Məhkəmə qərarları › İş №1(010)-286/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-286/2023

21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-286/2023 21.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Xüsusi ittihamçı Əzimova Sara Nurəddin qızının, Xüsusi ittihamçı Əzimova Sara Nurəddin qızının etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs X3 iştirakları ilə, X3, xx.xx.1969-cu ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, baş redaktor, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X11 “Prime TV” youtube kanalında xx.xx.2022-ci il tarixdə yayımlanmış “Qırmızı Masa” verilişində xüsusi ittihamçı Əzimova Sara Nurəddin qızının terror təşkilatı olan PKKya, İran dövlətinə işlədiyini, yəni onun cəsusluq, terrorçuluq və dövlətə xəyanət kimi xüsusilə ağır cinayətləri törətdiyini bildirməklə ona böhtan atmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X11 ifadəsində bildirmişdir ki, Sara Əzimovanın şikayət ərizəsinə H.Həşimovu iki cinayətdə ittiham edir: böhtan və təhqir. Guya o onun 12 yaşında başına gələn fəlakət halını "zavalı qızcığaz" adalandıraraq və ona "səni tanıdım, Gülsatan qız" deyərək aşağılamışdır. Böhtan isə ondan ibarət olub ki, özünün nə zamansa paylaşdığı və sonra sildiyi bir statusu şərh etmiş və həmin statusun beynində meydana gətirdiyi bəzi sualları dilə gətirmişdir. Bundan əlavə, İran kəşfiyyat orqanlarına bağlı bir TV kanalının barəsində uydurduğu yalanı dəfələrlə səsləndirdiyinə və onu həqiqət kimi cəmiyyətə çatdırdığına görə onu İrana işləməkdə günahlandırmışdır. Əvvəla, onu vurğulamaq istəyir ki, onun mübahisələrdən qabaq qələmə aldığı yazılarda Sara Əzimova ayrıca bir hədəf kimi seçilməmişdi. O, (Heydər Həşimov) Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun separatçı bir mövqe tutduğunu ifadə etmiş və bunun bir sıra bariz örnəyini nümunə göstərmişdir. Bu nümunələr arasında Naxçıvandakı hərbi strukturların və idarələrin ad və rəmzlərindəki Azərbaycan Respublikası sözlərinin çıxarılması, Naxçıvanın rəsmi media qurumlarının jurnalistlərinin sistematik şəkildə Azərbaycan dövlətinin əleyhinə paylaşdığı statusları və s. kimi məqamlar olub. Sara Əzimovanın da adını həmin jurnalistlərin arasında çəkmiş və onun paylaşdığı statusu təqdim etmişdir. Bir sözlə, hədəfi Sara Əzimova yox, Vasif Talıbov hakimiyyətinin separatçı ritorikası olub. Hansı ki, həmin ritorikanın Naxçıvan MR Ali Məclisi tərəfindən hazırlanıb jurnalistlərə göndərildiyindən şübhələnmiş və bu şübhələrini əks etdirən dəlilləri göstərmişdir. Məsələn, Naxçıvanın Türkiyə ilə sərhədlərinin bağlanmasına Naxçıvanın rəsmi televiziya kanalı NTV-nin demək olar ki, bütün baş redaktorları eyni anda qarşı çıxıb və bəziləri hətta açıq şəkildə rəsmi Bakıya qarşı müqavimət göstərməyi təbliğ edib. Həmin cərgəyə qoşulanlardan biri də Sara Əzimova idi və o təbii ki, onun da statusunu örnək göstərmişdir. (Yazının linki təqdim olunur: Naxçıvanda mərkəzi hakimiyyətə qarsı ideoloji savaşa start verildi - MR- də Qaraqalpaqıstan sindromu) Məhz bu paylaşımdan sonra Naxçıvan jurnalistlərinin H.Həşimova qarşı hücumları başlamışdır. Hücuma isə Sara Əzimova rəhbərlik etmişdir. Sara Əzimova dəfələrlə ona qarşı təhqiramiz paylaşımlar edəndən sonra H.Həşimov ona ilk cavabı vermişdir. Cavabı isə Qaravəlli şəklində olub. Qaravəllidə "Qara pişik" adlı informasiya mənbənin ona bir qızcığazın başına gələn müsibətlərdən danışdığı, H.Həşimovun isə ona "zavallı qızcığazlardan yox, kişilərdən danış" şəklində cavab verdiyi bildirilmişdi. Qaravəllidə nə kiminsə adı çəkilmiş, nə də konkret ünvan göstərilmişdir. Ünvansız bir qaravəlliyə görə müəllifi məhkəməyə vermək heç bir hüquqi prosedura, məntiqə sığmır. Məhkəmənin bu qədər absurd bir şikayəti icraata götürməyini də anlamaqda çətinlik çəkir. Əgər hansısa qaravəlli cinayət dəlili, təhqir sayılsaydı, onda bütün şifahi və yazılı xalq ədəbiyyatı nümunələri, o cümlədən nağıl, əfsanə, qaravəlli qadağan olunmuş janrlar kateqoriyasına düşərdi. O həmin qaravəllini yazarkən Sara Əzimovanı nəzərdə tutub-tutmadığını mübahisə predmetinə çevirmək istəmir. İstənilən müəllif hansısa cümləni yazanda beynində kimisə nəzərdə tuta bilər və yəqin ki, tutur da. Amma hüquq insanın beynindən keçirdiyi fikirləri özünün qiymətləndirmə obyektinə çevirə bilməz. Hüquq konkretliyi sevir və maddi dəlillərə əsaslanır. Deyək ki, bir insan kimisə öldürməyi beynindən keçirə bilər. Amma hüquq onu bir qatil kimi qiymətləndirmək haqqına malik deyil. Bu baxımdan onun həmin qaravəllini yazarkən nəyi və ya kimi beynindən keçirdiyini müzakirə predmetinə çevirmək yolverilməzdir. Üstəlik, yazdığı qaravəllidə hər hansı təhqiramiz ifadə yoxdursa, bunu ümumiyyətlə məhkəmə müzakirəsinə çevirmək anlaşılan deyil. O ki qaldı onun həmin qaravəllini yazarkən məhkəmə predmeti olması belə absurd görünən fikirlərinə, hətta Sara Əzimova onun beynindən keçirdiyini düzgün oxumuşsa belə, orada hər hansı təhqiramiz ifadə yoxdur. Əvvəla, "qızcığaz" sözü aşağılayıcı kəlmə deyil, əzizləyici kəlmədir. Yəni kiçik qız uşağına "qızcığaz" deyərkən əslində onu əzizləyirlər. Onu əsla və əsla aşağılatmırlar. Yeri gəlmişkən, bu, yalnız bizdə də belə deyil. Dünyanın bütün xalqları qız uşaqlarını o cür əzizləyirlər. Hətta mədəni və texniki inkişaf səviyyəsi şübhə doğurmayan yaponlar 12 yaşını doldurmamış qız uşaqlarının adını dilə gətirməz və onları ümumi bir adla çağırar - "qızcığaz". X12 barəsində irəli sürdüyü ittihamlar düz olsaydı, 125.7 milyonluq yapon xalqının hamısı 2-3 illiyinə həbsxanalara doldurulmalı idi. Sara xanımın təhqiramiz söz birləşməsi saydığı "zavallı qızcığaz" kəlməsindəki "zavallı" tərkibinə gəlincə, bu da Azərbaycan dilində acıma duyğusunu ifadə edir. Bizlərin hər birisi 12 yaşlı qızcığazın 6-cı mərtəbədən yıxıldığını eşidəndə özlərindən asılı olmayaraq "yazıq, zavallı qızcığaz" deyirlər. Yəqin razılaşarsınız ki, belə bir faciəni yaşayan bir qız uşağına "bəxtəvər qarı nənə" desək, bu ifadə xoş görülməz. Digər tərəfdən, Saranın onu beynindən keçirməkdə suçladığı, onun isə bunu istisna edib- etməməyə belə lüzum görmədiyi düşüncələrə vurduğunu doğru hesab edilsə belə, burda hər hansı aşağılayıcı tövr yoxdur. Onun bu mesajı Sara xanıma ünvanladığı varsayımında nəyi nəzərdə tutduğuna obyektiv diqqət yetirilsə, görülər ki, əslində bu sözlərlə o, qarşı tərəfə yalnız onun anlayacağı üslubda müəyyən mesajlar ötürmüşdür. Demişdir ki, “ey Sara xanım, mən də sənin barədə hansısa informasiyalara malikəm”. Hətta bu informasiyaları məmnuniyyətlə ona ötürənlər var. Amma onun dərdi sən olmadığından həmin informasiyaları qəbul etmək belə istəmir, informasiya mənbəyinə deyir ki, ona kişi söhbət elə. ''Zavallı qızcığazlarla mənim işim olmaz". Onun həqiqətən bunu düşünərək həmin statusu yazdığını ifadə etmir və həmin an hansı fikirləri beynindən keçirdiyini başqaları ilə bölüşmək hüququnu özündə saxlayır. Azərbaycan hər halda 19-cu əsrin Çar Rusiyası deyil və hətta Çar Rusiyasında belə insanların düşünmək hüququ vardır. "Gülsatan qız" ifadəsinə gəlincə, o, bu sözü Azərbaycanın məşhur sənət nümunələrindən sayılan "Uzaq sahillərdə" filmindən götürmüşdür. Filmdə həmin ifadə bir faşist zabiti tərəfindən kəşfiyyatçı-partizan Anjelika barədə deyilir. Filmdə Anjelika müsbət, alman faşisti isə mənfi surətdir. Yəni o, Saranı müsbət obraza bənzədərək təhqir edə bilməzdi. Aforizmləşmiş bu sözü deyərkən həmin faşist zabitinin səsləndirdiyi "mən səni tanıdım, Gülsatan qız" fikrini ifadə etməyə çalışmışdır. Bunun üçün isə əsası olub. Çünki onu günlərlə söyən, təhqir edən bir saxta profili ictimaiyyətə açıq platformada danışdırmış və onun bəzi sözlərindən Sara Əzimova olduğunu anlamışdır. Sara Əzimova indi o saxta profilin ona aid olmadığını iddia edə bilər. Amma hesab edir ki, bu mövzuda müzakirə aparmaq onları məqsədlərindən uzaqlaşdıracağından buna ehtiyac yoxdur. Əsas odur ki, həmin ifadə ilə "səni tanıdım" demək istəmişdir və Saranı bənzətdiyi obraz müsbət qəhrəmandır. Sara Əzimovanın yazdığı statuslarını silməsini təsdiqləyən paylaşımı: "Hörmətli yoldaşlar, bunun çıxışlarını ermənilər və onların havadarları götürüb bizə qarşı istifadə edirlər ki, guya biz harasa sığınmaq istəyirik. Sonra da utanmadan elədiklərini danır. Amma faktlar var. İran kanallarında sən gəzirsən, səndən sitat gətirirlər da...(bilməyənlər dünənki postuma baxıb, faktı görə bilərlər)". Mötərizə içində yazılan sözlərdən aydın olur ki, Sara Əzimova bir gün əvvəl İranın onun barədə uydurduğu iftiranı paylaşıb və öz şərhləri ilə bu iftiraya haqq qazandırıb. Amma hazırda Saranın örnək göstərdiyi statusunu tapmaq mümkün deyil. Görünür, həmin status silinib. Yeri gəlmişkən, bu statusun özü də onun ona dediyi, onun isə böhtan hesab edib məhkəməyə verdiyi "sən İrana işləyirsən" sözlərini izah edir. Sara Əzimova təkcə özünün saxta və real profilləri ilə onu təhqir etməklə qalmır, həm də müxtəlif sosial şəbəkələrdə onu təhqir etdirirdi. Bir növ söyüş kampaniyası təşkil edirdi. Hətta bunu gizlətməyə belə lüzum görmür və onun rəylərinin altına həmin söyüş kampaniyasının linklərini atır və onu açıq şəkildə həmin səhifələrə çağırıb necə söydürdüyünə tamaşa etməyə çağırırdı. PKK məsələsi: Bu barədə iddialarını həm Sara Əzimovanın öz etiraflarına, həm də onun barəsində digər şəxslərin qələmə aldığı yazılara əsaslanaraq irəli sürmüşdür. Sara Əzimova bir neçə il bundan əvvəl paylaşdığı statusda bildirirdi: 'Və bu proseslər 3 ildir ki, davam edir. Və son bir həftədir ki, Sara Əzimovanın terorristlərlə əlaqəsi var deyə, çirkin bir iftira atacaq qədər cılızlaşdılar. Əməkdaşları da bu işə cəlb edərək Qıvraqdan o tərəfə keçə bilməyən sejantvari əməliyyatlar aparmağa cəhd göstərirlər. Bu iftira qarşısında o və övladlarının nələr çəkdiyini dostları yaxşı bilir. Vətəni, torpağı necə sevdiyini şərh etmək istəmir. Amma hörmətli "general",”CƏNAB SƏDRİMİZ” icazə verməz ki, VƏTƏNPƏRVƏR insanlara çirkin iftirlar atılsın. Hə bir də baxın görün bu statusu sildirmək üçün hansı şantajlara əl atırsınız? Amma lütfən, sizin daha ciddi işləriniz var. X15 bütün təfərrüatı ilə digər hadisləri də şərh edib. Qələminiz var olsun!!!" (Fotosu məhkəməyə təqdim olunur) Bu paylaşımından da göründüyü kimi, Sara Əzimova onun hansısa terrorçu təşkilatla əlaqədə ittiham olunduğunu və Naxçıvanın hüquq mühafizə orqanları tərəfindən fəaliyyətinin araşdırıldığını etiraf edir. Hətta ad çəkməsə də bu işi araşdıranın "serjantvari general" olduğunu, ətrafında bəzi əməliyyatlar keçirdiyini bildirir. Qeyd edir ki, həmin generala zəng edərək bu işi dayandırmasını, əks halda Cənab Sədrin müdaxilə edərək bu işə son qoyacağını qarşı tərəfin diqqətinə çatdırır. İstər-istəməz suallar yaranır: Cənab sədr kim idi ki, bir terror təşkilatının fəaliyyətinin araşdırılmasına mane olsun? Sara Əzimova məxfi şəkildə aparılan bu tədqiqatın məlumatını hardan əldə etmişdi? Ona dövlət sirri sayılan bu xəbəri kim sızdırmışdı? Dövlət sirrinin yayılması qanununu açıq-aşkar pozan, dolayısıyla dövləti cinayət törədən bu casusu Sara Əzimova ilə hansı tellər bağlayırdı? Vasif Talıbov niyə dövləti cinayətin üstünün açılmasında maraqlı deyildi? X21 ilə bağlayan nə idi? Sara Əzimovanın bu statusundan aydın olur ki, burada söhbət Naxçıvanın DTX-nın rəisi və Daxili İşlər naziri işləmiş Fazil Ələkbərovdan gedir. Çünki Naxçıvanda yüksək vəzifədə işləmiş generallar içərisində yalnız Fazil Ələkbərov serjantlıqdan generallığa yüksəlmişdi. Vasif Talıbovla yaxın qohum olan Fazil Ələkbərovun öz kariyerasını yüksəltmək üçün saxta dosyalar açmağa ehtiyac duymayacaq qüdrətdə idi. Onu yaxından tanıyan mənbələrdən aldığı məlumata görə, bu cür dövləti cinayətlərdə ciddi şübhələri olmasaydı, Fazil Ələkbərov heç bir zaman araşdırma aparmazdı. Digər bir dəlili Sara Əzimova ilə uzun illər bir yerdə işləmiş, "Şərq qapısı" qəzetinin keçmiş Baş redaktoru olmuş Tural Səfərovun qələmə aldığı bir məqaləsidir. Həmin məqalə X16 Səfərovu təhqir edən bir statusuna cavabən yazılmışdı. Belə ki, Sara Əzimova sildiyi statuslarının birində Şahbuzda sovet hakimiyyətinin ilk quruculuq illərində bəzi şəxslərin dövlət əleyhinə fəaliyyətlə məşğul olduğunu bildirir və bunun Süleyman Rəhimovun ssenarisi əsasında çəkilmiş "Qanun naminə" filmində öz əksini tapdığını bildirirdi. Bununla da Şahbuz rayonundan olan Tural Səfərova söz atırdı. Tural Səfərov isə həmin statusdan sonra qələmə aldığı bir məqaləsində bunları yazırdı: Trollar sosial şəbəkələrdə "Kiminsə çörəyi"nə "xəyanət" edənləri "qaloşlu" adamlar adlandırır. Qaloş Şahbuzun ucqar dağ kəndindən gəlib Vətəninə, dövlətinə, xalqına, Prezidentinə sədaqətlə xidmət edən adamlar deyil. Yoxsa elə düşünürlər ki, onlar da bu trollar kimi sona qədər Naxçıvan əhalisinin deyil, uzun illərdir bölgəyə zülm edənlərin, ölkə rəhbərliyinə açıq-açığına hörmətsizlik nümayiş etdirənlərin yanında yer almalı idilər. Qaloş bu dövlətdə yaşayıb, onun bütün imkanlarından faydalanan, sinəsinə bir neçə medal taxılan, ancaq öz evində PKK-çı Abdullah Öcalanın fotoşəklini saxlayan, bir "lider" kimi ona pərəstiş edən satqın, naqis insanlardır. Bu ölkənin aydınları Azərbaycanımız belə naqislərdən təmizlənənə qədər mübarizə aparacaq". Link əlavə olunur (https://ovqat.com/prizma/59684- vasif-talibovcoreyi-kim-kimin-coreyini-yeyir.html) Onda olan məlumata görə, Tural Səfərov bu sözlərlə Sara Əzimovanın evində aparılan bir yoxlama işinə eyham vururdu. Bu hadisənin hələ X9 DTX-nın rəisi olduğu dövrlərdə baş verdiyi bildirilir. O Vəli Ələsgərovun da bu məsələyə aydınlıq gətirməsi üçün məhkəməyə çağırılmasını tələb edir. İrana işləmək barədə böhtan ittihamına gəlincə, bir daha təkrarlamaq istəyir ki, barəsində İran xüsusi xidmət orqanlarına bağlı telekanallardan biri iftira yazmışdır. İddia olunurdu ki, guya o Kanal 13-ə verdiyi müsahibəsində Naxçıvan insanlarını Azərbaycana qarşı üsyan etməyə və İrana birləşməyə çağırmışdır. Halbuki tam əksinə, o İranın Naxçıvanda bir təşkilat qurduğunu, sosial şəbəkələr vasitəsilə insanları öz dövlətinə itaətsizliyə çağırdığını bildirmişdir. Bir növ, İranın bu planını deşifrə etmişdir. Həmin vaxt Azərbaycanın bütün rəsmi və qeyri-rəsmi media qurumları onun çıxışını incələmiş və İranın təxribatına qarşı vahid mövqe ortaya qoymuşdular. Hətta millət vəkili və parlamentdəki İran komissiyasının üzvü Fazil Mustafa da onu dəstəkləmişdir. Yalnız İrana bağlı şəbəkə və başda Sara Əzimova olmaqla Naxçıvanın trol dəstəsi İranın bu iftirasını həqiqət kimi təqdim edirdi. H.Həşimov özü isə TV müsahibələrindən birində onun səhv yolda olduğunu, İran şəbəkəsi ilə eyni mövqedə dayandığını və dolayısı ilə İrana işlədiyini bildirmişdir. Yeri gəlmişkən, Fazil Mustafa da məlum bəyanatında bəzi şəxslərin İranın təxribatlarına uymamağa çağıraraq yazırdı: "Darqursaqlar, İranın Zəhər kanalı istənilən şəxsin saxta videosunu düzəldib yaya bilər, araşdırmadan dərhal vətənpərvərlik şousu düzəltməyə nə zərurət var? Adamın yadına Qurandakı bir ayə düşür. Peyğəmbərin xanımı Aişəyə çirkin böhtan atılandan sonra gələn ayədə belə bir qınaq yer alırdı: "Ey möminlər, bəs sizə nə düşmüşdü belə bir ifiraya inanmışdınız", indi də eyni vəziyyət görünür. Vətəni sevən insanların bu cür şantaj variantları ilə haqqına girənlərə sadəcə ayıb olsun. Bu iradı həm də illərdir şəxsinə, yaxınlarına qarşı siyasi məqsədlərlə yönəldilən iftiralara görə şüursuz şəkildə kampaniya qoşulan danabaşlara xitabən yazır. İzahatının bir qismin növbəti proses davam edirməyə ona icazə verilməsini xahiş edir. Məhkəmə iclasında xüsusi ittihamçı Əzimova Sara Nurəddin qızı bildirdi ki, X11 “Prime TV” youtube kanalında adını və soyadını bildiyi halda onu “gülsatan qız” adlandıraraq təhqir etmiş, o Sara Əzimovanın terror təşkilatı olan PKK-ya, İran dövlətinə işlədiyini, yəni onun cəsusluq və dövlətə xəyanət kimi xüsusilə ağır cinayətləri törətdiyini bildirməklə ona böhtan atmışdır. O, bu ifadələri ilə onu təhqir etməklə şərəf və ləyaqətini də alçaltmışdır. X11 eyni zamanda Facebook sosial şəbəkəsi vasitəsilə onun şərəf və ləyaqətini də alçaldan ifadələr işlətməklə onu təhqir etmiş, həm də ona böhtan atmışdır. Belə ki, X11 “prime TV” youtube kanalında xx.xx.2022-ci il tarixdə yayımlanmış “Qırmızı Masa” verilişində adını və soyadını bildiyi halda onu “gülsatan qız” adlandıraraq təhqir etmiş, o, onun terror təşkilatı olan PKK-ya, İran dövlətinə işlədiyini, yəni onun cəsusluq və dövlətə xəyanət kimi xüsusilə ağır cinayətləri törətdiyini bildirməklə, ona böhtan atmışdır. “Prime TV” youtube kanalında xx.xx.2022-ci il tarixdə yayımlanmış həmin video-görüntünü kifayət qədər insanın canlı izlədiyi, eləcə də daha sonra həmin görüntünün youtube kanalında saxlanıldığını və daha sonra da bəzi insanların həmin verilişə baxdığını nəzərə almaqla, X3 şərəf və ləyaqətini alçaldaraq onu təhqir etməsi, eləcə də barəsində böhtan atması tam sübuta yetir. Həmçinin o, xx.xx.2022-ci il tarixdə yayımlanmış həmin verilişdə qeyd etmişdir ki, guya “mən Naxçıvan sakinlərinə eşşək deyirəm”. “Deyir dövlətə xəyanət edirəm”. Onu agentura şəbəkəsi adlandırır. Həmin verilişdə onu şantaj edib deyir ki, “ya üzr istə, ya da əlimdə nə var paylaşacağam”. Deyir ki, “bu dövlət Təhlükəsizliyi Məsələsidir”. Guya onun dövlətin təhlükəsizliyinə xələl gətirən hər hansı əməlləri ilə bağlı onda məlumatlar vardır. Bu ifadələri bilərəkdən barəsində işlətməklə onu cəmiyyət içərisində nüfuzdan salmağa, şərəf və ləyaqətini alçaltmağa çalışır. Bundan başqa, 17 noyabr 2022-ci il tarixdə Heydər Həşimov özünə məxsus facebook sosial şəbəkəsində onun ünvanına təhqir xarakterli yazı yazaraq göstərib ki, “Qara pişik” deyir ki, gəl, sənə Murat Kekillinin “Bu akşam ölürüm” mahnısının təsiri altında özünü “5 mərtəbəli evin altıncı mərtəbəsindən” atıb salamat qalan qızcığazın hekayətini anlatım. Deyirəm “Qara pişik” sən mənə kişilərin hekayətini anlat, mənim zavallı qızcığazlarla nə işim? 3 dənə də gülüş işarəsi (smaylik) əlavə edib. Halbuki, o, 12 yaşında olarkən ehtiyatsızlıqdan yaşadığı binadan 6-cı mərtəbəsindən yıxılaraq ağır xəsarət almışdır. Bir insanın yaşadığı bədbəxt hadisəni lağa qoymaq, ictimaiyyətə bunu lağla çatdırmaq, onu “zavallı qızcığaz” adlandırmaq sözsüz ki, onun şərəf və ləyaqətini alçaltmaqdır. X11 özünə məxsus Facebook sosial şəbəkəsində yerləşdirdiyi yazıda haqqında böhtan xarakterli məlumat yazaraq qeyd edib ki, “X19 Təhlükəsizlik Xidmətində S.Məmmədova ilə bağlı dosye olub, əgər həmin dosye ilə bağlı onun barəsində DTX tədbir görməsə o, həmin dosyedə olan məlumatları yayacaqdır. Guya S.Əzimova dövlətə xəyanət etmişdir. O, barəsində bu çür yalan məlumatları bilərəkdən yayır ki, onun şərəf və ləyaqətini alçaltsın, cəmiyyət içərisində onu hörmətdən salsın. CM-nin 148-ci maddəsinin tələbləri baxımından isə onu qeyd edir ki, X3 Facebook sosial şəbəkəsində ona “gülsatan qız”, "zavallı qızcığaz” adı qoyması və “prime TV” youtube kanalında xx.xx.2022-ci il tarixdə yayımlanmış “Qırmızı Masa” verilişində adını və soyadını bildiyi halda onu “gülsatan qız” adlandırması ilə onun şərəf və ləyaqətini nəlayiq formada alçaltmışdır. X3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan “facebook” sosial şəbəkəsində olan Heydər Oğuz adlı profilindən edilən paylaşımda “Naxçıvan “xanlığının” ideoloji rəhbəri Sara Əzimova bu hikmətamiz lətifəsi ilə Muxtar Respublikadakı hakimiyyət dəyişikliyi ehtimalınamı eyham vurur? Əgər belədirsə, Naxçıvan sakinləri niyə eşşəyə bənzədilir? Vasif “ağa”nın ideoloji rəhbəri ancaq bu qədər olar.” ifadələri əks olunub. İş materiallarında olan “facebook” sosial şəbəkəsində olan Heydər Oğuz adlı profilindən edilən paylaşımda “Qara pişiy”in dediyinə görə musiqi sədaları altında özünü 5 mərtəbəli evin 6-cı mərtəbəsindən atan qızın barəsində Naxçıvanın keçmiş DTX-nın rəisi Fazil Ələkbərovun hazırlayıb xanzadənin təzyiqi ilə yarımçıq saxladığı dosye var. Yəqin ki, Naxçıvan DTX-nın arxivində indiyədək o dosye qalır. Ümid edirəm ki, sözügedən iş yenidən güncəlləşdirilər. Əks halda, həmin dosyedən müəyyən parçaları özüm yayacağam. Çünki dosyedə dövləti cinayətlərdən bəhs olunur. Necəsən, gülsatan qız? “Qara pişiy”in vicdanı yoxdur biləsən.” ifadələri əks olunub. Məhkəmə iclasında xüsusi ittihamçı tərəfindən təqdim edilmiş elektron daşıyıcıda (flaskartda) olan video materiallardan görünür ki, videofaylın 0.11-ci saniyəsində “bu deyir ki, məni terrorçu təşkilatları ilə ittiham edirlər, mənim ağlıma gəldi PKK, yazmışam PKK, yəqinki PKK-dır” ifadələri əks olunub. İş materiallarına əlavə edilmiş məhkəmə iclasında xüsusi ittihamçı tərəfindən təqdim edilmiş elektron daşıyıcıda (flaskartda) olan video materiallardan görünür ki, videofaylın 01:19-cu dəqiqəsində “orada bir Sara adlı, Sara Əzimova adlı xanım var, bunun haqqında siz təsəvvür edin ki, 2016-cı ildə Naxçıvan DTX-nın sədri Fazil Ələkbərov bir dosye hazırlayır, bir cinayət işi, cinayət işi deyəndə bir araşdırma başlayır, yəni orada, DTX-da cinayət işindən çox araşdırma olur” ifadələri əks olunub. İş materiallarına əlavə edilmiş məhkəmə iclasında xüsusi ittihamçı tərəfindən təqdim edilmiş elektron daşıyıcıda (flaskartda) olan video materiallardan görünür ki, videofaylın 54-cü saniyəsində “Deyir sən nə bilirsən mən PKK-nı nəzərdə tutmuşam? Deyirəm düz deyirsən Sara, mən bilmirəm, olar ki, sən Əl-Qaidəni nəzərdə tutursan, İşidi nəzərdə tutursan, güya ki, çox fərqi var.” ifadələri əks olunub. İş materiallarına əlavə edilmiş məhkəmə iclasında xüsusi ittihamçı tərəfindən təqdim edilmiş elektron daşıyıcıda (flaskartda) olan video materiallardan görünür ki, videofaylın 57-ci saniyəsində “2016-dan 2019-a qədər özü deyir 3 ildən artıqdır ki, mənim istintaqım gedir, məni terrorçuluqda ittiham edirlər” ifadələri əks olunub. İş materiallarına əlavə edilmiş məhkəmə iclasında xüsusi ittihamçı tərəfindən təqdim edilmiş elektron daşıyıcıda (flaskartda) olan video materiallardan görünür ki, videofaylın 03:35-ci dəqiqəsində “Mənim o qara pişiylərim deyir ki, bu qadın rəsmən türklərə nifrət edir.” ifadələri əks olunub. İş materiallarına əlavə edilmiş məhkəmə iclasında xüsusi ittihamçı tərəfindən təqdim edilmiş elektron daşıyıcıda (flaskartda) olan video materiallardan görünür ki, videofaylın 03:50-ci dəqiqəsində “Sən deməli İrana işləyirsən Sara, sən PKK-ya işlədiyin kimi, İrana işləyirsən, Azərbaycan rəhbərliyi buna niyə seyirci qalır başa düşmürəm.” ifadələri əks olunub. İş materiallarına əlavə edilmiş məhkəmə iclasında xüsusi ittihamçı tərəfindən təqdim edilmiş elektron daşıyıcıda (flaskartda) olan video materiallardan görünür ki, videofaylın 04:04-cü dəqiqəsində “PKK-ya işləyir, İrana işləyir, işləmədiyi yer yoxdur, bir Azərbaycana işləmir, Azərbaycan haqqında deyir, deyir ki, Naxçıvanı gəlib, minəcəy Azərbaycan” ifadələri əks olunub İş materiallarına əlavə edilmiş məhkəmə iclasında xüsusi ittihamçı tərəfindən təqdim edilmiş elektron daşıyıcıda (flaskartda) olan video materiallardan görünür ki, videofaylın 04:27-ci dəqiqəsində “Ona gər sənin o bütün danışıqların, sənin o bütün çıxışların, sənin mənim üzərimə hücumların hamısı dövlətə xəyanətdir.” ifadələri əks olunub İş materiallarına əlavə edilmiş məhkəmə iclasında xüsusi ittihamçı tərəfindən təqdim edilmiş elektron daşıyıcıda (flaskartda) olan video materiallardan görünür ki, videofaylın 05:21-ci dəqiqəsində “Bu troll deyil, bu agentura şəbəkəsidir.” ifadələri əks olunub İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli məktuba əsasən, Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində Əzimova Sara Nurəddin qızının barəsində hər hansı araşdırma aparılmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Bundan başqa, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Avropa İttifaqının əsas insan hüquqları haqqında Xartiyasının 1-ci maddəsinə əsasən insan ləyaqəti toxunulmazdır, ona hörmət olunmalı və qorunmalıdır. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Bütün yuxarıda göstərilən müddəalar vətəndaşın şərəf, ləyaqət və nüfuzuna qeyri-qanuni qəsddən müdafiə hüququna zəmanət verən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 17-ci maddəsində və İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsində də öz əksini tapmışlar. Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X4rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında yayma deməkdir. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkəsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan Qərarda həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Xüsusi ittihamçı Əzimova Sara Nurəddin qızı X6 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibindən imtina etmiş, bununla da, H.Heydərov barəsində xüsusi ittiham qaydasında şikayətin həmin hissəsi üzrə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlardan, o cümlədən təqdim olunan yazıların ümumi məzmunundan doğan fikirlərdən aydın olur ki, X11 birmənalı şəkildə xüsusi ittihamçı Əzimova Sara Nurəddin qızının yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymaq, habelə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmaq məqsədi güdmüşdür. Diffamasiya kimi qəbul edilən bu ifadələrin məhkəmə istintaqı zamanı hər hansı mötəbər dəlillərlə sübut olunmaması xüsusi ittihamçıya qarşı böhtan cinayətlərinin törədildiyini təsdiq etmiş olur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X3 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Belə ki, X11 “Youtube” sosial şəbəkəsində yayımlanan “Prime tv” kanalında Sara Əzimovanın “İran dövlətinə işləməsində”, “PKK-ın üzvü olmasında”, “agentura şəbəkəsi”, “dövlətə xəyanət etməsində” ittiham edir. Həmin hal xüsusi ittihamçı Sara Əzimovanın xüsusi ittiham qaydasında verdiyi şikayətində, məhkəmə iclasında verdiyi ifadəsində əksini tapır, təqsirləndirilən şəxs X11 ifadəsində həmin halın jurnalist istintaqının məntiqi nəticəsi, Sara Əzimovanın sosial şəbəkəsində paylaşdığı statusların şərhi kimi etiraf edir. Təqsirlədirilən şəxs X3 əməlinə hüquqi təhlil üsulu vasitəsilə yanaşmaqla, cinayət qanununun müddəalarına müraciət edilməlidir. Belə ki, X13 tərəfindən Sara Əzimovanı ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-ci maddəsində nəzərdə tutulmuş terrorçuluq cinayəti – yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. X11 tərəfindən Sara Əzimovanı ittiham edildiyi digər cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-ci maddəsi ilə nəzərdə tutulmuş dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. X11 tərəfindən Sara Əzimovanı ittiham edildiyi digər cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə nəzərdə tutulmuş casusluq, yəni dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə, on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin müddəalarına əsasən X11 tərəfindən Sara Əzimovanı ittiham edildiyi yuxarıda qeyd olunan cinayətlər təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddirlər. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən cinayəti törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetriliməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət törədilməsində təqsirləndiriən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Əzimova Sara Nurəddin qızının barəsində qeyd olunan cinayətlərlə əlaqədar hər hansı formada cinayət təqibi həyata keçirilməmiş, o cümlədən cinayət işi başlanmamış, araşdırma aparılmamış, qanuni qüvvəyə minmiş itttihamedici hökm mövcud deyildir. X2 Əzimova barəsində həmin cinayətlərin törədilməsi ilə bağlı təqsirin sübuta yetirilməsi ilə bağlı qanuni qüvvəyə minmiş ittihamedici hökmü olmadığı halda, yən Azərbaycan Respublikası Konstitusiyasında və cinayt prosessual qanunvericliyində təsbit edilmiş təqsirsizlik prezumpsiyasının müddəalarını pozaraq, Sara Əzimova ilə bağlı öz mülahizələrini jurnalist istintaqının nəticə qismində qələmə verərək, həmin cinayətlərin törədilməsində Sara Əzimovanı ittiham etmişdir. Beləliklə, X11 tərəfindən Sara Əzimovanın həmin əməllərin törədilməsində ittiham edilməsi tam olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunur. H.Həşimovun həmin cinayəti törətməsi özü tərəfindən məhkəmə istintaqında inkar olunsa da, məhkəmədə tədqiq olunmuş və məntiqi baxımından biri-birini tamamlayan digər mötəbər sübutlarla bu əməllərin onun tərəfindən törədilməsi öz təsdiqini tapır. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun cəzasının yüngülləşdirilən halların olmasını nəzərə alaraq hesab edir ki, X6 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın aşağı həddlərinə uyğun cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. X11 ona təyin edilmiş cəzanı iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə həmçinin mülki iddia verilmişdir. Həmin mülki iddia ilə müraciət edərək, cavabdehdən ona qarşı olan təhqiredici və böhtan xarakterli hərəkətlərinin (hərətsizliyinin qadağan olunmasına; cavabdehin onu təhqir etdiyi və ona böhtan atdığı formada, yəni onu hansı sosial (“Prime TV”, “Youtube” sosial şəbəkəsində “Qırmızı masa” verilişində və s ) şəbəkə və sayt (lar) vasitəsilə təhqir edib və ona böhtan atıbsa, həmin sosial şəbəkə(lər) və sayt(lar) vasitəsilə ondan üzr istəməsi; ona vuruduğu mənəvi zərərət görə 50 000 (əlli min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1.-ci maddəsi ilə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təəcrübəsinə haqqında” Plenum qərarına əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatların cavabdeh tərəfindən yayılması halı müəyyən edilmişdir. Bundan əlavə şəhər və ləyaqətin müafiəsi ilə bağlı mənəvi ziyanın ödənilməsi məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, xüsusi ittihamçının tərəfinin izahatına və mövqeyinə tənqidi yanaşaraq həmin tələbin əsası kimi irəli sürülmüş dəlilləri qismən əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən mülki iddia ilə bağlı iş üzrə yekun nəticə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə Smirnova Rusiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Qeyd edilməlidir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq təqsirləndirilən şəxsin – mülki iddia üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində xüsusi ittihamçı - iddiaçının vahid kontekstdə mənəvi ziyanın vurulması həm mənəvi sarsıntı keçirməsi, həmdə ki, mənəvi iztirablara məruz qalması sübuta yetirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hər bir mənəvi stressin, emosional gərginliyin keçirilməsi nəticə etibarı ilə şəxsin daha dərin psixoloji məhrumiyyətlərinə səbəb olan mənəvi iztirablarla nəticələnmədikdə, onun mənəvi zərərlə üzləşməsindən söhbət gedə bilməz. Başqa bir sözlə, şəxsin hər bir emosional stressin və gərginliyin keçirməsi onun mənəvi zərərə məruz qaldığına dəlalət etmir. Mənəvi zərərin vurulması şəxsiyyətin mənəvi komponentinə elə bir ağır və bir cox hallarda bərpaedilməz ziyanın vurulmasını nəzərədə tutur ki, bu halda şəxs nəinki emosional gərginlik halını keçirir və bu halda qalmaqda davam edir, eyni zamanda bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab çəkməsi halları müşahidə edilir. Məhkəmə nəzərə alır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə prosesi zamanı xüsusi ittihamçı tərəfindən mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını, bunun nəticəsində onun maddi ziyana məruz qalmasını, sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini), bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə xüsusi ittihamçının istinad etdiyi mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.3-cü madəsinə əsasən mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin məcəllənin 23.5-ci əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Məhkəmə hesab edir ki, X3 “Youtube” sosial şəbəkəsində yayımlanan “Prime tv” kanalında, Youtube” sosial şəbəkəsində yayımlanan “Qırmızı masa” verilişində Sara Əzimovanın “İran dövlətinə işləməsində”, “PKK-ın üzvü olmasında”, “agentura şəbəkəsi”, “dövlətə xəyanət etməsində” ittiham edilməsi, həmin ittihamları ilə əlaqədar onun işgüzar nüfuzuna xələl gətirilməsinin ehtimal edilməsi ilə əlaqədar X13 həmin sosial şəbəkələrdə törətdiyi əməllə əlaqədar Sara Əzimovadan üzr istənilməsi məqsədəmüvafiq hesab olunur. Bununla da məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan “DVD” disk və elektron daşıyıcı (flaskart) iş materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin X11 barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır və hal-hazırda da onun barəsində hər hansı bir qətimkan tədbirinin seçilməsi üçün əsas görmür. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. X3 cəzasını iş yeri üzrə çəksin və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Mülki iddia qismən təmin edilsin. X1 Sara Nurəddin qızından sosial şəbəkələrdə (“Prime TV”, “Youtube” sosial şəbəkəsində “Qırmızı masa” verilişində, “Facebook” sosial şəbəkəsində) üzr istəsin. Xüsusi ittihamçı Əzimova Sara Nurəddin qızı X6 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibindən imtina etdiyindən, H.Heydərov barəsində xüsusi ittiham qaydasında şikayətin həmin hissəsi üzrə cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut olan “DVD” disk və elektron daşıyıcı (flaskart) iş materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar