Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-285/2021 01.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qubadlı rayonu, Kürd Mahruzlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, nömrəsiz evdə yaşayan, Xəzər Rayon Məhkəməsinin 1(003)-12/2019 nömrəli iş üzrə 07 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Suraxanı Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 06 ay 12 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, barəsində Suraxanı Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərarı ilə əvvəli 21 aprel 2021-ci ildən hesablanmaqla 3 ay müddətinə «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin müvafiq qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti sonradan uzadılıb) və 21 aprel 2021-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci ildə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hovsan Südçülük sovxozu yaşayış sahəsi ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin plastik pəncərəsini sıxıb açmaqla yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olaraq evdən dəyəri 170 manat olan bir ədəd böyük laqunda aparatını, bir ədəd dəyəri 70 manat olan balaca laqunda aparatını, hər birinin dəyəri 2 manat 50 qəpik olmaqla ümumi dəyəri 15 manat olan 6 ədəd laqunda daşını, bir metri 0.70 qəpik olmaqla ümumi dəyəri 105 manat olan 150 metr uzunluğunda elektrik naqilini, bir ədəd dəyəri 250 manat olan balaca qaynaq aparatını, bir ədəd dəyəri 20 manat olan istilik sobasını, hər birinin dəyəri 7 manat olmaqla ümumi dəyəri 140 manat olan 20 ədəd daş yapışdırıcı kleyi, bir ədəd dəyəri 180 manat olan perforatoru, bir ədəd dəyəri 70 manat olan dreli və bir ədəd dəyəri 50 manat olan feni gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1.070 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 05 fevral 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu yaşayış sahəsi ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin plastik pəncərəsini sıxıb açmaqla yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olaraq evdən 250 dəyərində Çin istehsalı olan “Star-X Led” markalı “55LF540V modelli, 55 düymlü, 139 diaqonallı qara rəngli televizoru, 400 manat dəyərində bir ədəd xalçanı, 250 manat dəyərində bir ədəd qazan dəstini, 400 manat dəyərində bir ədəd tozsoranı, 500 manat dəyərində bir ədəd qab-qaşıq dəstini və 200 manat dəyərində müxtəlif təmir-tikinti alətləri olan çantanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2.000 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayəti törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, 05 fevral 2021-ci ildə saat 01 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində yerləşən evdə heç kimin olmadığına əmin olub hasardan evin həyətinə düşmüş, evə yaxınlaşıb plastik pəncərəsini sıxıb açaraq içəri daxil olmuşdur. Sonra qonaq otağında olan televizoru divardan çıxarmış, daha sonra həyətə enib darvazanı açaraq televizoru küçəyə çıxarmış, sonra yenidən həyətə qayıdıb darvazanı içəridən bağlamışdır. Darvazanı bağladıqdan sonra hasara çıxıb küçəyə tullanmış, həmin televizoru yaxınlıqda tikintisi başa çatmayan evdə gizlədib yaşadığı evə gedib yatmışdır. Səhər isə həmin televizoru gəlib oradan götürərək Binə qəsəbəsində satmışdır. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləyib. Təqsirləndirilən şəxs qeyd edir ki, Zərərçəkmiş şəxs1 evindən yalnız televizor oğurlayıb, oradan ittiham aktının nəticəvi hissəsində göstərilən digər əşyaları oğurlamamış, həmçinin ona ittiham olunan birinci epizod üzrə cinayəti törətməmişdir. Qeyd olunur ki, təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında özünü qismən təqsirli bilib yuxarıda göstərilən məzmunlu ifadə verdiyinə baxmayaraq, sonradan, işin məhkəmə baxışı zamanı ittiham aktının nəticəvi hissəsində təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü tam təqsirli bilmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, onun Südçülük sovxozu deyilən yerdə yerləşən və təmiri davam edən fərdi yaşayış evi var, lakin həmin evdə təmir bitmədiyi üçün orada yaşamır. 24 noyabr 2020-ci ildə sonuncu dəfə həmin evdə olmuş, orada hər şeyin öz qaydasında olduğuna əmin olub getmişdir. Bundan sonra işi olduğuna görə 4 gün həmin evə gedib baş çəkə bilməyib. 28 noyabr 2020-ci ildə bəzi təmir işləri görmək üçün gedib evinə baş çəkdiyi zaman evin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, evə daxil olduqda oradan bir ədəd dəyəri 170 manat olan böyük laqunda aparatının, bir ədəd dəyəri 70 manat olan balaca laqunda aparatının, hər birinin dəyəri 2 manat 50 qəpik olan 6 ədəd olmaqla 15 manat dəyərində laqunda daşının, bir metri 70 qəpik olan 150 metr elektrik naqilinin, bir ədəd dəyəri 250 manat olan balaca qaynaq aparatının, bir ədəd dəyəri 20 manat olan istilik sobasının, hər birinin dəyəri 7 manat olan 20 ədəd daş yapışdırıcı kleyin, bir ədəd dəyəri 180 manat olan perforatorun, bir ədəd dəyəri 70 manat olan drelin və bir ədəd dəyəri 50 manat olan fenin oğurlandığını aşkar etmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat verib. İş üzrə ibtidai araşdırma dövründə zərərçəkmiş şəxs qismində cəlb edilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlib ifadə verməmiş, məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini və ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Artıq neçə ildir ki, Binə qəsəbəsində yaşayan Həzrəti tanıyır. 05 fevral 2021-ci ildə saat 11-12 radələrində Binə qəsəbəsində olarkən Həzrət onu görüb yaxınlaşmış və mağazaya özünə məxsus "Star" markalı plazma televizoru gətirib pula ehtiyacı olduğundan satmaq istədiyini, ancaq sənədi olmadığından mağazada işləyən oğlanın ondan televizoru almadığını deyib şəxsiyyət vəsiqəsinin üstündə olub olmadığını soruşmuşdur. Ona şəxsiyyət vəsiqəsinin üstündə olduğunu deyəndən sonra təqsirləndirilən şəxs ondan xahiş etdi ki, televizoru satmaqda ona köməklik etsin. Daha sonra Həzrətin televizoru satmaq istədiyi mağazaya getmişlər. Mağazada işləyən oğlana şəxsiyyət vəsiqəsi ilə Həzrətdən televizoru almasını xahiş edəndə satıcı ondan şəxsiyyət vəsiqəsinin surətini aldı. Şəxsiyyət vəsiqəsinin surətinin arxasında televizorun ona məxsus olduğunu və oğurluq olmadığını yazdılar. Sonra oğlan, yəni adının sonradan Hidayət olduğunu bildiyi şəxs "Star" markalı televizoru Həzrətdən 240 manata aldı. Həzrətin həmin televizoru oğurladığından xəbəri olmayıb və Həzrət televizorun oğurluq olması barədə ona heç nə deməyib. Televizorun oğurluq olduğunu sonradan bilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyinə baxmayaraq, onun ittiham aktının nəticəvi hissəsində təsvir olunmuş cinayət əməlini törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. 06 iyul 2021-ci il tarixli 9/3988 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd Çin istehsalı olan “Star-X LED” markalı, “55LF540V” model, 55 düymlü, 139 diaqonallı qara rəngli istifadədə olmuş televizorun 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 250,0 manat müəyyən edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməlini sonradan da olsa etiraf etdiyini və peşman olduğunu, Zərərçəkmiş şəxs1 ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 1(003)-12/2019 nömrəli iş üzrə 07 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Suraxanı Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 06 ay 12 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Çin istehsalı olan “Star-X Led” markalı “55LF540V” modelli, 55 düymlü, 139 diaqonallı qara rəngli televizor Zərərçəkmiş şəxs1 qaytarıldığından onun sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 aprel 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Çin istehsalı olan “Star-X Led” markalı “55LF540V” modelli, 55 düymlü, 139 diaqonallı qara rəngli televizor Zərərçəkmiş şəxs1 qaytarıldığından onun sərəncamına verilmiş hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-285/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-285/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver