Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-279/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 15 mart 2023-cü il tarixdə, saat 09:45-də, Bakı şəhərində, xx xxxxxxx 2001-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhər Xətai rayon Məhkəməsinin 1(011)- 459/2022 saylı, 07 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29cu, 180.1-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, ünvan 42-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-31/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı ilə barəsindən seçilmiş həbs qətimkan tədbiri 12 fevral 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)-279/2023-cü il tarixli qərarı ilə barəsindən seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək qüvvədə saxlanmış, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 11 iyul 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi 127 ünvanında yerləşən «Araz Market»in qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus «VAZ-2104» markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 1 ədəd 1391 manat dəyərində «Xiaomi Mİ 10T» modelli mobil telefonu və həmin mobil telefonun üzərində olmuş hər birinin qiyməti 10 manat olmaqla ümumi dəyəri 20 manat təşkil edən ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1411 manat dəyərində ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən 09 oktyabr 2022-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi 143 ünvanının qarşısında sərnişin kimi əyləşdiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes Benz C-180» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 1 ədəd 649 manat dəyərində «Samsung A23» modelli mobil telefonu və həmin mobil telefonun üzərində olmuş hər birinin qiyməti 10 manat olmaqla ümumi dəyəri 20 manat təşkil edən ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə birlikdə taladıqdan sonra hüquqazidd hərəkətlərini görən Zərərçəkmiş şəxs1 onu səsləyib dayanmasını tələb etməsinə baxmayaraq oradan qaçaraq uzaqlaşmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 669 manat dəyərində ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 21 oktyabr 2022-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi 127 ünvanında yerləşən «Araz Market»in qarşısında dayanmış «Ford Transit» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 700 manat dəyərində «Xiaomi Redmi 9T» modelli mobil telefonu və həmin mobil telefonun üzərində olmuş 10 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 710 manat dəyərində ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 180.2.2-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 11 iyul 2022-ci il tarixdə saat 23:00 radələrində yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsində yerləşən «Araz Market»in qarşısında dayanmış, bu zaman marketin qarşısında dayanan, lakin nömrəsinə fikir vermədiyi ağ rəngli «VAZ-2104» markalı avtomobildən bir nəfər cavan oğlan düşərək, avtomobilin qarşı qapısının şüşəsini açıq qoyaraq marketə daxil olduğunu görmüşdür. O, bunu görüb, həmin avtomobildən oğurluq etmək məqsədilə ora yaxınlaşdıqda qarşı sağ oturacağın üzərində bir ədəd mobil telefonun olduğunu görüb, ətrafa nəzər saldıqdan sonra, heç kimin olmadığına əmin olaraq avtomobilin qarşı sağ qapısının açıq pəncərəsindən əlini içəriyə doğru salaraq oturacağın üzərində qoyulmuş 1 ədəd qara rəngli mobil telefonu götürərək dərhal oradan uzaqlaşmış, oradan kənarlaşdıqda isə oğurlamış olduğu mobil telefonun «Mi 10T» modeli olduğunu bilmişdir. Əvvəlcə həmin telefonu özü istifadə etmək qərarına gəlmiş, lakin bunun müəyyən olunacağından ehtiyat etdiyi üçün bazar günü Sabunçu qəsəbəsində yerləşən «Rus Bazarı» adlanan yerdə tanımadığı şəxsə 70 manata satmışdır. Əldə etdiyi 70 manatın bir qismini özü ərzaqa xərcləmiş, bir qisminə isə tanımadığı şəxsdən narkotik vaitə olan heroin və psixotrop maddə metamfetamin alaraq istifadə etmişdir. Bundan başqa 09 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Sabunçu qəsəbəsindən kirayəşin yaşadığı evə getmək üçün pulu olmamışdır. Ona görə də taksiyə pul vermədən evə getmək qərarına gəlmişdir. Yol kənarında taksi kimi fəaliyyət göstərən «Mercedes» markalı avtomobilə əyləşərək birbaşa Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» massivi 143 ünvanına gələrək taksidən düşərkən pulu olmadığını dedikdə sürücü ondan yol haqqı kimi 5 manat pul tələb etmiş, o da sürücüyə həmin yerdə gözləməsini və pulu gətirəcəyini desə də onunla razılaşmamış, ona görədə avtomobildən düşərək getmək istəmiş, onun ardı ilə gəldiyi üçün oradan uzaqlaşmamış və yenidən avtomobilə əyləşərək bir daha xahiş etmişdir ki, onu gözləsin pulunu gətirəcəkdir. Sürücü yenədə razılaşmadıqda yerə düşəsi olmuş, sürücü onda bir neçə saniyə qabaq yerə düşdükdə avtomobilin cihazlar tablosunda maqnitə yapışmış vəziyyyətdə olan qara rəngli «Samsung 23A» modeli mobil telefonu götürüb, yerə düşüb, qaçaraq oradan uzaqlaşmış, sürücü onun ardı ilə qaçsa da onu yaxalaya bilməmişdir. Bir qədər uzaqlaşmışdır ki, onunla başqa küçədə rastlaşmış və onun əlində telefonu görüb, qaytarmasını desədə o, qaçaraq uzaqlaşmışdır. Daha sonra 55 saylı avtobusla yenidən Sabunçu rayonuna «Rus Bazarı» adlanan yerə gəlmiş, həmin telefonu da orada tanımadığı qadın cinsindən olan şəxsə satıb, əldə etdiyi pulla narkotik vasitə almaqla istifadə etmişdir. Bundan başqa 21 oktyabr 2022-ci il tarixdə, saat 07:00 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsində yerləşən «Araz Market»in qarşısında dayanmış, bu zaman həmin marketin qarşısında sarı rəngli «Fort Transit» markalı avtomobil dayanmış və avtomobildən iki nəfər düşərək arxadan çörək götürüb, marketə daxil olduqlarını, həmin avtomobildən oğurluq etmək üçün yaxınlaşaraq avtomobilin sağ qarşı qapısını açıb, ön cihazlar panelinin üzərində olan 1 ədəd qara rəngli «Redmi 7» modelli mobil telefonu götürərək dərhal oradan uzaqlaşmışdır. Oğurluq edərkən isə onu görən olmamışdır. Həmin mobil telefonu isə həmin günü Sabunçu rayon dəmiryolu vağzalında tanımadığı cavan oğlana 75 manata sataraq özünə narkotik vasitə və pisxotrop maddə alaraq istifadə etmişdir. 24 oktyabr 2022-ci il tarixdə isə Suraxanı RPİnin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə dəvət olunmuş, orada onunla həmin oğurluqlarla bağlı şifahi sorğu aparılarkən oğurluq etdiyi zaman videokameraya düşdüyünü bilmiş və həmin görüntüyə baxdıqda isə bunun həqiqət olduğunu bilmişdir. Sonda o, törətdiyi əməllərdən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 180.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 07 mart 2023-cü il tarixli iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, özünə məxsus “VAZ-2104” markalı, İO-MO- 734 dövlət nömrə nişanlı avtomaşını vardır. 11 iyul 2022-ci il tarixdə axşam saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi 127 ünvanında yerləşən «Araz Market»-in qarşısında idarə etdiyi «VAZ-2104» markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı saxlamışdır. Marketdən tez çıxacağı üçün avtomobilin qapısını bağlamamış və eləcə də özünə məxsus 1 ədəd “Xiaomi Mİ 10T” modelli mobil telefonu avtomobilin qabaq sağ oturacağının üzərinə qoymuşdur. O, marketə daxil olmuş və təxminən 15 dəqiqə sonra marketdən çıxıb avtomobilinə əyləşmiş, avtomobildə olan zaman mobil telefonunun oturacağın üstündə olmadığını görmüşdür. Avtomobilin salonunu axtarsa da telefonunu tapa bilməmiş və avtomobildən düşüb ətrafa baxdıqda orada hər hansı bir kənar şəxsi də görməmişdir. O, artıq başa düşmüşdür ki, avtomobili qabaq sağ oturacağında olan 1 ədəd “Xiaomi Mİ 10T” modelli mobil telefonu oğurlanmışdır. Bundan sonra o, oğurluq hadisəsi ilə əlaqədar Suraxanı RPİ-nin 33-cü PB-nə gedib bu barədə ərizə ilə müraciət etmişdir. “Xiaomi Mİ 10T” modelli mobil telefon 1391 manat pul ödəmiş, bundan əlavə ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrini isə hər birini 10 manata almış, ona ümumilikdə 1411 manat ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, sonuncuya qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmənin 07 mart 2023-cü il tarixli iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, onun özünə məxsus “Mersedes” markalı **-BH-*** dövlət nömrə nişanlı avtomaşını vardır. Həmin avtomaşınla taksi kimi fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə səhər saat 06:30 radələrində Sabunçu qəsəbəsində “Mersedes” markalı **-BH-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olan zaman yolun kənarında bir nəfər avtomaşınına əl ilə işarə verib saxlatdırmış. Həmin şəxs ona bildirmişdir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə gedəcək, orada dərzi işləyən dayısını götürüb Qaraçuxur qəsəbəsinə gedəcəkdir. O, həmin şəxsin konkret olaraq hansı ünvana gedəcəklərini bilmədiyi üçün yol haqqını hesablamamışdır. Yolda həmin şəxs ondan mobil telefonunu istəmişdir ki, dayısına zəng vurub bildirsin ki, taksi ilə gəlir. O, insanlıq olaraq yaxşılıq edib öz mobil telefonunu həmin şəxsə vermiş, həmin şəxs tanımadığı mobil telefon nömrəsinə zəng vurmuş, lakin telefon zənginə cavab verən olmamışdır. Həmin şəxs onun mobil telefonunu avtomaşının sürət qutusunun yan tərəfinə qoymuşdur. O, həmin şəxsi Yeni Günəşli qəsəbəsi “AB”massivi 143 nömrəli binanın qarşısına idarə etdiyi avtomaşınla gətirmişdir. Həmin şəxs ona bildirmişdir ki, avtomobilin yük yerini açıq saxla dayısının yükünə gətirəcəkdir. O, həmin şəxsin danışığından hiss etmişdir ki, onun yol haqqını vermədən qaçıb getmək istəyir. O, avtomaşından düşüb həmin şəxsə yaxınlaşaraq yol haqqını tələb etmiş, həmin şəxs isə avtomobilin ətrafına dövrə vurub qaçıb getmişdir. O, həmin şəxsin arxası ilə qaçsa da onu tuta bilməyəcəyini anlayıb geri avtomaşına əyləşmişdir. Avtomaşında olan zaman ona məxsus “Samsung A23” markalı mobil telefonunun surət qutusunun yanında olmadığını görmüş, artıq ona məlum olmuşdur ki, həmin şəxs avtomobilinin salonunda surət qutusunun yanında olan ona məxsus telefonu oğurlayıbdır. Təxminən 10-15 dəqiqə keçəndən sonra binanın arxa tərəfindən yola çıxmaq istəyəndə görmüşdür ki, həmin şəxs telefona baxaraq piyada gəlir, o, avtomaşından düşərək həmin şəxsə tərəf gəlmiş və telefonunu qaytarmasını deyəndə təxminən aralarında 40-50 metr məsafə olmuşdur, həmin şəxs onu görən kimi qaçmış və onun arxası ilə getsədə gizləndiyi üçün tapa bilməmişdir. Sonra yaxınlıqda olan 33- cü Polis Bölməsinə yaxınlaşıb ərizə ilə müraciət etmişdir. “Samsung A23” modelli mobil telefon 649 manat pul ödəmiş, bundan əlavə ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrini isə hər birini 10 manata almışdır, ona ümumilikdə 669 manat ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, sonuncuya qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmənin 07 mart 2023-cü il tarixli iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Türkiyə Respublikasında qiyabi olaraq ali təhsil alır, 2-ci kurs tələbəsidir. Boş vaxtlarında isə fərdi əməklə məşğul olmaqla çörəkpulu qazanır. 22 oktyabr 2022-ci il tarixdə saat 07 radələrində yeni işə başladığı «Binə çörək zavodu»-dan çörək məhsullarını satış ünvanlarından Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» maasivində yerləşən «Araz market»ə çatdırarkən sürücü Oktay idarə etdiyi «Ford Transit» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili marketin qarşısında saxlamış və hər ikisi avtomobildən yerə düşmüş, Oktay və özü çörəkləri avtomobildən götürüb marketə daxil olmuşdur. Gedərkən isə 1 ədəd mobil telefonu avtomobilin ön cihazlar tablosunun üzərinə qoymuş, gedərkən qapılar açıq vəziyyətdə olmuşdur. Təxminən 5 dəqiqə sonra çörəkləri təhvil verib, geri qayıdaraq avtomobilə əyləşmiş və Oktay avtomobili idarə edərək oradan təxminən 200-330 metr məsafə uzaqlaşarkən avtomobildə telefonunun «bluetooth» ilə musiqi dinləmək istəmiş, lakin telefonunu qoyduğu yerdə görməmişdir. Əvvəlcə telefonu «Araz Market»də qoyduğunu düşünmüş və geri qayıdaraq orada soruşduqda telefonun orada olmadığını, lakin marketin kamerası vasitəsilə videogörüntüyə baxdıqda bir nəfər cavan oğlanın onun gəldiyi avtomobilə yaxınlaşaraq sağ qarşı qapısını açıb telefonu götürdüyünü görmüşdür. Buna görə də ərazi üzrə Suraxanı rayon polis idarəsinin 33-cü polis bölməsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra isə təhqiqatçı Elşən İsmayılov onun izahatını alaraq onun iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. 24 oktyabr 2022-ci il tarixdə isə ona məlum olmuşdur ki, onun mobil telefonunu oğurlayan şəxs 33-cü polis bölməsinin işçiləri tərəfindən saxlanılaraq istintaq şöbəsinə təqdim olunmuşdur. “Xiaomi Redmi 9T” modelli mobil telefon 700 manat pul ödəmiş və ***-***-**-** mobil telefon nömrəni isə 10 manata almışdır, ona ümumilikdə 710 manat ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, sonuncuya qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, “Binə Çörək” zavodunda sürücü işləyir. İş saatı saat 06:00-da başlayır, saat 18:00-da bitir. Onun işi zavodda bişmiş çörəkləri Bakı şəhəri ərazisində market və mağazalara satmaqdan ibarətdir. Bunun üçün zavod tərəfindən ona sarı rəngli “Ford Transit” markalı, **-XM-*** dövlət nömrə nişanlı avtomobil etibarnamə əsasında verilmişdir. O, həmin avtomobillə çörəkləri mağaza və marketlərə satır. Çörəkləri mağaza və marketlərə daşımaq üçün zavod tərəfindən Zərərçəkmiş şəxs3 köməkçi işçi kimi təqdim edilmiş və Ramal ilə birlikdə idarə etdiyi avtomobillə Bakı şəhərindəki mağaza və marketlərə çörək satırmış. 21 oktyabr 2022-ci il tarixdə saat 07 radələrində o, iş yoldaşı Zərərçəkmiş şəxs3 ilə birlikdə idarə etdiyi “Ford Transit” markalı, **-XM-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi 127 ünvanında yerləşən «Araz Market»in qarşısına gəlib avtomobili avtomobil cərgəsində saxlamışdır. Ramal ilə birlikdə çörəkləri götürüb marketə girmiş, lakin avtomobilin qapılarını bağlamamışdır. Təxminən 10 dəqiqə sonra marketdən çıxıb avtomobilə əyləşərək hərəkət etməyə başlamışdır. «Araz Market»-dən təxminən 200- 300 metr aralı məsafə getmişdir ki, Ramal mobil telefonunun avtomobilin ön cihazlar tablosunun üzərində olmadığını bildirmişdir. Avtomobildə Ramalın telefonunu axtarsalar da tapa bilməmişdir. O, Ramalın mobil telefonuna zəng etsə də telefona zəng çatmamışdır. Daha sonra o, avtomobili geriyə «Araz Market»ə sürmüş, marketin kamerasına baxdıqda görmüşdür ki, onlar marketə girdikdən sonra tanımadığı bir nəfər şəxs onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfdən qapısının açıb oradan Ramala məxsus mobil telefonu oğurlayaraq getmişdir. Bundan sonra o, Ramalı Suraxanı RPİ-nin 33-cü PB-nə gətirmiş, orada Ramal telefonunun oğurlanması barədə ərizə yazmışdır. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 26 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi 127 ünvanında yerləşən «Araz Market»in qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus «VAZ-2104» markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 1 ədəd 1391 manat dəyərində «Xiaomi Mİ 10T» modelli mobil telefonu oğurladığı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi 143 ünvanının qarşısında sərnişin kimi əyləşdiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes Benz C-180» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 1 ədəd 649 manat dəyərində «Samsung A23» modelli mobil telefonu açıq yolla taladığı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi 127 ünvanında yerləşən «Araz Market»in qarşısında dayanmış «Ford Transit» markalı, **- XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 700 manat dəyərində «Xiaomi Redmi 9T» modelli mobil telefonu oğurladığı yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 9/8578 saylı 12 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, 2021-ci ilin sentyabr ayından istifadədə olan “Xiaomi Mİ 10T” (iki sim kartlı) model mobil telefonun aksesuarsız qiyməti 500,00 manat, (050) ***-**** və (099) ***-**-** saylı saylı GSM nömrələrin (dublikatı) qiyməti 8,00 (2x4 man) manat, 2022-ci ilin sentyabr ayından istifadədə olan “Samsung A23” (iki sim kartlı) model mobil telefonun aksesuarsız qiyməti 340,00 manat, (070) ***-**-** və (099) ***-**-** saylı GSM nömrələrin (dublikatı) qiyməti 8,00 (2x4 man) manat, 2021-ci ilin noyabr ayından istifadəsində olan bir ədəd “Xiaomi Redmi 9T” model mobil telefonun aksesuarsız qiyməti 270,00 manat, (070) ***-**-** saylı GSM nömrənin (dublikatı) qiyməti 4,00 manat təşkil edir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 25 oktyabr 2022-ci il tarixli protokollardan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 2 ədəd DVD diskdəki videogörüntüdən görünür ki, 21 oktyabr 2022-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 127 ünvanda yerləşən “Araz Supermarket” mağazasının qarşısında dayanmış avtomobillərə bir nəfər şəxs yaxınlaşıb avtomobillərin içərisinə baxır, daha sonra orada dayanmış vəziyyətdə olan “Ford Transit” markalı avtomobilin qabaq sağ sərnişin tərəfdən qapını açıb hansısa bir əşyanı götürüb oradan uzaqlaşır. 09 oktyabr 2022-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 143 ünvanda Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mersedes Benz C180” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobili saxlayır, həmin vaxt bir nəfər sərnişin avtomobildən düşür, Zərərçəkmiş şəxs1 həmin sərnişini tutub saxlayır, daha sonra həmin şəxs qaçaraq oradan uzaqlaşır. Digər görüntülərdə isə Zərərçəkmiş şəxs1 həmin şəxslə rastlaşır, lakin həmin şəxs oradan qaçıb uzaqlaşır. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli “Nisyə satış müqaviləsi”ndən görünür ki, “Baku Elektronics” ilə Zərərçəkmiş şəxs2 arasında qiyməti 1.391 manat olan «Xiaomi Mİ 10T» modelli mobil telefonun alqı-satqısı müqaviəsi bağlanmışdır. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli alqı-satqlı müqaviləsinə əlavədən görünür ki, “ABC Telecom” ilə Zərərçəkmiş şəxs1 arasında qiyməti 649,94 manat olan «Samsung A23» modelli mobil telefonun alqı-satqısı müqaviəsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 23 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 180.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkəməyə verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 180.2.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməlləri etiraf edərək səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs soyğunçuluq cinayətini təkrar törətməsini məhkəmə cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 16-ci maddəsinə əsasən bu məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. İş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin 1(011)-459/2022 saylı, 07 dekabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu, 180.1-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 24 oktyabr 2022-ci il tarixdən hesablanmış və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-459/2022 saylı, 07 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu, 180.1-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ünvan 42-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-31/2023 saylı, 24 yanvar 2023cü il tarixli qərarı ilə barəsindən seçilmiş həbs qətimkan tədbiri 12 fevral 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)-279/2023-cü il tarixli qərarı ilə barəsindən seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək qüvvədə saxlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 oktyabr 2022-ci il tarixdən һesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 cinayətin törədilməsi nəticəsində onlara dəymiş maddi ziyana dair mülki icraata qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 09 (doqquz) iş saatı üçün 54 (əlli dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddələri ilə isə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-459/2022 saylı, 07 dekabr 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 09 (doqquz) iş saatı üçün 54 (əlli dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-279/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-279/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver