqamətində araşdırmalara başlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət hadisəsini törətməkdə, narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis bölməsinə daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Yunis adlı şəxsin ifşa edilməsi məqsədi ilə ondan və iş yoldaşı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Yunis adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmış, həmin gün iş yoldaşı Elçinlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 19 nömrəli evin qarşısına gəlmiş, orada Yunis adlı şəxsi görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə aparmışlar. Polis bölməsində xidməti otaqların birində Yunisə hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş elməklə üzərinə axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış keçirilməmişdən öncə Təqsirləndirilən şəxs üzərindəki qadağan olunmuş əşyaları könüllü təqdim etmək təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ cibindən bir ədəd selefon bükümü onlara təqdim etmiş və bildirmişdir ki, həmin bükümün içərisində “kakos” kimi bildiyi narkotik vasitədir və həmin narkotik vasitəni həmin narkotik vasitəni şəxsi istifadəsi məqsədilə xx xxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarında olarkən, üzdən tanıdığı “Emin” adlı şəxsdən, cinayət yolu ilə əldə etdiyi qızıl zinyət əşyalarının və bir ədəd notbukun müqabilində almışdır. Bundan sonra Y.Ə.Mirzalıyevin üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Y.Ə.Mirzalıyevin təqdim etdiyi narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Y.Ə.Mirzalıyev, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman Y.Ə.Mirzalıyevə qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Habelə Y.Ə.Mirzalıyev cinayət yolu ilə ələ keçirdiyi əmlakı yaşadığı mənzilin yerləşdiyi binanın giriş hissəsində gizlətdiyini bildirdiyinə görə xx xxxxx 2020-ci il tarixdə Yunisin yaşadığı binaya gedib sonuncunun atası Şahid2 evə baxış keçircəklərini bildirmişlər. Şahid2 yaşadığı məznilə baxış keçirilməsinə etiraz etməməsində dair yazılı razılıq verdikdən sonra sözügedən mənzildə və binanın birinci mərtəbəsinin giriş hissəsində olan saxlanc yerində axtarış aparılmışdır. Həmin vaxt saxlanc yerindən bir ədəd qol saatı, bir ədəd qızıl üzük, bir ədəd sırğa eiitü və üzük dəsti, bir ədəd kəpənək formalı yaxa sancağı və bir ədəd sarı rəngli medal aşkar olunaraq götürülmüşdür. Şahid Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki o, şahid X1 oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 17 nömrəli binanın 65 nömrəli mənzilində baş vermişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxx 2020ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynində olan qara rəngli idman şalvarının sağ cibində saxladığı bir ədəd ağ salfet kağızında, sellofana bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, bükümdə olan maddə narkotik vasitə heroindir, onu şəxsi istehlakı məqsədilə “Emin” adlı şəxsdən aldığını bildirmişdir. Həmin bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüşdür. Baxışın nəticələrinə dair tərtib edilmiş protokol baxışda iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan axtarış aparılması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 17 nömrəli binanın 65 saylı mənzilində və həmin binanın birinci mərtəbəsində olan Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin istifadəsində olan saxlanc yeri kimi istifadə edilən yerə saat 12 radələrindən saat 12:20 radələrinədək olan müddət ərzində axtarış aparılmışdır. Axtarış zamanı qeyd edilən mənzildən cinayət yolu ilə əldə edilmiş və ya dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Lakin saxlanc yeri kimi istifadə edilən yerdən cinayət yolu ilə əldə edilmiş bir ədəd qol saatı, bir ədəd qızıl üzük, bir ədəd sırğa cütü və üzük dəsti, bir ədəd kəpənək formalı yaxa sancağı və bir ədəd sarı rəngli medal aşkar edilərək götürülmüşdür. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 6/419 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ‘‘Təqsirləndirilən şəxs ..” yazısı olan zərfdə, 01 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 2.107 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr"-in İ siyahısına daxildir. Həmin maddənin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 2.057 qram təşkil etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması xx xxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 17 nömrəli binanın 65 saylı mənzilini göstərərək, xx xxxxx 2020-ci il tarixdə, saat 22 radələrində həmin mənzildən dörd ədəd qızıl qadın üzüklərini, bir ədəd qızıl klonu, bir ədəd qol saatını, bir ədəd sırğa cütü və üzük dəstini, bir ədəd kəpənək formalı yaxa sancağını, bir ədəd sarı rəngli medalı və bir ədəd “Toshiba" markalı noutbuku oğurladığını bildirmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxx 2020-ci il tarixli, 1187 nömrəli görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrin sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/746-9/1275 saylı rəyindən görünür ki, 01 ədəd sarı rəngli metaldan, tünd qəhvəyi rəngli dəriyə bənzər kəməri olan, içərisində “GUCCİ” yazısı olan metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 39.51 qram olan qol saatının qiyməti 08 manat, 01 ədəd sarı rəngli metaldan, ortasında 01 ədəd göy rəngli, kənarlarında ağ şəffaf qaşları olan üzərində “583" əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 9.40 qram olan, qaşları qiymətli qaşlara aid olmayan üzüyün qiyməti 611 manat, 01 ədəd sarı rəngli metaldan, üzərində qara rəngli hissələri olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 16.91 qram olan sırğa cütü və üzük dəstinin qiyməti 10 manat, 01 ədəd sarı rəngli metaldan, üzəri yaşıl rəngli, üzərində 02 ədəd qaş olan, kəpənək formalı, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 7.62 qram olan, qaşları qiymətli qaşlara aid olmayan yaxa sancağının qiyməti 04 manat və 01 ədəd sarı rəngli metaldan, metalı əlvan metal ərintisindən hazırlanmış, ümumi çəkisi 27,64 qram olan medalın qiyməti 10 manat olmaqla, həmin məmulatların 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ümumilikdə 643 manat müəyyən edilir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı bir ədəd qol saatı, bir ədəd qızıl üzük, bir ədəd sırğa cütü və üzük dəsti, bir ədəd kəpənək formalı yaxa sancağı və bir ədəd sarı rəngli medal Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, sonuncu həmin məmulatları naxışlarına, rəng töküntülərinə, rənglərinə və əlamətlərinə görə tanıyıb əli ilə göstərərək özünə məxsus olduğunu və mənzilindən oğurlandığını bildirmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş DVD diskdəki görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati binasının xidməti otaqların birində baxış keçirilən zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd bir fayıldan ibarət DVD diskə baxış zamanı müəyyən edildi ki, həmin diskdə 01 ədəd fayıl var, fayılda olan videogörüntü xx xxxxx 2020-ci tarixdə çəkilmişdir və 05 dəqiqə 50 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilir, sonuncu etiraz etmədən könüllü olaraq əynindəki şalvarının sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə nə olduğu, onu haradan və hansı yolla əldə etməsi barədə sual verilir və sonuncu bükümdəki “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Binəqədi qəsəbəsi ərazisində ünvanını dəqiq tanımadığı “Emin adlı” şəxsdən aldığını bildirir. Bundan sonra baxışda iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin qanunla qadağan olunmuş, hər hansı bir əşya aşkar edilmir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət nəticəsində zərəçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və himayəsində ikisi azyaşlı, ikisi isə yetkinlik yaşına çatmayan olmaqla dörd uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxx 2020-ci il tarixli qərardan, habelə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə, dərhal məhkəmə iclası zalında həbsdən azad edilmiş və həmin tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2-ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniya xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, xalis çəkisi – 2.057 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 223 manat 50 qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd qol saatının, bir ədəd qızıl üzüyün, bir ədəd sırğa cütü və üzük dəstinin, bir ədəd kəpənək formalı yaxa sancağının və bir ədəd sarı rəngli medalın Azərbaycan Respublikası CPMnin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi X4, ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 34 (otuz dörd) iş saatı üçün 204 (iki yüz dörd) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 54 (əlli dörd) iş saatı üçün 324 (üç yüz iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 223 (iki yüz iyirmi üç) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, xalis çəkisi – 2.057 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qol saatının, bir ədəd qızıl üzüyün, bir ədəd sırğa cütü və üzük dəstinin, bir ədəd kəpənək formalı yaxa sancağının və bir ədəd sarı rəngli medalın ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 34 (otuz dörd) iş saatı üçün 204 (iki yüz dörd) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 54 (əlli dörd) iş saatı üçün 324 (üç yüz iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə, həmin Vəkil Bürosunun vəkili X4 ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-27/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-27/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver