Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-282/2021 21.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 15:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxx 1983-cü ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir az yaşlı uşağı olan, fərdi əməklə məşğul olan, sonuncu dəfə Tərtər rayon Məhkəməsinin 21 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətinə azadlqıdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 oktyabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olmayan, Ağdam rayonunun, Seyidli kəndində qeydiyyatda olmaqla Ağdam rayonu, Dördyol 1 qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, Bakı şəhəri, Binəqədi rayonunun inzibati ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1.454 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək, daşımaqla üzərində saxlamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi, 7 nömrəli evdə yaşayan X5 övladı X2 itkin düşməsi ilə bağlı ərizəsi əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 may 2021-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, dəniz kənarında yerləşən “Spring” hoteldə X6 ilə birlikdə olduğu müəyyən edilərək Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmiş, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman, həmin 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1.454 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ ön cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, təqribən 10 ildir narkotik vasitələrdən istifadə edir. 2021-ci ilin aprel ayından anasına məxsus olan Ağdam rayonu, Dördyol 1 qəsəbəsində, nömrəsiz evdə ailə üzvləri və bacısı oğlu Təbrizlə birlikdə yaşayırlar. Təbrizlə aralarında dost-yoldaş münasibətləri olmuşdur. Buna görə də Təbriz onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Təbriz könüllü olaraq qəbul etmək üçün ondan nə zaman narkotik vasitə olan şüşə istədikdə o, buna etiraz etməyərək vermişdir. 19 may 2021-ci il tarixdə Ağdamda olan zaman anasına və bacısına gözündən əməliyyat olunmaq üçün Bakı şəhərinə getməli olduğunu bildirdikdə Təbriz də onunla Bakı şəhərinə getmək istəmişdir. Təbriz Bakı şəhərində yaşayan tanışı qızla sevgili olduğundan Təbrizin onunla Bakı şəhərinə getməsinə etiraz etməmiş və 20 may 2021-ci il tarixdə onlar birlikdə Bakı şəhərinə gəlib “All Seasons” hotelində yerləşmişlər və həmin gün hoteldə ikisi qalmışdır. Səhəri gün, yəni 21 may 2021-ci il tarixdə Təbriz gedib sevgilisi Camalxanımı da qaldıqları hotelə gətirmişdir. Təbrizin yanında balaca uşaq da olmuşdur. Təbriz sevgilisinin həddi-büluğa çatdığını, həmin uşağın isə sevgilisinin qardaşı olduğunu bildirmişdir. Təbrizlə Camalxanım baş-başa qalsınlar deyə o, uşaqla digər otağa keçmişdir. Bundan sonra yanına qonaq gəlmiş Gülü adlı qadın onun xahişi ilə Camalxanımın qardaşı Mehdini aparıb parkda gəzdirmişdir. Təbriz az sonra onu öz otaqlarına çağırmış, orada Təbriz ona işarə etdikdən sonra o, Binəqədi rayonu ərazisində yerdən tapdığı psixotrop maddə şüşəni çıxartmış və onların hamısı birlikdə şüşədən istifadə etmişlər. Bundan sonra onun tanışı Gülü Mehdini gətirib təhvil vermişdir. Onlar daha sonra birlikdə qalmaları üçün 2 otaqlı bir nömrəyə keçmişlər. X11 bir otaqda, onun özü isə digər otaqda qalmışdır. 22 may 2021-ci il tarixdə Təbriz Mehdini aparıb anasına təhvil vermiş, Camalxanım isə özü könüllü olaraq getmək istəməmişdir. Təbriz uşağı verib gəldikdən sonra onlar daha 2 gün hoteldə qalmışlar. 24 may 2021-ci il tarixdə Təbriz Camalxanımın anası ilə görüşmək üçün Suraxanı rayona getmiş və bir qədər sonra Təbriz ona zəng edib polis bölməsinə aparıldığını bildirmişdir. Bundan sonra o, Camalxanımla birlikdə hoteldən çıxıb başqa hotelə getmişdir. 25 may 2021-ci il tarixdə, axşam saat təqribən 19-20 radələrində hotelə gəlmiş polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmışdır. Orada o, üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, ona üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki şalvarın sağ ön cibində saxladığı 01 ədəd şəffaf polietilen bükümündə olan metamfetamini və 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim edərək onları Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerdən tapdığını, şəxsi isitifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin psixotrop maddə və narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 22 may 2021-ci il tarixdə vətəndaş X9 ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edərək qızı X2 və azyaşlı oğlu X10 itkin düşdüklərini bildirmişdir. 24 may 2021-ci il tarixdə həmin faktla bağlı X8 izahat verən zaman X2 dayısı Təqsirləndirilən şəxs yanında hoteldə olduğunu bildirmişdir. Aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs və X2 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində dəniz kənarında yerləşən “Spring” hoteldə olduqları müəyən edilmişdir. Həmin günü Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2lə birlikdə saat 20 radələrində yuxarıda qeyd edilən hotelə gedib Təqsirləndirilən şəxs və X3 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirmişlər. Orada Təqsirləndirilən şəxs, üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf polietilen bükümünü və 01 ədəd kibrit qutusunu təqdim etmiş və bildirmişdir ki, şəffaf polietilen bükümündə olan kütlə psixotrop maddə metamfetamin, kibrit qutusunda isə olan kütlə narkotik vasitə qurudulmuş marixuanadır, onları Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerdən tapmış və və şəxsi isitifadəsi məqsədilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Həmin psixotrop maddə və narkotik vasitə qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Şahid Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 25 may 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 21 may 2021-ci il tarixdə itkin düşmüş 15 avqust 2004-cü il təvəllüdlü X6 tapılan zaman onunla birlikdə olduğu üçün polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf polietilen bükümünü və 01 ədəd kibrit qutusunu təqdim etmiş və bildirmişdir ki, şəffaf polietilen bükümündə olan kütlə psixotrop maddə metamfetamin, kibrit qutusunda isə olan kütlə narkotik vasitə qurudulmuş marixuanadır, onları Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerdən tapmış və və şəxsi isitifadəsi məqsədilə üzərində saxlamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Həmin psixotrop maddə və narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 26 may 2021-ci il tarixli, 6/2081 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərlər üçün № 195” möhür əksi və “...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.454 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. Təmiz çəkisi 1.454 qram olan metamfetaminin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.404 qram təşkil etmişdir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 26 may 2021-ci il tarixli, 7/490 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “1) Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 0.456 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təmiz çəkisi 0.456 qram olan marixuananın 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.406 qram təşkil etmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 iyul 2021-ci il tarixli, 2043 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamletamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 20 avqust 2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf polietilen bükümünü və 01 ədəd kibrit qutusunu təqdim edir və bildirir ki, şəffaf polietilen bükümündə olan kütlə psixotrop maddə metamfetamin, kibrit qutusunda isə olan kütlə narkotik vasitə qurudulmuş marixuanadır, onları Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerdən tapmış və və şəxsi isitifadəsi məqsədilə üzərində saxlamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmur. Təqsirləndirilən şəxs müdafiəçisinin sualına cavab olaraq, saxlanılıb polis bölməsinə gətirilərkən hər hansı bir təsir, təzyiq və ya zora məruz qalmadığını bildirir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 21 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 144, 234.2, 238 və 240-cı maddələri ilə, X4 barəsində Azərbaycan Respublikası CMnin 144, 149, 150 və 234.1-ci, X2 barəsində isə Azərbaycan Respublikası CM-nin 150, 151, 152, 153 və 234.1-ci maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydində göstərilən narkotik vasitlərin könüllü surətdə təhvil verilməsinə görə cinayət məsuliyyətindən azad edilməsi Təqsirləndirilən şəxs şamil edilməmiş, Təqsirləndirilən şəxs cinayət msuliyyətinə cəlb edildiyi nəzərə alınaraq o, narkotik vasitə olan marixuananın aşkar edilməsi faktı ilə bağlı inzibati məsuliyyətdən azad olunmuş və onun barəsində digər inzibati təsir tədbirləri tətbiq edilməmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İİ siyahısının 67-ci bəndinə əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 avqust 2021-ci il tarixli məlumatından və Tərtər rayon Məhkəməsinin 21 iyul 2016-cı il tarixli hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətinə azadlqıdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 oktyabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cü maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 may 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri eyni müddətə, yəni 25 avqust 2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bundan başqa, iş materiallarında olan vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 20 avqust 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və həmçinin həbs qətimkan tədbiri müddətinin 01 ay uzadılması barədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən Bakı şəhəri Suraxanı rayon prokuroru tərəfindən imtina edilmiş və sonuncu tərəfindən elə həmin tarixdə, yəni 20 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 25 avqust 2021-ci il tarixədək müəyyən edilsə də, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi 20 avqust 2021-ci il tarixdə vəsatətinin müdafiə edilməsindən Bakı şəhəri Suraxanı rayon prokurorunun imtina etməsini əsas götürərək elə həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçmişdir. Azərbaycan Respublikası CPM-nin 154.2, 154.2.1, 154.2.2. və 154.2.4-cü maddələrinə əsasən həbs, ev dustaqlığı və başqa yerə getməmək barədə iltizam qətimkan tədbirləridir. Azərbaycan Respublikası CPM-nin 154.4-cü maddəsinə əsasən bu Məcəllənin 154.2.1—154.2.9-cu maddələrində nəzərdə tutulmuş qətimkan tədbirləri əsas qətimkan tədbirləridir və biri digərilə birlikdə seçilə bilməz. Beləliklə Azərbaycan Respublikası CPM-nin 154.4-cü maddəsinin tələblərinə əsasən, barəsində 25 avqust 2021-ci il tarixədək əsas qətimkan qətimkan tədbiri – ev dustaqlığı seçilmiş Təqsirləndirilən şəxs barəsində digər əsas qətimkan tədbiri – başqa yerə getməmək haqqında iltizam yalnız 25 avqust 2021-ci il tarixdən, yəni məhkəmə tərəfindən seçilmiş əsas qətimkan tədbirinin müddət bitdikdən sonra seçilə bilərdi. Lakin 20 avqust 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs barəsində birinin digərilə birlikdə seçilməsinə yol verilməyən iki əsas qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 25 may 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 06 ay azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunsa da narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsinə zərurət yoxdur, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1.404 qram olan psixotrop maddə - metamfetamin və xalis çəkisi 0.406 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə bioloji və materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 187 (yüz səksən yeddi) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 25 may 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə bioloji və materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 187 (yüz səksən yeddi) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1.404 qram olan psixotrop maddə - metamfetamin və xalis çəkisi 0.406 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-282/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-282/2021
21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver