Məhkəmə qərarları › İş №1(010)-287/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-287/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-287/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1971-ci il ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Daşkəsən şəhəri, X4 küçəsi, ev 7, mənzil 4 qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : Təqsirləndirilən şəxs 09 mart 2025-cü il tarixdə, saat 19 radələrində yaşadığı ünvan 1 ünvanında spirtli içki qəbul etməsinə irad bildirdiyi və ona cavab qaytardığı üçün arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona başın təpə nahiyəsinin yumşaq toxumasının şişkinliklə müşayiət olunan qançırı və sol göz almasına qansızma ilə müşayiət olunan sol qaş qövsünün bayır bucağın, sol üst göz qapağını və sol gözaltı nahiyəni əhatə edən yumşaq toxumanın şişkinliklə müşayiət olunan qançırı xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. İbtidai istintaq zamanı təqsirləndirliən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 1999-cu ildə rəsmi nikah ilə ailə qurmuşdur. Onlar ünvan 1 ünvanında yaşayırlar. Əvvəllər arvadı ilə münasibətləri yaxşı olmuş, lakin son vaxtlar aralarında spirtli içki qəbul etməsinə görə mübahisələr olmuşdur. 09 mart 2025-ci il tarixdə, saat 19 radələrində həyat yoldaşı Hicranın ona evdə spirtli içki qəbul etməsinə görə iradını bildirmiş, həmin mövzuyla bağlı aralarında yaranan mübahisə zamanı həyat yoldaşı Hicran ona cavab qaytardığı üçün yumruq ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Bir qədər sonra Hicran onun barəsində polisə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirliən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, özünü təqsirli bilir, yoldaşını vurmamışdır. Yoldaşının bacısının onu aparmaq istəyirmiş və yoldaşı da getmək istədiyi vaxt qolundan tutanda yoldaşının qolu göyərmişdir. O, 30 ildir ilk dəfə belə bir halın yaşandığını, hadisə olanda evdə 14 yaşlı oğlu Rövşən və 27 yaşlı oğlu Təhmasib olmuşdur. Həmin vaxt içki içirmiş, lakin əməliyyat olandan sonra içməmiş, hazırda da içki içmir. Hadisə yaşananda da içkili vəziyyətdə olmuş, yoldaşının sözü onun acığına getmişdir. Sonda, Təqsirləndirilən şəxs ifadəsində əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 1999-cu ildən Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birlikdə ünvan 2 ünvanında yaşayırlar. Əvvəllər həyat yoldaşı İlqar ilə münasibətləri yaxşı olmuş, lakin son zamanlar həyat yoldaşı ilə aralarında onun spirtli içki qəbul etməsinə görə tez-tez mübahisələr yaranmışdır. 09 mart 2025-ci il tarixdə, saat təxminən 19 radələrində həyat yoldaşının yaşadıqları evdə spirtli içki qəbul etməsinə görə onunla mübahisə etməyə başlamış və mübahisə zamanı həyat yoldaşı İlqar yaşadıqları evdə yumruq ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbə endirmişdir. O da bu səbəbdən həmin gün təxminən saat 20 radələrində Suraxanı RPİ-nin 30-cu PŞnə gedərək şikayət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, aralarında söz-söhbət olmuş və yoldaşı onu vurmaq istəyəndə o, bacısıgilə getmək istədiyini bildirmiş, həmin vaxt qapının arasında olmuşdur. O getmək istəyəndə uşaqlar da, yoldaşı da getməməsini bildirmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs spirtli içki içirmiş, 20 gündür ki, heç içməyib. Daha əvvəl də tez-tez mübahisələri olurmuş, hadisə olandan sonra da elə-belə mübahisə ediblər. Hadisə yaşanan vaxt əsəbi olmuş, barışmaq istəmədiyini bildirmişdir. O, ailəsinin dağılmasını istəməmiş, hadisə yaşanandan 4-5 gün sonra barışmışlar. Hazırda aralarında olan mübahisəni həll ediblər, barışıq olub və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilib, bu səbəbdən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələb olmadığını qeyd edərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş məhkəmə iclasında təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını qeyd edərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X2 şəxsin Suraxanı rayon şöbəsinin canlı şəxsin 10 mart 2025-ci il tarixli «155» saylı ekspertizası rəyində görünür ki, 1973-cü il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədən səthində sağ bazunun hematoması, sağ çiyinüstü nahiyənin qançırları, boyunun qançırı xx.xx.2025-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən, zərərçəkmiş şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 2 (iki) iş saatı üçün 22 (iyirmi iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar