Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-274/2021 23.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1982-ci ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə, saat 09 radələrində, 16 dekabr 2020ci il tarixdə Bakı şəhər 36 saylı Notariat kontoru tərəfindən reystrdə 7E-7540 nömrəsi ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, ƏN-V 440402 nömrəli etibarnamə və 05 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran RQİ və TBŞ tərəfindən verilmiş AB 548788 nömrəli “C” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “X8” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Əliyev prospekti H.Əliyev adına Hava Limanı istiqamətindən Bakı şəhəri, Sabunçu dairəsi istiqamətinə 70 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı olduğu halda bu tələbləri yerinə yetirməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da həmin maddənin tələblərini pozaraq, idarə etməni itirib eyni istiqamətdə 50 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz C220 CDİ” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə, sonra isə yolun sağ kənarında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “X13 111 CDİ” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “X13 111 CDİ” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil isə özündən qarşıda dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Daewoo Nexia” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi “X8” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs4 sol mil sümüyünün qapalı sınığı, sol bazunun, sağ saidin, sol baldırın, sol diz oynağının, sağ baldırın qançırları ilə nəticələnən, ümumilikdə sağlamlığa az ağır zərər vurulması, Zərərçəkmiş şəxs5 oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol iç topuq nahiyəsinin şişkinlik və qançırı, sol baldırın, döş qəfəsinin qançırı, sol qaşın sıyrığı kimi sağlamlığa yüngül zərər vurulmasına, X4 alıngicgah nahiyəsinin səthi əzilmiş yarası, sağ saidin, sağ diz oynağının sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarət, “X13 111 CDİ” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs7 sağ körpücük nahiyəsinin sıyrığı, alın-gicgah nahiyəsinin sıyrığı və səthi əzilmiş yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət almasına, habelə Zərərçəkmiş şəxs3 məxsus “Mercedes Benz C220 CDİ” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1893 (min səkkiz yüz doxsan üç) manat, Zərərçəkmiş şəxs1 məxsus “X13 111 CDİ” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7755 (yeddi min yeddi yüz əli beş) manat, Zərərçəkmiş şəxs2 məxsus “Daewoo Nexia” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 882 (səkkiz yüz səksən iki) manat məbləğində ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, “C” kateqoriyalı sürücülük vəsiqəsi var, təxminən 04 aydır X2 məxsus “X8” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etməklə taksi fəaliyyəti ilə məşğul olur. 06 aprel 2021-ci il tarixdə səhər saatlarında idarə etdiyi avtomobillə Buzovna qəsəbəsindəki zavod deyilən ərazinin yaxınlığından 06 nəfər sərnişin götürərək metronun “Koroğlu” stansiyası istiqamətinə yola düşmüşdür. Bakı şəhəri, H.Əliyev prospekti ilə “Koroğlu” metrosu istiqamətində yolun sağ tərəfindən ikinci zolaqla 70-80 km/saat sürətlə hərəkətdə olmuş, Sabunçu dairəsinə çatıqda sərnişinlərdən ikisi düşmək istədiklərini bildirmiş, o, avtomobili sağa istiqamətləndirərək saxlamaq istəmiş, əyləci sıxsa da avtomobili saxlaya bilməmiş, avtomobilinin idarə etməsini itirmiş və idarə etdiyi avtomobil onunla eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz C220 CDİ” markalı avtomobillə toqquşmuş, “Mercedes Benz C220 CDİ” markalı avtomobillə özündən qarşıda olan dayanmış “X13 111 CDİ” markalı avtomobillə toqquşmuş, sonuncu avtomobil qarşıya hərəkət edərək dayanmış “Daewoo Nexia” markalı avtomobillə toqquşmuşdur. Hadisə yerinə X11 Stansiyasının həkimlər gəldikdən sonra xəsarət alanları, o cümlədən Zərərçəkmiş şəxs4 xəstəxanaya aparmışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, Zərərçəkmiş şəxs4 ilə barışdığını, ona vurulmuş zərəri tamamilə ödədiyini və buna görə də sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs4 28 sentyabr 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, o Təqsirləndirilən şəxs izahatı ilə eyni məzmunlu izahat verərək, yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərəri tam aradan qaldırıldığına görə Təqsirləndirilən şəxsla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs5, X6 və Şahid1, Təqsirləndirilən şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmədə göstərdi ki, 06 aprel 2021-ci il tarixdə, saat 09 radələrində idarə etdiyi “X13 111 CDİ” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobililə Bakı şəhəri, H.Əliyev adma Hava Limanı istiqamətindən Bakı şəhəri, Sabunçu dairəsi istiqamətinə hərəkət edərkən avtomobilinin sürətini azaldıb sağa istiqamətləndirərək dəmir arakəsmənin yaxınlığında saxlamış, həmin vaxtı avtomobilinin arxasına güclü zərbə dəymiş, avtomobili dayandığı yerdən qarşıya doğru hərəkət edib qarşıda dayanmış “Daewoo Nexia” markalı avtomobilin arxa hissəsinə dəymiş, avtomobilindən düşəndə sonra zəncirvari toqquşma baş verdiyini, avtomobilinin arxa tərəfmə “Ford Tourneo” makalı avtomobilin qarşı tərifinin zərbə ilə çırpıldığını görmüşdür. Özü heç bir xəsarət almamış, lakin avtomobilinə 7.755 (yeddi min yeddi yüz əlli beş) manat ziyan dəymişdir. Hadisə baş verən zaman hava işıqlı, yol düz və quru olmuş, hadisə “Ford Tourneo” markalı avtomobilin sürücüsünün səhlənkarlığı və günahı səbəbindən baş vermişdir. Artıq “X13 111 CDİ” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etdirmiş və avtomobilin təmiri üçün 6.200 (altı min iki yüz) manat məbləğində xərc çəkmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs7 və X7, şahid Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Zərərçəkmiş şəxs7 əlavə olaraq göstərdi ki, sağ körpücük nahiyəsinin sıyrığı, alın-gicgah nahiyəsinin sıyrığı və səthi əzilmiş yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət aldığından xəstəxanaya müraciət etmiş tibbi yardım aldıqdan sonra evə buraxılmışdır. X7 isə əlavə olaraq həkim müayinəsindən keçdiyini, lakin xəsarət almadığından evə buraxıldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, 06 aprel 2021ci il tarixdə, saat 09 radələrində idarə etdiyi “Daewoo Nexia” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Əliyev adma Hava Limanı istiqamətindən Sabunçu dairəsi istiqamətinə hərəkətdə olmuş, avtomobilinin sürətini azaldıb sağa istiqamətləndirmiş, dəmir arakəsmənin yaxınlığında avtomobilini saxlamışdır. Ondan arxada da “X13” markalı avtomobil dayanmışdır. Həmin vaxtı avtomobilinin arxasına güclü zərbə dəydiyini hiss etmiş, avtomobilindən düşüb baxdıqda “Ford Tourneo” markalı avtomobilin onun avtomobilinin arxasında dayanmış “X13” markalı avtomobilin arxa hissəsi ilə toqquşduğunu, “X13” markalı avtomobilin də dayandığı yerdən qarşıya hərəkət edərək onun avtomobilinin arxa hissəsi ilə toqquşduğunu görmüşdür. Avtomobillərin toqquşması nəticəsində özü heç bir xəsarət almamış, lakin avtomobilinə 882 (səkkiz yüz səksən iki) manat ziyan dəymişdir. Hadisə baş verən zaman hava işıqlı, yol düz və quru olmuş, hadisə “Ford Tourneo” markalı avtomobilin sürücüsünün səhlənkarlığı və günahı səbəbindən baş vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, 06 aprel 2021ci il tarixdə saat 09 radələrində idarə etdiyi “Mercedes Benz C220 CDİ” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 50 km/saat sürətlə H.Əliyev adına Hava Limanı istiqamətindən Sabunçu dairəsi istiqamətinə yolun sağ zolağı ilə hərəkətdə olduğu zaman anidən avtomobilinin arxa hissəsinə nə isə zərbə ilə dəymiş, sonra isə “Ford Tourneo” markalı avtomobilin “Mercedes Vito” markalı avtomobilin arxa hissəsi ilə toqquşduğunun şahidi olmuş, dərhal avtomobilini yolun kənarında saxlayıb düşmüş, toqquşma nəticəsində özü heç bir xəsarət almamışdır. Hadisə “Ford Tourneo” markalı avtomobilin sürücüsünün səhlənkarlığı və günahı səbəbindən baş vermişdir. Avtomobilinə dəymiş ziyan 1.893 (min səkkiz yüz doxsan üç) manat məbləğində hesablansa da, bu məbləğ 2.000 (iki min) manatdan çoxdur. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 06 aprel 2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektinin Hava Limanı istiqamətindən Sabunçu dairəsi istiqamətinə doğru hissəsində baş vermişdir. Yolun 4 hərəkət zolağı olmaqla, örtüyünün eni 16, hərəkət hissəsinin eni isə 04 metrdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 12 aprel 2021-ci il tarixli, 312 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs7 bədən səthində sağ körpücük nahiyəsinin sıyrığı, alın-gicgah nahiyəsinin sıyrığı və səthi əzilmiş yarası xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 06 aprel 2021ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 12 aprel 2021-ci il tarixli, 315 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs4 bədən səthində sol mil sümüyünün qapalı sınığı, sol bazunun, sağ saidin, sol baldırın, sol diz oynağının, sağ baldırın qançırları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 06 aprel 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan canlı şəxsin ekspertizasının 13 aprel 2021-ci il tarixli, 342 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs6 bədən səthində alın-gicgah nahiyəsinin səthi əzilmiş yarası, sağ saidin, sağ diz oynağının sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 06 aprel 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 13 aprel 2021-ci il tarixli, 343 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs5 bədən səthində oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol iç topuq nahiyəsinin şişkinlik və qançırı, sol baldırın, döş qəfəsinin qançırı, sol qaşın sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 06 aprel 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 iyun 2021-ci il tarixli, 8/1026 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “X9” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz C220” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X13 111” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Daewoo Nexia” markalı, **- CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, onu tamamlayan və birbirinə uyğun gələn zərərçəkmiş şəxsin, şahidlərin və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, dövlət ittihamçısını və şahidləri dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı, cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməli və Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeydinin” 2-ci hissəsinə əsasən “Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs, hal-hazırda Zərərçəkmiş şəxs4 ilə barışmış və ona vurulmuş zərəri tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə görə bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeydinin” 2-ci hissəsindən müəyyən olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olubolmaması məsələsi araşdırılmalıdır. Cinayət işinin materiallarından, o cümlədən cinayət işinə məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə, saat 09 radələrində, etibarnamə əsasında idarə etdiyi “X8” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Əliyev prospekti H.Əliyev adına Hava Limanı istiqamətindən Bakı şəhəri, Sabunçu dairəsi istiqamətinə 70 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində idarə etdiyi “X8” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs5 oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol iç topuq nahiyəsinin şişkinlik və qançırı, sol baldırın, döş qəfəsinin qançırı, sol qaşın sıyrığı kimi sağlamlığa yüngül zərər vurulmasına, habelə Zərərçəkmiş şəxs3 məxsus “Mercedes Benz C220 CDİ” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1893 (min səkkiz yüz doxsan üç) manat, Zərərçəkmiş şəxs1 məxsus “X13 111 CDİ” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7755 (yeddi min yeddi yüz əli beş) manat, Zərərçəkmiş şəxs2 məxsus “Daewoo Nexia” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 882 (səkkiz yüz səksən iki) manat məbləğində ziyan vurulmasına səbəb olmuşdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 13-cü qeyd edilmiş dir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğuna görə onun inzibati məsuliyyəti məsələsi həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət X12 göndərilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış “X9” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Mercedes Benz C220” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “X13 111” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs5 ilə barışdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğuna görə onun inzibati məsuliyyəti məsələsi həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət X12 göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “X9” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Mercedes Benz C220” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “X13 111” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-274/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-274/2021
23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver