Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-275/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1980-cı ildə Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Suraxanı Rayon Məhkəməsinin 1(010)-126/2024 nömrəli iş üzrə 15 fevral 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 68.1.1-1, 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-18/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qərarına əsasən əvvəli 16 yanvar 2024-cü ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş (məhkəmənin müvafiq qərarları ilə həbsdə saxlanılma müddətləri uzadılmış) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,509 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 09 dekabr 2023-cü il tarixdə saat 10:00-da Suraxanı Rayon Polis İdarəsinin 33-cu polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi ev 123 küçəsinin qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” massivində yerləşən Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,509 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 1,613 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 16 yanvar 2024-cü il tarixdə saat 12:50-da Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi ev 123 küçəsinin qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” massivində yerləşən Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,613 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu iki dəfə saxlamışlar, hər iki epizodda üzərində narkotik maddə olmamış, təzyiqlə üzərinə qoyulmuşdur. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa dövlət ittihamçısının, müdafiəçisinin və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 4-5 il olar ki, narkotik maddə istifadə etmiş, tutulana qədər narkotik maddə istifadə etmiş, onu bölmədə döyməmişlər, lakin ona şərt qoymuşlar ki ,ya Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ya da Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə rəsmiləşdirəcəklər, o, da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəni üzərinə götürmüş, ona polislər tərəfindən heç bir təzyiq olmamış, yüklənməyi barədə heç yerə şikayət etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik maddə olan heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. Sonuncu dəfə 16 yanvar 2024-cü il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün təxminən saat 13:00 radələrində ünvan 1 ünvanın qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və onun şəxsiyyəti barədə maraqlanmış, o, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. O, da razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 33-cü PB-nə gəlmişdir. Suraxanı RPİ-in 33-cü PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra hüquqlarını müdafiə etməsi üçün vəkil təyin edilmiş, sonra hüquq və vəzifələri izah edilmiş və bundan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmiş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, da əynində olan göy rəngli cins şalvarın sol yan cibimdən 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmış və həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməyi barədə soruşmuşlar. O, da həmin bir ədəd bükümün içərisində metamfetamin olduğunu, həmin psixotrop maddəni öz istifadəsi üçün 16 yanvar 2024-cü il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən əldə etdiyini və sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş həmin 01 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, 09 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 10 manata 01 ədəd bükümdə narkotik vasitə heroin almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. 09 dekabr 2023-cü il tarixdə təxminən saat 10:00 radələrində ünvan 2 ünvanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onun kim olmağı barədə soruşulmuş, o, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu yaxınlıqda olan Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmiş və o, da razılaşıb 33cü PB-nə gəlmişdir. 33-cü PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmiş və ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içinə baxılmış və ondan həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. O, həmin bir ədəd bükümün içərisində heroin olduğunu, onu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün cəmi 10 manata aldığını bildirmişdir. Ondan aşkar edilmiş 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə inspektoru vəzifəsində işləyir. 09 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 10:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB" yaşayış sahəsi ev 123 küçəsinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etməsini tələb edilmiş və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gör rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanda olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli toz şəklində kütlə olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisindəki kütlənin “kakos" adı ilə tanıdığı, narkotik vasitə heroin olduğunu, 09 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində üzdən tanıdığı, ancaq adını və ünvanını bilmədiyi şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 Şahid3 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri, Suraxanı rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlaması və dövriyyəsi barədə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs şəxsin cinayət başında ifşa etmək məqsədi ilə 16 yanvar 2024-cü il tarixdə ondan və Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə inspektoru Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 16 yanvar 2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 123 ünvanın yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə gəlmiş və bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs ərizə verərək üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli, spesifik iyə malik psixotrop maddəyə oxşar kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, 16 yanvar 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindən tanımadığı şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə inspektoru Şahid1 Şahid2 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs 09 dekabr 2023-cü il tarixdə üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanılması və daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyini çıxarıb təqdim edir. O, təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini tanımadığı şəxsdən 10 manata 09 dekabr 2023-cü il tarixdə Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən aldığını və özü istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümünün arasında olan narkotik vasitə heroinə oxşar kütlə bir ədəd zərfə qoyularaq zərf möhürlənir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasında təhqiqatçı, polis kapitanı Ruslan Mirzəyevin xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2 və sahə inspektoru Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etdi. Həmin büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli, spesifik iyə malik psixotrop maddəyə oxşar kütlə aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, 16 yanvar 2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindən tanımadığı şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 171 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 230100679 nömrəli cinayət işi üzrə: tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2023-cü il tarixdə saat 10:00-da şübhəli şəxs qismində tutulmuşdur. Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Mahmudovun 11 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Orxan Allaquliyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 09 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6331 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün №171dairəvi möhür əksi olan, Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,509 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir». Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,509 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,459 qram. 240100036 nömrəli cinayət işi üzrə:tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə saat 13:45-də şübhəli şəxs qismində tutulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 4(010)-18/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 16 yanvar 2024-cü ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 4(010)-106/2024 nömrəli iş üzrə 09 aprel 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni 06 may 2024-cü il tarixədək uzadılmışdır. 17 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/271 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №171” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən... sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,613 qram olan ağ rəngli kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir». Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 1,613 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,563 qram. “Cinayət işinin icraata qəbul edilməsi və bir icraata birləşdirilməsi” haqqında 01 mart 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********** nömrəli cinayət işi ilə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaq davam etdirilmişdir. “Telefon məlumatlarına baxış keçirilməsi” haqqında 19 mart 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 18 mart 2024-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinə daxil olmuş 19 mart 2024-cü il tarixli AZF/LGL-2527/24 nömrəli məktuba əlavə edilmiş telefon danışıqlarının və əhatə dairəsin qeyd olunduğu bir ədəd diskə Suraxanı Rayon Polis İdarəsinin binasında xidməti otaqda baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən 01 yanvar 2023-cü il tarixdən 18 yanvar 2024-cü il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar və sms yazışmaları aparılması olsa da, iş üzrə əhəmiyyət kəsb edən sms yazışmaları və danışıqların aparılması müəyyən edilməmişdir. 09 fevral 2024-cü il tarixli 820 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır, lakin ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. Suraxanı Rayon Məhkəməsinin 1(010)-126/2024 nömrəli iş üzrə 15 fevral 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 68.1.1-1, 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş üzrə cəzanı yüngülləşdirə biləcək hal müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini iki dəfə, yəni 09 dekabr 2023-cü il və 16 yanvar 2024-cü il tarixlərində törədib. Bu Azərbaycan Respublikası CM-nin 16-cı maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. İş üzrə cəzanı ağırlaşdıra biləcək başqa hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,563 qr təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,459 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməlidir, iş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-126/2024 nömrəli iş üzrə 15 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə tutulduğu 04 (dörd) gün və hazırkı iş üzrə 09 – 11 dekabr 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, cəmi 06 (altı) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 16 yanvar 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,563 qr təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,459 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsinlər. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-275/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-275/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver