Məhkəmə qərarları › İş №1(010)-27/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-27/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-27/2022 12.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində iki azyalı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Mehdiabad qəsəbə Ərazi Dairəsi, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsi, 18 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu fərdi yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdə, saat 06 radələrində Bakı şəhəri Suraxanı rayonu, Zığ magistral şossesindən Mərdəkan qəsəbəsi istiqamətinə doğru avtomobili idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi və sürücülük vəsiqəsi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus texniki cəhətdən saz vəziyyətdə olan ”Kia Rio” markalı, Az **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 120 km/sürətlə hərəkətdə olan zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olsa da bunu etməyərək, həmçinin, avtomobili avtomagistrallarda saatda 110 kilometrdən çox olmayan sürətlə idarə etməli oludğu halda buna əməl etməyib, həmin yolda dayanmış sürücü X2 idarə etdiyi “Toyota Corolla” markalı, Az **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan ”Kia Rio” markalı, Az **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri avtomobilin salonunda qabaq sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs5 baş beynin ağır dərəcəli əzilməsi, travmatik subaroxnoidal qansızma, burun sümüyünün və sağ əng sümüyünün xətti sınığı, sağ tərəfli hemiparez, təpə nahiyəsinin və alt dodağın çapıq toxumalarının xəsarətləri kimi dərəcələrinə görə baş beynin ağır dərəcəli əzilməsi, travmatik subaroxnoidal qansızma və sağ tərəfli hemiparez həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ əng sümüyünün xətti sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, burun sümüyünün, təpə nahiyəsinin və alt dodağın çapıq toxumaların sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmya aid edilən, arxa oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs1 hər iki baldırın əzilmiş yaraları və burun nahiyəsinin şişkinlik halında əziyi xəsarətləri kimi dərəcələrinə görə hər iki baldırın əzilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmya və digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət, “Toyota Corolla” markalı, Az **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri avtomobilin salonunda arxa oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs2 sol incik sümüyünün qapalı sınığı, sol gicgah nahiyəsinin sıyrılmış yaraları, burunun əziyi, solı baldır və çənəaltı nahiyələrin əzilmiş yaraları xəsarətləri kimi dərəcələrinə görə sol incik sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sol baldır və çənəaltı nahiyələrin əzilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmya və digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər, arxa oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs4 dalağın cırılması (splenektomiya), qara ciyərin sol payının cırılmış yarası, sol baldır sümüklərinin diafizinin qapalı qəlpəli yerdəyişən sınığı, sol budun cırılmış yarası xəsarətləri kimi dərəcələrinə görə dalağın və qara ciyərin cırılması həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol baldır sümüklərinin qapalı qəlpəli yerdəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmya, sol budun cırılmış yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, qabaq sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs3 sol bazu sümüyünün qapalı, qəlpəli az yerdəyişmə ilə sınığı, döş qəfəsinin sol yarısının əzilməsi xasərətləri kimi dərəcələrinə görə sol bazu sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmya, digər xəsarət isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmya aid edilən, X2 ölümünə səbəb olan baş beyin toxumasının əzilməsi, sağ alın-təpə-gicgah sümükhərinin qapalı, qəlpəli sınığı, sağ İV-Xİİ qabırğaların qapalı sınığı, alt dodağın əzilmiş-didilmiş yarası, sol dirsəyin və sol dizin sıyrıqları həyatı olub, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirmiş, bundan başqa zərərçəkmiş şəxs X5 məxsus “Toyota Corolla” markalı, Az **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 7800 manat və zərərçəkmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Kia Rio” markalı Az **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9000 manat maddi ziyan vurmuşdur. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, 05 mart 2021-ci il tarixdə, saat 06 radələrində ”Kia Rio” markalı, Az **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, işi ilə bağlı Suqovuşana gedirmiş. O, yanacaqdoldurma məntəqəsində benzin doldurduqdan sonra yola çıxmışdır. Fikriləşmişdir ki, yoldan sərnişin də götürsün, bu məqsədlə dayanacaqda iş üzrə Zərərçəkmiş şəxs5 da götürmüş, sonuncu avtomaşının sürücüsünün yanında əyləşmiş, daha sonra o, əlavə olaraq 3 nəfər sərnişin də götürmüşdür. Zərərçəkmiş şəxs5 Bakı Moll mərkəzinin yanında düşəcəyini bildirmişdir. O, 110-luq yolda hərəkət edirmiş, əyləci belə basa bilməmişdir. Hərəkətdə olarkən, ani olaraq yolda qara maşın görmüş, bundan sonra həmin avtomaşınla toqquşma baş vermişdir. Toqquşma baş verdikdən sonra onun avtomaşını hərəkətdə olduğu 110-luq yolda da dayanmış, toqquşma nəticəsində isə onun qolu sınmışdır. O, avtomaşından düşmüş və qarşıda qəza siqnalları yanan, toqquşduğu “Toyota Corolla” markalı, Az **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili görmüşdür. Daha sonra o, özünün olunan avtomaşınının qabaq qapını açmış, bu zaman Vəfa xanım onun üstünə yıxılmışdır, o, sonuncunu tuta bilməmişdir. Bir müddət sonra hadisənin baş verdiyi yerdə Mercedes markalı mikroavtobus saxlamış, onun içərisindən 10 nəfərə yaxın adam düşmüşdür. Bu şəxslər yaxınlaqda yerləşən cücə sexində işləyən xanımlar imiş. Gələn şəxslər avtomaşınların yanına qaçmış və Vəfa xanıma köməklik göstrəməyə başlamış, o, isə rəhmətliyin maşınına tərəf getmiş, avtomaşına çatdıqda görmüşdür ki, Bəhlulun bir ayağı yerdədir, uşağın başı aşağı imiş, baş nahiyyəsindən isə qan tökülürmüş. Gülhəsən isə başını dayağa söykəmiş, ağır nəfəs almışdır. Toqquşma nəticəsində Toyota corolla markalı avtomaşının arxa hissəsinə heç bir xəsarət dəyməmiş, o, maşının salonuna baxdıqda, orada Hell energetik içkisinin qablarını görmüşdür. Daha sonra o, ağrıdan özünü itirmiş, onu xəstəxanaya aparmışlar, 1 gün sonra ayılmışdır. O, Vəfa xanımın da xəstəxanada olduğunu müəyyən etmişdir. Həmin gün təcili yardımda işləyən bacanağı onun yanına gəlmiş və Toyota corolla markalı avtomaşınının onun tərəfindən vurulub-vurulmadığı soruşmuş, o, da sonuncuya müsbət cavab vermişdir. Bacanağı ona bildirmişdir ki, o, Toyota corolla markalı avtomaşınını bu dərəcədə vura bilməzdi, çünki bu avtomaşınının arxa hissəsi tamamilə yararsız hala düşmüşdür və avtomaşınının fotoşəkillərini ona göstərmişdir. O, bu fotoşəkilləri gördükdən sonra dəşhətə gəlmişdir, çünki hadisədən sonra o, Toyota corolla markalı avtomaşına baxdıqda, maşının arxa hissəsində heç bir zədə olmamışdır. Daha sonra o, xətəxanadan çıxıb, rəhmətliyin avtomaşınının yerləşdiyi cərmə meydançasına gəlmiş, meydançada yerləşdirilmiş Toyota corolla markalı avtomaşını tanımamışdır. Daha sonra o, işi aparan müstəntiqin yanına gəlmiş və gördüklərini sonuncuya bildirmişdir. Müstəntiq onun dediklərinə heç bir əhəmiyyət verməmişdir. Daha sonra o, rəhmətliyini yaxın qohumlarına başsağlı vermək istədiyini bildirmiş, müstəntiq rəhmətliyin dayısı Ramizə zəng edərək, bu barədə sonuncu ilə danışmış, lakin Ramiz onun rəhmətliyin 3-ü və 7-si mərasimində gəlmədiyini bəhanə edərək, artıq gəlməyə lüzum olmadığını bildirmişdir. Buna baxmayaraq, bir müddət sonra o, Ramizlə H.Əliyev adına Mərkəzin yanında görüşmüş və mərhumun ailəsinə köməklik göstərmək niyyətində olduğunu bildirmiş, Ramiz onunla əlaqə saxlayacağını bildirmiş, lakin əlaqə saxlamamışdır. Hadisədən sonra o, 3-4 dəfə Toyota corolla markalı avtomaşının saxlanıldığı meydançaya getmiş, bir dəfə mühafizəçi ona demişdir ki, bu maşına baxmaq üçün bir çoxlu adam gəlmiş, onların yanında bir xanım da olmuş və bu xanımın üzü xəsarətlərdən pis vəziyyətə düşmüşdür. O, bütün bu faktları bir yerə toplayaraq belə qənaətə gəlmişdir ki, onunla rəhmətliyin atomaşını toqquşduqdan sonra, tanımadığı qadının idarə etdiyi 3cü naməlum avtomaşın da Toyota corolla markalı avtomaşınının arxa hissəsi ilə toqquşmuş, nəticədə Toyota corolla markalı avtomaşında ölüm hadisəsi baş vermişdir. Onun yadına düşmüşdür ki, sonra o, hadisə yerinə gəldikdə, hadisə yerində çolpaların qalıqları tökülmüşdür, ona elə gəlir ki, bu çolpalar zərbədən sonra 3-cü avtomaşının baqacından tökülmüşdür, çünki onun avtomaşınında çolpa yox idi. Lakin onun özü bu 3cü avtomaşını görməmişdir, dediyi kimi, vəziyyəti pis olduğundan, xəstəxanaya çatdırılmışdır. Bu 3-cü avtomaşının kim tərəfindən idarə edildiyi öyrənilməlidir. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir psixi xəstəliyi yoxdur və ruhiəsəb dispanserində qeydiyyatda deyil.Hazırda yük avtomobilləri ilə sürücü kimi daş daşımaqla ailəsinə baxır. Özünün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır.04 mart 2021-ci il tarixdə “Rent A Car Baku”nun "xxxx" MMC-dən icarə müqaviləsi əsasında “Kia Rio” markalı, Az **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini 3 (üç) gün müddətinə günü 50 (əlli) manatdan götürmüşdür.Mülkiyyətində özünə aid şəxsi nəqliyyat vasitəsi yoxdur. 05 mart 2021-ci il tarixdə, saat 06 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu, nömrəsiz evdən Şəmkir rayonuna getmək üçün “Kia Rio” markalı, Az **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə yola çıxmış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin “İdman və Sağlamlıq Mərkəzinin” qarşısında olan avtobus dayanacağında əvvəlcədən tanımadığı və adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs5 görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs5 avtobus dayanacağında dayanıb avtobus gözləmişdir. Zərərçəkmiş şəxs5 yaxınlaşıb qabaq sağ yan güzgünü aşağı endirmişdir. Bu zaman Zərərçəkmiş şəxs5 nəqliyyat vasitəsinə yaxınlaşaraq ondan, Əhmədli metrostansiyası istiqamətində, yoxsa 28 may metrostansiyası istiqamətinə hərəkət edib etmədiyini soruşduqda, o, Zərərçəkmiş şəxs5 cavab olaraq 20 Yanvar metrostansiyası istiqamətində hərəkət edəcəyini demişdir. Onun bu sözünü eşidən avtobus dayanacağında olan, sonradan adının X10 olduğunu bildiyi şəxs onun idarə etdiyi nəqliyyat vasitəsinə yaxınlaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs5 və X18 onun idarə etdiyi nəqliyyat vasitəsinə əyləşmişdir.Belə ki, Zərərçəkmiş şəxs5 avtomobildə ön sərnişin oturacağında, X18 isə arxa sərnişin oturacağının sağ hissəsində əyləşmişdir. Zərərçəkmiş şəxs5 və X18 ondan yol haqqı olaraq nə qədər pul verməli olacaqlarını soruşduqda, o, onların hər ikisinə cavab olaraq pula ehtiyacı olmadığını, onsuz da həmin yolu gedəcəyini demişdir. Bundan sonra Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Yeddi Gözəl” deyilən yerdə olan avtobus dayanacağında əvvəlcədən tanımadığı və 25- 30 yaş aralığında bir qadın cinsindən olan şəxsi görmüş, yağış yağdığı üçün qadının yağışın altında qalmaması üçün nəqliyyat vasitəsini həmin qadının yanında saxlamış, avtomobilin sağ yan şüşəsini aşağı endirib qadına yolunun 20 Yanvar metrostansiyasına tərəf olduğunu və qadına onun yolunun da həmin istiqamətdədirsə apara biləcəyini dedikdə həmin qadın onun idarə etdiyi nəqliyyat vasitəsinə əyləşmişdir.idarə etdiyi nəqliyyat vasitəsində ona “Yeddi Gözəl” deyilən yerdən götürdüyü qadının Zərərçəkmiş şəxs1 olduğu məlum olmuşdur.Beləliklə də avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Zığ magistral yoluna çıxmağına az qalmış Suraxanı rayon, Hövsan qəsəbəsində yerləşən dəmir yolunun yaxınlığında əvvəlcədən tanımadığı 35-40 yaş aralığında kişi cinsindən olan şəxsi görmüş və həmin şəxs də yağışın altında islanmasın deyə idarə etdiyi nəqliyyat vasitəsini həmin şəxsin yanında saxlamış, həmin şəxs ona 20 Yanvar metrostansiyası istiqamətinə getdiyi halda onu da aparmasını demişdir. Beləliklə də “Rent A Car Baku”nun "xxxx" MMC-dən icarə müqaviləsi əsasında götürdüyü “Kia-Rio” markalı, Az **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ magistral yolu ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. Çünki Bakı şəhəri Suraxanı rayonu, Zığ magistral yolu ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman Heydər Əliyev prospektinə çıxış üçün yola daxil olacaqdı.Bakı şəhəri, Suraxanı rayonu, Zığ magistral yolu ilə Mərdəkan qəsəbəsi istiqamətində saatda 110-120 kilometr sürətlə hərəkət etmişdir.Belə ki, radarlara çatmamış avtomobilin hərəkət sürətini saatda 120 kilometr sürətinə qaldırmış, lakin radarlara az qalmış avtomobilin hərəkət sürətini saatda 110 kilometr sürətə endirmişdir.Bakı şəhəri, Suraxanı rayonu, Zığ magistral yolu ilə Mərdəkan qəsəbəsi istiqamətində saatda 110-120 kilometr sürətlə ən sol zolaqda hərəkətdə olduğu zaman qəflətən bir nəqliyyat vasitəsinin yolun orta hissəsində çəpəki dayandığını həmin nəqliyyat vasitəsinə çatmağına ən azı 100-120 metr qalmış görmüşdür. Yəni kifayət qədər onun idarə etdiyi avtomobillə həmin nəqliyyat vasitəsi arasında məsafə olmuşdur.Beləliklə də idarə etdiyi avtomobili sol tərəfə doğru hərəkət etdirdiyi halda avtomobili dəmir arakəsmələrə dəyəcəkdi, çox güman həmin dəmir arakəsmələr onu və onun idarə etdiyi nəqliyyat vasitəsində olan şəxsləri bir-bir doğrayacaqdı. Buna görə də idarə etdiyi “Kia-Rio” markalı, Az **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini məcbur olaraq sağ tərəfə doğru hərəkət etdirmiş və 05.03.2021-ci il tarixdə saat 06 radələrində onun idarə etdiyi Az **-PF-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi (zığ beton) ilə Mərdəkan (aeroport) qəsəbə istiqamətində saatda 110¬120 km sürət həddi ilə, yəni yolun sağından soluna olan 3-cü zolaqda hərəkət eetdirən zaman idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə, yolun sağında, yəni 1 -ci zolaqda dayanmış “Toyota Corolla” markalı, Az **-FV-*** dövlət nömrə nişanlı avtomobili sol hissədən dəyməklə toqquşmuşdur.Toqquşma nöqtəsindən 30 metr sonra onun idarə etdiyi “Kia-Rio” markalı, Az **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri, Suraxanı rayonu, Zığ magistral yolunun Mərdəkan qəsəbəsi istiqamətində ikinci zolaqda, yəni orta zolaqda dayanmışdır. “Toyota Corolla” markalı Az **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə çatmağına 100- 120 metr qaldığı üçün tormozlama əməliyyatını həyata keçirə bilməmiş və düşünmüşdür ki, həmin nəqliyyat vasitəsi arxa-arxaya hərəkət edərək onun hərəkətdə olduğu zolağı tərk edəcək, lakin həmin avtomobil artıq geriyə doğru hərəkət etdiyi zaman gec olmuşdur. Toqquşma baş verdikdən sonra o, idarə etdiyi “Kia-Rio” markalı, Az **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən aşağı düşmüş, müvazinətini saxlaya bilmədiyi üçün yerə yıxılmış, bir təhər özündə güc tapıb ayağa qalxmışdır.Güclə piyada hərəkət edərək “Toyota Corolla” markalı Az **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yaxınlaşmışdır.Həmin avtomobil Suraxanı rayonu, Zığ magistral yolunun Mərdəkan qəsəbəsi istiqamətində üçüncü zolaqda ön hissəsi dəmir arakəsmələrə doğru durmaqla dayanmışdır.Həmin avtomobilin sürücüsünə yaxınlaşmış, lakin sürücü hərəkətsiz şəkildə və başı qanın içində olduğundan hərəkətsiz halda başını sükana dayamışdır.Həmin vaxt o, “Toyota Corolla” markalı Az **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsünün onun təqsirindən hadisə yerində öldüyünü başa düşmüşdür.Sonradan “Toyota Corolla” markalı Az **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsünün X6 olduğunu öyrənmişdir.Bundan sonra o, yenidən öz müvazinətini itirmiş və yerə yıxılmış, gözlərini xəstəxanada olduğu zaman açmışdır. Sonradan öyrənmişdir ki, tanımadığı şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi zamanı o, xəsarət aldığından onu və qeyrilərini Sabunçu rayon 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırmışdır. “Kia-Rio” markalı, Az 90-PF- 506 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən zaman spirtli işki qəbul etməmişdir. DYP-nin əməkdaşları tərəfindən ona inzibati protokol və ya sürücülük hüququnun məhdudlaşdırılması halları tətbiq edilməmişdir. “Kia-Rio” markalı, Az **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Onun iki oğlu və bir qızı var. Belə ki, böyük oğlunun adı Elvin, kiçik oğlunun adı Güləsən, qızının isə adı Fatmadır. 2008-ci ildən kiçik oğlu Güləsən Bakı şəhərində yaşayır və o, arada bir vaxt olduqca oğlu Güləşənin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evinə qonaq gəlmişdir. Hadisə günü, yəni 05 mart 2021-ci il tarixdə o, kiçik oğlu Güləşənin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evində olan zaman, saat 07 radələrində hər iki oğulları, yəni Güləsən ilə Elvin avtomobildə olduğu zaman yol-nəqliyyat hadisəsinin baş verməsi ona məlum olmuşdur. 05 mart 2021-ci il tarixdə saat 10 radələrində ona məlum olmuşdur ki, Güləsən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hadisə yerində ölmüş, böyük oğlu Elvin isə bədən xəsarətləri almışdır. “Toyota Corolla” markalı, Az 10-FV- 467 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini oğlu Güləsən 2018-ci il tarixdə X11 2500 manata almışdır.Avtomobilə görə maddi ziyan onlara vurulmuşdur. X16 adına olsa da, avtomobilə görə Fərəc Fazilovun heç bir aidyyəti yoxdur. Təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi, hadisə yerində tökülmüş çolpalar mərhum oğlunun avtomaşının baqacında olmuşlar. Baş vermiş hadisədən sonra iş üzrə təqsirləndirilən şəxsin nə özü, nədəki qohumları mərhumun yas mərasimlərində iştirak etməmişlər, mərhumun ailəsinə heç bir maddə və mənəvi dəstək göstərməmişlər, ümumiyyətlə onlarla maraqlanmamışlar. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 05 mart 2021-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən avtobus dayanacağında dayanıb avtomobil gözləmişdir. Həmin gün, yəni 05 mart 2021-ci il tarixdə, saat 06 radələrində yağış yağmışdır. Əvvəlcədən tanımadığı və adını sonradan öyrəndiyi hazırki iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı avtomobilə sərnişin qismində əyləşmişdir. Belə ki, avtomobili Təqsirləndirilən şəxs idarə etmiş, adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs5 ön sərnişin oturacağında, iki nəfər kişi cinsindən olan, adını bilmədiyi şəxslər və onun özü arxa sərnişin oturacağında əyləşmişlər. Beləliklə də onlar avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Zığ magistral şossesi ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkət etmişlər. Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə, təxminən saatda 110- 120 kilometr sürətlə idarə etmiş, bu zaman o, təxminən 250-300 metr məsafədən bir avtomobilin Zığ magistral şossesində geriyə doğru hərəkət etdikdiyini gördükdə, həmin avtomobillə toqquşacaqlarından qorxmuşdur. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürətini azaltmaq əvəzinə həmin avtomobili ötmək istəmiş, bu zaman Təqsirləndirilən şəxs “Kia Rio” markalı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Zığ magistral şossesində olan bir istiqamətli üç hərəkət zolaqlı yolun orta zolağı, yəni ikinci zolaq ilə hərəkət etdirmişdir. Markasını və dövlət qeydiyyat nömrə nişanını sonradan öyrəndiyi Toyota Corolla markalı avtomobil Zığ magistral şossesinin ikinci zolağından üçüncü zolağına doğru çəpəki formada geriyə doğru hərəkət etdikdə qəflətən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə “Toyota Corolla” markalı avtomobilin arasında toqquşma baş vermişdir. Bundan sonra qabaq sərnişin oturacağında əyləşmiş və adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs5 pis vəziyyətdə olduğunu, sürücü Təqsirləndirilən şəxs isə idarə etdiyi avtomobildən aşağı endiyini və idarə etdiyi avtomobilə baxaraq ağlamağa başladığını görmüşdür. Bundan sonra Zığ magistral şossesində hərəkət edən avtomobillərdən insanlar düşərək, onlara köməklik etməyə başlamışlar. Təqsirləndirilən şəxs isə qarın nahiyəsini qucaqlayaraq ağlamış, bundan sonra tanımadığı şəxs idarə etdiyi avtomobil ilə onu və Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 saylı Klinik şəhər Xəstəxanasına aparmışlar. O, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra əlavə olaraq 3-cü avtomaşının da Toyota corolla avtomaşını ilə toqquşmasını müşahidə etməmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra bir dəfə də onun səhhəti ilə maraqlanmamışdır. Buna baxmayaraq, sonuncuya qarşı tələbinin və şikayətinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 04 mart 2021 -ci il tarixdə, saat 18:00-dan 05 mart 2021ci il saat 05 radələrinədək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Hövsan Broyler” X20 o, onun qardaşı X6 və xalası oğlu Zərərçəkmiş şəxs2 fəhlə kimi işləmişlər. 05 mart 2021-ci il tarixdə, saat 05 radələrində onlar birlikdə Kürdəmir rayonuna getmək qərarına gəlmişlər. Bu zaman onun azyaşlı uzaq qohumu Zərərçəkmiş şəxs4 zəng edərək, onlarla birlikdə Kürdəmir rayonuna getməsi üçün onu da çağırmışlar. Beləliklə də, 05 mart 2021-ci il tarixdə saat 06 radələrində onun qardaşı X6 özünə məxsus “X22” markalı, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərək Kürdəmir rayonuna getmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindən çıxmışdır. Həmin vaxt avtomobili qardaşı Güləsən idarə etmiş, onun özü ön sərnişin oturacağında, Bəhlul və Elgün isə arxa sərnişin oturacağında əyləşmişdir. Avtomobil Bakı şəhəri, Suraxanı rayonu, Zığ magistral şossesində Mərdəkan qəsəbəsi istiqamətində üçüncü zolaqda saatda 70 kilometr sürətlə hərəkət etmiş və həmin vaxt yüngül yağış yağmışdır. Bu səbəbdən sürücü, yəni qardaşı Güləsən idarə etdiyi avtomobilin qəza işıqlarını yandıraraq, daha sonra isə üçüncü zolaqda tam dayandıraraq, xalası oğlu Bəhlula müraciət edərək, arxa şüşəni yaxşı görmədiyini, dəsmal ilə arxa şüşəni silməsini demişdir. Çünki mərhum qarşadı avtomaşını idarə edərkən, müşahidə üçün çox vaxt arxa şüşədən istifadə etmişdir. Bu sözdən sonra xalası oğlu Bəhlul avtomobildən aşağı enərək, dəsmal ilə avtomobilin arxa şüşəsini iç və çöl hissədən silməyə başlamışdır. Elə Bəhlul avtomobilin arxa sərnişin oturacağına əyləşmiş, yola çıxmaq üçün qardaşı Güləsən avtomobili hərəkət etdirməyə başladığı zaman qəflətən markasım və dövlət qeydiyyat nömrə nişanım sonradan öyrəndiyi “X28” markalı, **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qardaşının idarə etdiyi “X22” markalı, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sol təkər hissəsindən çəpəki formada dəymiş və toqquşma baş vermiş, onların olduğu “X22” markalı, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil bərk əzilərək yararsız vəziyyətə düşmüşdür. Onun özü ön sərnişin oturacağında əyləşdiyi üçün qardaşı Güləşənin baş nahiyəsinin onun çiyin nahiyəsinə söykəndiyini görüb əli ilə qardaşının baş nahiyəsini qaldırdığı zaman hərəkətsiz vəziyyətdə qardaşı Güləşənin başı sükana tərəf əyilmişdir. Nə qədər çalışmışdır ki, avtomobildən aşağı düşərək qardaşı Güləşənin yanına, yəni sürücünün qapısı tərəfdən yaxınlaşsın, amma bacara bilməmişdir. Çünki, onun özünün sol qolu sınmışdır. Bundan sonrası onun yadına gəlmir. Buna səbəb isə huşunu tam itirməsi olmuş və gözlərini o, yalnız xəstəxanada olduğu zaman açmışdır. Baş vermiş yol-nəqliyat hadisəsindən sonra hansısa naməlum 3-cü avtomaşının onların avtomaşını ilə toqquşması ilə bağlı təqsirləndirilən şəxsin mülahizələri cəfəngiyyatdır, belə bir hadisə olmamışdır, düşünür ki, təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq məqsədilə belə ifadə verir. Təqsirləndirilən şəxs hadisədən sonra bir dəfə də onun səhhəti ilə maraqlanmamışdır, sonuncudan şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 04 mart 2021 -ci il tarixdə saat 18:00- dan 05 mart 2021ci il saat 05 radələrinədək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Hövsan Broyler” X20 xalası oğlanları X6, Zərərçəkmiş şəxs3 və onun özü fəhlə kimi işləmişlər. 05 mart 2021-ci il tarixdə, saat 05 radələrində onlar Kürdəmir rayonuna getmək qərarına gəlmişlər. Bu zaman onun azyaşlı uzaq qohumu Zərərçəkmiş şəxs4 xalası oğlu Elvin zəng edərək onlarla birlikdə Kürdəmir rayonuna getməsi üçün onu da çağırmışlar. Beləliklə də, 05 mart 2021-ci il tarixdə saat 06 radələrində xalası oğlu X6 özünə məxsus “X23” markalı, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərək Kürdəmir rayonuna getmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindən çıxmışdır. Avtomobili onun xalası oğlu Güləsən idarə etmiş, böyük xalası oğlu Elvin ön sərnişin oturacağında, Elgün və onun özü isə arxa sərnişin oturacağında əyləşmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Zığ magistral şossesində Mərdəkan qəsəbəsi istiqamətində üçüncü zolaqda avtomobil saatda 70 kilometr sürətlə hərəkət edirkən yüngül yağış yağmışdır. Bu səbəbdən sürücü, yəni xalası oğlu Güləsən əvvəlcə qəza işıqlarını yandıraraq, idarə etdiyi avtomobili üçüncü zolaqda tam dayandıraraq, ona arxa şüşəni yaxşı görmədiyini, dəsmal ilə arxa şüşəni silməsini demişdir. Bu sözdən sonra o, avtomobildən aşağı enərək dəsmal ilə avtomobilin arxa şüşəsini iç və çöl hissədən silməyə başlamışdır. Daha sonra isə avtomobilə əyləşmiş və qapını bağlamış, Gülüəsən idarə etdiyi avtomobili hərəkətə gətirən zaman qəflətən markasını və dövlət qeydiyyat nömrə nişanını sonradan öyrəndiyi “X28” markalı, **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xalası oğlu Güləşənin idarə etdiyi “X22” markalı, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sol təkər hissəsindən çəpəki formada dəymiş, toqquşma baş vermiş və onların olduqları “X22” markalı, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil bərk əzilərək yararsız vəziyyətə düşmüşdür. O, özünü pis hiss etmişdir, çünki çoxsaylı bədən xəsarətləri almışdır. Özündə bir təhər güc toplayaraq sürücü, yəni xalası oğlu Güləsənə yaxınlaşmış, onu nə qədər səsləsə də, Güləsən onun səsinə cavab vermədikdə o, xalası oğlu Güləsən avtomobilin sükan hissəsində öldüyünü tam başa düşmüşdür. Bundan sonra o, azyaşlı uzaq qohumu Elgünün ağladığım görmüş, daha sonra isə sonra onun özü huşunu itirmiş və polis əməkdaşları hadisə yerində olduğu zaman o, gözlərini açmışdır. Baş vermiş yolnəqliyat hadisəsindən sonra hansısa naməlum 3-cü avtomaşının onların avtomaşını ilə toqquşması ilə bağlı təqsirləndirilən şəxsin mülahizələrin heç bir əsası yoxdur, belə bir hadisə olmamışdır, düşünür ki, təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq məqsədilə belə ifadə verir. Təqsirləndirilən şəxs hadisədən sonra bir dəfə də onun səhhəti ilə maraqlanmamışdır, sonuncudan şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin əvvəlki iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 05 mart 2021-ci il tarixdə o, uzaq qohumları Elvin, Bəhlul və Güləsən ilə birlikdə Kürdəmir rayonuna getməyi qərara almışdır. 05 mart 2021-ci il tarixdə, saat 06 radələrində X6 özünə məxsus “Toyota” markalı avtomobili idarə edərək, Kürdəmir rayonuna getmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Flövsan qəsəbəsindən çıxmışdır. Bu zaman avtomobili Güləsən idarə etmiş, Elvin ön sərnişin oturacağında, Bəhlul və onun özü isə arxa sərnişin oturacağında əyləşmişlər. Yüngül yağış yağmağını, avtomaşının qəza işıqlarının yandırıldığını və avtomaşının dayandığını tam xatırlayır, daha sonra o, yuxuya getməyə başlamış, bu zaman o, eşitmişdir ki, kimsə Bəhlula demişdir ki, “arxa şüşəni yaxşı görmürəm, dəsmal ilə arxa şüşəni sil”. Bu sözdən sonra Bəhlulun avtomobildən aşağı endiyini və və qayıtdığı xatırlamır, bir də gözlərini 3 saylı Şəhər Klinik Xəstəxanasında açmışdır. Təqsirləndirilən şəxs hadisədən sonra bir dəfə də onun səhhəti ilə maraqlanmamışdır, sonuncudan şikayətçi olduğunu bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Nifatlı qızı ifadəsində göstərmişdir ki, 05 mart 2021-ci il tarixdə, saat 06 radələrində o, yaşadığı Bakı şəhəri, Suraxanı rayon, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, fərdi yaşayış evindən çıxaraq, Bakı şəhəri, Yasamal rayonu, Fl.Zərdabi küçəsində yerləşən şirniyyat evinə getmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən dayanacağa gəlmiş, həmin dayanacaqda bir müddət dayandqdan sonra avtobusun gəlmədiyini görüb qərara gəlmişdir ki, taksi nəqliyyat vasitəsi ilə iş yerinə getsin. Həmin gün, yəni 05 mart 2021-ci il tarixdə yağış yağmışdır. Əvvəlcədən tanımadığı və adını sonradan öyrəndiyi hazırki iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı avtomobilə sərnişin qismində əyləşmişdir.Belə ki, nəqliyyat vasitəsini həmin zaman Təqsirləndirilən şəxs idarə etmiş, onun özü nəqliyyat vasitəsinin ön sərnişin oturacağında və iki nəfər kişi cinsindən olan adım bilmədiyi şəxslər, lakin həmin şəxlərdən birinin adının X18 bildiyi və Zərərçəkmiş şəxs1 arxa sərnişin oturacağında əyləşmişdirlər.Onlar Bakı şəhəri, Suraxanı rayonu, Zığ magistral şossesi ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışlar.Sürücü Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə, təxminən saatda 120 kilometr sürətlə idarə etmiş, bu zaman o, və nəqliyyat vasitəsində olan digər sərnişinlər təxminən 250-300 metr məsafədən başqa bir avtomobilin Zığ magistral şossesində geriyə doğru hərəkət etdiyini gördükdə o, avtomobil ilə toqquşmasından çox qorxmuşdur.Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürətini azaltmaq əvəzinə həmin avtomobili ötmək məqsədi ilə sürət həddini daha yuxarı qaldırmış, bu zaman Təqsirləndirilən şəxs avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Zığ magistral şossesində olan bir istiqamətli üç hərəkət zolaqlı yolun orta zolağı, yəni ikinci zolaq ilə hərəkət etdirmişdir. Markasını sonradan öyrəndiyi “Toyota Corolla” markalı avtomobil Zığ magistral şossesinin ikinci zolağından üçüncü zolağına doğru çəpəki formada geriyə doğru hərəkət etdikdə, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə “Toyota Corolla” markalı avtomobil arasında toqquşma baş vermişdir. Bundan sonra özü qabaq oturacaqda əyləşdiyindən pis vəziyyətə düşmüşdür. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşağı enmiş və idarə etdiyi avtomobilə baxaraq ağlamağa başlamışdır.Bundan sonra Zığ magistral şossesində hərəkət edən mikroavtobusdan insanlar düşərək, onlara köməklik etməyə başlamışlar. Tanımadığı şəxs idarə etdiyi avtomobil ilə onu, X13, Zərərçəkmiş şəxs1 və qeyri sərnişinləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 saylı Klinik şəhər Xəstəxanasına aparmışdır. O, hadisədən sonra hansısa 3-cü avtomaşının da “Toyota Corolla” markalı avtomaşını ilə toqquşmasını müşahidə etməmişdir. Hadisə yerinə yalnız mikroavtobus və digər maşınlar gəlmiş və onların sərnişinləri düşərək, onlara göməklik göstərmişlər. Təqsirləndirilən şəxs hadisədən sonra bir dəfə də onun səhhəti ilə maraqlanmamışdır, sonuncudan şikayətçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müvəkkil edilmiş nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 49 B, məhəllə 1054 ünvanında yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində 2014-cü il tarixdən etibarən əməliyyat üzrə mütəxəssis vəzifəsində işləyir.Hazırda "xxxx" qapalı Səhmdar Cəmiyyətinin adı 04.04.2019-cu il tarixdə dəyişdirilərək "xxxx" Qapalı Səhmdar Cəmiyyəti olmuşdur.Buna baxmayaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sənədləri tam olaraq qaydasındadır. Bununla yanaşı olaraq 31.03.2021-ci il tarixdən, 31,03.2023-cü il tarixədək ona "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən etibarnamə verilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 03.07.2018-ci il tarixdə LM N312/05-2018-01 saylı razılaşmaya görə (16.05.2018 tarixli LM N312/05-2018 saylı daxili maliyə lizinqi müqaviləsinə əsasən əlavə və dəyişikliyin edilməsi haqqında ) daxili maliyə lizinqi müqaviləsi ilə mülkiyyətində olan “Kia Rio” markalı Az **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-ni direktoru X14 icarəyə vermişdir. 04 mart 2021 -ci il tarixdə əvvəlcədən müştəri olaraq tanıdığı Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nə gələrək “Kia Rio” markalı Az **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini 3 (üç) gün müddətinə günü 50 (əlli) manat, ümumilikdə 150 (yüz əlli) manat olmaqla kirayəyə götürmüşdür. 06 mart 2021-ci il tarixdə saat 12 radələrində X14 məlum olmuşdur ki, 05 mart 2021 -ci il tarixdə saat 06 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, Az **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi (zığ beton) ilə Mərdəkan (aeroport) qəsəbə istiqamətində X2 idarə etdiyi “Toyota Corolla” markalı, Az **-FV-*** dövlət nömrə nişanlı avtomobil arasında toqquşma baş vermiş və nəticədə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, X18, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X9 xəsarət almış, X6 isə almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölmüşdür."xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “Kia Rio” markalı Az **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə xeyli miqdarda maddi ziyan dəymişdir.05 mart 2021 -ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Kia Rio” markalı Az **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə bağlı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə 0805/21 nömrəli qiymətləndirmə aktına əsasən 9000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı məktubunda qeyd olunur ki, “MCB Lizinq" Qapalı Səhmdar Cəmiyyəti (hazırkı hüquqi adı "xxxx" QSC) ilə lizinq alan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 03 iyul, 2018-ci il tarixli LM№312/05-2018-01 saylı RAZİLAŞMA (16.05.2018 tarixli LM№312/05-2018 saylı daxili maliyyə lizinqi müqaviləsinə əlavə və dəyişikliyin edilməsi haqqında) müqaviləsi bağlanmış və D.Q.N. 90PF506 olan “Kia Rio” minik avtomobilini lizinqə verilmişdir. Lizinq müqaviləsinə əsasən lizinq obyektindən istifadə və sahiblik hüququ lizinq alana məxsusdur. 1(010)-312/2021 saylı iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı hər hansı tələbləri və ya iddiaları yoxdur. Yuxarıdakıları nəzərə alaraq, müəyyən səbəblərdən nümayəndələrinin məhkəmə iclasına gələ bilmədiyini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını məhkəmədn xahiş etmişlər. İş materiallarında olan İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X24 Suraxanı rayon şöbəsinin verdiyi məhkəmə tibbi ekspertizası üzrə 05.03.2021-ci il tarixli 20 nömrəli rəydən görünür ki, mərhum X3 məhkəmə-tibbi ekspertizasında müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: 1. Baş beyin toxumasının əzilməsi, sağ alın-təpə-gicgah sümüklıərinin qapalı, qəlpəli sınığı, sağ İV-Xİİ qabırğaların qapalı sınığı, alt dodağın əzilmiş-didilmiş yarası, sol dirsəyin və sol dizin sıyrıqları həyatı olub, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 05.03.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, ölümlə bir başa əlaqəlidirlər. 2. Mərhum Zərərçəkmiş şəxs7 ölümünə səbəb almış olduğu qapalı kəllə beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 3-4 saat əvvəl baş vermişdir. 3. Mərhum Zərərçəkmiş şəxs7 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X24 Suraxanı rayon şöbəsinin verdiyi məhkəmə tibbi ekspertizası üzrə 29.07.2021-ci il tarixli 14/365 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər-sol incik sümüyünün qapalı sınığı, sol gicgah nahiyəsinin sıyrılmış yaraları, burunun əziyi, solı baldır və çənəaltı nahiyələrin əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 05.03.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcələrinə görə sol incik sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, sol baldır və çənəaltı nahiyələrin əzilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X24 Suraxanı rayon şöbəsinin verdiyi məhkəmə tibbi ekspertizası üzrə 29.07.2021-ci il tarixli 15/516 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs4 aşkar edilmiş xəsarətlər- dalağın cırılması (splenektomiya), qara ciyıərin sol payının cırılmış yarası, sol baldır sümüklərinin diafizinin qapalı qəlpəli yerdəyişən sınığı, sol budun cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 05.03.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcələrinə görə dalağın və qara ciyərin cırılması həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol baldır sümüklərinin qapalı qəlpəli yerdəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X24 Suraxanı rayon şöbəsinin verdiyi məhkəmə tibbi ekspertizası üzrə 30.07.2021 -ci il tarixli 812 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs5 aşkar edilmiş xəsarətlər- baş beynin ağır dərəcəli əzilməsi, travmatik subaroxnoidal qansızma, burun sümüyünün və sağ əng sümüyünün xətti sınığı, sağ tərəfli hemiparez, təpə nahiyəsinin və alt dodağın çapıq toxumaları (keçmiş yara yeri) bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 05.03.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcələrinə görə baş beynin ağır dərəcəli əzilməsi, travmatik subaroxnoidal qansızma və sağ tərəfli hemiparez həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ əng sümüyünün xətti sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmya, sol budun cırılmış yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X24 Suraxanı rayon şöbəsinin verdiyi məhkəmə tibbi ekspertizası üzrə 30.07.2021-ci il tarixli 822 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər- sağ İV-V qabırğaların qapalı, az yerdəyişən sınığı, alt çənədə l-ll dişlərin travmatik çıxığı və digər dişlərin uc hissələrinin sınığı, sol əliin İ barmağının sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 05.03.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcələrinə görə İV-V qabırğaların qapalı az yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmya, dişlərin çıxığı və sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmya aiddir, sol əlin İ barmağının sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X24 Suraxanı rayon şöbəsinin verdiyi məhkəmə tibbi ekspertizası üzrə 29.07.2021-ci il tarixli 12/351 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər- hər iki baldırın əzilmiş yaraları və burun nahiyəsinin şişkinlik halında əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 05.03.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcələrinə görə hər iki baldırın əzilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X24 Suraxanı rayon şöbəsinin verdiyi məhkəmə tibbi ekspertizası üzrə 29.07.2021-ci il tarixli 13/360 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs3 aşkar edilmiş xəsarətlər- sol bazu sümüyünün qapalı, az yerdəyişmə ilə sınığı, döş qəfəsinin sol yarısının əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 05.03.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcələrinə görə sol bazu sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmya, digər xəsarət isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertiza verdiyi məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə 23.08.2021-ci il tarixli 8/1823 nömrəli rəydən görünür ki, “Kia Rio” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısım almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili avtomaqistral yolda maksimum izacə verilən 110 km/saat sürətindən yüksək, 120 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmənin sorğusuna əsasən Atəşgah Sığorta şirkətinin 24.12.2021-ci il tarixli cavabında qeyd olunur ki, “Toyota Corolla” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin “Kia Rio” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinə dair video görüntü "xxxx" Sığorta Şirkəti ASC-də mövcud deyildir. Paşa Sığorta şirkətinin Suraxanı rayon Məhkəməsinin sorğusuna 30.12.2021-ci il tarixli cavabında qeyd olunur ki, məhkəmənin icraatında olan 1(010)-312/2021 saylı cinayət işi üzrə sübutların toplanılması məqsədilə şirkətə ünvanlanmış 16 noyabr 2021-ci il tarixli sorğu əsasında tərəflərindən müvafiq araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində ** FV *** və ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillərdən heçbirinin hadisə zamanı "xxxx" ASC-də sığortalı olmadığı müəyyən edilmişdir. Yolnəqliyyat hadisəsi iştirakçılarından heç biri nə icbari, nə də könüllü sığorta növləri üzrə cəmiyyətdə sığortalanmadığından, tərəflərindən hər hansı sığorta hadisəsi qeydə alınmamışdır. Suraxanı rayon Polis İdarəsinin Suraxanı rayon Məhkəməsinin sorğusuna 30.12.2021-ci il tarixli cavabında qeyd olunur ki, məhkəmənin 1(010)-312/2021 nömrəli 16 noyabr 2021-ci il tarixli məktubununa cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş müvafıq sorğuya cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə təqsirəndirilməsinə dair – 05.03 2021-ci il tarixdə “Toyota Corolla” markalı, Az **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 'Kia Rio' markalı, Az **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə bağlı Bakı şəhəri Suraxanı rayonu, Zığ magistral şossesindən Mərdəkan qəsəbəsi istiqamətində video müşahidə kameraları mövcud olmadığından, məhkəmənin sorğusuna müsbət cavab verilməsi imkan xaricində olmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olubolmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməyərək, 05 mart 2021-ci il tarixdə, saat 06 radələrində Bakı şəhəri Suraxanı rayonu, Zığ magistral şossesindən Mərdəkan qəsəbəsi istiqamətində ”Kia Rio” markalı, Az **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman, həmin yolda dayanmış, sürücü X2 idarə etdiyi “Toyota Corolla” markalı, Az **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu qeyd etməklə bərabər, avtomaşını idarə edərkən, «Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmadığını, onun mülahizəsinə əsasən hadisədən sonra tanımadığı 3-cü avtomanının “Toyota Corolla” markalı avtomaşınla toquşmasını və məhz bunun nəticəsində sonuncunu salonunla əyləşmiş sərnişinlərin xəsarət almalarını qeyd etsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşaraq, onu məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə araşdırması zamanı hər iki avtomaşında əyləşmiş zərərçəkmişlərin dindirilməsi zamanı və cinayət işinin tədqiqi nəticəsində hər-hansı bir 3-cü avtomaşının yol-nəqliyyat hadisəsində iştirak etməsi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsi törədərkən «Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozması ekspert rəyi ilə tam sübuta yetir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, zərərçəkmiş şəxslərdən ikisinin ona qarşı heç bir tələblərinin və şikayətlərinin olmadığını, ailəli olduğunu, himayəsində 2 azyaşlı uşağın olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni 12 yanvar 2022-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar