Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-272/2023 04.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 04 aprel 2023-cü il tarixdə, saat 11:00-da, Bakı şəhərində xx xxxx 1974-cü ildə Ermənistan Respublikasınin Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “SOCAR” neft şirkətində sürücü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində qayınatası Zərərçəkmiş şəxs ilə satılan meyvəni günün altında saxlaması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əli ilə və əlində olan bıçaqla Zərərçəkmiş şəxs vuraraq ona sol gözətrafı yumşaq toxumanın qançırı və həmin gözün ağlı qişasının qansızması, burun qığırdağının burun çəpərinə qədər davam edən kəsilmiş yarası və sağ saidin səthi kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 1995-ci ildə ailə həyatı qurmuşdur və bu nikahdan bir övladı vardır. Ailə qurduqdan sonra hal-hazıradək ünvan 3 ünvanında yerləşən evdə yaşamışlar. Zərərçəkmiş şəxs onun qaynatasıdır və sonuncu ilə aralarında bu hadisəyə kimi heç bir mübahisə, anlaşılmazlıq olmamışdır, indiyə kimi bir neçə dəfə qayınatası evlərində mübahisə etdiyi üçün gəlib aylarla onun evində qalmışdır. Hadisədən təxminən iki ay əvvəl oğlu ilə Nəsrulla mübahisə etdiyi üçün oğlu atasını evdən qovmuş və Nəsrullanın kirayədə qaldığını görüb narahat olduğu üçün sonuncunu yaşaması üçün öz evinə gətirmişdir. Qayınatası Nəsrulla onlarda qalmağa başladıqdan sonra yaşadığı evin həyətində düzəltdiyi və yolun kənarına düşən piştaxtada meyvə satmasını oğluna və qayınatasına həvalə etmişdir. 25 sentyabr 2022-ci il tarixdə qayınatası Nəsrulla kişi onun piştaxtada meyvə satmasına görə maaş verməsini istəmişdir. O da işlərin hələ qaydasında olmadığını, normal qazanc olduqdan sonra ona maaş verəcəyini bildirmişdir. Bir gün sonra, yəni 26 sentyabr 2022-ci il tarixdə səhər tezdən yuxudan oyanmışdır ki, gecə oyaq qalıb piştaxtada meyvə satan qayınatası gedib yatsın. Bu zaman görmüşdür ki, piştaxtada olan çiyələk və baldızının verdiyi əncirə gün düşdüyü üçün solğunlaşmışdır. O, qayınatası Nəsrullaya meyvələri günün altında saxlamasını sakit tərzdə irad bildirmiş və onları soyuducuya qoymasını demişdir. Qayınatası da çiyələyi soyuducuya qoymuş, lakin ənciri vurub əsəbi şəkildə yerə dağıtmışdır. O, qaynatasına niyə belə etdiyini, bunlara pul verdiyini demiş və əsəbiləşib ona çıxıb öz evinə getməsini demişdir. Bu zaman onların arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Nəsrulla onu söymüş və evə girib paltarlarını geyinmişdir. O da qaynatasına qarşılıq verib onu söymüşdür. Bu anda Nəsrulla onun böyüyünün ünvanına nalayiq ifadələr işlətdiyi üçün sonuncunun üstünə hücum çəkib sinəsindən tutaraq itələmişdir. Elə bu anda qayınatası Nəsrulla yumruqla onun sifətindən vurmuşdur. O, Nəsrullaya qarşılıq verməmiş və yaşlı olduğu üçün oradan uzaqlaşıb piştaxtanın yanına getmişdir. Bu vaxt Nəsrula kişi piştaxtaya yaxınlaşıb orada olan ona məxsus telefonunun adapterin götürmüşdür. Həmin vaxt Nəsrulla yenə də onu söyüb təhqir etmişdir. Bu zaman sonuncuya yenidən hücum etmiş və sinəsindən tutub əl çəkməsini, çıxıb getməsini demişdir. Nəsrulla sakitləşmədiyi üçün onu yenə özündən kənara itələmiş, əvvəlcə ona bir neçə yumruq zərbəsi vurmuş, daha sonra bir daha möhkəm itələmiş, bu zaman Nəsrulla yerə yıxılmış, həmin yerdə olan çəpərin simi sonucunun üzünü yaralamışdır. Həmin vaxt evdə yatan oğlunu çağırmış və babasını götürüb evindən aparmasını demişdir, oğlu Elsəvər də babasını idarə etdiyi avtomobilə əyləşdirərək evlərinə aparmışdır. Hadisə zamanı konkret olaraq Nəsrullanı vurmamış və xəsarət yetirməmişdir. Sadəcə Nəsrullanı sinəsindən tutub özündən kənara itələmiş və yerə yıxılan zaman yerdə olan çəpərin simi Nəsrullanın sifətinə xəsarət yetirmişdir. Sonda o, özündən yaşca böyük olan şəxsə yumruq vurduğu və itələdiyi üçün bu əməlindən səmimi peşman olduğunu, belə bir hadisənin baş verməsindən təəssüf hissi keçirdiyini bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun vəkilini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızının yoldaşı, yəni kürəkənidir və yaşadığı evin qarşısında meyvə-tərəvəz satışı ilə məşğul olaraq dolanır. 13 sentyabr 2022-ci il tarixdə kürəkəni Müstəqinin xahişi ilə satıcılıq etmək üçün sonuncunun evinə köçmüşdür. O, hadisə zamanı Müstəqinin evində yaşamış və meyvə-tərəvəz satışı ilə məşğul olmuşdur. 24 sentyabr 2022-ci il tarixdə digər qızı Ceyran öz həyətlərində olan ağacdan bir vedrə əncir yığıb yeməsi üçün Müstəqinin həyat yoldaşı, yəni qızı Sevda üçün göndərmişdir. Müstəqin bunu gördükdə ondan yeməyə icazə verməmiş və ona həmin ənciri vedrə ilə birlikdə küçədə qoyub satmağı bildirmişdir. O da Müqstəqimə heç nə deməmiş və dediyi kimi edərək həmin ənciri vedrə ilə birlikdə satmaq üçün piştaxtaya qoymuşdur. 25 sentyabr 2022-ci il tarixdə isə həmin əncirlər satılmadığı üçün solğunlaşmağa başlamış və Müstəqin ənciri götürüb soyuducuya qoymağını demişdir. O isə ənciri götürüb soyuducuya qoymuşdur. O, Müstəqinə gündüzlər isti olduğu üçün ənciri soyuducuya, axşamlar isə piştaxtaya qoymağı təklif etmiş və bu zaman Müstəqin ona kobud şəkildə cavab verərək gecələr kimin əncir alacağını, gündüz piştaxtaya qoymağını bildirmişdir. Müstəqin ona qarşı kobudluq etsə də, ona qarşılıq verməmişdir. 26 sentyabr 2022-ci il tarixdə saat təxminən 10:00 radələrində Müstəqin piştaxtaya yaxınlaşıb əncirləri onun dediyi kimi piştaxtaya satmaq üçün qoyduğunu gördükdə onun ünvanına küçə söyüşləri söyərək nalayiq ifadələr işlətməyə başlamış və niyə günün altında əncirləri piştaxtaya düzdüyünü soruşmuşdur. O da əncirləri götürüb evə daxil olmuş və onu evdə soyuducuya qoyduqdan sonra “sağol bu sən, bu da sənin malın, necə istəyirsən sat, səninlə mənimki tutmaz” demişdir. Bu zaman qəflətən Müstəqin yumruqla onun sol gözündən vurmuş və evi tərk edib çölə çıxmışdır. O da Müstəqinin arxasınca çölə çıxdıqda həyətdə Müstəqinin əlində iki ədəd bıçaqla onu hədələyərək öldürəcəyini demişdir. O, Müstəqinə onunla işi olmamasını, çıxıb öz evinə gedəcəyini dedikdə isə Müstəqin əlindəki bıçaqları yerə qoymuş və yerdən dəmir parçası götürüb onunla başına, sol qoluna, çiyninə və sol ayağınaa zərbələr endirməyə başlamışdır. O, nə qədər özünü qorumaq istəsə də bacarmamışdır. Sonra Müstəqin əlindəki dəmir parçasını yerə atıb yerdəki bıçaqları götürmüş və onu öldürəcəyini dedikdə vurmasın deyə sonuncunu qucaqlamışdır. Lakin Müstəqin əlindəki iki bıçağı ona tərəf oynatdığı üçün sonuncunun əlindəki bıçaqların biri burun nahiyəsini, digər bıçaq isə sol qolunu kəsmişdir. Bu zaman Müstəqin onun burnundan qan gəldiyini görüb dayanmış və bu anda fürsətdən istifadə edib sonuncunu özündən kənara itələyərək həyətdən çıxıb getmişdir. Hadisə zamanı orada ondan və Müstəqindən başa heç kim olmamış və bu hadisənin şahidi olmamışdır. Hadisə təxminən 15- 20 dəqiqə ərzində davam etmişdir. Bu hadisədən əvvəl Təqsirləndirilən şəxsla arasında heç bir problem və ya anlaşılmazlıq olmamışdır. Sonda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə olunmadığını, sonuncuya qarşı şikayətçi olduğunu bildirmiş, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01 oktyabr 2022-ci il tarixli 1153 saylı rəyindən görünür ki, 1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol gözətrafı yumşaq toxumanın qançırı və həmin gözün ağlı qişasınınq ansızması, burun qığırdağının burun çəpərinə qədər davam edən kəsilmiş yarası və sağ saidin səthi kəsilmiş yarası. Qeyd edilən kəsilmiş yaralar iti kənara malik əşyanın (əşyaların, ola bilsin bıçaq), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən yetirilməsi inkar olunmur, lakin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınması inkar olunur. İş materiallarında olan 03 dekabr 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı ifadələrində mövcud olan ziddiyyətləri aradan qaldırmaq üçün Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı onun tərəfindən döyülərək xəsarət aldığını bir daha bildirərək ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 02 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona hücum etməsi, sonuncunu özündən kənara itələsi nəticəsində Zərərçəkmiş şəxs yerdə olan dəmir simlərin üzərinə yıxılması, simlərin onun burnunu və qolunu kəsməsi və digər bütün xəsarətləri yerə, simlərin üzərinə yıxılarkən almasına dair ifadəsi zərərçəkmişin ifadəsi, habelə digər subutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmamasını, hazırda məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməli qismən etiraf etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 07 dekabr 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 dekabr 2022-ci il tarixli qərardan, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında 09 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07 dekabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07 dekabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-272/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-272/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver