Məhkəmə qərarları › İş №1(010)-285/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-285/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-285/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, 22 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 fevral 2024-cü il tarixdə barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda istifadə edilmiş elektrik enerjisinə görə yaranmış debitor borcun ödənilməsi ilə bağlı hakimiyyət nümayəndəsi hesab olunan Azərişıq ASC-nin Suraxanı RETSİ-nin, Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “X5 Qaydalarının 9.13.2-ci bəndinə əsasən, yəni enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənmədiyi halda elektrik enerjisinin verilişinin dayandırılacağı barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq debitor borcun ödənilməsi təmin olunmadığına görə nəzarətçi mühəndis Zərərçəkmiş şəxs 21 fevral 2024-cü il tarixdə, saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin ərazidə xidmət aparan zaman yaşadığı evə elektrik enerjisinin verilişinin dayandırdığını gördükdən sonra evin mətbəxindən özü ilə istintaqa məlum olmayan bıçağı götürüb sonuncu ilə bu zəmində mübahisə etmiş və xidməti vəzifəsini yerinə yetirilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs qarşı fəal qanunazidd hərəkətlər edərək psixi və fiziki zor tətbiq edib, müqavimət göstərməklə həmin bıçaqla sonuncuya zərbə vuraraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol bazunun bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 315-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 ildir Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, ev 79 ünvanında yaşayır. Ailə üzvləri anası Şahid3, qardaşı Rza və Eldənizdən ibarətdir. Ögey atası Elşən Şahverdiyev 3 ay öncə vəfat etmişdir, doğma atasını isə tanımamışdır. Böyük qardaşı Rza-Sadıxzadə narkotik vasitənin satışı ilə məşğul olduğu üçün təxmini olaraq 1 il öncə 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. O, isə 2015-ci ildə soyğunçuluq əməli törətdiyi üçün 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 23 fevral 2019-cu il tarixdə azadlığa buraxılmışdır. 21 fevral 2024-cü il tarixdə səhər saat 11:30 radələrində yaşadığı ünvanda yuxudan oyanaraq səhər yeməyi yemiş, evdə anası və kiçik qardaşı Eldəniz olmuşlar. Həmin vaxt qapı döyülmüş və anası qapıya çıxmışdır. Yemək yediyi anda evin işıqları sönmüş, bir qədər sonra anasının səsinin yüksəldiyini eşitmişdir. Anasının “kopoyoğlu anan yaşındayam bu qədər yalvardım ki, işığı kəsmə” dediyini eşitmişdir. Həyətdə səs-küy olmasını eşidib həmin vaxt mətbəxdə yemək yediyi stolun üzərində olan sarı rəngli bıçağı götürüb evdən çölə çıxmışdır. Həmin vaxt qapının qarşısında "xxxx" ASC-nin əməkdaşlarını və anasının dayandıqlarını görmüş, yaxınlaşaraq hansı səbəbə evin işıqlarını kəsdiyini soruşduqda, sonradan adını Rəhim kimi bildiyi şəxs işıq borcu olduğunu bildirmişdir. O, borcu ödəyəcəklərini dedikdə, Rəhim hazırkı vaxtadək işıq pulunun ödənməli olduğunu və əlində bıçaq olduğuna görə irad bildirmişdir. Aralarındakı mübahisə işığın kəsildiyinə görə şiddətlənmiş və mübahisənin gedişində o əsəbləşərək sağ əlində olan bıçaqla Rəhimə bir dəfə zərbə endirmişdir. Həmin vaxt Rəhim sol əlini qabağa verərkən bıçaq sol qoluna dəymişdir. Bundan sonra o, hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Həmin gün polis əməkdaşları tərəfindən axtarılacağını bilərək evə qayıtmamışdır. Gecəni Zığ qəsəbəsi ərazisində yerləşən binaların blokunda keçirmişdir. Səhəri gün, yəni 22 fevral 2024-cü il tarixdə etdiyi əməldən peşman olub Suraxanı RPİ-nin 33-PB-nə könüllü gələrək təslim olmuş və törətdiyi əməli etiraf etmişdir. O, bildirmişdir ki, "xxxx" ASC-nin Zərərçəkmiş şəxs adlı əməkdaşı evlərinin işığını kəsdiyi üçün və anasının da bu səbəbdən irad bildirməsinə Rəhim məhəl qoymadığı üçün əlinə bıçaq götürüb evdən çıxmışdır. Həmin vaxt o da Rəhimə hansı səbəbə işığı kəsməsinə görə əsəbləşmişdir. Hadisənin şahidləri "xxxx" ASC-nin əlavə əməkdaşı və anası olmuşlar. Hadisə vaxtı ona və anasına heç kəs zor tətbiq etməmiş, xəsarət almamışlar. O, hadisə zamanı içkili olmamışdır. Hadisə vaxtı istifadə etdiyi bıçaq məişətdə istifadə olunan mətbəx bıçağı olmuşdur. Hadisəni törətdikdən sonra hadisə yerindən uzaqlaşan zaman həmin bıçağı xatırlamadığı istiqamətdə tullamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, 50 manat işığa borc hadisə baş verməmişdən əvvəlki gün axşam ödənilmişdir və 50 manat borc qalmışdı. Zərərçəkmişə zərbə vurduğu bıçaq pendir bıçağı olmuş, belə ki, o səhər yeməyi yeyərkən həmin bıçaq əlində olmuşdur. Hadisə vaxtı səs-küy olduğunu eşidib bıçağı cibinə qoyub çölə çıxmışdı. Hadisədən sonra bıçağı xatırlamadığı yerə atmışdır və bıçaqda qan izi olmamışdır. Təqsirləndirilən şəxs son sözündə anasının xəstə olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq məhkəmədən barəsində yüngül, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təxmini olaraq beş ilə yaxın müddətdir ki, "xxxx" ASC-nin Suraxanı RETSİ-nin, Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə iş yoldaşı nəzarətçi-mühəndis Şahid1 ilə ərazidə elektrik enerjisinə borclu olan abonentlərin enerjiyə olan ödəmələrini təmin etmələri üçün ünvanlara getmişlər. Həmin vaxt Şahid1 aparıcı-mühəndis Şahid2 göstərişi əsasında ona kömək məqsədi ilə yanında olmuşdur. Suraxanı rayonu, xidməti ərazi üzrə Zığ kəndi, R.Göyüşov küçəsi, fərdi yaşayış evinin abunəçisi Qambay Şahverdiyevin evinin elektrik enerjisinə ümumi borcu 50 manat 54 qəpik, aylıq sərfiyyatı isə 39 manat 40 qəpik olmuşdur. Abonentin əvvəlki aylarda debitor borcu olduğuna görə abonentə bir ay ərzində 3-4 dəfə tərəflərindən yazılı surətdə xəbərdarlıq edilmişdir. Abonentin borcunun tam formada ödənilməməsi halında elektrik enerjisinin dayandırılması barədə aparıcı mühəndis, sahə rəisi Şahid2 məlumat verilməklə məsələ qaldırmış, yaranmış debitor borcunun bir aydan artıq müddətə ödənilməməsi səbəbi ilə elektrik enerjisinin verilişinin dayandırılması məsələsi yaranmışdır. xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində qeyd edilən ərazi üzrə vəzifəsini icra edərkən Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, ev 79 ünvanında **********80079 abunə kodu ilə qeydiyyata alınmış abunəçi Qambay Şahverdiyevin qapısını döymüş, qapını əvvəllər olduğu kimi üzdən tanıdığı, adını sonradan bildiyi M.Zərif açmışdır. O, Zərifə elektrik enerjisinə borcunun olduğunu, borcun ödənilməsinin lazım olduğunu, əks təqdirdə elektrik enerjisinin verilişini dayandırmalı olduqlarını bildirmişdir. Lakin M.Zərif onlarla kobud danışaraq, elektrikini kəsə bilməyəcəklərini, borcu ödəməyəcəyini deyib kobud və təhqiredici formada danışmağa başlamışdır. O, abunəçinin əvvəlki aylarda olan debitor borcunu ödəməməsi səbəbilə elektrik sayğacına quraşdırılmış qoruyucu avtomatı söndürmüş və M.Zərifin təhqirlərinə fikir vermədən ünvanı tərk etmək üçün uzaqlaşmaq istəmişlər. Həmin vaxt M.Zərif yenidən yüksək səs tonu ilə onlarla kobud davranmağa davam etmişdir. Bir qədər keçmiş həmin ərazi üzrə digər ünvanlara gedərək işlərini davam etdirmək istədikdə evdən cavan bir oğlan, adını sonradan bildiyi Təqsirləndirilən şəxs əsəbi şəkildə əlində bıçaqla çıxmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər görməmiş və tanımamışdır. Məhərrəm əlində bıçaqla onlarla yüksək tonda danışaraq yaxınlaşıb nə səbəbə işığı söndürdüklərini soruşmuş və işığı söndürdüyünə görə mübahisə etməyə başlamışdır. O, isə Məhərrəmə elektrik enerjisinə borcu olduğunu bildirib bu səbəbdən işığı dayandırdığını demişdir. Məhərrəm ona işığı qoşmağı bildirsə də, o, ödəniş olunduqdan sonra işığı bərpa edəcəyini demişdir. Bu vaxt Məhərrəm sağ əli ilə mətbəx tipli bıçağı çıxararaq onu vurmaq istəyən zaman o, dərhal geri çəkilmiş, həmin vaxt yanında olan iş yoldaşı Ramin onun abonent tərəfindən xəsarət almaması üçün araya girmişdir. Buna baxmayaraq Məhərrəm adlı abonent Raminin arxa tərəfinə keçərək bıçaqla təkrar ona zərbə endirmişdir. O, bıçağın bədən nahiyyəsi istiqamətində gəldiyini görüb sol qolunu irəli vermiş və bıçaq sol bazu nahiyyəsinə dəymişdir. Məhərrəm onu bıçaqla vurduqdan sonra dərhal hadisə yerindən gəldiyi istiqamətdə uzaqlaşmışdır. Hadisə yerində olarkən onlar dərhal aparıcı mühəndis Şahid2 baş vermiş hadisə ilə bağlı telefonla məlumat vermişlər, İsmayıl digər işçilərlə qeyd edilən ünvana yaxınlaşmışlar. Məlumat əsasında Şahid2 DİN-nin “102” çağrı mərkəzinə məlumat vermişdir. Bundan sonra onu Sabunçu tibb mərkəzinə aparmışlar, orada ilkin tibbi yardım göstərilərək qoluna tikiş qoyulduqdan sonra Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət olunmuşdur. PB-də izahatı alındıqdan sonra məhkəmə-tibbi ekspertizasına göndəriş almışdır. Qeyd edilən ünvanda abonentlə onun arasında əvvəllər hər hansı mübahisə və ya münaqişə olmamışdır. Məhərrəmin onu bıçaqla vurma səbəbi tərəfindən işıq borcuna görə elektrik enerjisinin dayandırılması olmuşdur. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, abonentə fevralın 6-sı birinci dəfə, fevralın 10-u ikinci dəfə borc olması barədə xəbərdarlıq edilmişdir. Abonentin aylıq sərfiyyatı 39,40 manat olmuş, cəmi borcu təxminən 100 manat olmuşdur. Abonentin borcu olduğuna görə işığı avtomatdan ayırmışdır. Hadisə baş verdikdən sonra borcdan 50 manat ödənildiyini öyrənmişdir, yəni əvvəldən məlumatı olmamışdır, belə ki, bəzən borc ödənilsə də bir müddət sonra sistemdə görünür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş "xxxx" ASC-nin Suraxanı RETSİ-nin nəzarətçi mühəndisi Şahid1 da eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş "xxxx" ASC-nin Suraxanı RETSİ-nin aparıcı mühəndisi Şahid2 da eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, yaşadığı ünvanda oğlanları 2004-cü il təvəllüdlü Eldəniz və 1991-ci il təvəllüdlü Məhərrəm ilə birlikdə yaşayır. X1 xx.xx.2023-cü il tarixdə intihar edərək özünü öldürmüşdür. xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 11:30 radələrində o, hər iki oğlanları ilə evdə olarkən işıqları sönmüşdür. O, qapıdan çölə çıxdıqda ərazidə elektrik enerjisinə nəzarət edən Zərərçəkmiş şəxs və yanında bir nəfər tanımadığı, adını sonradan bildiyi Şahid1 işıqları kəsdiklərini görmüşdür. O, Rəhimə nə səbəbə işığını kəsdiyini, axşam 50 manat ödədiyini demişdir. Belə ki, onların elektrik borcu cəmi 100 manat olmuşdur, 50 manatını xx.xx.2024-cü il tarixdə ödəmişdir. Yerdə qalan pul borcu cəmi 50 manat olmuşdur. Hətta o, həmin ərəfədə hüzür mərasimlərinin keçirildiyini bildirmişdir. Bununla bağlı Rəhimə işığı kəsməməsi üçün yalvarmış, axşam saatlarında qalan borcu da tapıb ödəyəcəyəni demişdir. Lakin həmin vaxt Rəhim artıq işığı kəsmiş və ona borc ödəniləcəyi vaxt elektrik enerjisinin qoşulacağını bildirmişdir. Bundan sonra o, əsəbİləşmiş, Rəhimlə aralarında mübahisə yaranmış, bir-birlərini təhqir etmişlər. Bu vaxt səs-küyə oğlu Məhərrəm evin mətbəxindən əlində bıçaq çölə çıxmışdır. Məhərrəm onun Rəhimlə işığı kəsdiyinə görə mübahisə etdiyini görmüş və Rəhimdən hansı səbəbə işığı kəsdiyini soruşmuşdur. Bundan sonra Rəhimlə Məhərrəm arasında bu səbəbdən mübahisə davam etmişdir. Bir qədər sonra Rəhim onların darvazasından bir az irəliyə getdikdə Məhərrəm Rəhimi işığı yandırması üçün səsləmişdir. X10 kobud formada işığı bərpa etməyəcəyini dedikdə Məhərrəm Rəhimə tərəf gedərək tutaşmışlar. Daha sonra Məhərrəm əlində olan bıçaqla Rəhimin sol qoluna zərbə vuraraq xəsarət yetirmiş və hadisə yerindən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs Məhərrəmə niyə bıçaq çıxarmasına görə təhqiredici formada irad bildirdiyinə görə mübahisənin gedişində Məhərrəm sonuncunun qol nahiyəsinə bir dəfə bıçaqla zərbə vurmuşdur. Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən əvvəlki gün 50 manat borcu ödəmiş, Azərişığın əməkdaşları onların elektrik enerjisini kəsdikdən sonra qonşusu qalan 50 manat borcu da ödəmişdir. Azərişığın əməkdaşları onların elektrik enerjisini avtomatdan ayırmamış, naqili kəsmişdir amma o naqilin kəsildiyini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, hadisə baş verən vaxt o yatmış, hadisənin olduğu vaxt orada olmamış, hadisəni, yəni qardaşının bıçaqla kimisə vurduğunu görməmişdir, o orada olanda artıq hadisə baş vermişdir. Azərişığın əməkdaşları onların elektrik enerjisini avtomatdan ayırmamış, naqildən kəsmişdir amma o naqildən kəsildiyini görməmişdir. Sonradan qonşu kəlbətinlə naqili birləşdirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 16); zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 39); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Muradov X6 RPİ-nin 33-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Elşən İsmayılovun qərarı əsasında “MTE və PA” Birliyi PHŞ-in Suraxanı rayon şöbəsində məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Müayinə vaxtı şəxsin özünün deməsinə görə qolundan bıçaq xəsarəti almış və Sabunçu tibb mərkəzində yarası tikilmişdir. Şəxsdə ilkin olaraq sol bazunun bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir (i.v. 57); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan olunmuşdur (i.v. 58-59); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-69/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2024-cü il tarixədək – 3 ay müddətində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (i.v. 75-78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıdan məhrumetmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə AR CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəzası 03 il 06 aya endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 86); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-801/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 avqust 2015-ci il tarixdən hesablanması hökm edilmişdir (i.v. 110-117); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməyiblər (i.v. 89); Qaradağ rayonu MKTB-nin 124 saylı MKİS-dən daxil olmuş xasiyyətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs müsbət səciyələndirilmiş, yaşadığı müddət ərzində onun barəsində 124 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır (i.v. 101); Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddətdə Zığ qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə onun barəsində heç bir şikayət daxil olmamışdır (i.v. 102); Respublika Psixatriya Xəstəxanası X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3450 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmamışlar (i.v. 104); Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur (i.v. 105); Suraxanı RPİ-nin 33-cü PB-dən daxil olmuş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi bıçağın yerinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri aparılsa da, müsbət nəticə əldə edilməmişdir (i.v. 118); Azərişıq ASC tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən, abunə kodu **********80079 olan 79 saylı evin istifadə etdikləri elektrik enerjisinə gorə yaranmış 104 manat debitor borcun ödəniş edilməsi üçün həmin ərazinin nəzarətçi-mühəndisi Zərərçəkmiş şəxs tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəniş edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “X5 Qaydaları”nın 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə elektrik enerjisi dayandırılır. Məhz bu səbəbdən də elektrik enerji verilişi xx.xx.2024-cü il tarixdə dayandırılmışdır. Sözügedən ev Səhmdar Cəmiyyətin elektron məlumat bazasında Şahverdiyev Qambayın adınadır, o vəfat etdiyindən ailə üzvləri müqavilə bağlanılmasından imtina etdiklərindən bu barədə müvafiq akt tərtib olunmuşdur (i.v. 119); əmək müqaviləsinin surətindən görünür ki, Muradov X6 RETSİ-nin Enerji Satış şöbəsinə inzibati mühəndis kimi xx.xx.2019-cu il tarixdə işə başlamışdır (i.v. 126-129); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X9 xx.xx.2024-cü il tarixli, 125 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bazunun bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşisi-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə və özünün dediyi şəraitdə törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd olunan xəsarətin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 140-141); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X9 xx.xx.2024-cü il tarixli, 158 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izləri müəyyən edilməmişdir (i.v. 142-143); Azərişıq ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən abunə kodu **********0079 olan 79 saylı evin istifadə etdikləri elektrik enerjisinə görə yaranmış 104 AZN debitor borcun ödəniş edilməsi üçün həmin ərazinin nəzarətçi-mühəndisi Zərərçəkmiş şəxs tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəniş edilməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X5 Qaydalarının 9.13.2-ci bəndinə əsasən elektrik enerji verilişi 21 02.2024-cu il tarixdə dayandırılmışdır. "xxxx" ASC-nin Suraxanı RETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçimühəndisi Zərərçəkmiş şəxs qanunvericiliyə uyğun olaraq enerji borcunun olması barədə bildiriş təqdim etməklə borcun tələb edilməsinə səlahiyyətli olmuş və xidməti vəzifələrinin icrası ilə bağlı heç bir pozuntuya yol verməmişdir (i.v. 146); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə elan olunmuş ittihamın məzmununa cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən toplanmış bütün sübutların məcmusu ilə əlavələr edilməklə yenidən ittiham elan edilməsi; Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsi tərəfindən 03 ay müddətinə ev dustaqlığı qismində qətimkan tədbirinin seçilməsinin nəzərə alınması; Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 120, 221 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən qeyd edilən maddə ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi və icraatın bu hissəsinə aid materialların surəti cinayət işindən ayrılaraq Bakı şəhəri Suraxanı rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi; Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab edilməsi; iş üzrə təqsirləndirilən, zərərçəkmiş şəxsin, şahidlərin dindirilməsi, məhkəmə tibbi ekspertizaları üzrə rəylər və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilməsi və toplanmış sübutların kifayət hesab edilməsi qərara alınmışdır (i.v. 147-157); təqsirləndirilən şəxsə elan olunmuş ittihamın məzmununa əlavələr edilməklə yeni ittihamın elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə AR CM-nin 315-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavələr edilməklə yeni məzmunda ittiham elan edilmişdir (i.v. 158-159); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə – iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, 4-Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 22 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübutun, mülki iddianın, xüsusi müsadirənin və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmün öz səlahiyyətləri çərçivəsində icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar