Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-28/2023 04.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Heydərova Nilufər Ruhulla qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, ölmüş Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 04 aprel 2023-cü il tarixdə, saat 17:15-də, Bakı şəhərində, 06 avqust 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 18 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 noyabr 2021-ci il tarixdə barəsində, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci il tarixdə, gecə saat 02-03 radələrində özgəsinin əmlakını gizli olaraq talama məqsədilə ünvan 2 ünvanının qarşısında durmuş vəziyyətdə olan, Zərərçəkmiş şəxs məxsus olan “Mercedes C-180” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ pəncərəsini yerdən götürdüyü daş parçası ilə sındıraraq avtomobilin salonundan Zərərçəkmiş şəxs aid şəxsiyyət və sürücülük vəsiqələrini, “Mercedes C-180” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qeydiyyat şəhadətnaməsini, “Beynəlxalq Bank”a məxsus 4127 2211 0873 3611 nömrəli visa və “Unibank”a məxsus 5243 7544 1253 9767 nömrəli Albalı kartlarını qanunsuz ələ keçirərək Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsində yerləşən “Bizim market”in qarşısında yerləşən “Kapital Bank”a məxsus ATM-də Zərərçəkmiş şəxs istifadəsində olan Unibanka məxsus 5243 7544 1253 9767 nömrəli Albalı kartından 120 AZN pulu nağd şəkildə çıxardaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 120 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 18 noyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,144 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 18 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Sabir küçəsində Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmiş və PB-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qırmızı rəngli idman gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,144 qram kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmənin iclasında daxil olmuş məlumat əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə ölmüşdür. Məhkəmə tərəfindən ölmüş Təqsirləndirilən şəxs anası X2 07 mart 2023-cü il tarixdə məktub ünvanlanaraq Təqsirləndirilən şəxs hüquqi varisi qismində məhkəmə iclasına dəvət olunsa da, Mətanət Əhmədova məhkəmənin 30 mart 2023-cü il, 03 aprel 2023-cü il və 04 aprel 2023-cü il tarixli iclaslarında iştirak etməmişdir. Məhkəmənin iclasında müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarını müdafiə etdiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs öldüyündən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmənin iclasında Dövlət ittihamçısı cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin 21 noyabr 2021-ci il tarixli iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 noyabr 2021-ci il tarixdə, səhər saat 07:00 radələrində Bül-Bülə qəsəbəsi, Sabir küçəsində “Mersedes” markalı avtomobilin dayandığını görmüşdür. Kənarda heç kimin olmadığına əmin olduqdan sonra yerdən daş parçası götürərək avtomobilin sağ arxa şüşəsini qıraraq avtomobilin qapısını açmışdır. Avtomobilin içərisinə daxil olaraq qoltuqaltı hissəsindən sənədlər və bank kartlarını götürürək oradan uzaqlaşmışdır. Bank kartlarının pin kodlarının kağıza yazılı olduğunu görüb kartları yoxlamaq qərarına gəlmişdir. Bundan sonra Bül-Bülə qəsəbəsində yerləşən “Bizim market”in qarşısında olan “Kapital bank”a məxsus bankomata yaxınlaşmışdır. Üzərinə Albalı yazılan kartı bankomata daxil etmiş, pin kodunu yazmış və kartdan 120 manat məbləğində pul vəsaitini çıxartmışdır. Bundan sonra oradan uzaqlaşmışdır. 18 noyabr 2021-ci il tarixdə təxminən saat 19:00-da Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Sabir küçəsində hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onun oğurluqda şübhəli olduğunu bildirərək onu 31-ci PB-nə gətirmişlər. Ona Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Xidməti otaqda əynindəki qırmızı rəngli idman gödəkcəsinin sol yan cibindən 01 (bir) ədəd gümüşü rəngli bükümə bükülmüş bükümü təqdim etmiş və bükümün içərisində qəhvəyi rəngli narkotik maddə sayılan heroin olduğunu, narkotik maddəni həmən gün tanımadığı şəxsdən 20 AZN dəyərində şəxsi istifadəsi üçün alaraq saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra qırmızı rəngli gödəkçəsinin sol iç cibindən yaşıl rəngli vəsiqə qabının içərisində olan özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan sonra qırmızı rəngli idman gödəkçəsinin sol iç cibindən Zərərçəkmiş şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqəsini, “Mersedes c-180” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsini və müxtəlif bank kartlarını təqdim edərək həmin sənədləri və bank kartlarını Bül-Bülə qəsəbəsində “Mersedes” markalı avtomobildən oğurladığını bildirmişdir. Aşkar olunmuş bükümdəki narkotik vasitə heroin onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini bu gün tanımadığı şəxsdən Bül-Bülə qəsəbəsində 20 AZN alaraq saxlayıb istifadə etmək üçün üzərində saxlamışdır. Yalnız narkotik vasitələri qəbul etmiş, satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı qanunazidd hərəkət olmamışdır. Oğurluq əməlini 18 noyabr 2021-ci il tarixdə saat 07 radələrində tək törətmişdir. Oğurluq edən zaman əlini atıb nə qədər plastik kart və sənəd var idisə hamısını götürmüşdür. Sonradan həmin kartların içərisində sürücülük vəsiqəsinin və avtomobilə dair sənədin olmasını görmüşdür. Onun fikri qısa müddət ərzində oğurluq etdiyi avtomobilin dayandığı yerə yaxınlaşaraq həmin səbədləri avtomobilin yanma atmaq olmuşdur ki, sahibi görüb götürsün. Ancaq elə hadisəni törətdiyi gün axşam saat 19 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığından sənədləri həmin əraziyə ata bilməmişdir. Onun hər hansı bir sənədi oğurlamaq niyyəti olmamış, sadəcə hadisə zamanı əlini atıb nə var idisə, hamısını götürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ölmüş Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, buna baxmayaraq sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmiş, ifadəsində göstərmişdir ki, özünə məxsus “Mercedes C-180” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək taksi fəaliyyəti ilə məşğul olub ailəni dolandırmışdır. 17 noyabr 2021-ci il tarixdə, axşam təxminən saat 21:00 radələrində həmin avtomobilini yaşadığı evin qarşısında saxlayıb evinə daxil olmuşdur. Səhəri gün, yəni 18 noyabr 2021-ci il tarixdə təxminən saat 08:00 radələrində yaşadığı evdən çıxıb avtomobilinə yaxınlaşan zaman avtomobilin arxa sağ qapısının şüşəsinin sındırıldığını görmüşdür. O, dərhal avtomobili açıb salona daxil olduqda salondan ona aid olan şəxsiyyət və sürücülük vəsiqələrinin, həmin avtomobilinə aid qeydiyyat şəhadətnaməsinin, “Beynəlxalq Bank”a məxsus 4127 2211 0873 3611 nömrəli visa kartının və “Unibank”a məxsus 5243 7544 1253 9767 nömrəli “Albalı” kartın naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Bir qədər sonra isə ona məxsus olan və hadisə zamanı oğurlanmış “Unibank”a məxsus 5243 7544 1253 9767 nömrəli “Albalı” kartdan 120 manat nağd pulun çıxarılması barədə onun telefonuna sms gəlmişdir. Bu zaman başa düşmüşdür ki, avtomobilindən oğurluq etmiş şəxs həmin bank kartından ona məxsus 120 manat pulu çıxarmışdır. Bundan sonra o, hadisə barədə polisə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona məxsus olan şəxsiyyət və sürücülük vəsiqələrinin, həmin avtomobilinə aid qeydiyyat şəhadətnaməsinin, “Beynəlxalq Bank”a məxsus 4127 2211 0873 3611 nömrəli visa kartının və “Unibank”a məxsus 5243 7544 1253 9767 nömrəli “Albalı” kartı oğurlanmışdır və nəticədə ona ümumilikdə 120 (yüz iyirmi) manat maddi ziyan dəymişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində tanınaraq ifadə vermiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 18 noyabr 2021-ci il tarixdə iş yoldaşı olan Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1la birlikdə onlara təhkim olunmuş xidməti ərazidə xidmət aparan zaman Zərərçəkmiş şəxs məxsus avtomobildən oğurluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Sabir küçəsində görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və şübhəli olduğunu bildirərək onu Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə PB-nə gəlmişdir. 31-ci PB-də Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd bükümü, əynində olan qırmızı rəngli gödəkçənin sol iç cibindən yaşıl rəngli vəsiqə qabının içərisində olan özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki qırmızı rəngli idman gödəkçəsinin sol iç cibindən isə Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, “Mercedes C180” markalı, **-ZM- *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi və müxtəlif bank kartlarını çıxarıb təqdim etmişdir. Sorğu zaman Şahin Mikayılov təqdim etdiyi bir ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni öz şəxsi istifadəsi üçün 20 manata tanımadığı şəxsdən alıb əldə etdiyini və sonra istifadə etməsi üçün üzərində saxladığını, təqdim etdiyi digər sənədləri və bank kartlarını isə Suraxanı rayonu, Bülbülə qəsəbəsində “Mercedes” markalı avtomobildən oğurladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm, eləcə də, digər sənədlər və bank kartları götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində tanınaraq ifadə vermiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd bükümü, əynində olan qırmızı rəngli gödəkçənin sol iç cibindən yaşıl rəngli vəsiqə qabının içərisində olan özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki qırmızı rəngli idman gödəkçəsinin sol iç cibindən isə Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, “Mercedes C180” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi və müxtəlif bank kartlarını çıxarıb təqdim etmişdir. Sorğu zaman Şahin Mikayılov təqdim etdiyi bir ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni öz şəxsi istifadəsi üçün 20 manata tanımadığı şəxsdən alıb əldə etdiyini və sonra istifadə etməsi üçün üzərində saxladığını, təqdim etdiyi digər sənədləri və bank kartlarını isə Suraxanı rayonu, Bülbülə qəsəbəsində “Mercedes” markalı avtomobildən oğurladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm, eləcə də, digər sənədlər və bank kartları götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 27 noyabr 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən Təqsirləndirilən şəxs üzərində ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, bu zaman Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibindən 01 ədəd büküm, əynindəki qırmızı rəngli idman gödəkçəsinin sol iç cibindən isə Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, “Mercedes C180” markalı, 10-ZM- 894 dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi və müxtəlif bank kartlarını çıxarıb təqdim etməsi və ondan təqdim etdiyi bir ədəd bükümün içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və ona məxsus olduğunu, həmin narkotik maddəni tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını, təqdim etdiyi digər sənədləri və bank kartlarını isə Suraxanı rayonu, Bülbülə qəsəbəsində “Mercedes” markalı avtomobildən oğurladığını bildirməsi, həmin büküm, sənədlər və bank kartlarının qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. İş materiallarında olan 01 dekabr 2021-ci tarixli “İfadələrin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bir daha 18 noyabr 2021-ci il tarixdə, gecə saat 02-03 radələrində ünvan 2 ünvanının qarşısında durmuş vəziyyətdə olan, “Mercedes C-180” markalı avtomobilin arxa sağ pəncərəsini yerdən götürdüyü daş parçası ilə sındıraraq avtomobilin salonundan şəxsiyyət və sürücülük vəsiqələrini, avtomobilə dair qeydiyyat şəhadətnaməsini, bank kartlarını oğurladığını bir daha ifadəsi ilə təsdiq etmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/5124 saylı 19 noyabr 2021-ci il tarixli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,144 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ümumi təmiz çəkisi 1,144 qram heroinin 0,05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1,094 qram təşkil etmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 199 saylı 15 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 27 dekabr 2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, “Mercedes C-180” marka **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qeydiyyat şəhadətnaməsi, “Beynəlxalq Bank”a məxsus 4127 2211 0873 3611 nömrəli visa kart və “Unibank”a məxsus 5243 7544 *** **** nömrəli “Albalı” kartı Zərərçəkmiş şəxs geri qaytarılmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 18 noyabr 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 noyabr 2021-ci il tarixli qərardan, habelə təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair təqdimatın rədd olunması haqqında Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-592/2021 saylı, 20 noyabr 2021-ci il tarixli qərarından və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci və 234.1-ci maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair təqdimat rədd edilmiş, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən məhkəmə, cinayət işinə təqsriləndirilən şəxsin müdafəçisinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 106-1.4-cü maddəsində nəzərdə tutulmuş qaydada baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına, həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Azərbaycan Respublikasının CPM-nin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının CPM-nin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının CPM-nin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasının CPM-nin 305.1-ci maddəsində göstərilmişdir ki, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 305.2-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Azərbaycan Respublikasının CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus Mercedes C-180” marka **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış sonuncuya məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, “Mercedes C-180” marka **- ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qeydiyyat şəhadətnaməsi, “Beynəlxalq Bank”a məxsus 4127 2211 0873 3611 nömrəli visa kart və “Unibank”a məxsus 5243 7544 *** **** nömrəli “Albalı” kartın Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,094 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Habelə məhkəmə hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.RT BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, “Mercedes C-180” marka **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qeydiyyat şəhadətnaməsi, “Beynəlxalq Bank”a məxsus 4127 2211 0873 3611 nömrəli visa kart və “Unibank”a məxsus 5243 7544 *** **** nömrəli “Albalı” kartın Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,094 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.RT BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-28/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-28/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver