Məhkəmə qərarları › İş №1(010)-273/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-273/2024

16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-273/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X14 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1971-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, 03 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində yerləşən nömrəsiz evin yataq otağının plastik pəncərəsini üzərində olan bıçaqla açaraq oraya qanunsuz daxil olub orada olan termonun üstündəki mücrüdən 2.000 manat dəyərində qadın qızıl boyunbağını, hər birinin qiyməti 600 manat olan ümumilikdə 1200 manat dəyərində iki ədəd qızıl “Napaleon” klonunu, hər birinin qiyməti 500 manat dəyərində olan ümumilikdə 2000 manat qiymətində 4 ədəd qızıl qadın üzüyünü və 800 manat dəyərində olan bir komplekt gümüş qadın dəstini, qonaq otağında olan masanın üstündən isə 34.000 manat dəyərində “Rolex” brendli kişi qol saatını oğurlayaraq Zərərçəkmiş şəxs xeyli miqdarda yəni, ümumilikdə 40.000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 405,93 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, üzərində saxlamaqla daşımış və 03 fevral 2024-cü il tarixdə saat 00:40-da Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 3 ünvanın arxa tərəfində saxlanılaraq Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan tünd qəhvəyi rəngli şalvarının sağ yan cibindən 02 (iki) ədəd ağ rəngli kağıza bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,47 qram, 0,46 qram və əynində olan tünd göy rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd skoçla bağlanmış sellofan bağlamada təmiz çəkisi 405,0 qram, ümumi təmiz çəkisi 405,93 qram olan tərkiblərinə görə eyni olub, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda tam təqsirli bilmiş, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ayın 2-si gecə saat 1-də polis əməkdaşları Şahid3 və Şahid4 mülki geyimdə onun yaşadığı evə getmiş, həmin vaxt anası, bacısı və bacısının oğlu evdə olmuşdur. Polislər onlardan Hafizi axtardıqlarını, seçkilərə görə onun qeydiyyata alınmalı olduğunu bildirmişlər. Anası polislərə Hafizin Qax rayonunda qeydiyyatda olduğunu, onu nəyə görə axtardıqlarını soruşmuşdur. Polislər də anasına onu oğurluğa görə axtardıqlarını demiş, bir saat evdə oturmuş, sonra çıxıb getmişlər. Bundan sonra polis əməkdaşları onun qardaşının evinə getmiş, onun orada olmadığını görmüşlər. Sabahkı gün qardaşını polis bölməsinə çağırmışlar. Bundan əvvəl də təxminən ayın ya 31-i ya 1-i də qardaşını bölməyə çağırmış, qardaşı təxminən 1 saat bölmədə qalmışdır. Ayın 2-si səhər qardaşını bölmədə saxlamış, axşam qardaşından ona zəng gəlmiş, telefonu açanda qardaşı telefonu başqasına vermiş, o, orada iki nəfər əməliyyatçı olduğunu görmüş, əməliyyatçılar ona 33-cü Polis Bölməsinə oğurluğa görə gəlməli olduğunu, əgər gəlməsə qardaşı barəsində külli miqdarda narkotik ilə bağlı cinayət işi başlanacağını demişlər. O isə polislərlə kobud danışaraq qardaşının narkotik istifadəçisi olmadığını deyib telefonu söndürmüşdür. Sonra polis əməkdaşları ona yenidən zəng etmiş, o da özünün bölməyə gələcəyini demişdir. Səhər anasına zəng etmiş, ona vəkil tapmağını demiş, vəkillə polis bölməsinə gedəcəyini demişdir. Anası isə vəkil lazım olmadığını, ikisinin birlikdə bölməyə gedəcəyini demişdir. O, evə getmiş, bölməyə getmək üçün paltarını dəyişmişdir. Bundan sonra Şahid3, Şahid4, bölmənin rəisi və iki nəfər tanımadığı şəxs onun arxasınca gəlib rəisin maşını ilə onu bölməyə aparmışlar. Bölmədə polislər ona qardaşının da orada olduğunu, üstündə narkotik aşkar olunduğunun boynuna götürməsini demiş, o da qardaşı bölmədə olduğuna görə sənədləri imzalamış, bundan sonra qardaşını buraxmışlar. Polis əməkdaşları onu döyməyiblər. O, həqiqətən də, mənzildən oğurluq etmişdir. Amma üzərində narkotik maddə olmayıb. İttihamda göstərilən miqdarda narkotik maddəni üstündə gəzdirməsi inandırıcı deyil. Ümumiyyətlə narkotik istifadəçisi deyil, saxlanıldıqdan sonra narkotik istifadə edib-etməməsi ilə bağlı ekspertiza keçirilmişdir amma o, ekspertiza rəyinin düzgünlüyünə inanmır. Son sözündə barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməsə də, heç bir təsir və təzyiq göstərilmədən ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun maddi vəziyyəti pis olduğu üçün və o, narkotik vasitələrdən istifadə etdiyindən bədənində ağrılar olurdu. Buna görə də oğurluq etmək qərarına gəlmişdir ki, oğurladığı əşyalardan satıb həm borclarını qaytarsın, həm də narkotik vasitə alsın. Buna görə də 30 yanvar 2024-cü il tarixdə saat 19 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində gəzişərkən orada olan bir fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb bir neçə dəqiqə gözlədikdən sonra evə daxil olmaq fikrinə gəlib hasara çıxaraq həyətə boylanmış və heç kimin olmadığını görüb hasardan həyətə daxil olmuş və evin həyətinə daxil olduqdan sonra evin plastik pəncərələrinin birini üzərində olan bıçaqla açaraq evin içərisinə daxil olmuşdur. O, evə daxil olanda görmüşdür ki, yataq otağındadır və yataq otağında olan mebelin siyirtmələrini axtarmağa başlamışdır. Bir az axtardıqdan sonra yataq otağındakı termonun üzərində olan mücrünün içərisindən qızıl zinət əşyalarının olduğunu görmüşdür. Buna görə də həmin qızıl zinət əşyalarını əlindəki torbaya yığmış, daha sonra həmin evin qonaq otağını axtarmağa başlamış, həmin vaxt qonaq otağında stolun üstündə bir ədəd “Rolex” markalı kişi qol saatını görüb həmin ssatı da əlindəki torbaya atmışdır. Bundan sonra o, həmin evdə dəyərli əşyalar tapmadığından içəri daxil olduğu pəncərədən çıxaraq oradan uzaqlaşmışdır. Sabahkı gün isə oğurladığı qızıl zinət əşyalarının bir hissəsini Neftçilər metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 1000 manata, digər hissəsini isə Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 1300 manata satmışdır. “Rolex” markalı kişi qol saatını isə özündə saxlamışdır ki, sonra satsın. Bir neçə gün sonra qardaşı şübhəli şəxs kimi bölməyə çağırıldığı üçün ona zəng edib bölməyə gəlməyini bildirmiş və oğurladığı “Rolex” markalı kişi qol saatının prezident tərəfindən hədiyyə olunduğunu demişdir. Buna görə də o, həmin saatı torbaya qoyub oğurluq etdiyi evə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə getmiş, oraya çatanda evin darvazasının açıq olduğunu görmüş, o, həyətə daxil olub torbada olan “Rolex” kişi qol saatını həyətdə olan “Mercedes” markalı avtomaşının arxa şüşə silənə asmış və oradan uzaqlaşmışdır. Bundan başqa o, bir ilə yaxındır ki, narkotik vasitə olan marixuanadan ara-bir istifadə edir. 03 fevral 2024-cü il tarixdə təxminən saat 00:20-də ünvan 3 ünvanın arxa tərəfində olan zaman iki nəfər şəxs özlərini polis əməkdaşı kimi təqdim edib, onu şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Xidməti otaqda əynindəki tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən 02 (iki) ədəd bükümdə içərisində ot şəkilli, yaşıl rəngli maddəni təqdim etmişdir. Tünd göy rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd bükümdə içərisində ot şəkilli, yaşıl rəngli maddəni təqdim etmişdir. O, üzərində olan və təqdim etdiyi maddənin narkotik vasitə marixuana olduğunu, Qax rayonunda yabanı halda yığaraq özünün istifadəsi məqsədi ilə saxlayıb gəzdirdiyini bildirmişdir. Həmçinin, o, əynində olan tünd qəhvəyi rəngli şalvarın sol yan cibindən bir ədəd “Honor” markalı mobil telefonu da çıxararaq təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitələr onun iştirakı ilə kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi hasara alınmış və darvazası vardır. Həmin ev iki mərtəbədən, birinci mərtəbəsi 3 otaq, ikinci mərtəbəsi isə bir otaqdan ibarətdir. O özü təsərrüfat işi ilə məşğul olduğundan hər gün səhər saat 09 radələrində evdən çıxıb axşam saat 19 radələrində evə qayıdır. Həyat yoldaşı X6 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 10 saylı tam orta məktəbdə müəllimə işlədiyindən həftə içi hər gün səhər saat 08 radələrində yaşadığı evdən çıxıb saat 17 radələrində evə qayıdır. Oğlu Şahid1 isə Kinq Boksinq Federasiyasının birinci vitse prezidenti vəzifəsində işləyir, Şahid1 isə hər gün müxtəlif vaxtlarda evdən çıxıb müxtəlif vaxtlarda evə qayıdır. 30 yanvar 2024cü il tarixdə saat təxminən 08:30 radələrində o, həyat yoldaşı Təranə Aslanova ilə birlikdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində yerləşən evdən çıxıb o, öz işlərinin dalınca getmiş, həyat yoldaşı isə işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 10 saylı tam orta məktəbə getmişdir. Oğlu Şahid1 həmin gün saat təxminən 15-16 radələrində evdən çıxmışdır. Həmin gün, yəni 30 yanvar 2024-cü il tarixdə saat təxminən 19:45 radələrində oğlu Ramal onun istifadəsində olan mobil nömrəsinə zəng vuraraq yaşadığı evin qonaq otağının pəncərəsinin açıq olduğunu, evdən oğurluq olduğunu və təcili evə gəlməyini bildirmişdir. O da həmin vaxt həyat yoldaşını işlədiyi məktəbdən götürüb dərhal yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində yerləşən evinə gəlmişdir. O, yaşadığı evə daxil olanda evin qonaq otağının pəncərəsinin naməlum şəxs və ya şəxslərin açaraq evə daxil olduqlarını və evin qonaq otağında stolun üstündə olan 34000 (otuz dörd min) manat dəyərində “Rolex” brendli kişi qol saatını, yataq otağında olan termonun üstündəki mücrüdən isə 2000 manat dəyərində qadın qızıl boyunbağısını, hər birinin qiyməti 600 manat olan ümumilikdə 1200 manat dəyərində iki ədəd qızıl “Napaleon” klonunu, hər birinin qiyməti 500 manat dəyərində olan ümumilikdə 2000 manat dəyərində 4 ədəd qızıl qadın üzüyünü və 800 manat dəyərində olan bir komplekt gümüş qadın dəstinin oğurlandığını görmüşdür. Oğurluq nəticəsində ona ümumilikdə 40000 (qırx min) manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş zərər tam olaraq ödənilməmişdir, belə ki, Təqsirləndirilən şəxs yalnız “Rolex” markalı saat ona qaytarmışdır. Buna görə də təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir və dəymiş zərərin ödənilməsini tələbi edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 33-cü PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 03 fevral 2024-cü il tarixdə Bakı şəhəri, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütamədi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda yaşadığı ünvan 6 ünvanının arxa hissəsində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 33-cu PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu ünvan 6 ünvanının arxa hissəsinə getmişlər. Həmin vaxt, yəni saat 00:40-da ünvan 6 ünvanının arxa hissəsində dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nin 33-cü PB-nə gəlmişdir. Bundan sonra onlar Suraxanı RPİ-nin 33cü PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də üzərində özü istifadə etmək üçün iki bükümə bükülmüş və bir bağlamada olan “marixuana” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuananın olduğunu bildirmiş və əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən iki ədəd bükümə bükülmüş və əynində olan tünd göy rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd skoçla bağlanmış qara rengli sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli şalvarının sol yan cibindən bir ədəd “Honor” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükülmüş bükümə və bir ədəd skoçla bağlanmış qara rəngli sellofan bağlamaya baxış keçirmişlər. Baxış zamanı həmin bükümlərdə və bağlamada ot şəkilli, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki və bağlamadakı kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Qax rayonunda yabanı halda yığaraq özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülmüş iki büküm və bağlama kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, məlumat əsasında Təqsirləndirilən şəxs sahə rəisi Şahid4la birlikdə saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən onlara müqavimət göstərməmiş, onlar da Təqsirləndirilən şəxs qarşı heç bir təyziq etməmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı tarix dəqiq yadında deyil, gecə saat təxminən 12-1 olardı. Hadisə yerində Təqsirləndirilən şəxs üstünə baxış keçirməmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş, o, hansısa rayondan yabanı halda bitən narkotik maddəni öz istifadəsi üçün yığdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs üstünə baxış keçirilərkən çəkilişdə və sənədləşmədə o da iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 ifadəsində və verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xidmət etdiyi ərazi sakini deyil. O və Şahid3 mənzil oğurluğuna görə ərazidə gəzərkən Təqsirləndirilən şəxs qarşılarına çıxmış, ondan kim olduğunu soruşmuş, onun üstünü yoxlamış, o üstündə narkotik olduğunu etiraf etmiş, üstündə bir bağlama olduğu müəyyən olunmuşdur. Onu polis bölməsinə gətirdikdən sonra təhqiqatçının otağında Hafizin üstünə baxış keçirilmiş və o dindirilmiş, o, Hafizin üstünə baxış keçirilməsi və dindirilməsində iştirak etməmişdir. Hafiz bölmədə başqa bağlama da təqdim etmiş, mənzildən oğurluq etdiyini etiraf etmişdir. Hafizi saxladıqları tarix dəqiq yadında deyil. Onu axşam tərəfi, təxminən saat 4-5 radələrində Zığ qəsəbəsində sürüşmə zonasında saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. X8 əvvəllər də oğurluq cinayətləri törətməsinə görə məhkumluq həyatı yaşayıb. Hal-hazırda qardaşı Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə cinayət işi istintaq olunur. Təxminən 01 fevral 2024-cü il tarixdə Suraxanı RPİ-nin 33-ci PB-dən ona zəng vurularaq onu həmin bölməyə çağırmışlar. O həmin bölmədə olarkən qardaşı Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən evlərin birindən oğurluq etdiyi məlum olmuş və polis əməkdaşları onun qardaşının harada olması barədə ondan soruşduqda, o, polis əməkdaşlarına Hafizin harada olması barədə məlumatı olmadığını bildirmişdir. Bundan sonra Suraxanı RPİ-nin 33-cü PB-də qardaşı Təqsirləndirilən şəxs oğurladığı əşyalar barədə ondan soruşmuşlar, o isə bu barədə heç bir məlumatı olmadığını bildirmişdir. Bundan sonra onu Suraxanı RPİnin 33-cü PB-dən sərbəst buraxmışlar və o, oradan yaşadığı evə getmişdir. O, evdə olarkən qardaşının istifadəsində olduğu mobil telefona zəng edib onu axtardıqlarını, oğurladığı əşyaları qaytarmasını və gedib polisə təslim olmasını bildirmişdir. Bundan sonra onun qardaşı Təqsirləndirilən şəxs harada olması və ya nə etdiyi barədə məlumatı olmamışdır. Şahid X9 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, onun atası Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi hasara alınmış və darvazası vardır. Həmin ev iki mərtəbədən, birinci mərtəbəsi 3 otaq, ikinci mərtəbəsi isə bir otaqdan ibarətdir. Atası Zərərçəkmiş şəxs təsərrüfat işi ilə məşğul olduğundan hər gün səhər saat 09 radələrində evdən çıxıb axşam saat 19 radələrində evə qayıdır. X3 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 10 saylı tam orta məktəbdə müəllimə işlədiyindən həftə içi hər gün səhər saat 08 radələrində yaşadıqları evdən çıxıb saat 17 radələrində evə qayıdır. O özü isə Kinq Boksinq Federasiyasının birinci vitse prezidenti vəzifəsində işləyir, hər gün müxtəlif vaxtlarda evdən çıxıb müxtəlif vaxtlarda evə qayıdır. 30 yanvar 2024-cü il tarixdə saat təxminən 08:30 radələrində atası Zərərçəkmiş şəxs anası Təranə Aslanova ilə birlikdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində yerləşən evdən çıxıb öz işlərinin dalınca getmişlər, anası isə işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 10 saylı tam orta məktəbə getmişdir. O, isə həmin günü saat təxminən 15-16 radələrində evdən çıxmışdır. Həmin günü, yəni 30 yanvar 2024-cü il tarixdə saat təxminən 19:45 radələrində o, yaşadığı evə qayıdanda evin qonaq otağının pəncərəsini naməlum şəxs və ya şəxslərin açaraq evə daxil olduqlarını və evin qonaq otağında stolun üstündə olan 34000 manat dəyərində “Rolex” brendli kişi qol saatını, yataq otağında olan termonun üstündəki mücrüdən isə 2000 manat dəyərində qadın qızıl boyunbağını, hər birinin qiyməti 600 manat olan ümumilikdə 1200 manat dəyərində iki ədəd qızıl “Napaleon” klonunu, hər birinin qiyməti 500 manat dəyərində olan ümumilikdə 2000 manat qiymətində 4 ədəd qızıl qadın üzüyünü və 800 manat dəyərində olan bir komplekt gümüş qadın dəstinin oğurlandığını görmüşdür. O dərhal bu barədə atasının istifadəsində olan mobil nömrəsinə zəng vuraraq evin qonaq otağının pəncərəsinin açıq olduğunu, evdən oğurluq olduğunu və təcili evə gəlməyini bildirmişdir. Atası da həmin vaxtı anasını işlədiyi məktəbdən götürüb dərhal yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində yerləşən evinə gəlmişdir. Bundan sonra atası Zərərçəkmiş şəxs evlərindən oğurluq olması barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. 03 fevral 2024-cü il tarixdə isə saat təxminən 21 radələrində atası Zərərçəkmiş şəxs evdə olduğu zaman evlərindən oğurlanmış “Rolex” markalı kişi qol saatını sellofana bükülmüş vəziyyətdə kimsə gəlib evlərinin həyətyanı sahəsində dayanan “Mercedes” markalı avtomaşının arxa şüşəsinin şüşə siləninə taxmışdır. Atası bunu gördükdən sonra dərhal polisə məlumat vermiş və Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları gəlib baxış keçirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 01); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli prokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 01:30-da Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasında tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 00:20-dən tutulmuş hesab edilir (i.v. 26); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən 02 (iki) ədəd bükümdə içərisində ot şəkilli, yaşıl rəngli maddəni təqdim etmişdir. Tünd göy rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd bükümdə içərisində ot şəkilli, yaşıl rəngli maddəni təqdim etmişdir. O, üzərində olan və təqdim etdiyi maddənin narkotik vasitə marixuana olduğunu, Qax rayonunda yabanı halda yığaraq özünün istifadəsi məqsədi ilə saxlayıb gəzdirdiyini bildirmişdir. Həmçinin, o, əynində olan tünd qəhvəyi rəngli şalvarın sol yan cibindən bir ədəd “Honor” markalı mobil telefonu da çıxararaq təqdim etmişdir. Həmçinin o, Suraxanı rayonu, Zığ qəsəbəsində 2 fərdi yaşayış mənzilindən qızıl-zinət əşyalarını və saat oğurladığını etiraf etmişdir. Bundan başqa şəxsi axtarış zamanı onun üzərindən qanunsuz əşya və maddə aşkar edilməmişdir (i.v. 31-32); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 200-212); mənzilə baxış keçirmə və maddi sübutu götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Rolex” markalı kişi qol saatı Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq Zərərçəkmiş şəxs yaşadığı evinin həyətyanı sahəsində olan “Mercedes” markalı avtomobilin arxa şüşəsinin qoyulmuşdur (i.v. 33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/190 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış kağız paketdə iki ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 0,47 qram, 2) 0,46 qram və skoçla bağlanmış bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 405,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi – 405,93 qramdır. Tədqiqata təqdim olunmuş iki ədəd kağız bükülüdə və skoçla bağlanmış bir ədəd qara rəngli sellofan bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuananın ümumi təmiz çəkisi – 405,93 qram, tədqiqata sərf edildi - 0,15 qram, qalıq – 405,78 qram (i.v. 38-42); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 51-52); cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri birləşdirilərək cinayət təqibi ********* nömrəsi ilə davam etdirilmişdir (i.v. 65-66); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 69); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evidir. Ev fərdi yaşayış mənzilidir. Mənzilin giriş qapısı dəmir qapıdır. Qapıdan içəri daxil olduqda baş tərəfdə qonaq otağı var. Ortada masa, divan, kreslo var. Mənzilin 2-ci mərtəbəsində 4 otaq var. Yataq otağında sağ tərəfdə yataq dəsti, termo şkaf var. Şkafın siyirtməsi açıqdır. Şkafda qutular var. Sol tərəfdə olan yataq otağında şkaf var. Şkafın qapısı açıqdır. Şkafda qutular açıq şəkildədir. Hadisə yerinə baxış keçirilməsi barədə fotocədvəl tərtib edilmiş və protokola əlavə olunmuşdur (i.v. 75- 78); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 81); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 94-95); cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir (i.v. 108-109) təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (i.v. 111-112); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-41/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkann tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəlinin 03 fevral 2024-cü il tarixdən saat 00:20-dən hesablanması qərara alınmışdır (i.v. 133-138); ifadənin hadisə yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanmışdır. Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsində yerləşən nömrəsiz evinin yataq otağının plastik pəncərəsini açaraq qanunsuz daxil olub oradan qızıl zinət əşyalarını necə oğurladığını, necə və harada satdığını bir daha hadisə yerində göstərmiş və bu barədə fotocədvəllər tərtib olunaraq protokola əlavə olunmuşdur (i.v. 148-153); təqdim etmə və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs evindən 30 yanvar 2024-cü il tarixdə oğurluq ilə bağlı özünə məxsus “Rolex” markalı kişi qol saatını istintaqa təqdim etmişdir (i.v. 154); Alternativ ekspertiza mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 32 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxus 01 ədəd üzərinə “Rolex” markalı kişi qol saatının hadisənin baş verdiyi 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti 34000,00 manat məbləğində müəyyən edilir (i.v. 158-162); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməyib (i.v. 163); Bakı Baş Səhiyyə X13 Şəxsi Suraxanı Sağlamlıq Mərkəzi tərəfindən verilən xx.xx.2024cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin Mərkəzdə qeydiyyatda olmayıb və hər hansı xəstəliyə görə həmin müəssisəyə müraciət etməyib (i.v. 164); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X7 Şəxsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 166); telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzəriə baxış keçirilərkən götürülmüş Honor markalı mobil telefona baxış keçirilmiş, whatsapp proqramına daxil olduqda heç bir mobil telefon nömrəsi aşkar olunmamış, telefonun mesaj qutusunda əhəmiyyət kəsb edəcək sübut növü aşkar olunmamışdır. Baxış zamanı həmin telefonda istintaq əhəmiyyəti kəsb edən məlumat aşkar olunmamışdır (i.v. 173); əşyanın tanınmasının aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurlanmış “Rolex” markalı kişi qol saatı Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, tanınma zamanı Zərərçəkmiş şəxs həmin “Rolex” markalı kişi qol saatını görünüşündən, markasından və rəngindən tanıdığını bildirmişdir (i.v. 181); qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Rolex” markalı kişi qol saatı saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır (i.v. 182); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi tərəfindən verilən Ambulator Məcburi-Narkoloji tibbi yoxlamaya dair xx.xx.2024-cü il tarixli, 1142 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v. 183-184); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmü ilə AZ SSR CM-nin 83.3, 143.3, 38-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Xalq Məhkəməsinin xx.xx.1990-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Qax Rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə AR CM-nin 143.3, 143.4, 38-ci maddələri ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin xx.xx.1992-ci il tarixli amnistiya qərarının 8-ci maddəsinin B bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 1/3 qədər azaldılaraq 03 il 26 gün müddət cəzası saxlanılmış, xx.xx.1995-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə AR CM-nin 93-3.3-cü maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 234.1 və 66.3-cü maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 317-2.1 və 67-ci maddələri ilə təqsirli bilinib 04 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 188-191); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-408/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimiş, onun azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 03 sentyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir (i.v. 192-199); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi; iş üzrə Təqsirləndirilən şəxs ifadəsi, Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid3, Şahid4 ifadələri, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış və götürmə zamanı video çəkilişin görüntüləri olan bir ədəd CD disk, diskə baxış keçirilməsi barədə protokol, məhkəməkimyəvi ekspertizaları üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 7/190, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsi Ambulator Məcburi- Narkoloji tibbi yoxlama ekspertizasının verdiyi xx.xx.2024-cü il tarixli 1142 nömrəli və məhkəmə-əmtəşünaslıq ekspertizası üzrə Alternativ ekspertiza mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 32 nömrəli ekspert ekspert rəyləri, maddi sübut və digər istintaq materiallarının sübut növü kimi qiymətləndirilməsi; cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 405,93 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntüləri əks etdirən 1 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra ekspertiza tədqiqatından qalıq qalmış 405,78 qram qurudulmuş marixuana saxlanmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, video görüntüləri əks etdirən 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndinin tətbiq edilməməsi; Zərərçəkmiş şəxs dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən qismən ödənilməsi iş üzrə nəzərə alınması; Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilməsi və material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilməsi; Təqsirləndirilən şəxs oğurlanmış qızıl zinət əşyalarını alan şəxslərin əməlində heç bir cinayətin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilməsi və material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilməsi; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Honor” markalı mobil telefon aparatının sahibinə qaytarılması iş üzrə nəzərə alınması qərara alınmışdır (i.v. 200-212); təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir (i.v. 213-214); təqsirləndirilən şəxsin və müdafiəçisinin vəsatətinin rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə ittiham elan olunarkən həmin ittihamla razı olmadığını, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmadığını göstərməsi özünü müdafiə xarakteri daşıdığından onun və müdafiəçisinin vəsatəti kimi qiymətləndirilərək rədd edilmişdir (i.v. 226-227); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-273/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynindəki tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən 02 (iki) ədəd bükümdə içərisində ot şəkilli, yaşıl rəngli maddəni təqdim etməsi, tünd göy rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd bükümdə içərisində ot şəkilli, yaşıl rəngli maddəni təqdim etməsi müəyyən olunmuş, üzərində olan və təqdim etdiyi maddənin narkotik vasitə marixuana olduğunu, Qax rayonunda yabanı halda yığaraq özünün istifadəsi məqsədi ilə saxlayıb gəzdirdiyini bildirmişdir. Həmçinin, onun əynində olan tünd qəhvəyi rəngli şalvarın sol yan cibindən bir ədəd “Honor” markalı mobil telefonu da çıxararaq təqdim etməsi, bundan başqa şəxsi axtarış zamanı onun üzərindən qanunsuz əşya və maddə aşkar edilməmişdir. Görüntüdə Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzası ilə təsdiq etmişdir. Bundan əlavə, məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər narkotik vasitələrin Təqsirləndirilən şəxs üzərindən çıxmasını, sonuncunun narkotik vasitənin özünə məxsus olmasını bildirməsini göstərmişlər. Digər tərəfdən, Təqsirləndirilən şəxs ümumiyyətlə narkotik vasitədən istifadə etməməsini bildirsə də, Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144- 146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə (177.2.3); xeyli miqdarda ziyan vurmaqla törədildikdə (177.2.4) — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 405,93 qram olan qurudulmuş marixuana (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.1-ci maddəsinə görə bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğurluq əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), ziyanın tam ödənilməməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 234.1-ci maddəsi ilə isə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə həmin cəzalar qismən toplanmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 03 fevral 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd “Rolex” markalı qol saatının saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 89 (səksən doqquz) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut - Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan 405,78 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “Rolex” markalı qol saatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 30 (otuz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 180 (yüz səksən) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar