Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-287/2024 03.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 03 avqust 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 4800 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, 18 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 yanvar 2024-cü il tarixdə MSY-dən azad olunmuş, 08 aprel 2024-cü il tarixdə barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə saat 11 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz” minik markalı, “Vito” modelli, **- GA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesində üzü şəhər istiqamətində hərəkətdə olan zaman Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununun 54-cü maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq yəni, nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli və nəqliyyat vasitələrinin hərəkətinin nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmadığı piyada keçidinə yaxınlaşarkən sürəti lazımınca azaldaraq yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamalı, piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda, mövcud şəraitdə bu tələblərə riayət etməyərək hərəkətdə olduğu yolun "xxxx" MMC-yə məxsus avtobus qarajının qarşısındakı hissəsində yerləşən piyada keçidində yolu keçməyə çalışan piyada qismindəki Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sol diz oynağında yumşaq toxumanın ödemi, medial meniskin arxa buynuzunun yırtığı, bud sümüyünün medial kondilusunun və baldır sümüyünün trabekulyar xətti sınıqları ilə müşayiət olunan az ağır bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri ilə yanaşı istintaq hərəkəti protokolları, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, üçü qız, biri oğlan olmaqla dörd övladı vardır. Əvvəllər məhkum olunmuşdur. 17 avqust 2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanından çıxıb işləmək üçün Zaur adlı tanışından icarəyə götürdüyü “Mercedes Benz” minik markalı, “Vito” modelli, **-GA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə üzü şəhər istiqamətində yola düşmüşdür. Təxminən saat 10 radələrində saatda 60-70 kilometr sürətlə hərəkətdə olan zaman Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus avtobus qarajının qarşısında olan piyada keçidinə yaxınlaşan zaman anidən bir qadının diqqətsiz şəkildə yolun sağ hissəsindən sol hissəsinə keçmək üçün piyada keçidinə daxil olduğunu gömüş və onunla idarə etdiyi avtomobil arasındakı məsafə az olduğundan qadını avtomobilin sağ ön hissəsi ilə vurmuşdur. Nəticədə qadın xəsarət alaraq yerə yıxılmışdır. O, avtomobili saxlayaraq dərhal qadına yaxınlaşmışdır. Daha sonra isə qadını avtomobilə əyləşdirib Sabunçu rayonunda yerləşən 3 saylı şəhər kliniki xəstəxanasına aparmışdır. Orada qadına ilkin tibbi yardım göstərilmiş və müayinə olunmuşdur. Oradakı işlər bitdikdən sonra qadını yaşadığı evə aparmışdır. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri tam ödədiyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qardaşı ilə birlikdə yaşayır. Əvvəllər aşbaz kimi fəaliyyət göstərmişdir. Hal-hazırda isə təqaüddədir. X5 "xxxx" MMC-də sürücü işləyir. 08 avqust 2023-cü il tarixdə qardaşı əməliyyat olunduğundan bununla bağlı poliklinikadan aldığı bülleteni onun sürücü kimi fəaliyyət göstərdiyi "xxxx" MMC-nin mərkəzi idarəsinə təhvil verməli olmuşdur. Bu zaman Hövsan qəsəbəsi, Zığ şossesinin həmin mərkəzi idarənin yerləşdiyi hissəsində avtobusdan enmişdir. O, üzü Hövsan istiqamətində hərəkət edən avtobusdan enmişdir. Həmin yol bir-birindən daş maneə ilə ayrılan ikistiqamətli yol olmuşdur. Bu vaxt yolu qarşı tərəfdə olan "xxxx" MMC-nin mərkəzi idarəsinin yerləşdiyi hissəsinə keçmək istəmişdir. Üzü Hövsan istiqamətində olan yolu keçdikdən sonra daş səkinin üzərində dayanaraq yolun ikinci hissəsini keçmək üçün yolun boşalmasını gözləmiş və bu vaxt yolun boş olduğunu, bir qara rəngli avtomobilin ona yol vermək üçün avtomobili saxladığını görmüşdür. Yolu keçmək üçün ayağını piyada keçidinə qoyub iki addım addımladıqdan sonra qəfildən onu avtomobilin vurduğunu hiss etmişdir. Bundan sonra baş verənləri dəqiq xatırlaya bilmir, lakin kiminsə üzünə ayılmağı üçün su vurması və onu xəstəxanaya aparmalarını xahiş etməsi yadındadır. Hazırda Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması qərara alınmışdır (i.v. 1); yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, bu barədə müvafiq protokol, fotocədvəl və hadisənin sxemi tərtib edilərək protokola əlavə edilmişdir (i.v. 5-8); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin Suraxanı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 871 nömrəli rəyindən məlum olur ki, Zərərçəkmiş şəxsnun bədəni üzərində olan xəsarətlər: sol diz oynağında yumşaq toxumanın ödemi və medial meniskin arxa buynuzunun yırtığı ilə müşayiət olunan bud sümüyünün medial kondilusunun və baldır sümüyünün trabekulyar xətti sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşının vurması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (i.v. 20-21); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 27); axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə saat 12:00 radələrində şübhəli şəxs qismində tutuluşdur (i.v. 49); şübhəli şəxsin statusuna xitam verilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində statusuna xitam verilməsi və onun saxlandığı Bakı şəhəri Suraxanı RPİ-nin Müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır (i.v. 69-70); məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli, 8/441 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “X6” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 70 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v. 76-79); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır (i.v. 92-93); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 107-108); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Babayev X2 Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə AR CM-nin 188-ci maddəsi ilə təqsirli bilinib barəsində 110 manat cərimə cəzası təyin edilmiş, cəriməni tam ödəmişdir; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəzası 04 ilə endirilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-nin 178.3.2-ci maddəsindən 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, hökm və qərarlar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır; Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.5 və 66.3-cü maddəsi tətbiq olunmaqla barəsində 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökmün cəza təyini hissəsi dəyişdirilərək CM-nin 66.5 və 66.3-cü maddələrinə əsasən cəzasını qismən toplamaqla şərti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 07 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-nin 178.3.2-ci maddəsindən 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 111-114); Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir; təqsirləndirilən şəxsin məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ; 263.1-ci maddəsinə əsasənavtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, o, əvvəllər cinayət məsuliyyətindən azad edilməmişdir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə icraata xitam verilməsi məqsədə uyğundur. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci 85 (səksən beş) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna göndərilsin. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(010)-287/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-287/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver