Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-283/2022 08.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:10-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1987-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, evli, himayəsidə iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşamış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 fevral 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, tamah niyyətilə özgəsinin əmlakını gizli yolla talamaq məqsədilə 22 fevral 2022-ci il tarixdə, saat 18 radələrində X5 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə çöl qapının kilidini sındırmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla yataq otağında olan aynabəndin siyirməsindən içərisində 10.300 manat nağd pul olan 20 manat dəyərində pul kisəsini gizli olaraq talamış və nəticədə zərərçəkmiş şəxs X5 ümumilikdə 10.320 (on min üç yüz iyirmi) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 03 ədəd polietilen bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 1.115 qram, 0.534 qram və 0.490 qram, ümumi təmiz çəkisi 2.139 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edərək, daşımaqla üzərində saxlamış, 24 fevral 2022-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Suraxanı Hövsan qəsəbəsində yerləşən “Bakubus” avtobus dayanacağının qarşısında saxlanılan zaman özünü şübhəli aparması və üzərində narkotik vasitə olmasını etiraf etməsi səbəbindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmiş, orada xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən zaman həmin 03 (üç) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1.115 qram, 0.534 qram və 0.490 qram olmaqla ümumi təmiz çəkisi 2.139 qram olan narkotik vasitə - heroin Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə elan olunmuş ittihamda isə özünü təqsirli bilməyərək göstərdi ki, heç bir yerdə iş tapa bilmədiyi üçün öz ehtiyaclarını ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlədə, 22 fevral 2022-ci il tarixdə təxminən saat 18 radələrində oğurluq etmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi ilə piyada gəzib oğurluq etməyə münasib ev axtaran zaman həmin yerdə olan həyət evlərindən birinin çöl qapısında kilid görmüş və orada heç kim olmadığını başa düşmüşdür. Buna görə də, ətrafına nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra həmin evin hasarına qalxıb həyətə düşmüş və qapının kilidini yerdən tapdığı dəmir parçası ilə sındırıb evə daxil olmuşdur. O, həmin evi axtarmağa başlamışdır. Bu zaman həmin evdən pul kisəsini tapıb oğurlamış və evdən çıxıb oradan uzaqlaşmışdır. Biraz getdikdən sonra həmin pul kisəsini açıb içinə baxdıqda 30 manat pul və hansısa sənədlər olduğunu görmüşdür. Həmin 300 manat pulu götürmüş, pul kisəsini isə içərisindəki sənədlərlə birlikdə yadında qalmayan yerə atmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Lakin, o, həmin evdən 10.000 manat pul götürməmişdir. Pul kisəsinin içərisində 300 manat olmuşdur. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, o, narkotik vasitə istifadə etsə də, saxlanılan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis bölməsində, polis əməkdaşları onu döyərək narkotik vasitələri öz üzərinə götürməyə məcbur etmişlər. Buna görə də məcbur olub polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitələri özünə məxsus olması barədə etirafedici ifadələr vermişdir. Prokurorluğa, polis bölməsində döyülməsi ilə bağlı şikayət etmişdir. O, məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşlarını tanımır, onu başqa polis əməkdaşları tutmuşdur. Sonda Təqsirləndirilən şəxs məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, qismən etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs X7 göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə, saat 12 radələrində həyat yoldaşı X6 ilə birlikdə yaşadığı ünvanı tərk edərək Nərminin valideyinlərinin yaşadığı ünvana getmişlər. Həmin gün saat 20 radələrində tək evə qayıtdıqda mənzilin dəmir metaldan olan giriş qapısının kilidinin dəmir parçası ilə sındırılıb qapını açaraq içəri daxil olma əlamətlərini görmüşdür. Bundan sonra mənzilə daxil olaraq yataq otağında tirmonun çəkməcəsinə baxdıqda orada qoyduğu içərisində 10.300 manat nəğd pul, ona məxsus şəxsiyyət vəsiqəsi və dostu Azərə məxsus sürücülük vəsiqəsi olan 20 manat dəyərində pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. O, dərhal Daxili İşlər Nazirliyinin 102 Məlumat Mərkəzinə zəng edərək oğiurlaq hadisəsi ilə bağlı məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 10.320 manat məbləğində maddi ziyan dəymişdir. Sonda zərərçəkmiş şəxs X7 Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 24 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə baş vermiş oğurluq əməlini törətməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra 24 fevral 2022-ci il tarixdə təxminən saat 18:00 radələrində iş yoldaşı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2la birlikdə onlara təhkim olunmuş xidməti ərazidə xidmət aparan zaman Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin girişində yerləşən “Bakubus” avtobus dayanacağının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona oğurluq cinayət əməlini törətməkdə şübhəli olduğunu bildirərək sorğu-sual etməyə başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs özünü şübhəli apararaq verilən suallara şübhəli və həyəcanlı şəkildə cavablar verməyə başlamış və özünü şübhəli aparmasının səbəbinin üzərində öz şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olması ilə izah etmişdir. Bu zaman Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs, əynindəki tünd göy rəngli cins şalvarının sağ cibində saxladığı 03 ədəd bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları 23 fevral 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zərurətinin yarandığını deyib etirazının olub-olmadığını soruşulmuşdur. Təqsirləndirilən şəxs da yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və evə baxış zamanı həmin evdən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imza edilmişdir. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərində axtarış həyata keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 22 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin giriş qapısındakı kilid güç tətbiq edilərək sındırlmışdır. Həyətyanı sahəyə daxil olaraq mənzilə daxil olduqda müəyyən olundu ki, mənzilin giriş qapısı metaldandır və giriş qapısının üzərində sındırma izləri aşkar olunmuşdur. Mənzilə daxil olduqda ümumi dəhlizin solunda mətbəx yerləşir. Mətbəxdə qaz peçi, mətbəx mebeli və qabyuyan yerləşir. Mənzil bir otaqdan ibarətdir. Otağa dxil olduqda sol divar boyu paltar şkafı, ön divar boyu çarpayı, sağ divar boyu termo yerləşir. Mənzildə əşyalar və paltarlar mənzilin döşəməsinə dağıdılmışdır. Baxış zamanı ev sahibi Elvin Baxşızadə bildirmişdir ki, termonun qarşısında olan pul qabı içərisində olan sənədlər və 10.300 manat pul ilə birlikdə oğurlanmışdır. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 25 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə təxminən saat 18 radələrində oğurluq etmək üçün Bakı şəhəi, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi ilə piyada gəzib oğurluq etməyə münasib ev axtaran zaman həmin yerdə olan həyət evlərindən birinin çöl qapısında kilid görmüş və orada heç kim olmadığını başa düşmüşdür. Buna görə də, ətrafına nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra həmin evin hasarına qalxıb həyətə düşmüş və qapının kilidini yerdən tapdığı dəmir parçası ilə sındırıb evə daxil olmuşdur. O, həmin evi axtarmağa başlamışdır. Bu zaman həmin evdən pul kisəsini tapıb oğurlamış və evdən çıxıb oradan uzaqlaşmışdır. Biraz getdikdən sonra həmin pul kisəsini açıb içinə baxdıqda 273 manat pul və hansısa sənədlər olduğunu görmüşdür. Həmin 273 manat pulu götürmüş, pul kisəsini isə içərisindəki sənədlərlə birlikdə yadında qalmayan yerə atmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərclədiyini bidirmiş, həmin evə haradan və necə daxil olduğunu, oradan hansı geyim əşyalarını oğurladığını əyani şəkildə göstərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan ********* saylı cinayət işinin ********* saylı cinayət işinə birləşdirilməsi və əməli tövsif edilməsi haqqında 26 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, cinayət təqibi ********* nömrə altında davam etdirilmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 24 fevral 2022ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki tünd göy rəngli cins şalvarının sağ cibində saxladığı, 03 (üç) ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları 23 fevral 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan mənzilə baxış keçirmə və götürmə aparılması haqqında 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən nömrəsiz evə baxış keçirilmişdir. Həmin evə baxış keçirilən zaman cinayət təqibi üzrə sübut əhəmiyyətə malik heç bir əşya predmet aşkar olunmamışdır. baxış keçirmə və götürmə aparılması haqqında protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 25 fevral 2022-ci il tarixli, 6/1171 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 194” dairəvi möhür əksi və “...işçtirakçılar, şübhəli şəxs Təqsirləndirilən şəxsƏ imza, təhqiqatçı Emil Məmmədov-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 03 (üç) ədəd polietilen bükümlərdəki təmiz çəkiləri 1.115 qram, 0.534 qram və 0.490 qram, ümumi təmiz çəkisi 2.139 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Ümumi təmiz çəkisi 2.139 qram heroinin 0.15 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.989 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 26 fevral 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçiriləcəyi bildirilir və bununla əlaqədar yaşadığı evdə saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilir, lakin lakin sonuncunun evindən dövriyyəsi qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 26 fevral 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki tünd göy rəngli cins şalvarının sağ cibində saxladığı, 03 (üç) ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları 23 fevral 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin bükümlərdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülür və baxışın nəticələrinə dair protokol tərtib edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin sonuncunun üzərindən dövriyyəsi qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 aprel 2022-ci il tarixli, 1815 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.4.3cü maddələrindən həmin Məcəllənin Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan yeni ittiham elan edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X3 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs X5 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən 10.000 manat pulun onun tərəfindən oğurlanmaması barədə ifadəsi işdə olan sübutlarla, o cümlədən şahidlərinin ifadəsi ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etsə də, saxlanılan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmaması, Polis bölməsində, polis əməkdaşlarının onu döyərək narkotik vasitələri öz üzərinə götürməyə məcbur etməsi, buna görə də məcbur olub polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitələri özünə məxsus olması barədə etirafedici ifadələr verməsinə dair ifadəsi işdə olan sübutlarla, o cümlədən şahidlərinin ifadəsi ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs hələ ibtidai araşdırma zamanı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində verdiyi izahatında bildirmişdir ki, təxminən 02 ilə yaxındır ki, heroin və şüşə kimi tanıdığı narkotik maddələrdən inyeksiya yolu ilə istifadə etmişdir. Həmin narkotik maddələri Bakı şəhərində müxtəlif tanımadığı şəxslərdən öz istifadəsi üçün alıb istifadə etmişdir. Sonuncu dəfə 23 fevral 2022-ci il tarixdə axşam saatlarında Əhmədli qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata 03 ədəd büküm heroin kimi tanıdığı narkotik maddə almış və daha sonra istifadə etməsi üçün üzərində saxlamışdır. 24 fevral 2022-ci il tarixdə təxminən saat 18 radələrində Hövsan qəsəbəsində yerləşən “Bakubus” avtobud dayanacağının qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər və onun oğurluq əməli törətməkdə şübhəli olduğunu bildirmişlər. O, polisləri gördüyü zaman özünü itirmiş və onların suallarına çaşqın halda cavab vermişdir. Bu vaxt özünü itirdiyi üçün üzərində narkotik maddə olduğunu bildirmişdir. Bu zaman polis əməkdaşları onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gəlmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra ona dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra isə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan tünd göy rəngli cins şalvarın sağ cibindən 03 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin 03 bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı əldə etməyi barədə soruşulmuşdur. O da təqdim etdiyi 03 ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, onu 23 fevral 2022-ci il tarixdə axşam saatlarında Əhmədli qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün cəmi 20 manata alıb əldə etdiyini və üzərində saxladığımı bildirmişdir. Bundan sonra həmin 03 ədəd büküm götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. Axırda isə üzərində şəxsi axtarış həyata keçirilməsi barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və o və bütün iştirakçılar tərəfindən imza olunmuşdur. Həmin oğurluq əməlindən başqa heç bir oğurluq əməli törətməmişdir. Bu oğurluq əməlini tək törətmiş, başqa heç kim ona hansısa bir formada köməklik göstərməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə narkotik vasitə heroini Əhmədli qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alıb üzərində saxlamışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Həmin izahatının öz sözlərindən yazıldığını imzası ilə təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən hərəkətlərini, yəni əvvəlcə təqsirini tam olaraq etiraf etməsini, cinayət işinə məhkəmədə baxılan zaman isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü ümumiyyətlə təqsirli bilməməsini təqsirləndirilən şəxsin qismən də olsa cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmasını, cinayəti təkrar törətməsini, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində iki azyaşlı uşağının olması və zərərçəkmiş şəxs X7 ilə barışdığını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi 12 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Hüseynov X8 rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan əlavə, Hüseynov X8 rayon Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından 15% faiz tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan əlavə Hüseynov X9 Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan rayon məhkəməsinin 27 iyun 2018-ci il tarixli qərarı ilə cəzası 04 ilə endirilmiş, Salyan rayon məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərarı ilə CM-nin 76-cı maddəsi tətbiq edilməklə 09 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş və 17 aprel 2020-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə icraata 21 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 83.6-cü maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 24 fevral 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 fevral 2022-ci il tarixli qərardan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablanmışdır. 13 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.4.3cü maddələrindən həmin Məcəllənin Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan yeni ittiham elan edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 fevral 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1.989 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il, 21 iyul 2022-ci il, 11 avqust 2022-ci il, 29 sentyabr 2022-ci il, 18 oktyabr 2022-ci il tarixlərdə, məhkəmədə hüquqlarını dövlət hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X12, 03 noyabr 2022-ci il tarixdən isə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 09 (doqquz) iş saatı üçün 54 (əlli dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X10 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 24 fevral 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1.989 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 09 (doqquz) iş saatı üçün 54 (əlli dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X10 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-283/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-283/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver