Məhkəmə qərarları › İş №1(010)-282/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-282/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-282/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1994-cü ildə Qazax rayonu, X16ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, X16ində qeydiyyatda olan və yaşayan, 11 – 12 oktyabr 2022-ci il tarixləri üzrə tutulmuş, 12 oktyabr 2022ci il tarixdə barəsində “başqa yerə getməmək" növündə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun «Neftçilər» stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məldum olmayan şəxsdən satış məqsədi olmadan qanusuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,656 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 11 oktyabr 2022-ci il tarixdə saat 07:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zığ-Hava Limanı şossesi 40-cı km-in yaxınlığında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin post patrul xidmətinin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin əldə edilib saxlanması və daşınmasında şübhəli bilinərək saxlanılıb ünvan 1 ünvanda yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə aparılıb orada üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,656 qram olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 oktyabr 2022-ci il tarixdə səhər saatlarında həmkəndlisi X1 ilə birlikdə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə gələndən sonra 10 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, ərazisində metronun «Neftçilər» stansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən 13 manata «patı» kimi tanıdığı psixotrop maddə alıb sonra özü istifadə etməsi üçün əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyub saxlamışdır. 11 oktyabr 2022-ci il tarixdə moteldən çıxıb Hövsan qəsəbəsinə getmək üçün Zığ-Hava Limanı şossesinin yaxınlığında dayanıb taksi gözlədikləri zaman, saat 07:00 radələrində PPX avtomobili gəlib yanlarında dayanmış, avtomobildə olan polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onları sorğu-sual etməyə başlamışlar. Narkotik vasitə aludəçisi olduğunu etiraf etmişdir. Polis əməkdaşları qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu bidirərək onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə aparmışlar. Polis şöbəsində şəxsiyyəti müəyyən edildikdən sonra xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edilmişdir. Videoçəkliş aparılmaqla üzərində axtarış aparılacağı barədə qərar elan olunaraq üzərində narkotik vasitə, psixotrop maddə, əldə olunub saxlanması və daşınması qadağan olunmuş hər hansı bir vasitə, əşya və ya predmet varsa təqdim eməsi təklif olunmuş, üzərində «patı» kimi tanıdığı narkotik vasitə olduğunu etiraf edib 10 oktyabr 2022-ci il tarixdə metronun «Neftçilər» stansiyasının yaxınlığında tanımadığı şəxsdən alıb əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan kəsiyi bükümündə olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş, harada və necə aldığını demişdir. Təqdim etdiyi maddə polis əməkdaşları tərfindən götürülərək bir ədəd zərfə qoyulmuş, zərf möhürləmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyü polis nəfəri işləyir. 11 oktyabr 2022-ci il tarixdə Post patrul xidməti bölüyü polis nəfəri Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində xidmət apararkən saat 07:00 radələrində Zığ-Hava liman şossesinin kənarında dayanmış iki nəfərin özlərini şübhəli aparmaları diqqətlərini cəlb etmişdir. Yaxınlaşaraq özlərini təqdim edib həmin iki nəfərin kimliyni soruşub onları sorğu-sual etikdə özlərini Qazax rayonu, X16 sakinləri kimi təqdim edən Qurbanov Mülkədar və Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiklərini və üzərlərində narkotik vasitə olduqlarını etiraf etmişlər. Təqsirləndirilən şəxs və Mülkədar Qurbanov narkotik vasitələrin əldə edilib saxlanması və daşınmasında şübhəli olduqları üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsnin 30-cu polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyü polis nəfəri Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi cinayət axtarışı üzrə əməliyyat müvəkkili işləyir. 11 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyü polis nəfərləri Şahid1 və Şahid2 iki nəfər şəxsi Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin növbətçi hissəsinə gətirmişər. Həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olmaları barədə raportla məruzə etmişlər. Həmin şəxslərin şəxsiyyəti müəyyən edilərək X1 və X8 olduqları müəyyən edilmişdir. Polis şöbəsinin inzibati binasında, xtdməti otaqda X6 şübhəli şəxsin hüquq vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim etmiş, bükümün arasında «patı» kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə olan metamfetamini Bakı şəhəri, Nizami rayonu ərazisində metronun «Neftçilər» stansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun üzərindən özünün təqdim etdiyi bir ədəd şəffaf sellofan kəsiyi bükümündən əlavə heç nə aşkar olunmamışdır. Həmin bir ədəd büküm bir ədəd zərfə qablaşdırılaraq zərf möhürlənərək bu barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olub möhürlənmiş, zərfin üzərini və protokolu imzalamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. X10 üzərində saxlanılması, daşınması və gəzdirilməsi qadağan edilmiş hər hansı bir vasitə, əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli sol yan tərəfində “AMG” yazısı olan idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxarıb təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi bükümün arasında psixotrop maddə metamfetamin vardır, metamfetamini 10 oktyabr 2022-ci il tarixdə metronun “Neftçilər” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 13 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun üzərindən özünün təqdim etdiyi bir ədəd sellofan kəsiyi bükümündən başqa heç bir əşya və ya vasitə aşkar olunmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2022ci il tarixli, 6/5866 N°li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,656 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,656 qram, tədqiqata sərf edildi: 0,100 qram, qalıq-0,556 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 309 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Əraz narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək” növündə iltizam qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,656 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,556 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİnin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 tərəfindən verilmiş xx/xx-14296 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Qazax rayonu, X16ində qeydiyyatda olan, 10 avqust 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicədə olmayıb və qeydiyyatda yoxdur. İş materiallarında olan Qazax RİHB-nin X16 İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən X16ində yaşadığı müddətdə özünü nizam-intizamlı aparmış, özündən böyük və kiçiklərin dərin hörmətini qazanmışdır, barəsində X16 İƏD-si üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamış, ona inzibati cəza verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarına olan Qazax rayonu İcra Hakimiyyəti Başçısının X16 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən X16ində yaşayır və həyat yoldaşı 13 avqust 1997-ci il təvəllüdlü X7 və 22 aprel 2020-ci il təvəllüdlü qızı X2 ailə tərkibi var. İş materiallarında olan Az-İİ seriyalı 176872 nömrəli «nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 27 fevral 2017-ci ildə nikah bağlamış, müvafiq nikah Qazax rayonu Qeydiyyat Şöbəsi tərfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 65 nömrəsi ilə qeydə alınmış və nikahdan sonra arvada «Osmanlı» soyadı verilmişdir. İş materiallarına olan AZ-İV seriyalı 403114 nömrəli «doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahından 22 aprel 2020-ci ildə X9 adlı uşaq doğulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını və himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 11 – 12 oktyabr 2022-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.30-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qazax rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə iltizam qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,556 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 – 12 oktyabr 2022-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.30-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qazax rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə iltizam qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,556 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 8 (səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 48 (qırx səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məblərin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar