Məhkəmə qərarları › İş №1(010)-272/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-272/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-272/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 30 avqust 1990-cı ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşamış, Nərimanov Rayon Məhkəməsinin 4(005)-103/2025 nömrəli iş üzrə 31 yanvar 2025-ci il tarixli qərarına əsasən əvvəli 29 yanvar 2025-ci ildən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş (məhkəmənin müvafiq qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmış) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJ-5 modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu yivsiz silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyini qanunsuz olaraq əldə edib istifadəsində olan “Hyundai Azera” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsində saxlayaraq ünvan 3 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 29 yanvar 2025-ci il tarixdə saat 17:50 radələrində yuxarıda qeyd edilən ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq avtomobili ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, həmin tarixdə saat 20:37 radələrində idarə etdiyi avtomobilə keçirilən baxış və götürmə zamanı həmin avtomobilin arxa yük hissəsində saxladığı qara rəngli sellofan torbanın içərisindən keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJ-5 modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu yivsiz silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onda silah olmamışdır. Saxlayıb onu idarəyə aparıb bildirmişlər ki, o, bıçaqlayan şəxləri öldürmək istəyir. Ona görə təklif etmişlər ki, çıxış yolu yoxdur, ya silahı götürməlidir ya da narkotik maddəni. O, kirayə ev axtarmış, ona görə ki Sabunçu rayonundan çıxmaq istəmişdir. Cəzaçəkmə Müəssisəsindən çıxandan sonra narkotik satanlara görə problem yaşamışdır. Silah onun olsa idi, bükülmüş sellofanda və silahın özündə əl izləri olardı. Amma əl izləri yoxdur. Göstərilənlərə əsasən barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşı bildirmişdir ki, guya onu bıçaqlayan şəxsləri öldürmək istəyir, əvvəlki məhkumluğu bu işlə əlaqəsi yoxdur, 9 il cəza almış və çəkib bitirmişdir. Onu tutanda heç bir təzyiq olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 uşaq yaşlarından tanıyır və onunla aralarında yaxın dostluq münasibəti vardır. Saxlanılmamışdan təxminən 15 gün əvvəl Sabunçu rayonu, Sabunçu qəsəbəsində olan zaman məişət tullantıları yeşiklərinin yanında qara rəngli sellofan torba olduğunu görmüş, həmin sellofan torbanın içərisinə baxarkən “obrez” adlandırılan lülə və qundaq hissələri kəsilmiş tüfəng olduğunu görmüşdür. Həmin tüfəng onda maraq oyatdığı üçün sellofan torba ilə birlikdə götürüb avtomobilinin arxa yük hissəsində saxlamışdır. Hadisə ilə bağlı onu bildirmişdir ki, 29 yanvar 2025-ci il tarixdə dostu Şahid1 ilə oturub çay içmək üçün görüşmüşdür. Həmin tarixdə saat 17:50-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi ev 21-in yaxınlığında Şahid1 ilə birlikdə idarə etdiyi “Hyundai Azera” markalı 77-DO- 155 dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməyi və saxlamağı barədə bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar da buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə ona üzərində qanunsuz əşya və ya predmet, eyni zamanda odlu silah və döyüş sursatı varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində heç bir qanunsuz əşya və ya predmetin olmadığını bildirib əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd içərisində ***-***-**-** mobil nömrəsi olan “Nokia” markalı mobil telefonu, 01 ədəd içərisində mobil nömrə olmayan “İphone” markalı mobil telefonu və 01 ədəd idarə etdiyi avtomobilə aid olduğunu bildirdiyi açarı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd avtomobil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Təqdim etdiyi 01 ədəd “İphone” və 01 ədəd “Nokia” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı idarə etdiyi **-DO-*** qeydiyyat nişanlı Hyundai Azera markalı avtomobilin yük yerində təxminən 15 gün əvvəl Sabunçu rayonu, Sabunçu qəsəbəsində məişət tullantıları yeşiklərinin yanından tapdığı “obrez” adlandırılan lülə və qundaq hissələri kəsilmiş tüfəngi saxladığını, saxlanılan zaman yanında olan tanışı Şahid1 qonşuluqda yaşayan şəxs kimi tanıdığını, avtomobilində olan 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngindən Şahid1 və heç kimin xəbərinin olmadığını bildirmişdir. Bundan sonra saxlanılan zaman yanında olan Şahid1 üzərinə baxış keçirilmişdir. Şahid1 üstündən heç bir qanunsuz əşya və predmetin aşkar edilməmişdir. Daha sonra saxlanılan zaman yanında dayandığı idarə etdiyi “Hyundai Azera” markalı **-DO-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş və o da heç bir etirazının olmadığını, avtomobilin arxa yük hissəsində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfənginin olduğunu bildirmişdir. Daha sonra çəkiliş yekunlaşmış və müvafiq protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. O isə avtomobilinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra Baş İdarənin inzibati binasının həyətində avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı idarə etdiyi Hyundai Azera markalı **-DO-*** qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsində 01 ədəd lülə və qundaq hissələri kəsilmiş ov tüfənginin olduğunu bildirərək avtomobili baxışa təqdim etmişdir. Avtomobilin baqaj hissəsini açaraq orada 01 ədəd qara rəngli sellofan torbanın içərisində ov tüfəngi olduğunu bildirib əli ilə göstərdikdən sonra həmin qara rəngli 01 ədəd sellofan torba polis əməkdaşı tərəfindən götürülüb yük hissəsinin üzərinə qoyularaq açılmışdır. Həmin sellofan torbanın içərisinə keçirilən baxış zamanı orada 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəng aşkar edilmişdir. Aşkar edilmiş predmet polis əməkdaşı tərəfindən aşkar edildiyi 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılıb möhürlə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Avtomobilə baxış davam etdirilərkən avtomobilindən iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya və predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı saxlanılan zamanı aşkar edilmiş 01 ədəd lülə və qundaq hissələri kəsilmiş tüfəngin onda olması barədə tanışı Şahid1 və ya başqa hər hansı bir şəxsin xəbərinin olmadığını, satmaq və hədiyyə etmək niyyətinin olmadığını bildirmişdir. Baxış prosesində iştirak edən tanışı Şahid1 da avtomobilindən aşkar edilmiş 01 ədəd lülə və qundaq hissələri kəsilmiş odlu silah ov tüfənginin olması barədə məlumatının olmadığını qeyd etmişdir. Baxış prosesi yekunlaşdıqdan sonra qeyd olunan proses barədə də müvafiq protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, heç bir şikayət, təklif daxil olmadığından iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuş, rəhbərliyə məruzə olunmuş, əməliyyat qrupu yaradılmışdır. Bakı şəhəri, Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, V y/s, bina 21-in yaxınlığına gəlmişlər. Təqsirləndirilən şəxsə və onun tanışına yaxınlaşaraq səbəbini bildirmişlər. Təqsirləndirilən şəxs baş idarəyə dəvət etmişlər, üzərinə və avtomobilinə baxış keçirmişlər. Avtomobildən qundağı kəsik ov tüfəngini təqdim etmiş, təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, şəxsə yaxınlaşanda yanında Rahib adlı adam olmuşdur. Soruşanda bildirmişdir ki, silahı 15 gün qabaq tapmışdır. Sabunçu ərazisindən tapdığını, şəxsi marağı üçün götürdüyünü bildirmişdir. Lüləsi, qundağı kəsik ov tüfəngi idi. Heç bir müqavimət olmamış, qaçmağa cəhd etməmişdir. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 29 yanvar 2025-ci il tarixdə Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib, saxlaması və gəzdirməsi bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa Baş İdarənin əməliyyat müvəkkilləri X8 və X5 daxil edilmişdir. 29 yanvar 2025-ci il tarixdə saat 17-18 radələrində Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi ünvanına getmişlər. Həmin ərazidə bir qədər müşahidə apardıqdan sonra saat 17:50-də ünvan 5 ünvanının yaxınlığında “Hyundai Azera” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olmasını görmüşlər. Bu zaman onun yanında bir nəfər başqa şəxsdə olmuşdur. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və onlara da özlərini təqdim etmələrini bildirmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və Şahid1 olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar da etiraz etmədən idarə etdikləri avtomobillə birlikdə Baş İdarəyə gəlmişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmadığını, lakin idarə etdiyi “Hyundai Azera” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 01 ədəd lülə və qundaq hissələri kəsilmiş tüfəngin olduğunu bildirib əynində olan tünd göy rəngli cins şalvarın ciblərindən 01 ədəd “Nokia” markalı, 01 ədəd “İphone” markalı mobil telefonları və 01 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Nokia” və 01 ədəd “İphone” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd avtomobil açarı isə özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs saxlanılan zaman yanında olan tanışı Şahid1 qonşuluqda yaşayan şəxs kimi tanıdığını, avtomobilində olan 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngindən Şahid1 və başqa heç kimin xəbərinin olmadığını bildirmişdir. Bundan sonra saxlanılan zaman Təqsirləndirilən şəxs yanında olan Şahid1 üzərinə baxış keçirilmişdir. Şahid1 üzərində heç bir qanunsuz əşya və ya predmet olmadığını bildirərək üzərinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxış zamanı Şahid1 əynində olan boz rəngli cins şalvarın cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan əlavə onun üzərindən heç bir əşya aşkar edilməmişdir. Şahid1 təqdim etdiyi 01 ədəd “Redmi” markalı mobil telefon çəkiliş zamanı özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid1 saxlanılan zaman yanında olan tanışı Təqsirləndirilən şəxs üstündə və ya idarə etdiyi **- DO-*** dövlət qeydiyyat nişanlı avtomobilində hər hansı qanunsuz əşya saxlaması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılan zaman yanında dayandığı idarə etdiyi “Hyundai Azera” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş və şəxs heç bir etirazının olmadığını, avtomobilin arxa yük hissəsində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfənginin olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuşdur. Həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə prosesinin keçirilməsi barədə protokolun tərtibatından sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Azera” markalı, **-DO-*** qeydiyyat nişanlı avtomobilə Baş İdarənin inzibati binasının qarajında video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs baxış iştirakçılarına və baxışın video çəklişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi “Hyundai Azera” markalı, **-DO-*** qeydiyyat nişanlı avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa yük hissəsində 01 ədəd lülə və qundaq hissələri kəsilmiş ov tüfənginin olduğunu bildirərək avtomobili baxışa təqdim etmişdir. Təqsirləndirilən şəxs avtomobilin arxa yük hissəsini açaraq orada 01 ədəd qara rəngli sellofan torbanın içərisində ov tüfəngi olduğunu bildirib əli ilə göstərdikdən sonra həmin qara rəngli 01 ədəd sellofan torba götürülüb yük hissəsinin üstünə qoyularaq açılmışdır. Həmin sellofan torbanın içərisinə keçirilən baxış zamanı orada 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəng tipli dəmir predmet aşkar edilmişdir. Aşkar edilmiş predmet aşkar edildiyi 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Avtomobilə baxış zamanı keçirilən baxış davam etdirilərkən avtomobildən iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya və predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs saxlanılan zaman yanında olan tanışı Şahid1 qonşuluqda yaşayan şəxs kimi tanıdığını, avtomobilində olan 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfənginin olmasından Şahid1 və heç kimin xəbərinin olmadığını bildirmişdir. Baxış prosesində iştirak edən Şahid1 tanışı Təqsirləndirilən şəxs idarə etdiyi **-DO-*** qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 01 ədəd lülə və qundaq hissələri kəsilmiş odlu silah tüfəng tipli dəmir predmetdən məlumatının olub- olmadığı soruşulmuşdur. Bu zaman Şahid1 bu barədə heç bir məlumatının olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Azera” markalı, 77- DO-155 qeydiyyat nişanlı avtomobilə baxış başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edildiyindən iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə eyni məhlədə böyümüşlər. Natiqlə hadisə günü görüşərək Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsinə getmişlər. Sonra polis əməkdaşları gələrək onları saxlayıb idarəyə aparmışlar. Onları ayrı-ayrı otaqlara saldmışlar, 2-3 saat otaqda qalmışdır. Onları çıxardaraq idarənin həyətində çəkliş etmişlər və oradan silah çıxartmışlar. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, mühafizəçi işləyir. Natiqin silahı olduğunu bilməmişdir. Natiq xahiş etmişdir ki, kirayə ev tapmaq üçün onunla Y/Günəşli qəsəbəsinə getsin. Y/Günəşli qəsəbəsində bir – iki maklerlə görüşmüşlər. Sonra maşını yuma məntəqəsinə verib çay içəndə polislər yaxınlaşıb onları idarəyə gətirmişlər, orada maşından silah çıxmışdır. Natiqin bıçaqlandığından xəbəri olmuşdur. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Azər silah-zireh MMC mərkəzi anbar da mühafizəçi kimi işləyir. Təqsirləndirilən şəxs uşaq yaşlarından tanımış və onunla aralarında dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Azera” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobildə odlu silah saxlaması barədə heç bir məlumatı olmamışdır. 29 yanvar 2025-cü il tarixdə, Təqsirləndirilən şəxs telefon ilə zəng edərək görüşüb söhbətləşmək istədiyini bildirmiş və onlar həmin gün onunla Sabunçu rayonu ərazisində görüşmüşlər. Həmin tarixdə saat 17:50-də ünvan 6 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs ilə birlikdə idarə etdiyi “Hyundai Azera” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək onlardan anket məlumatlarını soruşmuşlar. Natiq özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi və saxlaması barədə bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar da buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarədə video çəkilişdən istifadə edilməklə ilkin olaraq Natiqin üstünə şəxsi axtarış keçirilmişdir. Daha sonra isə onun üstünə baxış keçirilmişdir. Şəxsi axtarış və baxış zamanı hər ikisinin üstündən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Onun üstündə olan Redmi markalı mobil telefon özünə qaytarılsa da, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 02 ədəd mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Azera markalı **-DO-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində təxminən 15 gün əvvəl Sabunçu rayonu, Sabunçu qəsəbəsində məişət tullantıları yeşiklərinin yanından tapdığı 01 ədəd “obrez” adlandırdığı lülə və qundaq hissələri kəsilmiş tüfəngi saxladığını, həmin 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş tüfəngdən heç kimin xəbərinin olmadığını bildirmişdir. O da həmin predmetdən heç bir xəbərinin olmadığını qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Azera” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. O isə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra çəkiliş yekunlaşmış və müvafiq protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Baş İdarənin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Azera markalı **-DO- *** qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsində 01 ədəd lülə və qundaq hissələri kəsilmiş ov tüfənginin olduğunu bildirib avtomobili baxışa təqdim etmişdir. Avtomobilin arxa yük hissəsini açıb orada 01 ədəd qara rəngli sellofan torbanın içərisində ov tüfəngi olduğunu bildirib əli ilə göstərdikdən sonra həmin qara rəngli 01 ədəd sellofan torba polis əməkdaşı tərəfindən götürülüb yük hissəsinin üzərinə qoyularaq açılmışdır. Həmin sellofan torbanın içərisinə keçirilən baxış zamanı orada 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəng aşkar edilmişdir. Aşkar edilmiş predmet polis əməkdaşı tərəfindən aşkar edildiyi 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılıb möhürlə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Avtomobilə baxış zamanı keçirilən baxış davam etdirilərkən avtomobildən iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya və predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd lülə və qundaq hissələri kəsilmiş tüfəngin onda olması barədə heç kimin xəbərinin olmadığını, satmaq və hədiyyə etmək niyyətinin olmadığını bildirmişdir. O da həmin tüfəngin Natiqdə olması barədə məlumatının olmadığını qeyd etmişdir. Baxış prosesi yekunlaşdıqdan sonra qeyd olunan proses barədə də müvafiq protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, heç bir şikayət, təklif daxil olmadığından iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsini və əşyaların götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 29 yanvcar 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 17:50-də ünvan 7 ünvanının yaxınlığında tanışı Şahid1 ilə birlikdə özünün idarə etdiyi “Hyundai Azera” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən üstünə şəxsi axtarış, eləcə də idarə etdiyi avtomobilə və tanışı Şahid1 üstünə baxış keçirilməsinə yerində şərait olmadığına görə o, saxlanıldığı yerdən idarə etdiyi avtomobil ilə birlikdə Baş İdarəyə gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində odlu silah, döyüş sursatları, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmiş, lakin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Azera” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin baqaj hissəsində 01 ədəd lülə və qunduq hissəsi kəsilmiş ov tüfənginin olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə prosesinin keçirilməsi barədə protokolun tərtibatından sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Azera” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobildə odlu silah, döyüş sursatı, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş İdarənin inzibati binasının qarajında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi “Hyundai Azera” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilə 29 yanvar 2025-ci il tarixdə saat 20637-də baxış keçirilməyə başlanıldı.Baxış keçirilməsindən ötrü Təqsirləndirilən şəxs baxışın videoçəkilişdən istifadə edilməklə həyata keçirilməsi barədə məlumat verildi. Təqsirləndirilən şəxs baxış iştirakçılarına və baxışın videoçəkilişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirdi. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edildi ki, idarə etdiyi “Hyundai Azera” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin baqaj hissəsində 01 ədəd lülə və qundaq hissələri kəsilmiş ov tüfənginin olduğunu bildirərək avtomobili baxışa təqdim etdi. Təqsirləndirilən şəxs avtomobilin baqaj hissəsini açaraq orada 01 ədəd qara rəngli sellofan torbanın içərisində ov tüfəngi olduğunu bildirib əli ilə göstərdikdən sonra həmin qara rəngli 01 ədəd sellofan torba götürülüb baqajın üstünə qoyularaq açıldı. Həmin sellofan torbanın içərisinə keçirilən baxış zamanı orada 01 ədəd lülə və qundan hissəsi kəsilmiş odlu silah tüfəng tipli dəmr predmet aşkar edildi. Aşkar edilmiş predmet aşkar edildiyi 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Avtomobilə baxış zamanı keçirilən baxış davam etdirilərkən avtomobildən iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya və predmet aşkar olunmadı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs saxlanılan zaman yanında olan tanışı Şahid1 qonşuluqda yaşayan şəxs kimi tanıdığını, avtomobilində olan 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngindən Şahid1 və heç kimin xəbərinin olmadığını bildirdi. Baxış prosesində iştirak edən Şahid1 tanışı Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Azera” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 01 ədəd lülə və qundaq hissələri kəsilmiş odlu silah tüfəng tipli dəmir predmetdən məlumatının olub-olmadığı soruşuldu. Bu zaman Şahid1 bu barədə heç bir məlumatının olmadığını qeyd etdi. Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Azera” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış axşam vaxtı, süni işıqlandırma şəraitində keçirildi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-11/ə-1383/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ilkin variantda zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İJ-5 modelli, caxmaqlı, hamam tək lüləli öv tüfəngi olub. Lakin sonradan həmin öv tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 307 mm, ümumi uzunluğu 495 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli caxmaqlı, hamar tək lüləli, odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. DİN KTİ-nin “gülləgiliz” kartotekasında yalnız yivli odlu silahlardan atılmış güllə-gilizlərin qeydiyyatı aparıldığından, qərarın 2-ci sualına cavab verilmədi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 50/MEŞ saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmətibbi ekspertizasına əsasən, qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq nəticəyə gəlinir: Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 29-xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş alın nahiyəsinin çapığı müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə, sağ qulaq seyvanının, üz nahiyəsinin, boyun nahiyəsinin, döş qəfəsinin ön, yan və arxa səthlərinin, qarın və bel nahiyələrinin, sol yuxarı və hər iki aşağı ətrafların çapıqları müayinədən təxminən 6 aydan 1-1,5 ilə qədər müddətə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söylmək mümkün deyildir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 4(005)-103/2025 nömrəli iş üzrə 31 yanvar 2025-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 yanvar 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.2.1. və 228.3-cü maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş. İş materiallarında olan Zəngilan rayon İHB-nın Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümyəndəliyi tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli 45 nömrəli arayışdan görünür ki, Hüseynov X6 rayonu, Ağalı kəndində daimi qeydiyyatda olmaqla, məcburi köçkündür. Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İşıq İdarəsinin binası ünvanda müvəqqəti məskunlaşmışdır. Hal-hazırda Sabunçu rayonunda məcburi köçkün kimi qeydiyyatdadır. İş materiallarında olan Zəngilan rayon İHB-nın Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümyəndəliyi tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli 46 nömrəli arayışdan görünür ki, Hüseynov X6 rayonu, Ağalı kəndində daimi pasport qeydiyyatında olmaqla, hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İşıq İdarəsinin binasında ailə üzvləri 1957-ci il təvəllüdlü X3 və 1968-ci il təvəllüdlü X4 ilə məskunlaşmışdır. İş materiallarında olan Zəngilan rayon İHB-nın Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümyəndəliyi tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, 30 avqust 1990-cı il tarixdə Zəngilan rayonu, Ağalı kəndində anadan olmuş, hal-hazırda Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə pasport qeydiyyatında olan, valideynləri ilə birgə yaşayan Təqsirləndirilən şəxs Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İşıq İdarəsinin inzibati binasında müvəqqəti məskunlaşmış- 4 saylı təsərrüfat kitabın 190-ci səhifəsində 304 saylı şəsi hesabda qeydiyyatdadır. X3 təbiətcə həddindən ziyalı sakit təbiəli, zəhmətkeş bir insan olmaqla hazırda yaşa görə təqaüddədir. X4 ailəcanlı, zəhmətə qattaşan evdar xanımdır. Valideynləri nümayəndəlik tərəfindən həmişə müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs uzun müddət məhkumluq həyatı yaşamış, nümayəndəliklə əlaqəsi zəif olmuşdur.Valideynlərinin xasiyyətləri müsbət xarakterizə olunsa da Təqsirləndirilən şəxs haqqında bunları demək mümkün deyil. İş materiallarında olan 69 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 10 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 1994-cü ildə ünvan 10 ünvanında Zəngilan rayonu məcburi köçkün kimi məskunlaşmışdır. Yaşadığı müddətdə onun barəsində qonşular və Hüquq Mühafizə orqanlarından 69 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 2 nömrəli X2 tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli 1/602 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməyib. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 15 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPMin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən cinayət işi üzrə cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs oğlu sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-238/2014 nömrəli iş üzrə 25 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 yanvar 2025-ci ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 İJ-5 modelli odlu silah Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 yanvar 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 İJ-5 modelli odlu silah Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 16 (on altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 176 (yüz yetmiş altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar