Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-278/2022 12.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, ev 14, mənzil 5-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə, ev 4, mənzil 61-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarında bir ədəd bükümdə təmiz çəkisi 0,462 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edərək, üzərində saxlamaqla daşımış və 23 fevral 2022-ci il tarixdə, saat 21:00-da Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə, ev 4-ün qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq, həmin günü saat 21:20-də Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB- nin inzibati binasına gətirilərək, üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,462 qram olan psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində özünü təqsirli bilərək göstərmişdir ki, o, 23 fevral 2022-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60cı məhəllə, ev 4-ün qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmiş, onun narkotik vasitə və psixotrop maddələrin gəzidirlməsində, saxlanmasında və istifadəsində şübhəli olmasını deyərək, onu Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-yə dəvət etmiş, o, razılaşaraq polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 32-ci PB-yə getmiş, polis bölməsində ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, onu təqdim etməsi təklif olunmuş, o, etiraz etmədən, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, ondan həmin bükümün içərisində nə olması və nə vaxt kimdən əldə etməsi barədə soruşduqda, həmin bükümün içərisində psixotrop maddə metafetamin olmasını, Bakı şəhəri, Xətai rayonu, “Əhmədli metrostansiyası” yaxınlığında tanımadığı şəxsə 20 manat verib öz istifadəsi üçün alıb əldə etməsini bildirmiş, sonra həmin bir ədəd büküm polis əməkdaşı tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, sonra üzərinə axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. O, psixotrop maddə olan metafetamindən istifadə etməsini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamasını, öz istifadəsi üçün psixotrop maddə metafetamini əldə edərək istifadə etməsini, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, ev 14, mənzil 5-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə, ev 4, mənzil 61-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni əldə edib üzərində daşıması və narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 23 fevral 2022-ci il tarixdə, saat 21:00-da daxil olmuş əməliyyat məlumatına əsasən təşkil olunmuş əməliyyat qrupu, yəni Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə xidmətdə olan vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə, ev 4-ün qarşısında Təqsirləndirilən şəxs müəyyən edilmiş, ona özlərini təqdim edərək, Suraxanı RPİ-nin 32ci PB-yə dəvət etmiş, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmiş, sonra Polis bölməsində xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis mayoru X3, Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq, üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olub-olmaması və əgər varsa, təqdim etməsi bildirilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə, içərisində psixotrop vasitə metafetaminə bənzər kütləni təqdim etmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı başqa əşyanın olub-olmaması barədə soruşduqda, başqa əşyanın olmadığını bildirməsinə baxmayaraq, onun üzərinə baxış keçirilmiş, lakin qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə barədə soruşduqda, sonuncu bir ədəd bükümdə olan maddənin psixotrop vasitə metafetamin olmasını və 20 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Əhmədli metrostansiyası” yaxınlığında tanımadığı şəxsə 20 manat verib alaraq, özü istifadə etmək məqsədi ilə üzərində saxlayaraq daşımasını bildirmiş, sonra aşkar olunmuş maddə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, o, və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olunmuşdur. O, həmin vaxtı Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq olunmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İş materiallarından müəyyən olunur ki, 23 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qərardan müəyyən olunur ki, 25 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının qərarına əsasən, Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx.xx.2022-ci il tarixli 6/1144 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №196" dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs’’ sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,462 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamindir. Metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahasına (Siyahı İ) daxildir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının qərarına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 3073 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 02.11,1994-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayon xalq Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4cü hissəsi ilə 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Məhkəməsinin xx.xx.1994-cü il tarixli qərarı ilə xx.xx.1994-cü il tarixli hökm dəyişdirilib CM-nin 23-1-ci maddəsinə əsasən cəzası əməyə mütləq cəlb olunmaqla 3 il şərti cəzaya məhkum edilmiş, xx.xx.2002-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM- nin 263.2-ci maddəsi ilə 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, 2 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş, xx.xx.2005-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 5 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən 2 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixli Xəzər rayon Məhkəməsinin qərarı ilə 2 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı metamfetamin olan psixotrop maddənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi jinayət əməlini etiraf etməsini, 2-ji qrup əlil olmasını jəzasını yüngülləşdirən hallar olduğunu, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər də iki dəfə AR JM-nin 234.1-ji maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına baxmayaraq, islah olunmadan analoci jinayət əməlini törətməsini onun şəxsiyyətini səjiyyələndirən hal kimi nəzərə alır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin əlilik haqqında arayışından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli müddətsiz əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasını və şərtlərinin, habelə narkomanlıq xəstəliyinı düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydasının 3.2-ci bəndinə uygun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətəbiq edilməsi mümkün deyildir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,412 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,412 qram qalmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-278/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-278/2022
12.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver