Məhkəmə qərarları › İş №1(010)-279/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-279/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-279/2024 14.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, VÖEN əsasında fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 04 aprel 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda ehtiyatsızlıqdan adam öldürmə ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 01 aprel 2022-ci il tarixdən ünvan 2 ünvanda yerləşən "Carwash" markalı yuyucu aparatı quraşdırılmış "50 qəpik" avtoyuma məntəqəsində faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”-nın 9.1-ci bəndinin tələblərinə əsasən - istehlakçı kimi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına məsuliyyət daşıdığı, eyni zamanda 07 may 1979-cu il tarixdə təsdiq olunmaqla, keçmiş SSRİ-nin tərkibindəki Respublikaların, o cümlədən Azərbaycan SSR-in avtomobil nəqliyyatının idarə olunmasında icrası məcburi olmuş və hazırda qüvvədə olan "Avtomobil nəqliyyatında əməyin mühafizəsi Qaydaları”-nın 13.2.1 və 13.2.5-ci bəndlərinin tələblərinə əsasən avtomobillərin, aqreqatların və detallarının yuyulması zamanı açıq şlanqla, yəni əl ilə yuma postunu gərginlik altında olan açıq cərəyandaşıyıcı keçiricilərdən və qurğulardan izolyasiya olunmaqla yerləşdirilməsinə, açıq (əl ilə) və qapalı (mexanikiləşdirilmiş) yuma məntəqəsində işıqlandırma mənbəsinin, xətlərin və güc mühərriklərinin hermetik şəkildə olmasına, 220 volt gərginlikdə işləyən maqnit buraxıcı və düymə ilə idarə olunan yuyucu qurğuların istifadəsi zamanı buraxıcı qurğuların və xətlərin hidroizolyasiya edilməsinə, gövdəsinin, kabinəsi və aparaturalarının torpaqlanmasına riayət etməli olduğu halda, bu tələblərə əməl etməyərək "Avtomobil nəqliyyatında əməyin mühafizəsi Qaydaları”-nın 13.2.1, 13.2.5 bəndlərinin tələblərini pozmaqla, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək, öz vəzifələrinin icrasına cinayətkarcasına etinasız yanaşıb istifadəsində olan ünvan 7ndə yerləşən "50 qəpik" avtoyuma məntəqəsində quraşdırılmış "Carwash" markalı yuyucu aparatın təhlükəsiz istismarını davam etdirməsi nəticəsində 10 iyun 2023-ci il tarixdə, saat 12 radələrində dostuna məxsus velosipedi yumaq üçün qeyd edilən ünvana gəlib "Carwash" markalı yuyucu aparatı işlək vəziyyətə gətirərək aparatın dəstəyinə hər iki əli ilə toxunan 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs yuyucu aparatın dəstəyindən yüksək gərginlikli elektrik cərəyanının orqanizminə ümumi təsiri nəticəsində ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs və ailə üzvlərini tanımamış və aralarında hər hansı narazılıq, ədavət və ya düşmənçilik olmamışdır. Onları hadisə baş verəndən sonra tanımışdır. Hadisənin baş verdiyi ünvan 3 ünvanda yerləşən avtoyuma məntəqəsi əvvəllər qardaşı Habilə məxsus olmuş, təxminən 4 il bundan əvvəl fəaliyyətə başlamış və fasiləsiz olaraq 24 saat ərzində fəaliyyət göstərmişdir. Avtoyuma məntəqəsi rəsmi olaraq qeydiyyata alınmamış, tikilinin və ya torpağın sənədi olmamışdır. Avtoyuma məntəqəsində kimsə avtomobilini yumaq istədikdə orada quraşdırılmış aparata 50 qəpik atıb düyməsini sıxdıqdan sonra aparata axmağa başlayan su ilə hər bir şəxs özü maşınını yuyur. Qardaşı Habil 01 aprel 2022-ci ildə vəfat etdikdən sonra, avtoyuma məntəqəsinə faktiki sahibliyi özü həyata keçirərək işlətməkdə davam etmişdir. Məntəqənin su borusuna, elektrik xətlərinə nəzarət onun tərəfindən həyata keçirilmişdir. Avtoyuma məntəqəsinin ondan başqa hər hansı bir işçisi, nəzarət edən hər hansı şəxs olmamışdır. 10 iyun 2023-cü il tarixdə günorta saatlarında evdə olarkən evə zəng gələrək ona xəbər verilmişdir ki, velosipedi yumaq istəyən, adını sonradan bildiyi Rəşadı avtoyuma məntəqəsində avtoyuma cihazından istifadə edərkən elektrik cərəyanı vurmuş və nəticədə, sonuncu hadisə yerində ölmüşdür. Bundan sonra, dərhal hadisə yerinə gəlmiş və azyaşlı Rəşadın elektrik cərəyanı vurması nəticəsində öldüyünün şahidi olmuşdur. Daha sonra, təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerinə gəlmişlər. Təcili yardım gəldikdə Rəşad artıq ölmüş idi. Həmin hadisəyədək məntəqədə heç bir hadisə baş verməmişdir. Ona görə də, arxayın olub mütəxəssis çağıraraq elektrik enerjisi ilə işləyən avadanlıqların təhlükəsiz vəziyyətdə işləyib-işləməməsini yoxlatdırmamışdır. Bunu hadisədən sonra başa düşsə də, artıq gec olmuş, ona görə də Rəşadın ölümündə özünü təqsirkar bilir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, özünü tam təqsirli bilir və zərərçəkmiş şəxsin hüquqi varisi ilə və ailə üzvləri ilə barışmışdır. Sonda isə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və ailə üzvləri ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ona qarşı heç bir şikayət və tələbin olmamasını, dəymiş ziyanın ödənilməsini, əvvəllər məhkum olunmamasını, ağır dərəcəli şəkər xəstəliyindən əziyyət çəkməsini, insulin iynəsindən istifadə etməsini, ayaq üstə çox dura bilmədiyini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 2006-cı ildə Samura adlı qadınla qeyri-rəsmi olaraq ailə həyatı qurmuş, həmin nikahdan 3 övladı dünyaya gəlmişdir. Bundan sonra, Samura uşaqları atıb gedərək başqa insanla ailə həyatı qurmuşdur. 12-13 il ərzində Samura bir dəfə də olsun, övladları ilə maraqlanmamışdır. Oğlanları İlkini və Rəşadı hazırda ailə qurduğu Şahid2 böyütmüşdür. O, Laçın şəhərində aparılan tikinti işləri ilə bağlı fəhlə işləyir, hazırda ünvanı dəqiq xatırlamadığı Əhmədli qəsəbəsi ərazisində Rəşad və İlkinlə birlikdə kirayədə yaşamışdır. İlahə və uşaqlar evdə tək darıxdıqları üçün, həmçinin işi də 1-2 günə yekunlaşacağı üçün İlahəyə 1-2 günə qayıdacağını və buna kimi uşaqları da götürüb Hövsan qəsəbəsində yaşayan atasının evinə getmələrini demişdir. Təxminən 4-5 gün İlahə uşaqlarla birlikdə atasının evində olmuşdur. 10 iyun 2023-cü il tarixdə, saat 15 radələrində Laçın şəhərində olarkən İlahə ona zəng edərək Rəşadı avtoyuma məntəqəsində elektrik cərəyanının vurduğunu demişdir. Bu xəbəri eşidən kimi Bakı şəhərinə gəlmişdir. Sonradan arvadı İlahə ilə qayınatası ona bildirmişlər ki, 10 iyun 2023cü il tarixdə, saat 13 radələrində Rəşad öz velosipedini götürüb çöldə sürmək istəmiş, İlahə hava isti olduğu üçün axşam sərin düşəndə sürməsini demiş, Rəşad evdə darıxmış və İlahəni aldadaraq uşaqlarla tut yeməyə getdiyini demiş, İlahənin başı qarışıq olan zaman Rəşad sakitcə aradan çıxmış, adını sonradan bildiyi, qonşuluqda yaşayan öz həmyaşıdı Məmmədağa ilə “50 qəpik” avtoyuma məntəqəsinə velosiped yumağa getmişlər. Orada velosipedi əvvəlcə Məmmədağa yumuş, sonra isə Rəşad Məmmədağanın əlindən təzyiq şlanqını alıb özü yumaq istəyən zaman sonuncu ilkin olaraq şlanqı verməmiş, sonradan Rəşad həmin şlanqı bir daha almaq istəyən zaman onu elektrik cərəyanı vurmuşdur. Hadisə zamanı bir nəfər köməyə gəlsə də, artıq gec olmuşdur. Verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxslə hazırda barışmışdır. Onlara dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı özü və mərhumun anası olan əvvəlki həyat yoldaşı X6 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 məhkəməyə 22 may 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, o, Hövsan qəsəbəsində yaşamamışdır. Rəşad bir neçə gün idi ki, babasıgilə qonaq gəlmiş, arabir küçəyə çıxıb onlarla oynamışdır. O, bəzən öz velosipedini yumaq üçün evlərindən bir qədər kənarda yerləşən «50 qəpik» deyilən avtoyuma məntəqəsinə gələrək orada velosipedini yumuşdur. 10 iyun 2023-cü il tarixdə, günorta saatlarında velosipedi yumaq üçün evdən çıxan zaman Rəşadla görüşmüş, sonuncu ondan hara getdiyini soruşmuş, o isə velosiped yumağa getdiyini demişdir. Rəşad da onunla getmək istədiyini bildirmiş və birlikdə avtoyuma məntəqəsinə getmişlər. 50 qəpik pulu aparata atıb velosipedi özü yuyan zaman Rəşad onun əlindən təzyiq şlanqını alaraq velosipedi özü yumaq istəmişdir. Lakin ilk dəfə o, imtina edərək velosipedi özünün yuyacağını demişdir. 2-ci dəfə isə Rəşad şlanqı əlindən almış, velosipedi yumaq istəyərkən artıq onu elektrik cərəyanı vurmuşdur. O, şlanqın plastmas yerindən tutduğu üçün onu tok vurmamışdır. Lakin Rəşad şlanqın plastmas yerindən deyil dəmir hissəsindən yapışdığı üçün tok vurmuşdur. Rəşad həmin vaxt yerə yıxılmış və tanımadığı, adını bilmədiyi, ilk dəfə gördüyü bir kişi qaçaraq avtoyuma məntəqəsinə köməyə gəlmişdir. Rəşadın yanında olan həmin su təzyiqi şlanqını ayağı ilə kənara vurub itələmişdir. Bundan sonra oradan qaçaraq Rəşadın anasına hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, yoldaşı X10 2006-cı ildə Samirə(Samura) adlı qadınla qeyri-rəsmi olaraq ailə həyatı qurmuş, həmin nikahdan 3 övladı dünyaya gəlmişdir. Zaurun deməsinə görə, Rəşad və İlkin körpə olarkən Samirə onları atıb getmişdir. O, Zaurla rəsmi qaydada ailə qurmuş, həmin nikahdan bir qızları doğulmuşdur. İstər Rəşadı, istərsə də İlkini öz doğma balası kimi istəmişdir. Həmçinin valideynləri Rəşadı öz nəvələrindən ayırmamışlar. X21 Laçın şəhərində aparılan tikinti işləri ilə bağlı orada fəhlə işləyir. Ünvanını dəqiq xatırlamadığı Əhmədli qəsəbəsi ərazisində Rəşad və İlkinlə birgə kirayədə yaşamışdır. Zaur evdə tək darıxdıqları üçün, həmçinin işi də yekunlaşacağı üçün 1-2 günə qayıdacağını nəzərə alaraq buna kimi uşaqları da götürüb Hövsan qəsəbəsində yaşayan atası evinə getməsini demişdir. Təxminən 4-5 gün uşaqlarla birlikdə atası evində qalmışlar. 10 iyun 2023-cü il tarixdə saat 13 radələrində Rəşad öz velosipedini götürüb çöldə sürmək istəmişdir. O, hava isti olduğundan razılaşmamış, axşam tərəfi hava sərinləşən zaman sürməsini bildirmişdir. Təxminən 10 dəqiqə sonra Rəşad ona uşaqlarla qapının ağzında tut yediyini bildirmişdir. Həmin vaxt ev işləri ilə məşğul olduğuna görə, Rəşadın nə vaxt getdiyini görməmişdir. Rəşad evdən çıxandan təxminən yarım saat sonra, sonuncunu avtoyuma məntəqəsində elektrik cərəyanı vurması barədə xəbər gəlmişdir. Sonradan məlum olmuşdur ki, Rəşad qonşu uşaq Məmmədağa ilə birlikdə yaşadıqları evdən uzaqda yerləşən avtoyuma məntəqəsinə getmişdir. Məmmədağa öz velosipedini yumuş, Rəşad da velosipedə su vurmaq istəmiş, şlanqı əlindən almaq istəyən zaman Rəşadı elektrik cərəyanı vurmuş və hadisə verində ölmüşdür. Verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, Rəşadı Hövsan qəsəbəsində yerləşən avtoyuma məntəqəsində elektrik cərəyanı vurmuş, bu barədə məlumatı Məmmədağa adlı şəxs digər oğluna demiş, o isə hadisəni oğlundan öyrənmiş, hadisə yerində olan digər şəxsi yəni Məmmədağanı elektrik cərəyanı vurmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2013-cü ildən Suraxanı RETSİ-nin enerji satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsində işləməklə, vəzifəsi ərazidə elektrik sayğaclarının aylıq sərfiyyatının müəyyən edilməsi və vətəndaşlara bildiriş təqdim edilməsindən ibarət olmuşdur. ünvan 3 ünvanda yerləşən avtoyuma məntəqəsi onun fəaliyyət ərazisində yerləşir. Həmin avtoyuma məntəqəsinin əvvəllər Hövsan qəsəbə sakini Habil Cəlilova məxsus olduğunu bilmişdir. Habil Cəlilov təxmini olaraq 2022-ci ilin aprel ayında vəfat etmiş, bundan sonra avtoyuma məntəqəsinə sahibliyi qardaşı Təqsirləndirilən şəxs etmişdir, avtoyuma məntəqəsinin sahibi kimi Təqsirləndirilən şəxs tanımışdır. Həmin avtoyuma məntəqəsinə elektrik xətti təxmini olaraq 30 metr məsafədə yerləşən elektrik sayğacından qidalanır. Həmin sayğac əhali kodu altında Suraxanı RETSİ-də qeydiyyata alınmışdır. Abonentlə Suraxanı RETSİ-nin balans sərhəddi sayğacın girişində olan budaqlanma nöqtəsində təyin edilir. Avtoyuma məntəqəsinə gedən elektrik xətti sayğacın çıxış nöqtəsindən çəkilmişdir. Sayğacadək olan elektrik xətlərinə Suraxanı RETSİ cavabdehlik daşısa da, sayğacdan sonra olan xətlərə abonent bilavasitə özü məsuliyyət daşıyır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 10 avqust 2023-cü il tarixdə Suraxanı Rayon Prokurorluğunun müstəntiqi, kiçik ədliyyə müşaviri Elçin Salmanov tərəfindən Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) 10 iyun 2023-cü il tarixdə saat 14:10-da Suraxanı RPİ-nin 30-cu polis şöbəsindən 2008-ci il təvəllüdlü ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs Hövsan qəsəbəsində yerləşən avtoyuma sexində elektrik cərəyanı vuraraq ölməsi barədə Suraxanı Rayon Prokurorluğuna telefon məlumatı daxil olmuşdur. (iş.v. 2) 10 iyun 2023-cü il tarixli, “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 7ndə yerləşən, Təqsirləndirilən şəxs işlətdiyi, 50 qəpik pul nominalı daxil edilməklə işə düşən, birmərtəbəli avtoyuma məntəqəsidir. Bu kimi məntəqələr ölkə ərazisində “50 qəpik at, özün yu” olaraq 24 saat fəaliyyət göstərir, məntəqənin açılıb-bağlanan jalüz materialdan qapısı olsa da, qapı daim açıq vəziyyətdə qalır. Avtoyuma məntəqəsinin uzunluğu 5 metr, eni 3,50 sm, hündürlüyü isə 2,80 metrdir. Girişdən sol tərəfdə yerə bərkidilmiş halda “Carwash” adlı yuyucu aparat vardır. Aparata qoşulmuş su təzyiq borusu və şampun köpüyü borusu vardır. Aparatın ön dəmir üzlüyündə olan dəliyə 50 qəpik daxil edildikdə, aparat işə düşür, bir müddət təzyiqlə su vurduqdan sonra aparat özözünə suyun verilişini dayandırır. Hadisə baş verərkən həmin aparat işlək vəziyyətdə olmuş, hadisə yerinə baxış keçirilməsi ilə bağlı təhlükəsizlik tədbiri məqsədi ilə aparat ümumi sayğacdan söndürülmüşdür. Məntəqənin döşəməsi kafel, divarları isə metlaxlarla döşənmiş, tavanı isə lambir materialdandır. Məntəqəyə girişlə üzbəüz, sol tərəfdə, qapısı ağ rəngli plastmas materialdan olmaqla, sanitar qovşağı otağı, məntəqəyə girişdən üzbəüz sağ yuxarı hissədə, divara bərkidilmiş videokamera vardır. Avtoyuma məntəqəsinin girişində, sağ tərəfdə divara söykənmiş ağ-göy rəngli velosiped vardır. Zərərçəkmiş şəxs meyiti məntəqənin qarşısında, çöl tərəfdə arxası üstə uzadılmış və üzərinə mələfə örtülmüşdür. Avtoyuma məntəqəsinin sol tərəfində eyni ölçülərdə daha bir tikili vardır. Həmin tikilinin divarlarına kafel, döşəməsinə metlax vurulmuş, tavanı isə lambir materialdandır. Tikilinin içi boşdur, təmir işi aparılır. Avtoyuma məntəqəsinə baxış zamanı qana bənzər ləkə, o cümlədən kəsici, deşici alət və ya iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya müəyyən edilməmişdir. Fotoşəkillər və məntəqənin kamera yaddaşına əks olunmuş hadisənin görüntüləri CD diskə köçürülərək protokola əlavə olunmuşdur. (iş.v. 3-6) Məhkəmə istintaqında avtoyuma məntəqəsinin videogörüntülərini özündə əks etdirən 01 (bir) ədəd CD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, 10 iyun 2023-cü il tarixdə saat 14 radələrində X4 avtoyuma məntəqəsinin içində suvuran təzyiq aparatının su borusu ilə özünə məxsus velosipedi yuyur. Zərərçəkmiş şəxs gələrək onun əlindən suvuran borunu alır və bir neçə saniyə sonra, elektrik cərəyanı Zərərçəkmiş şəxs vurur, sonuncu yerə yıxılır. M.Məstənov gələrək Rəşada toxunmaq istəyərkən sanki onu da elektrik cərəyanı vurur, Şahid1 kənara çəkilərək, köməyə adam çağırır. İstintaqa məlum olmayan şəxs gələrək ayağı ilə Zərərçəkmiş şəxs əlində olan su borusunu ayağı ilə vurub kənara itələyir. 10 iyun 2023-cü il tarixli, meyitin xarici müayinə edilməsi barədə protokoldan görünür ki, meyitin əynində qara rəngli plavki var, digər paltarları yoxdur. Meyit kişi cinslidir, düzgün bədən quruluşludur, kafi qidalıdır, bədəninin uzunluğu 154 sm-dir. Meyit əllə toxunduqda nisbətən istidir. Meyitin əzələ qacıması inkişaf etməmişdir. Meyit ləkələri qırmızımtıl-bənövşəyi rəngdədir, bədənin arxa-yan hissələrində yerləşmişlər, barmaqla təzyiq etdikdə itirlər, təxminən 15 saniyədən sonra öz rəngini alırlar. Meyitin başı düzgün formadadır, başında saçı qaradır, uzunluğu 4,0 sm-ə qədərdir. Gözləri göz qapaqları ilə örtülüdürlər, bəbəklər bərabər şəkildə genəlmişlər, 0,5 sm diametrdədirlər. Ağız və burun dəlikləri ifrazatsızdırlar. Dişləri təbiidirlər. Dil ağız boşluğundadır, zədəsizdir. Əllə toxunduqda ətraflar tamdırlar. Xəsarətlər: sol əlin İ barmağının proksimal falanqasının iç səthində 0,5x0,4 sm, İİ barmağının medial falanqa oynağının arxa səthində 0,3x0,3 sm, həmin əlin arxa səthində 0,4x0,2 sm, sağ əlin İİ barmağının medial falanqa oynağının arxa səthində 0,3x0,2 sm ölçüdə bozumtul rəngli, əllədikdə nisbətən bərk konsistensiyalı, dibləri çökək, kənarları azacıq qalxmış sahələr-yanıq yaraları “elektrik nişanələri” var. Sağ ayağın İ barmağının medial falaqasının iç səthində 0,3x0,3 sm, həmin ayağın iç səthində 0,8x0,3 sm ölçüdə anoloji sahələr var. Meyitin xarici müayinəsi zamanı digər xəsarətlər aşkar edilmədi. (iş.v. 8-11) 17 iyun 2023-cü il tarixli, “hadisə yerinə əlavə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 7ndə Hövsan kənd sakini Təqsirləndirilən şəxs işlətdiyi “50 qəpik” adlanan avtoyuma məntəqəsidir. Avtoyuma məntəqəsi bir mərtəbəli olmaqla mişar daşından inşa edilmiş, damı taxta konstruksiyalardan quraşdırılmaqla, üzəri dalğavari təbəqələrlə üzlənmişdir. Avtoyuma məntəqəsinin qapısı jalüz tipli olmaqla, açıq vəziyyətdədir və qarşısı lentlə müvəqqəti bağlanmışdır. Avtoyuma məntəqəsinin daxili, yəni divarları kafellə, döşəməsi isə metlaxla üzlənmiş, tavan hissəyə isə lambir təbəqələr vurulmuşdur. Avtoyuma məntəqəsinə daxil olduqda, sağ tərəfdə döşəməyə bərkidilmiş vəziyyətdə elektrik enerjisi ilə işləyən, üzərində “Carwash” yazısı olan yuyucu aparat vardır, həmin yuyucu aparat avtomatlaşdırılmış olmaqla, üzərində olan xüsusi dəliyə “50 qəpik” pul nominalı daxil edilməklə işə düşür və müəyyən zaman ərzində suvuranından təzyiqlə su vurur. Qeyd olunan aparatın elektrik qutusu, avtoyuma məntəqəsinə daxil olduqda sağ tərəfdə yerləşir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, yuyucu aparat həmin elektrik qutusunda olan avtomatlardan qoşulur. Yuyucu aparat tam avtomatlaşdırılmış olduğuna görə, ona heç kim nəzarət etmir və qurğuda qeyd edildiyi kimi üzərində olan xüsusi dəliyə “50 qəpik” pul nominalı daxil edilməklə işə düşür, müəyyən zaman ərzində işləyir və dayanır. Baxış zamanı müəyyən edilmişdir ki, yuyucu aparat torpaqlanmamışdır. Baxış zamanı iştirak etmiş elektrik mütəxəssisi Şahid3 iştirakı ilə qeyd olunan elektrik qutusundakı avtomat açarı şəbəkəyə qoşmaqla yuyucu aparata gərginlik verildi və testr, elecə də indikator cihazı vasitəsilə yoxlanıldıqda yuyucu aparatın metal gövdəsinə, eləcə də suvuranının metal hissəsinə elektrik cərəyanının sızması halının olması müəyyən edildi. Belə ki, qeyd edildiyi kimi yuyucu aparatın torpaqlanması mövcud olmadığına görə, aparatın daxili elektrik sistemində yaranmış hansısa qəza halından (istismar müddəti ərzində aparatın cərəyandaşıyıcı hissələrinin hansınınsa izolyasiya örtüyünün pozulması ilə metal konstruksiyalarla birbaşa təması nəticəsində) yuyucu aparatın metal hissələri gərginlik altına düşür. Hadisə yerinin fotoşəkilləri protokola əlavə edilmişdir. (iş.v. 25-29) 10 iyun 2023-cü il tarixli, 81 saylı məhkəmə tibbi ekspertizasının rəyinin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: hər iki əlin, sağ ayağının “elektrik nişanələri”. Qeyd edilənlər həyatidirlər, ölümdən az əvvəl həmin nahiyələrə yüksək gərginlikli elektrik cərəyanının təsirindən əmələ gəlmişdirlər. “Elektrik nişanələri” mərhumun əlinin yüksək gərginlikli elektrik mənbəyinə toxunması nəticəsində alınması inkar olunmur. Zərərçəkmiş şəxs ölümünə elektrik cərəyanının orqanizmə ümumi təsiri səbəb olmuşdur, ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (iş.v. 33- 36) 31 iyul 2023-cü il tarixli 10/44xx-xx/4478 nömrəli məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizası rəyinin nəticəvi hissəsində qeyd olunur ki, baş vermiş hadisə ilə əlaqədar, "Avtomobil nəqliyyatında əməyin mühafizəsi Qaydaları”-nın 13.2.1 və 13.2.5-ci bəndlərinin tələbləri pozulmuşdur. Hövsan qəsəbəsi, Məktəb küçəsində "50 qəpik" avtoyuma məntəqəsində quraşdırılmış "Carwash" markalı yuyucu aparatın təhlükəsiz istismar edilməsi üçün aparatın elektrik qurğularının hidroizolyasiya ilə təmin olunmaması və gövdəsinin torpaqlanmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Hövsan qəsəbəsi, Məktəb küçəsində Hövsan kənd sakini Təqsirləndirilən şəxs məxsus "50 qəpik" adlanan avtoyuma məntəqəsində quraşdırılmış "Carwash" markalı yuyucu aparatın təhlükəsiz istismar edilməsi üçün aparatın daxili elektrik xətlərinin hidroizolyasiya ilə təmin olunmasını və metal gövdəsinin torpaqlanmasını təmin etmədiyinə görə, "Avtomobil nəqliyyatında əməyin mühafizəsi Qaydaları”-nın 13.2.1 və 13.2.5-ci bəndlərinin tələbləri avtoyuma məntəqəsində elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına cavabdeh olan sahibi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. (iş.v. 38-40) Suraxanı Rayon Prokurorluğuna ünvanlanan 14 avqust 2023-cü il tarixli ərizədən görünür ki, X10 cinayət işi üzrə mərhum oğlu Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. (iş.v. 43) 14 avqust 2023-cü il tarixli, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında qərardan görünür ki, cinayət işi üzrə X10 hadisə nəticəsində ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. (iş.v. 44) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 24 avqust 2023-cü il tarixli, 3625 saylı arayışdan görünür ki, X10, həqiqətən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar y/s, nömrəsiz evdə yaşayır. Ailə tərkibi həyat yoldaşı 1991-ci il təvəllüdlü Şahid2 və qızı 2014-cü il təvəllüdlü Ayan Əsgərovadan ibarətdir. (iş.v. 60) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 24 avqust 2023-cü il tarixli, 3626 saylı arayışıdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 1 ünvanında yaşayır. Ailə tərkibi həyat yoldaşı 1983-cü il təvəllüdlü X3, oğulları 2004-cü il təvəllüdlü Adil Cəlilov və 2005-ci il təvəllüdlü Təyyar Cəlilovdan ibarətdir. (iş.v. 62) İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı RİHB-in Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təqdim etdiyi xasiyyətnamədən görünür ki, xx xxxxx 1980-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Hövsan qəsəbəsi ərzində yaşadığı dövrdə onun barəsində qəsəbə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (iş.v. 63) İş materiallarına əlavə edilmiş AZ-İİ №273055 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 01 aprel 2022-ci il tarixdə sol mədəcik çatışmazlığı səbəbi ilə ölmüşdür. (iş.v. 22) Suraxanı Rayon Prokurorluğunun 14 avqust 2023-cü il tarixli, ********* saylı sorğusuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X20 tərəfindən cavab olaraq bildirilmişdir ki, xx xxxxx 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. (iş.v. 72) Suraxanı Rayon Prokurorluğunun 14 avqust 2023-cü il tarixli, ********* saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X20 tərəfindən bildirilmişdir ki, xx xxxxx 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicə olmayıb. (iş.v. 73) Suraxanı Rayon Prokurorluğunun 17 oktyabr 2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" ASC Suraxanı Rayon Sukanal İdarəsi tərəfindən bildirilmişdir ki, Hövsan qəsəbəsi Məktəb küçəsində Təqsirləndirilən şəxs məxsus 43158217 nömrəli (abonent kodu 021496) su sayğacı mövcuddur. Sayğac qeyri-əhali kateqoriyasına məxsusdur. Təqsirləndirilən şəxs məxsus Market və “50 qəpik” yuyucusunu su ilə təchiz edir. Hal-hazırda avtoyuyucu fəaliyyət göstərmir. Lakin marketdə sudan istifadə olunur. 2023-cü il ərzində 90 kub metr su almışdır. Sonuncu ödəniş 10 avqust 2023-cü il tarixində olmuşdur. (iş.v. 74-75) Suraxanı Rayon Prokurorluğunun 23 oktyabr 2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən bildirilmişdir ki, 04 noyabr 2023-cü il tarixdə olan uçot-baza məlumatlarına əsasən, Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə uçota alınmışdır. Təqsirləndirilən şəxs mərhum qardaşı X7 isə vergi orqanında uçotda olması barədə məlumat aşkar edilməmişdir. (iş.v.76-77) Suraxanı Rayon Prokurorluğunun 28 noyabr 2023-cü il tarixli sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, ünvan 7ndə yerləşən “50 qəpik” adı ilə fəaliyyət göstərən avtoyuma məntəqəsi **********40040 saylı abunə kodu ilə X7 adınadır. Həmin məntəqə 474 KTM-dən qidalanan “1141 saylı” KTM-nin 6 kV-luq PL-dən 0,4 kV-luq ÖİN ( özünü izolyasiyaedən naqil) hava xəttində budaqlanmaqla həyata keçirilir və abonent tərəfindən vaxtlı-vaxtında ödəniş olunur. (iş.v. 83) Suraxanı Rayon Prokurorluğunun 14 yanvar 2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən bildirilmişdir ki, aparılmış araşdırma və müşahidə nəticəsində fərdi sahibkar Təqsirləndirilən şəxs məxsus **********-19002 kodlu obyekt vergi ödəyicisi X2 (VÖEN: **********) icarəyə verilib və pərakəndə ticarət fəaliyyəti göstərir, **********-19003 və **********-19005 kodlu obyektlər eyni ərazidə yerləşir və kəsim sexi kimi fəaliyyət göstərir, **********-19004 kodlu obyekt icarə obyektidir, müşahidə zamanı fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. (iş.v. 94-95) Suraxanı Rayon Prokurorluğunun 01 fevral 2024-cü il tarixli sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən ünvan 7 ünvanında yerləşən avtoyuma məntəqəsinə dair təqdim edilən sənədlərlə müəyyən edilir: 1) 05 yanvar 2023-cü il tarixli 369139 nömrəli enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsindən görünür ki, Habil Cəlilovla "xxxx" ASC arasında müqavilə bağlanmışdır. (Abonent kodu: **********40040). 2) Azərbaycan Respublikası Elektrik Enerjisindən istifadə qaydalarına əsasən **********3M1806606 nömrəli sayğacın girişində olan budaqlanma nöqtəsi təyin edilir. (iş.v. 96-102) 29 fevral 2024-cü il tarixli, “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 7ndə Hövsan kənd sakini Təqsirləndirilən şəxs işlətdiyi “50 qəpik” adlanan avtoyuma məntəqəsidir. Avtoyuma məntəqəsi bir mərtəbəli olmaqla mişar daşından inşa edilmiş, damı taxta konstruksiyalardan quraşdırılmaqla, üzəri dalğavari təbəqələrlə üzlənmişdir. Avtoyuma məntəqəsinin qapısı jalüz tipli olmaqla açıq vəziyyətdədir. Avtoyuma məntəqəsinin daxili, yəni divarları kafellə, döşəməsi isə metlaxla üzlənmiş, tavan hissəyə isə lambir təbəqələr vurulmuşdur. Avtoyuma məntəqəsi təxmini olaraq 30 metr məsafədə yerləşən elektrik sayğacından qidalanır. Baxış zamanı iştirak etmiş Şahid3 bildirmişdir ki, həmin sayğac əhali kodu altında Suraxanı RETSİ-də qeydiyyata alınmışdır. Abonentlə Suraxanı RETSİ-nin balans sərhəddi sayğacın girişində olan budaqlanma nöqtəsində təyin edilir. Avtoyuma məntəqəsinə gedən elektrik xətti sayğacın çıxış nöqtəsindən çəkilmişdir, elektrik xəttinin avtoyuma məntəqəsinin içərisində yerləşən avtomata birləşdirilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin avtomat işə salındıqda yuyucu qurğuya elektrik gəlmişdir. Hadisə yerinin fotoşəkilləri protokola əlavə edilmişdir.(iş.v. 105-109) İş materiallarından görünür ki, 01 mart 2024-cü il tarixdə əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilmiş, ekspertlər qarşısına aşağıdakı suallar qoşulmuşdur: -Qeyd olunan hadisə ilə əlaqədar təhlükəsizlik texnikası qaydalarının pozulması halı olmuşdurmu ? -Müsbət halda həmin qaydalar nədən ibarət olmuş, onların əməl olunmasına cavabdeh kim olmuş və həmin qaydalar kim tərəfindən pozulmuşdur ? -Həmin qaydaların pozulması ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmuşdurmu ? -Baş vermiş hadisənin texniki səbəbi nə olmuşdur ? (iş.v. 117-118) 27 mart 2024-cü il tarixli 3-16-16/2-10/1734 nömrəli məhkəmə təhlükəsizlik texnikası ekspertizası rəyinin nəticəvi hissəsində qeyd olunur ki, baş vermiş hadisə ilə əlaqədar, "Avtomobil nəqliyyatında əməyin mühafizəsi Qaydaları”-nın 13.2.1 və 13.2.5-ci bəndlərinin tələbləri pozulmuşdur. Bakı şəhəri, ünvan 7ndə "50 qəpik" avtoyuma məntəqəsində quraşdırılmış "Carwash" markalı yuyucu aparatın təhlükəsiz istismar edilməsi üçün aparatın elektrik qurğularının hidroizolyasiya ilə təmin olunmaması və gövdəsinin torpaqlanmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Bakı şəhəri, ünvan 7ndə "50 qəpik" adlanan avtoyuma məntəqəsində quraşdırılmış "Carwash" markalı yuyucu aparatın təhlükəsiz istismar edilməsi üçün aparatın daxili elektrik xətlərinin hidroizolyasiya ilə təmin olunmasını və metal gövdəsinin torpaqlanmasını təmin etmədiyinə görə, "Avtomobil nəqliyyatında əməyin mühafizəsi Qaydaları”-nın 13.2.1, 13.2.5 bəndlərinin tələbləri avtoyuma məntəqəsində elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına cavabdeh olan sahibi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. (iş.v. 122-125) İş materiallarına əlavə edilmiş AZ-İİ № 899368 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs 29 aprel 2010cu il tarixdə Ağsu rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs anası X6 tərəfindən 09 iyul 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. 04 aprel 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsindən həmin Məcəllənin 124.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən qeyd edilən maddə ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, icraatın bu hissəsinə aid materialların surəti cinayət işindən ayrılaraq Bakı şəhəri Suraxanı Rayon prokurorluğunun dəftərxanasına təhvil verilmişdir. (iş.v. 136-145) İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində həkim endokrinoloq tərəfindən verilmiş arayışdan görünür ki, 20 ildir ki, ağır dərəcəli şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Tez-tez ağırlaşmaları olduğu üçün stasionara yerləşdirilir. Müalicə üçün insulin iynəsindən istifadə edir. 04 aprel 2024-cü il tarixdə Cəlilov X8 rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X11 tərəfindən Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 147- 148, 167-168) Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İş materiallarında olan 01 ədəd CD disk hadisənin baş verməsinin bütün hallarını özündə əks etdirir. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Odur ki, həmin 01 ədəd CD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən etdiyinə görə maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməlidir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəylərini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin: 124.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürmə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşman olması, ağır dərəcəli şəkər xəstəliyindən əziyyət çəkməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və onun ailə üzvləri ilə barışmasını, onlara dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ona qarşı heç bir şikayət və tələbin olmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi, cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini CM-nin 59.1.1, 59.1.12 və 59.2ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. CM-in 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 124.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzanı təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini (ehtiyatsızlıqdan olmasını) və ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət əməli olmasını), təqsirləndirilən şəxsin şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, ehtiyatsızlıqdan ilk dəfə hadisələrin təsadüfi axarı zəminində cinayətin törədilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, VÖEN əsasında fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şəxsə təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət Məcəlləsinin prinsip və normalarına tamamilə zidd olardı. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini (ehtiyatsızlıqdan olmasını) və ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət əməli olmasını), təqsirləndirilən şəxsin şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, ehtiyatsızlıqdan ilk dəfə hadisələrin təsadüfi axarı zəminində cinayətin törədilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, VÖEN əsasında fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkün olmaz. Belə ki, təqsirləndirilən şəxs ağır dərəcəli şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün onun daima həkim nəzarətində olması, müayinələrə getməsi zəruridir. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Hazırki iş üzrə təqsirləndirilən şəxsə bu cəza növünün tətbiq edilməsi CM-nin norma və prinsiplərinə uyğun gəlmir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında 10 aprel 2018-ci il tarixli 144 nömrəli qərarına əsasən elektron qolbaq – məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər. Elektron qolbaq – nəzarət subyektinin ayağına topuğun əyilmə yerindən yuxarıda elastik kəmər və birdəfəlik pərçim vasitəsilə kilidlənir. Hazırkı iş üzrə alınmış tibbi sənəddən göründüyü kimi təqsirləndirilən şəxsin 20 ilə yaxındır ki, ağır dərəcəli şəkər xəstəliyindən əziyyət çəkməsi müəyyən olunur. Şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün ayaqlarında yerimə qabiliyyətində də çətinliklər yaranır. Şəkər xəstəliyi, şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Bu xəstəlik qan şəkərini parçalayan və mədəaltı vəzdə sintez olunan insulin hormonuna qarşı yaranmış rezidentlik, insulin çatışmazlığı və ya heç olmaması nəticəsində baş verir. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini (ehtiyatsızlıqdan olmasını) və ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət əməli olmasını), təqsirləndirilən şəxsin şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, ehtiyatsızlıqdan ilk dəfə hadisələrin təsadüfi axarı zəminində cinayətin törədilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, VÖEN əsasında fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin olunmasını məhkəmə məqsədəmüvafiq hesab edir. Belə ki, təqsirləndirilən şəxs fiziki şəxs olmaqla VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur və müəyyən qədər qazanc əldə edir. Təqsirləndirilən şəxsin qazancından dövlət nəfinə müəyyən faiz məbləğində pul tutulması məqsədəuyğundur və cəzanın məqsədlərinə nail olunmasına xidmət edir. Cəzaların İcrası Məcəlləsinin 40-cı maddəsinə əsasən islah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. 42.1-ci maddəyə əsasən islah işləri növündə cəza çəkən məhkumların islah edilməsi onların ictimai-faydalı əməkdə iştirakı əsasında həyata keçirilir. 43.1-ci maddəyə görə islah işləri növündə cəzanın çəkilməsi hökm qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilir. 43.3-cü maddəyə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. 44.1-ci maddəyə görə islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulur. Həmin Məcəllənin 15-1.2-ci maddəsinə əsasən probasiya nəzarəti tətbiq edilən şəxslər siyahısında cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər vardır. Bakı şəhərinin inzibati rayonları üzrə probasiya xidmətini isə Bakı şəhər Probasiya İdarəsi həyata keçirir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinərək və ona, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla islah işləri növündə cəza təyin edilməli, cəzanın əvvəli Təqsirləndirilən şəxs işlədiyi və qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri qüvvəsində saxlanılmalı, hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 102 (yüz iki) manat və 60 (altmış) manat, cəmi 162 (yüz altmış iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, hadisənin videogörüntülərini özündə əks etdirən 01 (bir) ədəd CD disk maddi sübut qismində tanınmalı və cinayət işi materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 (on iki) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 02 (iki) il müddətə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs işlədiyi və qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hadisənin videogörüntülərini özündə əks etdirən 01 (bir) ədəd CD disk maddi sübut qismində tanınsın və cinayət işi materiallarında saxlansın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 102 (yüz iki) manat və 60 (altmış) manat, cəmi 162 (yüz altmış iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar