Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-27/2024 08.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 14 sentyabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına, əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən digər şəxsə müqavimət göstərməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxs üzərində zor tətbiq etməklə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdə səhər saat 15:30 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda olan dənizkənarı çimərlik mərkəzi olan “Antalya” restoranının çimərlik hissəsində 200x50 metr ölçülü həyətin faktiki olaraq Mars-M» çoxsahəli istehsalat kommersiya firması ilə mübahisəli olmaqla müxtəlif məhkəmə instansiyalarında həmin vaxt Bakı Kommersiya Məhkəməsinin icraatında mübahisə predmeti olan çimərlik ərazisinə görə qanun üzrə vərəsəlik hüququ olmadığı halda ərazinin mövsümü olaraq çimərlik olaraq istifadə olunacağının qarşısını almaqla bağlı hər hansı vəzifəsi olmadığı halda, həmin ünvanın firma təsisçisinin qardaşı olmaqla yanaşı, firmanı təmsilçilik hüququ olan Zərərçəkmiş şəxs1 tərəfindən istifadə olmaqla ərazini tullantılardan təmizlətdirdiyi halda nə səbəbə həmin əraziyə daxil olmasına görə səbəbli olaraq mübahisə edib dalaşaraq zorakı hərəkətlər etməklə əli ilə sonuncunu vurub sol almacıq nahiyəsinin şişkinliyi, sol gicgah nahiyəsinin hematoması ilə müşayiət olan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə səhər saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda olan dənizkənarı çimərlik mərkəzi olan “Antalya” restoranının çimərlik hissəsində 200x50 metr ölçülü həyətin faktiki olaraq “Mars-M” çoxsahəli istehsalat kommersiya firması ilə mübahisəli olmaqla müxtəlif məhkəmə instansiyalarında və həmin vaxt Bakı Kommersiya Məhkəməsinin icraatında mübahisə predmeti olan çimərlik ərazisinə görə, qanun üzrə vərəsəlik hüququ olmadığı halda ərazinin firma təsisçisinin qardaşı olmaqla yanaşı, firmanı təmsilçilik hüququ olan Zərərçəkmiş şəxs1 tərəfindən istifadə olmasına görə həmin əraziyə gəlib ərazidə sonuncu tərəfindən çimərlikdə olan sakinlərin səmərəli istirahətinin təmin olunması məqsədi ilə çimərliyin giriş qapısında dayanıb giriş-çıxışa nəzarət edən Zərərçəkmiş şəxs2 nəzarət funksiyasından kənarlaşdırmaqla özü ilə gətirmiş olduğu qıfılı qapıya vurmaqla, sakinlərin həmin çimərliyə daxil olmasının qarşısını almaq və Zərərçəkmiş şəxs1 tərəfindən istifadə olunmasının qarşısını almaq üzrə hər hansı vəzifəsi olmadığı halda göstərilənləri cüzi səbəb kimi bəhanə edib əsaslı səbəb olmadan ictimai yer olan çimərlikdə istirahət edən vətəndaşların narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib mübahisə salmaqla Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər söyüb insanlar arasında davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib əlləri ilə sonuncunu vurub zor tətbiq edilməsi ilə müşayiət edilən sol bazunun qançırı və boyunun sıyrığı ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlər yetirib hüquqazidd əməllərini davam edirən zaman həmin əraziyə nəzarətçi olaraq cəlb olunmuş Zərərçəkmiş şəxs3 ictimai qaydanın qorunması üzrə borcunu yerinə yetirib araya keçərək onları ayırmaq istəyən Zərərçəkmiş şəxs3 əlində olan silah qismində istifadə etdiyi əşya ilə vurub zor tətbiq edilməsi ilə müşayiət edilən “sağ saidin orta 1/3-nin ön iç səthinin əzilmiş-cırılmış yarası və hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvuran xəsarət yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, atası X8 ilə anası X6 rəsmi nikahından 5 övladı olmuşdur. O, 2002-2006-cı il tarixlərində Beynəlxalq Universitetin maliyyə-kredit fakültəsində təhsil almışdır. 2014-2015-ci il tarixlərdə «N» saylı hərbi hissədə xidmətdə olmuş və hərbi xidmətdən sonra Hövsan qəsəbəsində 15-lər deyilən yerdə ərzaq mağazası işlədir. Suraxanı İcra Hakimiyyətinin sabiq başçısı H.Abutalıbovun 1221 saylı 23 iyul 1998-ci il tarixli sərəncamı ilə Hövsan qəsəbəsi Kolxoz küçəsi 28 №-li evdə yaşayan X3 torpaq sahəsinin təhkim olunması haqqında sərəncam verilmiş və həmin sərəncama əsasən Hacımurad Rzayev rayon İcra aparatına müraciət edərək Hövsan qəsəbəsinin çimərliyinin bir hissəsinin öz üzərinə götürüb abadlaşdırmasını xahiş etmişdir. Eyni zamanda Hövsan qəsəbə nümayəndəliyinin rayon İcra aparatında vəsatət qaldıraraq əhalinin çoxsaylı müraciəti əsasında Hövsan çimərliyində istirahət zonasının təşkil olunmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, Hövsan bağlarının Şimal hissəsinin bataqlıq, qamışlığa çevrilmiş çəmənlik zonasının abadlaşdırılmasına ehtiyac vardır. Sərəncamın qərar verilmiş hissəsinə əsasən Hövsan Bağları sahəsinin Şimal hissəsində dənizkənarı sahədə 200 m x 50 m ölçüdə torpaq sahəsinin abadlaşdırılması və əhalinin rahatlığını təmin etmək təqdim olunmuş çizgi əsasında X3 təhkim olunmuşdur. Həmçinin sahədə kapital tikintinin aparılmasının qadağan edilməsi, H.Rzayevə çimərlikdə olan əhaliyə göstərilən bütün xidmətin növləri pulsuz olaraq müəyyən olunmuşdur. Bundan başqa müraciət olunan torpaq sahəsinin sxemi də tərtib olunmuş, qeyd edilən hallar İcra Hakimiyyyətinin möhürü ilə təsdiq olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2021-ci il tarixli Mülki kollegiyasının qərarı ilə iddiaçı X8 cavabdeh «Mars-M» çoxsahəli istehsalat kommersiya firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində Dənizkənarı sahədə abadlaşdırma və əhalinin rahatlığını təmin etmək məqsədi ilə ona 200 m x 50 m ölçüdə təhkim olunmuş torpaq sahəsinə sahiblik və istifadə hüququnun tanınması, «Mars- M» çoxsahəli istehsalat kommersiya firmasının həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahənin abadlaşdırılması və əhalinin rahatlığını təmin etmək məqsədi ilə ona 200 m x 50 m ölçüdə təhkim olunmuş torpaq sahəsinin istifadəsinə «Mars-M» çoxsahəli istehsalat kommersiya firmasına qadağa qoyulmaqla üzərində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi təmin olunmamışdır. Həmin qərardada əsasən icra vərəqəsi üzrə Suraxanı Rayon İcra və Probasiya şöbəsi tərəfindən, həmçinin dənizkənarı sahənin qapıları möhürlənib bağlanaraq cavabdeh «Mars-M» ÇİKF-a və başqa şəxslərin istifadəsinə qadağan edilmiş və buna dair müvafiq akt tərtib edilmişdir. Buna baxmayaraq iş materiallarında olan fotoşəkillərdən görünür ki, cavabdeh «MARS-M» ÇİKF-in rəhbərləri 05 iyun 2021-ci il tarixdə mübahisə sahəsinin yan tərəfindən möhürlənmiş bağlı qapıları açaraq ağır texnikadan istifadə edib təmir işləri aparmaq məqsədi ilə qadağan olumuş sahəyə daxil olmuşdur. 29 iyul 2020-ci il tarixdə icra vərəqəsi verilmiş, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Probasiya şöbəsi tərəfindən 19 avqust 2020-ci tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Daha sonra Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya şöbəsinin 15 sentyabr 2020-ci il tarixli №18/120012/20-19 saylı məktubu ilə qərardad icra olunmuş halda Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kollegiya qeyd edib ki, İcra şöbəsi tərəfindən qərardad icra olunmuş halda qaytarılsa da, icraata xitam verilməsi barədə qərar məhkəməyə göndərilməmiş və iş materiallarında aşkar edilməmişdir. Bu səbəbdən Kollegiya hesab etmişdir ki, ərizə təmin edilərək icra sənədi yenidən icraya yönəldilməlidir. Bir sözlə, X2 icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi təmin edilmiş və 29 iyul 2020-ci tarixli 2(103)-6276/2021 saylı İcra vərəqəsi yenidən icraya yönəldilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə faktiki olaraq ərazidə «Antalya» restoranın qarşısında olan 50 m x 200 m sahədə olan çimərlik sahəsinin möhürlənməklə mübahisə tərəflərinə istifadə olunmasına qadağa qoyulmuş və həmin qadağa 29 iyul 2020-ci il tarixdə qüvvədə olmuşdur. Lakin o, çimərliyin yenə Qadir adlı şəxs tərəfindən qanunsuz istifadə olunmasını müşahidə etmişdir. Qadir adlı şəxsi o, təxminən 15-20 il müddət olar ki, 30-cu Polis şöbəsində sahə inspektoru vəzifəsində işlədiyi vaxtdan tanımışdır. Onunla aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Atası 20 avqust 2021-ci il tarixdə ürək çatışmazlığından ölmüşdür. X7 üzrə vərəsəsi özüdür. Qadirlə həmin ərazi barəsində artıq neçə illərdi ki, aralarında mübahisələr olmuş və artıq 6-7 il müddət olar ki, məhkəmə mübahisələri davam edir. 15 may 2022-ci il tarixdə saat 15:30 radəsində yaşadığı Hövsan qəsəbəsində olmuş və yenə çimərliyə getmişdir ki, orda olan vəziyyətlə yerində tanış olsun və çimərliyin ərazisinə daxil olan zaman çimərlik hissəsinin giriş qapısının möhürünün qırılmasını, qapısının açıq olmasını görmüş və «Antalya» restoranı olan hissədən çimərlik hissəyə girmiş və həmin vaxtı ərazidə 2 nəfər fəhlənin təmir abadlıq işləri aparmasını və Qadirin də onların yanında, həyətdə olmasını görmüşdür. O, sındırılmış möhürün videosunu istifasində olan telefonla qeydə almaq istəmişdir ki, vəkilinə bu barədə məlumat vermiş olsun və sonuncu da icra məmurlarına həmin halı bildirsin. Bu zaman onun videoçəkiliş etməsini görən Qadir ətrafda olan fəhlələr və yoldan keçən şəxslərə əhəmiyyət verməyib onun ünvanına nalayiq ifadələr işlətməklə üzərinə gəlib çəkilişə son qoyması və onun həmin ərazidə nə işinin olmasını bildirib ərazini tərk etməsini demiş və bu zaman Qadir əli ilə onun bədəninin müxtəlif nahiyələrinə və qollarına zərbələr endirmiş, qolunda sıyrıqlar əmələ gəlmiş, əlbəyaxa olmuşlar. O, da Qadiri özündən kənarlaşdırmaq üçün əlləri ilə itələmişdir. 23 iyun 2022-ci il tarixdə saat 11:00 radəsində evdə olan zaman o, ögey qardaşları Zaur və Əlifağaya bildirmişdir ki, birlikdə atasının dəniz kənarında olan qeyd edilən mülkünə getsinlər, görsünlər ki, niyə bağlı olan obyekt işlədilir. Saat 11:00 radələrində onlar çimərliyə gəlmiş, həmin vaxt çimərliyin qapısının açıq olmasını görmüş, çimərliyə hər hansı maneə olmadan daxil olmuş və bu zaman nəzarətçi olan, əvvəllər də bir neçə dəfə həmin çimərlikdə nəzarətçi olaraq görmüş olduğu, aralarında hər hansı ədavət və düşmənçilik olmayan Natiq onlara yaxınlaşmış və bu zaman Aqil çimərliyin çöl tərəfinə çıxaraq Qadiri çağırmaq üçün «Antalya» restoranına tərəf qaçmışdır. Qardaşı Əlifağa sərin kölgə tərəfdə oturmuş və o, Zaur ilə ayaqüstə girişdə dayanmışlar. O, əlində olan qıfılı obyektin giriş qapısına vurmaq istəmiş ki, obyekt qanunsuz fəaliyyət göstərməsin, çünki icra məmurları tərəfindən vurulmuş qıfıllar Zərərçəkmiş şəxs1 tərəfindən dəfələrlə sındırılmış və qanunsuz fəaliyyət davam etdirilmişdir. Bu zaman Aqil və Qadir onlara tərəf gəlmiş, aralarında sözlə mübahisələr olmuş, o, həmin şəxslərin məhkəmə aktlarına hörmətsizcəsinə yanaşmalarını, obyektin qanunsuz fəaliyyət göstərməsini haqlı olaraq bildirmişdir. Bu zaman qarşı tərəf ona nalayiq sözlə işlədərək qanunsuz fəaliyyəti davam etdirəcəklərini bildirdikləri üçün aralarında mübahisə daha da gərginləşmişdir. Həmin vaxt Qadir, Natiq və Aqillə tutaşmış, lakin onları vurmadığını, əksinə özünün həmin vaxt xəsarət almasını göstərmişdir. Sonda Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək cinayət əməlində təqsirli olmamasını, hadisənin təşəbbüskarının qarşı tərəf olmasını, onlara xəsarət yetirmədiyini, həmin obyektin mərhum atasına məxsus olmasını və onun qanuni varisi kimi həmin yerə haqlı olaraq getməsini və oranın qanunsuz fəaliyyət göstərməsinə görə Zərərçəkmiş şəxs1 və digərlərinə haqlı irad bildirməsini, həmin şəxslərin Məhkəmə aktlarını qərəzli olaraq icra etməmələrini, bunun icra məmurlarının aktları ilə təsdiq olunmasını, mübahisəni qarşı tərəfin başlamasını, özünün də hər iki hadisə zamanı xəsarət almasını qeyd edərək bu halların qərar qəbul edilməsi zamanı nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 15 may 2022-ci il tarixdə saat 15:30 radəsində yaşadığı Hövsan qəsəbəsində olmuş və yenə çimərliyə getmişdir ki, orda olan vəziyyətlə yerində tanış olsun və çimərliyin ərazisinə daxil olan zaman çimərlik hissəsinin giriş qapısının möhürünün qırılmasını, qapısının açıq olmasını görmüş və «Antalya» restoranı olan hissədən çimərlik hissəyə girmiş və həmin vaxtı ərazidə 2 nəfər fəhlənin təmir abadlıq işləri aparmasını və Qadirin də onların yanında, həyətdə olmasını görmüşdür. O, sındırılmış möhürün videosunu istifasində olan telefonla qeydə almaq istəmişdir ki, vəkilinə bu barədə məlumat vermiş olsun və sonuncu da icra məmurlarına həmin halı bildirsin. Bu zaman onun videoçəkiliş etməsini görən Qadir ətrafda olan fəhlələr və yoldan keçən şəxslərə əhəmiyyət verməyib onun ünvanına nalayiq ifadələr işlətməklə üzərinə gəlib çəkilişə son qoyması və onun həmin ərazidə nə işinin olmasını bildirib ərazini tərk etməsini demiş və bu zaman Qadir əli ilə onun bədəninin müxtəlif nahiyələrinə və qollarına zərbələr endirmiş, qolunda sıyrıqlar əmələ gəlmiş, əlbəyaxa olmuşlar. O, da Qadiri özündən kənarlaşdırmaq üçün əlləri ilə itələmişdir. Sonra isə 102 xidmətinə zəng etmiş, hadisə barəsində məlumat vermiş və hadisə yerinə polislər gəlmişdir. Hadisə təxminən 10-15 dəqiqə ərzində baş vermiş və sonra o, MTE-yə müayinəyə getmişdir. Hadisəni fəhlələr görmüş və orada onları ayırmaq üçün hər hansı aktiv hərəkətlər etməmişlər. Hadisə zamanı əllərində hər hansı yad əşya və ya predmet olmamış, bir-birlərinə xəsarəti əllə yetirmişlər. 23 iyun 2022-ci il tarixdə saat 11:00 radəsində evdə olan zaman o, ögey qardaşları Zaur və Əlifağaya bildirmişdir ki, birlikdə atasının dəniz kənarında olan qeyd edilən mülkünə getsinlər, görsünlər ki, niyə bağlı olan obyekt işlədilir. Saat 11:00 radələrində onlar çimərliyə gəlmiş, həmin vaxt çimərliyin qapısının açıq olmasını görmüş, çimərliyə hər hansı maneə olmadan daxil olmuş və bu zaman nəzarətçi olan, əvvəllər də bir neçə dəfə həmin çimərlikdə nəzarətçi olaraq görmüş olduğu, aralarında hər hansı ədavət və düşmənçilik olmayan Natiq onlara yaxınlaşmış və bu zaman Aqil çimərliyin çöl tərəfinə çıxaraq Qadiri çağırmaq üçün «Antalya» restoranına tərəf qaçmışdır. Qardaşı Əlifağa sərin kölgə tərəfdə oturmuş və o, Zaur ilə ayaqüstə girişdə dayanmışlar. Bu zaman Aqil və Qadir onlara tərəf gəlmişlər. Aqil çatan kimi qardaşı Əlifağa oturan stula bir təpik vurmuş, qardaşı yerə yıxılmış və bu zaman o, həmin Natiq və Aqil ilə əlbəyaxa olmuş, onların hər ikisinə əlləri ilə vurub xəsarət yetirmişdir. Lakin əlində iti kənarlı hər hansı əşya olmamış və əlində hər hansı predmet ilə onların heç birinə xəsarət yetirməmişdir. Qardaşları da onlara hər hansı xəsarət yetirməmişdir. Həmin vaxtı ona xəsarəti əli ilə Qadir yetirmiş, o, isə Qadirə bərk bir şillə vurmuşdur. Onlar arasında mübahisə olmuş və haqlı olaraq niyə bağlı yerin onun tərəfindən açılıb işlədilməsinə görə, çimərlik ərazisinə gedib irad bildirmiş, Qadir də onun ünvanına söyüş etmiş və bu zaman əlbəyaxa olmuşlar. Həmin gün o, da Qadirə xəsarət yetirmiş və MTE-də müayindən keçmişdir. Onlar ilə əlbəyaxa o, olmuş, xəsarəti özü yetirmişdir. Əlində hər hansı iti əşya olmamışdır. Qadir də həmin vaxtı ona şillə vurmuş və onlar əlbəyaxa olmuşlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, qardaşı X11 tərəfindən 01 sentyabr 2000-ci il tarixdə «MARS-M» çoxsaylı kommersiya firması təsis olunmuş və həmin firmada onun hər hansı vəzifəsi olmamışdır. 25 oktyabr 2001-ci il tarixli Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Natiq Mehdiyevin 902 №-li sərəncamı ilə «Mars-M» kommersiya firmasının Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək Hövsan çimərliyindən istirahət zonası kimi istifadə etdiyi torpaq sahəsinin ona təhkim olunması ilə bağlı müraciəti əsasında Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırımış eskiz layihəsi əsasında 1685,6 kv.m tikinti sahəsi olan mövcud istifadə vəziyyətində təhkim olunmasına və 3349,3 kv.m sahənin abadlaşdırılmasına icazə verilmişdir. Həmin vaxtdan sonra onlar, həmin «Antalya» restoranında fəaliyyət göstərmişlər və mövsümi olaraq yay fəslində həmin ərazidən istifadə etmişlər. Belə ki, o, 1999-cu il tarixdən 2007-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri Suraxanı rayonu 30-cu polis bölməsində sahə inspektoru vəzifəsində işləmiş, həmin vaxtdan Təqsirləndirilən şəxs, atası X4 və onun ailə üzvlərinin bir qismini tanımışdır. Hacımurad Rzayev sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin ərazidə kafesi, mağazası, o cümlədən kiçik qayıqları olmuş, balıq tutmaq ilə məşğul olmuşdur. Hacımurad Rzayev və onun ailə üzvləri ilə arasında hər hansı ədavət və düşmənçilik olmamışdır. Hazırkı «Antalya» ərazisinin bir hissəsi Hacımurad Rzayevdən qardaşı tərəfindən alınmışdır. Hacımurad Rzayev 2021-ci il tarixdə öz əcəli ilə ölmüş, səhhəti normal olub ayaq üstü olduğu müddət ərzində onlar arasında həmin obyektlə bağlı hər hansı anlaşılmazlıq olmamış, obyekt alındığı gündən hər hansı bir narazılıq olmadan istifadə olunmuşdur. X5rı, həmçinin digər ailə üzvləri də görmüşdür ki, həmin «Antalya» restoranı və onun çimərlik ərazisində onlara məxsus olmaqla istifadə olunmuşdur. Hacımurad Rzayevin səhhətində yaranan problemlərdən sonra və daha sonra özünün 2021-ci ildə ölməsi ilə oğlu Təqsirləndirilən şəxs kimələrinsə diktəsi ilə həmin çimərlik ərazisinə iddia etməyə başlamışdır. Artıq bundan sonra obyektlə bağlı onlar arasında məhkəmə çəkişməsi başlanmış, son məhkəmə prosesi Bakı Kommersiya Məhkəməsində olmuş və həmin müddət ərzində çimərlik ərazisi ondan öncə məhkəmə tərəfindən təmin etmə tədbiri olaraq möhürlənmişdir. Bütün məhkəmə çəkişmələri Hacımurad Rzayevin səhhətinin pisləşməsindən və ölümündən sonra daha artmışdır. Çünki o, da bildirmişdir ki, həmin çimərlik onlara satılmış və onlar tərəfindən istifadə olunmuşdur. Ona görə də onun sağlığında həmin ərazidə onlara qarşı hər hansı tələbi olmamışdır. Oğlu Təqsirləndirilən şəxs isə atasının ölümündən sonra öz maddi vəziyyətini yaxşılaşdırmaq üçün həmin ərazilərə iddia etmişdir. Halbuki atasının notariat vərəsəlik sənədindən həmin çimərlik ərazisinə hər hansı vərəsə hüququ olmamışdır və onun tələbləri tam olaraq əsassız olmuşdur. Çimərliyin ərazisi həmin ərəfələrdən tərəflərindən abadlaşdırılmış və əhalinin yay fəslində rahat istirahət etmələri üçün istifadələrinə verilmişdir. Hacımurad Rzayev artıq ömrünün sonlarına yaxın oğlunun diktəsi ilə bir neçə il ərzində onlar barəsində hər hansı bir şəxsə müraciət etmədiyi halda Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2021-ci il tarixli Mülki Kollegiyasının qərarı ilə iddiaçı X8 cavabdeh «Mars-M» çoxsahəli istehsalat kommersiya firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində Dənizkənarı sahədə abadlaşdırma və əhalinin rahatlığını təmin etmək məqsədi ilə ona 200 m x 50 m ölçüdə təhkim olunmuş torpaq sahəsinə sahiblik və istifadə hüququnun tanınması, «Mars-M» çoxsahəli istehsalat kommersiya firmasının həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahənin abadlaşdırılması və əhalinin rahatlığını təmin etmək məqsədi ilə ona 200 m x 50 m ölçüdə təhkim olunmuş torpaq sahəsinin istifadəsinə qadağa qoyulmaqla üzərində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi təmin olunmamışdır. Həmin qərardada əsasən icra vərəqəsi üzrə Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən həmçinin dənizkənarı sahənin qapıları möhürlənib bağlanaraq cavabdeh «Mars-M» və başqa şəxslərin istifadəsinə qadağan edilmiş və buna dair müvafiq akt tərtib edilmişdir. 2021-ci ilin yay ayına kimi onlar arasında hər hansı ədavət və düşmənçilik olmamışdır. 20 avqust 2021-ci il tarixdə Hacımurad Rzayev ürək çatmazlığından ölmüşdür. 15 may 2022-ci il tarixdə çimərlik ərazisinə gəlmiş və əraziyə daxil olub hər hansı işgüzar fəaliyyət ilə məşğul olmadan, yəni hər hansı bir şəxsə xidmət göstərib gəlir əldə etmək niyyəti olmadan ərazidə külək tərəfindən dağıdılmış hissələrin bərpa olunması və illərdir əraziyə yatırım etmiş olduğu təmirin tam olaraq sıradan çıxmasının qarşısını almaq üçün orada olan 2 nəfər günəmuzd olan fəhlə, sonradan adını bildiyi Telman və Ruslan adlı şəxsləri çimərliyə dəvət etmişdir ki, ərazidə olan tullantıları yığsın. Artıq saat 15:30 radələri olmuşdur ki, bu zaman Təqsirləndirilən şəxs İcra və Probasiya şöbəsi tərəfindən ona tutulmalı olan iradı və ya hər hansı bir tələbi onların icra etməli olduğu halda, öz mənafeyini hərkəsdən üstün tutmaqla saymazyana çimərliyin ərazisinə daxil olub ünvanına nalayiq ifadələr işlədib niyə çimərliyə daxil olmasını bildirməklə söyüb təhqir edib yanında olan fəhlələrin gözləri qarşısında özünü cavanlığından və idman bədən qurluşundan istifadə edib sakitləşmədən əlləri ilə sifətinə və boyun-gicgah nahiyəsinə xəsarətlər yetirmişdir. O, əli ilə Samiri itələmişdir ki, ondan uzaqlaşsın, hər hansı xəsarət yetirməsin və bu zaman fəhlələr araya keçərək Samirin onu əlləri ilə vurmasını dayandırmışdır. Samir ona hədə-qorxu gələrək özünü Hövsanın yerli sakini olmasını əsas gətirməklə onu və digər şəxsləri həmin çimərliyə buraxmayacağını, əhalinin orada normal istirahətinə maneə olacağını bildirib söyməsinə davam etmiş, bu mövsüm Kommersiya Məhkəməsinin qərarını gözləmədən ona həmin ərazidə işləməyə imkan verməyəcəyini bildirmişdir. Onda hadisə nəticəsində sifət və boyun nahiyəsinin hematoması əmələ gəlmiş və həmin nahiyəsinə qan sızmış, bu zaman xəsarətlərlə bağlı 102 xidmətinə zəng etmiş və hadisə yerinə polis əməkdaşları gəlmişdir. O, baş verənlərlə bağlı ərizə və izahat yazmış, bədən səthində olan xəsarətlərlə bağlı MTE-yə getmişdir. Təqsirləndirilən şəxs onun üzərinə hücuma gəlmiş və çimərlik ərazisində olmuş olsa belə onunla bağlı tələbləri İcra və Probasiya şöbəsi tərəfindən görülməli olduğu halda buna hər hansı hüququ olmayan Təqsirləndirilən şəxs özünün mənafeyini dövlət qurumların mənafeyindən üstün tutmuqla, guya onun hərəkətlərinin qarşısını almaqla, onu döyüb xəsarət yetirməklə qorxudub, bir daha həmin əraziyə gəlməməsinin qarşısını almaq istəmişdir. Ona qəsdən hər hansı xəsarət yetirməmiş, Təqsirləndirilən şəxs onu çimərlik ərazisində görüb üzərinə gəlib söyüş söyüb əlləri ilə vurub xəsarət yetirmişdir. Əraziyə məqsədli şəkildə qəsdən gələrək onu döyüb özünü ətrafdakılara göstərmək üçün belə hər hərəkət etmişdir ki, guya heç kim onu və ya məhkəmə qərarlarını qəbul etmir və özü öz məsələsini həll etmək gücündədir. Ətrafdan keçən şəxslər onun əməllərini görmüş və həmin yerdən keçən hər kəsin gözü qarşısında ona xəsarət yetirmişdir. Samirə isə qəsdən hər hansı xəsarət yetirməmişdir. Samir ondan cavan olmaqla idmançıdır və ondan daha güclüdür. Onunla hər hansı konfliktə getməmişdir. Həmin günkü hadisənin təqsirkarı və səbəbkarı elə Samirin özüdür. 2021-ci il tarixdə atası Hacımurad iddia ilə məhkəməyə müraciət edən zaman xəstə olmuş və iddia ərazisində olan imzası belə özünün olmamışdır. Belə ki, istintaq zamanı Samirin ərizəsi ilə tanış olmaq istəyən zaman onun atasının bir il müddət olar ki, ölməsinə baxmayaraq atasının adından ərizə yazılmaqla məlum olmayan şəxs tərəfindən imzalanmasını görmüş və bu onun üçün maraqlı olmuşdur ki, ölmüş şəxs bir ildən sonra neçə ərizə yaza bilər və ya imza edər. Bu isə bir daha Samirin atasının ölümünün sonlarına yaxın heç nə etmədən birdən varlanmaq niyyətini göstərmişdir ki, həmin tamahına görə heç bir əsaslı səbəb olmadan onun çimərliyə gəlməsini bəhanə olaraq istifadə edib, üzərinə gəlib söyüb təhqir etməklə ona əlləri ilə xəsarət yetirmişdir. Hadisə təşəbbüskarı Samir özü olmuş və Samir onun üzərinə gəlmişdir. 23 iyun 2022-ci il tarixdə səhər saat 10:00 radələrində çimərliyə gəlmişdir. Belə ki, dənizkənarında çoxlu sayda əhali istirahət etmiş və o, ərazidə rəsmi olaraq fəaliyyət göstərməmiş olsa belə, ərazidə qızmar havada çoxlu sayda bir-birini tanımayan insanlar olmasına görə ərazidə baş verə biləcək hər hansı insidentin qarşısını almaq üçün oraya 2 nəfər nəzarətçi təhkim etmişdir. Belə ki, dənizkənarında əhali arasında ara məsafəsi, onların bir-biri ilə qəbul etdikləri spirtli içkinin təsiri altında mübahisə etmələri, çimərlikdə dərin sulara getməmələri və azyaşlı uşaqların nəzarətsiz qalmaması üçün həmin çimərliyə Zərərçəkmiş şəxs2 və X14 təhkim etmişdir. Saat 11 radələrində Təqsirləndirilən şəxs 2 nəfər qardaşı, yəni Zaur Rzayev və Əlifağa Rzayev ilə birlikdə özlərindən razı bir formada obyektin sahibi kimi özlərini aparıb sırf dava-dalaş məqsədi ilə orada olan insanların istirahətini pozub özlərinin mənafeyini hər kəsdən üstün tutub əraziyə keçib istirahət etməklə bir yandan nəzarətçi Zərərçəkmiş şəxs2 üzərinə gəlmiş və ona heçnə olmamış kimi əl qol ilə özlərindən razı bir formada üzərinə gəlməklə çimərlikdə çoxlu sayda insanların giriş yeri olan qapını arxadan bağlamaqla həmin çimərliyin onun atasına aid olmasını, heç kimin həmin ərazidən istifadə etməyinə imkan verməyəcəyini bildirmişdir. Ətrafda olan şəxslərin gözü qarşısında əli ilə Natiqin qolundan tutub sıxmaqla onu qapıdan kənarlaşdırmaq məqsədi ilə əli ilə boynuna bir neçə dəfə vurub xəsarət yetirmiş və bu zaman çimərliyə gələn X23 vurmasını görüb qapıdan içəri girmək istəyən zaman Samirin qardaşı Zaur özü ilə gətirdiyi qıfıl ilə qapını bağlamış və Aqili çimərliyə buraxmamışdır. Bu zaman Aqil 102 xidmətinə zəng edərək Samir və yanında olan şəxslərin Natiqə xəsarət yetirməsini, çimərliyin giriş qapısını bağlamasını və mübahisə yaratması baradə məlumat vermişdir. Restoran tərəfdən çimərliyə daxil olmuş və mübahisə yerinə gəlmişdir. Bu zaman o, Samirin böyük qardaşı Əlifağaya çimərliyi tərk etməsini bildirmişdir ki, mübahisəyə son qoysunlar. Təqsirləndirilən şəxs ani bir anda hər kəsin gözü qaşısında Aqilin üzərinə hücum edib ona yumruq atmış və Aqil yumruqdan yayınıb kənara çəkilən zaman əli ilə onu vuran anda əlini önə doğru tutmuş və bu zaman qardaşları araya keçmişdir. Həmin vaxtı o, Samirin Aqili vurduğu qol nahiyəsinin qanamasını görmüş və artıq anlamışdır ki, həmin vaxtı Samirin əlində iti əşya olmuşdur ki, onunla Aqilə xəsarət yetirmişdir. O, isə yenə onunla hər hansı mübahisə olmasın deyə söhbətə qarışmamış və kənardan baş verənləri müşahidə etmişdir ki, onlar hər vasitə ilə onu mübahisəyə çəkib gələcəkdə onu şərləyib məsuliyyətə cəlb etməyə nail olmasınlar. Onlar polislər gələnə kimi orada qalmışlar və artıq bilirdirmişlər ki, Aqil polisə zəng etmişdir. Bir neçə dəqiqədən sonra polislər hadisə yerinə gəlmiş və Aqilin qolunun qanamasını görmüşlər və yer qan olmuşdur. Samir həmin əşyanı təqdim etməmiş və gizlətmişdir. Samirin qardaşları Aqil və Natiqə hər hansı xəsarət yetirməmişlər, hadisə zamanı onlara xəsarəti Samir yetirmişdir. Samir hadisə təşəbbüskarı olmuş, yenə çimərliyə qardaşları ilə gəlib dava-dalaş salmaq istəmişdir ki, orada olan əhali istirahət etməsin və heç kim çimərliyə səs-küyə görə gəlməsin. Aqil və Natiq Samirə qəsdən hər hansı xəsarət yetirməmişlər, onlar özlərini müdafiə etmişlər. Yenə çimərliyə gələn Samir olmuşdur ki, hadisə təşəbbüskarı elə onun özü olmuşdur. Aqil və Natiq almış olduqları xəsarətlərlə bağlı MTE-yə müraciət etmişdirlər. Məhkəmə iclasında bir daha Təqsirləndirilən şəxslə aralarında barışıq olmamasını, ondan şikayətçi olduğunu bidirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, Hövsan-Türkan yolunda olan «Antalya» restoranında nəzarətçi olaraq qeyri-rəsmi olaraq işləmişdir. Restoranda işlər demək olar ki, mövsümü olduğundan, onlar 02 (iki) aydan az bir müddət ərzində həmin restoranda olur və orda əhalinin sərbəst istirahət etməsi və bir-birləri ilə aralarında yarana biləcək hər hansı anlaşılmazlıq olmaması üçün zəruri qabaqlayıcı tədbirlər görmüşlər ki, artıq istirahət edən insanlar bir-birlərinə dəniz kənarında olan iradlarını onların vasitəsilə etmişlər. «Antalya» restoranın qarşısında olan çimərlikdən xeyli müddət olar ki, Zərərçəkmiş şəxs1 tərəfindən istirahət zonası kimi istifadə edilir. Lakin az bir müddət ərzində hər il orada qeyri-rəsmi olaraq nəzarətçi kimi xidmət edir və ona görə onların həmin ərazi ilə bağlı nə kimi sənədləri olmasını tam olaraq bilmir, həmçinin həmin sənədlər onun üçün maraqlı olmamışdır. Onun Zərərçəkmiş şəxs1 ilə hər hansı ədavət, düşmənçiliyi və hər hansı qohumluq münasibəti yoxdur. Həmin vaxtdan Zərərçəkmiş şəxs1 hazırkı adla «Antalya» restoranında fəaliyyət göstərmiş və mövsümü olaraq yay fəslində həmin ərazidən istifadə etmişlər. Belə ki, Qadirin 1999-cu il tarixdən 2007-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri Suraxanı rayonu 30-cu polis bölməsində sahə inspektoru vəzifəsində işləməsini və həmin vaxtdan Təqsirləndirilən şəxs atası X4 tanımasını, onlar arasında hər hansı ədavət düşmənçilik olmadığını bilmişdir. Hacımurad Rzayev sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və onun həmin ərazidə kafesi, mağazası o cümlədən kiçik qayıqları olmuş, balıq tutulmaq ilə məşğul olmuşdur. Hazırkı Antalya restoranının ərazisinin bir hissəsinin Qadirin qardaşı tərəfindən Hacımurad Rzayevdən alınmasını bilmişdir. Hacımurad Rzayev 2021-ci il tarixdə öz əcəli ilə ölmüş və onun səhhəti normal olub ayaq üstü olduğu müddət ərzində Qadir ilə onun və ailə üzvlərinin arasında obyektlə bağlı hər hansı anlaşılmazlıq olmamış və obyekt alındığı gündən hər hansı bir narazılıq olmadan istifadə olunmuşdur. X5rı və digər ailə üzvləri də görmüşdür ki, həmin «Antalya» restoranı və onun çimərlik ərazisi Qadirin qardaşına məxsus olmaqla onlar tərəfindən istifadə olunmuşdur. Hacımurad Rzayevin səhhətində yaranan problemlərdən sonra və daha sonra özünün 2021-ci il tarixdə ölməsi ilə oğlu Təqsirləndirilən şəxs kimələrinsə diktəsi ilə həmin çimərlik ərazisinə iddiası olmağa başlamışdır. Artıq bundan sonra obyektlərlə bağlı Samirlə Qadirin qardaşı arasında məhkəmə çəkişməsi başlanmışdır. Lakin yekun məhkəmə qətnaməsinin kimin xeyrinə olmasını bilmir və onun üçün də maraqlı olmamışdır. Bütün məhkəmə çəkişmələri Hacımurad Rzayevin səhhətinin pisləşməsindən və ölümündən sonra daha da artmışdır. Onun bildiyinə görə 2021-ci ilin yay ayında Hacımurad Rzayev ürək çatışmazlığından ölmüşdür. O, Samiri və atasını xeyli müddət olar ki, tanımış və onların hər hansı ədavət, düşmənçiliyi olmamışdır. Hər gün nəzarətçi olaraq 07:30 radələrində çimərliyə gəlir, lakin 23 iyun 2022-ci il tarixdə onun bir qədər həkimdə işləri olmasına görə, səhər saat 11 radələrində çimərliyə gəlmişdir. Belə ki, dənizkənarında çoxlu sayda əhali istirahət edirdi və o, ərazidə rəsmi olaraq fəaliyyət göstərməmiş olsa belə, ərazidə qızmar havada çoxlu sayda bir-birini tanımayan insanlar olmasına görə, ərazidə baş verə biləcək hər hansı insidentin qarşısını almaq üçün Zərərçəkmiş şəxs1 əraziyə 2 nəfər nəzarətçi təhkim etmişdir. Belə ki, dənizkənarında əhali arasında ara məsafəsi, onların bir-biri ilə qəbul etdikləri spirtli içkinin təsiri altında mübahisə etmələri, çimərlikdə dərin sulara getməmələri və azyaşlı uşaqların nəzarətsiz qalmaması üçün həmin çimərliyə Zərərçəkmiş şəxs2 və o, təhkim olunmuşdur. 23 iyun 2022-ci il tarixdə saat 11:00 radələrində o, işin qapısına yaxınlaşan zaman Təqsirləndirilən şəxs, 2 nəfər ona sonradan qardaşı kimi məlum olan Zaur və Əlifağa Rzayev ilə birlikdə özlərindən razı bir formada çimərliyin giriş qapısının yanında nəzarətçi kimi duran Zərərçəkmiş şəxs2 üzərinə gedib ona heçnə olmamış kimi çimərlikdə çoxlu sayda insanların giriş yeri olan qapını arxadan bağlamaqla ətrafda olan şəxslərin gözü qarşısında əli ilə qolundan tutub sıxmaqla onu qapıdan kənarlaşdırmaq üçün əli ilə boynuna bir neçə dəfə vurub xəsarət yetirmişdir. Bu zaman Samirin Natiqə xəsarət yetirməsinin qarşısını almaq üçün qapıdan içəri girmək istəyən zaman Samirin qardaşı Zaur özü ilə gətirdiyi qıfıl ilə qapını bağlamış və onu çimərliyə buraxmamışlar. Bu zaman o, 102 xidmətinə zəng edərək Samir və yanında olan şəxslərin Natiqə xəsarət yetirməsini, çimərliyin giriş qapısını bağlamasını və mübahisə yaratması baradə məlumat vermiş və restoran tərəfdən çimərliyə daxil olaraq mübahisə yerinə gəlmişdir. Bu zaman o, Samirin böyük qardaşı Əlifağaya çimərliyi tərk etməsini bildirmişdir ki, mübahisəyə son qoysunlar. Bu zaman Təqsirləndirilən şəxs ani bir anda hər kəsin gözü qaşısında onun üzərinə hücum edib yumruq atmış və Aqil yumruqdan yayınıb kənara çəkilən zaman əlini önə tutmuş, Samirin əlində olan iti əşya onun qoluna dəymiş və bu zaman qardaşları araya keçmişdir. Həmin vaxtı Samir onu qolundan vurduğu nahiyənin qanamasını görmüş və artıq anlamışdır ki, Samirin əlində iti əşya olmuşdur ki, həmin əşya ilə ona xəsarət yetirmişdir. Qadir isə artıq həmin şəxslər tərəfindən bir neçə dəfə şərlənməsinə və hər dəfə onlar tərəfindən haqsızlığa məruz qalmasına görə, onlarla hər hansı mübahisə olmasın deyə söhbətə qarışmamış və kənardan baş verənləri müşahidə etmişdir ki, onlar hər vasitə ilə onu mübahisəyə çəkib gələcəkdə şərləyib məsuliyyətə cəlb etməyə nail olmasınlar. Onlar polislər gələnə kimi orada qalmışlar və artıq bilmişlər ki, o, polisə zəng etmişdir. Bir neçə dəqiqədən sonra polislər hadisə yerinə gəlmiş, qolunun qanamasını görmüşlər və yer qan olmuşdur. Samir həmin əşyanı təqdim etməmiş və gizlətmişdir. Samirin qardaşları onlara hər hansı xəsarət yetirməmişlər, hadisə zamanı onlara xəsarəti Samir yetirmişdir. Samir hadisə təşəbbüskarı olmuş, yenə çimərliyə qardaşları ilə gəlib dava-dalaş salmaq istəmişdir ki, orada olan əhali istirahət etməsin və heç kim çimərliyə səs küyə görə gəlməsin. Natiq və o, Samirə qəsdən hər hansı xəsarət yetirməmişlər, onlar özlərini müdafiə etmişlər, yenə çimərliyə gələn Samir olmuşdur ki, hadisə təşəbbüskarı elə onun özü olmuşdur. Natiq və o, almış olduğu xəsarətlərlə bağlı MTE-yə müraciət etmişlər. Hadisə zamanı o, və Natiq Samirə hər hansı xəsarət yetirməmişlər. Bundan başqa hətta bilmişlər ki, 15 may 2022-ci il tarixdə Samir yenə çimərlik ərazisinə gəlmiş, saat 15:30 radələrində Qadiri söyüb təhqir etməklə yanaşı fəhlələrin gözləri qarşısında əlləri ilə onun sifətinə və digər nahiyələrinə xəsarətlər yetirmişlər. Həmin hadisənin şahidi olmamış və həmin ərəfədə mövsümü hazırlıq mərhələsi olmasına görə işdə olmamışdır. Qadirin deməsindən bilmiş və ona görə sonra baş verən hadisəyə müdaxilə etməmişdir ki, Samir tərəfindən şərlənməsin. Hər dəfə hadisə yerinə gələn Samir olmuşdur və hadisəyə təşəbbüskar o, olmuşdur. Məhkəmə iclasında bir daha Təqsirləndirilən şəxslə aralarında barışıq olmamasını, ondan şikayətçi olduğunu bidirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, təxminən 4 il müddət olar ki, Hövsan-Türkan yolunda olan «Antalya» restoranında nəzarətçi kimi qeyri-rəsmi olaraq işləmişdir. Restoranda işlər demək olar ki, mövsümü olduğundan, onlar 2 aydan az bir müddət ərzində həmin restoranda olur və orda əhalinin sərbəst istirahət etməsi və bir-birləri ilə aralarında yarana biləcək hər hansı anlaşılmazlıq olmaması üçün zəruri qabaqlayıcı tədbirlər görmüşlər ki, artıq istirahət edən insanlar bir-birlərinə dəniz kənarında olan iradlarını onların vasitəsilə etmişlər. «Antalya» restoranın qarşısında olan çimərlikdən xeyli müddət olar ki, Zərərçəkmiş şəxs1 tərəfindən istirahət zonası kimi istifadə edilir. Lakin az bir müddət ərzində hər il orada qeyri-rəsmi olaraq nəzarətçi kimi xidmət edir və ona görə onların həmin ərazi ilə bağlı nə kimi sənədləri olmasını tam olaraq bilmir, həmçinin həmin sənədlər onun üçün maraqlı olmamışdır. Onun Zərərçəkmiş şəxs1 ilə hər hansı ədavət, düşmənçiliyi və hər hansı qohumluq münasibəti yoxdur. Həmin vaxtdan Zərərçəkmiş şəxs1 hazırkı adla «Antalya» restoranında fəaliyyət göstərmiş və mövsümü olaraq yay fəslində həmin ərazidən istifadə etmişlər. Belə ki, Qadirin 1999-cu il tarixdən 2007-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri Suraxanı rayonu 30-cu polis bölməsində sahə inspektoru vəzifəsində işləməsini və həmin vaxtdan Təqsirləndirilən şəxs, atası X4 tanımasını, onlar arasında hər hansı ədavət düşmənçilik olmadığını bilmişdir. Hacımurad Rzayev sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və onun həmin ərazidə kafesi, mağazası o cümlədən kiçik qayıqları olmuşdur ki, balıq tutulmaq ilə məşğul olmuşdur. Hazırkı Antalya restoranının ərazisinin bir hissəsinin Qadirin qardaşı tərəfindən Hacımurad Rzayevdən alınmasını bilmişdir. Hacımurad Rzayev 2021-ci ildə öz əcəli ilə ölmüşdür və onun səhhəti normal olub ayaq üstü olduğu müddət ərzində Qadir ilə onun və ailə üzvlərinin arasında obyektlə bağlı hər hansı anlaşılmazlıq olmamış və obyekt alındığı gündən hər hansı bir narazılıq olmadan istifadə olunmuşdur. X5rı və digər ailə üzvləridə görmüşdür ki, həmin «Antalya» restoranı və onun çimərlik ərazisi Qadirin qardaşına məxsus olmaqla onlar tərəfindən istifadə olunmuşdur. Hacımurad Rzayevin səhhətində yaranan problemlərdən sonra və daha sonra özünün 2021-ci ildə ölməsi ilə oğlu Təqsirləndirilən şəxs kimələrinsə diktəsi ilə həmin çimərlik ərazisinə iddiası olmağa başlamışdır. Artıq bundan sonra obyektlərlə bağlı Samirlə Qadirin qardaşı arasında məhkəmə çəkişməsi başlanmışdır. Lakin yekun məhkəmə qətnaməsinin kimin xeyrinə olmasını bilmir və onun üçün də maraqlı olmamışdır. Bütün məhkəmə çəkişmləri Hacımurad Rzayevin səhhətinin pisləşməsindən və ölümündən sonra daha da artmışdır. Onun bildiyinə görə 2021-ci ilin yay ayında Hacımurad Rzayev ürək çatışmazlığından ölmüşdür. Təqsirləndirilən şəxs keçən ildən tanımış və onlar arasında hər hansı anlaşılmazlıq olmamışdır. O, əksərən səhər saat 07:30 radələrində işə gəlir və 23 iyun 2022-ci il tarixdə də həmin saatda işə gəlmişdir. Belə ki, həmin gün hava isti olduğuna görə dənizkənarında çoxlu sayda əhali istirahət etmək üçün toplaşmışdır. Ərazidə qızmar havada çoxlu sayda bir-birini tanımayan insanlar olmasına görə ərazidə baş verə biləcək hər hansı insidentin qarşısını almaq üçün əraziyə hər gün 2 nəfər nəzarətçi təhkim olunmuşdur. Belə ki, dənizkənarında əhali arasında ara məsafəsi, onların bir-biri ilə qəbul etdikləri spirtli içkinin təsiri altında mübahisə etmələri, çimərlikdə dərin sulara getməmələri və azyaşlı uşaqların nəzarətsiz qalmaması üçün həmin çimərliyə onun kimi Zərərçəkmiş şəxs3 da nəzarətçi olaraq təhkim edilmişdir. Saat 11:00 radələri olmuşdur ki, Təqsirləndirilən şəxs, 2 nəfər ona sonradan qardaşı kimi məlum olan Zaur və Əlifağa Rzayev ilə birlikdə özlərindən razı bir formada obyektin sahibi kimi özlərini aparıb sırf dava-dalaş məqsədi ilə orada olan insanların istirahətini pozub özlərinin mənafeyini hər kəsdən üstün tutub əraziyə keçib istirahət etməklə yanaşı, onun üzərinə gəlmiş və ona heçnə olmamış kimi əl-qol ilə özlərindən razı bir formada üzərinə gəlməklə çimərlikdə çoxlu sayda insanların giriş yeri olan qapını arxadan bağlamaqla həmin çimərliyin atasına aid olmasını, heç kimin həmin ərazidən istifadə etməyinə imkan verməyəcəyini bildirmişdir. Ətrafda olan şəxslərin gözü qarşısında əli ilə onun qolundan tutub sıxmaqla, qapıdan kənarlaşdırmaq məqsədi ilə əli ilə boynundan bir neçə dəfə vurub xəsarət yetirmiş və bu zaman çimərliyə gələn Aqil Samirin onu vurmasını görüb qapıdan içəri girmək istəyən zaman Samirin qardaşı Zaur özü ilə gətirdiyi qıfıl ilə qapını bağlamış və Aqili çimərliyə buraxmamışdır. Bu zaman Aqil 102 xidmətinə zəng edərək Samir və yanında olan şəxslərin ona xəsarət yetirməsini, çimərliyin giriş qapısını bağlamasını və mübahisə yaratması baradə məlumat vermişdir. Restoran tərəfdən çimərliyə daxil olmuş, mübahisə yerinə gəlmişdir. Bu zaman Aqil Samirin böyük qardaşı Əlifağaya çimərliyi tərk etməsini bildirmişdir ki, mübahisəyə son qoysunlar. Bu zaman Təqsirləndirilən şəxs ani bir anda hər kəsin gözü qaşısında Aqilin üzərinə hücum edib ona yumruq atmış, Aqil yumruqdan yayınıb kənara çəkilən zaman əli ilə onu vuran anda əlini önə doğru tutmuş və bu zaman qardaşları araya keçmişdir. Həmin vaxtı o, Samirin Aqili vurduğu qol nahiyəsinin qanamasını görmüş və artıq anlamışdır ki, həmin vaxt Samirin əlində iti əşya olmuşdur ki, onunla Aqilə xəsarət yetirmişdir. Qadir isə artıq həmin şəxslər tərəfindən bir neçə dəfə şərlənməsinə və hər dəfə onlar tərəfindən haqsızlığa məruz qalmasına görə onlarla hər hansı mübahisə olmasın deyə söhbətə qarışmamış və kənardan baş verənləri müşahidə etmişdir ki, onlar hər vasitə ilə onu mübahisəyə çəkib gələcəkdə onu şərləyib məsuliyyət cəlb etməyə nail olmasınlar. Onlar polislər gələnə kimi orada qalmışlar və artıq bilmişlər ki, Aqil polisə zəng etmişdir. Bir neçə dəqiqədən sonra polislər hadisə yerinə gəlmiş, Aqilin qolunun qanamasını görmüşlər. Yer isə qan olmuşdur. Samir həmin əşyanı təqdim etməmiş və gizlətmişdir. Samirin qardaşları onlara xəsarət yetirməmişlər, hadisə zamanı onlara xəsarəti Samir yetirmişdir. Samir hadisə təşəbbüskarı olmuşdur. Samir yenə çimərliyə qardaşları ilə gəlib dava-dalaş salmaq istəmişdir ki, orada olan əhali istirahət etməsin və heç kim çimərliyə səs-küyə görə gəlməsin. Aqil və o, Samirə qəsdən hər hansı xəsarət yetirməmişlər, özlərini müdafiə etmişlər. Yenə çimərliyə gələn Samir olmuşdur ki, hadisə təşəbbüskarı elə onun özüdür. Aqil və o, almış olduqları xəsarətlərlə bağlı MTE-yə müraciət etmişlər. Hadisə zamanı Samirə hər hansı xəsarət yetirməmişdir. Bundan başqa hətta onlar bilmişlər ki, 15 may 2022-ci il tarixdə Samir yenə çimərlik ərazisinə gəlmiş, saat 15:30 radələrində Qadiri söyüb təhqir etməklə yanaşı, fəhlələrin gözləri qarşısında əlləri ilə onun sifətinə və digər nahiyələrinə xəsarətlər yetirmişdir. O, həmin hadisənin şahidi olmamışdır. Çünki, həmin ərəfədə mövsümi hazırlıq mərhələsi olmasına görə işdə olmamışdır. Qadirin deməsindən bilmişdir ki, Qadir ona sonra baş verən hadisəyə müdaxilə etməmişdir ki, Samir tərəfindən şərlənməsin. Hər dəfə hadisə yerinə gələn Samir olmuşdur və hadisəyə təşəbbüskar o, olmuşdur. Məhkəmə iclasında bir daha Təqsirləndirilən şəxslə aralarında barışıq olmamasını, ondan şikayətçi olduğunu bidirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xeyli müddət olar ki, fəhləlik edib ailəsini dolandırır, «stansiya Razin» deyilən yerdə fəhlə olaraq dayanır və oradan təklif olunan işə gedir. 15 may 2022-ci il tarixdə həmin ünvanda olan zaman «Antalya» kafesində nəzarətçi işləməsini bilmiş olduğu Aqil adlı şəxs stansiyaya gələrək fəhlə lazım olmasını bildirmişdir və günü 25 manata olmaqla fəhləlik barədə razılaşmışlar. Hövsan qəsəbəsində Antalya ailəvi istirahət mərkəzində olan otları biçmək və bir neçə təmir işləri olmasını, buna görə də ona əlavə fəhlə lazım olmasını bildirmişdir. Tanışı Ruslanla günlük 25 manata razılaşmış və Aqilin yanında işləmək üçün Ruslanı götürüb Hövsan qəsəbəsində olan «Antalya» restoranına getmiş və orada ilk dəfə həmin obyektin sahibi kimi ona məlum olan Zərərçəkmiş şəxs1 görmüşdür. Zərərçəkmiş şəxs1 onlara ərazidə külək tərəfindən dağıdılmış hissələrin bərpa olunması, ərazinin ot alafının təmizlənməsini və ərazidə olan tullantıların yığılmasını bildirmişdir. Həmin gün saat 15:30 radələri olmuşdur ki, bu zaman sonradan adını bildiyi bir nəfər alçaq boylu idman bədən quruluşlu Təqsirləndirilən şəxs Qadir ilə yüksək səslə mübahisə etməsini, onun ünvanına nalayiq ifadələr işlədib niyə çimərliyə daxil olmasını bildirməklə söyüb təhqir etməsini eşitmiş və görmüşdür. Bu zaman onlar səsə doğru yaxınlaşan zaman Təqsirləndirilən şəxs onların gözü qarşısında özünün cavanlığından və idman bədən qurluşundan istifadə edib əlləri ilə Qadirin sifət və boynuna vurmuş və bu zaman onlar araya keçmişdir. Qadir həmin şəxsə hər hansı xəsarət yetirməmişdir. Qadir hadisə ilə bağlı 102 xidmətinə zəng etmiş, hadisə yerinə polis əməkdaşları gəlmiş, o, baş verənlərlə bağlı ərizə və izahat yazmış və MTE-yə getmişdir. Hadisə təxminən 5 dəqiqə müddətində baş vermiş və dəniz mövsümü hələ başlamadığından ətrafda elə də çox şəxs olmadığından hadisə şahidi olmamışdır. Hadisə şahidi yalnız o, və Ruslan olmuşdur. Qadir qəsdən Təqsirləndirilən şəxs hər hansı xəsarət yetirməmişdir. Həmin ünvana gələn Samir olmuşdur və hadisə səbəbkarı o, olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 27 iyun 2022-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru, Raciv Almazov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə başlanmışdır. 15 may 2022-ci il tarixli “baxış keçirmə və götürmə haqqında” protokola əsasən qeyd olunan hadisənin baş verdiyi yer dənizkənarıdır. Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda olan “Antalya” adlı istirahət mərkəzində baş vermişdir. Orada hər-hansı video görüntü olması müəyyən edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur. 23 iyun 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokola əsasən hadisə yeri Suraxanı rayonu, Hövsan qəsəbəsi, dənizkənarıdır. Dəniz kənarı ağ çəpərlə ayrılaraq dəmir qapı ilə bağlanmışdır. Hadisə yerindən heç bir sübut əhəmiyyəti kəsb edəcək əşya və ya predmet aşkar edilməmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. 15 may 2022-ci il tarixli, 527 nömrəli məhkəmə-tibbi ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ bazunun qançırları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Alınma müddəti qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də, yıxılma nəticəsində alınmaları inandırıcı deyil. 15 may 2022-ci il tarixli, 531 nömrəli məhkəmə-tibbi ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər-sol almacıq nahiyəsinin şişkinliyi, sol-gicgah nahiyəsinin hematoması bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs1 aşkar olunmuş xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin onun özü tərəfindən yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları az inandırıcıdır. 23 iyun 2022-ci il tarixli, 697 nömrəli məhkəmə-tibbi ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs sol qaş qövsü nahiyəsinin qançırı və sıyrığı; boyunun və sağ bazunun sırıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində törənməsi inandırıcı deyil. 23 iyun 2022-ci il tarixli, 699 nömrəli məhkəmə-tibbi ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs3 sağ saidin orta 1/3-nin ön-iç səthinin əzilmişcırılmış yarası və hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə xəsarətin özü tərəfindən özünə yetirilməsi və eləcə də yıxılma zamanı əmələ gəlməsi inkar olunur. 25 iyun 2022-ci il tarixli, 712 nömrəli məhkəmə-tibbi ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ bazunun qançırı və boyunun sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində törənməsi inandırıcı deyil. 14 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 13 sentyabr 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 128, 221.2.2 və 221.3-cü maddələrinə tövsif edilmiş, 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 128, 221.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin tarixdə ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 silah qismində istifadə etdiyi əşya ilə vurması istintaq materialları ilə sübuta yetdiyindən ona veriləcək ittihamda nəzərə alınması müəyyən olunmuşdur. X9 və X10 ifadələri maraqlı tərəf olduqlarından, qərəzli olmaqla Təqsirləndirilən şəxs xeyrinə ifadə vermələrini nəzərə alaraq ifadələrin sübut hesab olunmaması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf etsə də əməlində xuliqanlıq cinayət əməlinin tərkib əlamətlərinin olmadığını göstərmiş, lakin istintaq zamanı Təqsirləndirilən şəxs gətirdiyi dəlillər toplanmış mötəbər yetərsay sübutların məcmusu ilə cinayət təqibi zamanı tam təkzib olunaraq onun Azərbaycan Respublikası CM-nin 128, 221.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı şahid ifadələri, üzləşdirmə protokolları, məhkəmə-tibb ekspertizalarının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilməz qaydada sübuta yetirildiyindən Təqsirləndirilən şəxs göstərdiyi dəlillər özünümüdafiə kimi qiymətləndirilib rədd edilməsi müəyyən olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, tərəflər ifadələrində qeyd etdiklərini üzləşdirmə zamanı yenidən təsdiq etmişlər. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq çağırışlara gəlmədiyindən müstəntiq tərəfindən 01 oktyabr 2022-ci il tarixdə barəsində axtarış elan edilmiş, 09 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq İdarənin MSY-nə təhvil verilmişdir. 11 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 209482 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, təqsirləndirilən şəxsin atası X8 20 avqust 2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş 10 noyabr 2021-ci il tarixli Bakı şəhəri 35 saylı Notariat ofisindən verilmiş 583 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdə vəfat etmiş atası X2 qanun üzrə vərəsəsidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixli 1220 nömrəli Sərəncamına əsasən Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə 200 m x 50 m ölçüdə torpaq sahəsinin abadlaşdırılması və əhalinin rahatlığını təmin etmək üçün təqdim olunmuş cizgi əsasında X3 təhkim olunmuş, həmin sahədə kapital tikintinin aparılması qadağan edilmiş, çimərlikdə əhaliyə göstərilən bütün xidmət növləri pulsuz müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 25 oktyabr 2001-ci il tarixli 902 nömrəli Sərəncamına əsasən Mars-M çoxsahəli istehsalat kommersiya firmasına Suraxanı rayonu, Hövsan çimərliyində eskiz layihəsi əsasında 1685,6 kv.m tikinti sahəsi olan mövcud istifadə vəziyyətində təhkim olunmasına və 3349,3 kv.m sahənin abadlaşdırılmasına icazə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6276/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində olarkən X3 200 metr x 50 metr ölçüdə təhkim olunmuş torpaq sahəsinin istifadəsinin cavabdehə və başqalarına qadağan edilməsinə dair tələb icra məmurları tərəfindən tam olaraq təmin olundu, cavabdeh və digər şəxslər qeyd olunan ərazidən çıxarılaraq ərazinin giriş qapıları bağlandı, Suraxanı rayon İcra və Probasiya şöbəsinin dairəvi möhürü ilə möhürləndi. Tərəflərə bununla bağlı pozuntuya yol verməmələri üçün xəbərdarlıq edildi. Həmin vaxt orada Hacımurad Rzayev, onun nümayəndəsi Ziyamin Güləhmədov, icra məmurları və X12 iştirak etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək üçün icra sənədində qeyd edilmiş Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində yerləşən dənizkənarı sahədə olarkən X3 və onun qanun üzrə vərəsəsi Təqsirləndirilən şəxs təhkim olunmuş 200 m x 50 m ölçüdə torpaq sahəsi xüsusi vasitələrdən istifadə edilərək icra məmurları tərəfindən ölçüldü və ərazi müəyyən edildi. Müəyyən edilmiş torpaq sahəsindən istifadə tələbkar və başqa şəxslərə qadağan edildi. Müəyyən edilmiş sahədə tikilmiş qeyri-yaşayış sahələrinin, obyektlərin qapılarına plomb qoyuldu və möhürləndi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, icra yerində olarkən dənizkənarı sahənin giriş qapılarının möhürünün söküldüyü, böyük darvazanın isə möhürünün sökülərək yenidən möhürləndiyi məlum oldu. İcra məmurları tərəfindən qeyd olunan qapılar yenidən möhürlənərək hüquqi şəxs Mars M çoxsahəli istehsalat kommersiya firmasının ünvanına məsuliyyətlə əlaqədar xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Suraxanı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Nicat Vəlizadə tərəfindən qəbul edilmiş qərarla xx.xx.2021-ci il tarixdə vəfat etmiş tələbkar X2 övladı xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs tələbkar kimi əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6276/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadına əsasən müəyyən edilmişdir ki, iddiaçı X8 cavabdeh Mars-M çoxsahəli istehsalat kommersiya firmasına qarşı istifadə və sahiblik hüququnun bərpa edilməsi və sair tələbinə dair mülki iş üzrə Suraxanı rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2(010)-2629/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Suraxanı rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2(010)-2629/2020 saylı qərardadı ləğv edilmiş, iddiaçı X2 cavabdeh Mars- M çoxsahəli istehsalat kommersiya firmasına qarşı istifadə və sahiblik hüququnun bərpa edilməsi və sair tələbinə dair mülki iş üzrə iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilmişdir. Hövsan qəsəbəsi Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə abadlaşdırılma və əhalinin rahatlığını təmin etmək məqsədi ilə X3 200 m x 50 m ölçüdə təhkim olunmuş torpaq sahəsinin istifadəsi cavabdehə və başqa şəxslərə qadağan edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli Qərarına əsasən iddiaçı Mars-M çoxsahəli istehsalat kommersiya firmasının cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-1189-2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 902 saylı sərəncamı ilə Mars-M çoxsahəli istehsalat kommersiya firmasına verilmiş torpaq sahəsinin eskiz layihəsində olan sxem ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1221 saylı sərəncamı ilə X3 təhkim olunmuş torpaq sahəsi üst-üstə düşmür. İddiaçı Mars-M çoxsahəli istehsalat kommersiya firması hüququn pozulmasına səbəb olmuş subyektiv hüququnun mövcudluğunu sübut edə bilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6276/2020 saylı xx.xx.2021-ci il tarixli Qərardadına əsasən iddiaçı X2 29 iyul 2020-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsinə dair ərizəsi təmin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3860/2023 saylı qərardadından görünür ki, mülki iş üzrə iddiaçı X2 hüquqi varisi Təqsirləndirilən şəxs ilə Mars-M çoxsahəli istehsalat kommersiya firması arasında mübahisənin həlli üçün məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş və mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən Bakı Apellyasiya Məhkəməsinin hakiminin sorğusuna cavab olaraq bildirilmişdir ki, X2 nümayəndəsi tərəfindən göstərilən torpaq sahəsi 1.0 ha təşkil edir (200 m x 50 m). Torpaq sahəsinin sərhədləri üç tərəfdən mişar daş hasarla, bir tərəfdən isə şərtidir. Sözügedən torpaq sahəsi Antalya dənizkənarı istirahət Mərkəzi kimi istifadə olunur. İş materialların əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş video görüntülər olan 1 ədəd DVD diskə məhkəmə iclasında sənədlərin tədqiqi zamanı baxış keçirilərək müəyyən edildi ki, diskin içərisində 11 ədəd video görüntü vardır. Həmin görüntülərdə icra məmurları tərəfindən hadisə baş verən obyektə qıfıl və möhürün vurulması, icra məmurları tərəfindən aktın tərtib edilməsi, hadisə yerinin girişinə qoyulmuş qapının qıfılının sındırılaraq Zərərçəkmiş şəxs1 tərəfindən fəaliyyət göstərilməyə davam edilməsi, məhkəmə aktlarının icra olunması tələbi ilə bağlı Təqsirləndirilən şəxs obyektin girişində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə sözlə mübahisələr etməsi, onlardan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 icra məmurları tərəfindən məhkəmə aktını əks etdirən plakatın sındırılması və yerə atılması, həmçinin Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs qarşı hədə-qroxuların gəlinməsi aydın müşahidə olunur. Videogörüntülərdən həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda hadisə baş verən əraziyə yəni Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda olan dənizkənarı çimərlik sahəsi olan “Antalya” restoranına gedib orada məhkəmə aktlarının icra olunmasına nəzarət edən icra məmurları tərəfindən qoyulmuş qıfıl və möhürlərin məhv edilərək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən yenidən qanunsuz fəaliyyətin göstərilməsinə görə onlara iradlarını bildirmiş, qanunsuz fəaliyyətə yol verməyəcəyini demiş, bu zaman həmin şəxslər tərəfindən Təqsirləndirilən şəxs qarşı hədə-qorxu gəlindiyi, eləcə də məhkəmə aktlarının onlar tərəfindən tanınmaması kimi fikirlər səsləndirildiyi, fəaliyyətin davam etdiriləcəyi bildirilmiş, həqiqətən də obyektin qapısına icra məmurları tərəfindən vurulmuş qıfılların sındırıldığı və obyektdə Zərərçəkmiş şəxs1 tərəfindən restoran fəaliyyətinin davam etdirildiyi aydın görünür. Həmin 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs barəsində elan olunmuş Azərbaycan Respublikası CM-nin 128, 221.2.2 və 221.3-cü maddələri ilə olan ittihamdan 221.2.2-ci maddəsinin xaric olunması, CM-nin 221.2.2-ci maddəsinin CM-nin 221.3-cü maddəsi ilə tam əhatə olunmasını nəzərə alaraq ittihamın CM-nin 128 və 221.3cü maddələri ilə verilməsi barədə rəy bildirilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli Cinayət Məcəlləsinin maddəsinə düzgün tövsif edilməmişdir. Məhkəmə hesab edir ki, 15 may 2022-ci il tarixdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əli ilə vuraraq sonuncuya sağlamlığının qısa müddətə pozulmaqla yüngül dərəcəli bədən xəsarəti yetirməsi faktı təqsirləndirilən şəxsin qismən, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və məhkəmə tibbi ekspertizasının rəyi ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə verilmiş həmin ittihamın qanuni və əsaslı olması ilə razılaşır. Lakin 23 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əvvəlcə Zərərçəkmiş şəxs2 əlləri ilə vurub sağlamlığına dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi, daha sonra isə Zərərçəkmiş şəxs3 əlində olan silah qismində istifadə etdiyi əşya ilə vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməsi faktında Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkib əlamətlərinin olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş və qiymətləndirilmiş sübutların məcmusuna əsasən öz təsdiqini tapmır. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 23 iyun 2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla hüquqi qiymətin verilməsini, hadisə yerini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş mübahisənin səbəblərini, mübahisənin kim tərəfindən başlanmasını, motivini, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin edilməsi nəzərdə tutulur. Xuliqanlıq cinayətinin obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər törədildikdə. Buna görə də, əməlin xuliqanlıq cinayəti hesab olunması üçün şəxsin hərəkətlərində bu cinayətin obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə görə isə xuliqanlıq silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq edilməklə törədildikdə, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə həmin maddə ilə məsuliyyət o vaxt yarana bilər ki, şəxsin əməlində eyni zamanda həm də Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmalıdır. Xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 10.3-cu maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir, bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair 12 oktyabr 2022-ci il tarixli Qərardadında qeyd olunanlara görə subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarı). Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarına görə xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli Qərarına əsasən cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəmənin İcmalında məhkəmə fəaliyyətində xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilən cinayətlər üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədi ilə hazırki icmalda istinad olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumlarının qərarlarından irəli gələn hüquqi mövqelərin öyrənilməsi və işlərə baxılması zamanı nəzərə alınması tövsiyə olunmuşdur. Tövsiyəyə əsasən xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. İttihamda qeyd olunan 23 iyun 2022-ci il tarixli hadisə zamanı Təqsirləndirilən şəxs obyektin mərhum atası X13 əsasında verilməsini, onun qanun üzrə vərəsəsi olmasını, məhkəmə aktlarına əsasən məhkəmə mübahisələri gedən müddətdə qarşı tərəflərin həmin obyektə giriş-çıxışının qadfağan olunmasına baxmayaraq, həmçinin icra məmurları tərəfindən obyektin girişinə qıfıl və möhürlərin vurulmasına baxmayaraq, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən pozuntulara yol verilməklə obyektin qanunsuz olaraq fəaliyyət göstərməsi təqsirləndirilən şəxs tərəfindən ağlabatanlıqla səhv əməl kimi qəbul edilib buna görə onlara haqlı irad bildirmiş və qapının yenidən qıfıllanmasına cəhd etmiş, bu zaman tərəflər arasında mübahisə yaranmış və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs əlləri ilə Zərərçəkmiş şəxs2 vuraraq dərəcəsi təyin edilməyən, daha sonra isə əlləri ilə Zərərçəkmiş şəxs3 vuraraq yüngül dərəcəli bədən xəsarəti yetirmiş, həmçinin özü də mübahisə zamanı dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. Hadisənin baş verdiyi yer Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan- Türkan yolunda olan dənizkənarı çimərlik ərazisi olan “Antalya” restoranının ərazisi 23 iyul 1998-ci il tarixli Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 1220 nömrəli Sərəncamına əsasən Təqsirləndirilən şəxs X16 istifadəsinə verilmiş, atası öldükdən sonra qanun üzrə vərəsəsi Təqsirləndirilən şəxs olmuş, daha sonra həmin ərazi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 902 nömrəli Sərəncamına əsasən Mars-M çoxsahəli istehsalat kommersiya firmasının istifadəsinə verilmiş, həmin sahədə tikinti və abadlaşdırma işləri görülmüş, lakin əvvəlki 23 iyul 1998-ci il tarixli Sərəncam ləğv edilməmiş, hazırda həmin sahənin kimə məxsus olması ilə bağlı mübahisə qalmaqdadır və bununla bağlı məhkəmə mübahisələri davam edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-nin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. MM-nin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. MM-nin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Göründüyü kimi Təqsirləndirilən şəxs mərhum X7 üzrə vərəsəsi olmaqla həmin torpaq sahəsinə mülkiyyət hüququ ilə olmasa da sahiblik hüququnun olmasına əsaslanaraq qüvvədə olan, ləğv edilməmiş 23 iyul 1998-ci il tarixli Sərəncamı əsas tutaraq, həmin hüququnun pozulmasına görə pozuntuya yol vermiş şəxslərin bu hərəkətlərə son qoymasını, qüvvədə olan məhkəmə aktlarının icrasının təmin olunmasına nail olmaq üçün 23 iyun 2022-ci il tarixdə təkrarən hadisə yerinə gəlmiş, bundan öncə də icra məmurları tərəfindən Zərərçəkmiş şəxs1 və qeyriləri tərəfindən məhkəmə aktlarına əməl olunmaması və pozuntulara yol verilməsinə, həmçinin icra məmurlarının xəbərdarlıqlarına məhəl qoymamalarını onlara haqlı irad kimi bildirmiş, həmin vaxt yanında qardaşları Əlifağa Rzayev və Zaur Rzayev olmuşdur. Əlində olan qıfılı obyektin giriş qapısına vurmaq istəmiş ki, qanunsuz fəaliyyət davam etdirilməsin. Mübahisəyə səbəb Zərərçəkmiş şəxs1 qüvvədə olan məhkəmə aktlarına məhəl qoymadan onların girişinə və istifadəsinə qadağa qoyulmuş dənizkənarı obyektin ərazisinə icra məmurlarının qoyduğu qıfılı və möhürü sındırmaqla daxil olub, qanunsuz ticarət fəaliyyəti ilə məşğul olmasına görə Təqsirləndirilən şəxs tərəfindən irad bildirilməsi olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 əlləri ilə vurub sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, daha sonra isə Zərərçəkmiş şəxs3 əlində olan silah qismində istifadə etdiyi əşya ilə vurub yüngül dərəcəli bədən xəsarəti yetirməsi toplanmış sübutlarla qismən öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 əllə xəsarət yetirilməsi zərərçəkmiş şəxsin özünün, digər Zərərçəkmiş şəxs3, şahid Zərərçəkmiş şəxs1 ifadələri, həmçinin məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqini tapsa da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 əlində olan iti-kəsici əşya ilə vurması, həmçinin əməlində xuliqanlıq cinayətinin tərkib əlamətinin olması Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ifadələrindən başqa digər mötəbər sübutlarla təsdiq olunmur. Qeyd olunan hal məhkəmə tibbi ekspertiza rəyində də sağ saidin orta 1/3nin ön iç səthinin əzilmiş-cırılmış yarası və hematoması kimi qeyd olunmaqla xəsarətin hansı əşya ilə alınması öz əksini tapmamışdır. Bundan başqa iş materiallarında səhifə 108-də hadisə yerinə baxış protokolunda hadisə yerinin videomüşahidə kameralarının nəzarətində olması görünsə də zərərçəkmiş şəxlər tərəfindən ictimai qaydanın Təqsirləndirilən şəxs tərəfindən pozulması, eləcə də həmin şəxsin əlində kəsici alətin olması təsdiq oluna biləcəyi halda həmin görüntülər istintaqa təqdim edilməmiş, hadisə yerində videogörüntülərin olmaması, iş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs əlində olmuş iti-kəsici əşyanın müəyyən edilərək maddi sübut kimi tanınmaması qeyd olunan xəsarətin hansı şəraitdə və hansı alətlə yetirilməsi barədə məhkəmədə əsaslı şübhələr yaradır və qeyd olunan şübhəli hallar təqsirləndirilən şəxsin xeyrinə olan xüsusat kimi qiymətləndirilir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ifadələri ziddiyyətli olduğundan və məhkəmə istintaqı zamanı digər sübutlarla müqayisə edilməklə araşdırılmış və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. O cümlədən qeyd olunmalıdır ki, zərərçəkmiş şəxslərin ifadələrində qeyd etdikləri 23 iyun 2022-ci il tarixdə hadisə yerində çoxlu sayda insanların olması, Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi hər hansı mötəbər sübut növü ilə təsdiqini tapmır. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixli hadisə zamanı Zərərçəkmiş şəxs3 sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirsə belə, həmin əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, mübahisəyə səbəb Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs özlərinə məxsus olmasını iddia etdiyi “Antalya” restoranının yerləşdiyi torpaq sahəsinə dair Təqsirləndirilən şəxs xeyrinə məhkəmə aktlarının olmasına, Zərərçəkmiş şəxs1 və qeyrilərinə həmin sahədən istifadə olunmasının qadağa olunmasına baxmayaraq, bununla bağlı dəfələrlə icra məmurları tərəfindən pozuntulara görə aktların tərtib edilməsinə rəğmən Zərərçəkmiş şəxs1 və qeyriləri tərəfindən həmin sahənin özbaşına olaraq icra məmurları tərəfindən vurulmuş möhürünün və qıfılının sındırılaraq yenidən istifadə olunmasına haqlı iradını bildirməsi səbəbindən baş vermiş, ətrafda çimərliyə gəlmiş şəxslərin olmasını təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edilməmiş, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs1 və onun yanında olan Zərərçəkmiş şəxs2 və Aqil Məcidova istiqamətlənən davranış kimi qiymətləndirildiyi sonuncuların qanunsuz hərəkətlərinə qarşı olan cavab hərəkətləri kimi təzahür etmişdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamda onun qanun üzrə atasının vərəsəsi olmadığı halda əraziyə daxil olması qeyd olunsa da iş materiallarına əlavə edilmiş 10 noyabr 2021-ci il tarixli Bakı şəhəri 35 saylı Notariat ofisindən verilmiş 583 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs mərhum X7 üzrə vərəsəsidir. Cinayət Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmçinin CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 əli ilə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmiş, bundan başqa təkrarən 23 iyun 2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs3 əlləri ilə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Qeyd olunan sonuncu hadisə zamanı Zərərçəkmiş şəxs2 almış olduğu dərəcəsi təyin edilməyən bədən xəsarəti ibtidai istintaqda verilmiş xuliqanlıq cinayət əməlinin ittihamında tam əhatə olunsa da hazırki CM-nin 128-ci maddəsi ilə olan ittihamda isə nəzərə alınmamalıdır. Çünki zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarətinin yetirilməsi cinayət məsuliyyətinə deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur. İXM-nin 157-ci maddəsində olan sağlamlıq əleyhinə inzibati xəta-döymə inzibati xətasına görə inzibati tənbeh İXM-nin 38-ci maddəsinə əsasən inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Hazırki vaxtadək qeyd olunan hadisədən dörd aydan artıq müddət keçdiyindən, Təqsirləndirilən şəxs inzibati tənbeh tətbiq olunması istisna edilir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tərəfindən 15 may 2022-ci il tarixdə döyülməsi və 23 iyun 2022-ci il tarixdə yenidən Zərərçəkmiş şəxs1 tərəfindən döyülərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri alması faktları ilə bağlı Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsinin tərkib əlamətlərinin olmasına baxmayaraq İXM-nin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər müddəası ilə uyğun gəlmədiyindən və inzibati məsuliyyətə cəlb etmə müddəti ötürüldüyündən Zərərçəkmiş şəxs1 barəsində inzibati tənbehin tətbiq edilməsi istisna olunur. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, iş materiallarına əlavə edilmiş məhkəmədə tədqiq edilmiş sənədlərlə, məhkəmə aktları, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilmiş DVD disklə, o cümlədən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və kifayət qədər sübuta yetirilmişdir (CPM-126.6). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 15 may 2022-ci il və 23 iyun 2022-ci il tarixlərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini təkrarən törətməsi təqsirləndirilən şəxsin qismən, zərərçəkmiş şəxslərin, şahidlərin, məhkəmə tibbi ekspertiza rəylərinin və məhkəmə iclasında tədqiq edilmiş DVD disk, sənədlər və istintaq hərəkəti protokolları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 10 iyun 1997-ci il tarixli Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Məhkəmə işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 15 may 2022-ci il tarixdə baş vermiş hadisə məhz Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 qarşı törədilmiş və yüngül dərəcəli bədən xəsarəti yetirilməsi ilə nəticələnmiş, tərəflər arasında barışıq olmamış, 23 iyun 2022-ci il tarixli hadisədə isə Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayət əməlinin tərkibinin olması müəyyən edilməmiş, lakin həmin hadisə nəticəsində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 yüngül dərəcəli bədən xəsarətinin yetirilməsi faktı məhkəmə istintaqı zamanı toplanmış kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaqda 15 may 2022-ci il tarixli və 23 iyun 2022-ci il tarixli hadisələr zamanı törətdiyi cinayət əməllərini qismən etiraf etməsi, lakin məhkəmə istintaqı zamanı ümumiyyətlə hər iki hadisə üzrə zərərçəkmiş şəxslərə xəsarət yetirməməsini bildirməsini məhkəmə özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirir, hər hansı mötəbər sübutla təsdiq olunmadığından məhkəmə həmin xüsusatla bağlı ibtidai istintaqda verdiyi ifadəsini sübut qismində tanıyır. 15 may 2022-ci il tarixli və 23 iyun 2022-ci il tarixli hadisələr zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəsarətlər yetirməsi faktları təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi qismən, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə tibbi ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq edilmiş sənədlər və istintaq hərəkəti protokolları ilə kifayət qədər sübuta yetirilmişdir. Lakin 23 iyun 2022-ci il tarixli üzrə Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayət tərkibinin olmaması barədə məhkəmədə ifadəsi, o cümlədən məhkəməyə təqdim etdiyi videogörüntülər olan DVD disk və sənədlər məhkəmə iclasında tədqiq edilməklə araşdırılmış, əsaslı və mötəbər dəlil kimi qiymətləndirilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Beləliklə də məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdə səhər saat 15:30 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda olan dənizkənarı çimərlik mərkəzi olan “Antalya” restoranının çimərlik hissəsində 200x50 metr ölçülü həyətin faktiki olaraq Mars-M çoxsahəli istehsalat kommersiya firması ilə mübahisəli olmaqla müxtəlif məhkəmə instansiyalarında mübahisə predmeti olan çimərlik ərazisinə görə ərazinin mövsümü olaraq çimərlik kimi istifadə olunacağının qarşısını almaq, eləcə də məhkəmə aktlarının icrasını təmin etmək üçün həmin ünvanın firma təsisçisinin qardaşı olmaqla yanaşı, firmanı təmsilçilik hüququ olan Zərərçəkmiş şəxs1 tərəfindən istifadə olunmaqla ərazini tullantılardan təmizlətdirdiyi halda nə səbəbə həmin əraziyə daxil olmasına görə səbəbli olaraq mübahisə edib dalaşaraq zorakı hərəkətlər etməklə qəsdən əli ilə Zərərçəkmiş şəxs1 vurub sol almacıq nahiyəsinin şişkinliyi, sol gicgah nahiyəsinin hematoması ilə müşayiət olan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 23 iyun 2022-ci il tarixdə səhər saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda olan dənizkənarı çimərlik mərkəzi olan “Antalya” restoranının çimərlik hissəsində 200x50 metr ölçülü həyətin faktiki olaraq “Mars-M” çoxsahəli istehsalat kommersiya firması ilə mübahisəli olmaqla müxtəlif məhkəmə instansiyalarında mübahisə predmeti olan çimərlik ərazisinə görə, özünün qanun üzrə vərəsəlik hüququ olmaqla həmin əraziyə gəlmiş, icra məmurları tərəfindən obyektin möhürlənməklə və qapısına qıfıl vurulmaqla bağlanılmasına baxmayaraq ərazinin firma təsisçisinin qardaşı, firmanı təmsilçilik hüququ olan Zərərçəkmiş şəxs1 tərəfindən həmin məhdudiyyətlərə məhəl qoyulmadan obyektin istifadə olunmasına görə haqlı iradını bildirmiş, Zərərçəkmiş şəxs1 tərəfindən çimərliyin giriş qapısında dayanıb giriş-çıxışa nəzarət edən Zərərçəkmiş şəxs2 nəzarət funksiyasından kənarlaşdırmaqla özü ilə gətirmiş olduğu qıfılı qapıya vurmaqla obyektin Zərərçəkmiş şəxs1 tərəfindən fəaliyyət göstərməsinin qarşısını almaq üçün hərəkətlər edən zaman Zərərçəkmiş şəxs2 ona mane olmasına görə əvvəlcə qəsdən əlləri ilə sonuncunu vurub sol bazunun qançırı və boyunun sıyrığı ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlər yetirib, daha sonra ona mane olmaq istəyən həmin əraziyə nəzarətçi olaraq cəlb olunmuş Zərərçəkmiş şəxs3 qəsdən əli ilə vurub sağ saidin orta 1/3-nin ön iç səthinin əzilmiş-cırılmış yarası və hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128 və 221.3-cü maddələrindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən 15 may 2022 və 23 iyun 2022-ci il tarixlərdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş təkrarən cinayət əməllərinin törədilməsi özünün qismən etirafı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, məhkəmə tibbi ekspertiza rəyləri, məhkəmə iclasında tədqiq edilmiş DVD disk, sənədlər və digər istintaq hərəkəti protokolları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələırə tövsiyələrdə məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin onun tutulduğu müddət daxildir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-nin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi cinayətin təkrar törədilməsi hesab olunur. CM-nin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən 15 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət əməli törədildikdən sonra cinayət məsuliyyətinə cəlb edilmədən, cinayət məsuliyyətindən azad olunmadan yenidən 23 iyun 2022-ci il tarixdə CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi onun əməlində təkrarlıq yaratmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair 25 yanvar 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Ona görə də Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təkrarən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi məhkəmə istintaqında özünün qismən etirafı, zərərçəkmiş şəxslər və şahid ifadəsi, ekspertiza rəyləri, məhkəmə iclasında tədqiq edilmiş DVD disk, istintaq hərəkəti protokolları və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəliq Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, tərəflər arasında barışığın olmamasını, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128 və 221.3-cü maddələrindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona qəti olaraq cəza təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128 və 221.3-cü maddələrindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdən 11 dekabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs tərəfindən verilmiş 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-27/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-27/2024
08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver