Məhkəmə qərarları › İş №1(010)-274/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-274/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-274/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 11 oktyabr 2023-cü il tarixdə, saat 11:15-də, Bakı şəhərində, xx xxxxx 1979-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç bir yerdə işləməyən, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-313/2023 saylı, 08 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 19 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 sentyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 23 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 sentyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(010)-274/2023 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Suraxanı Əmircan qəsəbəsində satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkilsi 0,745 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib daşımaqla üzərində saxlamış və xx.xx.2022-ci il tarixdə saat 10:55-də Suraxanı RPİ-nin 31-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 33-cu PB-nə aparılaraq orada üzərində şəxsi axtrarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarınqabaq sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,745 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,602 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşımaqla üzərində saxlamış və Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində ünvan 3 ünvanın yaxınlığnda saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə aparılaraq orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,602 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilməyərək göstərdi ki, 19 sentyabr 2022-ci ildə yaşadığı evdə, 23 sentyabr 2022-ci il tarixdə isə qonşusunun evində olarkən polis əməkdaşları oraya gələrək onu Suraxanı RPİ-nin 31-ci PB-nə aparmışlar. Hər iki tarixdə də polis bölməsində keçirilmiş şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamasına baxmayaraq polis əməkdaşları tərəfindən psixoloji təsirə məruz qaldığı üçün videoçəkiliş zamanı ona əvvəlcədən sonuncular tərəfindən təqdim olunmuş narkotik vasitələrin özünə məxsus olması barədə etirafedici ifadə vermişdir. Şübhəli şəxs qismində tutularkən artıq iki il olmuşdur narkotik vasitələrdən istifadə edib. Lakin polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik vasitə olmamışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmənin 01 avqust 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 31-ci PB-nə «Samir» adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatında göstərilən «Samir» adlı şəxsin ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən edib dərhal polis bölməsinin rəhbərliyinə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul etmişdir. Bölmə rəisinin əmri ilə onun rəhbərliyi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2022-ci il tarixdə saat 10:55 radələrində Təqsirləndirilən şəxs Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yaşadığı evin qarşısında olduğunu müəyyən edib orada ona yaxınlaşaraq saxlayıb özlərini təqdim edərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr əldə edib saxlamaqda, daşımaqda və qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. PB-nin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş və onun hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəfət edilmişdir. Bundan sonra Samir Fərəova üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan olunaraq videoçəkliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilib üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki qara rəngli şalvarının qabaq sağ yan cibindən 01 (bir) ədəd gümüşü bükümdə olan kütləni çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq əynindəki şalvarının cibinə qoyub üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də onun üzərindən onun özünün təqdim etdiyi bir bükümdən başqa heç nə aşkar edilib götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda bükümün içərisində narkotik vasitə heroinə oxşar kütlə olduğu məlum olmuş, həmin bir büküm bir ədəd zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu il tanış olduqdan sonra protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmənin 01 avqust 2023-cü il tarixli şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nə «Samir» adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatında göstərilən «Samir» adlı şəxsin ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən edib dərhal polis bölməsinin rəhbərliyinə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul etmişdir. Bölmə rəisinin əmri ilə onun rəhbərliyi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2022-ci il tarixdə saat 18:00-da Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yaşadığı evin qarşısında olduğunu müəyyən edib orada ona yaxınlaşıb saxlayaraq polis əməkdaşı olduqlarını bildirib özlərini ona təqdim etmişlər və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr əldə edib saxlamaqda, daşımaqda və qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. PBnin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş və onun hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan olunaraq videoçəkliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilib üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki boz rəngli idman şalvarının sağ yan 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü, sol yan cibindən isə bir ədəd alışqanı və bir ədəd «Maqna» siqaretini çıxarıb təqdim etmiş, bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq əynindəki şalvarının cibinə qoyub üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də onun üzərindən onun özünün təqdim etdiyi bir bükümdən başqa heç nə aşkar edilib götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda bükümün içərisində narkotik vasitə heroinə oxşar kütlə olduğu məlum olmuş, həmin bir büküm bir ədəd zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu il tanış olduqdan sonra protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı X3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Bundan sonra əynindəki qara rəngli şalvarının qabaq sağ yan cibindən 01 (bir) ədəd gümüşü bükümdə olan kütləni çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq əynindəki şalvarının cibinə qoyub üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də onun üzərindən onun özünün təqdim etdiyi bir bükümdən başqa heç nə aşkar edilib götürülməmişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də əynindəki boz rəngli idman şalvarının sağ yan 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü, sol yan cibindən isə bir ədəd alışqanı və bir ədəd «Maqna» siqaretini çıxarıb təqdim etmiş, bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq əynindəki şalvarının cibinə qoyub üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də onun üzərindən onun özünün təqdim etdiyi bir bükümdən başqa heç nə aşkar edilib götürülməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2022-ci tarixli, 6/5339 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN «Zərflər üçün № 195» dairəvi möhür əksi, «şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs ...» sözləri, soyadlar və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəksi 0,745 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təmiz çəkisi 0,745 qram olan heroinin 0,05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,695 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2022-ci tarixli, 6/5482 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN «Zərflər üçün № 195» dairəvi möhür əksi, «Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza) ...» sözləri, soyadlar və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəksi 0,602 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təmiz çəkisi 0,602 qram olan heroinin 0,05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,552 qram təşkil etmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının qabaq sağ yan cibindən 01 (bir) ədəd gümüşü bükümdə olan kütləni çıxarıb təqdim edir, təqdim etdiyi bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq əynindəki şalvarının cibinə qoyub üzərində saxladığını bildirir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 25 sentyabr 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü, sol yan cibindən isə bir ədəd alışqanı və bir ədəd «Maqna» siqaretini çıxarıb təqdim edir, bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq əynindəki şalvarının cibinə qoyub üzərində saxladığını bildirir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X5- Narkoloji tibbi yoxlama ekspertizasının 23.01,2023-cü il tarixli 340 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-29/2016 saylı, 06 yanvar 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, hər iki epizod üzrə polis İdarəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən psixoloji təsirə məruz qalması və buna görə polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitələrin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, bir neçə müddətdir ki, tanımadığı şəxslərdən «kakos» kimi tanıdığı narkotik vasitə alıb çəkərək qəbul edir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində, üzdən tanıdığı şəxsdən on manata öz şəxsi istifadəsi üçün 01 ədəd bükümdə «kakos» kimi tanıdığı narkotik vasitə olan heroin almış və üzərində saxlamışdır. xx.xx.2022-ci tarixdə saat 10:30 radələrində yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Ələkbərov küçəsində yaşadığı evinin qarşısında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş, narkotik vasitə əldə edib saxlayaraq daşımaqda şübhəli olduğunu deyib onu yaxınlıqda olan 31-ci PB-nə aparmışlar. 31-ci PB-nin inzibati binasında, xidməti otaqda şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edilimişdir. Sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan olunmuş, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qadağan olunmuş hər-hansı bir əşyası varsa təqdim etməsi təklif olunduqda əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlayıb daşıdığı bir ədəd bükümüdə olan heroini çıxarıb təqdim etmiş, təqdim etdiyi büküm açılaraq baxılmış, bir bükümdə olan heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqdim etdiyi bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülmüş, bir ədəd zərfə qoyularaq zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə yenə də Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə heroin alıb əynində olan boz rəngli idman şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. Saat 18:00 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Ələkbərov küçəsində yaşadığı evinin qarşısında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş, narkotik vasitə əldə edib saxlayaraq daşımaqda şübhəli olduğunu deyib onu yaxınlıqda olan 31-ci PB-nə aparmışlar. 31-ci PB-nin inzibati binasında, xidməti otaqda şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edilimişdir. Sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan olunmuş, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qadağan olunmuş hər- hansı bir əşyası varsa təqdim etməsi təklif olunduqda əynində olan boz rəngli idman şalvarının sağ yan cibində saxlayıb daşıdığı bir ədəd bükümüdə olan heroini çıxarıb təqdim etmiş, təqdim etdiyi büküm açılaraq baxılmış, bir bükümdə olan heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan başqa yuxarıda qeyd olunanlar məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman video çəkiliş aparılaraq 01 ədəd “DVD” diskdə köçürülmüş video görüntüdən də öz təsdiqini tapır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İİ siyahısının 67-ci bəndinə əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmasını narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Cinayəti təkrar törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-313/2023 saylı, 08 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası na məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 07 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 06 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-313/2023 saylı, 08 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs həmin cəzasını çəkməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Plenumunun Qərarına əsasən əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-313/2023 saylı, 08 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutularaq bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 23 sentyabr 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 sentyabr 2022ci il tarixli qərardan və təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 25 sentyabr 2022-ci il tarixli qərarlardan və görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq həmin qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 19 sentyabr 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 sentyabr 2022ci il tarixli qərardan və təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 21 sentyabr 2022-ci il tarixli qərarlardan və görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq həmin qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(010)-274/2023 nömrəli qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 16 iyun 2023-cü il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19 sentyabr 2023-cü il tarixdən 21 sentyabr 2022-ci il tarixdək və 23 sentyabr 2022-ci il tarixdən 25 sentyabr 2022-ci tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət, həmçinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)- 313/2023 saylı, 08 iyun 2023-cü il il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə 01 fevral 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 07 (yeddi) gün müddət, ümumilikdə 04 (dörd) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 iyun 2023-cü il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ayrı-ayrılıqda xalis çəkiləri 0,695 qram və 0,552 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 (doxsna altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci və 68.1.1-1-ci maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)- 313/2023 saylı, 08 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs çəkilməsi üçün 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı məhkəməyədək icraat zamanı 19 sentyabr 2023-cü il tarixdən 21 sentyabr 2022-ci il tarixdək və 23 sentyabr 2022-ci il tarixdən 25 sentyabr 2022-ci tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət, həmçinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)- 313/2023 saylı, 08 iyun 2023-cü il il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə 01 fevral 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 07 (yeddi) gün müddət, ümumilikdə 04 (dörd) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq 01 (bir) il 02 (iki) ay 19 (on doqquz) gün müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 110 (yüz on) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ayrı-ayrılıqda xalis çəkiləri 0,695 qram və 0,552 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar