Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-284/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs oğlunun, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1987-ci ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, “AL” marketdə mağaza müdiri işləyən, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, ev 20A-da yaşayan, barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 09 noyabr 2023-cü il tarixdə saat 22 radələrində ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlər və qısqanclıq zəmnində yaranmış mübahisə zamanı yumruq zərbələri ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs sol bazu oynağı nahiyəsinin qançırları, alın nahiyəsinin hematoması, alın nahiyəsinin, sol gözaltı nahiyənin, burunun qançırları, hər iki dodağın selikli qişasının qansızması ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxsnm sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək və öz müdafiəsi üçün əsassız dəlillər gətirərək ifadəsində göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 2012-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahıdan iki uşağı dünyaya gəlmişdir. O, evli olub və həmin evlilikdən bir oğlu var. Digər nikahdan olan oğlu onlarla birlikdə yaşamışdır. Evlilik vaxtında münasibətləri normal olmamışdır. Həmin şəxs ona qazandığı pula və atasının Ceyhuna borcu olduğuna görə birlikdə yaşamışdır. 2023-cü ilin noyabrın 9-da işdən evə gələn zaman bacısı Aysel Mirzəyeva evdə olmuşdur. Oturub yemək yeyən zaman yoldaşının telefonuna “Qumu” kimi qeyd etdiyi şəxsdən zəng gəlmişdir. O həmin şəxsin kim olduğunu soruşduqda iş yoldaşı olduğunu bildirmişdir. Ceyhun zəng edənin kim olduğunu soruşmuşdur. Həmin şəxs ona zəng edənin iş yoldaşı olduğunu demişdir. O bu zaman telefonu söndürmüşdür. Yenidən ona zəng gələn zaman həmin zəng edənin nə səbəbə zəng etdiyini soruşmuşdur. Ceyhun telefon stolun üstündə olan zaman nömrəni yadında saxlamışdır. Telefonu Leyla telefonu stoldan götürən zaman yenidən həmin nömrədən zəng gəlmişdir. Leyla zəngə cavab verməyərək telefonu söndürmüşdür. Ceyhun öz telefonunda nömrəni axtarışa vuran zaman “Qurban” adı çıxmışdır. Qurban Leylanın ondan öncə evləndiyi şəxsin adıdır. Ceyhun bunu bilən zaman telefonu onun əlindən almış və nə səbəbə yalan danışdığını soruşmuşdur. O isə cavab verməmişdir. Bu zaman Leylanın qolundan tutaraq başının arxa nahitəsindən şillə ilə vuraraq, qapıdan çölə çıxartmış və bacısına onu evdən qovmasını tapşırmışdır. Bu zaman bacısı Leylanın başının divara vurmasını demişdir. Bunu eşidən zaman onu həyətdən çölə çıxartmaq üçün qapıdan çıxan zaman Leyla onu görüb qorxaraq oranı tərk etmişdir. Sonra bacısı onun qapıdan çöldə qışqırdığını və səs-küy saldığını bildirmişdir. Bu zaman evdən çölə çıxmamışdır. Bu hadisədən 3 sonra onu 31-cü polis şöbəsinə dəvət etmişdir. Həmin müddət ərzində evə gəlməmişdir. Onunla heç bir əlaqəsi olmamışdır. Bu hadisə Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində kirayə qaldığı həyət evində baş vermişdir və mübahisə təxminən 6-7 dəqiqə davam etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs ilə 2012-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxs onun 2-ci əridir. Onların birgə nikahından 2 övladı dünyaya gəlmişdir. Onunla evli olduğu ilk 2 il müddətdə normal münasibəti olmuşdur. Lakin sonradan aralarında mütəmadi olaraq münaqişələr olmuşdur və hər mübahisə etdikdə onu söyüb təhqir etmişdir. Hətta münaqişə zəmnində onu döydüyü vaxtlar da olmuşdur, lakin bu barədə heç bir şikayət etməmişdir. Əri Təqsirləndirilən şəxs xırda problemləri belə böyüdərək onunla mübahisələr etmişdir. Bu səbəbdən onunla münasibəti demək olar ki tamamilə pisləşmişdir. Sonuncu dəfə 09 noyabr 2023-cü il tarixdə 23 radələrində evdə olan zaman yenidən aralarında mübahisə yaranmışdır. Həmin vaxt ona ondan ayırılacağını bildirdikdə uşaqları ondan alacağı ilə qorxuzaraq hədələmişdir. Daha sonra əsəbi halda ona tərəf gələrək baş və bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə yumruq zərbələri ilə vuraraq döyməyə başlamışdır. Həmin vaxt bacısı Aysel Mirzəyeva da orada olmuşdur. Onları ayırmaq istəsə də, Ceyhun onu da, döyəcəyi ilə hədələdiyi üçün qorxub ona yaxınlaşmamışdır. Aralarında olan mübahisə 30 dəqiqə davam etmişdir. Həmin şəxs evdə olduğu üçün qorxub polisə müraciət edə bilməmişdir. xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-yə müraciət etmişdir. Təhqiqat zamanı ifadə vermiş X1 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşı Ceyhunla 2012-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşlar. Onların birgə nigahdan 2 uşaqları dünyaya gəlmişdir. Bildirir ki, - noyabr 2023-cü il tarixdə evdə olan zaman Leylanın mobil telefonuna zəng gəldiyini görmüş, həmin vaxt qardaşı ona zəng edən şəxsin kim olduğunu sual verdi. Bu zaman Leyla ona zəng edən şəxsin iş yoldaşı olduğunu yəni qadın oİduğunu bildirdi. Lakin qardaşı ona inanmadı və daha sonra Leylaya zəng edən səxsin onun birinci əri Qurban olduğunu öyrəndi. Bu səbəbdən onunla mübahisə etməyə başladı və ona xəyanət etdiyi üçün əsəblərinlə hakim ola bilmədi və Leylanın başından və bədənindən 2-3 dəfə şillə zərbələri ilə vuraraq döyməyə başladı. Daha sonra onu arxaya itələyib yerə yıxdı. Hadisə dahada böyüməsin deyə onları ayırıb qardaşını sakitləşdirmişdir. İbtidai istintaq zamanı və həmçinin məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşı Ceyhunla 2012-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahdan 2 uşaqları dünyaya gəlmişdir. Bildirir ki, 09 noyabr 2023-cü il tarixdə saat 22 radələrində evdə olan zaman Leylanın mobil telefonuna zəng gəldiyini görmüşdür. Həmin vaxt qardaşı ona zəng edən şəxsin kim olduğunu sual verdi. Bu zaman Leyla ona zəng edən şəxsin iş yoldaşı olduğunu yəni qadın olduğunu bildirdi. Lakin qardaşı ona inanmadı və daha sonra Leylaya zəng edən şəxsin onun birinci əri Qurban olduğunu öyrəndi. Bu səbəbdən onunla sözlə mübahisə etməyə başladı. Bu zaman qardaşı onun qolundan tutaraq atası evinə aparmaq istəyən zaman qardaşı Ceyhunun əlindən qaçaraq, özünə xəsarət yetirməyə başladı. Bu zaman qardaşı Ceyhun bunu görüb Leylaya yaxın getmədi. Leyla isə səs-küy salaraq çıxmaq istəyən zaman o, onu sakitləşdirmək istəmişdir. Lakin Leyla sakitləşmədi. Bir müddət sonra sakitləşdi. Sonra Leyla onun otağında yatdı. O, səhər işə getmişdir. Sonra qardaşı evə getməyəcəyini bildirdi. 10 noyabr Leylanın oğlunun ad günündə Leyla özü iştirak etmişdir. Həmin vaxtı videogörüntüsü var və orda Leylanın üzündə xəsarət olması görünmür. Cinayət işinin materiallarının 64-67-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və bu barədə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarının 68-71-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şahid X1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və bu barədə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarının 73-76-cı vərəqlərində olan ifadənin yerində yoxlanılması haqqında 08 aprel 2024-cü il tarixli protokol və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə yerini əyani olaraq göstərib cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, xx.xx.2023-cü il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun zərərçəkmiş şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Cinayət işinin materiallarının 13-14-cü vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi Publik hüquqi şəxsin Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli 1012 nömrəli ekspert rəyindən görünür ki, müayinə zaman Zərərçəkmiş şəxs sol bazu oynağı nahiyəsinin qançırları, alın nahiyəsinin hematoması, alın nahiyəsinin, sol gözaltı nahiyənin, burunun qançırları, hər iki dodağın selikli qişasının qansızması müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qeyd edilən xəsarətlər qərarda və tibbi sənəddə göstərilmiş xx.xx.2023-cü il tarixdə və şəraitdə törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına görə özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işinin materiallarının 43-44-ci vərəqində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərara əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan olunması, qərarın sürəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 57-58-ci vərəqində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçmə barədə qərara əsasən, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarının 72-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Elektron-məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. Məhkəmə hesab edir ki, cinayət işinin materiallarını, o cümlədən ekspert rəyini, zərərçəkmiş şəxsin ifadəsini nəzərə alaraq, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudıaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və himayəsində iki azyaşlı uşağının olmasına görə cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-284/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-284/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver